Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746


MÖVZU 12. EKOLOJİ RİSK VƏ ONDAN MÜHAFİZƏ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

MÖVZU 12. EKOLOJİ RİSK VƏ ONDAN MÜHAFİZƏ 
TƏDBİRLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ
Elmi  ədəbiyyatda  ekoloji  risk  haqqında  anlayış  dedikdə 
hər  hansı  bir  obyektə  neqativ  ziyan  vuran  təbii  hadisələr  nə­
zərdə  tutulur.  Neqativ  ziyan  anlayışına,  bir qayda  olaraq,  ob­
yektin normal  iş rejiminin pozulması, hətta həmin obyektin da­
ğılması, məhv olması və müxtəlif itki ilə nəticələnən bir hadisə 
kimi baxmaq  lazımdır.  Əlavə  edək ki,  ekoloji  riski  xarakterizə 
edən  əsas  amillər  içərisində  qorxulu  halların  yaranmasının 
aniliyini,  qeyri-müəyyənliyini  və  qəflətən  təhlükəli  vəziyyətin 
meydana gəlməsini də nəzərdən qaçırmaq olmaz.
Qeyd  etmək  lazımdır  ki,  insanlar  hər  gün  düşünülmüş 
və  ya  düşünülməmiş  formada  kiçik  və  böyük  həcmli  risklərlə 
üzləşirlər.  Həyatda  insan  üçün  risk  ictimai  icma  quruluşunda 
olan  fəaliyyətindən  (ovçuluq  riski,  dənizdə  üzmək  riski  və  s.) 
indiki zamana qədər (iqtisadi risk, istehsal riski, ekoloji risk və s.) 
praktiki  olaraq  obyektiv  şəkildə  onunla  çiyin-çiyinə  addım­
lamışdır.
İnsan  fəaliyyətinin  təcrübəsi  göstərir  ki,  onun  həyatı 
əksər  hallarda  potensial  təhlükədədir.  İnsan  həyatı  üçün  belə 
təhlükələrin  olub-olmaması  aksiomadır  və  heç  bir  isbata  eh­
tiyacı yoxdur.
Hələ  XIX  əsrin  sonundan  başlayaraq  risk  haqqında  nəzə­
riyyə  geniş inkişaf etməyə və tətbiq olunmağa başlamışdır.  Bu­
nun  əsas  səbəblərindən  biri  riyaziyyat,  statistika,  hüquq  və 
iqtisad  elmlərinin  durmadan  inkişafı,  digər  tərəfdən  ehtimal 
nəzəriyyəsi,  oyunlar  nəzəriyyəsi  fəlakət  kimi  konkret  elmlərlə 
əlaqədar  olmuşdur.  Bunların tətbiqi  nəticəsində  də real  ekoloji 
şərait üçün nisbətən düzgün qərar qəbul etmək mümkündür.
Son on illərdə baş vermiş faciəli hadisələrin artması onu 
göstərir  ki,  istehsalın  və  xidmət  sahələrinin  müasir  texnika  ilə 
təchiz  edilməsi  mexaniki  nasazlığın  və  ya  insan  səhvinin 
artmasına səbəb olmuşdur.
304
Müşahidələr  göstərir  ki,  bizlərdən  hər  birimiz  fəhlə, 
fermer, kommersant, tələbə və s. gündəlik həyatımızda, istehsa­
latda,  nəqliyyatda,  hətta  evimizdə  də  müxtəlif  təhlükələrlə 
qarşılaşırıq  və bunları  qabaqcadan  görmək,  hiss  etmək  hələlik 
qeyri-mümkündür. Haqlı olaraq sual oluna bilər: bəs risk nədir?
Risk -   ehtimal  olunan qorxu,  fəlakət,  sosial,  maddi  zi­
yan vuran halların mümkünlüyü, yaxud hər hansı bir işdə zərər 
çəkmək və ya uğursuzluğa düçar olmaq kimi başa düşülür.
Yuxarıda  qeyd  edildiyi  kimi,  risk  üçün  ən  xarakterik 
hallar  təhlükəli  vəziyyətin  qəflətən  baş  verməsi,  onun  gözlə­
nilməzliyi və aniliyidir.
Aydmdır  ki,  cəmiyyəti  maraqlandıran  ətraf mühitin  və 
insanların təhlükəsizliyi problemidir.
Qəbul edilmiş ümumi qaydaya əsasən həyatda baş verən 
təhlükəli  hadisələri,  kəmiyyət  baxımından  ölçmək üçün  bölgü 
şkalasmdan istifadə etməyi məsləhət görürlər.  Belə halda “risk” 
termini  dedikdə  bu  və  ya  digər  təhlükəli  vəziyyətlə  əlaqədar 
yaranan ziyanı  (itkini)  xarakterizə edən çoxkomponentli vektor 
başa  düşülür.  Bir  qayda  olaraq,  vektorlar  vaxtdan  asılı  olaraq 
fəzada qeyri-bərabər paylanılır.
Ekoloji riskə aşağıda qeyd olunan kəmiyyət göstəriciləri 
daxildir:  itkinin  (ziyanın)  miqdarı  (kəmiyyəti);  təhlükəli  amil­
lərin  (faktorların)  yaranması  ehtimalı;  itkinin  miqdarının  və 
yaranması ehtimalının qeyri-müəyyənliyi.
İtki termini dedikdə faktiki və mümkün ola bilən sosial, 
iqtisadi  zərər  ətraf  mühitin  vəziyyətinin  pisləşməsi  başa  dü­
şülür.
Sosial zərər (ziyan)  əhaliyə dəyən itkinin qaytarılmayan 
əvəzi,  insanların  ömrünün  qısalması,  sağlamlığının  pisləşməsi, 
rifah halı deməkdir.
Sosial-iqtisadi ziyan müalicəyə və  sosial-əmək  şəraitinə 
sərf  olunan  xərclər,  vaxtından  əvvəl  ölüm  və  əmək  qabi­
liyyətinin itirilməsi ilə əlaqədar milli gəlirin itirilməsidir.
305

İqtisadi ziyan  xalq  təsərrüfatı  obyektlərinin  zədələnmə- 
sindən  (dağılmasından),  istehsalat-kooperativ  əlaqələrinin 
pozulmasından yaranır.
Ekoloji ziyan isə ətraf mühitə və ya onun ayrı-ayrı kom­
ponentlərinə dəyən itkidir.
Riskin terminlərində,  həmçinin  ehtimalı  vahidə  bərabər 
olan  etibarlı  mənbələrdən  məlum  olan  təhlükələrin  təsviri  də 
verilir. Baxdığımız problemdə buna misal olaraq konkret müəs­
sisə  tərəfindən  ətraf  mühitə  atılan  tullantıları  göstərmək  olar. 
Bu  halda  «risk»  itkiyə  ekvivalentdir  və  uyğun  olaraq  riskin 
miqdan itkinin miqdarına bərabərdir.
Bəzi  hallarda  insanlar  qarşıya  qoyduğu  arzuya  nail 
olmaq  üçün  risk  edirlər,  bilərək ki,  bu  təhlükə  100%  uğursuz­
luqla  nəticələnə  bilər,  ancaq  nədənsə  bununla  razılaşırlar.  Hər 
bir  insan  əsası  olmadan  ümid  edir  ki,  O,  riskdə  uğur  qazana 
bilər, lakin ehtimal nəzəriyyəsinə görə bu uğur, əsasən,  100 faiz 
ola bilməz.  Bunlara baxmayaraq risk etmək amili günü-gündən 
artır və bununla insanlar razılaşırlar.
Adətən,  «təhlükəsizlik»  məfhumu dedikdə müəyyən  şə­
raitdə  ətraf mühitdə  yarana  bilən  halların,  arzuolunmayan  şə­
raitin,  proseslərin  və  s.  nəticəsində  insana,  ətraf  mühitə  gös­
tərdiyi təsirdən ayrıca və bütövlükdə aşağıdakı vəziyyətin mey­
dana gəlməsi səbəbləri başa düşülür:
1)  insanın  sağlamlığının  orta  statistika  qiymətindən 
kənarlaşması;
2)  ətraf mühitin vəziyyətinin kəmiyyətcə pisləşməsi.
Bir  qayda olaraq,  təhlükəli  amillər  müxtəlif formalarda
özünü  göstərir.  Ona  görə  də  təhlükəli  amillərin  müxtəlifliyini 
nəzərə  alaraq  onların  təsnifatım  təhlükə  mənbəyinə  görə  qəbul 
etməyi məsləhət görürlər (şəkil  5  ).
306
İstehsalat mühiti
Ə traf mühit
Şəkil 7.  Təhlükə mənbəyinə görə təhlükəli 
amillərin  təsnifatı
Ekoloji təhlükəli obyekt  -  xalq  təsərrüfatı,  müdafiə  və 
ya hər hansı  bir təbii  obyektdir ki, onların fəaliyyət göstərməsi 
insanlara,  kənd  təsərrüfatına,  kənd  təsərrüfatı  heyvanlarına, 
bitkilərə,  ətraf  mühitə  və  ya  onun  ayn-ayrı  komponentlərinə 
neqativ təsir göstərsin.
Ekoloji amillər -  bu amillərə təbiətin xarakteri üzündən 
yaranan  amilləri  (buraya  insanların,  heyvanların,  bitkilərin hə­
yatı  üçün  əlverişsiz  şəraiti,  iqlim  şəraitini,  atmosferin,  suyun, 
torpağın  fiziki-kimyəvi  xarakteristikasını,  ekosistemin  funk­
sional  xarakteristikasını,  təbii  aclığı,  fəlakəti  və  s.  aid  edirlər) 
və texnogen xarakterli (qəza, fəlakət) amilləri göstərmək olar.
Ekoloji  risk  -   bu,  qabaqcadan  qarşısı  alına  bilməyən 
ekoloji  hadisələrin əmələgəlmə halıdır: buna misal olaraq istilik 
effektinin inkişafı, ozon qatının nazilməsi, deşilməsi, radioaktiv 
çirklənmələr, turş çöküntülər və s. göstərmək olar.
307

Sosial-iqtisadi amillər -   buraya  əsasən  sosial,  iqtisadı, 
psixoloji  amilləri  aid  edirlər  (bunlara  qidalanmanın  yüksək 
səviyyədə  olmaması,  sağlamlıq,  təhsil,  maddi  cəhətdən  təmin 
olunma, 
ictimaiyyətlə  münasibətlərin  pozulması, 
sosial 
qurumun kifayət qədər inkişaf etməməsi və s. aiddir).
Texnogen  (və ya  antropogen)  amillər  insanların  təsər­
rüfat fəaliyyətləri  ilə əlaqədardır (müəssisələrin normal və qəza 
şəraitindəki  fəaliyyəti  zamanı  mühitə  külli miqdarda tullantılar 
atması,  torpaq  ərazilərinin təsərrüfat  fəaliyyəti  üçün  zəbt  edil­
məsi,  təbii  resursların  təsərrüfat  dövriyyəsinə  həddindən  artıq 
cəlb edilməsi və s.).
Hərbi  amillər.  Bu  amillər  hərbi  sənaye  kompleksinin 
fəaliyyəti  ilə əlaqədardır (hərbi materialların və avadanlığın da­
şınması, hərbi  silah  nümunələrinin  sınaqdan  keçirilməsi  və  on­
ların  məhv  edilməsi,  hərbi  əməliyyatlar  zamanı  hərbi  ob­
yektlərin fəaliyyəti və s.).
Əlavə  edək  ki,  qeyd  olunan  amillərin  bölünməsi  şərti 
xarakter  daşıyır,  ona  görə  ki,  insanın,  cəmiyyətin  və  ətraf mü­
hitin təhlükəsizliyi problemini öyrənən zaman bu amillərin təsi­
rini  ümumi  halda  ayırmaq  olmaz.  Bu  amillərə  və  onların  tə­
sirinə kompleks şəkildə baxmaq lazımdır.
Planetimizin  hər  bir  ölkəsində  insanların,  ümumilikdə 
ətraf mühitin  və  bəşəriyyətin  təhlükəsizliyinin  təmin  edilməsi 
ekoloji  problemlər  içərisində  ən  vacib  problem olaraq  qalmaq­
dadır.  Bu  məsələyə  aydınlıq  gətirmək  üçün  konkret  misallara 
müraciət  edirlər.  Bu  ənənəyə  sadiq  qalaraq  respublikamızla 
qonşu olan böyük bir dövlətə -  Rusiyaya müraciət edək.
Son məlumatlarda göstərilir ki,  Rusiya, əhalinin və ətraf 
mühitin  təhlükəsizliyinin  təmin  edilməsi  sahəsində  yaxşı  döv­
rünü  yaşamır.  Belə  ki,  burada  analoqu  olmayan  hallar  yaran­
mışdır:  burada bir tərəfdən əhali  və ətraf mühit  üçün  potensial 
təhlükəli olan çox  iri  müəssisələr fəaliyyət göstərir, digər tərəf­
dən texnologiyanın səviyyəsi,  nəzarət  və  nizam-intizam ölçüyə 
sığmaz  dərəcədə  aşağı  düşmüşdür.  Məsələn,  orta hesabla ölkə­
308
də hər gün boru xətləri ilə əlaqədar iki ciddi qəza baş verir, həf­
tədə  bir  dəfə  -   nəqliyyatda,  ayda  bir  dəfə  sənayedə  qorxulu 
qəza hadisələri baş verir. Rusiyada 20% ərazi seysmik cəhətdən 
qorxuludur,  50%-dən  çox  ərazisi  isə  daimi  buzlaq  zonaların- 
dadır.
Son illərdə Rusiyada müxtəlif qəza və fəlakətlər nəticə­
sində  50 mindən çox insan ölmüş,  250 min nəfər isə ağır xəsa­
rət almışdır.
Rusiya  Elmlər  Akademiyasının  verdiyi  məlumata  görə 
ildən-ilə  ölkədə  fəlakətlər  nəticəsində  ölənlərin  sayı  10-30% 
artacaqdır.  Mütəxəssislərin hesablamalarına görə, Rusiya ərazi­
sində  4,5  min  potensial  təhlükəli  obyektlər  yerləşdirilmişdir. 
Onlardan 800  ədədi radiasiya cəhətdən qorxulu,  1500 ədədi isə 
kimyəvi  və  bioloji  baxımdan  qorxulu  tikintilər  və  istehsalat 
obyektləridir.  Bunların  hamısı  yüksək  riskə  malik  olan müəs­
sisələrdir. Təhlükəli hallar arasında hərbi amillərin də olduğunu 
xüsusi  qeyd  etmək  lazımdır.  Faciə  hadisəsi  kimi  1989-cu  ildə 
Norveç  dənizində  batmış  və  42  nəfər  ekipaj  üzvünün  həlak 
olduğu  «Komsomoles»  sualtı  atom  qayığını  (SAQ)  göstərmək 
olar.  Alimlər  hesablamışdır  ki,  nəticənin  neqativ  inkişafı  5  il 
müddətində  Rusiyanın  balıqçılıq  təsərrüfatına  3500  mlrd  rubl 
məbləğində (1993-cü il qiymətlərilə), Norveçə isə 2 mln dollar 
ziyan dəyə bilər.  SAQ-nın hermetikliyinin bərpası və konserva­
siyası  üçün  tərtib  olunmuş  Proqrama əsasən görüləcək  işlərin 
ümumi  dəyəri,  uyğun olaraq, 2755  mln rubl  və  3,42  mln ABŞ 
dolları  məbləğində  planlaşdırılmışdır.  Beləliklə,  riskin  qiyməti 
və onun vurduğu ziyan göz qabağındadır!
Təhlükəsizlik şkalast.  Adətən,  ekoloji  təhlükəsizlik ay­
rı-ayrı  şəxslərin,  cəmiyyətin  və  ətraf mühitin  son  dərəcə  təh­
lükəli  vəziyyətdən  qorunmasıdır.  Təhlükəsizliyin  ölçü  vahidi 
kimi  insanın  və  ətraf mühitin vəziyyətini  (keyfiyyətcə)  xarak­
terizə  edən  göstəricilərdən  istifadə  etməyi  məsləhət  görürlər. 
Bu  göstərici  isə  insanın  sağlamlığını  və  ətraf mühitin  qorun­
masını maksimum təmin edən şəraitin yaradılması deməkdir.
309

İnsanın  sağlamlığı  dedikdə  isə,  onun  ömrünün  uzadıl­
masını,  fiziki və zehni iş qabiliyyətini,  insan orqanizminin hər­
tərəfli  fəaliyyətini  təmin  edən  şəraitin  yaradılması  kimi  başa 
düşülməlidir.  İnsan  sağlamlığının  əsas  göstəricilərindən  biri 
onun orta yaş həddidir. Bir çox alimlər hesab edirlər ki, insanın 
bioloji  vəziyyəti  orta  hesabla  89±5  il  yaşamasına imkan  verir, 
lakin  bir  çox  obyektiv  səbəblərdən  qeyd  olunan  yaş  həddi 
kəskin surətdə tərəddüd edir.
Müşahidələr  göstərir  ki,  müxtəlif ölkələrdə  insan  ömrü 
təkcə  səhiyyənin  nailiyyətlərindən  asılı  deyildir,  o,  həmçinin 
cəmiyyətin  sosial-iqtisadi  inkişafından  və  ətraf  mühitin  və­
ziyyətindən də asılıdır.
Məsələn,  keçmiş  SSRİ-də  1987-ci  ilin  məlumatına görə 
kişilərdə  orta  yaş  həddi  65  il,  qadınlarda isə  bu  göstərici  74  il 
olmuşdur.  Rusiyada  sosial-iqtisadi  vəziyyətin  dayamqsız  inki­
şafı  nəticəsində  insanların  orta  yaş  həddi  aşağı  düşmüş  və 
hazırda kişilərdə  bu göstərici  54  il,  qadınlarda 70  il  təşkil  edir. 
Başqa,  1994-1996-cı illərdə Rusiyada «uğursuz» rəqəm  13 yox, 
60 olmuşdur. Bunu təsdiq etmək üçün statistikaya nəzər salaq:
-  keyfiyyətsiz  qida  məhsullarından  və  spirtli  içkilərdən 
60 min nəfər ölmüşdür;
-  avtomobil  qəzalarından  60  min  nəfər  dünyasını 
dəyişmişdir;
-  başqa fəlakətlərdən və qəzalardan 60 min nəfərə yaxın 
insan məhv olmuşdur;
- cinayətkarların  və quldur dəstələrinin  əlindən  60 min 
nəfərə yaxın insan həlak olmuşdur;
- özünü öldürmə (intihar) hallan nəticəsində isə 60 minə 
yaxın insan ölmüşdür.
Əgər  xoşagəlməyən  siyahını  davam  etdirsək  hər  il 
Rusiyada 600-650 min insanın məhv olmasının şahidi olarıq.
Beləliklə,  doğum  hallarının  azalması,  gənclərin  xarici 
ölkələrə  getməsi,  qoca  və  uşaqlar arasında  ölümün  yüksək  ol­
ması,  uşaqsız  nigahın  artması  və  külli  miqdarda  uşaq  saldır-
310
manın  (abort)  çoxalması  və  s.  hadisələri  də  nəzərə  alsaq  əha­
linin azalmasını təsəvvür etmək o qədər də çətin deyildir.
Ümumiyyətlə, təhlükəsizlik məfhumu əhalinin sağlamlı­
ğını  qorumaq  məqsədilə  yanaşı  ətraf mühitin  yaxşılaşdırılma­
sına  da  xüsusi  fikir  verilməsini  tələb  edir.  Bunu  kəmiyyətcə 
düzgün  qiymətləndirmək  üçün  müəyyən  göstərici  olmalıdır. 
Bizə  elə gəlir ki,  belə kəmiyyət göstəricilərindən biri  ekosiste­
min  vəziyyətini  onun  sərhədinin  dayanıqlığına  yaxmlaşdırıl- 
masıdır.
Ə traf mühitin  vəziyyətinin  təsnifatı.  Ekosistemin daya­
nıqlığım  nisbətən  düzgün  qiymətləndirmək  üçün  təbii-ekoloji 
təsnifatdan istifadə edilir.
Təbii  hal  (vəziyyət):  ancaq  antropogen  təsirin  şəraiti 
(fonu)  müşahidə  olunur;  bioloji  kütlə  maksimum,  bioloji məh­
suldarlıq minimumdur.
Müvazinət  vəziyyəti:  bərpaolunma  prosesinin  sürəti  yu­
xarıdır və  ya pozulma tempinə bərabərdir;  bioloji məhsuldarlıq 
təbii məhsuldarlıqdan çoxdur, biokütlə azalmağa başlayır.
Böhran  vəziyyət:  antropogen  pozuntular  sürətə  görə 
təbii-bərpaolunma prosesini qabaqlayır, lakin  ekosistemin təbii 
xarakteri  saxlanılır; biokütlə azalır, bioloji məhsuldarlıq  kəskin 
artır.
Fəlakətli (katostrof) vəziyyət: azməhsuldarlı ekosistemin 
möhkəmləndirilməsinin  öz  əvvəlki  vəziyyətinə  çətin-qayıtma 
prosesi;  biokütlə və bioloji məhsuldarlıq minimumdur.
Kollaps  vəziyyət  (kollaps,  ürək  fəaliyyətinin  birdən  da­
yanması):  bioloji  məhsuldarlığın  bərpa  olunmayan  (qayıt­
mayan) itkisi, biokütlə sıfra yaxınlaşır (tələsir) və s.'
Qeyd  etmək  lazımdır ki,  təbiətin qiymətləndirilməsində 
təbii-ekoloji  təsnifatdan başqa təbii-sosial şkala adlanan obyek­
tiv göstəricilərdən də  (kriteriyalardan) istifadə etməyi  məsləhət 
görürlər.
S ıfır  və  məqbul risk haqqında  anlayış.  Belə  bir aktual 
sual  meydana  çıxır:  qəza,  çirklənmə,  biosferin dağılması və tə­
311

bii  fəlakətlərin  yaranması  ilə  əlaqədar  fövqəladə  halların  nəti­
cələrinin aradan qaldırılmasına və ya onların təsirinin minimu­
ma  endirilməsinə  necə  nail  olmaq  olar?  Bunun  üçün  dünya 
miqyasında təhlükəsizlik normaları işlənib hazırlanır və bu nor­
maların  əsasında  nəzarət  həyata  keçirilir.  Qəzaların  ləğv  edil­
məsi  üçün  əlavə  olaraq  texniki  qurğular,  yəni  təhlükəsiz  mü­
həndis  sistemləri  tətbiq  edilir,  istehsalatda  nizam-intizamın 
möhkəmləndirilməsinə xüsusi  fikir verilir və  işin  icrası  yüksək 
səviyyədə həyata keçirilir.  Hesab edilir ki,  işlərin yerinə yetiril­
məsinə  mühəndis  yanaşması  əhali  və  ətraf  mühit  üçün  ya­
ranacaq istənilən təhlükəni aradan qaldırmağa imkan yaradır və 
mütləq təhlükəsizliyi, yəni sıfır riski təmin edir.
Axırıncı on illərə qədər belə yanaşma özünü doğruldur­
du.  Lakin bu  gün  istehsalatın  kəskin  sürətdə mürəkkəbləşməsi, 
yeni texnologiyaların  yaradılması  və tətbiqi, mütləq təhlükəsiz­
liyin  konsepsiyası  texnosferin  və  biosferin  daxili  qanunlarına 
adekvat ola bilməz.
Maddi  nemətlər  yaradan  insan  fəaliyyətinin  istənilən 
fəaliyyəti  onun enerjidən istifadəsi, mürəkkəb texnoloji  sistem­
lərlə  əlaqədar  olması  ilə  xarakterizə  olunur.  Bununla  yanaşı, 
onun  və  ətraf  mühitin  mühafizəsinin  vəziyyəti  ətraf  mühitin 
keyfiyyətinin  yaxşılaşdırılmasını  və  sağlamlığını  qiymətləndi­
rən  göstərici  ola  bilməz.  Belə  halda mexaniki  sistemin  etibar­
lılığı  və  səmərəliliyi  böyük  rol  oynayır  və  nəticədə  mühəndis 
sahə xarakteri daşıyır.  Aydındır ki,  istənilən cəmiyyətin resurs­
ları  məhduddur.  Əgər  qəzaların  qarşısının  alınmasının  texniki 
sistemlərinə  hər  dəfə  maliyyə  qoyuluşunu  artırsaq,  onda  məc­
bur  olarıq  ki,  sosial  proqramların  maliyyələşdirilməsini  azal­
daq,  bu  isə  insan  ömrünün  qısaldılması  və  keyfiyyətinin  aşağı 
düşməsinə gətirib çıxarar.  Buna görə də cəmiyyət real həqiqətin 
məqbul 
təhlükəsizliyinin 
yaradılmasının 
mümkünlüyünü 
anlayıb.
Məqbul risk.  Hal-hazırda təhlükə amillərinin risk səviy­
yəsi elə həddə gətirilmişdir ki, o «məqbul» kimi baxılsın.  Onun
312
məqbulluğu  iqtisadi  və  sosial  mülahizələrlə  şərtlənməlidir 
(uzlaşmalıdır).  Bu, o deməkdir ki, təsərrüfat fəaliyyəti  ilə  şərt­
lənən  təhlükə  amillərinin risk  səviyyəsi  «məqbul»  qəbul  edilə 
bilər.  Yəni  «məqbulluğun»  kəmiyyəti  (realizasiya  ehtimalı  və 
ya mümkün ziyan) o qədər kiçikdir ki, bu halda maddi və sosial 
nemətin  alınması  xatirinə,  insan  və  ya  cəmiyyət,  bütövlükdə 
riskə getməyə hazırdır.
İqtisadi  baxımdan inkişaf etmiş bütün dövlətlərdə  məq­
bul  riskin  konsepsiyasının  istifadəsi  mövcuddur.  Lakin  Rusi­
yanın  siyasəti  digər ölkələrə  nisbətən  daha  çox  məqbul  təhlü­
kəsizlik üzərində qurulur.
Buna  görə  ilk mərhələdə  iqtisadi riskin müxtəlif səviy­
yələrinin məqbulluğunu  qiymətləndirəndə  ancaq ziyan törədən 
nəticələrin  baxılması  ilə  kifayətlənmək  olar,  çünki  onlar 
sonluqda  ölüm  hadisələrinə  gətirib  çıxarır.  Bu  göstərici  üçün 
yetərincə  etibarlı  rəqəmlər məlumdur.  Onda  «ekoloji risk»  an­
layışı  aşağıdakı  kimi  formalaşdırılır:  bu  amilin  intensivliyinin 
normalaşdırılmış  kəmiyyətinə,  vaxtın  müəyyən  edilmiş  inter- 
valına  zərərli  ekoloji  amilin  təsiri  nəticəsində  ölüm  hadisə­
lərinin  sayı  ilə  ifadə  olunan  mümkün  ziyanın  kəmiyyətinin 
nisbətidir.
Beləliklə,  ekoloji  riskin  müəyyənləşdirilməsi  ölüm 
sonluqları ilə qurtaran ziyanlı ekoloji nəticələrin nisbətinin təh­
lilinə,  zərərli  ekoloji  təsirin  və  onun  komponentlərinin  kəmiy­
yətcə qiymətləndirilməsinə əsas diqqət yetirilməlidir.
Fəaliyyətin  müxtəlif növləri  ilə  bağlanan  ekoloji  riskin 
ictimai  məqbulluğu psixoloji,  sosial və iqtisadi amillərlə müəy­
yənləşdirilir.
Ətraf mühitin  və əhalinin təhlükəsizlik konsepsiyası ilə 
bağlı  riskin  idarə  edilməsi  sahəsindəki  praktiki  fəaliyyəti  elə 
qurulmalıdır ki,  cəmiyyət bütövlükdə, ən  çox imkanlara malik 
olan  təbii  nemətlərin  yekununu  alsın  və  həmin  nemət  cəmiy­
yətin üzvləri arasında bərabər bölünsün.
313

Riskin  idarə  edilməsinin  əsasları.  Riskin  idarəçi- 
liyindəki  prinsiplərinə taktiki və strateji  məqsədlərin  bünövrəsi 
(əsası) qoyulub.  Strateji məqsəd - bütövlükdə, cəmiyyətin rifah 
səviyyəsinin  maksimal  imkanlarının  nailiyyətlərinə  çatmaq, 
taktiki  məqsəd  isə  -  həyatın  uzadılması  və  əhalinin  təhlükəsiz­
liyinin artırılması niyyətidir. Həddindən ziyadə riskdən müdafiə 
həm  hər  bir  şəxsin,  həm  də  əhali  qrupunun  maraqlan  üçün 
əvvəlcədən şərtlənir.
Cəmiyyətdə  təhlükələrin  mövcudluğunun  bütün  spektri 
riskin  idarə  edilməsinə  daxil  olunması  müddəasının  mühüm 
prinsipidir.  Belə  təhlükələrdən  irəli  gələn  ümumi  risk  hər  bir 
insan  və  cəmiyyət  üçün  onun  məqbul  səviyyəsini  üstələyə 
bilməz. Nəhayət, riskin idarə  edilməsi  sahəsindəki  siyasət təbii 
ekosistemlərə  təsirin  ciddi  məhdudiyyətlər  çərçivəsində  qurul­
malıdır.  Bunlar  da  ekosistemlərə  ekoloji  yüklənmələrin  hədd 
ehtimalının  təsiri  kəmiyyətinin  artırılması  tələbləridir.  Əhə­
miyyətli  ekoloji  və  sosial-iqtisadi  ziyanı,  əhalinin  stress  və­
ziyyəti  ilə,  kəskin  münaqişəli,  qeyri-müəyyənliklə  xarakterizə 
edilən və xarici görünüşdən gözlənilməz, qəflətən  amala galan 
şəraitifövqalədə hal kim i тйаууап etmək olar.
İnsanlar üçün risk iki kateqoriya ilə ifadə olunur:
1.  Fərdi risk, öz fəaliyyəti gedişində insana müəyyən təsir 
göstərilir ki, bu da fərdi risk ehtimalı kimi qiymətləndirilir;
2.  Sosial risk,  bir qəzadan  həlak olmuş insanların sayı  ilə 
bu qəzanın ehtimalı arasındakı nisbətinə sosial risk deyilir.
Riskin  qiymətləndirilməsi.  İnsanın  səhhəti  üçün  risk 
amillərinin bu günə olan yeganə  analitik aləti riskin qiymətlən­
dirilməsi  və  bu  baza  üzərində  riskin  minimallaşdınlması  üçün 
fəaliyyətin prioritetlərinin vurğulanmasıdır.  Başqa sözlə,  riskin 
qiymətləndirilməsi  -   konkret  vəziyyətdə  riskin  miqyası  və 
mənşəyinin (yaranmasının) təhlili deməkdir.
Riskin  idarə  edilməsi -  riskin  minimallaşdırılmasına is­
tiqamətləndirilən  (bəzən hüquqi  akt  formasında)  qərarın  idarə­
çiliyinin  və  işləməsinin  riskli  vəziyyətinin  təhlili  deməkdir.
314
Aşağıdakı  şəkildə  (şəkil)  riskin  idarə  edilməsi  və  qiymətlən­
dirilməsinin qarşılıqlı əlaqələri göstərilmişdir.
Şəkil  8. Riskin idarə edilməsi və qiymətləndirilməsinin 
qarşılıqlı əlaqələri
A -  riskin qiymətləndirilməsi sahəsi;
В -  riskin idarə edilməsi sahəsi;
-----► -   idarə  edilmənin  və  qiymətləndirmənin  ele­
mentləri arasında birbaşa əlaqələri;
!■—>   -   digər  elementlərlə  qərarları  əsaslandıran  tər­
sinə əlaqələri.
Birinci  element  -  riskin  amillərinin  və  mənbələrinin 
müəyyənləşdirilməsi,  təhlükənin  aşkarlanması,  onların  obyekt­
lərə potensial təsiri, qarşılıqlı əlaqənin əsas formalarıdır.
315

Riskin qiymətləndirilməsinin ikinci elementi
Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin