Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

 
- meyilliyin 
qiymətləndirilməsi,  yəni  ətraf  mühitə  və  insana  risk  amilinin 
real təsiridir.
Riskin  qiymətləndirilməsinin  üçüncü  elementi
 
ətraf 
mühitə və  insana risk amillərinin təsirinin təhlili ilə bağlıdır və 
müəyyən 
destabilizasiya 
amilinin 
ekosistemin, 
insanın 
davamlılığına təsirinin müəyyənləşdirilməsidir.
Son  dördüncü  element
 
-   kəmiyyət  və  keyfiyyət  para­
metrlərinin  istifadə  edilməsi  ilə  bağlı  riskin  dolğun  xarakte­
ristikasıdır.
Riskin  qiymətləndirilməsi  modelinin  son  fazası  riskin 
xarakteristikası, onların idarə edilməsi prosedurasının ilk hissə­
sidir.  Riskin idarə edilməsinin əsas məqsədi vaxta və resurslara 
qoyulan  məhdudiyyətlər  zamanı  riskin  azaldılması  yollarının 
müəyyənləşdirilməsidir.
Riskin  idarə  edilməsi  modeli  dörd  hissədən  və  mər­
hələlərdən ibarətdir:
Birinci mərhələ
 
riskin xarakteristikası ilə bağlıdır.  Prio­
ritetlərin  müəyyənləşdirilməsi  məqsədilə  ilkin  mərhələdə  risk­
lərin  xarakteristikasının  müqayisəsi  aparılır.  Riskin  qiymətlən­
dirilməsinin  həlledici  fazasında  təhlükənin  (zərərin)  dərəcəsi 
aşkarlandınlır.
ikinci  mərhələdə
 
riskin  məqbulluq  dərəcəsinin  müəy­
yənləşdirilməsidir.  Risk bir  sıra sosial-iqtisadi  amillərlə  müqa­
yisə olunur:
-  bu  və ya  digər təsərrüfat  fəaliyyətinin növlərindən  asılı 
olan sərfələr;
-  fəaliyyətin növü ilə şərtlənən itkilər;
- ətraf mühitə  və  insana  neqativ  təsirin azaldılması  məq­
sədilə nizamlayıcı ölçülərin mövcudluğu və imkanları.
Müqayisə  prosesi  «xərclər  və  sərfələr»  metoduna  ar­
xalanır.
316
«Riskli»  və  «qeyri-riskli»  amillərin  müqayisəsində 
riskin  idarə  edilməsi  prosesinin  mahiyyəti  özünü  büruzə  verir. 
Qəbul edilən qərarların üç variantı mümkündür;
- risk tam məqbuldur;
-  risk qismən məqbuldur;
- risk tamamilə qeyri-məqbuldur.
İndiki zamanda riskin saydığımız səviyyəsi hədləri adə­
tən, maksimal ehtimalın 1%-i kimi müəyyənləşdirilir.
İki  son  axırıncı  hallarda  nəzarət  mütənasibliyi  təyin 
edilməlidir ki, bu da riskin idarə  edilməsi prosedurasının üçün­
cü mərhələsinə daxildir.
Üçüncü  mərhələ
 
nizamlayıcı  qərarların  qəbul  edilməsi 
ilə  bağlıdır,  yəni  hansısa  «növlərin»  seçilməsindən  ibarətdir. 
Belə tədbirlər riski ya azaldır (birinci və ikinci hal) və ya istisna 
edir (üçüncü hal).
Dördüncü  mərhələ
 
nizamlayıcı  qərarlarla bağlıdır,  yəni 
əvvəlki  mərhələdə  təyin  olunmuş  və  ölçü  «növünün»  reallaş­
masına  müvafiq  olaraq  normativ  aktların  (qanunlar,  qərarlar, 
təlimatlar)  və  onların  müddəalarının  müəyyənləşdirilməsindən 
ibarətdir.
Riskin  idarəçiliyi  prosesini  tamamlayan  element,  eyni 
zamanda bütün mərhələlərin  və riskin qiymətləndirilməsi  mər­
hələlərinin  yekdil  qərarlarının  qəbul  edilməsi  ilə,  riskin  vahid 
konsepsiyasını əlaqələndirir.
Riskin qiymətləndirilməsinin ardıcıl nümunələri:
-  təhlükənin ilkin eyniləşdirilməsi;
-  təhlükə mənbəyinin və onunla bağlı ziyanın təsviri;
-  normal iş şəraitində riskin qiymətləndirilməsi;
-  istehsalatda  qəzalar,  təhlükəli  maddələrin  saxlanılması 
və nəqli zamanı hiptetik (fərziyyəyə əsaslanan) mümkünlüyünə 
görə (ehtimal məqamı) riskin qiymətləndirilməsi;
- qəzaların inkişafı senarisinin mümkün spektorlan;
- riskin təhlilinin ehtimalı və statistik qiymətləndirmə.
317

Riskin  azaldılmasının  və  fövqəladə  halların  nəticə­
lərinin yumşaldılmasının tənzim edilməsi.
Qeyri-müəyyənliklə,  kəskin  surətdə  ixtilafla  (toqquşma 
ilə),  əhalinin  stress  vəziyyəti  ilə,  külli  miqdarda  sosial-iqtisadi 
və ekoloji ziyanla xarakterizə olunan və gözlənilmədən, aniliklə 
baş verən hadisələrə fövqəladə hallar (FH) deyilir.
Sual  oluna bilər, fövqəladə hallar nədən baş verir? FH-in 
yaranması və ya baş verməsi səbəbləri müxtəlif ola bilər. Müşa­
hidələr göstərir ki, FH, əsasən təbii fəlakət,  ətraf mühitə zərərli 
maddələrin  atılması,  torpaq  sürüşməsi,  yanğın,  partlayış,  zəl­
zələ və s.  nəticəsində baş verir və bunları qabaqcadan proqnoz­
laşdırmaq hələlik mümkün deyildir.
Statistika  göstərir  ki,  FH-m  süni  sürətdə  yaranması, 
əksər hallarda kömür, neft-qaz və kimya müəssisələrinin kəskin 
surətdə cəmləşdiyi regionlarda baş verir.  Onu demək kifayətdir 
ki,  təkcə  energetika  sahəsində  10  mlrd  t  şərti  yanacaq  hasil 
edilir,  saxlanılır  və  emal  olunur.  Belə  yanacaqlar  isə  yanma, 
partlama qabiliyyətinə malikdir və onlar bir sıra ölkələrdə möv­
cud olan nüvə silahları arsenalı  ilə müqayisə oluna bilər.
Problemin  dövlət  tərəfindən  tənzimlənməsi  Riskin 
azaldılmasının  və  fövqəladə  halların  (situasiyaların)  nəticələri­
nin yumşaldılması sahələrində onların dövlət tərəfindən tənzim 
edilməsinin  əsas  istiqamətləri  aşağıdakıları  hesab  edirlər:  hü­
quqi,  iqtisadi  və  normativ-metodiki  istiqamətlər.  Qeyd  olunan 
istiqamətlərin  dövlət  tərəfindən  tənzimlənməsi  yerli  icra  or­
qanları tərəfindən fövqəladə halların nəticələrinin ləğv edilməsi 
ilə məşğul olan xüsusi qurumlar tərəfindən icra olunur.
Riskin azaldılmasının və fövqəladə halların nəticələrinin 
yumuşaldılmasının  hüquqi,  iqtisadi  və  normativ-metodiki  isti­
qamətlərinin  həyata  keçirilməsi  Respublika  Konstitusiyasının 
«Əhalinin  və  ərazinin  texnogen  və  təbii  xarakterli  fövqəladə 
hallardan  müdafiəsi  haqqında»  qanununa  uyğun  olaraq  müəy­
yənləşdirilir.
318
Riskin azaldılmasının və fövqəladə halların nəticələrinin 
yumşaldılmasının hüquqi tənzimlənməsi lazımi hüquqi bazanın 
qanunvericiliyinin təmin edilməsindən ibarətdir.
İqtisadi tənzimləmə fövqəladə halların nəticələrinin ləğv 
edilməsinin  maliyyə  tədbirlərini  həyata  keçirən  təkmilləşdiril­
miş  iqtisadi  mexanizmin mövcudluğudur.  Bunlara vergiyığma, 
cərimə  sanksiyaları  və  güzəştlər,  ixtisaslaşdırılmış  fondlar  və 
sığortalar hesabına formalaşan büdcə və qeyri-büdcə mənbələri 
aid edilir.
Normativ-metodiki  tənzimləmə  kifayət  qədər  lazımı 
normativ-texniki  və  normativ-metodiki  bazanın  yaradılmasım 
təmin edir.
Tənzimləmənin  məqsədi  Riskin azaldılmasının və föv­
qəladə  halların  nəticələrinin  yumşaldılmasının  əsas  məqsədləri 
aşağıdakılardan ibarətdir:
-  fövqəladə  halların  proqnozlaşdırıİmasının  tənzimlən­
məsi;
-  qəzaların,  faciələrin,  təbii  fəlakətlərin  tənzimlənməsi 
üçün profilaktik tədbirlərin görülməsi;
- qəzadan sonrakı hadisələrin tənzimlənməsi;
-  məsuliyyətin və dəyən ziyanın ödənilməsinin tənzimlən­
məsi;
-  fövqəladə  hallarda  informasiya  təminatının  tənzim­
lənməsi və s.
Məlumdur ki,  son illərdə Azərbaycanda Fövqəladə Hal­
lar Nazirliyi yaradılmış və böyük səlahiyyətlərə malikdir. Bu və 
ya digər səbəbdən hər hansı bir ərazidə fövqəladə hal baş verər­
sə və  hadisə  əhaliyə  ziyan  vurarsa qeyd olunan  nazirlik  həmin 
ziyanın  həcmini  hesablayır, müxtəlif sahələrə, o cümlədən əha­
liyə dəyən  ziyanın dövlət hesabına ödənilməsini təmin edir.  Bu 
zaman nazirlik fəaliyyətdə olan normativ sənədləri  və qanunları 
əsas götürməlidir.
Ətraf  mühitin  mühafizəsi  tədbirlərinə  yönəldilən  və­
saitin  əsas  mənbəyi  dövlət büdcəsidir, doğrudur  başqa maliyyə
319

mənbələri  də  maliyyələşmədə  iştirak  edir,  məsələn,  yerli  büd­
cələr,  nazirlik  və  komitələrin  vəsaitləri,  müəssisələrin  öz  və­
saitləri və  s.  Ancaq bu yaxınlara qədər göstərilənlərin hamısına 
büdcədənkənar  maliyyə  mənbələri  kimi  baxmaq  olmazdı.  Bu 
sistem  yaxşı  səmərə  vermirdi,  çünki  büdcədən  ayrılan  vəsait 
kifayət qədər deyildi.  Onun əsas üstünlüyü bu maliyyələşmənin 
davamlı olması idi.
Əgər  inzibati-amirlik təsərrüfat  sistemində,  ətraf mühiti 
mühafizə fəaliyyətində maddi-texniki təminat əsas rol  oynayır­
dısa,  bazar  iqtisadiyyatı  şəraitində  təbiəti  mühafizə  tədbirlə­
rinin əsas amili onun malliyyə təminatıdır.
1989-1990-cı  illərdə  ətraf  mühitin  mühafizəsinin  tən­
zimlənməsində  iqtisadi  mexanizmlərin  tətbiqi  təbiəti  mühafizə 
fəaliyyətinin maliyyələşmə sisteminə yeni baza yaratmaq imka­
nı  verdi  (təbiətdən  istifadəyə  görə  ödənişlər,  çirklənməyə  görə 
ödənişlər,  və s.).  Ətraf mühiti  mühafizə tədbirlərinin və ekoloji 
proqramların  maliyyələşməsi  aşağıdakı  vəsait  mənbələrinin 
hesabına aparılır:
1)  müxtəlif səviyyəli büdcələr;
2)  müəssisə, təşkilat, şirkətlərin vəsaiti;
3)  büdcədənkənar ərazi ekoloji fondlar;
4)  ekoloji sığorta fondu;
5)  bank kreditləri;
6)  əhalinin  vəsaiti  (xarici  hüquqi  və  fiziki  şəxslərin 
könüllü vəsaitləri də daxil olmaqla).
Müxtəlif  maliyyələşmə  mənbələrinin  bəzi  formalaşma 
xüsusiyyətlərini nəzərdən keçirək.
M üxtəlif səviyyəli  büdcələrin
 
gəlir hissələrinə  müvafiq 
vergilər, təbii resurslardan istifadəyə görə, ətraf mühiti çirklən- 
dirməyə görə ödəniş və köçürmələr daxil olur.  Bunlardan başqa 
yerli  büdcələrdə  Respublika  büdcəsindən  dotasiyalar,  subsi­
diyalar da daxil ola bilər ki,  bunlar da çox vaxt təbiəti mühafizə 
tədbirləri üçün nəzərdə tutulur.
320
Bəzən  Respublika  büdcəsindən  ekoloj i-investisiya 
proqramlarına subvensiya da ayrıla bilər.
Müəssisələrin  öz  vəsaiti
 
təsərrüfat  subyektlərinin  gəlir­
ləri hesabına formalaşır. Təbiəti mühafizə əsas fondlarının istis­
marı  və  təbiəti  mühafizə tədbirlərinin keçirilmə xərcləri müəs­
sisənin istehsal etdiyi məhsulların maya dəyərinə daxil edilir.
Büdcədən  kənar ərazi ekoloji fondları
 
təbiəti mühafizə 
və  bəzi  resursların  bərpasına  yönəlmiş  vəsaitlərin  qalıq  prin­
sipini  kənarlaşdırmaq  üçün  yaradılır.  1990-cı  ildə  aşağıdakı 
büdcədənkənar fondlar yarandı: mineral-xammal bazasının bər­
pası,  meşələrin  mühafizəsi  və  bərpası,  subyektlərinin  bərpası 
və mühafizəsi fondu və s.
Büdcədənkənar  ekoloji  fondlar
 
təbiəti  mühafizəyə 
investisiyalar  yardım  sisteminin  bir  element  kimi,  təxirəsa­
lınmaz  mühafizə  məsələlərinin  təbii  mühitdə  itkilərin  bərpası, 
iqtisadi  zərərin kompensasiyası  və  s.  kimi tədbirlərin  maliyyə­
ləşdirilməsi üçün yaradılmışdır.
Ə traf mühitin mühafizəsi ictimai fondu
 
əhalinin vəsaiti 
ictimai  təşkilatların  könüllü  yardım  və  s.  hesabına  formalaşır. 
Bu  fondlar  ictimai  ekoloji  birliklər,  həmkarlar  birlikləri  tərə­
findən yaradılır və ancaq təbii mühitin mühafizəsinə xərclənir.
Adı  çəkilən  fondların  formalaşması  və  istifadəsi  bu 
fondları  yaradan  ictimai  birliklər  tərəfindən  müəyyən  olunur. 
Praktikada cəlb olunan  vəsaitin toplanması müxtəlifdir.  Təbiəti 
mühafizə  fəaliyyətinin  maliyyələşməsi  ayrı-ayn  mənbələrdən 
müxtəlif miqdarda cəlb oluna bilər.  Yəni,  büdcə vəsaiti  ilə  bir­
likdə,  müəssisənin  öz  vəsaiti,  büdcədənkənar  ekoloji  fondlar, 
kreditlər,  xarici  ölkə  firma  və  vətəndaşların  yardımı,  əhalinin 
vəsaitləri də maliyyələşmədə iştirak edə bilər.
İnkişaf etmiş  ölkələrin  təcrübəsinə  əsaslanaraq,  təbiəti 
mühafizə  işlərinə  cəlb  olunmuş  vəsaitlərin  mənbələrinin  çox 
fərqli  olduğu diqqəti çəkir. Məsələn, ABŞ regionlarında bu fəa­
liyyətin  maliyyələşməsi  həm  federal  hökumətin  subsidiyaları, 
həm  də  ümumi  dövlət  gəlirləri  hesabına  formalaşmış  fondlar
321

hesabına,  həm  yerli  mədaxillər  hesabına,  həm  xüsusi  vergisiz 
istiqrazların vəsaitindən həyata keçirilir.
Rayon,  yerli  və  respublika  büdcələrində  ekoloji  proq­
ramlar  və  ətraf mühiti  mühafizə  tədbirlərinin  maliyyələşməsi 
ayrı  sətirdə  verilir  və  maddi-texniki  ehtiyatlarla təmin  olunur. 
Respublika büdcəsinin  vəsaiti  hesabına  ancaq  dövlət proqram­
ların  tərkibinə  daxil  olmuş  təbiəti  mühafizə  tədbirləri  maliy­
yələşdirilir.
Mərkəzləşmiş  qaydada  dövlət  büdcəsi  hesabına  Ekolo­
giya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti maliyyələşdirilir.
Ətraf mühiti  mühafizə  tədbirlərinin maliyyələşdirilməsi 
vəsaitinin  ümumi  həcmində  xüsusi diqqət kapital  qoyuluşunun 
payına yönəldilməlidir.
Son  zamanlar  təbiəti  mühafizə  tədbirlərinin  maliyyə­
ləşdirilməsində  yerli  büdcələrin  və  müəssisələrin  hesabına 
maliyyələşmənin rolu artmaqdadır.
Təbiəti  mühafizə  fəaliyyətinin  maliyyələşmə  mənbə­
lərinin  tərkibində  baş  verən  dəyişikliyə  fikir  verdikdə  belə  bir 
qənaətə  gəlmək olar  ki,  təbiəti mühafizə tədbirlərinin maliyyə­
ləşməsi,  əsasən müəssisələrin öz hesabına aparılmalıdır. Ondan 
sonra  ekoloji  fondların  və  digər  investorların  vəsaitindən  söz 
gedə bilər.
Sənaye  cəhətdən  inkişaf etmiş  ölkələrdə  təbii  mühitin 
çirklənməsi  ilə mübarizəyə ümumi  milli  məhsulun (ÜMM) 3%-ə 
qədəri  yönəldilir.  Bu  göstərici  qonşumuz  Rusiyada  da  yük­
səkdir. Orada Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 2%-i, 
inkişaf  etmiş  ölkələrdə  isə  analoji  xərclər  ÜDM-in  1,5-4%-ni 
təşkil edir.
Qeyd  etmək  lazımdır  ki,  inkişaf  etmiş  ölkələrdə  ətraf 
mühitin  keyfiyyəti  kifayət  qədər  yüksək  səviyyədədir  və  məs­
rəflər  əsasən  bu  səviyyənin  saxlanmasına  yönəldilir.  Azərbay­
can  Respublikasında  isə  indiki  vəziyyətdə  ətraf  mühitin 
keyfiyyətini  yüksək  qiymətləndirmək  hələ  tezdir  və  bu  işlər 
üçün bizim məsrəflər daha çox olmalıdır.
322
MÖVZU 13.YENİ SİVİLİZASİYA DÖVRÜNÜN 
EKOLOJİ PROBLEMLƏRİ. KOSMOSUN 
MƏNİMSƏNİLMƏSİNİN EKOLOJİ ASPEKTLƏRİ
Məhsuldar  qüvvələrin  inkişafının  müasir  şəraitində 
təbii  ekoosistemə  və  bütövlükdə  biosferə  antropogen  təsir 
güclənmişdir.  Bu  təsir  bir  çox  hallarda  təbiətin  davam  gə­
tirmə  həddindən  kənara çıxır və ekosistemin qapanması baş 
verir.  Məhz  buna  görə  də  Yer  Kürəsinin  bir  çox  region­
larında təbii ekosistemlər səhralara çevrilmişdir.
Ümumiyyətlə,  insan  yarandığı  gündən  biosferə  bu  və 
ya  digər  dərəcədə  təsir  göstərərək  təbii  ekosistemləri  dağıt­
masına  pozulmasına  səbəb  olmuşdur.  Elə  bunan  nəticəsindir 
ki,  hazırda  Yer  kürəsinin  quru  hissəsinin  70%  ekosistemləri 
insanlar  tərəfindən  pozulmuşdur.  Bu  proses  XX əsrdə  daha 
sürətlə  baş  vermişdir.  İndi  dağıdılmış  torpaq  sahələrinin 
xüsusi  çəkisi  Avropada  -   15%,  Asiyada  -   44%,  Afrikada 
49%,  Şimali  Amerikada  -   56%,  Cənubi  Amerikada -   63%, 
Avstraliyada  isə  62%-ə  çatır.  Ən  çox  dağıdılmış  sahələr 
şimal yarımkürəsinin payına düşür. Burada Avropa (Rusiya 
düzənliyinin  şimal  hissəsini  çıxmaqla),  Cənubi  və  Cənubi- 
Şərqi  Asiya  (Çin  də  daxil  olmaqla),  Şimali  Amerikanın  -  
ABŞ-ı,  Kanadanın  Cənub  hissələri,  Meksikanın  bəzi  əra­
ziləri daha çox antropogen təsirə məruz qalmışdır.
Antropogen  təsirin  biosferin  funksiyalarına  uyğün 
olmaması  nəticəsində  canlı  mühitin  davamlı  inkişaf prosesi 
pozulmuş və ekoloji böhran yaranmışdır.
Müasir  istehsal  vasitələrilə  silahlanan  insanlar  təbii 
resurslardan  getdikcə  daha  çox  istifadə etməyə  başlamışdır. 
Təbii  resursların  istifadəsinin  ildən-ilə  genişlənməsi,  cəmiy­
yəti  gələcək  nəsillərin  yaşaması  və inkişafı  üçün  məsulliyyət 
daşımağa məcbur edir.
Cəmiyyətin  inkişafının  bütün  mərhələlərində  ekoloji 
problemlər  olmuşdur.  Yer üzərində insan yarandığı vaxtdan
323

onun  biosfera  təsiri  də  müntəzəm  surətdə  artmaqdadır. 
Yalnız  onun  təbiətə  intensiv  təsiri  sənayenin  güclü  inkişafı 
nəticəsində güclənmiş və qlobal xarakter almışdır.
İnsanın  təbiətə  təsiri  birbaşa  və  dolayı  yolla  ola  bilər. 
Birbaşa təsirdə insan biosferin resurslarından təlabatmı ödə­
mək üçün bilavasitə istifadə edir.  Yəni,  insanlar bitkilərdən, 
heyvanlardan,  torpaqdan,  sudan,  atmosfer  havasından, 
faydalı  qazıntılardan  və  digər  resurslardan  istifadə  edirlər. 
Lakin  bu  resurslardan  həddindən  artıq  intensiv  surətdə  is­
tifadə  edilməsi  onların  tükənməsinə  və  təbii  keyfiyyətinin 
pozulmasına səbəb olur.
İnsanın  təbiətə dolayı  yolla təsiri  isə onun fəaliyyəti  ilə 
əlaqədardır.  İnsanlar  tərəfindən  kanalların  çəkilməsi,  çay­
ların məcrasının dəyişdirilməsi,  təsərrüfat fəaliyyəti də bu və 
ya digər  dərəcədə təbiətə mənfi  təsir  göstərir.  Məsələn,  Orta 
Asiya  regionunda  pambıqçılığın  intensiv  inkişafı  ilə  əla­
qədar  olaraq  Amudərya  və  Sırdərya  çaylarından  həddən 
artıq  suyun  götürülməsi  nəticəsində  Aral  dənizinin  suyu 
həddindən  çox  azalmış,  bu  da  regionun  iqliminə  əsaslı 
surətdə  təsir  göstərir.  Bu  da,  öz  növbəsində Aral  dənizində 
bioloji  resursların,  xüsusilə  balıqların  azalmasına,  tozlu  kü­
ləklərin  yaranmasına,  torpaqların  şoranlaşmasına,  qurulu­
şunun  pozulmasına,  yeraltı  suların  keyfiyyətinin  dəyişmə­
sinə,  əhali  arasında  xəstəliklərin  və  ölüm  hallarının  çoxal­
masına səbəb olmuşdur. Belə misalların sayını çoxaltmaq da 
olardı.
Məhz,  buna  görə  də  bəşəriyyətin  hazırki  dövrdə  in­
kişafı  elə  həyata  keçirilməlidir  ki,  bir  tərəfdən  daima  artan 
insanların  maddi  nemətlərə  olan  tələbatı  ödənilsin,  digər 
tərəfdən isə təbiətə dəyən ziyanın miqdarı azaldılsın,  təbiətlə 
cəmiyyət arasında olan bərabərlik pozulmasın.
Bu  baxımdan,  cəmiyyət  özünün  sosial-iqtisadi  inkişa­
fını  elə  istiqamətdə  həyata  keçirməlidir  ki,  digər  problem­
324
lərlə  yanaşı  ekoloji  problemləri  də  müsbət  həll  etmək 
iqtidarında olsun.
Ekoloji problemlərin kəskinləşməsi cəmiyyəti inkişafın 
alternativ  yollarını  axtarmağa  təhrik  etmişdir.  Bu  ideyalar 
istehsalı,  istehlakı,  texnologiyanı,  insanların  sosial-iqtisadi, 
həyat  səviyyələrinin  və  digər  məsələlərin  dəyişdirilməsini 
tələb edir.
İnsanların  inkişafının  alternativ  yollarının  axtarması 
alimlər  arasında  da  kəskin  elmi  mübahisələrə  səbəb  ol­
muşdur.  Bir qrup alimlər belə hesab edirlər ki, ətraf mühitin 
getdikcə  daha  çox  çirklənməsi,  ekoloji  problemlər  iqtisadi 
inkişafa  mənfi  təsir  göstərən  əsas  amillərdən  biridir.  Onlar 
bunu  ayrı-ayrı  dövlətlərin  və  ümumiyyətlə,  dünya  miqya­
sında  ekoloji  tədbirlərə  getdikcə  daha  çox  maliyyə  resurs­
larının  ayrılması  ilə  əsaslandırırlar.  Buna  görə  də  onlar 
məhdud inkişaf nəzəriyyəsini irəli sürürlər.
Dünya  əhalisinin  artımında  olan  meyillər,  istehsalın 
intensiv  və  ekstensiv  inkişafı,  ətraf  mühitin  çirklənməsini, 
təbii  sərvətlərdən  istifadənin  intensivləşməsini  və  ekoloji 
böhrandan  xilas  olmağa imkan verən  ictimai  həyatın  (siya­
sətdə,  iqtisadiyyatda,  mədəniyyətdə  və  s.)  müxtəlif  sahə­
lərində dəyişiklik aparmaq zəruridir.
Neqativ ekoloji problemləri həll etmək üçün bəşəriyyət 
kortəbii  inkişaf  konsepsiyasından  imtina  etməli,  iqtisadi- 
ekoloji  səmərəliliyi  təmin  edən,  tənzimlənmə  mexanizminə 
malik  olan,  təbiətin  və  cəmiyyətin  təkamül  qanunlarına 
əsaslanan  yeni  inkişaf  yolunu  tutmaqdır.  Yalnız  bu  halda 
cəmiyyətin  inkişafı  fasiləsiz  və  uzunmüddətli  sosial-iqtisadi 
sarsıntılarsız  həyata  keçə  bilər.  Belə  inkişaf  davamlıdır  və 
uzunmüddətlidir. Bundan başqa, insanların təbiətə olan mü­
nasibəti,  psixologiyası,  ondan  istifadə  edilməsi  üsulları  ta­
mamilə dəyişməlidir.
Əgər  əvvəllər bəşəriyyətin yaşaması üçün əsas problem 
müharibə  və  sülh  idisə,  müasir  dövrdə  ətraf  təbii  mühitin
325

çirklənməsi  ilə  əlaqədar  olaraq  bura  qlobal  ekoloji  prob­
lemlər  də  əlavə  olunmuşdur.  Hələ  XX  əsrin  30-cu  illərində 
akademik  V.l.Vernadski  bu  barədə  bəşəriyyəti  xəbərdar 
etmişdir.  Bu  proses  XX  əsrin  ikinci  yarısından  sonra  ETT- 
nin  əvvəllər  görünməmiş  sürətlə  inkişaf  etməsi,  dünya 
iqtisadiyyatının  yenidən  qurulması və  məhsuldar qüvvələrin 
mütərəqqi  dəyişiklikləri  əsasında  daha  da  aktuallaşmışdır. 
Çünki  belə  bir  inkişaf  ətraf  təbii  mühitlə  qarşılıqlı  əlaqə 
formasında  aparılmamışdır.  Buna  görə  də  biosfer  həddin­
dən artıq təsərrüfat tullantıları ilə çirklənmişdir.
Buna  görə  də  bəşəriyyətin  müasir  sivilizasiyası  qlobal 
ekoloji  bönran şəraitində yaşayır.  Bu,  o  deməkdir ki,  bir  tə­
rəfdən  məhsuldar  qüvvələrin  inkişafı  istehsal  münasibət­
lərinə,  digər  tərəfdən  isə  biosferdə  baş  verən  proseslərə  uy­
ğun  gəlmir.  Təbiətlə  cəmiyyətin  arasında  olan  münasibət­
lərdə  yaranan  bu  bərabərsizlik  bir  çox  hallarda  ekoloji 
fəlakətlərə gətirib çıxarmışdır.
Alimlər  qeyd  edirlər  ki,  tarixi  dövrlərdə  də  bir  neçə 
dəfə ekoloji  böhran  olmuşdur.  Lakin  bu  böhranlar regional 
və lokal xarakteri daşımışdır.
Müasir  ekoloji  böhran  isə  XX  əsrin  əvvəlində  baş­
lanmış və hazırki dövrü əhatə etməklə getdikcə daha da güc­
lənməkdədir.  Pozulmuş  qlobal  ekoloji  sistemin  əsas  prob­
lemini şərti olaraq iki yerə ayırmaq olar:
1)  Təbii  resurslardan  qeyri-səmərəli  istifadə  nəticəsində 
ətraf  mühitin pozulması.
2)  Antropogen  təsir  ilə  əlaqədar  olaraq  ətraf  mühitin 
çirklənməsi və bunun nəticəsində baş verən pozulmalar.
Buna  əyani  misal  olaraq  bərpa  olunan  və  bərpa  olun­
mayan  resursların  qlobal  balansının  dəyişməsini,  torpaq 
örtüyünün  eroziyaya  uğramasını,  şoran  torpaq  sahələrinin 
və səhraların genişlənməsini,  meşə sahələrinin  azalmasını  və 
Yer  kürəsində  bioloji  müxtəlifliyin  azalmasım  göstərmək 
olar. 
Antropogen 
fəaliyyət 
nəticəsində  çirklənmənin
326
sürətlənməsi  və  tullantıların  yığılıb  qalması  insanların 
sağlamlığını  və  ətraf  mühitin  vəziyyətini  qorxu  altına  alır. 
Bütün  bunlar  bəşəriyyətin  gələcək  inkişafını  məhdudlaş­
dıran  amillər hesab olunur.
Onu  da  qeyd  etmək  lazımdır  ki,  ətraf  mühitin  çirk­
lənməsinin  kəmiyyət  və  keyfiyyət  tərəfləri  də  vardır.  Çirk­
lənmənin kəmiyyəti dedikdə antropogen tullantılar və birləş­
mələr  formasında  ətraf  təbii  mühitə  daxil  olan  çirklən- 
diricilərin  miqdarı  nəzərdə  tutulur.  Məsələn,  dəmir  birləş­
mələrinin  və  digər metalların hasilatı,  emalı qlobal xarakter 
daşıyır  ki,  bu  da ətraf mühitin metallaşmasını  artırır.  Digər 
tərəfdən  ətraf  mühitə  karbon  qazının  buraxılması  qlobal 
istiləşməyə  səbəb  olmuşdur  ki,  bu  da  bəşəriyyət  üçün  çox 
qorxuludur.  Atmosferə həddindən artıq  karbon  qazının da­
xil olması  nəticəsində  XIX əsrin sonu ilə  müqayisədə  hava­
nın orta illik temperaturu 0,6°C artmışdır.
Ətraf  mühitə  daxil  olan  tullantıların  keyfiyyət  gös­
təriciləri  daha  çox  qorxuludur.  Bəzən  bu  tullantıların  tər­
kibində  olan  maddələrə və birləşmələrə təbiətdə rast gəlinir. 
Burada əsas  rolu  üzvi  sintez kimyasının məhsulları oynayır. 
Onların  ümumi  növlərinin  sayı  100  mindən  çoxdur.  Bun­
lardan  hazırda  5000-nə  qədəri  kütləvi  surətdə  istehsal 
olunur.
Son  zamanlar  xlorftorkarbon  birləşmələri  alimlərin 
diqqətini  daha  çox  cəlb  edir.  Onun  birləşmələri  soyuducu­
larda,  kondisionerlərdə,  yuyucu  vasitələrdə  və  digər  sa­
hələrdə  geniş  istifadə  edilir.  Onların  illik  istehsalı  1,5  mln 
tona  çatır.  Freon  qazının  Ozon  qatının  dağıdılmasındakı 
rolu müəyyənləşməsəydi onların istehsalı daha da artacıqdı.
Günəşdən  qələn  ultrabənövşəyi  şüaların  qarşısında 
olan  Ozon  təbəqəsinin  dağıdılmasında  xlorftorkarbon  bir­
ləşmələri  və  freon  qazı  aktiv  rol  oynayır.  Son  20-25  ildə 
freon  qazının  atmosferə  atılmasının  çoxalması  nəticəsində 
Ozon  təbəqəsi  təqribən 2% azalmışdır.  Digər mənbələrdə isə
327

onun  azalması  2-5%  göstərilir.  Alimlər  müəyyən  etmişlər; 
birinci,  Ozon  qatının  1%  azalması  ultrabənövşəyi  şüaların 
2%  artmasına  səbəb  olur;  ikinci,  Şimal  yarım  kürəsində 
Ozon  qatı  3%  azalmışdır.  Qış  dövründə  freon  qazı  Ozon 
təbəqəsini  daha  intensiv  surətdə  dağıtdığı  üçün  Ozon 
təbəqəsi  5%-ə  qədər  azalır.  Ozon  təbəqəsinin  Şimal  yarım­
kürəsində daha çox seyrəkləşməsinin səbəbi dünyada istehsal 
olunan  freon  qazının  31%-nin  ABŞ-nm,  30%-nin  Qərbi 
Avropanın,  12%  Yaponiyanın,  10%-nin  MDB-nin  payına 
düşməlidir.  Bu istehsalçıların  hamısı  Şimal Yarımkürəsində 
yerləşir.
Üçüncüsü,  planetimizin  bir  çox  rayonlarında  Ozon 
qatının  dağılması  nəticəsində  Ozon  dəlikləri  yaranmışdır. 
İlk  Ozon  dəliyi  1978-ci  ildə  Antraktidada  müəyyən 
edilmişdir.  Əvvəlcə,  o,  Yerin  süni  peyki;  sonra  isə  yerüstü 
stansiyalar  vasitəsilə  tədqiq  edilmişdir.  1985-ci  ildə  ingilis 
alimləri  xəbər  verdilər  ki,  hər  il  oktyabr  ayında  Antrak- 
tidanın  üzərində  Ozon  təbəqəsi  40-50% azalır,  bəzi  hallarda 
isə  sıfra  enir.  Həmin  Ozon  dəliklərinin  ölçüləri  5  mln  km2- 
dən 20 mln km2-ə çatır.  Buna oxşar Ozon dəlikləri A ntrakti­
dada,  Ozon  anamaliyaları  isə  Qərbi  Sibirdə  və  Şərqi  Si- 
birdədə müşahidə edilmişdir.
Yeni  sivilizasiya  dövrünün  ekoloji  problemlərindən 
biri  də  ətraf mühitin  radioaktiv  maddələrlə  çirklənməsidir. 
Radioaktiv çirklənmənin əsas  mənbəyi  Nüvə silahlarının  sı­
naqdan  keçirilməsi  və AES-da  baş  verən qəzalardır.  2000-ci 
ilə  qədər  dünyada  1850-ə  qədər  nüvə  silahlarının  sınaqları 
keçirilmişdir. Atmosferdə keçirilən nüvə sınaqları qlobal xa­
rakter daşıyır. İnsan üçün ən zərərli sayılan izotoplar Sezium 
və  Stronsium  ətraf  mühitin  çirklənməsinin  intensivləşməsi 
ilə  yeni  proqnozların  yaranmasına  səbəb  olmuşdur.  Bu 
proqnozların  əksəriyyəti  gələcəyə pessimist  baxır,  yəni  dün­
yada ekoloji sistemin getdikcə daha çox pozulmasından xəbər 
verir.
328
İctimai  istehsalın  intensiv  surətdə  inkişaf  etməsi  təbii 
resurslardan  istifadəni  artırmaqla  yanaşı  ətraf  mühitin 
çirklənməsini də sürətləndirmişdir.  Bir  tərəfdən bir çox təbii 
resursların  bərpa  olunmaması,  digər  tərəfdən  isə  biosferin 
assinmiylasiya  qabiliyyətinin  məhdud  olması  qlobal  ekoloji 
problemlərin yaranmasına səbəb olmuşdur. ETT-nin müasir 
inkişafı  iqtisadiyyatın  texnogen  tipinin  formalaşmasına 
imkan yaratmaqla yanaşı ekoloji tarazlığın pozulmasına da 
səbəb  olmuşdur.  İctimai  istehsalın  ilkin  təbii  əsasım  təşkil 
edən  resursların  məhdudluğu  və  ekoloji  problemlərin 
yaranması  ictimai  istehsalın  inkişaf  variantlarının  işləyib 
hazırlanmasına  səbəb  olmuşdur.  Cəmiyyətin  inkişafının 
müasir dövründə iqtisadi inkişaf bir neçə mərhələyə bölünür;
1.  İlkin  iqtisadi  inkişaf.  Belə  inkişaf tipində,  inkişafın 
əsas  elementi əmək  və  kapital  götürülür.  Təbii  resurslar  tü­
kənməz  hesab  edilir,  ətraf mühitin  çirklənməsi  isə  inkişafa 
təsir etmir.
2.  İqtisadi  inkişaf  ətraf  mühitin  çirklənməsi  və  mü­
hafizəsi nəzərə alınaraq aparılır.
3. Davamlı (dayanıqlı) inkişaf konsepsiyası.
Yuxarıda  göstərilən  inkişaf  konsepsiyaları  arasında
davamlı  inikşaf  konsepsiyası  daha  mütərəqqidir.  Davamlı 
inikşaf  konsepsiyası  dedikdə,  indiki  nəsillərin  tələbatını 
ödəyən və gələcək nəsillərin tələbatının ödənilməsini təhlükə 
altına almayan inkişaf başa düşülür.
«Davamlı»  inkişaf  konsepsiyası  ilk  dəfə  1987-ci  ildə 
BMT  Beynəlxalq Komissiyasının məruzəsində təklif edilmiş­
dir.  Bu  sənədin  hazırlanmasında  200-dən  çox  dövlət  iştirak 
etmişdir.  1992-ci  ildə  ətraf mühit  və  inikşaf üzrə  BMT-nin 
Rio-de  Janeyroda  keçirilmiş  konfransı  bu  konsepsiyanı 
planetin  bütün  ölkələri  üçün  XXI  əsrdə  fəaliyyət planı  kimi 
təsdiq etdi.
«Cəmiyyət-təbiət»  qlobal  sistemində  davamlı  inkişaf 
müxtəlif səviyyəli  sosioekosistemlərdə  dinamik  müvazinətin
329

gözlənilməsini  tələb edir.  Sosioekosistemin komponentlərinə 
cəmiyyətin  (sosial  sistemin)  və  təbii  mühitin  elementlərinin 
məcmusu  daxildir.  Sosioekosistemin  fasiləsiz  inikşafi  üçün 
sistemin  mühit  ilə  təkcə  maddə,  enerji  və  informasiya  mü­
badiləsi  deyil,  həmin  mühitin  fəaliyyətini  təmin  edən  xarici 
mühit  də  qorunub  saxlanılmalıdır.  Davamlı  inikşaf  kon­
sepsiyasının  əsas  ideyası  sosial-iqtisadi  inkişafda  təbii  mü­
hitin  qarışılıqlı  əlaqəsinin  səmərəli  şəraitinin,  mexanizml­
ərinin yaradılması və onların inkişafına vahid inikşaf prosesi 
kimi  baxılmasıdır.  Yalnız  bu  halda  cəmiyyətin  və  təbii 
mühitin inkişafı üçün səmərəli zəmin yarana bilər.
Sosioekosistemlərin  davamlı  inkişafı  cəmiyyətin,  yəni 
insanların  bir  neçə  nəsil  dövründə  mövcud  ola  bilən  cəmiy­
yətin  imkanlarını  müəyyən  edir.  Sosial  baxımdan  davamlı 
inkişaf cəmiyyətdə  əhalinin  sayı,  kapital  və  texnologiyanın 
ehtiyatı  hamının  yüksək  həyat  səviyyəsini  təmin  etməlidir. 
İqtisadi  baxımdan  davamlı  inkişafın  təmin  olunduğu  cə­
miyyətdə təbii resurslardan  və enerji mənbələrindən istifadə 
aşağıdakı şərtlərə uyğun şəkildə həyata keçirilməlidir.
-  bərpa  olunan  təbii  resurlardan  istifadə  tempi  onların 
bərpa tempini üstələməməli;
-  bərpa  olunmayan  təbii  resursların  istifadə  tempi 
onların  bərpa  olunan  əvəzinin  işlənib  hazırlanması  tempini 
üstələməməli;
-  ətraf  mühitə  atılan  tullantıların  miqdarı,  ətraf 
mühitin onları  udması imkanını aşmamalıdır.
«Davamlı  inikşaf»  konsepsiyasının  əsas  prinsiplərin­
dən  biri  də  ədalətli  bölgü  prinsipidir.  İstehsal  olunan  maddi 
nemətlərin,  eləcə də  istehsala  və  istehlaka cəlb olunan  təbii 
resursların  istehsal  sahələri,  ölkənin  regionları  və  əhali 
arasında  ədalətli  bölgü  aparılmalıdır.  Dünyanın  yoxsul  və 
kasıb  ölkələrində  sosial-iqtisadi  araşdırmalar  göstərir  ki,  bu 
ölkələrin  zəif  inikşaf  etməsinin  əsas  səbəblərindən  biri  də 
ədalətli  bölgü  sisteminin  həyala  keçirilməməsidir.  Davamlı
330
inkişafa  əsaslanan  cəmiyyətdə  hamı  sosial  vəziyyətindən 
asılı olmayaraq maddi cəhətdən təmin olunmalıdır.
Ümumiyyətlə,  davamlı  inkişafın  əsas  göstəricilərindən 
biri  də  cəmiyyətin  hər  bir  üzvinin  maddi-rifah  səviyyəsinin 
aşağı düşməməsidir.
«Davamlı  inkişaf»  konsepsiyasının  iki  modeli  təklif 
edilir.  «Zəif» və  «ciddi».  «Zəif»  davamlılıq inkişaf modellə­
rində adambaşına istehlakın azaldılmaması əsas götürülür .
«Ciddi»  davamlılıq  inikşaf  konsepsiyası  «Zəif»  da­
vamlılıq  modellərinin  çatışmazlıqlarına  cavab  olaraq 
yaradılmışdır.
Davamlı  inkişaf konsepsiyasında  həyata  keçirilən  təd­
birləri sosial-iqtisadi və təbii qruplara ayırmaq olar.  Sosial- 
iqtisadi  tədbirlərə  iqtisadiyyatın  struktur  dəyişikliyi,  milli 
pulun  kursunun  dəyişməsi,  dövlət  büdcəsinin  kəsirinin 
azaldılması,  maliyyə  kredit  siyasəti,  özəlləşdirmə  siyasəti, 
qiymət islahatı, vergi və subsidiya proqramları və s. daxildir. 
Təbii 
tədbirlərə 
ekoloji 
vergilər, 
təbiəti 
mühafizə 
məsələlərinin maliyyələşdirilməsi, təbiəti mühafizə standartı, 
normativlərinin qəbul edilməsi və s. daxildir.
Bundan  başqa  davamlı  inkişaf konsepsiyası  aşağıdakı 
məsələləri özündə birləşdirir;
-insanlar diqqət mərkəzində olmalıdır,  onlar sağlam və 
hərtərəfli həyat sürmək hüququna malikdirlər;
-  təbii  resurslardan  səmərəli  istifadə  və  ətraf  mühitin 
mühafizəsi inkişaf prosesinin ayrılmaz ünsürü olmalıdır;
-  inkişaf  və ətraf mühitin qorunması tələbatının ödən­
məsi  həm  indiki,  həm  də  gələcək  nəsillər  üçün  nəzərdə  tu­
tulmalıdır;
-  müxtəlif  ölkələrdə  yaşayan  insanların  həyat  səviyyə­
ləri  arasındakı  fərqlərin,  kasıbçılıq  və  yoxsulluğun  azaldıl­
ması;
- istehsal və istehlak modellərinin davamlı inkişaf kon­
sepsiyasına  uyğun  gəlməyənlərin ləğvi və ya  azaldılması çox
331

vaxt  «davamlı  inkişaf»  konsepsiyası  -   öz  təbii  əsaslarım 
dağıtmadan  sabit  sosial-iqtisadi  inkişafa  nail  olmaq  kimi 
başa düşülür.
Davamlı  inkişaf  konsepsiyası  ekoloji,  iqtisadi,  digər 
sosial  problemlərin  qarşılıqlı  inkişaf  ədaqəsini  və  birliyini 
nəzərdə  tutur.  Bu  konsepisya  əhali  artımının  tənzimlən­
məsinə,  insanların  səmərəli  istehlakının  formalaşmasına, 
ekoloji mədəniyyət və etikanın inkişafına əsaslanır.
Davamlı  inkişaf  konsepsiyasının  əsas  sahələrində,  biri 
olan ekoloji  siyasət  ətraf təbii  mühitə  olan siyasi  münasibəti 
əks edirir.  Ekoloji  siyasət  anlayışı  80-ci  illərin  sonu  və  90-cı 
illərin  əvvəlində  işlədilməyə  başlanmışdır.  Cəmiyyətdə 
ekoloji  siyasət  termininin  yaranması  dövlətin  qarşıya  qoy­
duğu  məqsəd  və  məsələlərin,  yəni  iqtisadi,  sosial  və  ekoloji 
problemlərin  vahid  sistem  halında  həll  olunmasına  yönəl­
dilməlidir.
Ümumiyyətlə,  siyasət  (yun.  politike  -   dövlətin  ida­
rəetmə  bacarığı)  -   təşəkkül  tapmış  ictimai qaydaları  cəmiy­
yətdə qorumaq  məqsədilə müxtəlif sosial  qruplar,  siniflər  və 
dövlətlər  arasındakı  münasibətləri  tənzimləyən  xüsusi 
fəaliyyət  formasıdır.  Siyasət  tarixən  özünün  əsas  məqsədini 
müəyyən  hakimiyyətin  reallaşdırılmasından  ötrü  əlverişli 
şəraitin yaradılmasında görmüşdür.
Cəmiyyətin  iqtisadi,  sosial  və  ekoloji  maraqlan  son 
nəticədə siyasi hərəkətlərin əsas səbəbi kimi çıxış edir.  Lakin 
siyasət  də,  öz  növbəsində,  iqtisadiyyatın,  sosial  və  ekoloji 
problemlərin inkişafına əks təsir göstərə bilir.
Yeni sivilizasiya dövründə,  siyasət yalnız insanların so­
sial,  mədəni,  iqtisadi  tələblərini  deyil,  həm  də  ekoloji  tə­
ləblərini  də  nəzərə  almalıdır.  Əgər  çirkli  hava  ilə  nəfəs  al­
maq,  suyu  içmək,  qidam  yemək  mümkün  deyilsə,  onda 
bütün siyasi problemlər öz gücünü itirir.
332
Dünyanın  artıq  bir  çox  dövlətləri  iqtisadi,  sosial, 
texniki layihələrin hazırlanmasında və həyata keçirilməsində 
ekoloji məsələləri nəzərə alır.
Ekoloji  siyasətdə  ictimai  həyatın  demokratikləşdiril­
məsi,  soz azadlığı, ekoloji informasiyanın aşkarlığı,  əhalinin 
və sosial qrupların ekoloji problemlərin həllinə yönəldilməsi 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Demokratikləşmə,  cəmiyyətin 
idarə  edilməsində  inzibati  metodlardan  imtina  edilməsi, 
təbiətdən  istifadə  və  ətraf  təbii  mühitin  vəziyyətinə  dair 
informasiya  məhdudiyyətlərin  qoyulmaması  təbiətin  mə­
nimsənilməsinin, onun ehtiyatlarından səmərəli və kompleks 
istifadə üçün real zəmin yaradır.
Geniş  əhali  kütləsi  tərəfindən  ekoloji  problemlərin 
dərk  edilməsi, ekoloji biliklərin genişlənməsi və dərinləşməsi 
cəmiyyətdə  ekoloji  hərəkatların,  partiyaların  və  cəmiyyət­
lərin  yaranmasına  səbəb  olmuşdur.  Bu  da,  öz  növbəsində, 
dövlətlərin  siyasi  fəaliyyətinə  bu  və  ya  digər  dərəcədə  təsir 
göstərir.
Müasir  dövrdə  ekoloji  hərəkatlar  təşkilatı  cəhətdən 
formalaşaraq  surətlə  siyasətləşir.  Buna  misal  olaraq  dün­
yanın  bir  çox  ölkələrində  fəaliyyət  göstərən  «Yaşıllar»  par­
tiyasım  göstərmək  olar.  Artıq  onlar  dövlət  idarələrində, 
təşkilatlarında və parlamentlərində təmsil olunurlar.
Bir  çox  ölkələrdə  milli  təhlükəsizlik  konsepsiyasına 
ölkənin ekoloji təhlükəsizlik problemləri də daxil edilmişdir.
Beynəlxalq  siyasətdə  -   ekoloji  amil  güclü  rol  oyna­
mağa  başlamışdır.  Bu,  dünya  ictimaiyyətinin  ekoloji  prob­
lemlərinin  həm  qlobal,  həm  də  regional  təzahürlərinin  həl­
lində əməkdaşlığının ziddiyyətlərindən irəli gəlir.
N.F.Reymersun  (1994-ci)  fikrincə  ekoloji  siyasət  dörd 
mərhələdən ibarətdir:
1. 
Beynəlxalq  səviyyədə  -  qlobal  ekoloji  problemləri 
əhatə  edir.  Bura  beynəlxalq  hüquq,  xarici  siyasət,  sosial- 
iqtisadi  inkişafın  ekoloji  məhdudiyyətləri,  dünyanın  təbii
333

resurslar  potensialı  və  onlarm  qlobal  yerləşməsi  daxildir. 
Məsələn,  dünya  okeanında  ekoloji  zonaların  müəyyən  edil­
məsi;  bu və ya digər resursun istifadə kvotaları (norma, pay) 
ətraf  mühitin  çirklənməsinə  görə  ödənişlərin  razılaşdırıl­
ması;  bu  və  ya  digər  çirkləndiricilərin  ətraf mühitə  atılma­
sının  qadağan  olunması  (məsələn,  neft  tankerlərinin  yuyul­
ması zamanı  axıdılan çirkli sular,  ozon qatım dağıdan  mad­
dələr) və s. göstərmək olar.
Bundan  başqa,  dövlətlərarası  ekoloji  siyasətdə  müxtə­
lif dərəcədə  ziddiyyətlərlə  də  mövcuddur.  Bunların  əsas  sə­
bəbi aşağıdakılardır:
1.  Çirkləndirici  maddələrin  beynəlxalq  daşımaları 
(hava,  su,  dəmiryolu  və  s.  vasitələrlə).  Burada  əsas  yeri  ra­
dioaktiv nüvə tullantıları tutur.
2.  Qonşu  ölkələrdə  baş  verən  texnogen  qəzalar 
(Çernobıl  AES  -   də  baş  verən  qəza,  neft  tankerlərinin  qə­
zası,  sənaye  obyektlərində  olan  qəzalar,  neft  kəmərlərində 
baş verən qəzalar və s.).
3.  Bütün bəşəriyyətə məxsus  olan ehtiyatlardan  (Yaxın 
kosmos,  Dünya okeanı, Antarktida və s.) istifadə.
4.  Hərbi fəaliyyət  (silahların  sınaqdan keçirilməsi,  hər­
bi əməliyyatlar və təlimlər və s.).
Bu ziddiyyətlərin aradan qaldırılması üçün  qlobal  miq­
yasda  yeni  ekoloji  siyasətin  işlənib  hazırlanmasına  ehtiyac 
vardır.
Milli  və  regional  səviyyəli  siyasət  starteji  məqsədlər 
üçün  də  istifadə  edilir.  Bu  məqsəd  və  vəzifələr  ərazinin  xü­
susiyyətlərindən  və  onun  imkanlarından  asılıdır.  Buna  görə 
də  hər  hansı  ərazidə  təbiətdən  istifadənin  və  ətraf  mühitin 
mühafizəsi  strategiyasının  hazırlanması  üçün  ərazidə 
kompleks coğrafi tədqiqatlar aparılmalıdır.
Strateji  məqsədin  əsas  əlamətlərindən  aşağıdakıları 
göstərmək olar:
334
1. Ölkənin iqtisadi inkişaf probleminin həll edilməsində 
ekoloji və təbii coğrafi uçotun aparılması.
2. Əhalinin genetik sağlamlığının qorunub saxlanması.
3. Təbii-resurs potensialından səmərəli istifadə.
4. Bioloji müxtəlifliyin qorunub saxlanılması.
Müəyyən  edilmiş  məqsədi  və  istiqaməti  həyata  ke­
çirmək  üçün  ekoloji  siyasətin  metodunu  seçmək  vacibdir. 
Ekoloji siyasətin 40-dan çox metodu vardır. Onları fıksal və 
qeyri-fiskal  qruplara  bölmək  olar.  Qeyri-fıksal  siyasi  me­
todlara  təbiəti  mühafizə  fəaliyyətinin  hüququ  təminatı, 
ekoloji  normativlər,  təhsil və s.  Fiksal siyasi metodlara eko­
loji  lisenziya,  vergi,  ekoloji  investisiya,  ekoloji  proqramlar, 
dövlət tərəfindən ekoloji tədbirlərin maliyyələşdirilməsi və s. 
aiddir.
XX  əsrin  2-ci yarısında insanlar  tərəfindən  kosmosun 
mənimsənilməsi  və  Nüvə  enerjisindən  istifadənin  getdikcə 
artması  nəticəsində  cəmiyyətin  fəaliyyət  sahəsi  də  genişlən­
mişdir.  Kosmosun  mənimsənilməsi  yerdə  olan  məhdudiy­
yətləri  və  ekoloji  problemləri  dərinləşdirən  bir  çox  şəraiti 
aradan götürə bilər.
Qlobal  müşahidə  sisteminin  yaradılması,  antropogen 
fəaliyyətin  gcosfera  və  biosfera  təsirinin  təhlil  edilməsi, 
Yerdə  təbii  resursların geniş miqyasda öyrənilməsi yeni təd­
qiqat  metodlarının  tətbiq  olunmasının  zəruriliyini  qarşıya 
qoyur.  Bunun  üçün  distansion  müşahidə  sisteminin  yara­
dılması çox  əhəmiyyətlidir.  Bu sahədə kosmik texnologiyanı 
və  beynəlxalq  əməkdaşlığın  inkişafını  ekoloji  problemlərin 
həllində  mütərəqqi  hal  kimi  qiymətləndirmək  olar.  1961-ci 
ildə  BMT  kosmik  fəzanın sülh məqsədilə istifadə edilməsinə 
dair qətnamə qəbul etmişdir.
Çoxspektrli  radiometrik cihazlarla təzhiz edilmiş  avto­
matik  peyklər  yerdə  ətraf mühitin  fasiləsiz  monitorinqinin 
aparlımasına  imkan  verir.  Yer  orbitində  hərəkət  edən 
«Salyut»,  «Mir», «Skayleb» peykləri artıq kosmik laborato­
335

riyaya  çevrilmişdir.  Burada  müxtəlif eksperimentlər,  cihaz­
ların  sınağı  və  vizual  müşahidələr  həyata  keçirilir.  Kosmos­
da uçan  aparatlar vasitəsilə Yer kürəsinin iqlimi,  atmosferin 
sirkulyasiyası,  hava və su hövzələrinin çirklənmə dərəcəsinin 
qiymətləndirilməsi, meşələrin vəziyyəti,  okeanların sahil xət­
ləri  və  dibi və  digər məsələlər  öyrənilir.  Artıq  kosmik  peyk­
lər vasitəsilə xlorofıdlərin təmərküzləşməsi və onların qlobal 
yayılması,  bioloji  fəaliyyətlər,  sahil zonaları,  dəniz sularında 
zəhərli maddələrin olması sübuta yetirilmişdir.
Bəşəriyyətin  kosmik  perspektivi  prinsipcə  sonsuzdur. 
Bu  cəmiyyət  və  təbiətin  təsirinin  məkan  (o  cümlədən,  za­
man)  daxilində  sonsuz  genişlənə  biləcəyinin  real  olduğunu 
göstərir.  Cəmiyyətin  məkanca  sonsuz  genişlənməsi  imkanı 
(kosmosu  mənimsəməklə)  onun  zaman  daxilində  sonsuz 
mövcudluğu  üçün  də  zəmin  yaradır.  Kosmosun  mənimsə­
nilməsi,  beləliklə,  sosial əbədilik deyilən qədim konsepsiyanı 
yeni əsasda dirçəltməkdir.
Kosmosun  geniş  miqyasda  mənimsənilməsi  üçün  kos­
mosda  ekoloji  istehsalı  inkişaf  etdirməli,  yəni  insanların 
başqa  planetlərdə  həyatını  təmin  etmək  üçün  süni  biosfer 
yaradılmalıdır.  İnsan  bu  zaman  Yer  biosferini  modelləş­
dirməli,  canlı  maddənin  əsas  funksiyalarını  təkrar  istehsal 
etməlidir.  Kosmosun  mənimsənilməsi  cəmiyyət  və  təbiətin 
qarşılıqlı  münasibətində  dönüş  yaradır.  İnsan  fəaliyyəti 
üçün yerdə olan məhduddiyətlər, kosmosun mənimsənilməsi 
ilə aradan qalxa bilər.
Bu  baxımdan,  kosmik  enerjidən  istifadə  edilməsi  diq­
qəti  cəlb  edir.  Kosmosun  mənimsənilməsi  nəticəsində  kos­
mik  enerjinin  maddi  istehsal  sahəsinə  cəlb  edilməsi  üçün 
perspektivlər artır.
Bununla  belə,  kosmosun  mənimsənilməsinin  biosfer 
üçün  törədə biləcək  nəticələrinin müəyyən  edilməsinin  daha 
böyük  əhəmiyyəti  vardır.  Kosmosa  buraxılan  raketlərin 
biosferə  mənfi  təsiri  özünü  göstərir,  belə  ki,  raketlərdə  isti­
fadə olunmuş qazlar biosferi zəhərləyir, raketin atmosferdən 
keçiməsi onun tərkib və hərəkətinə təsir edir. Bundan başqa, 
kosmik  raketlərin  qəzaya  uğraması  və  ya  istifadə  olun­
duqdan  sonra  yer  atmosferində  yandırılmasıda  atmosferə 
mənfi  təsir  göstərir.  Kosmos  getdikcə  metal  qırıntıları  ilə 
daha çox çirklənir.
Kosmik aparatların 250-450  km  (ionosfer plazmasmm 
sıxlığının  maksimuma  çatdığı  yerdə)  yüksəklikdə  uçması 
nəticəsində  ionosferdə  dəyişikliklər  baş  verir,  «ionosfer 
deşikləri» yaranır, nəticədə atmosferin fiziki-kimyəvi proses­
lərinin  təbii  gedişinə  və  biosferin  digər  komponentlərinə 
güclü təsir göstərir.
Yaranmış vəziyyət kosmosun praktiki mənimsənilməsi 
ilə  əlaqədar  iki  kəskin  mövqeyin  səhv  olduğu  aydın  olur;
1)  ekoloji  təhlükənin  qarşısını  yalnız  yerdəki  vasitələrlə 
almaq;  2) ekoloji qəza zamanı bəşəriyyətin Yer kürəsini tərk 
edib kosmosdan sığınacaq kimi istifadə etməsi.
Deməli,  «Bəşəriyyət  -   Yer  -   Kosmos»  sistemi  for­
malaşır,  lakin Yer sakinləri XXI əsrdə hələ planetimizi  tərk 
edib  kosmosa  keçmək  fikrində  deyil.  Kosmonavtikadan  ilk 
əvvəl  yerdə  həyat  şəraitini  yaxşılaşdırmaqdan  Ötrü  istifadə 
ediləcəkdir.
Cəmiyyət və təbiət qarşısında qarşılıqlı təsir üçün müd­
dət Yerin  hüdudları daxilində baş verirdi.  Kosmonavtikanm 
yaranması  ilə  yerdənkənar  təbiətin  öyrənilməsi  və  dəyiş­
dirilməsinin  başlanğıcı  qoyulmuşdur.  Ona  görə  də  sosial 
ekologiya yalnız Yer problemələrinə istiqamətlənə bilməz, o, 
həmçinin kosmosun mənimsənilməsini, onun kosmik təbiətə 
və Yerin biosferinə təsirini nəzərə almalıdır.
Müasir dövrdə  ekoloji  təhlükəsizlik  ölkələrin  milli  təh­
lükəsizliyinin  mühüm  hissəsi  hesab  edilir.  Bu  tədbirlər  sis­
teminin  əsasını  ekoloji  siyasət  təşkil  edir  ki,  bu  da  insanla 
təbiət  arasında  olan  ziddiyyətlərin  aradan  qaldırılmasına 
yönəldilmişdir.  Belə  tədbirlər  sistemi  dövlətin  məqsədyönlü
336
337

fəaliyyət  proqramında  əks  olunmalıdır.  Ekoloji  siyasətin 
əsas istiqamətləri aşağıdakılardır:
1)  İctimai  istehsal  prosesində  təbii  resurslardan 
istifadənin optimallaşdırılmas).
2)  İnsan  fəaliyyətinin  neqativ  nəticələrindən  ətraf 
mühiti qorumaq.
3) Əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsi.
Onu  da  əlavə  etmək  lazımdır  ki,  bütün  bu  göstərilən
tədbirlərin həyata keçirilməsi bu və ya digər ölkənin  ümumi 
inkişaf  səviyyəsindən,  əsas  sosial-iqtisadi  problemlərin 
həllindən  asılıdır.  Ərazi  nöqteyi-nəzərdən  ekoloji  siyasət 
qlobal  və  milli  səviyyədə  olur.  Qlobal  ekoloji  siyasət  ardıcıl 
olaraq  bir  neçə  mərhələdən  keçmişdir.  Onun  əsas  zirvəsi 
BMT  tərəfindən  1972-ci  və  1992-ci  illərdə  keçirilən  iki  bey­
nəlxalq konfranslar olmuşdur.
Təbiidir  ki,  qlobal  ekoloji  böhranın səviyyəsi  ayrı-ayrı 
ölkələrdə  eyni  deyildir,  ölkələr  müxtəlif  ekoloji  siyasət 
həyata keçirir.  Sənaye cəhətdən  inkişaf etmiş  ölkələrdə  eko­
loji  siyasət  ardıcıl  həyata  keçirilir  və  ekologiyalaşdırma 
ETT-nın  ayrılmaz  hissəsi  hesab  edilir.  Bu  ölkələrdə  ciddi 
təbiəti  mühafizə  qanunvericiliyi  fəaliyyət  göstərir,  təbiətə 
mühafizə  texnologiyası  aktiv  surətdə  tətbiq  edilir,  ekoloji 
sənaye  surətlə  inkişaf edir,  ekoloji  bazar  getdikcə  genişlənir 
və  iqtisadi  artımda  «ekoloji  təlabat»  əks  olunur.  İqtisadi  və 
sosial  həyatın  ekologiyalaşdırılması  bir  neçə  yeni  sənaye 
ölkələri  üçün  də  xarakterikdir.  Belə  ölkələrə  misal  olaraq 
Sinqapuru,  İrlandiyanı,  Yeni  Zelandiyanı,  Portuqaliyanı. 
Norveçi,  Malaziyanı,  İsveçi,  Fillandiyanı və Çini  göstərmək 
olar.  Bu sahədə reytinqinə görə bu ölkələrdən sonra Fransa. 
Böyük Britaniya, İsveçrə, İspaniya və Yaponiya durur.
İnkişaf  etməkdə  olan  ölkələrdə  isə  ekoloji  vəziyyət 
daha  çox  həyəcan  yaradır.  Onlardan  bəziləri  özlərinin  təbii 
resurslarına  və  ətraf təbii  mühitin  qorunması  üçün  müxtəlif 
kompleks  layihələr  həyata  keçirsələr  də  ekoloji  vəziyyətin
338
normallaşmasında  gerilik  hiss  olunur.  Ona  görə  də  Cənub 
ölkələrində  səhralaşma,  meşə  sahələrinin  azalması,  torpaq­
ların deqradasiyası, su resurslarının çirklənməsi və digər pro­
seslər artmaqda davam edir.
Ətraf təbii mühitin mühafizəsi tədbirlərinin səmərəliliyi 
dövlətin  bu  sahəyə  ayırdığı  vəsaitin  həcmindən  asılıdır. 
Qərbin  yüksək  inkişaf  etmiş  ölkələrində  ÜDM-ın  1%-dən 
1,5%-ə qədəri təbiəti mühafizə tədbirlərinə ayrılır.
Buna  baxmayaraq,  XXI  əsrin  birinci  yarısında  bəşə­
riyyət  indiyə  qədər  görünməmiş  miqyasda  ekoloji  böhranla 
üzləşmişdir.  Bu  ekoloji  problemlər  fonunda  nəinki  Yerin 
geofiziki vəhdəti, bizim sivilizasiyanın dəyərləri sisteminin, o 
cümlədən  mədəniyyətin  vahidliyi  real  dərk  edilməyə  baş­
lamışdır.  Mədəniyyət  insanların  həyat  tərzinin  təşkili  və 
adaptasiyası  kimi  onların  biri-birinə  və  ətraf  təbii  mühitə 
münasibətinin  vacib  göstəricisidir.  Məzmunundan,  istiqa­
mətindən  asılı  olaraq  mədəniyyət  xalqları  bir-birinə  yaxın­
laşdırır və ya ayırır.  Məzmunca bəşəri və formaca milli olan 
mədəniyyət xalqları birləşdirir.
Müasir  dövrdə  bəşəriyyətin  iqtisadi,  siyasi  və  ekoloji 
fəaliyyəti  özünəməxsus  milli  mədəniyyətləri,  ümumbəşəri 
dəyərlərlə birləşdirən vahid dünya mədəniyyətinin yaranma­
sından  asılıdır.  Müasir  dövrün  qlobal  problemləri  şəxsiy­
yətin  intellektual  və  humanist  keyfiyyətləri  haqqında  məsə­
ləni  kəskin  şəkildə  qarşıya  qoyur.  Ayrı-ayrı  fərdin  forma­
laşması  milli  dəyərlərlə  yanaşı,  dünya  mədəniyyətinin  təsiri 
altında  getməlidir.  Bu iki  ölçünün  uyğunluğu insanın  sosial 
və ətraf mühitdə münasibətlərindəki birtərəfli yanaşmaqdan 
imtina etməyə imkan verir.
Yeni  sivilizasiya dövründə  dünya  mədəniyyətinin  for­
malaşmasını çox vaxt yalnız mədəniyyətin avropalaşması ilə 
eyniləşdirirlər.  Lakin dünya mədəniyyətinin formalaşmasına 
bütün  dünya  xalqlarının  mədəniyyətinin  naliyyətlərini 
özündə  birləşdirməklə,  onların  müstəqilliyini  qoruyub
339

saxlayır.  Dünya  mədəniyyəti,  ayrı-ayrı  xalqların  mədə­
niyyətini  inkar  etmir,  onları  zənginləşdirir,  onlara  müasir 
dövrün  problemlərinin  həllində  köməklik  göstərir.  Başqa 
sözlə,  mədəniyyət  insanların  həyat  fəaliyyətinin  milli  sə­
viyyədə  sadə  təcrübəsi  kimi  deyil,  çoxölçülü,  qlobal  pro­
seslərlə əlaqədar hadisə kimi qarşımızda durur.
Həm  milli,  həm  də  dünyəvi  inkişafın  əsasını  insanla 
təbiətin  hormoniyası  təşkil  etməlidir.  İqtisadiyyatın  inkişa­
fına istiqamətlənmiş əvvəlki strategiyanın yerinə mərkəzində 
insanın  durduğu  strategiya  gəlməlidir.  İnsanların  müasir 
həyat  tərzi  və  onların  məqsədi  postindusriya  dövründə  for­
malaşdığına  görə  əsaslı  şəkildə  dəyişməlidir.  Ona  görə  də 
mədəniyyətin  müxtəlif  formaları  ilə  yanaşı  ekoloji  mədə­
niyyət də məqsədəuyğun şəkildə inkişaf etməlidir.
Ekoloji  mədəniyyət  insanla  təbiət  arasındakı  yeni 
qarşılıqlı  münasibəti  əks  etdirir.  Dünya  ekoloji  mədəniyyə­
tinin  ən  vacib  əlaməti  sadəlöv  antroposentrizmdən  imtina 
edilməsi  və  biosferosentrik  baxışların  qurulduğu  baxışlara 
keçilməsidir.  Bu,  o deməkdir  ki,  indi  istənilən  problemlərin, 
o  cümlədən  ekoloji  problemlərin  həllində  üstünlük  sosial- 
iqtisadi  amillə  deyil,  təbii  amillərə  verilməlidir.  Antropogen 
ekoloji problemlərin  həllində mərkəzi yeri insan amili  tutur. 
Dünya  ekoloji  mədəniyyətin  əsas  meyyarı  ətraf  mühitin 
yaxşılaşmasıdır.  Onun  ölçüsü  isə  ekoloji  etikadır.  Ekoloji 
etikaya  əxlaq  münasibətləri  sferasında  «insan-insan», 
«insan-cəmiyyət»  ənənəvi  münasibətləri  ilə  yanaşı  «insan- 
təbiət»  münasibətlərinin  bir  sıra  cəhətləri  daxil  edilmişdir. 
Ekoloji  etikanın  əsas  xüsusiyyətini  təbiətə  olan  qayğı  təşkil 
edir.
Ekoloji  etika  onun  ənənəvi  istiqamətlərindən  fərqli 
olaraq  təbii  sərvətlərdən  səmərəli  və  kompleks  istifadə  et­
məklə,  ətraf mühitin  çirklənməsinin  azaldılması,  tullantılar­
dan  istifadə  olunmasına,  biosferin  resurslarının  bərpasına
340
cəmiyyətin  kömək  etməsi  və  digər  məsələləri  özündə 
birləşdirir.
Ekoloji etikanın vəziyyəti  artıq  indi aşağıdakı  tələbləri 
təklif  etməyə  imkan  verir:  gələcək  nəsillərin  yaşaması 
imkanını  pozan  istənilən  hərəkətdən  imtina  etmək;  təbii 
mühitin vəziyyətinə təsir göstərən qərarm qəbulunda gələcək 
nəsillər  qarşısındakı  məsuliyyət  ölçüsü  aparıcı  olmalıdır; 
indiki  nəsillərin  mənafeyinə  görə  gələcək  nəsillərə  ziyan 
vurulmasına yol verilməməlidir.
İnsanla  təbiət  arasında  qarşılıqlı  münasibətlərin  hor- 
moniyasının  təmin edilməsinə  xidmət  edən  ekoloji  etikanın 
müddəaları  o  zaman  reallaşa  bilər  ki,  o,  insan  fəaliyyətinin 
bütün  sahələrini  (iqtisadiyyat,  siyasət,  təhsil,  tərbiyə  və  s) 
əhatə etsin.
Milli mədəniyyət dəyərlərini tamamlayan  ümumbəşəri 
dəyərlərin  zəruriliyi  aşkar  olur.  Birləşdirici  humanist  müd­
dəalar  ekoloji  etika  sayəsində  inkişaf  edir.  Bu  mədəniy­
yətlərin dialoqu, millət və xalqların qarşılıqlı anlaşması üçün 
əsas  verir.  Ekoloji  etika  əsasında  düşüncəli  istifadə  mədə­
niyyəti formalaşır.
Davamlı inkişafa keçid yalnız hərtərəfli əsaslandırılmış 
qanunun  aliliyi  və  icra  edilməsi  təmin  edilən,  insanın  və 
ekosistemin hüququ müdafiəsi mövcud olan hüququ dövlət 
şəraitində mümkündür.
Hüquqi dövlətin ən vacib fərqləndirici əlamətlərinə qa­
nunun aliliyi, fərdlərin hüquq və azadlığının reallığı, suveren 
dövlət  hakimiyyətinin  qanunvericilik,  icra  və  məhkəməyə 
bölünməsi əsasında təşkili və fəaliyyəti daxildir.
Hüquq  insan  üçün  əlverişli  təbii  şəraitin  təmin  edil­
məsində müəyyən rol oynaya bilər. Hüquqi dövlət şəraitində 
o,  «cəmiyyət-təbiət»  münasibətlərinə  normativ,  vacib  və­
ziyyət verə bilər.
Ekoloji  münasibətlərin  (o  cümlədən,  ictimai)  hüquq 
vasitəsilə  tənzimlənməsi  yeni  əsaslandırılımış  qanunların
341

qəbulu  ilə  başlamalıdır.  Qanunçuluğun  əsasını  ölkə  konsti­
tusiyası  təşkil  edir.  Beynəlxalq  normalara  uyğun  olaraq, 
konstitusiya  ekoloji  münasibətlərin  tənzimlənməsində  döv­
lətin ümumi yanaşmasını müəyyənləşdirir.  Belə ki, dünyanın 
əksər ölkələrinin konstitusiyası BMT  tərəfindən  1948-ci ildə 
qəbul edilmiş  «İnsan hüquqlarının ümumi Bəyannaməsi» və 
insan  hüquqlarına  dair  başqa  beynəlxalq  sənədlərin  ideya­
larını özündə ifadə edir.
İnsanın  vətəndaşlıq  və  siyasi  hüquqlarına  dair  BMT-nın 
1976-cı  ildə  qəbul  etdiyi  Paktın  mərkəzi  yerini  hər  bir  insa­
nın  inkişafı,  ətraf  mühitin  sağlam  və  ekoloji  cəhətdən 
tənzimlənmiş şəraiti, sülh şəraitində yaşamaq və bəşəriyyətin 
ümumi  irsinə  olan  hüquqlar  tutur.  Həmin  hüquqlar  ayrı- 
ayrı ölkələrin  konstitusiyasında dəyişikliklər edilməsinə təsir 
göstərir.  Bu hüquqlar əsasında vətəndaşların ekoloji hüquq­
ları,  təbii  mühitin  mühafizəsi,  təbii  ehtiyatlardan  səmərəli 
istifadə haqqında konkret qanunçuluq təkmilləşdirilir.
Şəxsiyyətin  ekoloji  hüququnda  ona  bir  tərəfdən  təsər­
rüfat  fəaliyyətinin  subyekti,  təbii  mühitə  təsir  göstərən,  ona 
görə  məsuliyyət  daşıyan,  digər  tərəfdən  belə  təsirin  obyekti, 
ekoloji  ziyanın  qarşısım  almaq,  bərpa  etmək  hüququna 
malik  kimi  baxılır.  Bu  zaman  vətəndaşların  ətraf  mühitə 
olan  hüququ  iki  əsas  vəziyyət  ilə  müəyyən  olunur:  ekoloji 
tərbiyə və təhsillə, ekoloji hüquqların dövlət təminatı ilə.
Vətəndaşların  ekoloji  hüquqlarının  dövlət  təminatına 
vətəndaşların  sığortası,  dövlət  və  ietimai  fondların  yaradıl­
ması, təbii mühit üzərində nəzarət,  müşahidə və s.  daxildir.
Vətəndaşların ekoloji hüquqları aşağıdakılardır:
-  təbii  mühitin  vəziyyəti  və  onun  mühafizəsi  tədbirləri 
haqqında  düzgün  informasiyanın  verilməsi  haqqında  sorğu 
etmək;
-  ekoloji  cəhətdən  ziyanlı  obyektlərin  yerləşdirilməsi, 
tikintisi,  istismarı  haqqında  qərarların  ləğv  edilməsini  tələb 
etmək;
342
Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin