Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

Hidrosferin tərkib hissələri
Su həcmi,  min.knf
Ümumi su 
həcmində-%-lə
Dünya okeanları......
1.370.000
94,1
Yeraltı sular...........
60.000
4,1
Buzlaqlar...............
24.000
U
Göllər...............
280
0,02
T orpaqdakısu.......
80
0,01
Atmosfer buxarları....
14
0,001
Çaylar.....................
1,2
0,0001
Hələ  qədim  antik  dövrdə  ətraf mühit  haqqında  təbii-elmi 
anlayışlar  irəli  sürərkən  yunan  filosofu  Fales  təbiətin  bütün 
hadisələrini  suyun  hərəkəti  və  çevrilməsi  ilə  aydınlaşdıraraq 
suyu  hər şeyin  ilk  əsası  sayırdı.  Bu təsirə  əsaslanan  Platon  su­
yun  dövranı  ideyasını  irəli  sürdü,  əlbəttə  ki,  bu  fikirlər qədim 
dövrlər üçün dahiyanə hesab olunurdu.
İlk  dəfə  Platonun  şagirdi  Aristotel  (eramızdan əvvəl  384- 
352-illər)  suyun  dövranı  haqqında  müəlliminin  fikrinə  böyük 
dəyişiklik etdi.  O,  günəşin  istiliyinin təsiri  ilə  suyun  dəniz  və 
okeanlarm  səthindən  buxarlanaraq  atmosferdə  kondensasiya
103

olunub  yağış  şəklində  yer  səthinə  düşərək  çayları  qidalan- 
dırması fikrini söylədi.
IX  əsrdə  ərəb  alimi  Maqsudi  Aristotelin  fikrini  təsdiq 
edən  təcrübə  aparır,  dəniz  suyunu  buxarlandıraraq,  onun  bu­
xarından (şirin su) kondensat alır.
Aristoteldən  sonra  uzun  əsrlər  ərzində  suyun,  torpağın, 
odun və  havanın qarşılıqlı  çevrilməsi  güman edilirdi.  İki  min 
il  əvvəl  yaşamış  Holland  alimi  kimyagər  və  fızioloq  Van- 
velmont,  Şərq alimi İbn-Sina və ingilis kimyaçısı R.Boyl da bu 
mövqedə olmuşlar.  Onlar suyun bir maddə olması haqqında  el­
mi  fikrə  gələ bilməmişlər.  Ancaq XVIII  əsrin sonunda Avropa 
fizikləri P.Laplas və A.Lavueze -  suyu iki elementin birləşməsi 
olduğunu  təsdiq  edərək  onun  başqa maddələrə  çevrilməsi  haq­
qındakı nəzəriyyələrə son qoydular.  Bu da suyun tərkibi və xas­
sələri haqqmda müasir elmin başlanğıcını qoydu.
Suyun  dünyanın  müxtəlif  regionlarında  istifadəsi  müx­
təlif  şəkildə  həyata  keçirilir.  Məlumatlara  görə  dünyada  kənd 
təsərrüfatında hər  il  3500-3600  km3  su  işlədilir,  bunun  70%-i 
suvarmaya  sərf olunur.  Kənd təsərrüfatında  istifadə  olunan  su­
yun  miqdan  sənayedə  istifadə  olunan  suyun  miqdarından  3-4 
dəfə çoxdur.  Kənd təsərrüfatında  suvarmada  hər hektara  12-14 
m3  su verilərsə, dünya üzrə  suvarmaya sərf olunan  suyun miq­
darı 2800-3000 km3 təşkil edər.
Dünyada ən  çox  suvarmaya  sərf olunan  su  Asiya ölkələ­
rinin  Çinin,  Hindistanın  və  Pakistanın  payına  düşür  və  təx­
minən sərf olunan suyun  1000 km3 -ə qədərini təşkil edir.
Asiyanın bütün ölkələrində  suvarmaya  sərf olunan suyun 
miqdarı bütün digər su istehlakçılarını xeyli ötüb keçir və  82% 
təşkil edir, Avropada bu rəqəm bütövlükdə 30%-ə qədərdir.
Suyun istifadə sahələrindən biri də ən zəruri sahə kommu­
nal  və  məişətdə  suyun  istifadə  olunmasıdır.  Burada əsasən  şə­
hər və kənd əhalisinin sudan istifadəsi nəzərdə tutulur. Bu halda 
suyun  keyfiyyətinə  xüsusi  tələbat  verilir.  Hazırda  Dünyada 
içməli  suyun həcmi 250 km3-i  keçmişdir.  Ancaq bu Yer kürəsi
104
əhalisinin 4%-nin sudan kifayət qədər - yəni adambaşına sutka­
da  300-400  litr  düşür,  bunun  da  10%-ni  yüksək  keyfiyyətli 
içməli su təşkil edir.
Afrika və Asiyada yaşayan əhalinin 2/3-i üçün sudan isti­
fadəsi bundan  10 dəfə azdır.
Beynəlxalq  RİO-de-Yaneyro  konfransının  məlumatına 
görə dünyada inkişaf etməkdə olan ölkələrin hər üç nəfərindən 
biri  içməli  su  çatışmazlığından  əziyyət  çəkir.  Xəstəliklərin 
80%-i,  ölüm  hadisələrinin  1/3-i  içməli  suyun çatışmamzlığı  və 
keyfiyyəti  ilə  bağlıdır.  Ona  görə  də  dünya  əhalisinin  yüksək 
keyfiyyətli su ilə təmin olunması mühüm problem kimi qarşıda 
duran əsas məsələlərdən biridir.
Sudan  sənayedə həlledici kimi istifadə olunduqda o  hazır 
məhsulun  tərkibinə  daxil  olur,  texnoloji  prosesdə  iştirak  edir. 
Sənayedə  sudan  qızmış  aqreqat,  mexanizm,  alətlərin  və  s.-nin 
soyudulmasında istifadə olunur.
Hazırda sənayedə və energetikada 760 km3  su sərf olunur 
ki,  bu  yalnız  suvarmaya  nisbətən  azlıq  təşkil  edir.  Sənayenin 
ayrı-ayrı  sahələrində  suya  olan  tələbat  müxtəlifdir.  Belə  ki,  1 
ton  pambıq  parça  istehsalında  su  sərfi  250  1,  1  ton  lif almaq 
üçün  2500-5000  m3  su  sərf olunur.  Dünyada  ən  çox  sənayedə 
su sərfi  ABŞ-dadır (260 km3 /il) və bu sərfiyyat bütün dünyada 
sərf olunan suyun  1/3-ni təşkil edir.
Alimlərin  fikrincə  Latın  Amerikasında  XXI  əsrin  20-cı 
illərinə  qədər  suqəbuledicilər  3-5  dəfə,  inkişaf etmiş  ölkələrdə 
isə  10-25%  artacaqdır,  bu  su  ehtiyatlarının  kəmiyyət  və  key­
fiyyətcə azalması ilə bağlıdır.
XXI  əsrin  əvvəllərinə  Dünyada  sənaye  və  energetikada 
suyun  istifadə  olunmasının  vəziyyəti  aşağədakı  cədvəldə  gös­
tərildiyi kimi proqnozlaşdırılır.
105

Cədvəl 9

Sənayedə və energetikada istifadə edilən sular (km  / il)
Regionlar
2000-ci ilin sonuna qədər olan 
(1998) vəziyyət
XXI əsrin əvvəlinə (2020) 
vəziyyət
Su qəbul 
edicilər
Qayıtmaz 
su sərfi
Çirkab
sular
Su qəbul 
edicilər
Qayitmaz 
su sərfi
Çirkab
sular
Avropa
193
19
174
200-210
30-37
160-
175
Asiya
118
30
88
320-340
65-70
215-
270
Afrika
6,5
2
4,5
30-35
5-10
25
Şim.Amerika
294
29
265
363-370
50-60
310
Cən.Amerika
30
6
24
100-110
20-25
60-87
Avstraliya
1,5
0,1
1,5
3,4-4
1
2-3
Keçmiş SSRİ
117
11,9
105
140-150
20-27
120-
130
Su  olduqca  spesifik  xüsusiyyətlərə  malikdir,  bu  xüsusiy­
yətlər Yerdə baş verən və su iştirak edən bir çox təbii proseslərə 
ciddi təsir göstərərək planetdə həyatın inkişafını təmin edir.
Qurudakı  suyun  əsas  hissəsi  Antraktida,  Qrenlandiya, 
qütb  adaları  və  dağlardakı  buzlaqlarda  olub  ümumi  su  eh­
tiyatının  1,7%-ni, şirin su həcminin isə 70,3%-ni təşkil edir.
Məkanca  hidrosfer  faktiki  olaraq  ekosferlə  birləşir,  hid­
rosfer  bütün  digər  geosferlərə  daxil  olaraq  maddələr  və  enerji 
mübadiləsinin qolbal proseslərində mühüm rol oynayır.
Təbii  suların  əsas  çirklənmə  mənbələri  sənaye  və  kom­
munal çirkab suları, kənd təsərrüfatında istifadə olunan mineral, 
üzvi  gübrələr  və  başqa  zərərli  kimyəvi  maddələr,  radioaktiv 
tullantılar,  istilik  və  atom  elektrik  stansiyalarının  isti  suları  və 
atmosferdir.
Təbii  suların  əsas  çirkləndiricilik  göstəriciləri  aşağı­
dakılardır:
a) 
həll  olmuş  oksigen,  onun  miqdarı  nə  qədər  yüksək­
dirsə suyun keyfiyyəti bir o qədər yaxşı olur;
106
b)  oksigenin  biokimyəvi  sərt  göstəricisi,  göstərici  çox 
olduqda çirkləndirici maddələr də çox olur, suyun keyfiyyəti bir 
o qədər pis olur;
c)  suda  mikroorqanizmlərin 
olması- 
bu  göstərici 
bağırsaq bakteriyalarınm miqdarıdır;
d)  suda  amonyakın,  nitratlann,  nitritlərin,  neft  və  neft 
məhsullarının,  fenolun,  sintetik  səthi-aktiv  maddələrin,  ağır 
metalların miqdarı.
Xəstəliklərin  baş  verməsi  və  yayılması  suyun  çirklənmə 
xarakterindən  və  dərəcəsindən  asılıdır.  Dünyada  xəstəliklərin 
80%-i  içməli  suyun  keyfiyyətindən  asılıdır,  inkişaf  etməkdə 
olan  ölkələrdə  içməli  suyun  tərkibindəki  patogenlərin  və  çirk- 
ləndiricilərin  təsiri  nəticəsində  hər  il  25  mln.  insan  ölür,  ishal 
xəstəliyindən hər il 5 yaşa qədər 3 mln. uşaq  ölür.
Suyu  çirkləndirən  maddələri  və  onların  indikatorlarını 
qruplara bölmək olar.
Hər bi qrup çirkləndirici  müxtəlif tip su obyektlərində su­
yun keyfiyyəti üzrə spesifik problemlər yaradaraq özünə uyğun 
nəzarət tələb edir:
a)  mirkobioloji  indikatorlar  insanın  sağlamlığı  ilə  bağlı 
olur (bağırsaq -  patogen bakteriyasım göstərən indiqator);
b)  asılı maddələr (suyun bulanıqlıq və şəffaflıq dərəcəsi);
c)  üzvi  maddələr  -   çirklənmənin  indikatorları:  həll  olu­
nan  oksigen,  oksigenin  biokimyəvi  və  kinyəvi  sərfi,  fosfatlar, 
xlorfil-A;
d)  biogen maddələr (azot və fosfor birləşmələri);
e)  əsas  ionlar  (həll  olunan  maddələrin  ümumi  miqdarı, 
elektrik  keçiricilik  dərəcəsi,  turşuluğu-PH-i,  kalsium,  maqne- 
zium,  natrium,  kalium,  xloridlər,  sulfatlar,  bikarbonatlar,  bor, 
ftor, suyun codluğu);
f)  qeyri-üzvi  mikroçirkləndiricilər  (alüminium,  arsen, 
berillium, kadmium,  xrom,  kobalt, mis, sianidlər, hidrogen-sul- 
fıd,  dəmir,  qurğuşun,  litium,  marqans,  civə,  molibden,  nikel, 
selen, vanadium, sink);
107

g) 
üzvi 
mikroçirkləndiricilər 
(polixloridli-bifenillər, 
benzapiren,  pestisidlər  və  b.onlar  çox  kiçik  qatılıqda  da 
zərərlidir, az qatılıqda olduğu üçün onlan  təyin etmək olduqca 
çətindir).
Suların  dərin  çirklənməsinin  və  insan  həyatındakı  əhə­
miyyətini nəzərə alaraq, Azərbaycanın çaylarının,  göllərinin,  su 
anbarlarının  ekoloji  vəziyyətinin  nəzərdən  keçirilməsi  və 
öyrənilməsi  ekoloji  problemin həll  edilməsinin  bir  sahəsi  kimi 
ekoloji cəhətdən böyük əhəmiyyət kəsb edir.
Su  ən  geniş  istifadə  olunan  təbii  ehtiyat  hesab  olunur. 
Dünyanın  bütün  su  mənbələrindən  bir  ildə  götürülən  suyun 
miqdarı 4000 km3 təşkil edir.
Dünyanın  bərpa  olunan  su  ehtiyatlarından  quru  səthinə 
düşən yağıntıların cəmi  ildə təxminən  120 000 km3 təşkil edir. 
Əgər  bu  suyun  10%-i  təsərrüfatda  işlədilib  hövzələrə  qay­
tarılmazsa bu ekoloji təhlükə hesab olunur.
İçməli  su  ilə  təmin  olunma  ayrı-ayrı  ölkələrdə  kəsgin 
fərqlənir.
Adambaşına  düşən  suyun  miqdarı  1000  m3  olduqda  bu 
kritik hədd hesab olunur.  500  m3  və ondan aşağı  olduqda aşağı 
hədd  hesab  olunur.  Su  təsərrüfatının  vəziyyəti  ölkənin  bütün 
iqtisadiyyatını müəyyənləşdirir.
Hazırda əhalisi  110 mln.  olan  15 ölkədə su ilə təmin olun­
ma  səviyyəsi  il  ərzində  adambaşına  500  m3  -dən  aşağıdır. 
Əhalisi  120 mln.  olan  12  ölkənin su ehtiyatları  ildə adambaşına 
500-1000 m3 arasındadır.
Aşağıdakı cədvəldə dünyanın  155  ölkəsi  üzrə adambaşına 
il ərzində düşən su miqdarı göstərilmişdir, (cədvəl  10.)
Əhalisi  120 mln olan  12 ölkənin su ehtiyatlan aşağı səviy­
yədədir.  Belə  vəziyyət  ya  olum  ya  ölüm  məsələsi  olub,  həmin 
dövlətlər onun strateji həllini tapmalıdırlar.
108
Cədvəl  10
Su ehtiyatlarının miqdarı 
adambaşına
Qrupa düşən ölkələrin 
sayı  (1990-cı il)
2025-ci  ilə həmin 
qrupa düşməsi 
gözlənilən ölkələrin 
sayı
Son dərəcə az (<500)
15
26
Çox az (500-1000)
12
19
Az (1000-1500)
58
51
Orta (5000-10000)
12
10
Yüksək (>  10000)
48
39
Əhalisi 3,4 mlrd, olan 58 ölkə su ehtiyatının azlığı ilə ildə 
adambaşına 1000-5000 m3 şəraitində yaşayır. Bunlar əsasən in­
kişaf etməkdə olan ölkələr olub, onlann sosial və  iqtisadi  inki­
şafına mühüm əngəl hesab edilir.
2025-ci  ilə  artıq  dünyanın  1,4  mlrd,  əhalisi  45  ölkədə 
adambaşına  -1000  m3  az  su  düşəcəkdir.  Dünya  əhalisinin 
dörddə üçə qədəri  təxminən  100 ölkədə suyun qıtlığı şəraitində 
yaşayır.Əgər  təsərrüfatın  idarə  olunmasının  mövcud  üsullan 
dəyişməsə, suyun keyfiyyətinin pisləşməsi davam edəcəkdir.
Çaylar  öz  təbii  halında  drenaj  sistemi  rolunu  oynayıb 
hövzəsindən  axımla  birlikdə  həll  olmuş  asılı  maddələr  və  yu­
varlanan materiallar gətirir.  Təbii sular həmişə mürəkkəb maye 
olub,  tərkibində  çoxlu  kimyəvi  maddələr  olur.  Təbii  çay  suları 
şəraitindən asılı  olaraq, onlarda  həll olan maddələrin qatdığı  1 
q/l-dən çox olunmur, çox istifadəçilər üçün kifayət qədər yararlı 
keyfiyyətdə olub təmizlənməsi tələb olunmur.
İnsan  fəalliyyəti  çayları  yüksək  çirklənmə  səviyyəsinə 
çatdıraraq (100 BQH) çirkab axınına çevirir.
Təbii  suların  əsas  çirklənmə  mənbələri  qara  və  əlvan 
metallurgiya müəssisələri, kimya, neft, qaz, daş kömür, sellüloz 
-   kağız  sənayeləri,  kənd  təsərrüfatı  və  kommunal  -   məişət 
müəssisələri olur.
109

Su  obyektlərinin  çirklənmə  mənbələri  2  qrupa bölünür:  I 
qrupa-sənaye  müəssisələrinin  və  kommunal  çirkablarının 
təmizləmə  qurğuları,  II  -qrupa  kənd  təsərrüfatı  ilə  əlaqədar, 
məsələn gübrə və pestisidlərin parçalanma məhsulları ilə suyun, 
çirklənməsi aid edilir.
Aşağıdakı cədvəldə müxtəlif su obyektlərinin çirklənməsi 
ilə bağlı yaranan əsas problemlər göstərilir.
Cədvəl  11
Su obyekti
Suyun keyfiyyət problemi
Su obyekti üçün 
spesifik olan
Ümumi
Çaylar
Patogenlər
Ağır metallar
Üzvi maddələr
Asılı  maddələr
Asidifikasiya
Göllər  və  su  an- 
barları
Evtrofikasiya
Asidifikasiya
Yeraltı  sular
Minerallaşmanm
artması
Üzvi
mikroçirkləndiricilər
Nitratlarm 
qatdığının 
artması
Patogenlərlə  yoluxma  mədə-bağırsaq  xəstəliklərinin  yük­
sək  dərəcədə  xəstəlik  və  ölümün  mühüm  faktorudur.  Bu  əha­
linin  sıxlığından  və  onun  sosial-iqtisadi  inkiçafından  bilavasitə 
asılıdır,  inkişaf etməkdə olan ölkələr üçün  səciyyəvidir.  İnkişaf 
etmiş ölkələrdə isə içməli su təchizatında su emal olunur.
Patogenlərlə yoluxma, üzvi  maddələrlə çirklənmə ilə qar­
şılıqlı  əlaqədardır.  Üzvi  maddələr  çirkləndiricilərin,  ən  böyük 
qrupu  sayılır,  onlar  suya  kanalizasiya çirkabları  və  ya nizam­
lanmış  məişət  axınları  ilə  həll  olmuş  və  ya  asılı  şəkildə  daxil 
olur.
Çaylar  suda  həll  olan  oksigenin  sayəsində  xeyli  özünü 
təmizləmə  qabiliyyətinə  malik  olur.  Çayda  üzvi  maddələrin 
miqdarı onun özünü təmizləmə qabiliyyətindən çox olduqda su­
110
yun  çirklənməsi  güclənir.  Bu  problemi  həll  etmək  üçün  höv­
zəyə daxil  olan çirkləndiricilərin həcmini azaltmaq, digər tərəf­
dən təmizləyici qurğuların sayını artırmaq lazımdır.
Çay  suları  ilə  gətirilən  asılqan  maddələr,  narın  torpaq 
hissəciklərindən  ibarətdir.  Dünya  çay  axınlarının  gətirdikləri 
narın torpağın miqdarı ildə 20 mlrd, tona qədər olur.  Gətirmələr 
halında  narın  torpaq  hissəcikləri  öz  səthində  fosfor  birləş­
mələrini absorbsiya edir.  Çaylar üzərində bəndlər yaradıldıqdan 
sonra  gətirmələrin  hamısı  absorbsiya  edilmiş  fosforla  birlikdə 
su anbarlarında akkumulyasiya olunur. Bu isə bəndin aşağı his­
səsində  torpağın  münbitliyini  və  balıq  məhsuldarlığını  aşağı 
salır.
Turşuluq  göstəricisi  PH=5  və  ondan  aşağı  olan  sularda, 
suların  asidifıkasiya  vəziyyətində  olması  qəbul  olumuşdur. 
Ekosferdə  bir  çox  proseslər  turşu-qələvi  reaksiyası  ilə  təyin 
olunur.  Yəni  PH-ın  göstəricilərindən  asılıdır.  PH-ın  optimal 
göstəricisi 6-8 arasında olduqda optimal göstərici  hesab olunur. 
Su  ekosistemlərində  flora və  faunanın dəyişməsi  asidifıkasiya- 
mn  mühüm indikatoru hesab  olunur.  Göllərdə PH-5  -dən  aşağı 
olduqda balıq populyasiyalan yoxa çıxır. Göllərin asidifıkasiya- 
smı müəyyən dərəcədə idarə etmək olur, bunun iki üsulu vardır:
1) 
gölə  və  onun  bütün  hövzəsinə  turşulu  yağışların 
miqdarını  azaltmaq;  2) suyu  əhəngləməklə  ona bilavasitə  təsir 
etmək.  Əhəngləmədən  sonra tez  bir zamanda göl  suyunun  və­
ziyyəti  yaxşılaşır,  bioloji  bərpa  olunma  prosesi  yavaş  gedir, 
balıq populyasiyası isə 5  ilə bərpa olunur.
Evtrofıkasiya yunan sözü olub qida (trofe) deməkdir. O su 
hövzələrində  biogen  elementlərin toplanması  nəticəsində  onun 
bioloji  məhsuldarlığını  artırır.  Biogen  maddələrin,  yəni  fosfor 
və  azot  birləşmələrinin  həddindən  çox  gölə,  su  anbarına,  çay 
mənsəbinə və həmçinin dəniz  sahilyanı  suyuna daxil  olması  su 
bitkilərinin,  xüsusən  mikroskopik  yosunların  və  makrofitlərin 
güclü  böyüməsinə  səbəb  olur.  Dövri  olaraq  yosunların  güclü 
inkişafı  (çiçəkləməsi) baş verir və sahəcə böyük olan  su anbar-
111

lanni  əhatə  edə  bilir.  Bundan  sonra  mikroskopik  yosunlar  qu­
ruyur və çox  vaxt  kütlənin oksidləşməsi  üçün suda həll olmuş 
oksigenin  hamısmı  sudan  alır -   özünə  çəkir.  Həm  “çiçəklən­
mə”  həm  də yosunlann parçalanması  zamanı  suyun keyfiyyəti 
pisləşir.
Təbii sularda və su təchizatı mənbələrində nitratlann əsas 
mənbəyi kənd təsərrüfatı sayılır.
Nitratlar  yüksək  həll  olmaları  ilə  fərqlənirlər.  Odur  ki, 
çox hissəsi su obyektlərinə, öncə yeraltı  sulara daxil olur. Kənd 
təsərrüfatının  intensivliyi  artdıqca  və  gübrələrdən  istifadənin 
müddəti uzunmüddətlidirsə nitratlara çirklənmə bir o qədər çox 
olur.  Qərbi Avropanın bir çox  ölkələrinin -  Almaniya, Çexiya, 
Slovakiya,  Danimarka,  Fransa  və  b.  quyu  sularında  nitratların 
yüksək  dərəcədə  olması  onları  istifadə  üçün  yararsız  edir.  İç­
məli  sularda  nitratlann  qatılığmm çox  olması  insan  sağlamlığı 
üçün bir sıra problemlər yaradır.
Beynəlxalq  səhiyyə  təşkilatı  tərəfindən  içməli  suda 
nitratlann norma miqdarı  NO
3-1  mq/1  qədər olmalıdır. Nitrat­
lann yeraltı  sulara  daxil  olması,  yeraltı  suların çirklənməsində 
ciddi  problem  sayılır.  Yeraltı  suların  hərəkəti  yerüstü  sulara 
nisbətən olduqca zəifdir.  Odur ki, hidrogeoloji  formasiyaya da­
xil olan çirkli su orada uzun müddət qala bilər.
Suyun minerallaşması onun tərkibində maddələrin həll ol­
ması  nəzərdə tutulur.  İnsan fəaliyyəti  gücləndikdə təbiətdə rast 
gəlinən ionların miqdarı iqlim şəraitindən asılı olaraq suda artır. 
Xüsusən  arid  regionlarında  çay  hövzələrində  suvarmanın  in­
kişafı  nəticəsində  minerallaşmış  sular  və  torpaq  horizontlann- 
dan yuyulmuş  bir çox  maddələr  yenidən  çaya qayıdır.  Dünya­
nın  bir çox  obyektlərində ağır metallar və  arsen  suyun keyfiy­
yətində ciddi problem yaradır.  Yer qabığında müəyyən edilmiş 
1 0 0   kimyəvi  elementdən  ən  yüngül  2 2   element  canlı  mad­
dələrin  tərkibində  daxil  olur.  Sənayedə  suyun  tərkibinə,  orqa­
nizmə  yad  olan  ağır  zəhərli  ağır  metallar  daxil  olur.  Bir  çox
112
kommunal təmizləyici qurğular da tərkibinə  ağır metallar olan 
sənaye çirkab sulan qəbul edir.
Dağ -  mədən  sənayesi və əlvan metallurgiya sənayesi  bu 
tip çirklənmələrin mənbəyi sayılır.
Təbii  sularda  üzvi  maddələrin  qatılığı  11-də  1000  nano- 
qramdan az olur.  Bu maddələrin suda olduqca kiçik qatdığının 
ölçülməsi  yüksək  dəqiqlik  tələb  edir.  Kəsgin  zəhərli  olan  bu 
maddənin ölçülməsi vacibdir,  çünki 
1  qr polixlorlu bifenillər  1 
mln. kub.m. suyu həyat üçün yararsız hala salır. Hamıya məlum 
olan  DDT  (dust)  da  bu  qəbil  çirkləndiricilərdəndir.  PXB  və 
DDT xlor üzvi birləşmələrə aid olub,  ətraf mühitdə uzun müd­
dət  qalaraq,  qida  zəncirləri  ilə  ötürülür,  onlann  bəzi  həlqə­
lərində  toplanır,  orqanizmin  immunitet  sistemini  zəiflətmək, 
qırmaq qabiliyyətinə malikdir.
Bəşəriyyətin  həyatında okeanın rolu çox  şaxəlidir.  Yerdə 
həyatın  mövcudluğunda  okeanın  əhəmiyyəti 
böyükdür. 
Okeanlar  iqlimin  və  atmosfer  tərkibinin  formalaşmasında, 
mineral  maddələrin  dövranının  yerinə  yetirilməsində  mühüm 
rol oynayır.
Hazırda  Okeanın  dərinliklərində  yerləşən  müxtəlif  mi­
neral  xammal  ehtiyatlarından  ən  çox  neft  və  qaz  böyük  əhə­
miyyət kəsb edir. İndi dünyada dənizə çıxışı olan 140 dövlətdən 
100-dən  çoxunda  şelflərdə neft çıxarılır,  300 mlrd,  kub.m-dən 
artıq qaz çıxarılır.
Dünyanın  xarici  mütəxəssislərinin  məlumatına  görə 
okeanların və  dənizlərin şelf sularında neft  ehtiyatı  -   80  mlrd, 
ton, qaz həcmi isə  -40-50 trln. m3-ə qədərdir.
Okeanın dibində və suyunda çoxlu miqdarda xammal var­
dır.  Dünya okeanında  1,4  •  10
16 ton natrium,  1,8  1015 ton maq- 
nezium,  5,6  TO
14  ton  kalsium,  20  mlrd,  tona  qədər  uran,  15 
mlrd,  ton  mis,  0,5  mlrd  ton  gümüş,  8-10  mln.  ton  qızıl  həll 
olunmuşdur.
Dəniz  suyunda  praktik  olaraq  Mendeleyev  cədvəlində 
olan  bütün  elementlər  vardır.  Yapon  alimləri  dəniz  suyunda
113

uranm alınması texnologiyasını  yaratmış  və ildə  1000  ton uran 
əldə etməyi planlaşdırırlar.
Hazırda  dünyada  1000-dən  artıq  təmizləyici  qurğudan 
istifadə  edərək  3  mln.m3-ə  qədər  dəniz  suyu  şirinləşdirilir  və 
istifadə olunur. Bu rəqəmin 2025-ci  ilə qədər 500 mln.kub.m-ə 
çatdırılması  nəzərdə  tutulur.  Okeanların  və  dənizlərin  sərvəti 
olan balıq ovu bir çox ölkələrdə adambaşına maksimum Yapo­
niyada 69 kq,  Cənubi  Koreyada  51-kq,  Filipində  -  34  kq balıq 
olmaqla istifadə edilir.
Sahil zolaqlarda əsas çirkləndirici sahələr limanlardır. Bu­
raya çirkab sular gəmilərdən düşür,  şəhər ərazisindən -  yaşayış 
və sənaye sahələrindən axır, çay gətirmələri ilə daxil olur.
Sahil  zonasından  dənizə  çirkab  suların  axıdılması  ciddi 
problemlər  yaradır.  Əsas  çirkləndiricilər  patogen  mikro- 
orqanizmlər,  üzvi  maddələr,  biogen  elementlərin  birləşmələri, 
sintetik  üzvi  maddələr,  ağır  metallar,  neft  məhsulları,  çayların 
çirkli  asılı  gətirmələri  hesab  olunur.  Çirklənmələrin  əsas 
nəticələri-yoluxucu  xəstəliklər,  sahil  sularının  evtrofikasiyası, 
oksigen çatışmamazlığı, müxtəlif kimyəvi maddələrin insana və 
təbiətə toksiki təsiridir.
Çay suları vasitəsi ilə okeana daxil  olan patogen mikroor- 
qanizmlər  sahil  zonası  şəraitində  asanlıqla adaptasiya olunaraq 
orada yaşayırlar.
Sənaye  tullantıları  və  təmizləyici  qurğularının  çökün­
tülərinin dənizə atılması da xüsusi problem sayılır.  Bu maddələr 
olduqca  zəhərli  ola  bilər,  belə  maddələrin  dənizə  atılması 
olduqca təhlükəlidir.
Okeanın  ən  zərərli  kimyəvi  çirkləndiriciləri  neft  və  neft 
məhsulları  hesab  olunur.  Hər  il  dəniz  və  okeanlara  6-10  mln. 
ton  arasında  neft  daxil  olur.  Sular  ən  çox  tankerlər  və  sualtı 
qazma işləri zamanı  neftin  sızması nəticəsində çirklənir.  Dünya 
okeanlarının 
antropogen 
çirklənməsinin 
yarsına  qədəri 
gəmiçiliyin hesabına baş verir.
114
Dəniz  və  okeanların  neftlə  çirklənməsi  balıqçılıq,  turizm 
və  digər fəaliyyət  sahələrinə  böyük  iqtisadi ziyan  verir.  Yalnız 
1  ton  neft  dənizin  12  km2  sahəsini  örtür.  Suyun  səthində  neft 
pərdəsi  bütün  fıziki-kimyəvi  prosesləri  dəyişir,  suyun  səthinin 
temperaturu yüksəlir, qaz mübadiləsi pisləşir,  balıqlar köçür və 
məhv  olur.  Suyun dibinə çökən neft uzun müddət bütün canlı­
lara  ziyan  verir.  Neftlə çirklənmə dənizlərin bioloji  tarazlığına 
böyük zərbə vurur.
Neftin həll olan komponentləri çox zəhərlidir. Onlar əksər 
hallarda  balıqların,  dəniz quşlarının ölümünə  səbəb olur,  dəniz 
heyvanlarının ətinin dadına mənfi təsir göstərir.
Dəniz sahilləri -  200m-lə +  200  m.  arasında  sahil  zonası 
olub,  antropogen  təzyiqlərə  ən çox məruz qalan, təzyiqlər dur­
madan  artan  şəraitdə  qum,  okean  və  atmosferin  qarşılıqlı  əla­
qədə  olan  Yer  səthinin  bir  hissəsidir.  Bu  zonada  dünya  əhali­
sinin  60%-ə qədəri  yaşayır və bu sahə yer səthinin  18%-ni  təş­
kil  edir.  Sahil  zonası  çayların  gətirmə  axınlarının  çirkləndirici 
maddələrlə birlikdə 75-90%-ni qəbul edir, udur.  Burada dünya­
dakı müasir ovulan yumşaq  çöküntülərin  90%-i akkumulyasiya 
olunur.  Bu  məlumatlar  sahil  zonasının  mühüm  ümumi  dünya 
əhəmiyyətli olduğunu göstərir.
İqlimin  dəyişməsi  ilə  əlaqədar  okeanın  səviyyəsinin 
dəyişməsi  baş verir.  BMT-nin  məlumatına görə  2050-ci  ilə  qə­
dər dünya okeanının səviyyəsinin qalxması  gözlənilir.  XX əsr­
də  suyun  səviyyəsinin  qalxması  dünyanın  qumlu  sahillərinin 
70%-ni  dağılma vəziyyətinə gətirmişdir.  Sahilyanı ekosistemlər 
bioloji  müxtəlifliyi  baxımından  dünyada  ən  zəngin  ekosis­
temlərdən  olub,  bu  sahillərin  dağılmaq,  məhv  olmaq  təhlükəsi 
qarşısında qoymuşdur.
Daxili  dənizlərin  rejimi  Dünya  okeanı  ilə  su  mübadiləsi­
nin yavaş getməsi  ilə  fərqlənir.  Daxili dənizlərin xüsusiyyətləri 
bu  su  tutarların,  hövzələrin  geniş  ərazilərində  gedən  pro­
seslərdən  çox  asılıdır.  Daxili  dənizlərə  çoxlu  çay  sularının 
axması,  onların  morfoloji  xüsusiyyətləri  ilə  əlaqədar  Dünya
115

okeanı  ilə  zəif  su  mübadiləsinin  yaranması  daxili  dənizlərin 
sularının  okean  sularına nisbətən  2-3  dəfə  duzluluğunun  aşağı 
olmasına  səbəb  olur.  Daxili  dənizlər  çay  sularının  çirkləndiri- 
cilərinin gətirilməsi ilə dənizlərin ekoloji vəziyyətinə ciddi təsir 
göztərir.  Daxili  dənizlər  bütün  akvatoriyada,  xüsusi  ilə  sa­
hilyanı  zonada  getdikcə  artan  antropogen  çirklənməyə  məruz 
qalır.
Okeanın  mühafizəsi  və  səmərəli  istifadəsi  məsələləri 
həllinin əsası qarşısında 3 təxirə salınmaz məsələ durur:
1)  okeanın  bütövlüyü  təsərrüfat  fəaliyyətinin  effektiv 
qlobal rejiminin tənzimlənməsini tələb edir.
2)  bir çox regional  dənizlərin  resurslarını  ayrı-ayrı  döv­
lətlərin  istismar  etməsi,  resurslardan  istifadə  etmənin  regional 
nizamlanmasının müəyyən öhdəçiliklərini tələb edir.
3)  okean üçün quru mənbələrdən ciddi təhlükənin olması 
effektiv milli fəaliyyət tələb edir.
Çay  və  göllərin  ekoloji  vəziyyəti  də  mühüm  əhəmiyyət 
kəsb edir.
Göllərdə suyun keyfiyyəti ora tökülən çayların çirklənmə 
dərəcəsindən, onların  yatağının  səhiyyə-gigiyena vəziyyətindən 
və  başqa  amillərdən  asılıdır.  Alimlərin  tədqiqatları  göstərir  ki, 
çayların intensiv çirklənməsi fonunda yaradılan  su anbarlarında 
antropogen  evtrofikasiya  nəticəsində  suyun  keyfiyyəti  kəskin 
pisləşir.  Əvvəllər kiçik su hövzələri antropogen evtrofikasiyaya 
məruz  qalırdısa,  indiki  dövrdə,  xüsusilə  kaskadla  tənzimlənən 
su anbarlarında -  göllərdə suyun çirklənməsi baş verir.
Azərbaycanda  su  anbarlarının  çirklənməsi  çayların  güclü 
çirklənməsi  ilə  əlaqədardır.  Mingəçevir  və  Şəmkir  su  anbar­
larının  çirklənməsi  ,  əsasən  suda  həll  olan  maddələrin,  biogen 
elementlərin artması ilə əlaqədardır.
Azərbaycandakı  göllərin  sayı  250-dir.  Bu  göllər  3  qrupa 
bölünür:
116
Hazırda göllərdəki  suyun keyfiyyəti  onların nəinki rekrea­
siya (çimmək,  su turizmi və s.), hətta texniki ehtiyaclarım ödə­
mək  üçün  də yararlı  deyildir.  Göllərin çirklənməsinin qarşısım 
almaq,  regionda ekoloji  vəziyyəti  yaxşılaşdırmaq  üçün  aşağı­
dakı işlərin görülməsi lazım və vacibdir:
1)  sənaye və  məişət çirkab sularının axıdılmasımn qarşı­
sını  almaq  məqsədilə,  bütün  sənaye  kommunal  müəssisələrdə 
təmizləyici qurğular sistemi yaradılmalıdır;
2)  yarımadada  suvarma  şəbəkələrini  tam  rekonstruksiya 
etməklə,  kənd  təsərrüfatı  bitkilərinin  suvarılmasım  daha  mü­
tərəqqi üsullarla apan İması;
3)  kəskin  çirklənmiş  və  yenidən  əmələ  gəlmiş  göllərin 
qurudulmasını həyata keçirmək;
4)  drenaj  sistemi  yaratmaq  yolu  ilə  qrunt  sularının  sə­
viyyəsini aşağı salmaq və su quyulanndan istifadə etmək;
2003-cü  ildə  Kür çayında hidroloji  məntəqələrdən  götü­
rülmüş  su  nümunələrində  misin  miqdarı  toksikoloji  normadan 
10  dəfədən  artıq  olmuşdur  (misin  toksikoloji  miqdarı  -sular 
üçün  1,0 mq/I-r).  Misin daha çox miqdan  Yenikənd (18 m q/1), 
Mingəçevir  (18  mq/  1),  Yevlax  (14  mq/  1),  Zərdab  (20  mq/1), 
Salyan (14 m q/1)  və  Mayak (23  m q/1) məntəqələrində qeydə 
alınmışdır.  Bismut,  titan  və  manqan  kimi  qeyri-üzvi  kimyəvi 
elementlərin  miqdan  da  Kür  sulannda  həmişə  normadan  yük­
səkdir,  alüminium,  dəmir  və  silisium  Kür  sularında  daim  mü­
şahidə edilsə də miqdarı buraxıla bilən həddən aşağı olur.
Kür çayı, Salyan, Neftçala şəhərlərindəki yod-brom zavo­
dunun,  Bankə  qəsəbəsindəki  balıq  kombinatının  və  həmin  şə­
hərin kommunal təsərrüfat!annın çirkab  suları  ilə  çirkləndirilir. 
Bu ərazilərdə Kürün sularında bixromat oksidləri, fenollar, neft 
məhsulları  və  heksoxloran  pestisidinin  miqdarı  digər  məntə­
qələrlə  müqayisədə  1,5-2,0  dəfə  çoxdur.  Bankə  və  Mayak  qə­
səbələri  yaxınlığında  Kürdə  benzol  turşularının  miqdarı  uyğun 
olaraq  2,4  və  2,0  mq/1,  yəni  ümumi  sanitar  normalardan  4-5 
dəfə artıqdır.
117

Araz  çayında  yaranan  gərgin  ekoloji  vəziyyət  Kür çayın­
dan  daha  təhlükəlidir.  Oxçu  çayı  Arazı  hədsiz  dərəcədə  çirk- 
ləndirir,  ayrı-ayn  vaxtlarda  suyun  tərkibində  misin  miqdarı 
BQH-dən  25-50  dəfə,  fenolların  miqdarı  isə  mütəmadi  olaraq 
normadan 6-15  dəfə artıq olmuşdur. Alüminium,  sink, manqan, 
titan və bismut kimi  çirkləndirici elementlərə Oxçu çayda daim 
rast gəlinir.
Arazın  qolları  Gilan,  Naxçıvan  və  Paraqa 
çaylarının 
sularında misin  və  fenolların  yüksək  qatılığı  müşahidə olunur. 
Odur  ki,  Araz  çayının  suyu  bütün  məntəqələrdə  (Xudafərin, 
Culfa,  Saatlı)  çirklənmiş  və  çirkli  kimi  qiymətləndirilərək 
sularda  misin  və  fenolların  miqdarı  mütəmadi  olaraq  10-22  və 
4-14  BQH  səviyyəsində  qeydə  alınır.  Manqanın  qatılığı  2-4 
dəfə normadan artıq müşahidə olunur.  Culfa və  Saatlı məntəqə­
lərində neft məhsullarının miqdarı 0,11  və 0,21  mq/1, yəni  nor­
madan  2-4  dəfə  artıqdır.  Son  dərəcə  çirklənməyə  -  zəhərlən­
məyə  məruz  qalan  bu  çayda  heç  bir  canlı  yaşamır.  Onun  su­
yundan suvarmada istifadə edildiyindən torpaq da zəhərlənmiş­
dir.  Oxçuçay  qarışandan  sonra Arazın  zəhərlənməsi  Beyləqan 
-  Sabirabada qədər təsirini itirmir. Orta illik su balansı Arazdan 
20  dəfə  az  olan  Oxçuçay  Araza  qarışandan  sonra,  Araz  su­
yunda mikroflora 65-80%  azalır.
Antropogen  amillərin  təsirinin  güclənməsi  ilə  əlaqədar 
olaraq  Kür və  Araz çayları  və  onların  qollarının  suyunun  kim­
yəvi  tərkibində  xeyli  dəyişikliklər  baş  vermişdir.  Son  40  ildə 
Salyan şəhəri  yanında Kür çayı  suyunun minerallığı  3  dəfədən 
çox artaraq  1020 mq/1 olmuşdur. Bu dövr  ərzində Araz çayının 
Saatlı  məntəqəsində  suyun  minerallığı  400  mq/1  -dən  1300 
mq/1 -ə qədər artmışdır.
Əvvəllər  çayların  suyu  hidrokarbonat  sinfinə  və  kalsium 
qrupuna  mənsub  olduğu  halda,  hazırda  sulfatlı  -natriumludur. 
Suyun  kimyəvi  tərkibinin  və  keyfiyyətinin  dəyişməsinin  əsas 
səbəbi  Kür-Araz  ovalığında  suvarılan  sahələrdən  qayıdan  su-
118
larin və kollektor drenaj  sularının Kür çayına və onun qollarına 
daxil olmasıdır.
Son zamanlar Kür-Araz hövzələri ilə əlaqədar olmayan və 
birbaşa  Xəzər  dənizinə tökülən  çaylarda da (  Böyük  Qafqazın 
şimal-şərq hissəsi  və Lənkəran təbii  vilayəti  çayları) çirklənmə 
müşahidə olunur.
Quba  -Xaçmaz  bölgəsində  yerləşən  Qusarçay,  Qudyal- 
çay,  Vəlvələçay,  Qaraçay,  Ataçay,  Gilgilçay ,  Lənkəran bölgə­
sində yerləşən Lənkərançay, Viləşçay və b. çaylar yaşayış mən­
təqələri  və  aqrar  —
sənaye  təsərrüfatları  tərəfindən  aramsız 
çirklənməyə məruz qalır.
Hal-hazırda  Kür  və  Araz  çayları,  ətraf kəndlərində  ya­
şayan  əhalinin  içməli  su  kimi  istifadə  etməsi  üçün təmizləyici 
qurğular tikilir və gələcəkdə də bu iş davam etdiriləcəkdir.
Xəzər  dənizinin  ekoloji  problemləri  və  onları  yaradan 
səbəblər  onu  əhatə  edən  ölkələr  üçün  əsas  problemlərdən 
biridir.
Xəzər dənizi  Yer kürəsinin ən böyük gölü  olub,  ətrafında 
beş  dövlət  yerləşmişdir.  Bu  ölkələrin  sahil  xəttinin  uzunluğu 
aşağıdakı kimidir:
Azərbaycan  Respublikası  -   825  km,  Qazaxıstan  Respub­
likası  -   2320  km,  Türkmənistan  Rüspublikası  -   1200  km, 
Rusiya -  695 km,  İran İslam Respublikası -  900 km.
Xəzərin  səviyyəsi  -   Dünya  okeanı  səviyyəsindən  -   27,3 
m.  aşağıdır, sahəsi -  392,6 min kv. km-dir.
Xəzər dənizinə  130-dan  çox  çay axır,  bunlardan doqquzu 
delta  xarakterli  olub,  aşağıdakı  çaylardır:  Volqa,  Ural,  Terek, 
Sulak,  Samur, Kür,  Səfıyurd, Xaraz, Görənrud. Xəzərdə müxtə­
lif böyüklükdə  5 0-yə  qədər  ada  vardır  və  bu  adaların  ümumi 
sahəsi -  350 km3 -ə bərabərdir.
Xəzər  dənizinin  ekoloji  vəziyyətinin  dəyişməsində  əsas 
dənizin  səviyyəsinin  tərəddüdü:  qalxıb-enməsi  və  çirklənməsi 
olmuşdur.
119

Xəzərin  çirklənməsində  başlıca  yeri  neft  və  neft  məh­
sulları, sonrakı yeri isə kimyəvi çirklənmə təşkil edir.
1978-ci  ildən  başlayaraq  Xəzər  dənizinin  səviyyəsi 
qalxmağa başlamışdır və  1995-ci  ildə  onun orta illik  qiyməti -
29,2  -metrə  çatmışdır.  Bu  müddət  ərzində  qalxma  intensivliyi 
ildə  14 sm olmuşdur. Ayrı-ayn illərdə bu rəqəm hətta 30  sm-də 
olmuşdur.  1996-cı ildən səviyyə yenidən qalxmağa başlamışdır 
və 2001-ci ildə dənizin okean səviyyəsindən hündürlüyü -  27,3 
m-ə  çatmışdır.
Xəzər  dənizində  səviyyə  mövsümdəki  yağıntılardan  və 
buxarlanmadan  asılı  olaraq  da  dəyişir  ki,  buna  mövsümi  də­
yişmə  deyilir.  Qabarma  çəkilmədən  səviyyə  dəyişməsi  çox 
kiçik  olub,  səviyyənin  şimaldan  cənuba  artımı  2-6  sm  təşkil 
edir.
Xəzərin səviyyəsinin dəyişilməsinin araşdırılmasının əsas 
səbəbi  kompleks  amillərin  -  geoloji,  hidroiqlim,  antropogen, 
kosmik olması göstərilir.
Xəzərin səviyyəsinin dəyişməsində geoloji amilin rolunun 
10-15%  olduğunu  göstərsək  -  bu  nəticənin  eksperimental  mü­
şahidələrinə  böyük  ehtiyac  vardır.  Burada akademik N.A.Şilo- 
nun belə bir fərziyyəsinə maraq böyük əhəmiyyət kəsb  edir.  O, 
Xəzərin  səviyyəsinin  enib-qalxmasını  Xəzərin  dib  hissəsinin- 
yer  qabığının  hərəkəti  ilə  əlaqələndirir.  Akademik  Şilona  görə 
Xəzərin  dibi  məsaməli,  yumşaq  torpaq  süxurlarından  ibarət 
olub.  Qafqaz  dağları  silsiləsindən  və  Rusiya  düzənliklərindən 
axan yeraltı sularla qidalanır.
Zaman-zaman  yer  qabığının  qeyri-tektonik  hərəkəti  za­
manı  dib  çöküntülərinin  gah  sıxılması,  gah  da  genişlənməsinə 
səbəb olur.  Sıxılma zamanı bu sular dənizə, genişlənmə zamanı 
isə  dənizdən  su  götürülür.  Sıxılma  zamanı  dənizin  səviyyəsi 
qalxır,  genişlənmədə  isə  səviyyə  enir.  Akademik  N.A.Şilonun 
bu fərziyyəsi neftçilər üçün də müəyyən maraq kəsb edərək də­
nizdə  fəaliyyət  göstərən  neft  quyularının  məhsuldarlığına  təsi­
rini öyrənməyə  imkan verir, belə ki,  layların sıxılması  zamanı
120
quyularm  məhsuldarlığı  artacaq,  layların  genişlənməsi  zamanı 
məhsuldarlığı aşağı düşəcəkdir.
Bütün  hallarda  Xəzər  dənizinin  səviyyəsinin  qalxması 
ətrafında  yaşayan  insanlar  üçün  böyük  sosial-iqtisadi  fəlakət­
lərlə  nəticələnir.  Bu  hadisə  ətrafdakı  elektrik-veriliş  xətlərini 
uçurdur, əkin və torpaq sahələrini  su  basır, ətrafda dəniz yolla­
rım sıradan çıxarır.
Antropogen  amillərə  çay  sularının  suvarmada  istifadə 
olunması  və  çayların  hövzələrində  su  elektrik  stansiyalarının 
tikilməsi  ilə əlaqədar böyük su anbarlarının yaradılması da aid 
edilir.
Xəzər dənizinin su balansının əsas çıxar hissəsi su səthin­
dən  buxarlanma hesab olunur, dəniz  səthindən il ərzində  1  m-ə 
qədər  su  buxarlanır,  bu Xəzərin il  ərzində  375  km  su itirməsi 
deməkdir.
Xəzər dənizinin  ekoloji  vəziyyətinə  təsir edən  əsas  amil­
lərdən  biri  onun  neft  məhsulları  ilə  çirklənməsidir.  Xəzərin 
neftlə  çirklənməsi  problemi  özünün  qədimliyi,  fauna-floraya, 
suyun  fiziki-kimyəvi  xassələrinə,  dəniz  dibi  çöküntülərə, 
çoxtərəfli təsirinə görə başlıca yer tutur.
Hazırda demək olar ki,  Xəzərin bütün akvatoriyası və ora 
axan  bütün  çaylar  neftlə  çirklənməyə  məruz  qalmışdır.  1950- 
1960-cı  illərdə  neftlə  çirklənmə  yalnız  dəniz  neft  yataqları  və 
neft  emalı  müəssisələrin  çirkab  sular  tökülən  bu  zonaya  xas 
idisə,  1980-ci  illərdə  belə çirklənmə dənizin hər yerində  yayıl­
mışdır.
Məlum  mənbələrə  əsaslanan  hesablamalara  görə  Xəzər- 
xvalın  epoxasının neft kəşfindən  bəri  dənizə 2,5  mln.  ton  xam 
neft  axmışdır.  Yalnız  1969-cu  ildə  neft  daşıyan  tankerlərin 
ballastik  suyu ilə dənizə 47  min ton,  gəmilərin  suyundan  isə  7 
min  ton  neft  axıdılıb.  Dənizdə  olduqca  çoxlu  qəza  hadisələri 
baş  verir,  onlardan  ikisini  göstərək:  60-cı  illərdə  Xəzərin  Orta 
və  Cənub şelfindən  qəza nəticəsində  dənizə 4  min  ton,  aylarla 
mənbədən  sönməyən  yanğın  fəaliyyətdə  olan  qrifonlardan  20
121

min ton qaz-neft kondensatı axmışdır.  1995-ci  ildə  Cənubi və 
Orta xəzərin  sərhəddində  qruntda 270  m.  dərinlikdə  1  kq.  lildə 
0,86  q.  konsentrasiyalı  neftin  olması  qeydə  alınmışdır.  Bakı 
buxtasında  5  -7  m-dən  çöküntülərin  ətəyinə  qədər  qurunt  neft 
məhsulları ilə doymuşdur.
Neft  məhsulları  ilə  çirklənmənin  səciyyəvi  əlamətləri 
mənbəyin  çoxluğu,  ətraf  mühitin  demək  olar  ki,  bütün  kom­
ponentlərini  çirkləndirməsi,  böyük  akvatoriyada  səpələnməsi, 
dib çöküntülərində toplanması və s.-dir. Neftin həll olan və ağır 
komponentləri -  fraksiyaları su kütləsində digər toksikantları, o 
cümlədən  toksik  metalları  adsorbsiya  edir,  onların  miqrasi­
yasına səbəb olur.  Onlar suyun keyfiyyətini pisləşdirir,  oksigen 
rejiminə  mənfi  təsir  göstərir,  suyun  üst  qatlarının  atmosferlə 
balanslaşdırılmış əlaqəsini pozur.
Antropogen  neftlə  çirklənmə  indiki  vaxtda  da  davam  et­
məkdədir  və  istehsalın  eskalasıyası,  kəşfiyyat  işləri,  “Böyük 
Xəzər  neftinin”  Xəzəryanı  dövlətlərin bütün sektorlarında nəql 
edilməsi bu problemi daha da dərinləşdirir.
Cənubi  Xəzərdə  çirklənmə  dərəcəsinə  görə  “ölü  zona” 
adlandırılan  bir  sıra  sahələr  mövcuddur.  Bura  Neft  daşları 
akvatoriyası,  Bakı,  Türkmənbaşı  buxtaları  və  Çələkən  yarım­
adası  sahilləri  aiddir.  Bu  sahələrin  sularında  neftin  miqdarı 
1,26-3,83 mq/l-ə çatır.
Xəzər  dənizində  ekoloji  vəziyyətin  gərginləşməsində 
neftlə  yanaşı  politsiklik  aromatik  karbohidrogenlər  (PAK)  də 
ciddi təhlükə yaradır. Ciddi ekoloji nəticələr PAK-in dəniz eko­
sistemlərinin  elementlərində  toplanmasıdır.  PAK  əsasən  neft 
məhsullarının  və  üzvi  maddələrin  yanması,  emal  və  istifadəsi 
proseslərində  əmələ  gəlir.  Dənizə  daxil  olan  PAK-ın  mənbə­
lərindən  3-ü  çay  axınları,  atmosfer  axınları  və  şəhər  axınları 
əsas sayılır. Əhalisi çox olan,  sənaye cəhətdən inkişaf etmiş də­
nizkənarı  şəhərlər  bu  baxımdan  PAK-m  əmələ  gəlməsində 
mənbə  sayılır.  Müəyyən  olunmuşdur  ki,  1  m3  -   avtomobilin 
buraxdığı  qazdan  800-900  mkq-a  qədər  3,4  benzopin  aynlir.
122
Ətraf mühit  üçün  təhlükəli  PAK-a  17-dən artıq  karbohidrogen 
daxildir,  bunlardan  7-si  3,4;  1,12;  2-5,6;  3,4-9-10  benzoprin 
əsaslıdır.
Quyuların  tikilişində  və  qazılmasında  Xəzər  dənizinin 
çirklənməsi  Xəzərin  flora  və  faunası  üçün  müəyyən  təhlükə 
yaradır.  Qazma zamanı həcminə görə tullantılar arasında qazma 
çirkab suları (QÇS) üstünlük təşkil edir.  Qazma zamanı bir qu­
yudan sutka ərzində 40 m3 -ə qədər həcmində su, su hövzəsinə - 
dənizə  axıdılır.  Bununla yanaşı  QÇS  -da həm  qazma məhlulu, 
onun komponentləri, kimyəvi reagentlər, neft və neft məhsulları 
və s. olduğu üçün su hövzəsi ən çox çirklənməyə məruz qalır.
Qazma tullantılarının  ən təhlükəli növləri  işlənmiş qazma 
məhlulu, qazma şlam və qazılmış süxurlar hesab olunur.
Biogen  elementlərin,  ilk  növbədə  məişət  və  kənd  təsər­
rüfatı  mənşəli  üzvi  maddələrin  Xəzərə  daxil  olmasının  əsas 
mənbələri  çaylar,  şəhərlər  və  yaşayış  məntəqələridir.  Apanlan 
tədqiqatlar göstərir ki,  bioloji yükün  antropogen  dəyişməsi  tez- 
tez  dəniz  ekosisteminin  strukturunun dəyişməsinə  gətirib  çıxa- 
nr;  bioməhsuldarlığın  səviyyəsi  artır,  bioloji  qruplaşdırmanın 
növ tərkibi dəyişir, trofık əlaqələrin davamlılığı  pozulur,  suyun 
fiziki və kimyəvi xassələri dəyişir. Balanslaşdırılmış ekosistem­
lərdə  üzvi  maddələrin  əmələ  gəlməsi  ilə  parçalanması,  həm­
çinin  oksigenin  ayrılması  və  mənimsənilməsi  arasında tarazlıq 
saxlanılır.  Xəzər  dənizinin  bəzi  evtrofıkasiyaya  uğramış  sahə­
lərində  bu tarazlığın  pozulması bioloji-kimyəvi  dəyişikliyə  sə­
bəb  olmuşdur.  Belə dəyişiklər çay cstuarilərinin akvatoriyaları 
və  stasionar çirkab  sularının daxil olduğu  zamanlar üçün səciy­
yəvidir.  Bu  sahələrdə  suyun  alloxton  və  avtoxton  mənşəli  asan 
mənimsənilən  üzvi  maddələrlə  zənginləşməsi  nəticəsində  tə­
nəffüsün  sürəti  suyun  oksigenlə  zənginləşməsi  sürətindən  çox 
olur.  Bu  xüsusən  Xəzərin  hər  üç-Şimal,  Orta  və  Cənub  hissə­
sinin  dərin  yerində  suyun  aşağı  qatlarında  nəzərə  çarpır.  İlk 
dəfə antropogen evtrafıkasiya Şimali Xəzərdə qeydə alınmışdır, 
bu  əsasən  biogen  elementlər  və  üzvi  maddələrlə  zənginləşən
123

Volqa çayının  sularının  axınları  ilə  əlaqədardır.  Volqa  çayının 
axınında fosfat, azot və üzvi maddələrin cəmi 3 dəfə artmışdır.
Xəzər dənizi şəraitində  1  kq fosfor və azotun 1000 kq-dan 
artıq plankton bakteriyalannm biokütləsini əmələ gətirə bilməsi 
əmsalına  əsaslanaraq  antropogen  evtrofikasiyanın  intensivliyin 
təsəvvür etmək olar.  Şimali Xəzərdə suyun evtrofıkasiyası ildən 
ilə  genişlənir.  Məlum  olduğu  kimi  evtrofikasiya  zamanı  asan 
mineral laşan  üzvi  maddələrin  toplanması  və  bidestruktorların 
miqdarının artması nəticəsində  Xəzər dənizi ekosisteminin sta- 
billiyi  kəsgin pozulur.  Bu zaman  su  kütləsi  və  dib çöküntüləri 
yosun metabolitləri  və mikroorqanizmlər tərəfindən parçalanan 
substrantlann aralıq məhsulları ilə zənginləşir.
Şimali  Xəzərin  antopogen  evtrofıkasiyası  hidrokimyəvi 
rejimi,  suyun  və  dib  çöküntülərinin  kəmiyyət-keyfiyyət  tərki­
bini  dəyişmişdir.  Suyun üst  qatlarında ümumi  mikroorqanizm- 
lərin  miqdarı  orta  hesabla  bütün  sahələr  üzrə  3-3,5mln/ml, 
saprofit  bakteriyalar  600-700  kl/ml  artmışdır.  Çayların  axınla­
rının,  biogen  elementlərinin  alloxfon  üzvi  maddələrin  artması 
təkcə  Şimali  Xəzərin  deyil,  həm  də  bütün  Xəzər  dənizi  üçün 
ekoloji  təhlükə  hesab  olunur.  Çünki  antropogen  evtrofikasiya 
və  onun  nəticələri  haqqında  həyəcanlı  faktlar  dənizin  bütün 
şelflərində müşahidə olunur.
Orta  Xəzərdə  də  antropogen  evtrofikasiya  prosesləri  hər 
yerdə baş verir, ən çox qərb şelfdə müşahidə olunur.
Dənizin qərb şelfındə,  Sumqayıt sahilindən başlayaraq cə­
nuba  doğru  Ələt  sahəsinə  qədər,  akvatoriyaların  25-35  m  izo- 
bata  kimi  30  ildən  artıq  müddətdə  fitoplanktonun,  fito  və 
zoobentosun  kütləvi  inkişafı  sıxışdınlmışdır.  Regionun  ibtidai 
fauna  və  florasının  əsas  nümayəndələrinin  deqradasiyasının 
əsas  səbəbi  əvvəldə  qeyd  olunduğu  kimi  dənizin ümumi  çirk­
lənməsi  olmuşdur.  İntensiv  antropogen  evtrofikasiya  Cənubi 
Xəzərdə də baş verir.  Bu proses çirkab sulan ilə kontaktda olan 
zonada daha davamlıdır. Fitoplanktonun deqradasiyası nisbətən 
dayaz  sulu  zonalannda  Sumqayıt,  Pirallahı,  Şıxov,  Qaradağ  -
124
Ələt  akvatoriyalannda  qeyd  olunmuşdur.  Kürboyu,  Kürbumu, 
Lənkəran və Astara şəhərində antropogen evtrofikasiya prosesi 
sahildən formalaşmağa başlayır.
Beş  Xəzəryanı  dövlətlərin  hamısı  beynəlxalq  sazişlərə 
qoşulmuş və  hər bir ölkə özünü Xəzər dənizi ilə sərhəddi daxi­
lində dənizin çirklənməsinin qarşısım almaq üçün müəyyən təd­
birlər  proqram  və  planını  işləyib  hazırlamış  və  bunu  tədricən 
yerinə yetirməkdədir.
Azərbaycan  Respublikası  2006-2010-cu  illərdə  Xəzərin 
çirklənməsinin qarşısını  almaq üçün aşağıdakı tədbirləri işləyib 
hazırlamış və yerinə yetirilməsini təmin etmişdir.
1.  şəhərdaxili təsərrüfat -  məişət kanalzasiya şəbəkəsinin 
yağış kanalizasiya  şəbəkəsindən təcrid edilməsi  ilə Bakı buxta­
sına  axıdılan  fekal-tullantı  sularının  qarşısının  alınması  (2006- 
2008-ci illərdə yerinə yetirilmişdir).
2.  buxtanın  sahil  zonasında  fəaliyyət  göstərən  sənaye 
obyektlərində yaranan  tullantı  sularının müasir tələblərə  uyğun 
təmizlənməsini  təmin  edən  lokal  təmizləyici  qurğuların  qu­
raşdırılması (2006-2009-cu illər).
3.  Hövsan  Aerasiya  stansiyasında  və  digər  təmizləyici 
qurğularda  müasir  tələblərə  uyğun  təmizlənmiş  suların  təkrar 
istifadə edilməsi (2006-2007).
4.  Pirallahı,  Cilov,  Qum  adalan  və Neft Daşlanndakı tə­
mizləyici  qurğuların müasir tələblərə uyğun yenidən qurulması 
(2006-2007).
5.  neft və qaz yataqlarında quyuların qazılması və təmiri 
zamanı yaranan şlam və qazma məhlullarının və digər  təhlükəli 
tullantıların  poliqonlarda  zərərsizləşdirilməsini  təmin  edilməsi 
(2006-2010).
6.  Xəzər  dənizinin  sahil  boyu  (Abşeron  yarımadası  da 
daxil  olmaqla)  fəaliyyət  göstərən Kurort -   müalicə,  turizm  və 
iaşə  müəssisələrində,  çimərliklərdə  və  fərdi  yaşayış  massiv­
lərində  kanalizasiya  şəbəkəsinin  və  tullantı  suların  təmizlən-
125

məsi  üçün  lokal  təmizləyici  qurğuların quraşdırılmasım  həyata 
keçirmək (2007-2009).
7. 
Sumqayıt  şəhərində  və  ona  yaxın  olan  yaşayış  mən­
təqələrində  tullantı  suların  atılmasının  qarşısının  alınması,  ka­
nalizasiya sisteminin  yaradılması  və yenidən  qurulması  (2007- 
2010).
Beləliklə  Azərbaycan  Respublikası  indi  və  gələcəkdə  də 
Xəzər dənizinin çirklənməsinin qarşısının alınması üçün dünya­
nın müasir texnologiyalannı tətbiq etməklə həyata keçirəcəkdir.
Suyun  keyfiyyət  göstəricilərinin  normalaşdınlması  iki 
kateqoriya üzrə su mənbələri üçün aparılır:
1.  içməli su və mədəni məişət sulan;
2.  balıq təsərrüfatı hövzələrinin suları.
Birinci kateqoriyaya aid olan axar su hövzələrində istifadə 
olunan obyektdən  1  km məsafədə, axmayan su hövzələrində isə 
istifadə  edilən,  obyektdən  1  km  radiusda  suyun  keyfiyyəti  və 
tərkibini  təyin  etmək  üçün  nümunələr  götürülərək  kimyəvi 
analiz  edilir.  Bu  halda  suyun  keyfiyyəti  və  tərkibi  normalara 
uyğun gəlməlidir.
İkinci kateqoriyaya aid olan  balıq təsərrüfatının su hövzə­
lərində  onun  normaları  çirkab  suların  hövzəyə  töküldüyü  yer 
üçün  və  ya  ondan  500  m-dən  uzaq  olmayan  yer  üçün  qəbul 
edilir.
Suyun  aşağıdakı  parametrlərinin  norma qiymətləri  müəy­
yən edilir:  1) üzən və asılı qalmış qarışıqların miqdarı;  2) orqa- 
noleptik  xassələr;  (iy,  dad,  rəng,  şəffaflığı  və  suyun  tempera­
turu);  3)  hidrogen  ionların  (pH)  sayı;  4)  mineral  qarışıqların 
tərkibi və qatılığı;  5) suda həll olmuş oksigenin miqdarı;  suyun 
oksigenə  olan  bioloji  tələbatı;  6)  zəhərli  və  zərərli  maddələrin 
və  bakteriyaların  tərkibi  və  buraxıla  bilinən  qatılıq  həddi 
(BQH).
Mədəni-məişət  və  içməli  su  hövzələrində  zərərli  mad­
dələrin  limit  göstəriciləri  aşağıdakı  kimi  normallaşdırılır: 
ümumi sanitar normaları və orqanoleptik normalar.
126
Su hövzələrinin sanitar vəziyyətinin normalara uyğunluğu 
aşağıdakı kimi təyin olunur:
Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin