İş №2-1(105)-279/2016 q ə r a r d a d



Yüklə 52,6 Kb.
Pdf görüntüsü
tarix26.02.2017
ölçüsü52,6 Kb.
#9830

İş № 2-1(105)-279/2016

Q Ə R A R D A D

Sumqayıt Apelyasiya Məhkəməsinin

inzibati-iqtisadi kollegiyası

Sədrlik edən və məruzəçi-hakim Nuriyeva Afaq Bayram qızı,

Hakimlər Nəsibov Nazim Məcid oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət

tərkibdə, Nəcəfquliyev Ruslan Maqsud oğlunun katibliyi ilə,

iddiaçının nümayəndəsi Ağayev Rəşad Əlövsət oğlunun və

cavabdehin nümayəndəsi Qasımov Rəşad Nizami oğlunun iştirakları ilə,

İddiaçı – Mahmudov Nəsir Səfdər oğlunun cavabdeh – Azərbaycan Respublikası

Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinə qarşı cavabdehin vurduğu

mənəvi zərərə görə 10000 (on min) AZN, maddi 250000 (iki yüz əlli min) AZN,

məhkəmə xərclərinə görə 100 (yüz) AZN ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt

İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2016-cı il tarixli 2-1(85)-581/2016 saylı

qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya

Məhkəməsinin inzibati binasında (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) 07

noyabr 2016-cı il tarixdə şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası



MÜƏYYƏN ETDİ:

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2016-cı il tarixli 2-1(85)-

581/2016 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova)

Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir.



İŞİN HALLARI:

İddiaçı Mahmudov Nəsir Səfdər oğlu cavabdeh Azərbaycan Respublikası

Səfərbərlik və Hərbi Xidmətə Cağırış üzrə Dövlət Xidmətinə qarşı cavabdehin vurduğu

mənəvi zərərə görə 10000(on min) AZN, maddi 250000 (iki yüz əlli min) AZN,

məhkəmə xərclərinə görə 100 (yüz) AZN ödənilməsi barədə iddia ərizəsi ilə Sumqayıt

İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.

İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərardadı qəbul etmişdir.

APELYASİYAŞİKAYƏTİNİN DƏLİLLƏRİ

VƏ TƏRƏFLƏRİN İZAHATLARI:

Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Ağayev apelyasiya

şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçının əməlində heç bir cinayət

tərkibi olmasa da, barəsində 24.12.2014-cü il tarixdə Sumqayıt şəhər Prokurorluğunda

AR CM-nin 321.1-ci maddəsi ilə cinayət işi başlanılaraq başqa yerə getməmək haqqında

intizam qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 22.04.2015-ci il tarixli

hökmü ilə həbs qətimkan tədbiri ilə əvəz edilməklə, 1 (bir) il müddətinə azadlıqdan

məhrumetmə cəzasına məhkum olunmuş, məhkəmə iclas zalında həbs edilərək

Pentensiyar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Avropa

Konvensiyasının 1,6 və 7-ci maddələrini, 1 saylı protokolun 13-cü maddəsinin, BMT



konvensiyasında nəzərdə tutulan öhdəliklərin, o cümlədən AR CPM-nin 6, 10, 21, 28.5,

125.2.7, 139, 143, 144, 145.1, 145.3, 146.1, 244.1, 346.1.3, 349.3, 351.2, 353.2.2-ci

maddələrinin və prosesual hüquq normalarmm tələbləri pozulmaqla çıxarılan 1(060)-

86/2015 saylı iş üzrə 22 aprel 2015-ci il tarixli hökmü qanunsuz və əsassızdır. Cinayət işi

materialları ilə tanışlıq və məhkəmə istintaqı onu deməyə əsas verir ki, işin istintaqı hər

iki mərhələdə qərəzli və səthi aparılmış, çoxsaylı kobud qanun pozuntularma yol

verilmiş, toplanmış süni sübutlara söykənən, eləcə də ciddi prosesual pozuntularla ittiham

aktı tərtib və təsdiq edilərək məhkəməyə verilmiş və məhkum edilmişdir. Göstərilən

ittihamları təstiq edən sübutlar məhkəmə istintaqında əldə edilməmiş, hökmü sübutlara

görə yox ehtimallara, işin nəticəsi ilə maraqlı şəxslərin ziddiyyətli, iş materialları ilə

təkzib olunan ifadələrinə və ibtidai araşdırma zamanı kobud qanun pozuntuları ilə

toplanmış süni sübutlara görə çıxarılmışdır. Belə ki, ittiham aktı AR CPM-nin 289.3.1,

289.3.3, 289.3.6-cı və 290-cı maddələrinin tələblərinin pozulması ilə tərtib olunaraq

təstiq edilmiş, bir çox hallarda təqsiri təsdiq edən sübutlar, eləcə də öz müdafiəsi üçün

gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar ittiham

aktmda öz əksinin tapmamışdır. Müdafiəçisi P.M.Məhərrəmov tərəfindən apelyasiya

şikayəti verilmiş, Sumqayıt Apelasiya Məhkəməsinin 10.07.2015-ci il tarixli qərarına

əsasən, əməlində AR CM-nin 321.1-ci maddəsinin tərkibi olmaması əsası ilə bəraət

alaraq azadlığa buraxılmışdır. İddiaçı ticarət fəaliyyətinə başladığı vaxtdan etibarən

fəaliyyəti nəticəsində kifayət qədər gəlir əldə etmiş, deməli bundan sonra da fəaliyyətinə

maneəsiz davam etsəydi hər il ən azı 16.600 (on altı min altı yüz) avro olmaqla, 2027-ci

ilədək 250.000 (iki yüz əlli min) avro gəlir əldə etmiş olardım ki, cavabdehin qanunsuz

hərəkətləri nəticəsində əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur.

Cavabdeh tərəfindən iddiaçıya qarşı qanunsuz hərəkət edilərək onun uzun illər boyu

qazandığı işgüzar nüfuzuna ciddi zərər dəymiş, ona külli miqdarda ziyan vurulmuşdur.

Nəticədə, həmkarları arasında ona qarşı mənfi fikir formalaşmışdır. Nümayəndə məlumat

üçün bildirdi ki, iddiaçı uzun müddətdir Avropada yaşayır və daim diaspor sahəsində

fəallığı ilə seçilir, ölkəmizi xaricdə layiqincə təmsil edir, Benilüks Azərbaycanlıları

Konqresinin (BAK) Media və İctimai Əlaqələr üzrə baş müşaviri, Avropada Ədalət və

Sülh Təşkililatının (AƏST) sədri, “Melrama” şirkətlər qrupunun rəhbəridir. Qərardad

qəbul edilərkən birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış və iş üçün xüsusi

əhəmiyyətə malik olan bəzi xüsusatlara qiymət vermədən ədalətsiz qərar qəbul etmişdir

bu səbəbdən ləğv edilməlidir. Məhkəmə qərardadında qeyd olunur ki, cavabdehə qarşı

iddia tələbi qanuni istifadəsində olan Abşeron rayonu, Xirdalan şəhəri, 22-ci məhəllədə

yerləşən torpaq sahəsinə cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi

ziyana görə 30.000 (otuz min) AZN, darvazanın və hasarın yenidən əvvəlki vəziyyətinə

qaytarılması üçün 200.00 (iki yüz) AZN olmaqla əldən çıxmış fayda 12.000 (on iki min)

AZN, cəmi 47.000 (qırx yeddi min) AZN, işguzar nüfuzunun, ailəsinin şərəf və

ləyaqətinin tapdalanması nəticəsində dəymiş 50.000 (əlli min) AZN mənəvi zərərin

ödənilməsi barədədir. Halbuki, Sumqayıt şəhəri, Xızı və Siyəzən rayonları inzibati ərazi

vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət

qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ

idarələrinin arxiv məlumatlarında, ƏMDK və DT və XK tərəfindən təqdim edilmiş

elektron məlumat bazasında iddiaçının adına daşınmaz əmlak(lar) qeydiyyata

alınmamışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi hesab etmişdir ki, müvafiq iş üzrə

cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilmədiyindən ona vurduğu maddi və

mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilə bilməz. Ona görə də,

nümayəndə apelyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin



qərardadının ləğv edilməsini və cavabdehin iddiaçıya vurduğu mənəvi zərər 10.000 (on

min) AZN, maddi 250.000 (iki yüz əlli min) AZN, məhkəmə xərclərinə görə 100 (yüz)

AZN ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

Məhkəmə


kollegiyasının

iclasında

cavabdehin

nümayəndəsi

R.Qasımov

apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin olunmamasını və birinci

instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə

kollegiyasından xahiş etdi.



HÜQUQİ MƏSƏLƏLƏR:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə

əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə

mahiyyəti üzrə baxaraq həll edir.

Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin

dəlillərini müzakirə edərək, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin

təmin edilməməsi və qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir.

Belə ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçı Mahmudov Nəsir

Səfdər oğlunun cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış

üzrə Dövlət Xidmətinə qarşı iddia tələbi qanuni istifadəsində olan Abşeron rayonu,

Xırdalan şəhəri, 22-ci məhəllədə yerləşən torpaq sahəsinə cavabdehin qanunsuz

hərəkətləri nəticəsində dəymiş maddi ziyana görə 30000 manat, darvazanın və hasarın

yenidən əvvəlki vəziyyətinə qaytarılması üçün 5000 manat, kommersiya fəaliyyətindən

əldə etdiyi hər gün üçün 200 manat olmaqla əldən çıxmış fayda 12000 manat, cəmi

47000 manat və işgüzar nüfuzunun, onun və ailəsinin şərəf və ləyaqətinin tapdalanması

nəticəsində dəymiş 50000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi

barədədir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə

əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların

qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində

vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati

məhkəmə icraatı qaydasında baxılır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin

əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs vurulmuş zərərin əvəzinin

tam ödənilməsini tələb edə bilər.

Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş

şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,

əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ

pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən

çıxmış fayda) başa düşülür.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh

edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il

tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının

pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi

məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə

və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar

nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik

hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla

fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin

hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya



səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O

həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda

kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və

dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə

alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar

məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki

hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə

(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd

(mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

Göstərilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt)

nəticəsində fiziki şəxsin şəxiyyəstinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin

əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə

ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsi öhdəsinə

qoyula bilər.

Birinci instansiyası məhkəməsinin qərardadında

qeyd edilmişdir ki, qeyd olunan

maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar

müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud

hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik

arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən

olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırki işdə

isə bu əsaslar mövcud deyildir.

Belə ki,


birinci instansiyası məhkəməsinin qərardadında

hesab etmişdir ki,

müvafiq iş üzrə cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilmədiyindən

iddiaçının vurduğu maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilə

bilməz. İddiaçının ona dəymiş 250.000 manat maddi və 10000 manat mənəvi zərərin

cavabdeh tərəfindən ödənilməli olduğuna dair iddia tələbinin qanuni əsasının (Mülki

Məcəllənin 1096-cı maddəsinin) dispozisiya şərtləri mövcud olmadığından həmin əsasın

hüquqi nəticəsi də yaranmamışdır.

İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı tərəf cavabdeh inzibati

orqanın hərəkətləri nəticəsində ona ziyan vurulması və həmin ziyanın məbləğinin

müəyyən edilməsini təsdiq edən hər hansı sübut (o cümlədən iddiaçının kommersiya

fəaliyyəti ilə məşğul olması, həmin fəaliyyət nəticəsində nə qədər gəlir əldə etməsi və

gəlirdən məhrum olması və s.) məhkəmə xərclərinin nədən ibarət olmasını təsdiq edən

sənədləri təqdim edə bilmədi.

Beləliklə, birinci instansiyası məhkəməsinin qərardadında hesab etmişdir ki,

iddiaçı tərəf inzibati məhkəmə icraatı zamanı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə

Çağırış üzrə Dövlət Xidməti tərəfindən hansı hüquqlarının və qanunla qorunan

maraqlarının pozulduğunu əsaslandıra və bu halı təsdiq edəcək hər hansı sübutu

məhkəməyə təqdim edə bilmədi.

Məhkəmə kollegiyası tərəfindən iddiaçıya hüquqlarının və qanunla qorunan

maraqlarının pozulduğunu təsdiq edəcək sübutların təqdim edilməsi təklif olunmuşdur,

lakin o, hər hansı sübutu təqdim edə bilməmişdir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə

əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra

qiymətləndirilir.

İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa

qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi


və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya

hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının

pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında,

öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia

mümkün sayılır.

Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul

etmir və iddiaçıya izah olunmalıdır ki, ibtidai istintaq və prokurorluq orqanlarının

vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə pulun Azərbaycan Respublikası

Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə iddia

tələbi ilə ümumi məhkəməyə müraciət olunmalıdır.

Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1101.1-ci maddəsinə

qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri

kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi,

inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini

təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin

təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş

qaydada tam həcmdə ödəyir.

Həmin Məcəllənin 1101.2-ci maddəsinə görə isə təhqiqat, ibtidai istintaq,

prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə

vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb

olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 58.2-ci maddəsinə

görə fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal

nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz

hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”

Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə  bəraətverici hökm

çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və

qaydada ödənilməsi hüququ yaranır.

Həmin Qanunun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və

məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və

mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə

edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli

mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və

məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi

ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir.

Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir

əsas yoxdur, ona görə də, apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən

qüvvədə saxlanılmalıdır.

Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya

instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə

saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə

bilər.

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual



Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçının apelyasiya şikayəti təmin olunmasın.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 iyun 2016-cı il tarixli 2-1(85)-

581/2016 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində

Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri,

Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün

keçdikdən sonra qanuni qüvvəyə minir.



Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür

Hakim

Afaq Nuriyeva

Yüklə 52,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin