Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   23

Suyun dövr etməsi.
Su  biosferin  əsas  hissəsini  təşkil  edir.  Bütün  canlı  orqa­
nizmlərin  tərkibinin 90% -i  sudan ibarətdir.  Yer üzərində su 
okeanlarda,  buzlaqlarda,  çaylarda,  göllərdə,  digər su  hövzə­
lərində,  litosferin  yuxarı  hissəsində  məsamələrdə  və  s. 
yerləşir.
42
Su bütün mənbələrdən  buxarlanaraq atmosferə  qalxır, 
orada  kondensasiya  olaraq  son  nəticədə  çöküntü  forma­
sında  su  obyektlərinə  qayıdır.  Bu  proses  “Suyun  böyük 
dövretməsi”  adlanır.  Buxarlanaraq  öz  mənbəyinə  qayıt­
mayan,  lakin  digər sahəyə çökən suyun dövrü  “Kiçik  dövr­
etmə” adlanır.
Biosenoz  həddində  suyun  dövretməsində  “Tutm a”, 
“transpirasiya”, “infiltrasiya” və “yığılma” proseslərinin bö­
yük  əhəmiyyəti  vardır.  “Transpirasiya”  qrunt  sularının  bir 
hissəsinin  buxarlanaraq  atmosferə  qayıtma  prosesidir. 
“Tutma”  düşən  çöküntünün  yer  üzərinə  çatmamış  bitkilər 
tərəfindən  tutulmasıdır.  «İnfiltrasiya»  torpaq  üzərində  olan 
suyun  torpağa  hopmasıdır.  “Yığılma”  dedikdə  torpağın 
səthində toplanan su başa düşülür.
Müasir  şəraitdə  ekologiya  həyat  üçün  zəruri  olan  bir 
elmi  fənn  hesab  edilir.  Ekosistem  ekologiyanın  əsas  funk­
sional vahididir.  Bü  haqda  müxtəlif təyinatlar  olsa  da  belə, 
onların hamısının mənası eynidir.  Y.Oduma görə «Canlı or­
qanizm  və onları  əhatə edən  cansız  aləm  bir-birindən  ayrıl­
maz olaraq həmin sahədə daima qarşılıqlı əlaqədə və fəaliy­
yətdədir.  Bunlar  arasında  olan  enerji  axını  onların  biotik 
strukturunu,  maddələrin  dövri  sistemini  dəqiq  müəyyən­
ləşdirir.  Bax bu münasibət ekoloji sistem deməkdir».  Deməli 
ekoloji  sistemi  canlı  aləmlə  onların  məskunlaşdığı  mühit 
arasında olan  birgə  fəaliyyət  təşkil edir.  Bunlarda  maddələr 
və enerji mübadiləsi qarşılıqlı olaraq baş verir.
Ekosistem  anlayışı  birinci  dəfə  olaraq  ingilis  alimi 
A.Tensli  tərəfindən  təklif  olunmuşdur.  Lakin  orqanizmlə 
mühitin  birgəliyi  konsepsiyası  çox  qədimdən  məlum  ol­
muşdur.
XX  əsrin əvvəllərində  belə  bir  ideya inkişaf etdirilmişdir 
ki,  mühitdən  asılı  olmayaraq  təbiətdəki  fəaliyyətlər  eyni 
qanunauyğunluqla  baş  verir.  Məsələn,  dəniz  suyu,  yeraltı 
su, içməli su təbiətcə vahidlik sistemi təşkil edir.
43

Ekosistemin ekologiyası  adlı yeni  bir  sistemin yaranması 
ümumi sistem  və sistemli  analizə  olan  təlabatdan  irəli gəlir. 
Bu  sistemin  baniləri  C.E.Xatçinski,  R.Marqelf,  K.Uatt, 
V.Petten, Y.Odum sayılır.
Sistem  nədir?  Sistem  müəyyən  tərzdə  bir-biri  ilə əlaqədə 
və qarşılıqlı təsirdə olan elementlərin birliyidir.
Sistemin  hissələri  onun  elementləri adlandırılır.  Sistemin 
elementləri  fiziki,  kimyəvi,  bioloji  və  ya  qarışıq  şəkildə  ola 
bilər.
Sistemin strukturunu elementlərin qarşılıqlı təsir münasi­
bətləri  təyin  edir.  Qarşılıqlı  təsirin  özü yeni  sistemin yaran­
masına səbəb ola bilər.
Sistemin əsas xüsusiyətlərindən biri elementlərin ierarxik 
tabeçiliyidir (aşağı rütbələrin yuxarı rütbələrə tabe olması).
Ekologiyada elementar vahid fərdin populyasiyasıdır.
Görkəmli  alim  Q.T.Mustafayevə  görə  «Bioloji  növün 
konkret  ərazidə  yerləşən,  çoxlu  nəsillər  boyunca  real 
imkanlar əsasında  bir-birilə sərbəst cütləşib öz sayını tənzim 
edə bilən coğrafi, ekoloji və etoloji sədlər ilə bir-birindən az- 
çox ayrılan fərdlər qrupuna  populyasiya deyilir.
Populyasiyanı  cins,  yaş,  ərazi  və  digər  növ  strukturlara 
ayırırlar.  Yaşa  görə  populyasiya  növü  əsas  göstəricilərdən 
biridir.  Uzunömürlü  populyasiyalar  normal,  doğub-törəmə 
prosesinə təsir edən mənfi faktorlar olduqda tezqocalma baş 
verən  populyasiyalar  reqressiv  və  ya  ölən  populyasiya  ad­
lanır.  Cavan  populyasiya  «tətbiqolunan»  populyasiya  ad­
lanır.  Bu növ populyasiyalar təhlükə yaratmır, onların artım 
ehtimalı  yüksək  olur,  lakin  onların  trafiki  və digər əlaqələri 
tam  formalaşmış  olmur.  Əgər  populyasiya  normal  və  ya 
normal  vəziyyətə  yaxınsa,  onda  insanlar  həmin  populyasi- 
yadan  istənilən  qədər  biokütlə  götürə  bilər.  Bu  zaman  po- 
pulyasiyanın törəmə müddəti və vaxtı nəzərə alınmalıdır.
Populyasiyanm əsas  xüsusiyyətlərindən biri onun fərdlə- 
rinin  sayının  dinamikası  və  tənzimlənmə  mexanizmidir.
44
Fərdlərin  sayının  optimal  saydan  fərqlənməsi  onun  möv­
cudluğuna  təsir  edən  mənfi  təsirdən  asılıdır.  Adətən  popul­
yasiya mühitəalışma mexanizminə malik olur.  Bu xüsusiyyət 
onun optimal saydan artıq və ya az olmasını yaradır.
Hər populyasiya və növ «biotik potensial» xüsusiyyətinə 
malikdir.  Yəni  hər  bir  cüt  fərddən  bioloji  olaraq  yeni  nəsi 
yaranmalıdır.  Orqanizmin  yaranma  (təşkil)  səviyyəsi  aşağı 
olduqca  biotik  potensial  yüksək  olur.  Məsələn droj  kletka- 
ları  bir  neçə saatda  sürətlə  artaraq yer üzərini  tuta bilər.  İri 
orqanizmlər  az  biotik  potensiala  malik  olduqları  üçün 
onların artımı uzun illər çəkir.
Populyasiya fərdlərinin sayının kəskin artması «populya­
siya  dalğası»,  «həyat  dalğası»,  «say  dalğası»  adlandırılır. 
Belə dalğanın səbəbi hələ tam  aydınlaşdırılmamışdır. Bəzən, 
bunu  iqlim  şəraiti,  yem,  bəzən  də  günəşin  aktivliyi  ilə  izah 
edirlər.
Populyasiyanm  dinamikasını  fərdlərin  sıxlığından  ya 
asılı  və  ya  da  asılı  olmadığını  qeyd  edirlər.  Sıxlıqdan  asılı 
olmamaq  abiotik  faktorun  nəticəsi  kimi  qəbul  edilir  (hava, 
yem,  katastrof və  s.).  Bu  faktorlar  nəticəsində  populyasiya 
həm  arta,  həm  də  azala  bilər.  Hətta  onların  sayı  sıfra  bə­
rabər  ola  bilər.  Belə  faktorlar  «modifikasiya  olma»  (lat. 
modifikasiy a-dəy işmə) adlandırılır.
Populyasiyanm  dinamikasının  sıxlıqdan  asılılığı  «biotik 
faktorun» nəticəsidir.  Bunu «tənzimolunan» adlandırırlar.
Populyasiya və populyasiyaya  oxşarlar  assosiasiya  və  ya 
birlik sistemaltlarım yaradırlar.  Elə buna görə də ekoloji ele­
mentləri  ekoloji  populyasiya,  birlik  ekologiyası  və  biose­
nozların  ekologiyasına  ayırırlar.  Buradan  belə  nəticəyə  gəl­
mək  olar  ki,  ekosistemin  tam  xüsusiyyətlərini  başa  düşmək 
üçün  göstərilən  elementlər  arasında  əlaqə  və  onların  birgə 
fəaliyyətini müəyyən etmək lazımdır.
Hər  bir  ekosistem  açıq  ekosistem  adlandırılır.  Yəni  o, 
enerji almaq və vermək qabiliyyətinə malik olmalıdır.
45

Hansı  ekoloji  sistem  olursa  olsun  onun  yaşaması  üçün 
cansız  təbiət-produsent  -   konsument-redusent  və  yenə  də 
cansız təbiət dövriyyəsi lazımdır.
Yer  üzərində  müxtəlif  təbii  bölmələrdə  xeyli  miqdarda 
ekosistemlər  mövcuddur.  Lakin  onlar  haqqında  tam  hər­
tərəfli informasiyalar yox dərəcəsindədir.
Ekoloji  sistemləri  əsasən  yaranma  səbəbinə  görə  iki 
qrupa bölürlər:  təbii və antropogen ekosistemlər.  Uzun illər 
boyu  təbii  seçmə  nəticəsində  təkamül  etməklə  əmələ  gələn 
sistem  təbii  sistem  adlandırılır.  Təbii  sistem  zəngin  və  da­
vamlı  sistemdir.  Antropogen  ekosistem  insanlar  tərəfindən 
müəyyən müddət  ərzində  yaradılan  daima  qayğı  tələb edən 
qısa dövrlü ekoloji sistemdir.
Ekosistemin  komponentlərinin  üzvlərinin  çox  olması 
onun uzunömürlü və dayanıqlı olmasına səbəb ola bilər. Bu 
baxımdan  Biosfer  ən  böyük  və  davamlı  ekosistem  hesab 
edilə bilər.
Ekosistemlərin  fəaliyyət  göstərmələri  üçün  onlar  özün­
dən  enerji  ayırmaqla  maddələrin  dövri  sistemi  ilə  əlaqədar 
olmalıdır.  Ekosistem  eyni  zamanda xarici  təsirə müqavimət 
göstərmək  qabiliyyətinə  malik  olmalıdır.  Bu  mexanizmləri 
açıqlamaq  üçün  ekosistemlərin  aşağıdakı  struktur və  digər 
xüsusiyyətləri ilə tanış olaq.
Ekosistemin  blok  modeli.  Hər  bir  ekosistem  iki  blokdan 
ibarətdir.  Bunlardan  biri  canlı  orqanizmlərin  kompleks  şə­
kildə qarşılıqlı əlaqəsidir  (biosenoz).  İkinci,  mühit  blokudur 
(biotop və ya ekotop).  Belə olan halda:
Ekosistem  = biosenos + biotop (ekotop)
V.H.Sukaçov  bloklar  modelini  aşağıdakı  sxem  şəklində 
vermişdir.
Göründüyü  kimi  biogeosenoz  özündə  bütün  blokları 
cəmləşdirir.  O  cümlədən  bitki  aləmində  biosenoza  daxil
46
edilir.  Bitki  aləminin  ekosistemdə  mövcud  olmadığı  hala 
rast  gəlmək  olar.  Lakin  belə halda  bitkilərin çürüntülərinin 
sistemdə  iştirakı  mövcud  olur.  Deməli,  ekosistem zoosenoz 
və  mikrobosenozdan  ibarət  olaraq  maddələrin  dövri  sis­
temini yarada bilər.  Buradan belə bir  nəticə əldə etmək olar 
ki,  «Hər  bir  biogeosenoz  ekosistem  adlandırıla  bilər.  Lakin 
hər bir ekosistem biogeosenoz adlandırıla bilməz».
Biogeosenoz  və  ekosistemi  bir-birindən  zaman  faktoru 
fərqləndirir.  Lakin  bununla  belə  bu  məvhumlara  sinonim 
kimi baxılmır.
Sxem 1.
Biogeosenoz
(ekosistem)
Hidravliki  faktorlar 
(hidrotop)
EKOTOP (BİOTOP)
________3!__________
◄------------------------------- to
----------------------------
İqlim faktoru
Torpaq faktoru
(klimatop)
(edafotop)
Bikti  aləmi
◄---------------------►
Heyvanat aləmi
(fitosenoz)
------------*----- -----------
(zoosenoz)
------------------------- ф---------
BİOSENOZ
Mikroorqa-nizmlər
(mikrobosenoz)
47

Ekosistemin  növ  strukturu.  Növ  strukturu  dedikdə  eko­
sistemi  təşkil  edən  növlərin  sayı  və  onların  sayları  arasında 
olan fərqlər nəzərdə tutulur.  Ekosistemdə növlərin sayı haq­
qında  dəqiq  məlumat  yoxdur.  Bu  ekosistemdə  100-lərlə 
kiçik  orqanizmlərin  olması  ilə  izah  olunur.  Növlər müxtəlif 
olduqda  eksosistemdə  şərait  geniş  olur.  Növlərin  müxtə­
lifliyi  həmçinin  eksosistemin  yaşından  asılıdır.  Yeni  ya­
ranmış ekosistem yaşa dolduqda onlarda növlərin sayı artır. 
Yüksək  dərəcədə  formalaşmış  ekosistemdə  çoxluğu  təşkil 
edən  növlər  dominantlar  adlandırılır  (latınca  dominantis  -  
hakim).  Dominantlarla  yanaşı  edifikatlar  (latınca  edifika- 
tor-inşaatçı) da mövcuddur.  Bunlara əsasən mühiti yaradan 
növlər  aid  edilir.  Adətən  dominant  növ  edifikator  adlandı­
rılır.  Məsələn  küknar  meşəsində  küknar  dominant  olmaqla 
bərabər yaratdıqları mühitə görə edifikatordur.
Növ  müxtəlifliyi  ekosistemin  ən  əsas  xüsusiyyətlərindən 
biridir.  Növlərin  müxtəlifliyi  sistemdə  dayanıqlığı mühafizə 
etmə  qabiliyyətinə  malik  ola  bilər.  Azlıq  təşkil  edən növlər 
müəyyən  şərait  yarandıqda  öz  saylarmı  artırıb  mühitdə  do­
minantlıq yaradırlar.
Növ  strukturu  adətən 
bitki  aləmində  onun  yarada 
biləcəyi xüsusiyyətləri öyrənmək üçün istifadə olunur.
Ekosistemin  «Trofiki»  strukturu.  Trofika  yunanca  qida 
deməkdir.  Hər  bir ekosistem özündə bir  neçə trofiki səviyyə 
və  yaxud  bölmə  cəmləşdirir.  Birinci  səviyyə  bitkilər  tərəfin­
dən  yaradılan  səviyyədir.  Bu  səviyyə  avtotrof  və  yaxud 
«produsent» adlandırılır.  İkinci səviyyə heyvanlar tərəfindən 
yaradılan  səviyyədir.  Bu  səviyyə  heterotrof  və  ya  «konsu- 
mentlər»  adlandırılır.  Axırıncı  səviyyəyə  ölmüş  maddələrlə 
qidalanan  mikroorqanizmlər və göbələklər daxildir.
Trofık  səviyyələr  arasında  olan  qarşılıqlı  əlaqə  trofiki 
zəncir  və  ya  yem  zənciri  adlandırılır.  Bu  əlaqənin  əsas  xü­
susiyyəti  maddələrin  dövri  sisteminin  yaradılmasından  və
48
onlarda  olan  üzvi  birləşmə  enerjisinin  ayrılmasından  iba­
rətdir.
Ekosistemdə orqanizmlərin əlaqələri.  Həyatda heç bir or­
qanizm ətraf mühit və digər  orqanizmlərlə əlaqəsiz  yaşaya 
bilməz.  Orqanizmlər  arasmda  qarşılıqlı  əlaqə  onların  qida­
lanmaları  əsasında  yaradılır.  Buna  görə  də  əlaqələr  qida  və 
ya «trofiki» əlaqə adlandırılır.
Eyni  məkandan  yaşayış  üçün  istifadə  əlaqəsi  «trofık» 
əlaqə  adlandırılır.  Məsələn,  heyvan  və  bitkilərin  birgə  məs­
kunlaşması.  Əgər  bir  orqanizm  başqalarının  yayılmasında 
iştirak edirsə bu «forik» əlaqə adlandırılır (toxum).
Bir  orqanizm  tərəfindən  digərinin  məhsulları  istifadə 
olunarsa  belə  əlaqə  «fabrik»  əlaqəsi  adlandırılır  (yuvaların 
tikilməsi).
Orqanizmlər  arasında  qarşılıqlı münasibətlər bir orqaniz­
min digəri ilə təmasından yaranan əlaqələrdən ibarətdir.  Ri­
yazi işarələrlə bu əlaqələr «+», «-» və «0» kimi qeyd olunur.
Əgər  qarşılıqlı  münasibətlər  hər  iki  tərəf  üçün  əlverişli- 
dirsə  (+,+)  belə münasibətlər  «simbioz»  və ya  «mutualizm» 
adlandırılır.
Əgər  qarşılıqlı  münasibətlər  bir  tərəf  üçün  əhəmiyyətli 
(+) digər tərəf üçün ziyandırsa (-) onda bu münasibət «para- 
zitizm» (+, -) adlandırılır.
Hər  iki  tərəf  üçün  sərfəli  olmayan  qarşılıqlı  münasibət 
(-,-) «rəqabət» adlandırılır.
Əgər  qarşılıqlı  münasibət  biri  üçün  əlerişli  digəri  üçün 
fərq  etməzsə  (+,  0)  belə  münasibətlər  «kommensalizm» 
adlandırılır.
Bir  tərəf  üçün  sərfəsiz,  digər  tərəf  üçün  fərqi  olmayan 
(-,  0)  münasibət  «amensalizm»  adlandırılır.  Hər  iki  tərəf 
üçün  fərqi  olmayan  (0  -   0)  münasibətlər  «neytralizm»  ad­
landırılır.
Bütün  canlı  orqanizmlər  doğulduğu  gündən  enerji  ay­
rılması  və enerji  daşıması  prosesi  ilə  ömürlərini  başa vurur­
49

lar.  Bu  baxımdan ekologiyanın əsas məsələlərindən  biri işıq 
ilə ekosistem arasında olan əlaqəni öyrənməkdən ibarətdir.
Yer üzərinə günəş işığının 47%-i gəlib çatır. Bu işıq axını­
nın  təxminən yarısı fotosintezin əsasını  təşkil  edən enerjidir. 
Bu dalğaların uzunluğu 380-750 nm təşkil edir.  Bu enerji Fo- 
tosintetik  Aktiv  Radiasiya  adlanır.  Günəş  radiasiyasının 
40%-ə  yaxınını  məhz  bu  radiasiya  təşkil  edir.  Qalan  spektr 
ultrabənövşəyi  və  infraqırmızı  radiasiyalara  aid  edilir  ki, 
bunlar da istilik effekti ilə əlaqədardır.
Adətən  bitkilər  fotosintez  üçün  günəş  radiasiyasının 
1%-ə  qədərindən  istifadə edirlər.  Bəzi  ekosistemlərdə  bu rə­
qəm 3-5%-ə  qədər çatır (tropik meşələr, qarğıdalı tarlaları).
Bitkilər  digər  orqanizmlərin  enerji  ilə  təminatçısı  hesab 
edilir.  Enerji  bir  trofiki  səviyyədən  digərinə  qida  vasitəsilə 
keçir.  Konsumentlər  tərəfindən  qəbul edilən qida  şəklindəki 
enerji onun həyatı  üçün  sərf olunur.  Qəbul olunan enerjinin 
bir hissəsi orqanizmlər  tərəfindən ifraz  olur,  digər hissəsi isə 
orqanizmin tələbatına uyğun onun özündə cəmləşir.
Qida  və  enerji  balansı  heyvanat  aləmi  üçün  belə  ifadə 
olunur.
Eq  = 
E
n
 
+ Ein +Exo 
burada Eq  - qida ilə alınan enerji;
E
n
 
-  nəfəs alma, hərəkət, ürək döyünməsinə sərf 
olunan enerji,-
Ein  -   inkişafa  (orqanizm  tərəfindən  saxlanılan) 
sərf olunan enerji;
Exo  xaric olan maddələrə sərf olunan enerji.
Orqanizm  tərəfindən  sərf olunan  enerji  müxtəlif period- 
larda müxtəlif olur. O,  bəzən  orqanizmdə  toplanır,  bəzən isə 
tam  sərf  olunur.  Enerjinin  bir  trofıki  səviyyədən  digərinə 
keçidi  qəbul  edilən  qida  enerjisinin  10%-ni  təşkil  edir.  Bu 
ekologiyada «on faiz qaydası» adlandırılır.
Ekosistem  və  biosfer  bütünlükdə  termodinamikanm  qa­
nunlarına  tabe  olaraq  onlarla  tənzim  olunurlar.  Canlı  alə­
50
min  bu  baxımdan  cansız  aləmdən  fərqi  ondan  ibarətdir  ki, 
canlı orqanizmlər «özünübərpa» xassəsinə malikdirlər.
Ekosistemdə  enerji çevrilməsini yaxşı anlamaq üçün ter- 
modinamikamn birinci və ikinci qanunlarına nəzər salaq.
Termodinamikanm  birinci  qanunu  və  yaxud  enerjinin 
saxlanılması qununu: Enerji bir formadan digərinə keçə bilər, 
o,  nə  yox  olur  nə  də  yenidən  yaranır.  Termodinamikanm 
ikinci  qanununda  deyilir:  Öz-özünə  çevrilmədə kinetik  ener­
jinin potensial enerjiyə çevrilməsi 100%-dən aşağı olur. Başqa 
sözlə  desək  enerjinin  öz-özünə  çevrilməsi  prosesi  mərkəz­
ləşdirilmiş şəkildə yox, səpələnmiş şəkildə olur.
Termodinamikanm  ikinci  qanunu  «entropiya»  ilə  əla­
qədardır.  «Entropiya»  latınca «entrofa»  -  çevrilmə,  dönmə 
deməkdir.  Entropiya  dedikdə  əlaqəli  enerjinin  yayılaraq 
istifadə üçün  əlçatmazlığının ölçüsü kimi başa düşülür.
Ekosistem  enerji  çevrilməsini  tənzimləmə  qabiliyyətinə 
malikdir.  O,  həmişə  bu  prosesdə entropiyanın  minimal  həd­
də saxlanılmasına çalışır.
Hər  bir  ekosistem  xarici  mühitin  dəyişməsinə  uyğun­
laşmaq  üçün  daima  dinamiki  vəziyyətdə  olur.  Bu  dinamiki 
vəziyyət  ekosistemin  ayrı-ayrı  bölmələrinə  və  yaxud  bütün­
lükdə  sistemin  özünə  aid  edilə  bilər.  Bu  zaman  dinamika 
ekosistemə təsir edərək onun dəyişməsinə və ya yenisinin ya­
ranmasına təsir edən  faktorlara uyğunlaşma ilə əlaqədar ola 
bilər.
Dinamikanın  ən  sadə  növü  sutkalıq  dinamikadır.  Bu 
bitki  aləminin  fotosintezi  və  suyun  buxarlanmasının  sutka 
ərzində  dəyişməsi  ilə  əlaqədardır.  Dəyişmələr  mövsüm  xa­
rakterli  olduqda  orqanizmlər  dəyişmələrə  daha  aktiv  meyl 
göstərirlər.  Dinamika  vaxtaşırı  təkrar  olunduğu  üçün  o, 
dövri  dinamika  adlanır.  Ekosistemin  inkişafına  təsir  edən 
dinamika istiqamətlənmiş dinamika adlandırılır.
Dövri təkrar olan dinamika, tsiklli, dəyişən və ya «fuluk- 
tuasiya» adlandırılır.  İstiqamətlənmiş dinamika ekosistemin
51

inkişaf dinamikası  adlandırılır.  Bu dinamika  ekosistemin və 
ya  biosenozun  dəyişməsi  ilə  nəticələnir.  Bu  proses 
«suksessiya» adlandırılır.
«Suksessiya» iki hissəyə ayrılır -  ilkin və ikinci.
İlkin  «suksessiya»,  inkişafını  yaşayış  mövcud  olmayan 
obyektdən başlayır.
İkinci «suksessiya» isə yaşayış «sıfır» olan nöqtədən yox, 
ekosistemin  dağılması  və  ya  digər  dəyişikliklərdən,  həyat 
tərzinin dəyişməsindən yaranır.
«Suksessiya»  prosesinin  gedişatı  üçün  aşağıdakı  ümumi 
qanunauyğunluq mövcuddur.
1.  «Suksessiya»  inkişafının  ilk  dövrlərində  onların  növ 
müxtəlifliyi,  məhsuldarlığı  və  bioloji  kütləsi  cüzi  olur. 
Suksessiyanm inkişafı ilə bu göstəricilər artır.
2.  «Suksessiya» cərgələri inkişaf etdikcə orqanizmlər ara­
sında qarşılıqlı əlaqə artır.
3.  Ayrı-ayrı  növlərin  sayının  kəskin  artması  ehtimalı  az 
olur.
4.  Maddələrin  dövretməsi,  ekosistemin  nəfəs  alması  və 
enerji prosesləri intensiv olur.
5.  «Suksessiya»  prosesinin  sürəti  orqanizmlərin  yaşayış 
müddətindən və ekosistemin fəaliyyətindən asılı olur.
6.  «Suksessiya»  prosesinin  sona  çatması  dinamiki  yox, 
tədrici xarakter daşıyır.
Ekosistemin  öz-özünii  təmizləmə  sistemi.  Ekoloji  sistem 
və  onun  ayrı-ayrı  mühitləri  özünü  təmizləmə xassəsinə  ma­
likdirlər.
Suda,  havada  və  torpaqda  baş  verən  özünütəmizləmə 
mexanizmi bir-birindən kifayət qədər fərqlənir.
Atmosferin  özünütəmizləmə  qabiliyyəti  onun  surətlə 
hərəkət etməsi, sıxlığa malik olması,  torpaq və su mühitlərilə 
kontaktda  olması  ilə  əlaqədardır.  Bu  xüsusiyyətinə  görə 
atmosferə  daxil  olan  çirkləndiricilər cazibə  qüvvəsinin  təsiri 
ilə ya suya,  ya da torpağa düşərək dövri sistemə qoşulurlar.
52
Atmosfer  ozonun,  ulturabənövşəyi  şüaların,  atmosfer  çö­
küntülərinin,  foto-kimyəvi  proseslərin  və  digər  mexanizm- 
lərin  təsiri ilə  də zərərli maddələrdən  təmizlənmə xüsusiyyə­
tinə  malikdir.  Havada  yaranan  durum  bəzən  onun  özünü 
təmizləmə prosesinə mənfi təsir göstərir.
Su  və  torpaq  mühitlərinin  özünütəmizləmə  qabiliyyəti 
canlı  orqanizmlərin  fəaliyyətləri  ilə  əlaqədardır.  Bu  orqa­
nizmlər çirkləndirici maddələri sadə kimyəvi elementlərə qə­
dər  parçalayaraq  öz  bədənlərində  toplayır  və  onları  dövri 
hərəkətə qoşurlar.
Oliqotroflar  (yoxsul  həyat)  alçaq  parçalanma  və  aşağı 
özünütəmizləmə potensialına malikdirlər.
Evtroflar  (varlı  həyat)  yüksək  parçalanma  və  özünütə­
mizləmə potensialına malikdirlər.
Mühitin  çirklilik  dərəcəsi  onun  özünütəmizləmə  qabiliy­
yətinə mənfi  təsir göstərir.  Su mühiti  belə təsirə daha  həssas 
olur.  Bu hal  suyun  tərkibində olan  oksigenin  xarici  təsirdən 
tez  müddətdə  asan azalması  ilə izah  edilir.  Ona  görə  də su­
yun  təmizlənməsi  zamanı  ilk  növbədə  onun  oksigenlə  zən- 
ginləşdirilmə prosesi aparılır.  Suyun  özünütəmizləmə prose­
sinə  mənfi  təsir  edən  əsas  amillərdən  biri  də  onun  atmosfer 
çöküntüləri ilə turşululuğunun artmasıdır.
Torpaq suya  nisbətən yüksək özünütəmizləmə qabiliyyə­
tinə malikdir.
Torpağın  özünütəmizləmə  prosesinə  onun  sıxlığının  art­
ması,  ağır  metallarla  çirklənməsi,  tərkibindəki  suyun  və 
turşunun çox olması mənfi təsir göstərir.
Süni  yaradılan  mühitlərdə  özünütəmizləmə  prosesinin 
sürəti  aşağı  olur.  Bu  əsasən  həmin  mühitlərin  kimyəvi,  bio­
loji,  səs-küy  və  digər  çirkləndiricilərinin  birgə  təsiri  ilə  izah 
edilir.
Mühitin  çirkləndirilməsinin  buraxılabilən  qatılıq  həddi 
(BBQ).  Müvafiq  bölmələrdə  buraxılabilən  qatılıq  haqqında 
məlumat  verilmişdir.  BBQ  həddində  hər  hansı  bir  zərərli
53

maddə  insana və  onun  nəslinə  birbaşa  və ya  bilavasitə təsir 
etdikdə  onlarda mənfi dəyişikliklər yaranmır.
Suda, torpaqda və qida məhsullarında çirkləndirici mad­
dələrin BBQ aşağıdakı cədvəllərdə verilmişdir.
Cədvəl  1.
Su hövzəsində, mq/m3 suda
Maddə
Sanitar məişət
Balıq təsərrüfatı
Civə
0,0005
0,001
Qurğuşun
0,03
0,1
N eft məhsulları
0,001
0,001
Benzol
0,5
0,5
Anilin
0,1
0,5
Xlorofos
0,05
0,0
Cədvəl  2.
Torpaq və qida məhsullarında, mq/kq məhsulda
Maddələr
Torpaq
D ənli bitkilər
Çörək
Tərəvəz
Çivə
2,1
0,03
0,02
0,05
Mışyak
2,0
0,2
0,2
0,2
Qurğuşun
32,0
0,3
0,3
Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin