Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   23

İşlər idarəsi
PREZİDENT KİTABXANASI

ekoloji  anlayışlar,  prinsiplər  verməklə  tarixdə  öz  yerlərini 
tutmuşlar.  Həmin  ekoloji  anlayış  və  prinsiplər  müasir 
dövrdə  də  öz  dəyərlərini  saxlamışlar.  1859-cu  ildə  Ç.Darvi­
nin «Növlərin əmələ gəlməsi» əsərində növarası və növdaxili 
əlaqələr  öz  əksini  tapmış,  canlı  orqanizmlərin  yaşamaq  uğ- 
runda  mübarizələrinin  mexanizmi  verilmişdir.  Eyni  zaman­
da  əsərdə  orqanizmlərin  qarşılıqlı  münasibətlərinə  xüsusi 
fikir verilmişdir.
Yuxarıda  göstərilən  mənbələr,  o cümlədən  Ç.Darvinin 
əsərləri  ekologiya  sahəsində  bəzi  kəmiyyət  göstəricilərinin, 
habelə nəzəriyyələrin toplanmasına şərait yaratmışdır.  Müa­
sir  torpaqşünaslıq  elminin  yaradılmasında  da  V.V.Dokuça­
yevin  əməyi,  əsərlərinin  əhəmiyyəti  danılmazdır.  Çünki  tor­
paqşünaslıq  elminə  əsaslanaraq  digər  elmlərin  sintezi  nə­
ticəsində  yeni  ekoloji  sahələr-fənlər  mövcudlaşmışdır  ki, 
bunlara da  torpaq  mikrobiologiyasını,  torpaq  zoologiyasını 
göstərə  bilərik.  Yadda  qalmalıdır  ki,  əməyinə  görə 
V.V.Dokuçayevi  tanınmış  amerikan  ekoloqu  Y.Odum  eko­
logiya elminin  banilərindən  biri kimi qiymətləndirmişdir.
Ekologiya  elmi  son  vaxtlar  o  qədər  sürətlə  inkişaf et­
mişdir  ki,  hətta  biologiya  ilə  heç  əlaqəsi  olmayan  arxitek­
tura, habelə tikinti sahəsinin mütəxəssisləri  belə bunula məş­
ğul  olmaqdadırlar.  Nəticədə müstəqil mühəndis ekologiyası, 
şəhərsalmanın ekologiyası elmi istiqamətləri də yaranmışdır.
XX  əsrin  əvvəllərində ekologiyada  tolerantlıq  məsələsi 
meydana  gəlmişdir.  Bu  məsələ  ilə  V.Şclford  məşğul  olaraq 
tolerantlıq  «qanunmmu  yaratmışdır.  1910-cu  ildən  başlaya­
raq  «tolerantlığın  ekologiyası»na  aid  fundamental  tədqiqat 
işləri aparılmağa başlanılmışdır.
1963-cü  ildə  N.P.Naumov  ekoloji  proseslərin  baş  ver­
diyi  mühit,  təbii  şərait  haqqında  araşdırmalar  apararaq  bir 
növ mühitə tərif vermişdir.
Moskva  Dövlət  Universitetinin  professoru  K.F.Rulye 
1841-1858-ci  illərdə  əməli  olaraq  ekologiyanın  prinsipial
18
problemlərinin  tam  siyahısını  vermiş  olsa  da,  lakin  bu elmi 
adlandırmaq  üçün  ifadəli  məzmun  -   termin  işlədə  bilmə­
mişdir.  Lakin  o,  ilk  olaraq  canlıların  və  mühitin  qarşılıqlı 
əlaqəsi  prinsipini  dəqiqliyi  ilə  müəyyən  edə  bilmişdir.  Heç 
bir  canlı  aləm  öz-özünə  yaşamır,  hər  biri  onun  üçün  xarici 
aləmlə  qarşılıqlı  təsirdə  olduğu  üçün  yaşamağa  uyğunlaşır. 
Bu  ünsiyyət  qanunudur.  Bu  prinsipi  K.F.Rulye  inkişaf 
etdirərək  mühitlə  qarşılıqlı  əlaqəni  fərdi  yaşayış  hadisəsi  və 
ümumi yaşayış hadisəsi kateqoriyalarına ayırmışdır. Bu eko­
loji  proseslərin  müasir  təsəvvürünə  uyğun  gəlir.  K.F.Rulye 
heyvanların  geniş  ekoloji  tədqiqat  sistemini  işləyib  ha­
zırlamışdır.  K.F.Rulyenin  şagirdi  sayılan  N.A.Severtsov  ilk 
dəfə  Rusiyada ayrıca bir regionun ekoloji tədqiqatı əsasında 
qiymətli əsər yazmışdır.
A.  Humbelton  fızionomik  istiqamətini  davam  etdi­
rərək  Danimarka botaniki  A.N.Veketov  (1825-1902-ci  illər) 
bitkilərin  coğrafi  yayılması  ilə  onların  anatomik  və  morfo- 
loji  quruluşlarının  xüsusiyyətləri  arasında  əlaqəni  aşkar  et­
məklə  yanaşı  ekologiyada  fizioloji  tədqiqatların  əhəmiy­
yətini  də  göstərmişdir.  A.F.Middendorf  arktika  faunasının 
quruluşunu,  ümumi  xüsusiyyətlərini  və  həyatım  öyrənərək 
Humbolt  təliminin  zooloji  obyektdə  öyrənilməsinin  əsasını 
qoymuşdur.
Alman  bioloqu,  təkamülçü  Ernst  Hekkel  (1834-1919- 
cu  illər)  ilk  dəfə  ekologiya  elmini  biologiyanın  müstəqil  və 
aparıcı  sahəsi  kimi  ayırmış,  ona  ekologiya  adını  vermişdir. 
V.V.Dokuçayevin  tədqiqatları  Q.F.Morozov  tərəfindən 
davam  etdirilərək  «Meşə  haqqında  təlim»  adlı  əsərində  me­
şənin  ekologiyasının  əsasım  qoymuşdur.  Daha  sonralar
Q.N.Visotskinin  yazmış  olduğu  işlər  meşələrin  ekologiyası 
elmini daha da zənginləşdirmişdir.
Beləliklə,  XX  əsrin  əvvəllərində  hidrobioloqlar,  bota- 
niklər  və  zooloqların  ekoloji  məktəbləri  formalaşır,  onların 
hər  birində  ekologiya  elminin  müəyyən  qanadları  inkişaf
19

etməyə  başlayır.  Belçikanın  paytaxtı  Brüsseldə  keçirilən  III 
Botanika  konfransında  -   1910-cu  il  bitki  ekologiyası  rəsmi 
olaraq  fərdlərin  ekologiyasına  (autekologiya)  və  qruplaş­
maların ekologiyasına (sinekologiya) ayrıldıqdan sonra belə 
bölgü heyvan və ümumi ekologiyaya da aid edilmişdir.
Ekologiya  XIX-cu  yüzilliyin  sonu,  XX-ci  yüzilliyin 
başlanğıcında  müstəqil  bir  elm  sahəsi  kimi  mənbələrdə  öz 
əksini  tapmışdır.  Amerikalı  alim  C.Adams  (1913-cü  il)  ilk 
dəfə olaraq heyvanların ekologiyası terminini  elmə gətirmiş, 
eləcə  də  ilk  dəfə  ekologiya  üzrə  məlumatları  dərslik  kimi 
nəşr etdirmişdir.  Eləcə də  bu  dövrdə  bir çox  tədqiqatçıların 
ekoloji tədqiqatlarının nəticələri nəşr  olunaraq işıq  üzü gör­
müşdür.
1913-1920-ci  illərdə  ekologiya  elmi  sahəsində  bir  çox 
cəmiyyətlər  yaradılmışdır.  Eyni  zamanda  ekologiyaya  dair 
məcmuələrin  əsası  qoyulmaqla  bir  çox  ali  təhsil  müəssisə­
lərində ekologiya fənninin  tədris  olunmasına  başlanılmışdır. 
V.İ.Vernadskinin  1926-cı  ildə  məşhur  «Biosfer»  adlı  kitabı 
nəşr  olunaraq, orada ilk  dəfə canlı  orqanizmlərin  məcmusu­
nun planetar rolu öz əksini tapmış olur.
S.A.Severtsov,  S.S-Şvars,  N.P.Naumov,  Q.A.Viktorov 
Rusiyada  populyasiya  ekologiyasının  inkişafına  yeniliklər 
gətirməklə  tanınmışlar.  Göstərilən  alimləlrin  əsərləri  bu  elm 
sahəsinin müasir vəziyyətini xeyli yüngülləşdirmişdir.
Bitkilərdə  populyasiyaların  tədqiqinin  başlanğıcını
L.N.Sinski  qoyaraq  növlərin  ekoloji  və  coğrafi  polimorfiz- 
minə aydınlıq gətirmişdir.  Bitkilərin populyasiya ekologiyası 
haqqında  bir  sıra  məsələlərlə  T.A.Rabotnov,  A.A.Uranov 
və  onların  davamçıları  məşğul  olmuşlar.  V.N.Sukaçev  bio­
geosenozu  elmə  daxil  etmiş,  B.Plantefol  isə  (1930-cu  ildə) 
fiziologiya ilə ekologiyanın predmetlərini araşdırmışdır.
Yuxarıda  şərh  olunan  fundamental  işlərlə  yanaşı 
ekologiya və təkamül  məsələlərini  sıx əlaqələndirən  səmərəli 
«ekoloji  sığınacaq»  konsepsiyası  da  işlənib  hazırlanmışdır.
20
Belə ki, bu sahədə Qərb alimlərindən C.Qrinmel, Ç.T.Elton,
R.M akartur və başqalarının xidmətlərini xüsusi qeyd etmək 
gərəklidir.
M.S.Qilyarovun (1949-cu il)  faunanın morfoloji və  təka­
mül  ekologiyasının inkişafındakı rolunu  göstərməsini xüsusi 
qeyd etmək vacibdir.
1930-1940-cı  illərdə  ekologiyada  təbii  ekosistemlərin 
tədqiqində  prinsipcə  yeni  yanaşma  mövcudlaşmışdır.  1935-ci 
ildə ingilis alimi A.Tensli ekosistem anlayışını irəli sürməklə 
xeyli qabağa getmişdir. Hal-hazırda «Ekosistem» anlayışı öz 
çəkisini,  rolunu  və  əhəmiyyətini  saxlamaqdadır.  Çünki,  o, 
maddələr dövranının  miqdarını və enerji  transformasiyasını 
müəyyən etməyə imkan verir.
Tanınmış  rus  alimi  V.İ.Vernadski  (1863-1945-ci  illər) 
geoloji hadisələrdə və həmin hadisələrin inkişafında canlı or­
qanizmlərin  və  onların  həyat  fəaliyyətinin,  məhsullarının 
böyük  roluna  fikir  vermiş,  biosfer  anlayışının,  onun  möv­
cudluğunun, qanunauyğunluqlarının möhkəmliyi və inkişafı 
haqqında mövcud olan elm sahəsinin banisinə çevrilmişdir.
Bitki  ekologiyasının  əsasları  üzrə  K.A.Timiryazevin 
ənənəsini  unutmaq olmaz.  Onun ənənəsini sonralar çox qiy­
mətli yeniliklərlə N. A. Maksimov davam etdirmişdir.
XX  əsrin  30-40-cı  illərində  heyvanların ekologiyası  haq­
qında  K.Frideriksin (1930-cu ildə),  F.Bodenqeymerin (1938-ci 
ildə),  D.N.Koşkarovun  (1938-ci  ildə)  yeni  məlumatları  işıq 
üzü görmüşdür.
Qlobal  ekologiyanın  inkişafında  biosenozların  tədqiqi 
üzrə  geobotaniki  tədqiqatları  İ.M.Lavrenko  (1949-cu  ildə) 
yerinə  yetirmiş  və  qiymətli  məlumatlarla  elm  aləmini  bəhrə- 
ləndirmişdir.
A.A.  Qriqoryev  (1956-cı  il)  öz  əsərlərində  coğrafi 
zonaların  ayrılmasının  təbiət proseslərinin  qarşılıqlı təsirinin 
nəticəsi olduğunu göstərmişdir.
21

XX  əsrin  50-ci  illərindən  başlayaraq  bu  günə  qədər 
olan  dövr  üçüncü  mərhələni  əhatə  edir.  Bu  mərhələdə  saf 
ekologiyaya  xüsusi  bir  tələbat  yaranmışdır,  ona  görə  ki, 
ətraf mühitin  kəskin  çirkləndirilməsi  və  insanlarm-antropo- 
gen  varlığın  təbiətə,  təbii  varlığa,  ətraf təbii  coğrafi  mühitə 
xoşagəlməz  təsirlərinin  gündən-günə  artması  müşahidə 
olunmaqdadır.  Rastlaşdığımız  vəziyyətin  nəticəsidir  ki,  hal- 
hazırda  ekologiya  kompleks  elm  sahəsinə  çevrilərək  ətraf 
mühitin qorunması sahəsini də özündə cəmləşdirməkdədir.
Ekologiya  ciddi  bioloji  aləmdən  biliklərin  tsiklinə  çev­
rilərək  özünə  fundamental  coğrafiya,  geologiya,  kimya,  fi­
zika,  sosiologiya,  mədəniyyət  tarixi,  iqtisadiyyat  və sair böl­
mələri  daxil  etmişdir.  Ekologiya  mövcud  «Qlobal  prob­
lemlər»  sisteminə  daxil  olduğundan  onun  həlli  nəinki  ayrı- 
ayrı  elmlərin  cəmini  -  fəaliyyətini  tələb  edir,  habelə  dünya 
dövlətlərinin,  Beynəlxalq  təşkilatların,  ayrı-ayrı  birliklərin 
birgə  səylərinin  məcmusnu  tələb  edir.  Çünki,  necə  deyərlər 
tək əldən səs çıxmaz.
XX  əsrdə  elmdə  xüsusi  fən  olaraq  ekologiyanın  sosial 
aspektləri  üzrə  tədqiqat  işləri  daha  da  geniş  vüsət  almağa 
başlamışdır.  Hələ  keçən  əsrdə  D.P.Marş  insanın  təbiətdə 
müxtəlif  formada  hərtərəfli  dağıntılar  törətməsini  aşkar 
edərək  onu  şərh  etmişdir.  Eləcə  də  fransız  coğrafiyaşünası 
P.Vidal,  C.Brorm,  E.Martonni  təbiətin  mühafizəsi  sahə­
sində  müxtəlif  əhəmiyyətli  proqramların  işlənib  hazırlan­
masında  fəal  iştirak  etmişlər.  Fransız  alimləri  D.Fevr, 
M.Sor  rus  alimləri  A.A.Qriqoryev,  İ.P.Gerasimov coğrafiya 
sahəsində  apardıqları tədqiqatlarda sosial aləmdə insanların 
ətraf  mühitə  təsirlərini  təhlil  edərək  onları  hərtərəfli 
öyrənmişlər.  Böyük  rus  alimi  V.İ.Vernadski  biosferin  noo- 
sferə  çevrilməsinin  -   insanın  sosial  fəaliyyətinin  geoloji  in­
kişafa təsirinin nəticəsi olduğunu göstərmişdir.
Bu  mərhələdə  biosferin  təkamülünün  qanunauyğun­
luğu  haqqında A.P.Vinoqradov  (1967-ci  ildə),  K.K.Markov
22
(1960-cı  ildə),  A.İ.Oparin  (1957-ci  ildə)  öz  əsərlərində  geniş 
yer vermişlər.
Təbii  mühitdə  bütün  canlılar  bir  çox  ekoloji  təsirlərə 
məruz qalır.  Bu ekoloji təsirlərin təsnifatında abiotik və bio- 
tik qruplara ayrılır.  Ekoloji təsirlərin  təsnifatı ilə V.Pimental 
(1958-ci  ildə),  V.P.Tişenko  (1980-ci  ildə),  A.S.Monçadski 
ekoloji  faktorları  3  qrupa:  birinci  dövri,  ikinci  dövri,  dövri 
olmayan  faktorlara  ayırmışdır.  Həmin ekoloji  təsir  bölgüsü 
indi də əhəmiyyətli sayılır.
XX  əsrin  20-30-cu  illərində  İtaliya  tədqiqatçısı  V.Vol- 
ter  və  amerikan  alimi  A.Lotka  ilk  dəfə  olaraq  ayrı-ayrı 
populyasiyaların  dinamikasını,  onların  rəqabət  və  yırtıcılıq 
əlamətlərinin riyazi inkişaf modelini müəyyənləşdirmişlər.
Əsrin  40-50-ci  illərində  isə  rus  botanikləri  T.A.Roba- 
nov,  A.A.Uranov  bitgilərin  populyasiyalarını  müəyyənləş­
dirmişlər.  Bir  qədər  sonra  ingilis  alimi  C.Xarper  də  po- 
pulyasiyaların analoji şərtlərini açıqlamışdır.
XX  əsrin  50-ci  illərində  ilk  dəfə  olaraq  ümumi  ekolo­
giya  elmində  hidrobiologiyanın  inkişafı  özünə  geniş  yer 
tapmışdır.
XX əsrin  50-60-cı illərində antropogen fəaliyyətin ətraf 
mühitə  təsiri  qlobal  problem  kimi  müəyyən  edilmişdir. 
Q.F.Qauzenin  apardığı  elmi-tədqiqat  işlərində  mikroorqa- 
nizmlərin  ətraf mühitdə  rəqabətləri  müəyyən  edilmişdir.  60- 
70-ci  illərdə  bütün  dünyada  ekoloji  tədqiqatlar  daha  da 
genişlənməyə  başlamışdır.  Əsasən  ekosistemin  məhsuldar­
lığı,  ətraf mühitin  mühafizəsi  problemləri  üzrə  elmi  araşdır­
malar  geniş  vüsət  almışdır.  1964-cü  ildə  ilk  dəfə  olaraq 
Ümumdünya  bioloji  proqramı  tərtib  edilmişdir.  Ekosistem 
və  Yer  kürəsinin  müxtəlif regionlarında  «İnsanın  biosferdə 
fəaliyyəti» mövzusunda geniş müzakirələr aparılmaqdadır.
XX  əsrin  68-75-ci  illərində  ABŞ-da  dünya  şöhrətli 
alim-ekoloq  Y.Odum  bir  çox  monoqrafik  əsərlərində  mü­
hitin  ekoloji  amillərdəki  rolu  əsas  qəbul  edilmiş  və  geniş
23

işıqlandırılmışdır.  Lakin,  onun  1986-cı  ildə  yazmış  olduğu 
«Ekologiya»  böyük  həcmli  və  2  kitabdan  ibarət  olması  on­
dan tələbələrin dərslik kimi istifadəsini çətinləşdirir.
D.İ.Armandın  (1966-cı  ildə),  Y.K.Fyodorovun  (1972-ci 
ildə),  Y.A.İzrailin  (1974-cü  ildə),  xarici  tədqiqatçılardan 
P.Dyuvinonun  (1968-ci  ildə),  B.Kommoncrin  (1971-ci  ildə), 
K.Uatın  (1968-ci  ildə)  monoqrafiya  və  dərsliklərində  ətraf 
mühitin,  təbii ekoloji durumun antropogen  təsirə məruz qal­
malarından  ətraflı  danışılır,  həyəcan  təbili  çalınır.  Əgər  Yer 
kürəsinin  quru  sahəsi  149  mln  kv.km-dirsə  mövcud  buzlaq 
sahələrini,  dağların  çılpaq  və  sıldırımlı  yamaclarını  da  nəzərə 
aldıqda  onun  antropogen  təsirlərə  məruz  qalmayan  sahəsi 
cəmi vur-tut 97 mln kv.km-dən çox deyildir.
1999-cu ildə  isə A.K.Brodskiy ali  təhsil müəssisələrinin 
ekologiya ixtisası alan tələbələri üçün «Ümumi ekologiyanın 
qısa kursu» adlı dərs vəsaitini nəşr etdirmişdir.
1992-ci  ildə  Rio-de-Janeyroda  Botanika  bağlarının 
Ümumdünya  Şurasında  «Bioekoloji  müxtəlifiik»ə  aid  BMT 
konvensiyasına  əsasən  «Yerin  fauna  və  florasının  genofon- 
dunun  saxlanılması  və  bitgilərin  mühafizəsi»  konfransında 
ətraf  mühitin  ekoloji  tarazlığının  pozulmasının  qarşısının 
alınması məqsədi ilə proqramm qəbul olunmuşdur.
Əlbəttə,  qlobal  problem  hesab  edilən  ekologiyanın 
tədqiqi  ilə  bütün  dövlətlər,  onların  tədqiqatçıları,  alimləri 
məşğul  olduqları  Azərbaycan  Respublikası  dövləti,  onun 
tədqiqatçıları,  alimləri  də  əllərindən  gələn  xeyirxah  işləri 
əsirgəmirlər.  Respublikada  ətraf  mühitin  mühafizəsi,  təbii 
ekoloji  durumun  bu  və  ya  digər  məsələlərinə  dair  B.Bu- 
daqov,  U.Kazımov,  T.Hüseynov,  C.Mahmudov,  M.Xəlilov, 
M.Musayev,  T.S.Məmmədov,  İ.B.Xəlilov  və  bir  çox  başqa­
ları  çoxlu  sayda  elmi  məqalələrin,  monoqrafiyaların,  dərs­
liklərin müəllifləridir.
Azərbaycan Respublikasında ekologiya və təbiətin mü­
zakirə  sahələrində  bir  neçə  qanunvericilik  aktları  qəbul
24
edilsə  də  təbiətə  olan  antropogen  təsirlərin  qarşısının 
alınmasında həmin qanunvericilik aktları hələlik lazımi təsir 
göstərə bilmir.
Müasir  mərhələdə  ekologiyanın  inkişafı,  canlı  aləmin 
sistemli  əlaqəsi  və  fəaliyyəti  qanunlarını  öyrənməyi  tələb 
edir.  Həm  də  təbiət  və  cəmiyyətin  qarşılıqlı  əlaqələrinin  sə­
mərəli  formalarının  əsaslandırılmasını  bacarmaq  çox  gə­
rəklidir.  Belə olduqda ekoloji bilikləlrin sosial rolu da artmış 
olur.  Ekologiya  sahəsində  fundamental  tədqiqatların  apa­
rılması  xalq  təsərrüfatının  aşağıdakı  problemlərinin həlli  ilə 
müəyyənləşdirilir.  Belə  ki,  ətraf  mühitin  təbii  vəziyyətini 
saxlamaq  şərti  ilə  istehsalı  intensivləşdirmək,  təbii  resurs­
lardan  istifadənin  iqtisadi  effektliyini  artırmaq  çox  gərək­
lidir.  Göstərilən  problemlər  yalnız  bütün  ölkələrin  eko­
loqlarının birgə səyi və gücü ilə yerinə yetirilə bilər. Odur ki, 
qlobal  ekologiya  sahəsində  Beynəlxalq  əməkdaşlıq  geniş 
surətdə  həyata  keçirilməkdədir.  Müasir  dövrdə  insanların 
geniş  ekstensiv  təsərrüfat  fəaliyyəti  ilə  əlaqədar  olaraq 
ekoloji  böhranın  təhlükəsizliyi,  planetar  sistemin  qeyri-bə­
rabər  ölçüdə  fəlakətli  olması  hamıya açıq-aydındır.  Bu fəla­
kətlərin  qarşısının  alınması  mümkünlüyü,  eləcə  də  ekoloji 
biliklərin  inkişafı  və  mənimsənilməsi  əsasında tapılaraq həyata 
keçirilə  bilər.  Belə  biliklərin  gücü  təbii  ehtiyatlardan  sə­
mərəli, rentabelli, düzgün yararlanmaq, populyasiyaların sa­
yını  nizamlamaq,  sənaye  istehsalı  təşkilinin  yeni  üsul,  prin­
sip  və  amillərini  tapmağa,  kənd  təsərrüfatı  problemlərinin 
yeni həllinə köməklik edər.
Müasir  dövrdə  elmi-texniki  tərəqqinin  (ETT)  sürətli 
inkişafı  ekologiyanın  insan  həyatının  hərtərəfli  öyrənilmə­
sində ölçüyəgəlməz  dərəcədə  əhəmiyyət kəsb  etməsinə səbəb 
olur.  Çünki,  ekologiya  elmi öz xüsusiyyətlərinə görə həyatın 
bütün  sahələrində  -   təbii  ehtiyatların  qorunub  saxlanıl­
masında,  insan  sağlamlığının  ətraf mühitlə  qarşılıqlı  əlaqə­
25

lərinin  daha  da  möhkəmləndirilməsində  əsas  mənbələrdən 
biri hesab edilir.
Ətraf mühitin vəziyyətinə və canlı orqanizmlərə müxtəlif 
ekoloji  faktorlar  güclü  təsir  göstərirlər.  Canlı  orqanizmlərə 
bilavasitə  və  ya  bilvasitə  təsir  edən  hər  hansı  bir  mühit 
ekoloji  faktor  adlandırılır.  Ekoloji  faktorları  üç  kateqori­
yaya  bölürlər:  1)  Cansız  təbiət  faktoru  —  abiotik  faktor; 
2)  Canlı  təbiət  faktoru  —  biotik  faktor;  3)  İnsan  fəaliyyəti 
faktoru - antropogen faktor.
Orqanizmlərin  bu  və  ya  digər  faktor  təsirinə  uyğunlaş­
ması  həmin  təsirin  (faktorun)  dövrülüyündən  asılı  olur. 
Birinci dövrü faktora yerin  fırlanması,  ilin  fəsillərinin dəyiş­
məsi,  gündəlik  işıq  dəyişməsi  və  s.  aid  edilir.  Bu  faktorlar 
hələ  həyatın  yaranması  vaxtından  əvvəl  mövcud  olmuşdur. 
Yaranan  orqanizmlər  bu  şəraitə  uyğunlaşmaq  məcburiyyə­
tində qalaraq onlara uyğunlaşmışlar.
İkinci  dövrü  faktora,  ətraf  mühitin  temperaturu, 
nəmliyi, atmosfer çöküntüləri və s.  aid edilir.
Dövrü  olmayan  faktorlara  təbii  fəlakətlər  və  texnogen 
xarakterli faktorlar aid edilir.
Yer üzərindəki abiotik faktorlar:
-  İşıq.  İrəlidə  göstərildiyi  kimi  günəşdən  gələn  şüanın 
47%-ni  görünən  spektr  təşkil  edir.  Bu  spektrdə  dalğaların 
uzunluğu  380-750 nm-ə bərabərdir. 45% günəş şüası narıncı- 
qırmızı şüalardır ki,  bunlar fotosintez  üçün  böyük  rol oyna­
yır.  Dalğasının uzunluğu 750  nm-dən çox  olmayan  infraqır- 
mızı şüalar heyvan və  bitkilər  tərəfindən  hiss  olunmamasına 
baxmayaraq  əsas istilik enerji  mənbəyi sayılır.  Günəş enerji­
sinin  7%-i  ultrabənövşəyi  şüaların  hesabına  düşür  ki,  bu 
spektrda dalğanın uzunluğu 400 nm-dən çox olur.
- İonlaşdırıcı  şüalar.  Bu  şüalar  yüksək  enerjiyə  malikdir. 
Onlar  bir  elementin  atomundan  onun  elektronunu  çıxarıb 
başqa  bir  elementə  birləşdirərək  mənfi  və  müsbət  ionlardan 
ibarət cüt yaradırlar.
26
İonlaşdırıcı  şüaların  mənbəyi  radioaktiv  maddələr  və 
kosmik  şüalardır.  Günəş  radiasiyasının  atmosferin  yuxarı 
sərhəddindəki  intensivliyi  1380  vt/m2  və  ya  1,980  kal/  (də­
qiqə.  sm2)  çatır.  Yer  üzərinə  çatan  günəş  radiasiyası  atmo­
sferin yuxarı sərhəddinə nisbətən az olur.
Şüanın  udulma  dozası  “ber”  ilə  ölçülür.  Ber-rentgenin 
bioloji ekvivalentidir.  1  ber 0,01  Coul/kq-a bərabərdir. İnsan 
il ərzində orta hesabla 0,1  ber şüaya məruz qalır.
- Atmosfer havasının nəmliyi. Ekoloji baxımdan ətraf mü­
hitdə  mövcud  olan  su  məhdudlaşdırıcı  fiziki  faktordur.  Su 
heyvanat  və  bitki  aləminin  əsas  kütləsini  təşkil  edir.  Canlı 
orqanizmlərin  50-80%-i  sudan  ibarətdir.  Bəzi  heyvanlarda 
bu  rəqəm hətta 95%-ə çatır.  Atmosfer havasında  nəmlik de­
dikdə onun su buxarı ilə doyma dərəcəsi başa düşülür.  İnsan 
həyatı  üçün  havadakı  su  buxarının  miqdarı 40-60% normal 
sayılır.  Səhralarda  bitkilər  nəmliyin  qənaətlə  işlədilməsinə 
adət edirlər.  Onların  kökləri  uzun, yarpaqları  isə xırda olur. 
Səhra  heyvanları  su  hövzəsinə  çatmaq  üçün  uzun  məsafəyə 
sürətlə  qaçmalı  olurlar.  Onlarda  olan  piy  qatı  daxili  su 
mənbəyi  rolunu  oynayır.  Adətən  100  qr  piy  oksidləşdikdə 
ondan  100 qr su ayrılır.
-  Atmosfer  çöküntüləri.  Çöküntülər  su  buxarının  kon- 
densasiyası  nəticəsində yaranır.  Bu  çöküntülər  yer  üzərində 
suyun  dövretməsində  böyük  rol  oynayırlar.  Çöküntülərin 
miqdarından  asılı  olaraq  yer  üzərini  iki  zonaya  bölürlər  - 
humid (nəm) və arid (quraqlıq) zonaları.
-  Atmosfer havası.  Canlı və cansız aləmin mövcudluğunu 
təmin  edən  oksigen  və  karbon  qazının  havadakı  miqdarı 
müvafiq olaraq  21  və 0,3 % təşkil edir.
Bu  baxımdan  yerüstü  ekosistemdə  havanın  tərkibi 
(atmosfer havası)  nisbətən  sabit qalır.  Havaya oksigen yaşıl 
bitkilərdən daxil olur.  CO
2 günəş və yer üzərində gedən şüa­
lanma proseslərindən yaranır. Atmosferin ozon qatı Yer kü­
27

rəsini günəş spektrinin ultrabənövşəyi  şüalarından  mühafizə 
edir.
-  Ətraf  mühitin  temperaturu.  Yer  üzərində  temperatur 
əsasən  atmosferin  istilik  rejimi  və  günəş  şüalan  ilə  yaranır. 
Temperatur mühitin  məhdudlaşdırıcı faktorlarından biridir. 
Müxtəlif növlərin yer  üzərində yerləşməsi (yayılması)  və po- 
pulyasiyalarm  sayı  temperatur  faktorundan  köklü  surətdə 
asılıdır.  Yer üzərində bitki və heyvanların yerləşdiyi  mühitin 
optimal  temperaturu  15-30°  C  həddində  olur.  Bəzi  bakte- 
riya,  su  bitkiləri  qaynar  mühitdə,  yəni  70-90°C  temperatur 
mühitində  yaşayırlar.  Sərt  soyuq  şəraiti  bir  çox  cücülərin, 
balıqların və dəniz otlarının həyatlarının dayanmasına səbəb 
olur  (anabioz).  Lakin  yaz  vaxtı  don  açılanda  onlar  öz 
əvvəlki  həyat  tərzlərini  davam  etdirirlər.  Canlıların  öz 
bədənlərinin  temperaturu  isə  sabit  qalır.  Bunun  üçün 
onlarda xarici mühitə alışma qabiliyyəti mövcuddur.
-  Su  hövzələrinin  abiotik  faktoru.  Yer  kürəsi  səthinin 
71%-i  okeanların  payına  düşür.  Suyun  sıxlığı  havanın  sıx­
lığından  800  dəfə,  özlülüyü  isə  55  dəfə  çoxdur.  Su  hövzəsi 
axarlığı,  şəffaflığı,  duzluluğu,  temperatur tutumluğu  ilə baş­
qa  sahələrdən  seçilir.  Bu  xüsusiyyət  bakteriyaların,  plank- 
tonların fotosintez proseslərinə böyük təsir edir.
Ətraf  mühitin  biotik  faktoru.  Biotik  faktor  dedikdə  bir 
orqanizmin  digərlərinin  həyat  fəaliyyətinə  təsirləri  başa 
düşülür.
Biotik faktorlar əsasən üç istiqamətdə inkişaf edir:
- Qida əlaqəsilə;
- Sahə əlaqəsilə;
- Nəslvermə əlaqəsilə.
Canlılar  arasında  ən  əsas  əlaqə  qida  əlaqəsi  sayılır.  Bu 
əlaqə  təbii  olaraq  elə  yaradılmışdır  ki,  eyni  ərazidə  eyni 
vaxtda  yaşayan  heyvanlar  bir-birinə  qarşı  olmur.  Qida  rə­
qabəti  təbiət  tərəfindən  tənzim  olunur.  Məsələn,  heyvanlar
28
təbii  olaraq  gecə  və  gündüz  qruplarına  bölünmüş  və  bu­
nunla da qida barəsində bir-birinə mane olmamışlar.
Canlıların  sahə  əlaqələri  müxtəlif olur.  Onlar  növ  daxi­
lində  güclü,  növlərarasmda  isə  zəif  olur.  Eyni  bir  sahədə 
növün  fərdləri  çoxaldıqda  onlar  arasında  rəqabət  artır, 
yaşayış  səviyyəsi  aşağı  düşür.  Müxtəlif  növlərin  yaşadığı 
sahədə  hər kəsin  öz yeni növü olduğu üçün onlar bir-birinə 
rəqib olmurlar.
Nəsilvermə,  yəni  reproduktiv  əlaqə  əsasən  növ  daxilin­
dəki  fərdlər  arasında  gedir.  Süni  olaraq  eyni  növ  daxilində 
müxtəlif fərdlər cütləşərək reproduktiv əlaqə yarada bilərlər. 
Lakin hər bir heyvan özünün irsi nəslini saxlamağa çalışır.
Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin