Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

3(5)
£ с ,/ге я ,<  ı
/=1
Burada:  Cm  -   hövzənin  hesbalama  aparılan  yerində  zərəliyin 
limit  göstəricisində,  i  -   maddəsinin qatılığı,  BQHt  -   i  maddə­
sinin buraxıla bilinən qatılıq həddi.
Birinci  kateqoriya  hövzələr  üçün  üç,  ikinci  kateqoriya 
hövzələr üçün isə beş (5) qeyri-bərabərlik şərtlərinin ödənilməsi 
yoxlanılmalıdır.
Birinci kateqoriya üzrə hövzələr üçün 400-dən çox,  ikinci 
kateqoriya  su  hövzələri  üçün  100-maddənin  buraxıla  bilinən 
qatılıq  hədləri  müəyyən  edilmişdir.  Aşağıdakı  cədvəldə  birinci 
və ikinci kateqoriya su hövzələri üçün bəzi maddələrin buraxıla 
bilinən qatılıq hədləri göstərilmişdir.
Cədvəl  12
Maddələr
Birinci  kateqoriya hövzələr.
İkinci 
kateqoriya 
üzrə 
hövzələr
Zərərliliyin  limit 
göztəricisi  (ZLG)
BQH
q/m3
Zərərliliyin  limit 
göztəricisi (ZLG)
BQH
q/m3
Benzol
Toksikoloji_0,5_Fenol_Orqanoleptik_0,001_Toksikoloji_0,001'>Sanitar-toksikoloji
0,5
Toksikoloji
0,5
Fenol
Orqanoleptik
0,001
Toksikoloji
0,001
Benzin,neft
Orqanoleptik
0,1
Balıq təsərrüfatı 
norması
0,05
Kadium
Sanitar-toksikoloji
0,01
Toksikoloji
0,005
Sianidlər
Sanitar-toksikoloji
0,1
Toksikoloji
0,05
Mis
Orqanoleptik
1,0
Toksikoloji
0,01
Sink
Ümumi-sanitar
1,0
Toksikoloji
0,01
Xrom
Orqanoleptik
0,1
-
-
DDT
Sanitar-toksikoloji
0,1
Toksikoloji
-
Xlorofos
Orqanoleptik
0,05
Toksikoloji
-
Məlum  olduğu  kimi,  dünya  miqyasında  su  hövzələri 
şiddətli  çirklənir.  Müasir  şəraitdə  sənayenin,  kənd  təsərrüfatı­
nın, nəqliyyatın sürətlə inkişafı,  şəhərlərin böyüməsi  və artması
127

su  hövzələrinin  çirkab  sularla  çirklənməsini  daim  artırır.  Bir­
ləşmiş  Millətlər  təşkilatının  məlumatına  əsasən  təmiz  su  və 
elementar  gigiyenanın  olmaması  səbəbindən  Asiya,  Afrika  və 
Latın  Amerikası  ölkələrində  milyonlarla  insan  mədə-bağırsaq 
xəstəliyinə tutulur və hər il 
1 0  milyondan çox adam ölür.
Təbii  su  ehtiyatlarının  təmiz  saxlanması  və  istifadədən 
çıxmaması  məqsədilə  sənaye  və  kommunal  çirkab  sulan  tə­
mizlənməli,  dövri  su təchizatı inkişaf etdirilməli, az sulu,  susuz 
və  tullantısız  istehsalat  texnologiyası  tətbiq  olunmalı,  kənd 
təsərrüfatında  gübrələrdən  pestisidlərdən  səmərəli  istifadə 
etməli,  atmosfer  havasını  çirklənmədən  mühafizə  etməli  və  s. 
ciddi tədbirlər görülməlidir.
Ümumi  halda  çirkab  suların  təmizlənmə  üsullanm  re- 
generativ və destruktiv qruplara ayırmaq olar. Regenerativ qrup 
təmizlənmə  üsulları  ilə  sudakı  çirkləndirici  maddələr  çıxarılır 
və  istifadə  edilir.Bu  üsullarla  suyu  çox  vaxt  lazımı  dərəcəyə 
qədər  təmizləmək  olmur.  Buna  görə  də  çirkab  sulan  rege­
nerativ üsullarla təmizlədikdən sonra su hövzələrindən öncə bir 
daha  destruktiv  üsullarla  təmizlənir.  Destruktiv  qrup  üsulları 
vasitəsilə  çirkab  suyun  tərkibindəki  çirkləndirici  maddələr 
müxtəlif  üsullarla  parçalanır  və  su  hövzələri  üçün  təhlükəsiz 
vəziyyətə salınır.
Çirkab  sular  termiki,  mexaniki,  fiziki-kimyəvi  ,  bioloji 
üsullarla təmizlənir.  Çirkab  sulann bakterial  çirklənməsi  zərər­
sizləşdirmə  -  dezinfeksiya  ilə  yox  edilir.  Su  hövzələrinin  çirk­
lənməsinin qarşısını  almaq üçün həyata keçirilən çirkab sulann 
təmizlənməsini aşağıdakı kimi təsnifatlaşdırmaq olar:
Aşağıdakı  sxemdə  çirkab  sulann  təmizlənməsinin  üsul­
ları göstərilmişdir.
Mexaniki  təmizlənmə üsulunda sudakı  əriməmiş vəziyyətdə 
olan mexaniki qarışıqlar xaric edilir. Bu qarışıqların xaric  edil­
məsi  süzdürülmə,  duruldulma,  sızdırılma  yolları  və  hidroksik- 
lonlar vasitəsilə həyata keçirilir.
128
Sxem 2.Su hövzələrinnin tullantı çirkab sularından 
mühafizəsi üsullarının  təsnifatı
Suyun süzdürülməsi vasitəsilə müxtəlif hərəkətli və  hərə­
kətsiz  torlardan  istifadə  olunur.  Torlardan tutulan mexaniki  qa-
129

rışıqlar  daşqıran  maşınlar  vasitəsilə  xırdalanır.  Süzdürülmə 
yolla sudakı iri qarışıqlar ( ölçüləri  15-20 mm-n çox) tutulur.
Süzdürüldükdən  və  iri  hissəciklərdən  azad  olunduqdan 
sonra su xüsusi qum tutucuya ötürülür.  Burada 0, 25 mm-n çox 
olan hissəciklər çökür.  Çökən hissəciklər xüsusi bunkerlərə  yı­
ğılaraq  qum  meydançalarına  ötürülür.  Burada  onlar  zərərsiz- 
ləşdirildikdən sonra müxtəlif məqsədlər üçün istifadə olunur.
Daha  kiçik  hissəciklərin  çökdürülməsi  üçün  durulducu- 
lardan  istifadə  olunur.  Burada  xüsusi  çəkisi  vahiddən  az  olan 
hissəciklər  çökür,  yüngül  hissəciklər  isə  suyun  səthinə  yığılır. 
Durulducudakı  su  axınının  sürəti  qumtutucudakından xeyli  az­
dır.  Durulducular  konstruksiyasına  görə üfüqi,  şaquli  və radial 
tikilirlər.  Üfüqi  durulducuda  suyun  hərəkəti  üfüqidir.  Onların 
en kəsiyi adətən düzbucaq şəklində qəbul olunur.
Şaquli  durulducuda  suyun  axım  şaqulidir.  Burada  üzən 
çöküntülər suyun hərəkətinə əks istiqamətdə çökür. Radial  du­
rulducuda  suyun  axını  radialdır.  Burada  su  mərkəzdən  kənara 
hərəkət  edərkən  sudakı  üzən  hissəciklər  durulducunun  dibinə 
çökür.  Bəzi  hallarda  su  sanitar  cəhətdən  yararlı  olduğundan 
onun içərisindən yalnız mexaniki qarışıqların xaric olunması ki- 
fayətləndirici hesab olunur.  Belə hallarda durulducular müstəqil 
təmizləyici kimi istifadə olunur.
Suyun  içərisindəki  çox  kiçik  hissəciklərin  xaric  edilməsi 
üçün  sızan  qum  laylarından  və  sızan  layları  olan  xüsusi  tor­
lardan istifadə  olunur.  Bu cəhətdən diatomit süzgəclər daha  sə­
mərəlidir,  onlar  suyun  yüksək  dərəcədə  təmizlənməsini  təmin 
edir.
Suyun  mexaniki  qarışıqlardan  təmizlənmək  üçün  hidro- 
siklonlardan  da  istifadə  olunur.  Hidrosiklonda  su  dairəvi  hərə­
kət  etdirilir  və  onun  içərisindəki  çöküntülər  mərkəzdənqaçma 
qüvvəsi nəticəsində ayrılır.
Suyun  səthindəki  yüngül  çirkləndirici  maddələr  (yağ, 
neft,  qatran və  s.)  xüsusi  yağtutan,  nefttutan və  s.  qurğular va­
sitəsilə tutulurlar.
130
Mexaniki  təmizləmə üsulu  ilə  suda  olan  əriməmiş  mad­
dələrin  60-90%  -nə  qədəri  təmizlənir.  Burada  oksigenə  bioloji 
tələbatı  20-%-ə  qədər  azaltmaq  mümkündür.  Çirkab  sular  du- 
rulduculardan  əvvəl  aerasiyaya  uğradıldıqda  (  hava  ilə  qarış­
dırıldıqda)  sudakı  oksigenə  bioloji  tələbatı  40-45%-ə  qədər 
azaltmaq  olar.  Çirkab  suların  mexaniki  təmizlənmə  qurğusu­
nun sxemi aşağıda göstərilən quruluşda həyata keçirilir.
Şəkil S.  Çirkab suların mexaniki təmizlənməsi
1-tor;  2-daşqırıcı;  3-qumtutan;  4-qum  m eydançası;  5-  durul- 
ducu;  6-metantek;  7-lil  meydançası;  8-qarışdırıcı;  9-  xlorator; 
10-kontakt  çəni;  11-gübrə  m əqsədilə  istifadə;  12-  suyun  su  hövzəsinə 
ötürülməsi;  13-m əqsədyönlü  istifadə  üçün;
131

Şəkildə  göründüyü  kimi  durulducudan  sonra  su  qanşdı- 
ncıya  verilir.  Burada  su  xloratdan  xlorianaraq  kontakt  çəninə 
ötürülür,  buradan  da su  hövzəsinə  axıdılır.  Durulducudan  çirk- 
ləndirici  üzvi  çökmələr  metantekə  yönəldilir.  Oraya  həm  də 
daşqıncıdan  çıxan  qarışıqlar  ötürülür.  Metantek böyük  çəndən 
ibarətdir, burada üzvi çökmələr  bakteriya və s. mikroorqanizm- 
lər  vasitəsilə  bioloji  emala  uğrayır.  Metantekdəki  lil  xüsusi  lil 
meydançalarına  ötürülür  və  kənd  təsərrüfatında  gübrə  kimi 
istifadə olunur.
Mexaniki  təmizləmə  üsulu  çirkab  suların  ilkin  təmiz­
lənmə  üsuludur.  Bu  üsulla  təmizlənmiş  sular  sonradan  başqa 
üsullarla da təmizlənir.
Kimyəvi  təmizlənmə üsulu  çirkab  suları  çox kiçik  hissə­
ciklərdən  (kolloid  hissəciklər)  və  ərimiş maddələrdən azad  et­
mək məqsədi ilə aparılır.  Kimyəvi təmizlənmə üsuluna koaqul- 
yantlama  (pıxtalaşdırma),  neytrallaşdırma  və  oksidləşdirmə 
üsulları da aid edilir.  Çirkab  sulara müxtəlif kimyəvi reagentlər 
(koaqulyantlar)  daxil  edildikdə kolloid və ərimiş maddələr tez­
liklə  xaric olunur.  Koaqulyant kimi  alüminium,  dəmir duzları, 
poliakrilamid  və  s.  maddələr istifadə  olunur.  Bundan  əlavə  ad- 
sorbsiya  xassələri  (öz  səthinə  hopdurma  qabiliyyəti  olan  mad­
dələr) güclü olan maddələr ( kül, gil, şlak, kömür və s.) koaqul­
yant adlanır. Kimyəvi koaqulyantlar ən çox hamamların , cama- 
şırxanaların,  kimya,  neft,  neft  emalı,  toxuculuq  və  s.  sənaye 
müəssisələri  çirkab  sularının  təmizlənməsində  istifadə  olunur. 
Tərkibində çoxlu  turşu və qələvilər olan çirkab sularının təmiz­
lənməsi  üçün  neytrallaşdırıcı  kimyəvi  maddələrdən  istifadə 
olunur.  Turşu  və  qələvilər,  kimya,  maşınqayırma,  metallurgiya 
və  s.  sənaye  sahələrinin  çirkab  sularında  müşahidə  olunur. 
Neytrallaşdırıcı  reagent  müəyyən  miqdarda  bilavasitə  çirkab 
suya daxil edilir, bu məqsədlə çirkab su həm də neytrallaşdırım 
süzgəcdən keçirilir. Çox hallarda çirkab suya müəyyən nisbətdə 
turşu və yaxud qələvi daxil edilir.
132
Kimyəvi  təmizləmə  üsulu  ilə  sudakı  həll  olmuş  çirklən- 
dirici  maddələri  tam  təmizləmək  mümkün  deyildir.  Bu  məq­
sədlə fıziki-kimyəvi təmizləmə üsullarından istifadə olunur.
Suyun  fıziki-kimyəvi  təmizlənməsində sorbsiya,  ekstrak­
siya, flotasiya, evaperasiya, kristallaşma, deminerallaşma, elek- 
troliz, ion mübadilə və yandırma üsullarından istifadə olunur.
Sorbsiya  üsulu  çirkab  suların  daxilindəki  çirkləndirici 
qazlar,  buxarlar  və  ərimiş  maddələrin  hər  hansı  cisimlə  (sor- 
bentlə)  hopdurulması  ilə  əlaqədardır.  Absorbsiyada  çirkləndi­
rici  maddələr  sorbentin  səthinə  hopur.  Baha  başa  gəlməsinə 
baxmayaraq,  sorbsiya  üsulu  ilə  çirkab  sulan  tam  təmizləmək 
mümkündür.
Flotasiya üsulu - çirkab su  daxilindəki  çirkləndirici mad­
dələrin suyun səthinə qaldırılması  ilə əlaqədardır.  Bu məqsədlə 
çirkab  suyun  daxilinə  kiçik  hava  qabarcıqlan  verilir.  Həmin 
hava qabarcıqlan aşağıdan yuxanya doğru hərəkət edərək çirk­
ləndirici  maddələri  özü  ilə  bərabər  suyun  səthinə  çıxanr.  Bu­
radan  isə  həmin  maddələr  xaric  olunur.  Bəzi  hallarda  çirkab 
suya hava qabarcıqlan  ilə  yanaşı  həm  də koaqulyantlar (pıxta- 
laşdırıcılar)  daxil  edilir.  Bu  da daha  yaxşı  təmizlənməni  təmin 
edir.
Evoperasiya çirkab  suları buxarlanan maddələrdən təmiz­
ləmək  məqsədilə  aparılır.  Bu  məqsədlə  qızdırılmış  çirkab  su 
içərisindən buxar buraxılır,  proses  xüsusi  aparat daxilində  apa­
rılır.  Misal  üçün,  fenolun  çirkab  su  içərisindən  buraxılmasını 
göstərmək  olar.  Bu  üsulla  çirkab  suların  üzvi  turşulardan  tə­
mizlənməsində istifadə olunur.
Kristallaşma  suyun  təbii  və  ya  süni  şəkildə  buxarlanma- 
sının  sürətlənməsi  nəticəsində  çirkləndirici  maddələrin  kristal­
larının xaric edilməsi ilə həyata keçirilir.
Minerallaşdırma  təmizlənmiş  çirkab  sulardan  duzlann 
çıxarılmasını  həyata  keçirən  prosesdir.  Bunun  üçün  bir  sıra 
üsullar  vardır.  Elektrodializ  prosesini  misal  çəkmək  olar:  bu 
üsulla elektrik cərəyanı təsiri altında çirkab sulardan duz ionları
133

xaric  olur.  Təmizlənmiş  çirkab  suyun  dövri  və  təkrar  su  təc­
hizatı  sistemində  istifadə  edilməsi  ilə  əlaqədar  olaraq  demine- 
rallaşma daha böyük əhəmiyyət kəsb edir.
İon  mübadilə  üsulunda  ionitlər  vasitəsilə  çirkab  suları 
daxilindəki  ərimiş  çirkləndirici  maddələrin  anion  və  kationlan 
xaric  olunur.  Bu  üsulda  ifraz  olunan  maddələr  dağılmır  ,  bir 
yerə  yığılır.  Ona  görə  də  həmin  maddələrin  istifadəsi  asandır. 
İon mübadilə üsulu baha başa gələn üsuldur.
İçərisində  çoxlu zərərli  maddələr olduqda və  başqa üsul­
larla  həmin  maddələrin  təmizlənməsi  mümkün  olmadıqda  çir­
kab  sular yandırılır.  Yandırılma  iki  üsulla -  alovsuz  və  alovlu 
olmaqla  həyata  keçirilir.  Zəhərli  (toksik)  çirkab  sular  adətən 
alovsuz yandırılır.
Biokimyəvi  təmizləmə  üsulunun  əsasını  bəzi  mikroor- 
qanizmlər tərəfindən çirkab  suların tərkibindəki  kolloid  və  əri­
miş  üzvi  maddələri  öz  inkişafı  üçün  istifadə  etmə  qabiliyyəti 
təşkil edir.  Biokimyəvi təmizləmədən əvvəl çirkab sular birinci 
durulducuda mineral  və  əriməmiş  üzvi  maddələrdən azad  olur. 
Çirkab  suların  biokimyəvi  təmizlənməsi  həm  təbii  şəraitdə, 
həm  də  süni  şəraitdə  aparılır.Təbii  şəraitdə  çirkab  suların  tə­
mizlənməsi  suvarma  sahələri,  sızma  sahələri  və  bioloji  hovuz­
larda  aparılır.  Süni  şəraitdə  isə  çirkab  suların  təmizlənməsi 
aerotenklərdə və bioloji  süzgəclərdə yerinə yetirilir.
Çirkab  suların  biokimyəvi  təmizlənməsi  sızma  sahələrində 
aparıldıqda,  həmin ərazi  istifadədən  çıxır.  Burada yalnız  təmiz­
ləmə  aparılır  və  sızma  sahələri  üçün  sızma  qabiliyyəti  yaxşı 
olan torpaqlardan istifadə olur.  Ona görə də çirkab suların  bio­
kimyəvi  təmizlənməsi  üçün  sızma  sahələri  əvəzinə  suvarma 
sahələrindən istifadə olunur.
Suvarma sahələrində çirkab suların biokimyəvi  təmizlən­
məsi  bilavasitə  sahələrdə  aparılır,  bu  torpağın  məhsuldarlığını 
artırır.  Təcrübələr göstərir ki,  çirkab suların biokimyəvi  təmiz­
lənməsi  istifadə olunan suvarma sahələri yüksək məhsuldarlığa
134
malik olur, bunun səbəbi çirkab suların təmizlənməsinin yüksək 
olmasıdır.
Çirkab  suların  bilavasitə suvarma sahələrində biokimyə­
vi  təmizlənməsi su ehtiyatlarının kompleks istifadəsinə və mü­
hafizəsinə  əyani  misaldır.  Burada  çirkab  sular  təmizlənməklə 
bərabər  bilavasitə  kənd  təsərrüfatı  bitkilərinin  suvarılmasında 
istifadə  olunur  -  suya  qənaət  olunur.  Çirkab  sularm tərkibində 
qida  maddələri  çox  olduğundan  kənd  təsərrüfatı  istehsalının 
sürətlənməsini təmin edir və çirkab sular su hövzələrinə ötürül­
mür.  Biokimyəvi  təmizlənmədən sonra çirkab suların tərkibin­
dəki  xəstəlik törədən bakteriyalar 90-99%-ə qədər azalır, ancaq 
bununla bərabər bu  sular  su hövzələrinə  atılmadan öncə  zərər­
sizləşdirilir.  Zərərsizləşdirmə müxtəlif üsullarla həyata  keçirilə 
bilər.  Ən çox  yayılmış üsullara xlorlama,  elektroliz, ozonlama, 
ultrasəs, ultra bənövşəyi şüalarla emalı göstərmək olar.
Bunlardan  ən  çox  yayılmışı  sularm xlorlanmasıdır.  Xlor­
lama  xlor  qazı  və  ya  xlor  əhəngi  ilə  aparılır.  Əksər  hallarda 
zərərsizləşdirmə  üçün  xlor  qazından  istifadə  olunur.  Xlorlama 
xüsusi  qurğularda  həyata  keçirilir.  Əgər  qurğunun  sutkalıq 
məhsuldarlığı 
1 0 0 0   m3-ə  qədər olarsa  xlor əhəngindən  istifadə 
olunur.
İsti  sular  su  hövzələrinin  çirklənmə  mənbələrindən  biri­
dir. Bu termiki çirklənmə adlanır. İstilik və atom elektrik stansi­
yalarının  sürətli  inkişafı  təbii  suların  isti  sularla  çirklənməsini 
artırır.  Həmin  stansiyalarda  su  soyuducu  kimi  istifadə  olunur. 
Müasir dünyada istilik və atom stansiyalarında soyutma məqsə­
di  ilə çox  böyük  həcmdə  sudan  (saniyədə 
1 0 0 - 2 0 0   m3)  istifadə 
edilir.  Həmin  sular  soyuducu  kimi  istifadə  olunduqdan  sonra 
yenidən  su  hövzələrinə  qaytarılır.  Burada  suyun  temperaturu 
yüksək  olduğundan  hidrobioloji  və  hidrokimyəvi  proses  pozu­
lur,  buxarlanma  çoxalır,  suyun  minerallaşması  artır,  oksigeni 
isə  azalır,  orada  bitgi  və  heyvanat  aləminin  vəziyyəti  pisləşir. 
Bütün  bunların  qarşısım  almaq  üçün  müasir  elektrik  stansiya­
larında susoyuducu qurğulardan istifadə olunur.
135

Yuxarıda  göstərildiyi  kimi  su  hövzələrinin  çirklənmə­
sində  sənaye  çirkab  sularının rolu  çoxdur.  Buna gorə də həmin 
suların  su  hövzələrinə  ötürmədən  öncə,  təmizləyici  qurğular 
vasitəsi  ilə  təmizlənməsinin  böyük  əhəmiyyəti  vardır.  Belə  ki, 
belə  olan halda  su hövzələri çirklənmədən  mühafizə  olunur və 
təmizlənmiş sudan müəssisələrdə istifadə olunur.
Müasir  təmizləyici  qurğuların  tikintisinə,  müəssisənin 
ümumi  kapital  qoyuluşuna  xərclənən  vəsaitin  10-15%-i  bəzən 
də  30%-nə qədər vəsaiti  xərclənir.  Buna baxmayaraq alman tə­
miz  suların  müəssisədə  təkrar həm  istehsalat,  həm də  kommu­
nal  məişət  sistemində  istifadə  olunması  iqtisadi  cəhətdən 
səmərəli  və əlverişli  hesab olunur.  Bu  texnologiya ekosistemin 
ümumi  ekoloji  pozulmasının  qarşısım  almaqla  yanaşı,  təmiz 
sulara  yüksək  dərəcədə  qənaət  edilməsinə  şərait  yaradır.  Buna 
tullantısız istehsalat texnologiyası deyilir və ən qabaqcıl təkmil­
ləşmiş texnologiyalar ilə proseslər həyata keçirilir.  Hal-hazırda, 
ölkəmizdə  bir  çox  sənaye  müəssisələrində  sudan  tullantısız 
texnologiyadan  istifadəyə  keçmək  üçün  hazırlıq  işləri  görülür. 
Bakı  şəhərində  tikilməsi  nəzərdə  tutulan  neft  emalı  zavodla­
rında və  sumqayıtda  yaradılacaq  neft-kimya sənaye  məhsulları 
istehsalı müəssisələrində tətbiqi nəzərdə tutulur.
1970-ci  ildə  YUNESKO-nun təşəbbüsü  ilə təbiətin  və  tə­
bii  ehtiyatların mühafizəsi  Beynəlxalq İttifaqı yarandı  (MSOP). 
Onun  vəzifəsi  canlı  təbiətin  qorunması  üzrə  elmi  məsləhətlər, 
müasir təbiəti  mühafizə  ideyasının  yaranması və təbliğ edilmə­
sidir.
1991-ci  ilin  iyununda  Rio-de-Janeyroda  BMT-in  ətraf 
mühit  və  inkişaf üzrə  keçirilən  konfransında,  bizim  nəsil,  ola 
bilsin  gələcək  nəsil  üçün  əlamətdar  hadisə  hesab  olunur.  Bu 
konfransda  dövlət  başçıları  ilə  birlikdə  dünyanın  179  hökumət 
nümayədələrinin,  BMT-  idarələrinin,  beynəlxalq  təşkilatları  və 
bir  sıra  qeyri-hökumət  nümayəndələri  bir  yerə  toplandı.  Kon­
fransın nəticəsində Beynəlxalq sazişlər bağlandı.  Burada nəzər­
də  tutulan  prinsiplərdən  biri  də  hər  bir  ölkənin  öz  əhalisinin
136
yüksək keyfiyyətli  içməli  su ilə təmin etməsidir. Dünyanın bir 
çox  ölkələri  öz  əhalisini yüksək keyfiyyətli  su ilə təmin etmək 
üçün  külli  miqdarda  vəsait  xərcləyir.  ABŞ  kimi  böyük  bir 
dövlət  il  ərzində  ətraf  mühitin  mühafizəsi  üçün  ayrılan 
10 0  
mlrd,  dolların  48%-ni  əhalini  yüksək  keyfiyyətli  su  ilə  təmin 
etmək üçün xərcləyir.
Mütəxəssislər belə hesab edir ki, əgər dövlətlər tərəfindən 
ümumi  milli  məhsulun 
%-i  təbiəti  mühafizəyə  ayrılarsa 
təbiətin mühafizəsinin pisləşməsi dayanar, əgər bu məbləği 

olarsa ətraf mühitin vəziyyətinin stabilləşməsinə imkan yaranar, 
əgər  məbləğ  ümumi  milli  məhsulun  (ÜMM)  8-10%  qədər 
olarsa təbii  mühitin keyfiyyətini bərpa etmək  olar.  Hal-hazırda 
dövlətlər tərəfindən ayrılan vəsait heç ÜMM-in 1%-nə çatmır.
Dünya  ölkələrində  əhalinin  keyfiyyətli  su  ilə  təmin 
edilməsi aşağıdakı sxem üzrə həyata keçirilməlidir.
Şəkil 6.  Əhalinin içməli su ilə təchizatı
Su  hövzələrində,  suyu  çirkləndirən  maddələrin  tərkibini 
müəyyən  etmək  üçün  hövzələrin  müxtəlif  yerlərindən  sudan 
nümumələr  götürülür  və  kimyəvi  analiz  edilir.  Həmin  analiz 
nəticəsində  suyun  keyfiyyətini  təyin  edən  əsas  parametrlər 
müəyyənləşdirilir.
Suyun keyfiyyətinin əsas göstəriciləri aşağıdakılardır:
)  temperaturu;
)  orqanoleptik xassələri (iyi, dadı, rəngi, şəffaflığı);
Suyun  orqanoleptik  xassələri  balla  qiymətləndirilir.  Suda
əmələ gələn iyin şiddətliliyinə görə altı bal (0-5) müəyyən edil­
mişdir.  Sıfır balda  sudan heç bir  iy  gəlmir, beş  balda isə sudan 
elə  güclü  iy  gəlir  ki,  onu  içmək  mümkün  olmur,  bir,  iki,  üç,
137

dörd  ballarda  suda  müvafiq  olaraq  iy  hiss  olunmur;  diqqətlə 
iylədikdə suda iy hiss olunur;  iy azca  hiss olunur;  -  su içiləndə 
xoşagəlməz ola bilər; iy diqqəti cəlb edir,  su  içiləndə xoşa gəl­
məzdir.
3)  turşuluğu -  pH;
4)  mineral qalığı;
5)  oksigenin miqdarı;
)  suyun oksigenə olan biokimyəvi tələbatı, (OBKT);
7)  zərərli maddələrin miqdarı;
)  xəstəlik törədən bakteriyaların miqdarı;
9)  üzvi maddələrin konsentrasiyası (qatılığı);
Suyun  keyfiyyətinə  olan  tələblər  su  tələbatçıları  tərəfin­
dən  müxtəlifdir.  Sənayedə  istifadə  olunan  su  istehsal  edilən 
məhsulun keyfiyyətinə mənfi təsir göstərməməli; boru kəmərini 
korroziyaya  uğratmamalı,  müxtəlif tikintilər,  qurğular  və  apa­
ratlarda duz çöküntüləri əmələ gətirməməlidirlər.  Bundan əlavə 
sənayedə  istifadə  olunan  su  burada  işləyən  işçilərin  səhhəti 
üçün təhlükəli olmamalıdır.
Kənd təsərrüfatında istifadə olunan suyun keyfiyyəti məh­
sulun  keyfiyyətini  pisləşdirilməməli  torpağı  şoranlaşdırmamalı 
və bitkilər üçün zərərsiz  olmalıdır.
İçməli  və  mədəni-məişət  məqsədi  üçün  istifadə  olunan 
suyun keyfiyyəti ən yüksək tələbatlara cavab verməlidir.  Bu tə­
ləblər Azərbaycan  Səhiyyə Nazirliyi tərəfindən qəbul  və təsdiq 
olunmuş qərarlarla təsbit edilmişdir.
Yerüstü  sulann  çirkab  suları 
çirklənmədən  mühafizə 
qaydalarına uyğun  təyin  edilir.  Həmin  qaydalara əsasən  suyun 
keyfiyyətinə tələblər aşağıdakılardır:
)  çirkab sular su hövzələrinə atılarkən, hövzədəki  suyun 
temperaturu yaydakı maksimal temperaturdan 3°C-dən çox art­
mamalıdır;  balıqçılıq  təsərrüfatı  üçün  suyun  temperaturu  təbii 
temperaturdan 5°C-dən çox artmamalıdır;
138
)  sudan  gələn  iyin  və  dadın  şiddətliliyi    baldan  artıq 
olmamalıdır,  bundan  əlavə  həmin  iy  və  dad  balığa  keç­
məməlidir;
3)  turşuluğu 6,5 <  pH < 8,5 həddində olmalıdır;
4)  mineral qalığı  1000 mq/l-də çox olmamalıdır;
5)  çirkab sular atılarkən sudakı oksigenin miqdarı 4 mq/1- 
dən  az  olmamalıdır  (ilin  hər  vaxtı  gündüz  saat 
1 2 -yə  qədər 
götürülən  su  nümunəsində);  balıqçılıq  təsərrüfatında  istifadə 
edilən sudakı oksigenin miqdarı 
 mq/l-dən az olmamalıdır;
Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin