Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746


MÖVZU  15. EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

MÖVZU  15. EKOLOJİ PROBLEMLƏRİN HƏLLİ 
SAHƏSİNDƏ  BEYNƏLXALQ TƏCRÜBƏ 
VƏ  ƏMƏKDAŞLIQ
Müasir  dövrün  iqtisadi  inteqrasiya  şəraitində  bütün 
təhlükəsizlik  növləri  (hərbi,  ekoloji,  iqtisadi,  sosial  və  s.) 
içərisində  ekoloji  təhlükəsizliyin  təmin  olunması  problemi 
bu  gün  üçün  aktual  hesab  edilir.  Ekoloji  problemlər  ardı­
cıllığını  hər  hansı  bir  götürülmüş  dövlət  və  region  çərçi­
vəsində həll  etmək  olar,  lakin  Yer  kürəsinin  əhalisinin  eko­
loji  təlükəsizliyi  yalnız  bütün  cəmiyyətin  birgə  səyi  nəticə­
sində təmin oluna bilər.  Həmçinin,  ekoloji problemlərin qlo­
bal xarakter daşıması bu problemin həlli üçün ətraf mühitin 
qorunması  istiqamətində  tədbirlər  sisteminin  həyata  keçi­
rilməsində  geniş  beynəlxalq  əməkdaşlığı  tələb  edir.  Bundan 
ötrü  planetin  ekoloji  böhran  problemi  haqqında  birgə, 
vahid  anlayış  tələb  olunur  və  problemin  həll  edilməsi  üçün 
bütün  dövlətlərin  və  xalqların  birgə  koordinasiyaedilmiş 
fəaliyyəti lazımdır.
Ətraf mühitin  qorunması  üzrə  əməkdaşlıq  hələ  100  il 
əvvəl yaranmış və indi də surətlə inkişaf etməkdədir.  1960-cı 
illərdə qərbin  bir qrup  alimləri  tərəfindən  ətraf mühitdə  baş 
verən  neqativ  hadisələrə  münasibət  1968-ci  ildə  «Roma 
Klubu»  adı  altında  bir  təşkilatın  formalaşmasına  şərait 
yaratdı.  Bunu  ətraf  mühitin  mühafizəsi  sahəsində  ilk  bey­
nəlxalq  təşkilat  adlandırmaq  olar.  «Roma  klubu»  romalı  iş 
adamı  Aurelio  Reççeinin  başçılığı  altında  yaradılmış  və  30- 
dan  çox  ölkənin  alimlərini,  iş  adamlarını  və  ictimai  xa­
dimlərini  birləşdirən  Beynəlxalq  Qeyri-dövlət  Təşkilatı  kimi 
fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi  insanla  təbiət 
arasındakı  qarşılıqlı  əlaqəsini  öyrənmək  olmuşdur.  «Qlobal 
problemlər»  anlayışı  da  onların  adı  ilə  bağlıdır.  «Roma 
klubu» o dövrdə qlobal problemlərə:
- əhali artımı;
370
- ozon təbəqəsinin dağılması;
- su hövzələrinin qorunması;
- enerjinin ənənəvi sahələrinin tükənməsi;
- aclıq problemi;
- insan həyatının saxlanılması və s.  aid etmişlər.
BMT  bu  məsələyə  daim  diqqət  yetirir.  1962-ci  ildə 
BMT-in  XVII  Baş  Məclisində  «Ekoloji  İnkişaf və  Təbiətin 
Mühafizəsi»  adlı  xüsusi  qətnamə  qəbul  olundu.  Bu  qət­
namədə qeyd edilir ki,  təbiətin mühafizəsi  BMT-yə üzv  olan 
bütün  dövlətlərin  bilavasitə  vəzifəsidir  və  təbii  ehtiyatların 
qorunub  saxlanılması  üzrə  tədbirlər  iqtisadi  inkişafla  birgə 
eyni zamanda aparılmalıdır.
1972-ci ildə Stokholmda BMT-nin ətraf mühit məsələsi 
üzrə  konfransı  keçirildi.  Konfrans  ətraf mühitin  mühafizəsi 
haqqında  bəyanat  qəbul  etdi  və  5  iyun  «Beynəlxalq  ətraf 
mühitin mühafizəsi» günü elan olundu.
Ətraf mühit probleminin Beynəlxalq xarakter almasına 
ölkə,  region,  ümumbəşəri  və qlobal  səviyyədə  baxmaq  tələb 
olunur.  Belə  yanaşma  ona  görə  gərəklidir  ki,  ətraf mühitin 
qorunması  ümumbəşəri  xarakterlidir.  İnsanların  əmək 
fəaliyyətinin  predmeti  sayılan  yerüstü  və  yeraltı  sərvətlər 
bütün dünya üçün gərəklidir.  Dünya okeanı sərvətləri,  iqlim 
və  kosmik  resurslar  ümumbəşəri  xarakter  daşıyır.  Belə 
elementlər qloballaşmanın vüsət alması imkanlarını daha da 
artırır.  Nəticədə bütün dövlətlər üçün qorunması gərək  olan 
vahid ekoloji məkan yaranır.  Vahid qlobal əməkdaşlığın hə­
yata keçirilməsi yollarının tapılmasına böyük ehtiyac vardır. 
Bu, hər şeydən əvvəl, cəmiyyət və ətraf mühit problemlərinin 
həllinin həyata keçirilməsi üçündür.
Ə traf  təbii  mühitin  beynəlxalq  hüquqi  mühafizəsi 
obyektləri içərisində 2 kateqoriya ayrılır:
1)  Ayrı-ayrı dövlətlərin yurisdiksiyasına daxil olan;
2)  Ayrı-ayrı  dövlətlərin  yurisdiksiyasına  daxil  ol­
mayan.
371

Birinciyə  daxil  olan:  atmosfer  hövzəsi,  yaxın  kosmos, 
dünya  okeanı,  Antarktida,  köçəri  heyvan  növləri.  Qeyd 
edilən  obyektlər  beynəlxalq  ekoloji  hüquq  normalarına 
müvafiq  olaraq  qorunur  və  istifadə  edilir.  O  obyektlər  ki, 
beynəlxalq  mühafizə  olunan  obyektlərə  daxil  deyildir,  zə­
rurət  yarandıqda  beynəlxalq  əməkdaşlıq  obyektləri  kimi 
ətraf  təbii  mühitin  mühafizəsi,  təbiətdən  səmərəli  istifadə, 
ekoloji təhlükəsizlik sahələrində çıxış edə bilər.
Konkret  ölkənin  yurisdiksiyasına  daxil  olan  ətraf mü­
hitin  beynəlxalq  hüquqi  obyektləri  -   dünya  təbiət  abi­
dələrinə  daxil  edilmiş  obyektlər,  beynəlxalq  qırmızı  kitaba 
daxil  edilmiş  və  nəsli  kəsilmək  təhlükəsi  qarşısında  qalan 
nadir  heyvan  və  bitki  növləri,  beynəlxalq  çaylar,  dənizlər, 
göllər və başqa obyektlərdir.  Məhz ətraf mühitin  mühafizəsi 
sahəsində  beynəlxalq  əməkdaşlıq  prinsipləri  Stokholm 
bəyannaməsində dürüst ifadə edilmişdir.  Bunlardan birincisi 
və  başlıcası  hər  bir  dövlətin  özünün  milli  siyasəti  ilə  ətraf 
mühitin problemlərinə  yanaşmağa  müvafiq  olaraq  öz  ərazi­
sindəki  resurslardan  istifadə  etmək  hüququna  malik  ol­
masıdır.  Lakin  burada  hər  hansı  fəaliyyət  ölkənin  milli  əra­
zisindən  kənarda  yerləşən  dövlətlərin  mühitinə  zərər  vur­
mamalıdır.
İkincisi,  yerin  təbii  resursları,  o  cümlədən  hava,  su, 
torpaq, flora,  fauna, xüsusilə də təbii ekosistemin xarakterik 
növləri  insanların  səmərəli  planlaşdırma  fəaliyyəti  vasitəsilə 
indiki və gələcək nəsillər üçün qorunmalıdır.
Üçüncüsü  isə,  bərpa  olunmayan  resurslardan  elə  is­
tifadə edilməlidir ki,  gələcəkdə  bu ehtiyatların  tükənməsinin 
qarşısı  alınsın  və  beynəlxalq  məkanda  bütün  insanlar 
onların  istifadəsindən  faydalana  bilsinlər.  Ətraf  mühitin 
mühafizəsinin  təşkili  sahəsində  beynəlxalq  qarşılıqlı  təsir 
müddəaları ümumdünya təbiət xartiyası ilə tamamlanmışdır 
ki, bu da BMT Baş Asambleyası tərəfindən təqdir edilmiş və
28  oktyabr 
1988-ci  ildə  çıxarılmış  qətnamədə  elan 
edilmişdir.
Müasir  dövrdə  hər  bir  dövlətin  qarşısında  iki  növ 
ekoloji hüquqi məsuliyyət durur:  siyasi və maddi.
Məsuliyyətin  ən  geniş  yayılmış  forması  sanksiyalardır. 
Bunu  qanunpozucu  dövlətə  qarşı  inzibati,  məcburedici 
tədbirlər sistemi də adlandırmaq olar.
Maddi  məsuliyyət  bu  və  ya  digər  dövlət  tərəfindən 
beynəlxalq öhdəliklərin pozulması zamanı meydana çıxır ki, 
onun  da  nəticəsində  cəmiyyətə  maddi  zərər  vurulmuş  olur. 
Maddi məsuliyyətin bir neçə formaları mövcuddur:
- təzminat -  ekoloji zərərin pulla ifadəsi;
-  restitusiya -   pozulmuş  hüquqi  bərpa  etmə  və  zərərin 
ödənilməsi;
-  substitusiya  -   məhv  edilmiş  və  yararsız  hala  düşmüş 
obyektlərin əvəzlənməsi;
-  restovrasiya  -   hər  hansı  bir  obyektin  bərpası  ilə 
əvvəlki vəziyyətə gətirilməsidir.
Deyilənlərlə əlaqədar olaraq vahid qlobal əməkdaşlığın 
həyata keçirilməsi  yollarının  tapılmasına böyük ehtiyac  du­
yulur.  Bu  baxımdan,  müxtəlif  təşkilat  və  müəssisələr  fəa­
liyyət göstərir.
Ümumdünya  təşkilatı  sayılan  BMT-nin  və  onun  ixti­
saslaşdırılmış  bölmələri  xüsusi  rol  oynayır  və ətraf mühitin 
mühafizəsi  də  bilavasitə  BMT-nin  nizamnaməsindən  irəli 
gəlir.  Onun  məqsəd  və vəzifəsi  -   insan  hüquqlarının  qorun­
ması,  əhalinin  yaşayış  səviyyəsinin  yüksəldilməsi,  sağlam­
lığın  qorunması,  sosial  və  iqtisadi  həyatdakı  problemlərin 
həll  edilməsində  yardım  göstərməkdir.  Həmçinin,  BMT-nin 
Baş  Assambleyası,  ətraf mühitin  qorunması  sahəsində ölkə­
lərin  iki  və  çoxtərəfli  əməkdaşlığının  inkişaf  etdirilməsinə 
şərait  yaradır,  yeni  təbiət  qoruyucu  orqanlar  yaradır,  ətraf 
mühitin  mühafizəsi  haqqında  təkliflər  hazırlayır,  ümum-
372
373

dünya  birliyinin  ekoloji  siyasətinin  əsas  istiqamətlərini 
müəyyən edir.
Məlumdur  ki,  ətraf  mühitin  qorunması  və  təbii  sər­
vətlərə  münasibət  sahəsində  BMT-nin  xeyli  sayda  gərəkli 
təşkilatları  fəaliyyət  göstərir.  1973-cü  ildə  BMT  tərəfindən 
bir  proqram  qəbul  edilmişdir.  Bu  ətraf  mühitin  qorun­
masına  dair  YUNEP  proqramı  adlanır  (baş  qərargahı 
Nayrobi şəhərində yerləşir).
YUNEP  proqramı  ətraf  mühitin  təbii  saxlanılması 
üçün  bütün  dövlətlərin  təcrübələrinə,  proqramın  perspek­
tivliyinə  bilavasitə  nəzarət  edərək  onları  tənzimləyir. 
YUNEP-in  idarəçilik  orqanı  BMT  Baş  Assambleyası  tərə­
findən  4  il  müddətinə  seçilən  idarəçilik  şurasıdır.  Bu  şuraya 
ətraf  mühitin  mühafizəsi  üzrə  beynəlxalq  əməkdaşlığa 
yardımı  həyata  keçirmək,  müvafiq  siyasətin  həyata  keçril- 
məsi üzrə tövsiyələr vermək, təbiəti mühafizə proqramlarına 
rəhbərlik  və  koordinasiyaları  həyata  keçirmək,  ətraf mühit 
haqqında  bilik  və  informasiyaların  beynəlxalq  aləmə  çat­
dırılması  və  s.  fuknsiyalar  həvalə  edilmişdir.  YUNEP  ətraf 
mühitin  mühafizəsi  sahəsində  monitorinqlərə,  qlobal  infor­
masiya  şəbəkəsinə,  zəhərləyici  kimyəvi  maddələrin  ehtiya­
tının  Beynəlxalq  qeydiyyatına,  səhralaşma  və  meşəsiz- 
ləşmələrin  qarşısının  alınması  tədbirlərinə,  bütün  ölkələrin 
çay  hövzələrindən  birgə  istifadəyə  nəzarət  edir.  Təşkilat, 
eyni  zamanda  aztullantılı  və  tullantısız  istehsal  sahəsinə  - 
texnologiyasına,  zəhərləyici  maddələrin  istehsalı  və  onların 
nəqlinə  də  nəzarəti  öz əlində saxlayır.  YUNEP ətraf mühit­
də  yaranan  törəmələrə  xüsusi  proqramlara  da  rəhbərlik 
edən  bir  təşkilatdır  və  öz  işlərini  BMT-nin  bütün  digər  təş­
kilatları ilə əlaqəli şəkildə həyata keçirir.
Bu  xüsusilə  ərzaq  və  kənd  təsərrüfatı  işlərinin  təşki­
lində  (FAO),  əmək  məsələlərinin  həllində  (MOT),  Ümum- 
dünya  səhiyyə  işlərinin  həllində (VOZ),  Ümumdünya  mete- 
reologiya  təşkilatları  ilə  görülən  işlərdə  (VMO),  Ümum-
374
dünya  təbiəti  mühafizə  fondu  ilə  (VFOP)  aparılan  işlərdə 
özünü daha çox göstərir.
YUNESKO -   1948-ci  ildə yaranmış və qərargahı Paris 
şəhərindədir.  Təbiətin  qorunması  sahəsində  bir  neçə  istiqa­
mətdə fəaliyyət göstərir:
1)  yüzdən  çox  dövlətin  məşğul  olduğu  ekoloji  proq­
rama  rəhbərlik edir.  Bu proqramlar  arasında uzunmüddətli, 
hökümətlərarası  proqramlar  (insan  və  biosfer),  ətraf mühi­
tin  qorunması  barədə  Ümumdünya  təhsil  proqramı,  Bey­
nəlxalq hidroloji proqram və s. vardır;
2)  ümumdünya  sərvəti  hesab  olunan  təbiət  abidə­
lərinin uçotu və mühafizə olunmasının təşkili;
3)  inkişaf  etməkdə  olan  və  digər  dövlətlərdə  ekoloji 
təhsilin  artırılması  və  ekoloq  -   mütəxəssislərinin  hazırlan­
masına kömək göstərmək.
Ümumiyyətlə, 
YUNESKO 
«İnsan 
və 
biosfer» 
proqramı  üzrə  işləri  həyata  keçirməklə,  insanlarla  mühit 
arasında qarşılıqlı əlaqə və inkişafın sosial-iqtisadi faktorları 
üzrə tədqiqatlar aparır.
Hələ XX  əsrin 50-60-cı illərində YUNESKO tərəfindən 
«Arid zonalar»,  «Rütubətli tropika»,  «Hidroloji onillik» adı 
altında  proqramlar  həyata  keçirilmişdir.  Bunlarla  yanaşı 
YUNESKO-nun  1970-ci  ildə  MAB  adlanan  «İnsan  və 
hidrosfera»  adlı  çoxillik  proqram  çərçivəsində  dünyanın 
100-dən artıq dövləti iştirak etdiyi müxtəlif istiqamətli proq­
ramların  yerinə  yetirilməsində  rolu  böyük  olmuşdur.  Belə 
proqramlardan  «Tropik  və  subtropik  ekosistemlərin  eko­
logiyasına  insanların  əmək  fəaliyyətinin  təsiri»,  «İnsanların 
Əmək  fəaliyyətlərinin  torpaqlara,  eləcə də mülayim  zonanın 
və  Aralıq  dənizi  zonasının  meşələrinə  təsirləri»,  «İnsanların 
əmək  fəaliyyətinin göllərin, bataqlıqların, çay deltalarının və 
sahil  rayonlarının  ekoloji  şəraitinə  təsirləri»  -   layihələrinin 
yerinə yetirilməsi daha çox fərqlənir.
375

FAO  -   1945-ci  ildə  yaradılmışdır.  Onun  fəaliyyət 
sahəsi  kənd  təsərrüfatı  və  dünya  ərzaq  ehtiyatlarıdır.  FAO 
torpaqlardan istifadə və onun qorunması,  Dünya okeanının 
bioloji  resursları,  heyvanlar  aləmi,  meşə  örtüyü,  su  ehti­
yatları kimi ekoloji problemlərlə məşğul olur.
FAO  dünyanın  torpaq  xəritəsini  hazırlamış,  onun 
təşəbbüsü ilə Ümumdünya Torpaq xartiyası qəbul olunmuş, 
əhalinin  yerləşməsi,  ərzaq,  səhralaşma,  su ehtiyatlarının  qo­
runması  üzrə  beynəlxalnq  konfranslar  təşkil  etmişdir.  FAO 
kənd  təsərrüfatı  məhsulları  istehsalı  və  emalının  yaxşı­
laşdırılması,  balıqçılıq,  aqrar  sahəyə  sərmayə  yatırımlarına 
yardım  göstərmək, kübrə və pestisidlərdən,  torpaq  və su  re­
surslarından  səmərəli  istifadə  olunması  kimi  məsələlərə 
yardım edir.
MAQATE  -   Atom  enerjisi  üzrə  Beynəlxalq  Agentlik 
1957-ci  ildə  yaradılmışdır.  Əsas  məqsədi  nüvə  təhlükəsiz­
liyinin  təmin  edilməsi  və  ətraf mühitin  radioaktriv  çirklən­
mədən  qorunması  proqramlarının  icrasını  təmin  etməkdir. 
MAQATE  atom  elektrik  stansiyalarının  istismarı  və  tikil­
məsi  qaydalarım  işləyib  hazırlayır,  layihələşdirilən  və  fəa­
liyyət göstərən  AES-in  ekspertizasını  aparır,  atom material­
larının  ətraf  mühitə  göstərdiyi  təsiri  qiymətləndirir,  radia­
siya  təhlükəsizliyi  normalarını  müəyyənləşdirir  və  onların 
yerinə yetirilməsinə nəzarət edir.
BTMİ  -   Beynəlxalq  təbiəti  mühafizə  və  təbii  resurs­
ların  qorunması  ittifaqı  1948-ci  ildə  təsis  olunmuşdur.  Bu 
qeyri-hökumət  təşkilatı  olub  100-dən  çox  dövlətin  qeyri- 
hökumət  təşkilatlarını  və  beynəlxalq  hökumət  təşkilatlarını 
özündə birləşdirir.
BTMİ-nin əsas vəzifələri:
1)  təbii ekosistemin, flora və faunanın qorunması;
2)  nadir  və  nəsli kəsilməkdə  olan  bitki  və  heyvan  növ­
lərinin,  habelə təbiət abidələrinin saxlanması;
376
3)  qoruqların,  təbii  landşaftların,  şəhərətrafı  milli 
parkların genişləndirilməsi;
4)  ekoloji təhsildən ibarətdir.
Bu  təhkilatm  təşəbbüsü  ilə  nadir  və  məhv  olmaqda 
olan növlərin «Qırmızı kitab»ı aparılır.
ÜST  -   Ümumdünya  Səhiyyə  Təşkilatı  -   1946-cı  ildə 
yaradılmışdır.  O  insan sağlamlığının qorunmasını ətraf mü­
hitin  mühafizəsi  aspektində  öyrənir.  ÜST  ətraf  mühitin 
sanitar-epidemioloji monitorinqini  aparır,  ətraf mühitin  və­
ziyyəti  ilə  əlaqədar  xəstəliklərin  məlumatlarını  ümumiləş­
dirir.  Ətraf mühitin sanitar-gigiyena ekspertizasını aparır və 
onun  keyfiyyətinə  qiymət  verir.  Eləcə  də  əhalinin  təmiz  su 
təminatı,  qidalanma və  tullantıların  məhv  edilməsi  də  daxil 
olmaqla ümumi ekoloji təhlükəsizlik məsələlərini araşdırır.
BDT -  Beynəlxalq Dəniz təşkilatı  1948-ci  ildə yaradıl­
mışdır.  BDT  dəniz  gəmiçiliyi  və  dənizlərin  çirklənməkdən 
qorunması  sahəsində  fəaliyyət  göstərir.  Bu  təşkilat  dəniz­
lərin neft və digər ziyanlı maddələrlə çirkləndirilməsinə qarşı 
beynəlxalq konvensiyaların hazırlanmasında iştirak edir.
Q EF  -   Qlobal  Ekoloji  Fond  -   1990-cı  ildə  yaradıl­
mışdır.  Fondun  başlıca  vəzifəsi  inkişaf etməkdə  olan  ölkə­
lərdə  ümumi planetar xarakter  daşıyan problemlərin  həllinə 
kömək  göstərməkdir.
QEF-in fəaliyyətində 3  beynəlxalq struktur iştirak edir:
1)  BMT-nin inkişaf proqramı;
2) Ətraf mühit üzrə BMT proqramı;
3)  Dünya bankı.
Q EF çərçivəsində maliyyələşməsi tələb olunan  bir  neçə 
problemlər daha böyük əhəmiyyət kəsb edir. Bunlar, iqlimin 
qlobal  istiləşməsi,  dövlətlərarası  suların  çirklənməsi,  bioloji 
müxtəlifliyin azaldılması və ozon təbəqəsinin seyrəlməsidir.
ÜM T  -   BMT-nin  Ümumdünya  metereologiya  Təşki­
latı  1947-ci ildə yaradılmışdır. Onun vəzifyəsi planetin hava­
sına  və  iqliminə  antropogen  təsirinin,  ümumilikdə  regionlar
377

üzrə  öyrənilib,  ümumiləşdirilməsidir.  ÜMT ətraf mühit mo­
nitorinqinin  qlobal  sistemi  çərçivəsində  fəaliyyət  göstərir. 
Sistemin işini YUNEP koordinasiya edir.
Ətraf  mühit  monitorinqinin  qlobal  sistemi  fəaliyyət 
göstərən beş proqramla səciyyələnir:
1) atmosfer vəziyyətinin monitorinqi;
2) çirkləndirici maddələrin uzaq məsafələrə ötürülməsi;
3)  insan sağlamlığı proqramı;
4) dünya okeanı proqramı;
5) quru sərvətlərin bərpası.
Yuxarıda  göstərilən  beynəlxalq  ekoloji  təşkilatlardan 
başqa  digər  beynəlxalq  strukturlar  da  fəaliyyət  göstərir. 
Məsələn,  potensial  zəhərli  kimyavi  maddələrin  beynəlxalq 
registri  YUNEP-in  bir  hissəsi  kimi  yaradılmışdır.  Onun 
vəzifyəsi  toksik  kimyəvi  maddələr  haqqında  məlumatları 
toplamaq,  öyrənmək  və  yaymaq,  zəhərli  kimyavi  maddələ­
rin insan sağlamlığına və ətraf mühitə təsirini öyrənməkdir.
Bundan  başqa  BMT-nin  bədbəxt  hadisələr  zamanı 
kömək göstərmək üzrə Bürosu, Avropa İqtisadi  Komissiyası 
və  s.  kimi  beynəlxalq  və  regional  ekoloji  təşkilatlar  da  fəa­
liyyət göstərir.
Adları sadalanan təşkilatlar dövlətlərarası razılaşmalar 
əsasında  yaradılmış  fəaliyyət  göstərən  və  geniş  beynəlxalq 
səlahiyyətlərə malik  olan  təşkilatlardır.  Ətraf mühit  məsələ­
ləri  ilə həm  də  dünyanın  müxtəlif ərazilərində  sosial-iqtisadi 
vəziyyəti 
araşdıran 
layihələrin 
reallaşdırılması 
üçün 
tövsiyyələr  işləyib  hazırlayan  komissiyalar  mövcuddur.  Bu 
cür  komissiyalar  Asiya  və  Sakit  okean  regionları,  Latın 
Amerikası,  Avropa  üçün  ekoloji  siyasəti  həyata  keçirən  ko­
mitələr  çərçivəsində  yaradılmışdır.  Məsələn,  beynəlxalq  tə­
biəti  və  təbii  resursları  mühafizə  birliyi,  heyvanların  mü­
hafizəsi  üzrə  beynəlxalq  federasiyanı  və  s.  buna  aid  etmək 
olar.
378
1992-ci ildə Rio-de-Janeyroda «Ətraf mühit və inkişaf» 
mövzusu  üzrə  dövlət  başçıları  və  nümayəndəlikləri  səviy­
yəsində  BMT  konfransı  keçirilmişdir.  Bu  konfrans  bəşə­
riyyətin  «davamlı  inkişafa»  keçidini  qəbul  edir  və  beynəl­
xalq  cəmiyyət  qarşısında  3  vacib  strateji  məsələni  müəy­
yənləşdirir:
1)  dünyanın  sənaye  cəhətdən  inkişaf  etmiş,  eyni  za­
manda təbii resursların əsas istifadəçisi olan və ətraf mühitin 
çirkləndirici mənbələri olan ölkələrdə istehsalın və istehlakm 
həcminin məhdudlaşdırılması;
2)  Asiya  və  Afrika  ölkələrində  əhali  artımının  şüurlu 
surətdə məhdudlaşdırılması;
3)  varlı  və  kasıb  ölkələr,  regionlar  arasında  bərabər­
sizliyin dərinləşməsinin qarşısının alınması.
Ətraf mühitin mühafizəsi məsələlərinin həllində başlıca 
rolu  regional  xarakter daşıyan  konfranslar oynayır.  1995-ci 
ildə  «Avropa  üçün  ətraf  mühit»  çərçivəsində  bu  məsələyə 
dair  Ümumavropa  nazirlər  konfransı  keçirildi  və  «Avropa 
üçün ekoloji  proqram» qəbul olundu.
1987-ci  ildə  xüsusi  komissiya  tərəfindən  1983-cü  ildə 
BMT  baş  Assambleyası  tərəfindən  hazırlanmış,  «2000-ci  ilə 
qədər  və  ondan  sonrakı dövr  üçün ətraf mühitin  mühafizəsi 
sahəsində  qlobal  perspektivlər  üzrə  məruzə»  qərarı  təsdiq 
edilmişdir.  Burada  ilk  olaraq  davamlı sosiali-iqtisadi  inkişaf 
konsepsiyasının əsasını təşkil edən ideyalar formalaşdırıldı.
Son  zamanlar  beynəlxalq  əməkdaşlığın  konvensiya, 
ikitərəfli  və çoxtərəfli  müqavilələr,  razılaşmalar, qətnamələr, 
proqramlar  və  s.  kimi  formaları  geniş  yayılmışdır.  Onların 
bağlanması  ölkələr  tərəfindən  təbiəti  mühafizə  fəaliyyətinin 
bu  və  ya  digər  aspektlərinə  görə  öhdəliklərin  götürülməsini 
bildirir.
Bu konvensiyalardan:
1)  1979-cu  ildə qəbul edilmiş  «Havanın  böyük  məsafə­
lərdə trassərhəd çirklənməsi haqqında»;
379

2)  1972-ci  ildə  “Dənizlərin  çirklənməsinin  qarşısının 
alınması haqqında” ;
3)  1985-ci ildə “Ozon təbəqəsinin mühafizəsi haqqında”;
4)  1992-ci  ildə «Qara dənizin çirklənməsinin qarşısının 
alınması haqqında»;
5)  1992-ci ildə  «Bioloji müxtəliflik haqqında»;
6)  «Flora  və  fauna  növlərinin  beynəlxalq  ticarəti  haq­
qında»,  «Bataqlıq  yerləri  haqqında»,  «Baltik  dənizi  ətraf 
rayonlarının  mühafizəsi  haqqında»,  «Ümumdünya  mədəni 
və təbii irsinin qorunması haqqında»  və  başqalarını göstər­
mək olar.
Beynəlxpalq  əməkdaşlığın  mühüm  aspektlərindən  biri 
beynəlxalq  təşkilatlar  tərəfindən  ekoloji  proqramların 
həyata  keçirilməsi  üçün  ölkələrə  göstərilən  maliyyə yardım­
larıdır.  Yardımlar,  bir  qayda  olaraq,  borc  və  kreditlər  şək­
lində olur.  Yardımları göstərən  ixtisaslaşmış təşkilatlar sıra­
sında  Beynəlxalnq  Yenidənqurma  və  İnkişaf  bankı,  Bey­
nəlxalq  Valyuta  Fondu,  Beynəlxalq  kənd  təsərrüfat  inkişaf 
fondu, YUNEP fondu xüsusilə fərqlənir.
İnkişaf  etmiş  ölkələrin  böyük  əksəriyyətində  ekoloji 
siyasətin  aparılması  və  onun  maliyyələşdirilməsinin  əsasını 
ətraf mühit  vəziyyətinin  normativ  keyfiyyəti  prinsipi  təşkil 
edir ki,  bu  da  müxtəlif növ  çirklənmələrə görə standartların 
müəyyən  edilməsi yolu ilə həyata  keçirilir.  Belə standartlara 
keçid  həm  cəzalandırıcı  və  həm  də  stimullaşdırıcı  xarakterli 
müvafiq  vergi  siyasəti,  dotasiyalar,  güzəştli  kreditlər,  ödə­
mələr,  vergilər  yolu  ilə  tənzimlənir.  Müasir  zamanda  ətraf 
mühitin  mühafizəsi  sahəsində  daha  aktiv  siyasətə  keçid 
inkişafda olan ölkələr üçün səciyyəvidir.
Keçid  iqtisadiyyatında  olan  ölkələrdə  hələ  planlı,  mər­
kəzləşdirilmiş  təsərrüfat  dövründə  təbitəti  mühafizə  sahə­
sində  bir  sıra  təcrübə  toplanmışdır.  Daha  doğrusu,  70-80-cı 
illərdə bir sıra təbiəti mühafizə qanunları işlənib hazırlanmış 
və  qəbul  olunmuş,  təbiətdən  istifadə  üzrə  dövlət  idarəetmə
380
sistemi  yaradılmış,  ekoloji  monitorinq  həyata  keçirilmiş, 
ekoloji  fondlar  yaradılmışdır.  Ətraf  mühitin  mühafizəsi 
məqsədilə  1997-ci  ildə  Kioto  şəhərində  «Kioto  protokolu» 
imzalanmışdır.  Bu  əsasən  «istilik»  effekti  yaradan  metan, 
karbon  və  digər  qazların  atmosferə  atılmasının  məhdudlaş- 
dırılmasına  yönəldilmişdir.  Protokolda  bu  qazların  atıl­
masının ixtisarı 2008-2012-ci ilədək nəzərdə tutulmuşdur.
Ətraf mühitin  mühafizəsi  sahəsində  beynəlxalq  əmək­
daşlıq  hələlik  qısa  tarixə malikdir.  70-ci illərin əvvəlində aş­
kar  olundu  ki,  cəmiyyətlə  təbiət  arasında  baş  verən  bərpa 
olunmaz  dəyişikliklərin  nəticəsində  insanlar  üçün  qlobal 
təhlükə  problemləri  yaranmışdır.  Bununla da  ətraf mühitin 
insanların  yaşaması  üçün  qorunması  məsələsi  məhz  beynəl­
xalq xarakter alır.
Deyilənlərlə  əlaqədar  olaraq  vahid  əməkdaşlığın  hə­
yata  keçirilməsi yollarının  tapılmasına  böyük  ehtiyac duyu­
lur.  Bu,  hər şeydən  əvvəl,  cəmiyyət  və ətraf mühit  problem­
lərinin həllinin həyata keçirilməsi üçündür.
Azərbaycan  Respublikası  zəngin  təbii  sərvətlərə  və 
inkişaf  etmiş  sənaye  sahələrinə  malik  olan  bir  dövlətdir. 
Uzun  illərdən  bəzi  müstəqil  Azərbaycana  miras  qalmış 
ekoloji  problemləri  həll  etmək  üçün  kompleks  tədbirlərin 
həyata  keçirilməsi  mühüm  vəzifə  olaraq  qarşıda  durur. 
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra 
dünyada  gedən  proseslərdən  kənarda  qalmamış  və  1992-ci 
ilin  iyun  ayında  Çərçivə  Konvensiyasına  qoşulmuş,  1995-ci 
ilin  yanvarında  isə  onu  ratifikasiya  edərək  Konvensiyanın 
Tərəfdaşı  olmuşdur.  1997-ci  ilin  aprelində  ölkə  Prezi­
dentinin  Sərəncamı  ilə  iqlim  dəyişməsi  üzrə  Dövlət  komis­
siyası  yaradılmış  və ölkəmiz 2000-ci  ildə  Kioto  Protokoluna 
qoşulmuşdur.  Son dövrlərdə ölkəmizdə ətraf mühitin müha­
fizəsi  sahəsində  ekoloji  siyasət  yeni  vüsət  almış  və  forma­
laşmağa  başlamışdır.  Bu  həm  də ekoloji  məsələlərin  ümum­
bəşəri  bir  problem  kimi  qəbul  edilməsi  ilə  izah  edilir.
381

Ölkənin  ekoloji  strategiyası,  ətraf  mühitin  qorunması 
sahəsində fəaliyyətin  koordinasiyasının  gücləndirilməsi  yolu 
ilə  milli,  beynəlxalq  və  regional  səviyyələrdə  təbii  ehtiyat­
ların  mühafizəsi,  elmə  əsaslanan  inkişaf  prinsiplərinin 
tətbiqi,  indiki  və  gələcək  nəsillərin  maraqlarını  təmin  edən 
ölkənin  iqtisadi  və  insan  resurslarının  istifadəsində  davam ­
lılığın təminatına yönəlmişdir.
İndiki dövrdə  ətraf mühitlə  bağlı mövcud  vəziyyət  hər 
bir  ölkəni  ekoloji  problemlərini  ümumbəşəri  kontekstə 
çıxarılmağa  məcbur  etmişdir.  Bu  gün  artıq  ətraf  mühitin 
mühafizəsi  məsələləri  aparıcı  beynəlxalq  təşkilatların  proq­
ram sənədlərində öz əksini tapır.
Azərbaycan  Respublikasında  yürüdülən  ekoloji  siya­
sətin  əsas  məqsədi  indiki  və  gələcək  nəsillərin  ehtiyaclarının 
təmin  edilməsi  naminə  mövcud  ekoloji  sistemlərin,  iqtisadi 
potensialın  qorunması  və  təbii  ehtiyatlardan  səmərəli  isti­
fadə  edilməsi  ilə  davamlı  inkişafın  təmin  edilməsindən 
ibarətdir.
İnkişafın  ekoloji  baxımdan  davamlı  olmasını  təmin 
etmək  üçün  iqtisadi  fəaliyyət  zamanı  meydana  çıxan  ciddi 
ekoloji  problemləri  aradan  qaldırmaq,  onların  ətraf mühitə 
mənfi  təsirinin  minimuma  endirilməsi  tələb  olunur.  Müasir 
dövrdə  ekoloji  durumu  və  sosial-iqtisadi  vəziyyəti  nəzərə 
alaraq  respublikamızın  ekoloji  siyasətinin  aşağıdakı  üç  əsas 
istiqamətlərini müəyyənləşdirmək olar:
-  ekoloji  təhlükəsizliyin  təmin  olunmasını  əsas  götü­
rərək,  ətraf  mühitin  çirklənməsinin  minimuma  endirilməsi 
və  mühafizəsinin  tənzimlənməsi  məqsədilə  davamlı  inkişaf 
prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi;
-  indiki  və  gələcək  nəsillərin  tələbatını  ödəmək  məq­
sədilə  təbii  sərvətlərdən  səmərəli  istifadə  etmək,  alternativ, 
qeyri-ənənəvi  metodlar vasitəsilə  tükənməyən  enerji  mənbə­
lərindən yararlanmaq və enerji effektivliyinə nail olunması;
382
-  qlobal  ekoloji  problemlər  üzrə  milli  səviyyədə  tə­
ləbatların  qiymətləndirilməsi,  həlli  yollarının  müəyyənləş­
dirilməsi,  beynəlxalq  təşkilatlarla  əlaqələrin  genişləndiril­
məsi,  eləcə  də  milli  potensial  imkanlardan  istifadə  etməklə 
həyata keçirilməsinin təmin edilməsi.
Ekoloji  siyasətin  prioritet  istiqamətlərdən  biri  də 
zəngin  təbii  və  əmək  ehtiyatları  olan  Azərbaycanda  insan 
potensialından  düzgün  istifadə edərək  əhalinin  sağlamlığını 
təmin  edən  ekoloji  mühit  yaratmaqla inkişafı  təmin  etmək­
dən  ibarətdir.  Lakin  sənaye  və  kənd  təsərrüfatının  inkişafı 
təmin  edilərkən,  ekoloji  amillərin  nəzərə  alınmaması  ilə 
əlaqədar  ölkəmizin ciddi  problemlərlə  üzləşməsi,  respublika 
ərazisinin  böyük  bir  hissəsinin  işğal  altında  qalması  və  in­
sanların  yaşayış  yerlərindən  didərgin  düşməsi  ətraf mühitin 
mühafizəsi  sahələrindəki  problemləri  daha  da  dərinləş­
dirmişdir.
Hazırda  problemlərin  həll  edilməsi  və  ölkənin  ətraf 
mühitinin  mühafizəsi sahəsində idarəetmə qabiliyyətini güc­
ləndirmək  məqsədilə  çoxsaylı  fəaliyyət  proqramları  həyata 
keçirilir.  Çay  sularının  çirklənməsinin  qarşısının  alınması, 
atmosfer  havasına  atılan  zərərli  maddələrin  azaldılması, 
Xəzər  dənizinin  ekoloji  vəziyyətinin  yaxşılaşdırılması,  ozon 
qatının,  biomüxtəlifliyin  qorunub  saxlanması  kimi  son 
dərəcə mühüm  əhəmiyyətli ekoloji  problemlərin uğurlu  həlli 
üçün  regional  və  beynəlxalq  əməkdaşlıq  olduqca  zəruridir. 
Ətraf  mühitin  keyfiyyətinin  yaxşılaşdırılması  ilə  bərabər, 
iqtisadiyyatın  müxtəlif sahələrində  çalışan  əhalinin  iş  şərai­
tinin yüksəldilməsi bütövlükdə əhalinin ümumi  sağlamlığına 
xidmət  edən  başlıca  amillərdəndir.  Lakin  ölkədə  mövcud 
olan  sənaye  sahələrinin  əsasını  təşkil  edən  bir  çox  müəssi- 
sələrdəki  iş  şəraiti  ekoloji,  sanitar-gigiyenik  baxımdan 
müvafiq  tələblərə  cavab  vermədiyindən,  orada  çalışan  in­
sanların  sağlamlığı  təhlükə  qarşısında  durur.  Belə  vəziyyət 
xüsusilə  neft-kimya,  maşınqayırma  müəssisələrində  daha
383

qabarıq  şəkildə  təzahür  edir.  Uzun  illərdən  bəri  müəs­
sisələrin  baxımsız  vəziyyətdə  olması,  köhnəlmiş  avadanlıq­
ların  müasir  texnoloji  avadanlıqlarla,  eləcə  də  qaz-toz  tu- 
tucu  fıltrasiya  sistemlərinin  yeniləri  ilə  əvəz  edilməməsi 
problemin həllini qeyri-mümkün edir.
Ətraf  mühit  sahəsində  beynəlxalq  müqavilələrə  qo- 
şulmağa da böyük diqqət yetirilir.  Belə ki, Azərbaycan Res­
publikası  bu  günə  kimi  20-dən  artıq  konvensiyaya  qoşul­
muş,  müvafiq  protokollar  imzalamışdır.  Ekoloji  vəziyyətin 
sağlamlaşdırılması  məqsədilə  ölkəyə  əvvəlki  illərdən  miras 
qalmış  mövcud  olan  su  ehtiyatlarının  çirklənməsinin  qarşı­
sının  alınması,  biomüxtəlifliyin  qorunması,  yaşıllıqların  ar­
tırılması,  neft  və  digər  tullantılarla  çirklənmiş  torpaqların 
təmizlənməsi,  bərk  sənaye  və  məişət  tullantılarının,  o  cüm­
lədən  təhlükəli  tullantıların  tələb  olunan  səviyyədə  utilizə 
olunmasının  təmin  edilməsi  istiqamətlərində  müvafiq  işlər 
görülmüşdür.
2003-cü  ildə  Azərbaycan  Respublikasının  Prezidenti 
tərəfindən  təsdiq  olunmuş  «Ekoloji  cəhətdən  dayanıqlı 
sosial-iqtisadi inkişafa dair» və «Meşələrin bərpa edilməsi və 
artırılmasına dair» milli  proqramlar,  həmçinin «Azərbaycan 
Respublikasında  hidrometeorologiyanın  inkişafına  dair 
Dövlət  Proqramına  daxil  edilmiş  tədbirlər  ardıcıl  həyata 
keçirilir.
Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 
imzalanmış  2007-ci  il  20  iyun  tarixli  «Xəzər  dənizinin  çirk­
lənmədən  qorunması  üzrə  bəzi  tədbirlər  haqqında»  Sərən­
camdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq 
standartlara  cavab  verən  modul  tipli  lokal  təmizləyici  qur­
ğular  alınaraq  Abşeron  yarımadasının  şimal  hissəsinin  67 
km-lik  sahil  zolağında  quraşdırılıb  başa  çatdırılmış  və 
istismara buraxılmışdır.
Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  20 
iyun  tarixdə  «Əhalinin  ekoloji  cəhətdən  təmiz  su  ilə  tə-
384
minatımn  yaxşılaşdırılması  ilə  əlaqədar  bəzi  tədbirlər 
haqqında»  imzaladığı sərəncama əsasən  Kür  və Araz çayla­
rının  suyundan  istifadə  edən  yaşayış  məntəqələrinin  ekoloji 
cəhətdən  təmiz su  ilə təmin edilməsi  məqsədilə qısa müddət 
ərzində  konkret  tədbirlər  görülmüşdür.  Belə  ki,  indiyədək 
illər  ərzində  120-dən  artıq  təmizləyici  qurğu  ölkəyə 
gətirilərək  Kür və Araz çaylarının kənarında yerləşən  kənd­
lərdə quraşdırılmışdır.
Respublikamızın  təbii  landşaftının  qorunması  prob­
lemi  də  diqqət  mərkəzindədir.  Son  dövrlərdə  xüsusi  mü­
hafizə  olunan  təbiət  ərazilərinin  genişləndirilməsi  istiqamə­
tində  ciddi  nəticələr  əldə  olunmuşdur.  2003-2008-ci  illər  ər­
zində  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  təs­
diqlənmiş  müvafiq  sərəncamların  icrası  ilə  əlaqədar  Res­
publikada xüsusi mühafizə olunan  təbiət ərazilərinin ümumi 
sahəsi  qısa  müddət  ərzində  478  000  ha-dan  876000  ha-a 
çatdırılmışdır  ki,  bu  da  ölkə  ərazisinin  təqribən  10,2  %-ni 
təşkil  edir.  Ətraf  mühitin  mühafizəsi  və  təbii  sərvətlərdən 
səmərəli  istifadə  sahəsində  təsdiq  edilmiş  fərman  və  sərən­
camların,  eləsə  də  qəbul  edilmiş  Milli  və  Dövlət  proqram­
larının  icrası  Azərbaycanda  gələcəkdə  də  bu  istiqamətdə 
yeni uğurların qazanılmasına təminat verir.
Son  zamanlar  Azərbaycan  Respublikası  Prezidentinin 
başçılığı  ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş 
müşavirələrin  keçirilməsi  bu  sahənin  ölkəmizdə  prioritet 
məsələlər  sırasına  qaldırılmasına  əyani  misaldır.  2010-cu  il 
fevralın  18-də  Azərbaycan  Respublikasının  Prezidenti  ya­
nında  keçirilən  ekoloji  problemlərə  həsr  olunmuş  müşa­
virədə  dövlət  başçısı  bu  gün  həllini  gözləyən  əsas  məsələ­
lərdən  biri  kimi  ekoloji  vəziyyətin  yaxşılaşdırılması  prob­
leminin  durduğunu  qeyd  etmişdir.  Ölkənin  iqtisadi  poten­
sialı  artdıqca,  maliyyə  qaynaqları  yarandıqca  ekoloji 
məsələlərin  həllinə  böyük  diqqət  yetirdiyini  bildirmiş  və 
ekoloji  vəziyyətin  sağlamlaşdırılması  istiqamətində  daha  da
385

ciddi  addımlar  atılması  üçün  çoxşaxəli  proqramın  həyata 
keçirildiyini  vurğulamışdır.  Dövlət  başçısı  hazırda  6  əsas 
istiqamətdə  -  içməli  su  probleminin  köklü  surətdə  həlli, 
şəhər  və  rayonların  kanalizasiya  sistemlərinin  ən  müasir 
səviyyədə  qurulması,  ekosistemin  tarazlığının  qorunması 
məqsədilə  yaşıllaşdırmanın  genişləndirilməsi  və 
meşə 
zolaqlarının  salınması,  atmosferin  çirklənməsinin  qarşısının 
alınması,  Abşeron  yarımadasında  torpaqların  neft  tullantı­
larında  təmizlənməsi  və  məişət  tullantılarının  utilizasiyası 
kimi  ekoloji  problemlərin  həlli  istiqamətində  konkret 
proqramların həyata keçirildiyini bildirmişdir.
Son  illər  iqtisadiyyatımızın  sürətli  inkişafının  nəticəsi 
olaraq  artan  gəlirlərin  qeyri-neft  sektoruna,  ətraf  mühitlə 
bağlı  problemlərin  həllinə  yönəldilməsi  ekoloji  layihələrin 
həyata keçirilməsi imkanlarını xeyli  genişləndirmişdir.  Buna 
görə  də  bir  çox  ölkələrin  maliyyə  böhranına  məruz  qal­
dıqları  bir  dövrdə Azərbaycanda  infrastruktur  layihələrinin 
icrası 
davam 
etdirilmiş, 
ekoloji 
problemlərin 
həlli 
istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir.
Ekologiya  ilində  Birləşmiş  Millətlər Təşkilatının  Ətraf 
Mühit  Proqramı  (YUNEP)  tərəfindən  İtaliyanın  Genuya, 
İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, respublikamızın  pay­
taxtı  Bakı  şəhəri  də  Dünya  Ətraf Mühit  Gününün  Avropa 
regionunda  qeyd  edilməsi  üçün  əsas  üç  şəhərdən  biri  elan 
edilmişdir.  «Ümumdünya  Ətraf  Mühit  Günü  -   2010»a 
Avropa regionu  üzrə rəhbərlik  edəcək  üç şəhərdən  biri  kimi 
Bakının  seçilməsi  heç  də  təsadüfi  deyil.  Bu,  ilk  növbədə, 
Azərbayçan  Respublikasının  Prezidentinin  rəhbərliyi  ilə 
ölkə  iqtisadiyyatının,  sosial-mədəni  həyatın  bütün  sahələ­
rində,  o  cümlədən,  ekoloji  tarazlığın  qorunması,  ətraf  mü­
hitin  sağlamlaşdırılması  ilə  bağlı  aparılan  ardıcıl  və  məq­
sədyönlü fəaliyyətin uğurlu nəticəsidir.
2010-cu  il  iyulun  5-7-də  Qəbələ  şəhərində  BMT-nin 
Ətraf  Mühit  Proqramının  və  Ekologiya  və  Təbii  Sərvətlər
Nazirliyinin  birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə  BMT- 
nin  Baş  Assambleyasının  növbəti  sessiyasına  hazırlıq  məq­
sədilə  Avropanın  Ətraf Mühit  Nazirləri  və  ekspertlər  səviy­
yəsində  konfrans  keçirilmiş  və  yekun  sənəd  olaraq  Qəbələ 
Bəyannaməsi qəbul olunmuşdur.
201 O-cü  il  oktyabrın  5-6-da  Qəbələdə  MDB  Dövlətlər- 
arası  Hidrome-teorologiya  şurasının  22-ci  sessiyası  keçiril­
mişdir.  Sessiyada  regionda  hidro-meteoroloji  fəaliyyətin 
əlaqələndirilməsi,  məlumat  mübadiləsinin  tənzim-lənməsi, 
müasir  hidrometeoroloji  müşahidə  və  təhlil  texnologiya­
larının  tətbiqi,  birgə  elmi-tədqiqat  işlərinin  aparılması,  nor­
mativ  və metodiki sənədlərin  işlənilməsi və s.  məsələlər  mü­
zakirə olunmuşdur.
Almaniya  federal  hökumətinin  dəstəyi  ilə  «Qafqaz  tə­
şəbbüsü» proqramı çərçivəsində  Samur-Yalama  Milli  parkı 
layihəsi  ilə  əlaqədar  keçirilmiş  tender  vasitəsilə  icraçı  şirkət 
müəyyən olunmuşdur.
Ekoloji  problemlərin  uğurlu  həllində  beynəlxalq 
əməkdaşlığın  rolu  əvəzsizdir.  Bunu  nəzərə  alaraq,  2010-cu 
ilcə  beynəlxalq  əməkdaşlıq  sahəsində  fəaliyyət  ardıcıllıqla 
davam  etdirilmişdir.  Bir  sıra  region  dövlətləri,  inkişaf etmiş 
dövlət  və  beynəlxalq  təşkilatlarla  əməkdaşlığa  dair  sazişlər 
imzalanmışdır.
Azərbaycan  Respublikasının  Prezidentinin  təşəbbüsü 
sayəsində  2010-cu  ilin  Azərbaycanda  Ekologiya  ili  elan 
olunması  ilə  əlaqədar  bir  sıra  beynəlxalq  səviyyəli  mühüm 
silsilə  tədbirlər  -   sərgilər,  konfranslar,  kütləvi  aksiyalar 
həyata  keçirilmişdir.
«Azərbaycanın  Ekoloji Fəaliyyətinin 2-ci İcmalı» sənə­
dinin  hazırlanması məqsədilə BMT-nin Avropa İqtisadi  Ko­
missiyasının  ekspertləri  yerli  mütəxəssislərlə  görüşlər  ke­
çirmiş,  tələb olunan məlumatları  əldə etmişlər.  Qeyd  olunan 
icmalın  2011-ci  ilin  birinci  rübündə  BMT-nin  Avropa 
Komissiyası  tərəfindən nəşr edilmişdir.  2010-cu ildə müxtəlif
386
387

ölkələrin ətraf mühit nazirlikləri ilə ətraf mühitin mühafizəsi 
sahəsində əməkdaşlığın qurulması istiqamətində işlər həyata 
keçirilmişdir.  Belarus  Respublikasının  Prezidentinin  Azər­
baycana rəsmi səfəri çərçivəsində iyunun 3-də həmin ölkənin 
Təbii  Sərvətlər  və  Ətraf  Mühitin  mühafizəsi  Nazirliyi  ilə 
Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  N a­
zirliyi  arasında  əməkdaşlığa  dair  saziş  imzalanmışdır.  Bun­
dan  əlavə,  Fransa,  Litva  və  Suriya  ilə  ətraf mühitin  m üha­
fizəsi  sahəsində  əməkdaşlıq  məqsədilə  müvafiq  layihələr 
hazırlanmışdır.  QEF,  UNİDO,  YUNEP,  USAİD,  NATO, 
ATƏT,  Ümumdünya  səhiyyə  təşkilatı,  Dünya  Bankı,  Av­
ropa  Yenidənqurma  və  İnkişaf Bankı,  Asiya  İnkişaf Bankı 
kimi  təşkilatlar  ilə  ətraf  mühitin  mühafizəsi  sahəsində 
əməkdaşlıq davam etdirilir.
Ölkənin  ekoloji  strategiyasının  əsasını  təşkil  edən 
proqramların  qəbul  edilməsi,  müvafiq  fərman  və  sərən­
camların  imzalanması,  ətraf mühitin  mühafizəsi,  insanların 
sağlam  təbii  şəraitdə yaşaması və  təbii  sərvətlərdən  səmərəli 
istifadə  sahəsində  həyata  keçirilən  siyasət  Azərbaycanda 
mövcud  olan  ekoloji  problemlərin  aradan  qaldırılmasına 
xidmət edir.
388
Ədəbiyyat
1. 
Aslanov  N.Q.  “Meliorasiya  torpqşünaslığı”,  Bakı: 
“Elm”,  1999.  S.346.
2.  Avazova  M.  Respublika  torpaqlarının  müasir  ekoloji 
vəziyyəti  “Təbii  sərvətlərin  qiymətləndirilməsi  və  tə­
biətdən  istifadə”  mövzusunda  elmi  -   praktiki  kon­
fransın  tezisləri”. Bakı, 2003. S. 340-342.
3.  Azərbaycanda  ətraf  mühit:  Statistik  məcmuə.  Dövlət
Statistika Komitəsi. Bakı, 2011.  S. 80-85.
4. Azərbaycan Respublikasının Milli İqlim Proqramı.  Azər­
baycan  Respublikasının  Ekologiya və  Təbii  Sərvətlər 
Nazirliyi. Bakı, 2002.
5.  Azərbaycan  Respublikasının  Ətraf  mühitə  dair  qanun­
vericilik  toplusu. Azərbaycan Respublikası Ekologiya 
və  Təbii  Sərvətlər  Nazirliyi.  2002.  1-ci  cild  404  S. 
2-ci cild 424.
6.  Azərbaycan  Respublikasının  Ekoloji  cəhətdən  dayanıqlı
sosial-iqtisadi  inkişafı  dair  Milli  Proqramı.  Azərbay­
can  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi. Bakı, 2002.
7.  Bayramov  Y.M.  Örtülü  drenlərin  ekoloji  əhəmiyyəti.
Akad.H.Əliyevin  95  illik  yubileyinə  həsr  olunmuş 
elmi-praktiki konfransın tezisləri, Bakı, 2002, S.  131.
8.  Babaxanov N.A., Paşayev N.Ə. Təbii  fəlakətlərin iqtisad
və sosial-coğrafi öyrənilməsi. Bakı, 2004,  194 s.
9.  Бродский  A.K.  -   Краткий  курс  общей  экологии.
Учебное пособие. ДЕАН. Санкт-Петербург,  1999.
10.  Экология.  Учебное  пособие.  Под.ред.  С.А.Боголю­
бова.  Москва: Знание, 1999.
11.  Əzizov  Q.Z.,  Quliyev  Ə.  Azərbaycanın  şorlaşmış  tor­
paqları,  onların  meliorasiya  və  münbitliyinin  artırıl­
ması.  Bakı,  1999.
389

12.  Göyçaylı  Ş.Y.  və  b.  Ətraf  mühitin mühafizəsi  və  təbii
sərvətlərdən  səmərəli istifadə. Bakı,  1996.
13.  Hüseynov  T.B.,  Məmmədov  R.H.,  Mehdiyeva  V.Z.,
Quliyev T.S. Təbii resurslar və davamlı inkişaf.  Bakı- 
2008.
14.  Xəlilov  Ş.B.  Azərbaycanın  ekocoğrafi  problemləri.
Dərslik.Bakı: Nafta-Press.2006.
15.  Халилов Ш.Б.  Водохранилища Азербайджана  и  их
экологические проблемы. Монография. БГУ. 2003.
16. İsmayılov Т. Azərbaycanda təbiətdən istifadə və ekoloji
problemlər. Məqalələr toplusu. Bakı,2009.
17.  Quliyev  T.S.  Təbiətdən  istifadənin  və  ətraf  mühitin
mühafizəsinin iqtisadiyyatı, Bakı, 2005.
18.  Mahmudov  C.M.  Ekologiya.  Mühazirə  toplusu.Bakı:
Nurlan, 2008.
19.  Məmmədov  T.S.  Ekologiya.  Dərs  vəsaiti.Bakı:Nurlan,
2004.
20.  Məmmədov  Q.,Xəlilov  M.  Ekologiya  və  ətraf mühitin
mühafizəsi.Bakı: Elm,2005.
21.  Məmmədov  R.,  Tofiq  Bəhərçi,  Mehdiyeva  V.  Qlobal
problemlər və təbii mühit. Dərslik. Bakı: ADİU,2007.
22. Məmmədov Q. Azərbaycanın torpaq  ehtiyatlarından sə­
mərəli  istifıadənin  sosial-iqtisadi  və  ekoloji  əsasları. 
Bakı: Elm,2007.
23.  Məmmədov  Ə.,  Xəlilova  A.  Sənaye  ekologiyası.  Bakı.
2004.
24.  Nəbiyev  N.Ə.  İqtisadiyyat,  cəmiyyət  və  ekoloji  mühit.
Bakı: Nurlan, 2000.
25.  Nəbiyev  N.Ə.  və  b.  Təbii  sərvətlər  və  ekoloji  mühit.
Bakı, 1986.
26.  Paşayev  N.Ə.,  Əyyubov  N.H.,  Eminov  Z.N.  Azərbay­
can  Respublikasının  iqtisadi,  sosial  və  siyasi  coğra­
fiyası. Bakı: “Çıraq”, 2010.
390
27.  Sadıqov  A.,  Xəlilov  İ.  Ekologiya  və  ətraf mühtin  mü­
hafizəsi.  Dərs vəsaiti.  Bakı, 2009.
28.  Tofiq  Bəhərçi.  Müasir  ekoloji  şəraitin  sosial-iqtisadi
aspektləri. Dərs vəsaiti.  Bakı: OYU.2001.
29.  Tofiq  Bəhərçi,  Mehdiyeva  V.  Müasir  dünyanın  qlobal
problemləri. Dərs vəsaiti. Bakı: OYU.2006.
30.  Zeynalova  K.Z.Təbiət  və  ekologiya.  Bakı:  Gənclik.
2008.
391

Nəşriyyatın müdiri 
Baş redaktor 
Redaktor 
Korrektor
Kompyuter operatoru 
Dizayner
K a m i Hüseynov 
ism ət Səfərov 
İsabə Hüseynova 
Səbiyyə Səmimi 
Təranə Baxşəliyeva 
Vüsalə Axundova
fəxri prof. Hüseynov T.B., dos. Mehdiyeva V.Z., 
i.e.d. Ələkbərov A.Ə., dos. Xəlilov İ.B., 
c.e.n., b/m. Zeynalova K.Z., dos. İbrahimov Y.N., 
dos. Novruzova F.M.,  dos. Ağayev V.Q., 
dos. Abdullayeva Z.M.,  dos. Süleymanov T.Q., 
dos. Manafov Ş.M., c.e.n., 
Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin