Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746


İnsan potesialınm inkişaf indeksi (İPİİ)



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

İnsan potesialınm inkişaf indeksi (İPİİ)
Qrup
ölkələr
İPİİ -   1997
Adambaşına 
düşən ÜDM 
ABŞ dolları 
ilə-  1997
Əhalinin  illik artım 
tempi %-lə
1975/1997
1997/2015
İnkişaf  etmək­
də  olan ölkələr
0,637
3240
2,0
1,4
Zəif inkişaf 
etmiş ölkələr
0,430
992
2,5
2,2
MDB  və  Şərqi 
Avropa ölkələri
0,754
4243
0,5

Sənaye cəhət­
dən  inkişaf 
etmiş ölkələr
0,920
23741
0,6
0,3
Bütün 
dünya 
ölkələri
0,706
6332
1,6
ı,i
Əhalinin  artımına  son  illərdə  mənfi  təsir  göstərən  amillər­
dən  biri  də  QİDS-dir  (qazanılmış  immunodefısit  sindromu  -  
AİDS,  SPİD).  1999-cu  ildə  QİDS  virusu  ilə  5,8  mln  nəfər yo­
luxmuş, ölənlərin  sayı 2,5  mln-nu  ötmüşdür ki, bunların 80%-i 
Afrika qitəsinin payına düşür.
195

Statistikanın  məlumatına  əsasən  XX  əsrdə  bir  çox  yeni 
xəstəliklər -  onkoloji,  SPİD,  infeksion  meningit,  alkoqolizm, 
narkomaniya  və  s.  peyda  olmuşdur.  Həm  də  bu  xəstəliklər  ən 
çox uşaq ölümü baş verən  inkişaf etməkdə olan ölkələrdə geniş 
yayaılmışdır.
Buna  səbəb  inkişaf etmiş  və  inkişaf etməkdə  olan  ölkə­
lərdə səhiyyənin səviyyəsində böyük uyğunsuzluğun olmasıdır. 
Belə  ki,  Həbəşistanda  orta  yaş  həddi  45,  Yaponiyada  isə  80, 
cavan  yaşlarında Hindistanda ölüm  min  adama 80,  İsveçdə  isə 
4 adam  düşür.
Bir çox alimlər dünyada sağlamlığın böhran  həddinə çat­
masını göstərir. Bu əsasən inkişaf  etməkdə olan ölkələrə aiddir. 
Bunun  səbəbi  qidanın  çatışmazlığı,  həkimlərin  azlığı,  çirklən­
miş  sulardan  istifadə, sağlamlıq adekvat xidmətinin  olmaması 
ilə izah edilir.
Dünyada  sağlamlığın  böhranın  əsas  aspektləri  demo­
qrafik,  sosial-iqtisadi, tibbi və fərdi əhval  hesab olunur.
BMT-nin  məlumatına  görə  dünyada  olduqca yoxsul  ya­
şayan  əhalinin  sayı  1  mlrd-ı  ötüb  keçmişdir.  Cəmiyyətin  sağ­
lamlığının  həlli  tapılmayan  problemlərindən  biri  də  ölkələr 
arasında və onun ölkələr daxilində qeyri-bərabər  olmasıdır. İn­
kişaf  etməkdə  olan  ölkələrdə  əhalinin  2/3  -dən  çoxu  tibb-sa- 
nitar  xidmətlərindən  məhrumdur.  İnkişaf etmiş  ölkələrdə  əha­
linin sağlamlığını təmin etmək üçün elm və texnikanın yeni nai­
liyyətlərindən  istifadə  olunur.  Lakin  bu  tibbi  xidmətlər  baha 
olduğundan əhalinin  aşağı gəliri olan dövlətlərdə bundan istifa­
də edə  bilmir və  nəticədə  onlarda ölüm  hadisəsi  iki  dəfə yük­
sək olur.
İnsan  sağlamlığını  -  ətraf,  təbii  mühit  və  sosial  mühitin 
keyfiyyət  kriteriyaları təyin edir.
Ətraf təbii mühitdə kəmiyyət və keyfiyyət göstəriciləri  nə 
qədər  yüksək olarsa, o qədər insan sağlamlığı təmin olunar.
196
MÖVZU 7. ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİNDƏN 
YARANAN  İQTİSADİ ZƏRƏRİN  HESABLANMASI
Məlum  olduğu kimi,  iqtisadi zərər -  artıq yaradılmış və 
yaxud  kəsirlə  alınan  nemətlərin  itirilməsi,  həmçinin, 
çirklənmənin  nəticələrinin  aradan  qaldırılmasına  çəkilən 
xərclərdir.
İqtisadi  zərərin  kəmiyyətcə  qiymətləndirilməsindən 
ötrü 3 mühüm üsuldan istifadə edilir:
- birbaşa hesablar üsulu;
- analitik üsul;
- empirik və yaxud kombinələşdirmə üsulu.
Çirklanmadan  dayan  zararin  birbaşa  hesablar  üsulu  ila
qiymatlandirilmasi  birbaşa  hesablar  üsulunun  əsasını  bütün 
göstəricilərə (sanitar-gigiyenik amillər,  təsərrüfatçılıq şəraiti, 
iqlim,  meteoroloji  xüsusiyyətlər  və  s.)  əsasən  çirklənmiş 
regionlara  oxşar  və  ancaq  bir  çirklənmə  səviyyəsilə  seçilən 
kontrol  rayonun  seçilməsi  tutur.  Kontrol  rayon  minimal 
çirklənmə səviyyəsinə malik olmalıdır.
Sonra  aşağıdakı  göstəricilərə  əsasən  öyrənilən  və  kon­
trol  rayonlar  arasındakı  fərqlərin  nəzərə  alınması  şərtilə 
zərər hesablanır:
- kənd təsərrüfatı məhsullarının məhsuldarlığı;
- heyvanların məhsuldarlığı;
- meşələrin əmtəəlik qiymətinin dəyişməsi;
- xəstələnmə səviyyəsi və s.
Ətraf mühitin çirklənməsindən ümumilikdə təsərrüfata 
dəyən  kompleks  iqtisadi  zərər  təsərrüfatın  ayrı-ayrı  bölmə­
ləri  üzrə  olan  lokal  zərərlərin  cəmindən  formalaşır.  Adətən 
aşağıdakı lokal zərərlərin tərkibi nəzərdən keçirilir.
Z   =   Z k tm   "t"  Z m kt 
Z  sən  +   Z soh
Burada,
Zktm -  kənd və meşə təsərrüfatlarına,
Z m k t  -  
mənzil-kommunal təsərrüfatına,
197

ZS3n -  sənayeyə,
Zsəh -  səhiyyəyə dəyən zərərdir.
Kənd və meşə təsərrüfatlarına dəyən zərər iki zərərin 
cəmi kimi müəyyənləşdirilir:
Zktm —
 Zkt  +  Zm
Burada,
Zkt -  kənd təsərrüfatına dəyən illik zərər,
Zm -  meşə təsərrüfatına dəyən illik zərər.
Zkt-ni  Zkt = Zt + Zb + Zh tənliyilə hesablamaq olar ki, 
burada da,
Zt -  çirklənmə nəticəsində kənd təsərrüfatı 
dövriyyəsindən torpaq sahələrinin çıxarılmasından;
Zb  -   kənd  təsərrüfatı  bitkilərinin,  bağların,  üzümlük­
lərin  məhsuldarlığının  azaldılması  nəticəsində  bitkiçilik 
məhsullarının tam yığılmamasından;
Zh -  mal-qara və quşların məhsuldarlığının azaldılması 
nəticəsində  heyvandarlıq məhsullarının  tam  istehsal  edilmə­
məsindən dəyən zərərdir.
Zt =  SXq kimi hesablana bilər ki, burada da:
S -  çirklənmə nəticəsində kənd təsərrüfatı 
dövriyyəsindən çıxarılan torpaq sahəsidir (ha);
Xq -  kənd təsərrüfatı müəssisələrinin  1  ha sahəyə düşən 
xalis gəlirinin orta illik miqdarıdır.
Z b = J > ÄA
Mh-Q
t=1
kimi hesablanır.  Burada,
Sb-i bikt növü ilə tutulan çirklənmiş sahədir (ha);
AM h  -  i bitki növünün məhsuldarlığının azalmasının 
orta göstəricisidir (s);
Q-i bitki növünün  1  s-nin satınalma qiymətidir (man.).
Q-kimi  pərakəndə qiymətlərdən,  həmçinin,  atmosferin 
çirklənməsi nəticəsində istehsal həcminin azalması dəyərində
198
əlavə  kənd  təsərrüfatı  məhsullarının  istehsalına  çəkilən  əsas 
vəsait qoyuluşu və cari xərclərdən də istifadə etmək olar.
Zh -  hər bir məhsuldar qrup üzrə aşağıdakı tənliklə 
hesablanır:
z„= £я,л
M„- Q
1=1
B h -  
i  məhsuldar  qrupu  üzrə  mal-qara  və  yaxud 
quşların sayıdır;
ДMh  -  natural vahidlərdə i  məhsuldar  qrupun  məhsul­
darlığın orta enmə dərəcəsidir;
Q -  i məhsulu vahidinin satınalma qiymətidir.
Sənaye  müəssisələrinin  zəhərli  tullantıları  tərəfindən 
meşə  təsərrüfatına  vurulan  zərər  (Zmt)  aşağıdakı  kimi 
hesablanır:
Zmi =  A Za +  A Zoq +  A Zm
Burada,
Za  -   meşələrin  artımının  zəifləməsi  və  məhvindən 
alman zərərdir;
Z0q  -   emal  üçün  yararlı  oduncağın  kəskin  azalması 
nəticəsində meşələrin əmtəəlik qiymətinin itirilməsindən  irəli 
gələn zərərdir;
Zm -  meşələrin sanitar məqsədli qırılması və yeni sahələrin 
salınmasına çəkilən əlavə xərclərdən irəli gələn zərərdir.
Məlum  olduğu  kimi,  mənzil-kommünal  təsərrüfatı 
bilavasitə mənzil təsərrüfatından,  kommunal  müəssisələri və 
qurğularından  ibarətdir.  Bütün  bu  obyektlər  təbii  cəhətdən 
köhnəlmədən  əlavə,  müəssisə  tullantılarının  təsirilə  atmo­
sferin çirklənməsi  nəticəsində də əlavə olaraq köhnəlir.
Atmosferin  çirklənməsi  nəticəsində  il  ərzində  mənzil- 
kommunal  təsərrüfatına  dəyən  zərər  Zmkt  -   aşağıdakı  kimi 
hesablanır:
Z m kl  =   M o t  +  
E n
  '  M ı   +   M  ,  + M mx + M y  +   M Dı
199

Burada,
Mət -  şəhər ərazisinin  tozdan  əlavə  təmizlənməsinə çə­
kilən xərclərdir;
Mı -  sanitar  texnikasına çəkilən  əlavə  əsaslı vəsait qo­
yuluşudur;
M t  -  şəhər  ictimai  və  sanitar  texnikasına  çəkilən  əlavə 
istismar xərcləridir;
M 3t -  mənzil  fondu  və  digər  şəhər  elementlərinin  əlavə 
təmirinə çəkilən xərclərdir;
Mmx  -   atmosferin  çirklənməsi  ilə  əlaqədar  göstərilən 
əlavə məişət xidmətləridir;
My -  şəhər yaşıllıqlarına vurulan zərərdir;
En  -   əsaslı  vəsait  qoyuluşu  səmərəliliyinin  normativ 
əmsalıdır.
Sənayeyə dəyən zərər aşağıdakı kimi hesablana bilər:
Zs  = Znr 
Z s  

Z x
Burada,
Znr -  nəqliyyat,  rabitə və elektrikötiirücü  xətlərə dəyən 
zərərdir;
Zs -  bilavasitə sənaye müəssisələrinə dəyən zərərdir;
Zx  -   atmosfer  tullantıları  ilə  birlikdə  qiymətli  xammal 
itkisidir.
Qeyd  edilməlidir  ki,  çirklənmədən  dəyən  iqtisadi  zərər 
içərisində  maksimal  xüsusi  çəkisilə  səhiyyəyə  dəyən  lokal 
zərər  daha  çox  seçilir.  Atmosferin  çirklənməsi  nəticəsində 
səhiyyəyə il ərzində dəyən ümumi zərər (Zs.ıh)  aşağıdakı  kimi 
hesablanır:
Z soh  —  Z |   +   Z | |   + Z | | |   + Z v q ö
Burada,
Zı -  işdən əvvəl xəstəliklərin əhaliyə vurduğu zərərdir;
Z„ -  iş vaxtı xəstəliklərin əhaliyə vurduğu zərərdir;
Znı -  işdən sonra xəstəliklərin əhaliyə vurduğu zərərdir;
ZVqö  -   atmosferin  çirklənməsi  nəticəsində  vaxtından 
qabaq ölümdən dəyən zərərdir.
200
Eyni zamanda,
1)  Zj  =   Zjn  4-  Z
ib
Harada ki,
Zin -  məktəbəqədər yaşlı uşaqların xəstələnməsilə 
əlaqədar zərərdir;
Z
ib
 -  məktəbyaşlı uşaqların xəstələnməsilə əlaqədar 
zərərdir.
Z n   —  X s t  
X a m  

X m g   4"  Ö b
Harada ki,
X,t -  stasionardakı müalicəyə çəkilən xərclərdir;
Xam -  ambulator şəraitdə müalicəyə çəkilən xərclərdir;
Xmg  -   valideynlərin  işə  çıxmaması  ilə  əlaqədar  əmək 
ehtiyatlarından  tam  şəkildə  istifadə  edilməməsi  nəticəsində 
yol verilən milli gəlir itkisidir;
Ö b  
-  uşaqların xəstələnməsilə əlaqədar valideynlərə ve­
rilən arayışların ödənilməsindən alman xərclərdir.
2 )   Z„ = X t [ + a C + A * i = Ö f
3)  Z„, = X
Tn
4 )  
Z v q ö   =
Harada ki,  tö -  minimal ölüm yaşıdır;
Tn -  orta təqaüd yaşıdır;
P i -  
il ərzində bir işçi tərəfindən istehsal edilən xalis 
məhsulun dəyəridir;
 i -  il ərzində vaxtından əvvəl ölənlərin sayıdır.
Çirklənmədən  dəyən  zərərin  hesablanmasının  analitik 
üsulu.  Analitik  üsul  korrelyasiya-reqressiya  təhlilinin  apa­
rılması  yolu  ilə  ətraf mühitin  vəziyyətilə çirklənmə  səviyyəsi 
göstəriciləri  arasındakı  riyazi  asılılığın  alınmasına  əsaslanır. 
Zərərin  müəyyənləşdirilməsində  birbaşa  hesablar  üsulunun 
tədbiqi çətinləşəndə analitik  üsuldan istifadə edilir.  Məsələn,
201

sosial-gigiyenik  meteoroloji,  texniki  və  digər  amillərin  təsi­
rilə eyni vaxtda çirkləndirici maddələrin təsirinin nəticələrini 
xüsusi ayırmaq mümkün deyildir.
İki  əlamət  arasındakı  korrelasiya  asılılığını  minimal 
kvadratlar üsulu vasitəsilə  müəyyənləşdirmək  olar.  Müşahi­
dələrin  sayı  çox  olan  vaxt  əl  ilə  hesablamaq  çətin  və  səmə­
rəsiz  olur.  Bu  halda  tapşırığı  müvafiq  tədbiqi  proqramlar­
dan  istifadə  ediləcək  EHM-də  hesablamaq  daha  məqsəd­
yönlü sayılır.
Korrelyasiya  asılılığının  minimal  kvadratlar  üsulu  ilə 
məsələnin həllini şərti nümunə əsasında həyata keçirək.
Tutaq  ki,  Y  -   kənd  təsərrüfatı  sahəsində  məhsuldar­
lığın  azalmasıdır;  x  -   kənd  təsərrüfatı  zonası  yaxınlığında 
yerləşən  sənaye  müəssisələrindən  atmosferə  daxil  olan  kü- 
kürdlü  anhidridin  orta  illik  həcmidir.  Mühitdəki  kükürdlü 
anhidridin  miqdarından  məhsuldarlığın  azalmasının  asılı­
lığını müəyyənləşdirmək  tələb olunur.  Müşahidələr 5  il  üçün 
verilmişdir (n=5).
Bərabərlik Y =  p yx+b şəklindədir, harada ki,
p
  _
yx~ 
« i
, - £ » 2

1,00  1,50  3,00  4,50  5,00
  1,25  1,40  1,50 1,75  2,25 
Cədvəl tərtib edək:
Cədvəl  17
X i

2
X ,
V X
1,00
1,2 5
1,00
1,250
1,5 0
1 ,4 0
2 ,2 5
2 ,1 0 0
3 ,0 0
1 ,5 0
9 ,0 0
4 ,5 0 0
4 ,5 0
1 ,7 5
2 0 ,2 5
7 ,8 7 5
5 ,0 0
2 ,2 5
2 5 ,0 0
11 ,250
202
5-26,975-15.815
5-57,5 -1 5 2
b =  57,5 -8,15 -15 -26,975  = ^ m  
62,5
Y  = 0,202  +  1,024
Yuxarıdakı  bərabərliyə görə hesablanmış Yi-nin  nə də­
rəcədə  tədqiq edilən y  ilə uzlaşdığını  bilməkdən  ötrü  (Y-yi)- 
ni tapaq:
Cədvəl  18
X i

2
X ,
* Г У ,
1 ,0 0
1 ,2 2 6
1,2 5
- 0 ,0 2 4
1,50
1 ,3 3 7
1,4 0
-0 ,0 7 3
3 ,0 0
1 ,6 3 0
1,5 0
0 ,1 3 0
4 ,5 0
1 ,9 3 3
1,75
0 ,8 3 0
5 ,0 0
2 ,6 3 4
2 ,2 5
-0 ,2 1 6
Cədvəldən  göründüyü  kimi,  heç  də  bütün  (Yi-yi)  nə­
ticələri  kiçik  olmur.  Reqressiyalı  analiz  vasitəsilə  oduncaq 
artımını  çirklənmənin  kompleks  göstərici  ilə  əlaqələndirən 
reqressiya bərabərliyi alınmışdır:
OA 
=  
46,2 -  92,
8 X ;  X i   =
/ = l
OA -  oduncaq  artımıdır;
X -  çirklənmənin kompleks göstəricisidir;
C -  qcyri-üzvi  türş qazlar üçün УКН-nin  iftar həddin
aşmasıdır. (Bərabərlik УКН-in  1-5 ifrat həddində hoqiqidir).
Bu  üsulla  hər  1000  nəfərə  düşən  ümumi  xəstələnmə 
səviyyəsilə  müəyyən  xəstəlik  növü  və  atmosferin  çirklənmə 
səviyyəsilə  müxtəlif  inqrediyentlər  (faktiki  konscntrasiya
203

göstəriciləri)  arasındakı reqressiya  bərabərlikləri  formalaşır. 
Belə  ki,  1000  nəfərə  düşən  tənəffüz  orqanlarının  ümumi 
xəstələnmə səviyyəsilə toz, CO, NO
2 və SO2 ilə çirklənmə sə­
viyyəsi  arasındakı  korrelyasiya  asılılığı  qurulmuşdur 
(R=0,71);
Sx =  162,2 = 22,4xı  + 22,9x
2 +  102,4x3 +  140,5x4
Harada ki,
xı -  tozun illik cəmləşmə səviyyəsidir (mq/m3);
x
2 -  СО-nun orta illik cəmləşmə səviyyəsidir (mq/m3);
X
3 -  S 0 2-nin orta illik cəmləşmə səviyyəsidir (mq/m3);
X
4 -  N 0 2-nin orta illik cəmləşmə səviyyəsidir (mq/m3).
Çirkləndiricilərin orta illik cəmləşmə səviyyəsini,  zərəri 
hesablanan ərazi üçün əhalinin sayını və bir nəfərin  tənəffüz 
orqanlarının  xəstələnməsindən  dəyən  orta  zərəri  biləndən 
sonra həmin ərazinin təsərrüfat kompleksinin məruz  qaldığı 
zərəri hesablamaq olar.
Qeyd  edilməlidir  ki,  əhalinin  xəstələnməsi  təkcə  atmo­
sferin  çirklənmə  səviyyəsindən  deyil,  həm  də  ərazinin  to­
poqrafiyasından,  hava  temperaturundan,  nisbi  rütubətli- 
likdən,  küləyin  sürətindən,  tibbi xidmətin  səviyyəsindən,  şə­
hərin abadlığından və digər amillərdən də asılıdır.
Məsələn,  təhlil nəticəsində aşağıdakı asılılıq alınmışdır.
Lny = 6,7469 +  0,2576 in xı  + 0,1923  in x
2 + 0,367  in x3 
+ 0,2052 in x
4 -  0,4308 in X5 -  0,0923 in x6:
Burada, у -   12 yaşadək uşaqların tənəffüs orqanlarının 
qeyri-spesifik xəstələnməsinin gözlənilən səviyyəsidir;
xı -  atmosfer havasının tozla çirklənməsidir;
x
2 -  atmosfer havasının N 0 2 ilə çirklənməsidir;
X
3 -  kontakt  infeksiya nəticəsində uşaqların gözlənilən 
xəstələnməsidir;
204
X
4 -  havanın nisbi rütubətliyidir;
X
5 -  küləyin sürətidir;
X
6 -  tibbi xidmətdir.
Məlum  olduğu  kimi,  hava  hövzəsinin  çirklənməsi  ən 
çox  tənəffüs  orqanlarının  xəstələnməsinə,  o  da,  öz  növbə­
sində,  ürək-damar  sisteminin,  mədə-bağırsaq  traktının  fəa­
liyyətinə  mənfi  təsir  göstərir  və  s.  Empirik  asılılıqlar  üsulu 
vasitəsilə  tənəffüs  orqanları  xəstəliklərilə  digər  orqanların 
xəstəlikləri  arasında  sıx  korrelyasiya  əlaqələrinin  olması 
müəyyənləşdirilmişdir.  Bunu  funksional  əlaqə  kimi  də  izah 
etmək olar:

0 93
— = 0,5 + - 3—- 
(R = 0,932)
Ye 
Ylp
LnYds = 0,023LnYlo -   1,3  (R  = 0,974) 
LnYü = 0,021  Ln Yu, -  0,36  (R = 0,979) 
LnYmb = 0,015 Ln Yto-  1,5 (R =0,963)
Burada,
Yş -  hər  1000 nəfərə düşən şiş xəstəliklərinə tutulmadır;
Yio  -   hər 
1 0 0 0   nəfərə  düşən  tənəffüs  orqanları  xəs­
təliyidir;
Yds -   hər 
1 0 0 0   nəfərə düşən  damar  sisteminin  xəstəlik­
lərinə tutulmadır;
Yu  -   hər 
1 0 0 0   nəfərə  düşən  ürək  xəstəliklərinə  tu­
tulmadır;
Ymb  -   hər 
1 0 0   nəfərə  düşən  mədə-bağırsaq  traktı 
xəstəliklərinə tutulmadır;
Y
üx
 -  hər 
1 0 0 0  nəfərə düşən ümumi xəstələnmədir.
Çirklənmədən  dəyən  zərərin  hesablanmasının  empirik 
üsulu.  Bu üsulun əsasını  əvvəl nəzərdən  keçirilən  üsullar va­
sitəsilə  hesablanan  zərərlərdən  alman  orta  xüsusi  çirklən-
205

mənin  hesablanması  təşkil  edir.  Burada  aşağıdakı  qiymət­
lərin əldə olunması məqsədəuyğun sayılır:
1.  Müxtəlif materiallar  vahidinin  istehsalı  ilə  əlaqədar 
orta xüsusi zərər (OXZ).
2.  Enerji vahidinin istehsalı ilə əlaqədar OXZ.
3.  Müxtəlif  təsərrüfat  sahələrində  tullanan  zəhərli 
maddələr vahidinin vurduğu OXZ.
4.  Bir nəfərin xəstələnməsindən dəyən OXZ.
Praktikada  ən  çox  əsasım  atmosferə  və  su  hövzəsinə
atılan tullantılardan dəyən orta xüsusi zərərin hesablanması 
təşkil edən metodikadan istifadə olunur.
Şəhərin  su  hövzəsinə  atılan  çirkləndirici  qatışıqların 
illik miqdarından dəyən zərər
Zsu = 

bk  * Çsu kimi hesablanır ki, burada da:
Zsu -  illik zərərdir (man/il);
Y -  orta xüsusi çəkidir (man/şərti ton);
bk  -   su  təsərrüfatı  sahələrindən  asılı  olaraq  müxtəlif 
qiymətli rəqəmdir (konstanta);
Çsu -  müvafiq su təsərrüfatı sahəsinə atılan qatışıqların 
illik kütləsidir (şərti ton/il).
n
Çsu =  УАт-тт
1
 =
 ı
n -  qiymətləndirilən mənbədən su təsərrüfatı hövzəsinə 
atılan zəhərli maddələrin ümumi sayıdır;
А г -   su  hövzəsində  r  maddəsinin  yığılmasının  nisbi 
təhlükəli gösrəcisidir (şərti ton/ton);
m r  -   qiymətləndirilən  г  maddəsinin  ümumi  illik  tul­
lanma həcmidir (ton/il).
Çirkab  suların bir-birindən  fərqlənən  bir neçə  tip  mən­
bədən  tullandığını  nəzərə  alsaq,  onda  ümumi  kütləni  tap­
maq lazımdır;
10=1
206
TV -ц/ tipli çirkab  suları olan  mənbədən  su tutumuna 
düşən  r  maddəsinin illik həcmidir (y/ = 1,2,....n);  ton/il.
m rV 

C r„, 
-K
C  w  -  il  ərzində  ц/  tipli  mənbədən  su  tutumuna
tullanan  г maddəsinin cəmləşmə səviyyəsidir (q/m3);
т-у/  tipli  mənbədən  su  tutumuna  tullanan  çirkab 
suların illik həcmidir (min, m3/il).
A r -  hər bir çirkləndirici maddə üzrə
YKH
t
УКН r -   balıqçılıq  üçün  istifadə  edilən  sularda  r mad­
dəsinin yolverilən konsentrasiya həddidir.
Hava  hövzəsinə  atılan  tullantılıran  illik  həcminin 
təsirilə alman zərərin iqtisadi qiymətləndirilməsi
Zhava  =  Ц/ 
Ç h a v a  
kimidir
Zhava -  
zərərin qiymətləndirilməsidir (man/il); 
y /
  -  konstantadır (man/şərti  ton); 
в 
-  müvafiq cədvəllə verilmiş  kəmiyyətdir; 
f  -   atmosferdə  qatışıqların  ayılma  səviyyəsini  nəzərə 
alan  kəmiyyətdir;
Çhava  _  mənbədən  tullanan  çirkləndiricilərin  illik  həc­
midir (şərti  ton/il).
Aktiv çirklənmə zonası (AÇZ) üçün  Ə
-Ət kimi  hesablanır.
Burada,
в 
açz
 -  aktiv çirklənmə zonasının  kəmiyyətidir;
Sx -  AÇS-in hissəsinin sahəsidir;
S
açz
-  
AÇZ-in ümumi sahəsidir;
207
9
 
a ç z
 
У

9 х -  kəmiyyətin müvafiq qiymətidir.
Atmosferdə  yolverilən  tullantılar  həddinin  (У TH ) 
hesablanması  aşağıdakı  kimi  həyata  keçirilir.  Ümumiyyətlə. 
УТН -  vahid vaxt ərzində ətraf mühitə tullanan zərərli m ad­
dələrin miqdarıdır.
УТН-in  tədbiqinin  mahiyyəti  tullantıların  normallaş- 
dırılmasındadır  və müasir  şəraitdə  atmosferə zərərli m addə­
lərin  düşməsindən  qaçmağın  mümkün  olmaması  ilə  izah 
edilir.
УТН -  aşağıdakı kimi hesablanır:
УТН =
ArFm>n 

N
Harada ki,
C  ц/  -   müvafiq  yaşayış  məntəqəsində  olan  ton 
cəmləşməsidir (mq/m3);
H -  boruların hündürlüyüdür;
V -  vahid vaxt ərzində tutulan qazın həcmidir;
A T -  ətraf havada nisbətən qazların qızmasıdır;
A r -   əlverişsiz  iqlim  şəraitini  və  relyefin  təsirini 
səciyyələndirən əmsallardır (n=l);
F  -   çökmüş  qatışığın  təsirini  müəyyənləşdirən 
əmsaldır;
m,n -  köməkçi parametrlərdir.
208
MÖVZU 8.TƏBİİ EHTİYATLAR, ONLARDAN 
İSTİFADƏNİN EKOLOJİ ASPEKTLƏRİ
Təbii  resurslar cəmiyyətin tələbatının ödənilməsi üçün is­
tifadə olunan təbii  elementlərdir.  Bunlara insan həyatı və məh­
suldar qüvvələrin  inkişafı üçün təbiətdə istifadə edilən və edil­
məsi  mümkün  olan resurslar daxildir.  Bu fəaliyyətdə bilavasitə 
iştirak  etməyən,  lakin  maddi  istehsal  və  qeyri-maddi  istehsal 
sahələrində zəruri  olan komponentlər vardır ki,  o  da təbii  şərait 
anlayışıdır.  Təbii  resurs  və  təbii  şəraitin  məcmusu  cəmiyyətin 
həyatında və fəaliyyətində mühüm  əhəmiyyət kəsb edir.  Bu ba­
xımdan,  cəmiyyətlə  təbiəti  bilavasitə  əlaqələndirən  məhz  təbii 
resurslardır.  İnsanların  yaşaması  və həyat  fəaliyyəti  prosesinə 
təsir edən amillərdən biri təbii resursların mənimsənilməsidir.
Təbii  şərait  ətraf mühitin  xassələrinin  məcmusudur  (coğ­
rafi mövqe, iqlim, daxili sular, torpaq və bitki örtüyü, heyvanlar 
aləmi,  təbii  ehtiyatlar).  Təbii  şərait  təsərrüfatın  bütün  sahələ­
rinə,  insanın  həyat  şəraitinə məskunlaşmasına müxtəlif dərəcə­
də müsbət və ya mənfi təsir göstərir.
Təbii şərait tarixən insan fəaliyyətinin təsirinə məruz qalır 
və  dəyişir.  Təbii  ehtiyatlardan  isə  istifadə  nəticəsində  onlar 
azalır,  istifadə  olunmayan  torpaqlar  istifadəyə  verilir,  eroziya 
güclənir,  hava  və  su  hövzələri,  torpaqlar  çirklənir  və  yararsız 
hala  düşür,  ekoloji  böhran  yaranır,  insan  təbii  şəraiti  yaxşılaş­
dırır:  səhra və yarımsəhralara su çəkir, qoruyucu meşə zolaqları 
salır  və  s.  Elmi-texniki  inqlab dövründə  insanların texniki  im­
kanları daha da artdığından təbii şəraitin dəyişməsi daha sürətlə 
baş  verir.  Odur ki, bu  imkanları elmi  cəhətcə  əsaslandırmaq  və 
təbii müvazinəti gözləmək lazımdır.
Təbii  ehtiyatlar  (resurslar)  -   istehsalın  cəlb  olunaraq, 
onun  xammal  və  enerji  bazasını  təşkil  edən  təbii  komponent­
lərdir.  Təbii  ehtiyatlar  insanların  istifadə  etdikləri  və  edə  bilə­
cəkləri bütün nemətləri özündə birləşdirir.  O,  tükənən və tükən­
məyən növlərə bölünür.  Tükənməyən təbii resurslardan (Günəş,
209

geotermal,  külək,  və  s.  enerjisi)  istənilən  qədər  istifadə  oluna 
bilər. Lakin bəşəriyyət tükənməyən təbii sərvətlərdən hələ geniş 
istifadə  edə  bilmir.  Tükənən  təbii  resurslar  bərpa  olunan  (tor­
paq, hava, su,  bitki və heyvanlar) və bərpa olunmayan (mineral 
sərvətlər) ehtiyatlara bölünür.
Təbii  ehtiyatlardan səmərəli  istifadə  etmək  üçün  onlar tə­
sərrüfata yararlılıq cəhətdən qiymətləndirilməlidir.  Bunun üçün 
ehtiyatların  cəmlənməsi;  keyfiyyət  tərkibi;  məhsul  hasilatına 
çəkilən  xərclər;  regionun  məskunlaşması  və  mənimsənilməsi; 
nəqliyyat  şəraiti  və  xərci;  ətraf mühitin  mühafizəsi  imkanları 
və s. şərtlər nəzərə alınır.
Təbii  resursların  iqtisadi  qiymətləndirilməsi  -   ayrı-ayn 
təbii  resursların  qiymətli  və  xeyirli  istehlak  xüsusiyyətlərinin 
pulla ifadəsidir və üç metodla həyata keçirilir:
xərc ( təbii resursların qiymətləndirilməsinə və onların 
istifadəsinə çəkilən xərclərə görə aparılır);
renta  (  ayrıca  təbii  resurslardan  alınan  effektə  görə 
qiymətləndirilmə);

qarışıq  (təbii  resursların  istifadəsinə  görə  xərclər  və 
onlann istifadəsindən alınan effektə görə qiymətləndirilmə).
Bəşəriyyətin sosial-iqtisadi  inkişafı  təbii resursların istifa­
dəsindən asılıdır.  Təbii  resursların müxtəlif növlərinə olan  tələ­
bat,  onlann  mənimsənilməsinə  sərf  olunan  vəsait  eyni  deyil. 
Məsələn, oksigensiz  5  dəqiqə yaşaya bilmədiyimiz halda,  uran- 
sız  min  illər  həyat  sürmüşük.  Yerdən  çıxarılan  təbii  resurslar 
xammal,  istehsalda  bir  neçə  dəfə  şəklini  dəyişmiş  xammal  isə 
iqtisadi resurs adlanır.
Cəmiyyətin  inkişaf  ilə  bağlı  təbii  resurslara  olan  tələbat 
artır  və  təbii  resurslardan  daha  çox  istifadə  edilir.  Bir  çox  re­
surslar azalır  və  onların  tükənmək  təhlükəsi  yaranır.  Bu  da bə­
şəriyyəti daha çox narahat edir.
Təbii  resurslar  cəmiyyətin  tələbatının  ödənilməsində  xid­
mət  edən  təbii  elementlərdir.  Təbii  resursların  xüsusiyyətləri­
nin  müxtəlifliyinə 
görə  təsnifatı  çoxdur.  İstifadə  olunma
210
xüsusiyyətinə görə istifadə olunan və potensial resurslar ayrılır. 
Potensial  resurslara  həm  istifadə  olunan,  həm  də  hələlik  isti­
fadə  olunmayan  və  ehtiyatı  dəqiqləşdirilməmiş  ehtiyatlar  da­
xildir.
Bir  çox  təbii  resurslar  (su,  torpaq,  mineral,  meşə)  çox- 
məqsədli  istifadə xarakterinə malikdir. Aqroiqlim və rekreasiya 
resursları  insan  fəaliyyətu  üçün  zəruri  olan  təbii  şərait  və  re­
sursların məcmusudur.
Təbii resursları tərkibinə görə  mineral,  torpaq,  su,  bioloji, 
iqlim, geotermal və s.növlərə ayırırlar.
Müasir  dövrdə  təbii  resurslardan  qənaətlə  istifadə,  təkrar 
xammaldan  istifadə  (metal  məmulatının  30%-dən  çoxu  təkrar 
xammala  əsaslanır)  vacib  məsələdir.  Bərpa  olunan  resursları 
artırmaq  mümkündür  (BƏƏ,  Qatar  və  b.ölkələrdə  meşələr 
salmır).
Ölkənin  milli  zənginliyi  və  iqtisadi  inkişafı  təkcə  onun 
təbii  resurslarının  bolluluğu  ilə  deyil,  əhalinin  əmək  vərdişi, 
zəhmətsevərliliyi,  biliyi  və s. ilə müəyyən edilir (Yaponiya).
Təbii  sərvətlər insan cəmiyyətindən əvvəl yaranmış və in­
sansız mövcud olmuşdur.  İnsan təbiətdə yaşayır və inkişaf edir. 
Hələ İsveç alimi K.Linney (1707-1778) təbii sərvətləri üç qrupa 
bölmüşdür:  minerallar,  bitkilər,  heyvanlar.  Müasir  elm  baxı­
mından  təbii  ehtiyatlan  real  və  potensial,  elementar  (sadə)  və 
kompleks (mürəkkəb) kimi qruplara bölürlər:
Real ehtiyatlar cəmiyyətin müəyyən inkişaf mərhələsində 
insanı əmək və  istehsal proseslərinə cəlb edən sərvətlərdir.  Mə­
sələn, kömür, qaz, neft,  elektrik enerjisi, balıq və başqa heyvan­
ların ovu, atom enerjisindən, kosmosdan istifadə və s. Potensial 
sərvətlər  hazırda  istifadə  olunmayan  və  ya  cüzi  miqdarda  is­
tifadə olunan  sərvətlərdir.  Məsələn,  günəş  və  külək enerjisi,  ay 
və başqa planetlərin sərvətləri, dəniz dalğalarının enerjisi və s.
Tərkibi  mürəkkəb  olmayan,  yəni  eyni  tərkibli  sərvətlər 
(oksigen,  azot,  günəş  enerjisi  və  s.)  sadə  və ya  elementar sər­
211

vətlər adlanır.  Kompleks  və ya  mürəkkəb sərvətlərə  atmosfer 
havası, su, daş, kömür, müxtəlif filizlər və s. daxil edilir.
İnsan  təbiətə  təsir  edərkən  onun  sərvətlərindən  istifadə 
edir.  Buna görə də sərvətlərin istifadə dərəcəsindən asılı  olaraq 
onlar azala və hətta qurtara bilər.  Tükənən sərvətlər də, öz növ­
bəsində,  bərpa  olunmayan,  nisbətən  bərpa  olunan  və  bərpa 
olunan  sərvətlərə  ayılır.  Bərpa  olunmayan  sərvətlərə  faydah 
qazıntılar, yəni daş kömür, neft, əlvan metallar və s. kimi  istifa­
də  nəticəsində  sərf olunan  sərvətlər  aiddir.  Bu  qrupa  nəsli  kə­
silmiş heyvanlar, quşlar, bitkilər və s. bioloji obyektlər də daxil 
edilir.
Nisbətən bərpa olunan  sərvətlərə isə yaşıl ağaclar,  torpaq 
(torpağın  münbitliyi,  məhsuldarlığı,  bərəkəti)  və  bəzi  mineral 
xammal  aiddir.  Məlumat  üçün  qeyd  edək  ki,  torpağın  bərpası 
üçün uzun illər, məsələn, 300-1000 il lazımdır.
Tükənməyən sərvətlərə kosmik amillər (günəş enerjisi, su 
enerjisi, külək enerjisi və yer qatlarının enerjisi) aiddir.
Təbii ehtiyatların geniş  təkrar istehsalını təşkil  etmək,  on­
ların  istehsalında  dövrünü  sürətləndirmək  işində  bərpa  olunan 
ehtiyatların  böyük  əhəmiyyəti  vardır.  Bərpa olunan  ehtiyatlara 
bioloji  (meşə,  təbii  otlaqlar,  fauna)  və  torpaq  (münbitlik)  ehti­
yatlan aiddir.
İqlim  elementlərindən  olan  günəş  radiasiyası,  yağıntılar, 
küləyin  enerjisi  tükənməz  ehtiyatdır.  Qlobal  miqyasda  su  da 
tükənməz  ehtiyatlardır.  Lakin  hər hansı  bir konkret  halda  şirin 
su ehtiyatları tükənən ehtiyat qrupuna aid ola bilər.
Məhsuldar qüvvələrin  inkişafı  ilə  əlaqədar olaraq  insanın 
təbii  ehtiyatlardan  istifadəsi  həm  kəmiyyət,  həm  də  keyfiyyət 
cəhətdən şiddətlənir. Bir çox hallarda insanın təbiətə təsiri, təbii 
ehtiyatların  azalmasına, təbii  komplekslərin daxili  (struktur) və 
ərazi əlaqələrinin pozulmasına səbəb olur.
Təbii  ehtiyatlar  anlayışının  məzmunu,  bu  kateqoriyanın 
əhəmiyyəti və təsnifatı haqqında İ.P.Gerasimovun,  Y.T.Sauşki- 
nin, A.M.Mintsin və b.xüsusi tədqiqatları vardır.
212
A.M.Mints  qeyd  edir  ki,  təbii  ehtiyatların  maddi  tərkibi 
tarixən  nisbi  olmaqla  cəmiyyətin  nail  olduğu  məhsuldar  qüv­
vələrin  inkişaf  səviyyəsindən  və  cəmiyyətin  təbiəti  haqqmda 
elmi  biliyindən  asılıdır.  Təbii  varlıqların  təbii  ehtiyat  kateqo­
riyalarına  aid  edilməsi  üçün  əsas  sərvətlər  kimi  aşağıdakıları 
nəzərə almağı məsləhət görürlər:
1. Təbii varlığın istifadəsinin texniki imkanı;
2. Cəmiyyətin tələbatım ödəmək üçün bu təbii varlığın is­
tifadəsinin iqtisadi səmərəsi;
3.  Təbii  varlığın  istifadəsinin  məqsədə  müvafıqliyi  və 
xassələrinin öyrənilmə (dərketmə) səviyyəsi.
A.M.Mintsin fikrincə, hazırda texniki-iqtisadi səbəblərdən 
istifadə  olunmayan və  yaxud  istifadəsi  mümkün  olmayan  təbii 
varlıqlar  -   potensial  təbii  ehtiyatlardır.  Buna  əsasən  təbii  eh­
tiyatların  bir neçə qrupa aid edilməsi məsləhət görülür:
1. Faydalı qzıntılar (geoloji sərvətlər);
2. İqlim ehtiyatları;
3. Torpaq ehtiyatlan;
4.  Su ehtiyatları;
5. Bitki ehtiyatları;
6. Fauna ehtiyatları.
Bu qruplardan əlavə atom enerjisi  (nüvədaxili və  istilik -  
nüvə)  və  planetar  enerji  mənbələri:  qabarma-çəkilmə,  geo- 
metrik  enerji də təbii  ehtiyatlara aiddir.  Təbii  ehtiyatların  isti­
fadə  formasına  və  istiqamətinə  əsasən  onların  iqtisadi qruplaş­
ması da (təsnifatı) aparılır,  ilk növbədə iki qrup nəzərdə tutulur:
1) insanlann yaşaması  üçün  labüd təbii  varlıqlar,  2)  əmək  va­
sitəsi mənbəyi olan təbii varlıqlar.
A.M.Mints iqtisadi təsnifatı aşağıdakı kimi izah edir:
a)  maddi  istehsal  ehtiyatları:  1)  sənaye,  2)  kənd  təsərrü­
fatı;  b)  qeyri-istehsal  sahəsinin ehtiyatları:  1)  vasitəsiz istehsal;
2) vasitəli istifadə.
Maddi  istehsal  ehtiyatlarından sənaye və kənd  təsərrüfa­
tında  istifadə  olunması  hamıya  aydındır.  Qeyri-istehsal  sahə­
213

sinin bölmələrinə  gəldikdə  bilavasitə  istehsal  olunan  ehtiyatlar 
qrupuna  -  əhalinin  həyat  vasitələri  kimi  istifadə  etdiyi  şeylər, 
vasitəli istifadə qrupuna isə təbiətin idman, istirahət, müalicə və 
digər məqsədlərlə istifadəsi aiddir.
Məlumdur ki, təbii vasitələr bir neçə məqsəd üçün istifadə 
oluna  bilər.  Məsələn,  su  içmək  üçün,  həmçinin,  hidroenerji 
mənbəyi  kimi,  nəqliyyat  vasitəsi  kimi  də  məişətdə  istifadə 
olunur.  Meşədən  oduncaq  mənbəyi,  istirahət  yeri,  otlaq,  gilə­
meyvə və toxum, dərman bitkiləri toplamaq və digər məqsədlər 
üçün istifadə olunur.  Deməli, təbii ehtiyatlar istifadə  formasına 
görə  iki  qrupa  ayrılır:  1)  ixtisaslaşdırılmış  istifadə  olunan  eh­
tiyatlar, 2) müxtəlif məqsədli istifadə olunan ehtiyatlar.
İxtisaslaşdırılmış  istifadəyə  misal  olaraq  faydalı  qazıntı­
ların çıxarılmasını göstərmək olar.  Məlumdur ki, geoloji xidmət 
müəssisələrinin  əsas  məqsədi  faydalı  qazıntını  çıxarmaqdan 
ibarətdir.  Xammalın  sonrakı  emalı  digər  istehsal  sahələrinin 
işidir.
Müxtəlif  məqsədli  istifadə  kompleks  və  rəqabət  xassəli 
olur.  Kompleks  istifadədə  təbii  ehtiyatlardan  istifadə  edən 
sahələr bir-biri  ilə sıx əlaqədardır, rəqabət istifadədə  isə əksinə, 
müxtəlif sahələrin  əlaqəsi,  demək  olar  ki,  yox  dərəcəsindədir. 
Rəqabət istifadəyə misal olaraq əkin sahələrini göstərmək olar.
Təbiətin  mühüm  amilləri  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  və 
təsirdədir. Hər bir təbii ehtiyatlar növünün mühafizəsinin öz xü­
susiyyəti  və  istifadə  qaydaları  vardır.  Məsələn,  çirkli  hava  kü­
ləklərlə,  su  isə arxlarla böyük əraziyə yayılır və  orada  heyvan, 
bitki, torpaq və s.-yə  mənfi təsir göstərir.
Son  illərdə  təbii  ehtiyatları  üç  əsas  qrupa  bölməyi  məs­
ləhət görürlər:
1.  Bərpa olunan və bərpa olunmayan sərvətlər:
2.  Əmələ gələn və əmələ gəlməyən sərvətlər;
3.  Əvəz edilən və əvəz edilməyən sərvətlər.
Birinci qrupa aid sərvətlər bərpa oluna bilir və ya bərpası 
mümkün  deyildir.  Məsələn,  geoloji  kəşfiyyat  üsullarını  və
214
texnologiyanın təkmilləşdirilməsi sayəsində yeni mineral sərvət 
mənbəyi tapılır və yaxud tapılmır.
İkinci  qrup  sərvətlər  öz-özünə  əmələ  gəlir,  məsələn,  bit­
kilər, çaylarda su, torpaq, mineral sərvətlər.
Üçüncü  qrupa aid  olan  sərvətlər isə əvəz edilə  bilir və ya 
edilə bilmir.  Məsələn,  su-elektrik  stansiyaları,  atom,  külək,  gü­
nəş enerjisi yanacağı əvəz edir.
Beləliklə,  hər  bir  təbii  sərvətin  özünün  xüsusiyyətləri, 
tətbiq sahələri, istifadə və mühafizə qaydaları mövcuddur.
XX əsrin  ortalarından başlayaraq dünya əhalisinin  sürətlə 
atması və istehsalın inkişafı ilə əlaqədar olaraq təbii rsurslardan 
istifadə  olduqca artmışdır.  Ona görə də  insanla ıtraf mühit ara­
sındakı  münasibət,  cəmiyyətlə  təbiətin  bir-birinə  münasibəti 
probleminin düzgün həll olunmasına şərait yaradır.
Bəzən  belə mülahizələr söylənilir ki,  istehsalın  sürətlə  in­
kişafı  istər-istəməz  faydalı  qazıntıların,  məhsuldar  torpaqların, 
meşələrin, şirin su ehtiyatlarının və s. azalmasına gətirib çıxara­
caqdır.  Bununla əlaqədar, xüsusilə Qərb ölkələrində,  “Təbii  re­
sursların  tükənməsi” kimi  nəzəriyyələr meydana gəlmişdir.  Bu 
nəzəriyyənin  ilk  yaradıcılarından  biri,  ingilis  alimi  T.Maltus 
olmuşdur. Bu nəzəriyyəyə görə, insanların artımı həndəsi silsilə 
ilə  inkişaf edir,  qida  məhsullarının  artması  isə  ədəbi  silsilə  ilə 
davam edir.  Bunun nəticəsində də Dünya fəlakəti  baş verə bilər 
-  aclıq,  müharibələr,  inqilablar,  xəstəliklər  və  s.  Belə  çıxır ki, 
nəinki  insanların  artımı,  hətta  təbii  ehtiyatlarların  guya  tükən­
məsi  üzündən  istehsal  da  dayandırılmalıdır.  Bununla  heç  cür 
razılaşmaq  olmaz.  Yaxın  keçmişə  nəzər  salaq:  1930-cu  ildə 
dünyada taxıl  artımı  1909-1913-cü illərə nisbətən  orta  hesabla 
28% çox olmuşdur, düyü artımı -   18,2%, kartof yığımı -  20,6% 
artıq  olmuşdu.  Əgər  1960-1980-ci  illərdə  hər  hektardan  18-22 
(sentner)  taxıl  yığılırdısa,  2000-2005-ci  illərdə bu  rəqəm  40-45 
s-ə qədər artrılmışdır.
Hal-hazırda  dünya  əhalisinin  sayı  təxminən  7  mlrd-dan 
çoxdur.  Onları  təmin  etmək  üçün  dünyada  kifayət  qədər
215

resurslar və  qida mənbələri  mövcuddur,  yalnız  onlardan  səmə­
rəli istifadə olunmalıdır.  Hesablamalar göstərir ki, yalnız okean 
sularında 30 mlrd t biokütlə vardır, bunun 3  mlrd t-u balıqlar və 
iri  dəniz heyvanları,  1,5  mlrd t-u isə yosunlar və  s.  təşkil  edir. 
Bu  təbii  ehtiyatlar  30-50  mlrd  əhalini  qida  ilə təmin  edə  bilər. 
Dəniz  və  okeanların  dibində  və  sularında  60-a  qədər  kimyəvi 
element vardır.
Dünya  okeanında həll  olan  qızılın  miqdarının  hər  adam­
başına 1  kq-dan  artıq olması hesablanmışdır.
Hər  bir  kiloqram  okean  suyunda  35  qram  duz  vardır. 
İçməli  su  ehtiyatı  hazırda  20.000  m3  hesab edilir  ki,  bu  da  20 
mlrd əhalini təmin edə bilər.
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, kənd təsərrüfatı 
məhsullarının artması, yeni resursların  kəşf edilməsi,  günəş,  su 
və b. enerjidən istifadə edilməsi və s. T.Maltusun yuxanda gös­
tərilən nəzəriyyəsinin əsassız olmasına əyani sübutdur.
Hal-hazırda dünyada 250 növ faydalı qazıntı və  200 növə 
qədər  qiymətli  daşlar  mövcuddur.  Onların  təsərrüfat  fəaliy­
yətinə  cəlb  olunması  uzun  tarixi  dövr  ərzində  tədricən  forma­
laşmışdır.  Lakin  istehsalın sürətli inkişafı döründə təbii  resurs­
lardan  istifadə dairəsi  daha çox  genişlənmiş,  hətta bəzi  sərvət­
lərin tükənmək və azalmaq ehtimalı çoxalmışdır.
Təqribən son  50  ildə dünyada bəşəriyyətin tarix  boyu isti­
fadə  etdiyi  qədər  xammal  işlədilmişdir.  Təbii  resurslardan  is­
tifadə  daim  artdığı  üçün  ayrı-ayrı  resurs  növlərinin  qiymətlən­
dirilməsi  vacibdir.
Təbii  resursların  iqtisadi  cəhətdən  qiymətləndirilməsinə 
hasilatın, emalın, daşınmanın dəyəri, kapital qoyuluşunun xüsu­
si çəkisi, əmək məhsuldarlığının, səmərəliliyinin səviyyəsi və s. 
göstəricilər  daxildir.  Bu  qiymətləndirmə  meyarları  məhsuldar 
qüvvələrin inkişafı  ilə  əlaqədar dəyişə  bilər.  Həmçinin,  iqtisadi 
qiymətləndirmə  ayrı-ayrı  təbii  resurslardan  istifadənin  faydalı- 
lığını müəyyən etməyə imkan verir.
216
Cəmiyyətin  inkişafında  təbii  ehtiyatlann  böyük  əhəmiy­
yəti  məlumdur.  Belə ki, təbii  sərvətlər təkcə əmtəə  istehsalının 
elementi  kimi  deyil,  cəmiyyətin  inkişafının  elementi  kimi  qiy­
mətləndirməlidir.  Qiymətləndirmə o qədər faktiki xərclər deyil, 
nə  qədər  təbii  sərvətlərin  təsərrüfat  üçün  olan  əhəmiyyətini 
özündə  əks  etdirməlidir.  Özü  də  əmtəə-pul  münasibətlərinin 
saxlandığı  bir  dövrdə  qiymətləndirmə  dəyər  formasında özünü 
büruzə verməlidir.
Təbii  sərvətlərin  qiymətləndirilməsini  tez-tez,  ancaq  on­
lara  görə  olan  haqla  əlaqələndirirlər.  Lakin  bu  haqqın  qiymət­
ləndirmənin  elementi  olmasına  baxmayaraq,  bu  mənalar  eyni 
deyildir.  Belə  ki,  daha  keyfiyyətli  təbii  sərvətlər istehsalat  kol­
lektivlərinə  izafi  xalis  məhsul  almağa  imkan  verirsə,  onda 
cəmiyyət onu təbii  sərvətlərə  görə diferensasiyalı haqq yolu  ilə 
almalıdır, lakin bu sərvətin qiyməti deyildir.
Təbii  sərvətlərin  dəyərinin  qiymətləndirilməsində  həm 
iqtisadi,  həm  də  texniki,  coğrafi,  geoloji  və  digər  amilləri  nə­
zərə  almaq  vacibdir.  Təbii  sərvətlərin  qiymətləndirilməsində 
ekoloji amillər, onların bərpa və əvəz olunmaq, keyfiyyət xüsu­
siyyətləri  təsir göstərir.  Ona görə  də müxtəlif növ təbii  sərvət­
ləri  müxtəlif  cür  qiymətləndirirlər.  Deməli,  geoloji,  coğrafi, 
ekoloji,  iqtisadi  və digər qiymətləndirmə  növlərini ayırmaq  la­
zımdır.
Təbii  resurslardan  səmərəli  istifadə  bütün  dünya  ölkə­
lərinin  başlıca problemidir.  Bu,  sərvətlərin  tükənməsindən  çox 
ətraf mühitin çirklənməsi ilə əlaqədardır.
Təbii  resurslar  bir  çox  sahələrə  bölünür.  Onlann  ən 
başlıcası  mineral resurslardır.
Mineral resursların  başlıca sahəsi  olan  faydalı  qazıntılar 
müasir  iqtisadiyyatın  başlıca  istiqamətlərini  müəyyən  edən, 
həmçinin,  iqtisadiyyatın  inkişafını  təmin  edən  əsas  təbii  ba­
zadır.  Faydalı  qazıntılar  Yer  qabığında,  dəniz  dibində,  yeraltı 
sularda,  dəniz  sularında,  göllərdə  olan  üzvi  və  qeyri-üzvi  təbii 
mineral  törəmələrdir.
217

Təbii  şəraitdə  əmələ  gələn və  cəmiyyətin  müxtəlif tələb­
lərini  təmin  etməyə  lazım  olan  mineral  və  süxurlara faydalı 
qazıntı  deyilir.  Təbiətdə  faydalı  qzıntılara  bərk  (kömür,  filiz, 
qeyri-filiz, qiymətli daşlar və s.), maye (neft, su) və qaz halında 
(təbii  qaz  və  səmt  qazı)  təsadüf  edilir.  Faydalı  qazıntılardan 
təbii halda  və ya müəyyən emaldan sonra istifadə edilir.
Faydalı  qazıntını  örtən  və  onun  daxilində  qat  və  damar 
şəklində olan süxurlara boş süxur deyilir.  Faydalı qazıntı  və ya 
boş  süxur anlayışı  nisbidir.  Belə ki,  ayrı-ayrı  hallarda  eyni  bir 
süxur faydalı qazıntı və ya boş  süxur ola bilər.  Məsələn,  dəmir 
filizini  çıxarmaq məqsədilə aparılan  mədən qazmasında əhəng- 
daşları olarsa, buna boş süxur deyilir.  Xüsusi məqsəd, məsələn, 
tikinti  üçün əhəngdaşı çıxarılarsa, onda o, faydalı  qazıntı  hesab 
olunur.
Yer təbəqəsinin bu və ya digər hissəsində təbii  halda top­
lanmış  faydalı  qazıntıya  faydalı  qazıntı  yatağı  deyilir.  Yer 
qatlarındakı  mineral  xammalın  miqdarına  isə  onun  ehtiyatı 
Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin