Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746


MÖVZU 9.MADDİ-İSTEHSAL SAHƏLƏRİNİN



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

MÖVZU 9.MADDİ-İSTEHSAL SAHƏLƏRİNİN 
EKOLOJİ  PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ 
İSTİQAMƏTLƏRİ
Maddi-istehsal  sahələri dedikdə  maddi nemətlər istehsal 
edən  təsərrüfat  sahələri  -   sənaye,  kənd  təsərrüfatı  və  bila­
vasitə onları  əlaqələndirən nəqliyyat  nəzərdə  tutulur.  Maddi 
nemətlər  istehsalı  təbii  resurs  və  şəraitə  əsaslandığı  üçün 
ətraf mühitə ən çox  zərər vuran məhz  bu sahələrdir.  Maddi 
- istehsal  sahələrinin  spesifik ekoloji problemləri  və onların 
həlli istiqamətləri  vardır.  Ətraf  mühitin çirkləndirilməsində 
birinci  yeri  sənaye  tullantıları  tutur.  Sənaye  sahələrinin  hər 
birinin  özünə  məxsus  çirkləndirici  xüsusiyyətləri  vardır.  Bu 
cəhətdən  kimya sənayesi xüsusilə seçilir.  Kimya sənayesində 
sulfat  turşusu,  xlorid  turşusu,  fosforit  turşusu,  nitrat  tur­
şusu,  texniki  rezin,  fosforit,  plastik  kütlələr,  rənglər  və 
boyalar, yuyucu vasitələr, sintetik kauçuk, mineral gübrələr, 
həlledicilər  (toluol,  aseton,  fenol,  benzol)  istehsalı  zamanı 
atmosferə xeyli tullantılar atılır.
Respublikamızda  kimya,  neft-kimya  və  neft  emalı 
müəssisələrinin  əksəriyyəti  Abşeron  iqtisadi  rayonunda, 
xüsusən  Bakı  və  Sumqayıt  şəhərlərində  cəmləşmişdir.  Möv­
cud  olan  müəssisələrin  texniki  təchizatının  aşağı  səviyyədə 
olması  qaz  və  toztutucu  avadanlıqların,  qurğuların  sıradan 
çıxması,  onların  fiziki  və  mənəvi  cəhətdən  amortizasiyaya 
uğraması  ətraf  mühitə  normadan  artıq  zərərli  tullantıların 
atılmasına səbəb olur.  Nəticədə xammaldan səmərəli istifadə 
edilmir və xeyli itkilərə gətirib çıxarır.
Kimya sənayesinin  sürətlə inkişaf etməsi  bir çox  eko­
loji problemlərin yaranmasına səbəb olmuşdur.  Kimya səna­
yesinin  istehsal  etdiyi  məhsullar  içərisində  iqtisadi  əhəmiy­
yətinə görə ilk yeri sulfat turşusu istehsalı tutur.  Sulfat turşu­
sunun  təsərrüfat  əhəmiyyətinin  böyük  olmasına  baxmaya­
raq  onun  istehsalı  zamanı  xeyli  ekoloji  problemlər  yaranır.
241

Prosesin  hər  bir  mərhələsində  ətraf  mühitin  çirklənməsi, 
çirklənmiş  suyun su hövzələrinə axıdılması,  tullantı qazların 
atmosferə  ötürülməsi  nəticəsində  ekoloji  tarazlıq  müəyyən 
qədər pozulur.  Qeyd etmək lazımdır ki, yalnız sulfat  turşusu 
istehsalı  zamanı  müxtəlif  səviyyəli  ekoloji  problemlər 
yaranır və onların həlli üçün təsirli tədbirlər işlənib hazırlan­
malıdır.  Sulfat turşusunun istehsalında və buna bənzər digər 
proseslərdə  meydana  çıxan  ekoloji  problemləri  həll  etmək 
üçün aşağıdakı üç prinsip əsas götürülür:
1.  İstehsalda texnologiyasında əsaslı struktur dəyişik­
likləri  aparmaq.  Başqa  sözlə,  elə  istehsal  texnologiyasından 
istifadə  etmək  lazımdır  ki,  nəticədə  göstərilən  ekoloji  və 
digər problemlər minimuma qədər azalsın.
2.  Qapalı  istehsal  texnologiyasından  istifadə  etmək 
respublikamızda  sulfat  turşusu  ilə  yanaşı  sintetik  kauçuk, 
etil  spirti,  yod,  brom,  qliserin,  kaustik  soda,  plastik  kütlələr 
və yüzlərlə digər kimya məhsulları istehsal edir.
3. Qurğu və avadanlıqların gücünün artırılması.
Qurğu və avadanlıqların  gücünün  artırılması  dünyada
qəbul  edilmiş  ümumi  bir  istiqamətdir.  Bu  üsul  istehsal  həc­
minin  artırılmasına  əsaslanır.  Bu  yolla  bir  tərəfdən  kapital 
qoyuluşunun  xüsusi  çəkisi,  ümumi  istehsal  xərcləri  və  istis­
mar  xərcləri  azalsa  da,  digər  tərəfdən  yeni  problemlər  ya­
ranır.  Məsələn,  qurğuların həcminin artırılması müəssisə da­
xilində  onların  konstruktiv  həllini  mürəkkəbləşdirir,  qurğu­
lar daha böyük  ərazini əhatə edir və aparatların  bütövlükdə 
istehsal  prosesinin  idarə  olunması  mürəkkəbləşir.  Nəticədə 
istehsal olunan sulfat  turşusunun  maya dəyəri yüksəlir.  Mü­
təxəssislərin  fikrincə  qapalı  texnoloji  sistemlərdən  istifadə 
etmək  daha  sərfəli  hesab  edilir.  Bu  halda  kapital  qoyuluşu 
azalır,  sistemin  idarə  olunması  sadələşir  və  ekoloji  norma­
lara əməl olunur.
Zəhərli  qazların miqdarının azalması  üçün  tullantı  qaz­
lar  yandırılaraq  su  buxarı  əldə  edilir,  nəticədə  atmosfer
242
zərərli  qazlardan  qismən də  olsa xilas  olur  və xeyli enerjiyə 
qənaət olunur.
Ammonyak  istehsalında  atmosferi  zəhərli  tullantı 
qazlardan  tamamilə  azad  etmək  üçün  prosesdən  ayrılan 
tullantı  qazların  məşəl  kimi  yandırılması  məqsədəuyğun 
hesab edilir. Bu zaman iki mühüm şərtə əməl edilməlidir:
1.  Yanma prosesinin səmərəli təşkili.
2. Tüstü qazlarının təmizlənməsi.
Son  zamanlar  tullantı  qazlarını  zəhərli  qazlardan 
tamamilə  təmizləmək  üçün  katalitik  təmizləmə  qurğuların­
dan  istifadə  edilir.  Bu  prosesdə  azot  oksidləri  katalizator 
iştirakında  azota və suya qədər  reduksiya  olunur.  Beləliklə, 
zəhərli qazlardan təmizlənmə dərəcəsi 98%-ə çatır.
Fenol  istehsalında  ətraf  mühitə  atılan  tullantılar 
daha  təhlükəlidir.  Qeyd  etmək  lazımdır  ki,  fenol  üç  üsulla 
alınır:  1.  humolun  oksidləşməsindən;  2.  xlorbenzolun  hid- 
rolı'zindən; 3.  benzol turşusunun oksidləşməsindən.
Fenolun alınma  üsulları  müxtəlif olduğu  kimi  əmələ 
gələn tullantıların tərkibi və onun miqdarı da müxtəlif olur.
Yuxanda  göstərilənlərdən  başqa  kimya  sənayesi 
məhsullarından  fosfat  turşusu  fosforlu  gübrələr,  kaustik 
soda,  sintetik  kauçuk,  asctat  turşusu  və  s.  istehsalında  da 
küllü  miqdarda  tullantılar  ətraf mühiti  çirklondirir.  Ayrılan 
bütün  tullantılar  zəhərli  maddələrdən  ibarətdir.  Bu  tullan­
tıları  təmizləmədən  ətraf mühitə  ötürmək  canlı  orqanizmlər 
üçün ölüm  təhlükəsi yarada bilər.
Kükürd  oksidi,  hidrogen  sulfid,  azot  oksidi,  karbo­
hidrogenlər,  mexaniki  qarışıqlar,  neft  emalı  sənayesində 
ətraf  mühiti  çirkləndirən  əsas  komponentlər  hesab  edilir. 
Atmosferin  kükürd  qazları  ilə  çirkləndirilməsi  tərkibində 
kükürdlü  birləşmələr  çox  olan  neft  və  neft  məhsullarının 
yanması  zamanı  baş  verir.  Kükürd qazı atmosferdə  az müd­
dət  ərzində  qaldıqda  belə  havadakı  su  buxarı  ilə  birləşərək 
sulfat  turşusuna  çevrilir.  Kükürd  qazlarının  sulfatlara  çev­
243

rilməsi  prosesi  ammonyakın  iştirakı  ilə  gedərsə  reaksiya 
daha  sürətli  olur.  Havadakı  rütubətliliyin  artması  kükürd 
turşusunun  artmasına  səbəb  olur.  Neft  karbohidrogenləri 
atmosferə  daha  çox  yanacağın  natamam  yanması  və 
buxarlanma  nəticəsində  atılır.  Müəyyən  edilmişdir  ki,  neft 
və  neft  məhsullarının  buxarlanması  nəticəsində  atmosferə 
10-100 mln t karbohidrogenlər daxil olur.
Neftin  emalı  zamanı  sobada  aşağı  keyfiyyətli  yana­
cağın  qızdırılması  prosesində  atmosferə  hidrogen  sulfid, 
karbon  oksidi,  azot oksidləri və digər  bərk  hissəciklər atılır. 
Neft  məhsullarının  təmizlənməsi  zamanı  da  karbohidro­
genlərin  sızması  baş  verir  ki,  bu  da  ətraf  mühitin  ciddi 
surətdə çirklənməsinə səbəb olur.
Neft  məhsullarının  əsas  komponentləri  karbohidro­
genlərdir.  Karbohidrogenlərlə  yanaşı  neft  məhsullarının 
tərkibində kükürd,  azot və oksigen də mövcuddur.  Quyular- 
dakı  qəza  nəticəsində  və  yaxud  borularda  baş  verən  sızma­
ların  nəticəsində xam  neftin  axması zamanı  texnogen  təsirin 
əsas  gücü əksər  hallarda  torpağa olur.  Neft  torpağa və suya 
düşərək  özü  ilə  landşaftlardakı  geokimyəvi  balansı  pozan 
müxtəlif kimyəvi birləşmələr əmələ gətirir.
Xam  neftin  tərkibində  olan  aromatik  karbohidro­
genlərin  oksidləşməsi  zamanı  fenol  tipli  birləşmələr  və  on­
ların  törəmələri  əmələ  gəlir.  Mono  və  oliqomer  ölçülü  for­
mada  bu  maddələr  yüksək  fizioloji  aktivliyə  malik  olur. 
Kiçikmolekullu fenollar torpaqda yığılaraq onu zəhərləyir.
Yuxarıda  qeyd  olunduğu  kimi,  aromatik  karbohid­
rogenlər  daha  çox  toksik  təsirə  malikdir.  Suyun  tərkibində 
onların  1%-lik  konsentrasiyası  su  bitkilərini  məhv  edir  və 
onların  biokimyəvi  funksiyalarına  mənfi  təsir  göstərir.  Ən 
güclü  zəhər  benzoldur.  38%  aromatik  karbohidrogenlərə 
malik olan neft bitkilərin inkişafına daha çox mane olur.
Neftin  tərkibində  olan  ağır  metallar  da  toksik  təsirə 
malik  ola  bilər.  Ağır  metalların  çox  yüksək  konsentrasiyası
244
mikroorqanizmlər  üçün  zəhərlidir.  Bu  xüsusiyyət  hücey­
rələrin  morfoloji  və  ya  hüceyrə  metabolizmində  baş  verən 
dəyişikliklərdə hüceyrələrin məhvində özünü göstərir.
Biosferin çirklənməyə  daha  həssas  komponenti  bitki 
örtüyüdür.  Neftçıxarma  sahəsinin  bitki  örtüyünə  mənfi 
təsirinə  misal  olaraq  Abşeron  yarımadasının  neft  mədənlə­
rini göstərmək olar.  Neft  mədənləri  şəraitində bitki  örtüyü­
nün  dəyişməsinə  təsir  faktorlarından  xam  neft,  minerallaş- 
mış  suları  və  həmçinin müxtəlif tərkibli  qazma məhsullarını 
göstərmək  olar.  Tullantıların  azaldılmasında  tullantısız  və 
aztulantılı istehsalların tətbiqi daha məqsədyönlü hesab olunur.
Tullantısız  texnologiya  və  ya  tullantısız  istehsal  de­
dikdə bu və  ya digər məhsulun  sadəcə istehsalı deyil, bütöv­
lükdə  regional sənaye -  istehsalat  birliklərinin,  sahə -  isteh­
salat  komplekslərinin  təşkili  və  istehsalın  fəaliyyəti  nəzərdə 
tutulur.  Bu  halda xammal və enerjinin bütün komponentləri 
qapalı  şəkildə  səmərəli  istifadə  edilir  və  biosferdə  yaranmış 
ekoloji tarazlıq pozulmur.
Aztullantılı  texnologiya  tullantısız  istehsalın  yaradıl­
masında  aralıq  pillə  təşkil  edir.  Aztullantılı  istehsalatda  zə­
rərli  tullantıların  ətraf  mühitə  təsiri  sanitar  orqanları  tərə­
findən  icazə  verilən  normaların  səviyyəsindən  artıq  olmur, 
xammal  və materialların  bir hissəsi iqtisadi,  təşkilati,  texniki 
və digər səbəblər üzündən  tullantılara çevrilir və uzun müd­
dət saxlanılmağa, yaxud basdırılmağa yönəldilir.
Qeyd etmək lazımdır ki, praktikada tullantısız sənaye 
istehsalının  yaradılması  prinsipcə  yeni  texnoloji  proseslərə, 
cihazlara,  avadanlıqlara  əsaslanmalıdır.  Tullantısız  texno­
logiya  bütün  sənaye  və  kənd  təsərrüfatı  istehsalının  ekoloji 
strategiyası  hesab olunur.
Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  iqtisadi  cə­
hətdən  inkişaf etmiş  ölkələrdə  tullantısız  və  aztullantılı  tex­
nologiyaların  tətbiqi  nəticəsində  xammala  xeyli  qənaət  et­
məklə  yanaşı,  ekoloji  baxımdan  da  sərfəli  olduğu  təsdiq
245

edilmişdir.  Əlavə edək  ki,  çoxprofilli müəssisələrin (müxtəlif 
məhsullar  istehsal  edən  zavod  və  fabriklər)  yaradılmasının, 
onların  eyni  ərazidə  inşa  olunmasının  ekoloji  və  iqtisadi 
əhəmiyyətindən  başqa,  tullantıların  daşınmasına  da  xeyli 
qənaət  olunur.  Belə  ki,  müəyyən  bir  ərazidə  yerləşən,  çox­
profilli müəssisələrdən birinin tullantısı ikinci müəssisə üçün 
xammal  olur,  ikinci  müəssisənin  tullantısı  isə  üçünjü  müəs­
sisədə  xammal  kimi  istifadə  olunur  və  s.  Beləliklə  qapalı 
istehsal  prosesi  yaranır  ki,  bu  da  iqtisadi  və  ekoloji  baxım­
dan  çox  əhəmiyyətlidir.  Bu  halda  kapital  qoyuluşu  xeyli 
azalır,  sistemin  idarə  olunması  sadələşir  və  ekoloji  norm a­
lara tam əməl olunur. Gələcəkdə belə istehsal sistemin geniş­
ləndirilməsi nəzərdə tutulur.
İstehsal  tullantılarından  xammal,  yarımfabrikat, 
yanacaq  və  s.  kimi  faydalı  istifadə  edilməsi  utilizasiya 
adlanır.  Utilizasiyanın  iqtisadiyyatda  mühüm  əhəmiyyəti 
vardır.  Bir  sıra  sahələrdə  utilizasiya  məqsədilə xüsusi  sexlər 
və  hətta  utilizasiya  zavodları  yaradılmışdır.  Utilizasiya 
tullantılarının toplanması ilə xüsusi müəssisələr məşğul  olur.
Tullantısız  texnologiya,  üzvü  tullantıların  təkrar 
emal  edilməsində  də  tətbiq  edilir.  Bakıda  üzvi  tullantıların 
illik  miqdarı  2,5  mln  t-dan  çoxdur.  Bu,  əsasən  ağac  emalı, 
şərab,  pivə  istehsalı,  dəri  emalı  müəssisələrinin,  ət  kom­
binatının  tullantılarından  ibarətdir.  Bunların  yalnız  5-6%-i 
təkrar  emal  edilir,  qalanı  isə  yandırılır.  Bu  üzvi  tullantıları 
emal  etməklə  həm  ətraf  mühitin  çirklənməsinin  qarşısı 
alınar,  həm də xeyli gübrə istehsal edilir.
İri  sənaye  şəhərlərində  İES  və  başqa  müəssisələr 
atmosferi  xeyli  miqdarda  sulfat  anhidridi  ilə  çirkləndirir. 
Onun  təsirindən  metallar  korroziyaya  uğrayır,  tikinti  qur­
ğuları  aşınır,  bitkilər  məhv  olur,  xəstəliklər  artır.  Halbuki, 
həmin  stansiyaların  tüstülərindən  S02-ni  ayıraraq  sulfat 
turşusu almaq olar.  Dünyada ilk dəfə  1952-ci ildə Moskvada 
12№-li  İES-də bu proses reallaşmışdır.
246
Ukraynada  tikilmiş  kimya  kombinatında  tullantılar 
başqa  sexlərdə  kompleks  emal  edilərək  azot  gübrələrinə, 
mal-qara  üçün  zülal,  vitamin konsentratma,  karbon  qazına 
və onu da quru buza çevirir.
Estoniyada  iri  azot  gübrəsi  zavodunda  əvvəl  havam 
çirkləndirən  tullantı indi xammal kimi istifadəyə verilir.
Kanalizasiya sularının  tərkibində müxtəlif üzvi mad­
dələr,  fosfor,  kalium  və  digər  mikroelementlər  vardır.  Bir 
çox  ölkələrdə  kanalizasiya  sularından  gübrə  kimi  istifadə 
edilir.  Bu  sahədə  Çin  xalqı  bir  neçə  əsrlik  təcrübəyə  ma­
likdir.
Polşa  alimi  A.  Lenkova  qeyd  edir  ki,  çirklənmiş  su­
lardan  yenidən  istifadə  edilsə,  dörd  qat  səmərə  əldə  edilər: 
təmizləmə qurğularının  tikintisinə xərc  azalar;  əkin sahələri 
əlavə  su  alar;  süni  gübrəsiz  məhsuldarlıq  artar,  çay  və 
dənizlərin sanitar vəziyyəti yaxşılaşar.
Neft  və  qaz  yataqlarının  işlənməsi  prosesi  zamanı 
yataqda  neft  və qazla  bərabər çoxlu  miqdarda  çıxarılan  lay 
suları tullantı şəklində çay və dənizlərə, eləcə də mədən ərazi­
lərinə  axıdılır.  Halbuki,  həmin  sularda  sənaye  əhəmiyyətli 
yod,  brom, xlor, natrium və s. elementlər almaq olar.
Neftçala şəhərində yerləşən Yod-Brom zavodunun is­
tismar  obyekti  həmin  yataqdakı  neftli  layların  sularıdır. 
Həmin sularda yodun miqdarı litrdə 60-70 mq-a çatır.
Molumdur ki,  respublika  iqtisadiyyatının  əsasını  neft 
sənayesi  təşkil  edir.  Neft  sənayesinə,  əsasən,  neft  geologi­
yası,  neft  quyularının  qazılması,  onların  mənimsənilməsi, 
istismarı,  neftin  yığılması  və  nəqli  kimi  mürəkkəb  sahələr 
daxildir.
Bildiyimiz  kimi,  neft  quyularının  istismarı  həm  qu­
ruda,  həm  do  dənizdə  aparılır.  Hər  iki  halda  quyularm  qa­
zılma  texnologiyası  bir-birindən  heç  də  fərqlənmir.  Lakin 
qeyd  edildiyi  kimi,  dənizdə  quyuların  qazılmasının  özünə 
məxsus spesifik xüsusiyyətləri vardır.
247

İstər  dəniz  şəraitində,  istərsə  də  quruda  neft-qaz 
quyularının  qazılması  zamanı  ətraf  mühiti  çirkləndirən 
mənbələr və maddələr eynidir.  Əsas fərq  ondan ibarətdir  ki, 
birinci halda  həmin mənbələr dənizi,  ikinci halda isə  torpaq 
sahəsini  çirkləndirir.  Qeyd  edək  ki,  neft-qaz  quyularının 
qazılması  və  onların  istismarı  zamanı  dəniz  və  okeanların 
çirkləndirilməsi su nəqliyyatı vasitələrindən sonra ikinci yeri 
tutur.
Bir  qayda  olaraq  neft-qaz  quyularının  qazılması 
zamanı gilli məhsullardan istifadə edilir və məhsulun  keyfiy­
yətinə xüsusi  tələb irəli sürülür.  Bu tələbləri yerinə yetirmək 
üçün,  məlum  olduğu  kimi,  üzvi  və  qeyri-üzvi  kimyəvi  bir­
ləşmələrdən  istifadə edilir.  Bunlara  misal  olaraq  oksil,  unil, 
qrafıt,  kaustik  soda, paltar  sodası,  gips,  borat  və  s.  bu  kimi 
kimyəvi reagentləri göstərmək olar.
Quyuların mənimsənilməsi  müxtəlif texniki və  texno­
loji  tədbirlərin həyata keçirilməsi  nətijəsində neft-qaz layı  ilə 
quyu  arasında  əlaqə  yaratmaqdır,  yəni  quyu  dibində  elə 
əməliyyatlar  aparılır  ki,  neft-qaz  laydan  quyu  dibinə  axa 
bilsin.  Quyunun  mənimsənilməsi  əvvəlcədən  tərtib  edilmiş 
plan-qrafit  əsasında  aparılır.  Dəniz  şəraitində  quyuların 
mənimsənilməsi  qurudakından  heç  də  fərqlənmir.  Burada 
prinsipial  fərq  dəniz  platformasında  işin  təşkili  və  hidro- 
meteroloji şəraitin bu prosesə təsirindən ibarətdir.
Neft-qaz  quyularının  istismarı  zamanı  da  ətraf 
mühitin  çirklənməsi  baş verir.  Quyular müxtəlif üsullarla  is­
tismar  edildikdə  neft  hasilatının  sabit  saxlanması  və  artı­
rılması  üçün  ardıcıl  olaraq  quyularda  müxtəlif  geoloji-tex- 
niki  tədbirlər  həyata  keçirilir.  Adətən  bu  tədbirlər  müxtəlif 
üzvi  və  sintetik  -   kimyəvi  maddələrdən  istifadə  etməklə 
aparılır və bu zaman ətraf mühit intensiv surətdə çirklənir.
Adətən,  quyuların  istismarı  zamanı  ətraf  mühiti 
çirkləndirən  maddələr aşağıdakı  ardıcıllıqla verilir:  neft,  ya­
nacaq  -   sürtkü  materialları,  neftli  qum,  səthi  aktiv  mad­
248
dələr,  mədən  tullantı  suları,  kimyəvi  həlledicilər,  turşular, 
duz,  sirkə,  xlor  turşusu,  tərkibində  kimyəvi işlənmiş  məhlul 
olan tullantı suları və parafinlər.
Neftin  nəqli  və  saxlanmısı  zamanı  boru  birləşmə­
lərindən,  hermetikliyin  pozulma  sahələrindən  sızma  ətraf 
mühiti  kifayət qədər çirkləndirir.  Neft-qaz yığımı  məntəqə­
lərində  və  mədən  rezervuar  parklarında  neftin  boşaldılması 
və  ya  təmizlənməsi  zamanı  neftli-çirkli  su  kanalizasiya 
sisteminə axıdılır ki,  bu da çirkab  suların çirklilik dərəcəsini 
daha da artırır.
Müəyyən  ehtiyat  saxlamaq  məqsədilə müasir dövrdə 
azkeçirici  laylar daxilində təbii rezervuarlar qazılaraq orada 
ehtiyat  üçün  neft  və  qaz  məhsulları  yığırlar.  Lakin  bu 
rezervuarlardan  da  sızma,  filtrasiya,  buxarlanma  baş  verir 
ki,  bu da su hövzələrini və torpağı çirkləndirir.
Müəyyən  edilmişdir ki,  2 t  sızan  neft  1000 m2 torpaq 
sahəsini  əkinə  yararsız  edir.  Neftin  neft-qaz  yığımı 
kollektorlarından və texnoloji qurğulardan qəza  nəticəsində 
ətrafa  dağılması  xarakterik  bir  hadisə  kimi  qalmaqdadır. 
Kanalizasiya  sistemi  olmadıqda  və  ya  pis  işlədikdə  bu  tip 
tullantılar  yaxında  yerləşən  su  hövzələrinə,  bataqlığa 
axıdılır,  onları  və qurunt sularını çirkləndirir.
Müəyyən  edilmişdir  ki,  dünya  miqyasında  neftçı- 
xarma  neft  emalı,  nəqli  və  neftin  istifadəsi  zamanı  ildə  45 
mln  t-a  qədər  itki  baş  verir.  Bu  itkinin  22  mln  t-unun  qu­
ruda,  7  mln  t-unun dənizdə və  16 mln  t-unun  isə atmosferdə 
buxarlanması  ilə  müşayiət  olunur.  Dünya  miqyasında  neft 
və  neft  məhsullarına olan  tələbatın  ildən-ilə  artdığını  nəzərə 
alsaq,  bu  itkinin  nə olduğunu  və ətraf mühitə  nə kimi  ziyan 
vurulduğunu  təsəvvür etmək o qədər də çətin deyildir.
Yuxarıda  qeyd  edilənlərdən  aydın  olur  ki,  Azərbay­
canda  fəaliyyət  göstərən  aparıcı  sənaye  sahələrinin  ekoloji 
problemləri  kifayət  qədərdir  və  onların  aradan  qaldırılması
249

üçün  dövlət  səviyyəsində  tədbirlər  planı  hazırlanıb  həyata 
keçirilir.
Qeyd  olunan  halda  torpağı  çirkləndirən  əsas  mən­
bələrdən  biri  şlam,  əlavə yaranan  gilli  məhlul  və  ya  istifadə 
olunan  digər  yuyucu  mayedir.  Artıq  isbat  olunmuşdur  ki, 
ətraf  mühiti  belə  tullantılardan  qorumaq  üçün  onlardan 
təkrar  istifadə  etmək  lazımdır.  Lakin  quru  sahələrdə 
buruqlar  arasında  məsafə  böyük  olduğu  üçün  işlənmiş  gilli 
məhlulların  daşınması  çətinləşir.  Buna  baxmayaraq,  son 
illər  gilli  məhlul  tullantılarından  quyuların  möhkəmləndiril­
məsində, həmçinin, keramzit istehsalında da istifadə edilir.
Quyularm mənimsənilməsi zamanı,  bir qayda olaraq, 
ətraf mühiti  mühafizə  etmək  üçün  quyudan  gələn  qaz  mə­
şəldə yandırılır,  lay  suyu  və ya  neft  xüsusi  tutumlara  yönəl­
dilir.  Sonra  yığılan  neftdən  yanacaq  kimi  istifadə  edilir,  su 
isə təmizləmə qurğularına verilir.
Atmosfer  oksigenin  çətin  daxil  olduğu  neftlə  çirk­
lənmiş  torpaqların  aşağı  qatlarında  üzvi  birləşmələrin  və 
anaerov  şəraitində  karbohidrogenlərin  komponentlərinin 
parçalanması  nəticəsində  toksik  qatılıqla  turşu  oksidləıinin 
toplanması  baş  verir.  Spirt,  kükürd,  hidrogen  və  başqa 
məhsullar  bitkilərə  məhvedici  təsir  göstərir.  Yağlı  turşular 
torpağın  aşağı  qatlarında  yığılaraq  onun  hidrofobluğunu 
artırır  və  bunun  nəticəsində  onun  su  saxlama  xüsusiyyəti 
azalır.  Neft  torpağa  düşərək  onun  fiziki  xüsusiyyətini  tor­
pağın ayrı-ayrı hissələrinə ötürür.  Neftlə çirklənmiş torpağın 
yuxarı  qatlarında  hidrofobluğun  artması  göstərici  olaraq, 
onun  aşağıda  yerləşən  (20-25  sm)  qatlarında  nəmliliyin 
artmasına  gətirib çıxarır.  Bunun  səbəbi torpağın  neftlə çirk­
lənmiş  yuxarı  qatında  nəmliyin  transpirasiyasının  sürətinin 
azalmasıdır.  Bu zaman hava  rejimi kifayət qədər pozulur ki, 
bu  da  özünü  təmizləmə  prosesinə  mənfi  təsir  də  göstərir. 
Torpağın neftlə çirklənməsi  onun kimyəvi xassəsinin  kifayət 
qədər dəyişilməsi ilə müşahidə olunur.
250
Neft  məhsulları  ilə  çirklənmənin  səciyyəvi  əlamətləri 
mənbəyinin  çoxluğu,  ətraf  mühitin,  demək  olar  ki,  bütün 
komponentlərini  çirkləndirməsi,  böyük  akvatoriyada  səpə­
lənməsi, dib çöküntülərində toplanması və s.-dir.  Neftin həll 
olunan  və  ağır  komponentləri  -   fraksiyaları  su  kütləsində 
digər  toksikantları,  o  cümlədən  toksik  metalları  absorbsiya 
edir, onların miqyasına səbəb olur.  Onlar suyun keyfiyyətini 
pisləşdirir,  oksigen  rejiminə  mənfi  təsir  göstərir,  suyun  üst 
qatlarının atmosferlə balanslaşdırılmış əlaqəsini pozur və s.
Dənizə tökülən neftin 40%-i onun dibinə çökür.  Dibə 
çökən neft məhsulları səthdəki neft məhsullarına nisbətən  10 
dəfə  gec  oksidləşir.  Neftin  tərkibində  olan  bir  neçə  kom­
ponentlər  kəskin  toksikliyə malik  olur.  Neftin  dənizə  tökül­
məsi  əsasən  quyuların  istismarı,  neftin  ilkin  ayrılması  və 
nəqli zamanı baş verir.
Neftin  nəqli  zamanı  onun  dənizə  tökülməsi,  əsasən 
gəmilərdə  baş vermiş qəza və onlardan müxtəlif səbəblərdən 
axıdılan neft  hesabına da baş verir.
Neft  hasilatının  intensivləşdirmə  prosesi  Xəzərin 
çirkləndirilməməsi  üçün  irihəcmli  problemlərin  həllini  tələb 
edir.  Bu  problemə neftin dənizə  tökülməməsi  üçün  ayrı-ayrı 
texnoloji proseslərin  təkmilləşdirilməsi, beynəlxalq  standart­
lara cavab verən avadanlıqlardan istifadə və s.  aid edilir.
İstər  quruda,  istərsə  də  dənizdə  neft-qaz  sənayesinin 
inkişafı,  bununla  əlaqədar  estakadaların,  ayrıca  özüllərin 
tikilməsi, boru-kəmər xətlərinin çəkilməsi, tankerlərin, gəmi- 
bərələrin  hərəkəti,  müxtəlif  növ  tullantıların,  mədənlərdə, 
magistral  neft  kəmərlərində  baş  verən  qəzalar,  neft,  qaz 
emalı  müəssisələrinin maye,  sülb,  bərk  tullantıları  və s.  eko­
loji  mühiti çirkləndirir, onun nizami inkişafını pozur,  bioloji 
mübadiləni ləngidir, insanların səhhətinə ziyan vurur.
Bunu  nəzərə  alaraq  Xəzərdə  fəaliyyət  göstərən  kom­
paniyaların,  şirkətlərin  ekoloji  təhlükəsizliyini  təmin  etmək 
məqsədilə,  elə  bir  texniki-iqtisadi,  ekoloji,  hüquqi  proq­
251

ramlar  fəaliyyətdə  olmalıdır  ki,  mənfi  halların  baş  ver­
məsinin qarşısını ala bilsin. Göstərilən proqrama fəaliyyətdə 
olan  müəssisələrin ekoloji  təhlükəsizliyi,  normativdən  kənar 
tullantıların  azaldılması,  qəza  törədənlərə,  dənizi  çirklən- 
dirənlərə  qarşı  hüquqi,  iqtisadi  sanksiyaların  tətbiqi  daxil 
edilməlidir.  Xəzərin  sənaye  xammalı  və  bioloji  ehtiyatların­
dan  səmərəli  istifadəsi  ekoloji  təhlükənin  aradan  qaldırıl­
ması  müasir  texnika  və  texnologiyalarının,  təbiəti  mühafizə 
tədbirlərinin  həyata  keçirilməsini  tələb  edir.  Bunun  həyata 
keçirilməsi  akademik  və  sahəvi  elmi-tədqiqat,  layihə  insti­
tutlarının  iştirakı  ilə  fundamental  ekoloji  tədqiqatların  apa­
rılması  ekoloji  monitorinq  xidmətinin  yaradılmasından  ası­
lıdır.  Bunların  sayəsində  tullantıları  «sıfır»  həddinə  çatdır­
maq  çirkləndirici  maddələri,  işlənmiş  suları,  bərk,  sülb  tul­
lantıları  təmizlədikdən,  zərərsizləşdirdikdən  sonra  dənizə 
tökmək mümkündür.
Belə şəraitdə şelf zonalarında fəaliyyət göstərən isteh­
sal  sahələrində  profilaktik,  ekoloji  mühafizə  tədbirlərinin 
görülməsi  vacibdir.  Lakin  ayrıja  götürülmüş  bir  ölkədə,  bir 
regionda  bunların  öhdəsindən  gəlmək  mümkün  deyil.  Ona 
görə ki, dənizin  sərvətlərindən istifadə edən  və onun suyunu 
çirkləndirən  dövlətlər  sərhədi  vahid  olan  su  hövzəsinə  təsir 
edir.  Ekoloji  monitorinqin  regionallığı  şəraitində  qəzaların 
aradan  qaldırılması  üçün  görülən  tədbirlər  hansı  dövlətin 
tabeliyində  olarsa-olsun,  neft-qaz  mədənlərinin  istismarı, 
xammalların,  hazır  məhsulların  daşınması  üzrə  layihələrin 
tərkibində əks etdirilməlidir.
Dəniz,  neft  və  qaz  mədənlərinin  istismarında,  nəq­
liyyatın  inkişafında  ortaya  çıxan  neqativ  halların,  qəzaların 
aradan  qaldırılmasında  zəruri  tədbirlərdən  biri  dövlətarası 
hüquqi  və  iqtisadi  sanksiya  təyinatlı  tədbirlərdir.  Sənaye, 
nəqliyyat,  texnogen  xarakterli qəzalar,  təbii  fəlakətlər,  müa­
sir  sivilizasiyanın  ayrılmaz  hissəsi  və  mühüm  fəaliyyəti
252
olduğundan  insanlar  daima  onların  törətdikləri  təhlükə  və 
qorxu hissi altında yaşayır.
Ətraf mühitin çirkləndirilməsində metallurgiya  səna­
yesinin  özünə  məxsus  rolu  vardır.  Bu  sahə  kimya,  neftçı- 
xarma  və  neft  emalı  sənayesindən  sonra  ətraf  mühitə  vu­
rulan  zərərin  həcminə  görə  dördüncü  yeri  tutur.  Odur  ki, 
metallurgiyanın  özünəməxsus  problemlərinin  aradan  qaldı­
rılması  bu gün üçün aktualldır.  Çuqunun əridilməsi və ondan 
polad  istehsalı  zamanı  atmosferə  müxtəlif qazlar  atılır.  1  t 
polad  istehsalı  zamanı  havaya 4,5  kq  toz  və  2,7  kq  kükürd 
qazı, 0,1-0,6 kq marqans atılır.
Domna  qazlarından  başqa  atmosfer  həm  də  az 
miqdarda  arsen,  fosfor,  qurğuşun,  civə  və  nadir  metalların 
buxarlan və qətranlı maddələrlə çirklənir.
Poladəridən  sexlərin  tullantıları  da  atmosferi  xeyli 
çirkləndirir.  Polad  əriyən  zaman  həm  də  metalın  buxarı, 
şlak  və  metal  oksidləri  və qazları  ayrılır.  Marten  peçlərinin 
tozunun  əsas  hissəsi  dəmir  -  3  oksid  (67%),  alüminium  -  3 
oksid (67%)-dən ibarət olur.
1  t  Marten  poladının  oksigensiz  əridilmə  prosesində 
3000-4000  m3  qaz  ayrılır,  onların  tərkibində  tozun  qatılığı 
orta hesabla 0,5 q/m3 təşkil edir.
Metalın  ərimə  zonasına  oksigen  verildikdə  isə  toz 
əmələgəlmə  dəfələrlə  çoxalaraq  15-52  q/m3-a  çatır.  Müasir 
qara  metallurgiya  zavodlarının  çoxunda  kömürün  kokslaş- 
dırılması  peçləri  vardır.  Koks  kimyəvi  istehsalı  atmosfer 
havasını tozla və uçucu birləşmələrin qarışığı ilə çirkləndirir. 
İş  rejimi  pozulduqda  isə  atmosferə  külli  miqdarda  təmiz­
lənməmiş  koks qazı atılır.
V.  Şaprinskiyə  görə  1  mln  t  polad  istehsalı  zamanı 
atmosferə  75  min  t  SO
Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin