Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746


Şəkil  9.  Ekoloji hüququn əsaslan



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə22/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

Şəkil  9.  Ekoloji hüququn əsaslan 
(Nuriyev, Əsgərov, Əhmədov, 2003).
-  ekoloji  qanun pozuntularına görə məsul və günahkar 
şəxslərin məsuliyyətə cəlb edilməsini tələb etmək.
Ekoloji  qanunların  yerinə  yetirilməsi  bütün  dövlət 
orqanları  sistemi,  ekoloji  ekspertiza  təşkilatları,  qorunan 
ərazi və obyektlərin təşkili vasitəsilə həyata keçirilir.  Sonun­
cular  ərazi-qoruq  fondunu  əmələ  gətirir,  bunlar  biosfer
343

qoruqdan,  yasaqlıqlar,  milli  təbii  parklar,  təbiət  abidələri, 
«Qırmızı  kitaba»  daxil  edilmiş  nadir  və  nəsli  kəsilməkdə 
olan bitki və heyvan növlərindən ibarətdir.
Ekoloji  mədəniyyətin  formalaşmasında  əsas  vəzifə­
lərdən biri məqsədyönlü ekoloji təhsilin olmasıdır.
Ekoloji  təhsilə  ehtiyac  insan  həyatı  üçün  əlverişli  mü­
hitin  təmin  edilməsinə  olan  zərurətdən  yaranmışdır.  Ətraf 
mühitin  keyfiyyəti,  sağlamlığı  -   insanın  əsas  hüququnu  və 
sivilizasiyanın  inkişafnın  əsas  məqsədini  müəyyən  edir. 
İnsanın  mövcudluğu  və  inkişafı  üçün  zəruri  olan  təbii 
zəminsiz  bütün  sosial  məsələlər  Öz  əhəmiyyətini  itirir.  Ona 
görə də ekoloji təhsil təkcə təhsil  sisteminə daxil olmaqla ki­
fayətlənməməli,  onun  əsas  hissəsinə çevrilməlidir.  Əgər ədə­
biyyat və  tarix,  mədəni dəyərlərin,  təbiətşünaslıq təbii qanu­
nauyğunluğun  mənimsənilməsi  üçün  lazımdırsa,  ekoloji 
təhsil  təbiətə  həqiqi  insani  münasibətin  formasından 
ötrüdür,  spesifik  sosial-təbii  qanunauyğunluqları  və  dav­
ranışların normativlərini mənimsəmək  üçündür.  Bununla da 
gələcəkdə insanın mövcudluğu və inkişafı mümkündür.
Ekoloji  münasibətlər  sisteminin deformasiyası,  gələcək 
qarşısında  məsulliyyət  hissinin  olmaması  ekoloji  böh­
ranların  mənbəyidir.  Ali  və  orta  məktəb  məzunlarında  və 
bütövlükdə  əhalidə  təbiətə  istehlak  münasibəti  mövcuddur; 
əhali  arasında  ətraf  mühiti  öyrənmək,  onun  yaxşılaşdırıl­
masında  iştirak  etmək  tələbi  də  öz  inkişafını  tapmamışdır. 
Ona  görə  də  ekoloji  təhsilin  məqsədi  təbiətə  məsulliyyət 
münasibətinin formalaşdırılmasıdır.
Ekoloji  təhsil  dedikdə  ümumi  ekoloji  mədəniyyətin, 
ekoloji  məsuliyyətin  formalaşmasına  yönəlmiş  fasiləsiz 
təhsil,  tərbiyə  və  inkişaf prosesi,  planetimizin  hər  sakininin 
ekoloji məsuliyyəti başa düşülür.
Bunula  əlaqədar  olaraq,  pedaqoji  işçilərin  beynəlxalq 
ekoloji  təhsili  ümumtəhsil  sistemində  aparıcı  istiqamət  kimi 
tanıyır,  dövlət  və  hökumətlərə  qlobal  ekoloji  böhran  şərai­
344
tində  təhsil  sahəsində  uyğun  siyasət  hazırlamağı  məsləhət 
görürlər.
Ekoloji təhsil ilə təhsil sisteminin ekologiyalaşdırılması 
bir-birindən  fərqlənir.  Onlar  qarşılıqlı  əlaqədə  olsalar  da, 
müxtəlif xarakterli  və  səviyyəli  ekoloji  biliklərin  bilavasitə 
mənimsənilməsidir.
Ekoloji  təhsil  iki  əsas  istiqamətə  ayrılır:  a)  ətraf mü­
hitin  və  insanın  mühafizəsinin  ümumi  ideyaları  ruhunda 
tərbiyə;  b)  təbii  və  antropogen  ekosistemlərin  varlığının 
ümumi  qanunauyğunluqları  haqqında  xüsusi  peşəkar 
biliklərin  əldə  edilməsi.  Hər  iki  istiqamət  qarşılıqlı  əlaqə­
dədir,  çünki  onların  arasında  ekoloji  qanunauyğunluqların 
dərk edilməsi, yanaşması prinsipləri durur.
Ekoloji  təhsillə  yanaşı  informasiya  amilinin  ekologi­
yada  xüsusi  əhəmiyyəti vardır.  İnformasiya  alınmasının  sə­
mərəli  sistemi  olmadan  müasir  cəmiyyətin  ekoloji  zid­
diyyətlərinin  həlli  mümkün  deyildir.  İnformasiya  dairəsi 
fəaliyyətin  elə  sahəsidir  ki,  yalnız  onun  vasitəsilə  ekoloji 
ziddiyyətlərin qapalı dairəsini qırmaq mümkündür.
Ekoloji  problem  müvafiq  olaraq  mövcud  informasiya 
aspektinə  malikdir.  Bura  aşağıdakı  bir  çox  məsələlər  da­
xildir:
-  təbii  mühitin  dəyişdirilməsinin  informasiya  səbəblə­
rinin  öyrənilməsi,  biosfer  hadisə  və  proseslərində  informa­
siya səbəblərinin pozulması;
- təbii mühitin vəziyyəti, ona antropogen təsir, mühitin 
çirklənməsi,  ehtiyatların  tükənməsi  və  s.  haqqında  infor­
masiyanın alınması;
- cəmiyyətin  davamlı inikşafmı təmin etmək üçün yeni 
elmi və texnoloji informasiyanın axtanlması və s.
Sadalanan  məsələlər  bütövlükdə  ekoloji  informati­
kanın  predmet  sahəsini  müəyyən  edir.  Ekoinformatikada 
geoekoinformatika  və  sosioekoinformatika  bir-birindən 
fərqləndirilir.
345

Geoekoinformatika  təbiətdən  istifadənin  səmərəliliyini 
artırmaq  və  təbii  mühitin  vəziyyətinə  nəzarət  məqsədilə 
biosfer  və  ekoloji  tədqiqatların  informasiya  təminatını 
yerinə yetirir.
Hazırda  biosferə  dair  informasiyanın  böyük  hissəsi 
Yerin  süni  peykləri  vasitəsilə  alınır.  Bu  halda  landşaftın 
elementləri,  bitki  örtüyü, çirklənmiş  ərazilər və s.  daha  aylın 
görünür.
Qlobal  səviyyədə  təbii  mühitin  vəziyyəti  üzərində 
nəzarət  BMT  strukturları  vasitəsilə  həyata  keçirilir.  Cə­
miyyətin  təbii  mühitdə  ekoloji  qarşılıqlı  əlaqəsinin  məzmun 
və forması təbiət  haqqında əldə  edilmiş  biliklər  və təbiətdən 
praktiki  istifadə  ilə  müəyyən  edilir.  Bütün  bunlar  sosioeko- 
informatikanm  məzmununu  təşkil  edir.  Bura  elmi  infor­
masiyanın  inkişaf problemləri  də  daxil  edilir.  Belə  ki,  son 
nəticədə elmin əsas funksiyası cəmiyyətin həyat fəaliyyətinin 
müxtəlif  tərəflərini  təmin  etmək  üçün  lazım  olan  infor­
masiyanı əldə etməkdir.
İnformasiya  texnologiyasının 
kütləvi 
tətbiqi 
ilə 
cəmiyyətlə təbiət  arasında qarşılıqlı münasibətlərin ekstensiv 
tipindən intensiv tipinə keçid üçün real imkanlar yaranır.  Bu 
zaman  ictimai  istehsala  cəlb  olunmuş  təbii  ehtiyatlarından 
səmərəli  istifadə  edilməsi,  az  enerji  və  metaltutumlu  texni­
kanın, alternativ  texnologiyanın yaradılması və ətraf mühitə 
atılan tullantıların azaldılması nəzərdə tutulur.
İnformasiyalaşdırma  cəmiyyətin  təkcə  sosial,  mədəni 
və  iqtisadi  deyil,  onun  mövcudluğunun  ekoloji  zəminini  də 
dəyişir.  İnformasiya  texnologiyasının  insan  fəaliyyətinin 
müxtəlif  sahələrində  sürətlə  tətbiqi  təbiətdən  istifadənin 
intensiv  tipinə keçidi şərtləndirmişdir.  Bu,  bizə informasiya- 
ekoloji dövrün artıq  başlandığını söyləməyə imkan verir.
Ekologiya  və  iqtisadiyyat  bir-biri  ilə  əlaqədə  olan 
anlamlardır.  İlk  baxışda  iqtisadiyyatın  ekologiya  ilə  heç  bir 
əlaqəsi  olmadığı  görünür.  Tarixi  baxımdan  da  iqtisadiyyat
346
ümumekoloji  göstəricilərə  nisbətən  sərbəst  inkişaf etmişdir. 
Lakin,  cəmiyyət  həmişə  təbii  ehityatlardan  və  biosferin 
vəziyyətindən  asılı  olmuşdur.  Sadəcə  olaraq  bu  asılılıq 
iqtisadi sistemlərdə nəzərə alınmamışdır.
İqtisadiyyatla ekologiya arasındakı dərin əlaqə insanın 
dəyişdirdiyi təbiətin insana,  onun təsərrüfatına əks təsiri üzə 
çıxandan sonra dərk edilməyə başlanmışdır.
Ekologiyalaşdırılmış  iqtisadiyyatda  istehsalın  məqsədi 
ekologiyanın  prinsipləri  və  insanların  sağlamlığı  üçün 
təhlükəsiz  olan  əmək  şəraiti  ilə  müəyyən  olunmalı,  qazanc 
qanunlarına yer verilməməlidir. Bu, o deməkdir ki, iqtisadiy­
yat  təkcə  gəlir  üçün  deyil,  ümumi  fayda  üzərində  qurul­
malıdır.
Müxtəlif  təbii  ehityatlardan  istifadə  (yəni  onların  tü­
kənməsi),  o  cümlədən  mühitin  müəyyən  dərəcədə  çirklən­
məsi  istənilən  iqtisadi  fəaliyyət  zamanı  zəruridir.  Bu  bila­
vasitə  istehsal  prosesləri  və  istehlak  ilə  bağlıdır.  Məsələn, 
atmosferə  düşmüş  dəm  qazının  miqdarı  müxtəlif  tip  av­
tomobil  mühərriklərində yandırılan  yanacağın  kəmiyyət  və 
keyfiyyətindən  asılıdır.  İqtisadiyyatçı  yeni  texnologiya  kəşf 
edə  bilməz.  Lakin  o,  texnologiyanın  dəyişməsini,  istehsalın 
ekoloji  nəticələrini  (mühitin  çirklənməsinin  azalma,  ya 
çoxalmasını,  təbii  ehtiyatların  istifadəsini)  izah  və  ya 
xəbərdarlıq edə bilər.
Dünya  iqtisadiyyatı  qarşısında  duran  ən  vacib  məsələ 
ekoloji  xərclərin  istehsal məhsullarının  maya-dəyərinə  daxil 
edilmək  yollarını  müəyyən  edilməsidir.  Əgər  xammalın  və 
hazır məhsulun  üzərinə sosial xərclər əlavə edilməsə və  isti­
fadə edilən,  həmçinin hava, su və torpaq sərvətlərinin dəyəri 
müəyyən  edilməsə, bu ehtiyatlar bundan sonra da səmərəsiz 
istifadə edilir,  nəticədə çirklənmə  dərəcəsi  artmaqda  davam 
edə bilər.
347

MÖVZU  14. AZƏRBAYCANIN MÖVCUD EKOLOJİ 
PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ 
İSTİQAMƏTLƏRİ
Bu gün bəşəriyyət qarşısında duran qlobal problemlər öz 
kəskinliyini artırdıqca onların yeni  tərzdə qavranılması və həlli 
yollarının tapılması da mürəkkəbləşir.
Cəmiyyətin  sürətlə  inkişaf  etdiyi  və  böyük  texniki 
qüvvəyə  malik  olduğu  indiki  dövrdə  təbiətlə  insan  arasındakı 
münasibət  tamamilə  pozulmuş  və  təhlükəli  hal  yaranmışdır. 
Hətta  son  zamanlar  təbiətin  istismarı  elə  bir  dərəcədə 
qüvvətlənmişdir ki, təbii  sərvətlər gözlənilmədiyindən daha tez 
tükənməyə  başlamışdır.  Təbii  sərvətlərin  mühafizəsi,  onlardan 
səmərəli  istifadə  edilməsi,  xüsusən  də  canlı  sərvətlərin  qorun­
ması  hazırda  çox  mühüm  milli  və  beynəlxalq  məsələ  hesab 
olunur.
Azərbaycan  Respublikasında  ətraf  mühitin  mühafizəsi 
məsələləri son 40 il ərzində daha da kəskinləşmişdir.  XIX əsrin 
ortalarına kimi  Azərbaycanın əksər təbii  ekosistemləri və  land­
şaft  kompleksləri  özünün  ilkin,  antropogendən  əvvəlki  forma­
larını qoruyub saxlamışdır.  Lakin son  100-150 ildə,  xüsusən də 
XX  əsr ərzində  sənayenin,  nəqliyyat  və  kənd  təsərrüfatının  in­
kişafı Azərbaycanın sosial-iqtisadi tərəqqisinə və xalqın mədəni 
yüksəlişinə  səbəb  olsa  da,  respublikanın  təbii  şəraitində  əsaslı 
dəyişikliklər üçün zəmin yaratmışdır.  Yeraltı və yerüstü  sərvət­
lərdən  intensiv  şəkildə  istifadə olunması,  iri  sənaye  müəssisə­
lərinin  inşa  edilməsi,  su  anbarlarının  tikilməsi,  kanalların  və 
kollektor-drenaj  şəbəkələrinin  salınması,  energetika  və  rabi­
tənin  inkişafı,  dağ  rayonlarına  avtomobil  yollarının  çəkilməsi, 
düzən  və  dağətəyi  ərazilərdə  meşələrin  qırılması  hesabına  ya­
şayış məntəqələrinin, əkin və  biçənək  sahələrinin  genişləndiril­
məsi  ətraf mühitə  və onun  ayrı-ayn komponentlərinə,  hava,  su, 
torpaq  örtüyünə və təbii  biosenozlara antropogen təzyiqləri  də­
fələrlə artırmışdır. Xəzər dənizi səviyyəsinin dəyişkənliyi, ozon
348
təbəqəsi  ilə  bağlı  problemlər,  qlobal  iqlim  dəyişmələri,  atmo­
sferdə  pamik  və  ozondağıdıcı  qazların  artması,  digər  irimiq­
yaslı  proseslərlə  əlaqədar  olsa  da,  onların  Azərbaycanda  törə­
diyi fəsadlar nəzərəçarpacaq dərəcədə artmışdır.
XX  əsrdə  respublika  əhalisinin  artması  da  bəzi  ekoloji 
problemlər yaratmışdır və təbii  ekosistemlərə antropogen amil­
lərin  güclənməsi  ilə  nəticələnmişdir.  Qeyd  etmək  lazımdır  ki, 
bu artım yalnız təbii artımla bağlı deyildir. Əhalinin sayı  1990- 
ci  illə  müqayisədə  1  mln  nəfərə  yaxın,  yəni  12,5%  artmışdır. 
Buna  Ermənistanda  yaşayan  azərbaycanlıların  deportasiya 
edilməsi nəticəsində 250 min nəfərə yaxın qaçqının Azərbayca­
na  pənah  gətirməsi  də  səbəb  olmuşdur.  Digər  səbəb  Azərbay­
can Respublikası  ərazisinin 20%-nin  Ermənistan silahlı qüvvə­
ləri tərəfindən işğal olunması bu ərazilərdə yaşayan 700 mindən 
çox  əhalinin  respublikanın  digər  rayonlarında məcburi  köçkün 
kimi  məskunlaşmasına gətirib  çıxarmışdır.  Bununla  da  ekoloji 
problemlərdən biri də erməni işğalı nəticəsində yaranmışdır.
Respublikamızda atmosfer hövzəsini çirkləndirən mən­
bələr  lokal  ərazilərdə  (Bakı,  Sumqayıt,  Gəncə,  Şirvan,  Min­
gəçevir)  cəmləşsə  də  bu  məntəqələrin  coğrafi  mövqeyi  və 
tullantılarının böyük həcmi ilə əlaqədar olaraq çirklənmənin tə­
siri  respublika  ərazisinin  50-60%-də  bu  və  ya  digər  dərəcədə 
müşahidə edilir.
Son on illikdə ölkə iqtisadiyyatında yaranmış bir sıra çə­
tinliklər,  o  cümlədən  sənaye  istehsalçılarımız  üçün  ənənəvi  is- 
tehlak  bazarlarının  itirilməsi  respublikamızda iri  sənaye  müəs­
sisələrinin bir qisminin dayanmasına və ya tam gücü ilə işləmə- 
məsinə  gətirib  çıxarmışdır.  Bu  iri  sənaye  müəssisələrindən  at­
mosferə qaz və  toz  şəklində atılan çirkləndiricilərin miqdarının 
mütləq  ölçülərdə  azaltsa  da,  Respublika  üzrə  çirklənmənin 
ümumi səviyyəsinə çox az təsir göstərmişdir.  Buna səbəb digər 
kateqoriyalardan  olan  çirkəndiricilərin,  nəqliyyat  vasitələrinin, 
kiçik  və  ortahəcmli  istehsal  sahələrinin  və  təmir  sexlərinin 
artması,  həmçinin  Azırbaycanm  əksər  regionlarında  vaxtarışı
349

mavi  yanacağın  olmaması  səbəbindən  əhalinin  yanacaq  kimi 
ağac  və  neft  məhsullarından  istifadə  etməsi  olmuşdur.  Təkcə 
avtomobil  mühərriklərindən  atmosferə  atılan  çirkləndiricilərin 
illik  həcmi  750  min t-u  keçmişdir.  Respublikamızın hava höv­
zəsinə  2010-cu  ildə  957  min  t  müxtəlif tərkibli  tullantılar  atıl­
mışdır.  Həmin  tullantıların  215  min t-u  stasionar mənbələrdən, 
742 min t-u isə  avtomobil nəqliyyatı tullantılarının payına düş­
müşdür.  Bu  dövrdə  ətraf mühitə  atılan  tullantıların  respublika 
üzrə  hər  adambaşına düşən  miqdarı  107 kq təşkil  etmiş  və tul­
lantıların  ərazimizin hər bir  kvadrat kilometrinə  düşən miqdarı 
2480  kq təşkil  etmişdir.  Stasionar mənbələrdən hava hövzəsinə 
atılan tullantıların  19,3 min t-u bərk (toz) formalı,  195,5 min t-u 
isə qaz və maye  formalı  tullantıların payına düşür.  Respublika­
mızın  stasionar mənbələrindən ölkənin  atmosfer hövzəsinə  atı­
lan  tullantılar  içərisində  ən  təhlükəliləri  istilik  effekti  yaradan 
qazlardır.  Həmin  qazlar içərisində karbon qazı  14,4 min t, azot 
oksidləri  11,8  min t,  metan qazı  18,3  min t, hidroflüokarbonlar 
5,6 min t, kükürd altı flüorid 0,3  min t və perflüorkarbonlar 5,6 
min t təşkil etmişdir.
Qeyd edildiyi kimi, respublikamızın hava hövzəsinə atı­
lan tullantıların  77,5%-i avtomobil  nəqliyyatı  tullantılarının pa­
yına  düşür.  Hava  hövzəsinə  avtomobil  nəqliyyatından  atılan 
tullantıların  528  min  t-u  karbon  oksidləri,  62  min  t-u  azot 
oksidləri,  102  min  t-u  karbohidrogenlər və  50  min  t-u  spesifik 
tullantılar təşkil  edir.  2010-cu ildə respublika ərazisində  fəaliy­
yət  göstərən  982,6  min ədəd  avtomobillərin  zərərli  tullantıları 
daha  çox  onların  sıx  cəmləşdiyi  iri  sənaye  şəhərlərində  ətraf 
mühitin başlıca çirklənmə mənbələri  hesab olunur.  Belə  ki, av­
tomobil  nəqliyyatı  tullantılarının  68%-i  Bakı  şəhərinin,  6,1%-i 
Gəncə  şəhərinin,  1,1 %-i  Mingəçevir  şəhərinin,  1,2%-i  Sum­
qayıt və 0,8%-i  Şirvan şəhərinin payına düşür.
Respublikamızda atmosferin  çirklənməsi  həm  də  qonşu 
ölkələrdən hava axınları vasitəsilə daxil olan 20-30 min t zərərli 
tullantılar  vasitəsilə  və  son  illərdə  “Qədim  İpək  Yolu“nun
350
bərpası  üzrə apanlan işlər nəticəsində  Bakı-Qazax yolunda yük 
avtomobillərinin  miqdarının  və  hərəkət  intensivliyinin  artması 
nəticəsində  baş  verir.  Respublikamızın  hava  hövzəsi  həm  də 
təbii proseslər (tozlu, qasırğalı küləklər, meşə yanğınları, palçıq 
vulkanları, zəlzələ və uçqunlar və s.) nəticəsində də çirklənmə­
yə  məruz  qalır.  Buna baxmayaraq,  ətraf mühitə  və  onun  canlı 
komponentlərinə,  maddi  dəyərlərə  və  bütövlükdə  insan  sağ­
lamlığına  neqativ  təsir  daha  çox  çirklənmənin  antropogen  nö­
vündən dəyir.
Zərərli  maddələrin  tullantılarının  tutulması  və  zərərsiz­
ləşdirilməsi  baxımından  stasionar  mənbələr  təşkil  olunmuş  və 
təşkil  olunmamış  mənbələrə  bölünür.  Respublikamızın  sta­
sionar mənbələrindən ayrılan 491  min  t tullantının 277 min t-u 
tutularaq  zərərsizləşdirilir.  Qalan hissəsi isə bilavasitə atmosfer 
hövzəsinə  atılaraq  onun  başlıca  çirklənmə  mənbələri  hesab 
olunur.
Respublikamızda atmosfer havasını çirkləndirən başlıca 
mənbələr  mütəşəkkil  və  qeyri-mütəşəkkil  olaraq  iki  qrupa 
bölünür. Təmizləyici qurğular və zərərsizləşdirmə avadanlıqları 
ilə  təchiz  olunmuş  mənbələr mütəşəkkil,  təchiz  olunmayan  isə 
qeyri-mütəşəkkil  mənbələr  hesab  olunur.  Havadakı  müxtəlif 
xassəli  və  tərkibli  zərərli  maddələrin,  həmçinin  radioaktiv  ele­
mentlərin  ətraf  canlı  mühit  komponentlərinə  mənfi  təsir  gös­
tərən midarmda olması atmosfer çirklənməsi adlanır.
Azərbaycanda  atmosfer  havasının  antropogen  çirklən­
məsinin  başlıca  mənbələri  hasilat və emal  sənaye  müəssisələri, 
istilik-energetika  sistemləri  və  avtomobil  nəqliyyatının  tul­
lantılarıdır.  Həmin  mənbələrdən  hər  gün  hava hövzəsinə  atılan 
zərərli  qaz  və  toz  formalı  tullantılar ətraf mühitin  başlıca çirk- 
ləndiriciləri olmaqla yanaşı lokal  və regional mikroiqlimə də öz 
təsirlərini  göstərir.
Yuxanda  qeyd  edilənlərdən  göründüyü  kimi,  sənaye 
müəssisələrinin ətraf mühitə atdığı tullantılar içərisində karbon, 
kükürd,  azot  oksidləri  və  karbohidrogenlər,  həmçinin  toz  və
351

maye  formalı  tullantılar  üstünlük  təşkil  edir.  Atmosfer  hövzə­
sinə  atılan həmin qaz  formalı  tullantılar bir neçə  saatdan  sonra 
daha  kəskin  mənfi  nəticələr  verən  formalara  keçir.  Məsələn, 
kükürd  oksidləri  havada  olan  su  buxarı  ilə  reaksiyaya  girərək 
sulfıd  və  sulfat  turşularına  çevrilir  ki,  bu  da  turş  yağışların 
düşməsinə  səbəb  olur.  Bunun  da nəticəsində  torpağın  məhsul­
darlığı  azalır,  metal  tərkibli  qurğular,  maşın  və  avadanlıqlar 
karroziyaya  uğrayır,  binalar,  tarixi  abidələr  zədələnir,  əhalinin 
şəxsi  təsərrüfatlarına böyük maddi  zərər vurulur.  Karbon  qazı­
nın atmosferdə çoxalması isə “istixana effekti” yaradır və yerdə 
havanın  orta  temperaturunun  artmasına  gətirib  çıxarır.  Azot 
oksidləri  atmosferdə  xlor  və  digər  qazlarla  zəncirvarı  reaksi­
yaya  girərək,  ozon təbəqəsini parçalayır.  Havada olan toz,  his, 
qurum, aerozollar havanın şəffaflığım azaldır və şəhərlərdə du­
manlı  və  tutqun  havaların  baş  verməsinin  sayını  çoxaldır  və 
yerin albedosunu artırır.
Məlumdur ki, iri  sənaye müəssisələri tikilən zaman eko­
loji  normativlərə  əməl  edilməlidir,  ilk  növbədə  ətraf  mühitə 
zərər  vuran  sənaye  sahələri  tikilərkən  hakim  küləklərin  isti­
qamətləri  nəzərə  alınmalı,  müəssisələr  yaşayış  massivlərindən 
aralı tikilməli,  sənaye müəssisələri  ilə yaşayış  sahələri arasında 
sanitar-qoruyucu  meşə-zolaqlan  salınmalıdır.  Lakin  təəssüflə 
qeyd  edilməlidir  ki,  keçmiş  SSRİ  dövründə  Azərbaycanda 
sənaye  müəssisələri  tikilərkən yuxarıda qeyd  edilən normaların 
heç biri nəzərə alınmamışdır. Nəticədə ətraf mühitə atılan bütün 
zərərli tullantılar birbaşa yaşayış sahələrinə təsir etmiş və orada 
yaşayan insanların sağlamlığı təhlükə altında olmuşdur.
Respublikanın hava hövzəsini mühafizə etmək üçün, ilk 
növbədə  mövcud  çirkləndirici  sənaye  sahələrini  yenidən  qur­
maq,  müasir  texnoloji  qurğular,  təmizləyicilər  tətbiq  etməklə, 
atmosferə  atılan  çirkləndirici  maddələrin  ümumi  miqdarının 
azaldılmasına və zərərsizləşdirilməsinə nail  olmaq,  az tullantılı 
və  tullantısız  istehsalat  sahələri  yaratmaq  lazımdır.  Çirkləndi- 
rici  müəssisələrdə  daha  hündür  tullantı  boruları  tikmək,
352
müəssisələrin  ətrafında  qaz  və  tozların təsirinə  davam  gətirən, 
havadakı  toz,  his  və  müxtəlif qazları  tutub  saxlaya  bilən  ağac 
və kol bitkilərindən ibarət yaşıllıq-mühafizə zolaqları  yaratmaq 
atmosferi mühafizə tədbirləri siyahısına daxildir.
Respublikamızın ərazisi məhdud su ehtiyatlarına malikdir. 
Bunun  başlıca  səbəbi,  ilk  növbədə  əlverişsiz  təbii  şəraitdir. 
Ümumi ərazinin yarıya qədərinin düzənlik və yaylalardan ibarət 
olması,  iqlim  şəraiti,  burada  buxarlanmanm  düşən  yağıntıdan 
çox olmasına səbəb olmuşdur.  Nəzərə almaq  lazımdır ki, bərpa 
olunan su ehtiyatının yalnız 30%-i respublikanın daxili  su axar­
larının hesabına  formalaşır  və  ilin  quraq  və  sululuğundan  asılı 
olaraq  5,4-10,3  mlrd  n r  arasında  dəyişilir.  Respublika  ərazi­
sindən buxarlanan suyun  həcmi  isə 26,66 km3  təşkil edir ki, bu 
da yerli  su axınından 2,5-5,0  dəfəyə qədər yüksəkdir.  Azərbay­
canın  su balansının 70%-dən çoxu qonşu dövlətlərin  ərazisində 
formalaşan  çay  axınları  ilə  əlaqədar  olub  20,7-29,7  km3  ara­
sında dəyişilir.  Su ehtiyatlarının müəyyən  hissəsi  isə  təbii  göl­
lərdə cəmlənmişdir.
Respublikamızda  2010-cu  ildə  təbii  su  mənbələrindən 
götürülən  suyun  həcmi  11,6  mlrd  m3  təşkil  etmişdir.  Hər 
kvadrat kilometr  ərazidə bir nəfərə düşən su ehtiyatlarının həc­
minə görə Azərbaycan MDB ölkələrindən  1,8-2,0 dəfə, Gürcüs­
tandan 7,0-8,0 dəfə, Ermənistandan isə  1,5-2,2 dəfə geri qalır.
Su  ehtiyatlan  respublikamızın  fiziki-ooğrafı  əraziləri 
üzrə qeyri-bərabər  paylanmışdır.  Su  ehtiyatları  ilə  yaxşı  təmin 
olunmuş  ərazilərə  Böyük  Qafqazın  şimal-şərq  və  cənub  his­
sələri,  Lənkəran  zonası,  zəif təmin  olunmuş  ərazilərə  isə  Kür- 
Araz ovalığı,  Ceyrançöl-Acınohur,  Abşeron-Qobustan  və Nax­
çıvan  MR-nın  ərazisi  aid  edilir.  Respublikamızın  su ehtiyatının 
5,1  km3-i  yeraltı  suların  payına  düşür.  Yeraltı  suların  31%-i 
Qusar  maili  düzənliyi,  18,5%-i  Mil-Qarabağ  zonası,  13,3%-i 
isə Qanıx-Əyriçay vadisində toplanmışdır.  Digər ərazilərimizdə 
isə yeraltı sulann 22%-i cəmlənmişdir.
353

Səth  və  yeraltı  sularm  respublika  ərazisi  üzrə  qeyri- 
bərabər  paylanması  nəticəsində  onlardan  suvarma,  sənaye  və 
məişət  məqsədləri  üçün  istifadədə  problemlər  yaranır.  Bunu 
nəzərə alaraq su ehtiyatlan ilə zəif təmin olunmuş  ərazilərin su 
təchizatını  təmin etmək üçün respublikamızın ərazisində  140-a 
qədər  su  anbarlan  və  kiçik  sututarlar yaradılmışdır.  Həmin  su 
anbarlarında  toplanan  20,0  km3  su  ilə  respublikamızın  1400 
min  ha  artıq  kənd  təsərrüfatı  sahələri  suvarılır.  Suvarmada  is­
tifadə  olunan suyun 95%-dən çoxu torpaq  kanallarla axıdıldığı 
üşün  2,5-3,8  mlrd m3  su  itir.  Nəticədə  yeraltı  sulann səviyyəsi 
qalxır,  təkrar  şorlaşma və  bataqlıqlaşma yaranır.  Kənd təsərrü­
fatı  sahələrində çəmən-bataqlıq əraziləri  280 min ha,  şorlaşmış 
ərazilər isə  800 min ha ötüb keçmişdir. Təbii  su mənbələrindən 
götürülərək  məişət  və  müxtəlif təsərrüfat  sahələrində  istifadə 
olunan suyun 6,0 milyard m3-i çirkab  sulanna çevrilir ki,  onla­
rın  da  164  mln  m3-i  təmizlənməmiş  formada  su  mənbələrini 
çirkləndirir.
Respublikamızda iqtisadi fəaliyyət növləri üzrə 2010-cu 
ildə  sudan  istifadə  kənd  təsərrüfatında  10,1  mlrd  m3,  mədənçı- 
xarma sənayesində 233  mln m3, emal sənayesində 24,5 mln m3, 
elektrik və istilik enerjisi istehsalında 1,1  mlrd m3, nəqliyyat və 
rabitə  sahələrində  45,7  mln  m3,  digər  iqtisadi  fəaliyyət 
sahələrində bütövlükdə 25,2 mln m3 təşkil etmişdir.
Respublikamızda su hövzələrinin çirklənmə  dərəcəsi də 
acınacaqlıdır.  Burada  Kür,  Araz  və  digər  tranzit  çayların  və­
ziyyətini  xüsusi  qeyd  etmək  lazımdır.  Hər  gün  Xəzər dənizinə 
axıdılan  1  mln m3 metr çirkab suyunun 200-250  min m3-i metri 
Kür  çayının  payına  düşür.  Bura  həcmi  böyük  rəqəmlərlə  öl­
çülən kollektor-drenaj  sularını da əlavə etsək, Kür çayında çirk­
lənmənin  miqyası  haqqında daha düzgün  təsəvvür əldə  edə  bi­
lərik.  Kürün  çirklənməsi,  əsasən  ərazisindən  keçdiyi  ölkələrin 
(Türkiyə və Gürcüstanın), aşağı axarlarında isə Kür hövzəsində 
yerləşmiş  çoxsaylı  yaşayış  məntəqlərindən  axıdılan  çirkab 
sularının və Arazla gətirilən tullantıların hesabınadır.
354
Məlumdur  ki,  respublikamızın  su  ehtiyatının  70%-ə 
qədəri  tranzit çayların payına düşür.  Kür, Araz,  Samur,  Qamx, 
Qabım,  Oxçu,  Arpaçay  və  s.  kimi  çaylar Gürcüstan,  Ermənis­
tan,  Dağıstan  ərazilərində  ciddi  çirklənməyə  məruz  qalır.  On­
ların üzərində su anbarları, təsərrüfat obyektləri yaradılır ki, bu 
da həmin  çaylar  vasitəsilə  respublika  ərazisinə  gətirilən  suyun 
miqdarım  gələcəkdə  ilbəil  azaldacaqdır.  Həmin  çayların  key­
fiyyət və kəmiyyətini normal  saxlamaq üçün Gürcüstan, Ermə­
nistan və Dağıstanla dövlətlərarası müqavilələr bağlanmalıdır.
Respublikamızın  suya  olan  təlabatımn  ödənilməsində 
Kür, Araz və b. çayların mühüm əhəmiyyəti vardır. Kür çayının 
su balansının  74%-dən  çoxu  respublikadan  kənarda formalaşır 
və  onun  ekoloji  vəziyyəti  də  qonşu  dövlətlərdən  asılıdır.  Kür 
çayı  hövzəsinə  Gürcüstan  ərazisində  orta  hesabla  3,0  mlrd  m3 
kommunal-məişət  və  Tbilisi,  Rustavi,  Qardabani  və  s.  şəhər­
lərin sənaye  çirkab suları  axıdılır.  Kür çayının çirklənməsi  res­
publikamızın  ərazisində  də  davam  edir.  Hər  gün  Kürə  res­
publika ərazisində  200  min  m3  çirkab  suları  axıdılır.  Nəticədə 
Kür suyunda  misin  orta  miqdarı  yol  verilən  qatılıq  həddindən 
4,5-10,0 dəfə,  neft məhsullarının  miqdarı  1,5-2,2  dəfə,  fenolun 
orta qatılığı 4,0-4,5 dəfə yüksəkdir.
Respublikamızın ərazisində Kür çayının çirklənməsində 
Gəncə  və  Mingəçevir  şəhərinin  sənaye  və  kommunal-məişət 
çirkab sularının  rolu  daha böyükdür.  Belə  ki,  Gəncə  şəhərində 
gün  ərzində  yaranan  60-65  min  m3  çirkab  sularının  yalnız  30 
min  m3-ə  qədəri  mexaniki  yolla  təmizlənir.  Mingəçevir şəhə­
rində isə  50 min m3/gün yaranan çirkab sularının yalnız  18 min 
m3-i  təmizlənir.  Qalan  çirkab  suların  hamısı  təmizlənməmiş 
halda Kür çayına axıdılır.
Ermənistan ərazisindən Ağstafaçay vasitəsilə tərkibində 
neft  məhsulları,  kimyəvi  boyaq  maddələri,  fenol,  ammonium 
duzları  və  s.  kimi zərərli kimyəvi  maddələr olan,  ildə  1  mln m3 
çirkab suları da Kür çayına axıdılır.
355

Ən  güclü  çirklənməyə  məruz  qalan  çaylardan  biri  də 
Arazdır.  Araz  çayı,  dünyanın ən  lilli  çaylarından biridir.  Bir il 
ərazində  Arazla  Kür  çayına  18  mln  t  asılı  hissəciklər  gətirilir. 
Araz  çayı  əsasən  Ermənistan  ərazisindən  özünün  sol  qollan 
olan  Arpaçay,  Razdan,  Oxçuçay  vasitəsilə  çirklənir.  Həmin 
çaylar vasitəsilə Araza sanitar normalardan  10 dəfələrlə yüksək 
olan neft məhsulları,  fenol, ammoniy və  nitrit duzları,  ağır me­
tallar  və  s.kimi  çirkləndiricilər  axıdılır.  Təkcə  Oxçuçay  va­
sitəsilə Araza ildə  150 mln m3  Qafan-Qacaran mis və molibden 
kombinatının  çirkab  tullantı  suları  axıdılır.  Nəticədə  mis  və 
molibden  metalları  ilə  çirklənmiş  sulardan  suvarmada  istifadə 
etdikdə  torpaqların  həmin  metallarla  çirklənməsinə,  kənd  tə­
sərrüfatı bitkilərinin və heyvanların məhsuldarlığının aşağı düş­
məsinə,  müxtəlif  xəstəliklərin  artmasına  səbəb  olur.  Hazırda 
düzənlik  ərazilərdə  yüksək  dərəcədə  çirklənmiş  və  minerallaş- 
mış  Araz  çayının  suyundan  suvarmada  istifadə  nəticəsində  40 
min ha artıq ərazi şorlaşmışdır.
Respublikamızın  dağ-mədən  sənayesinin  inkişaf  etdiyi 
ərazilərdən  axan  Qoşqarçay,  Filizçay  və  b.  çaylar  ağır  metal 
qarışıqları  ilə  kəskin  çirklənir.  Həmin  çayların  suyunda  dəmir 
birləşmələri, mis, kükürd, molibden, qurğuşun və s.-nin miqdarı 
qatılıq həddindən 4-20 dəfə yüksəkdir.
Suveren Azərbaycan dövlətinin iqtisadiyyatının əsası olan 
Xəzər akvatoriyası respublikanın bu günü və gələcəyidir. Xəzər 
ən  iri  qapalı  su  hövzəsi  olub  Azərbaycanla  yanaşı  Rusiya, 
Qazaxıstan, Türkmənistan və İran dövlətlərinin sahil zolaqlarını 
əhatə  edir.  Bu su hövzəsi  Azərbaycan  üçün həm təbii  sərvətlər 
(mineral,  bioloji),  həm  də  su  mənbəyi  hesab  olunur.  Lakin 
vahid ekoloji  sistem kimi Xəzərin hər hansı bir dövlətə mənsub 
hissəsində  baş  verən  mənfi  ekoloji  nəticələr  bütün  hövzəni 
əhatə  edir.  Bütün  Xəzər  regionunun  sosial-iqtisadi  inkişafı, 
bütövlükdə  Xəzər  ekosisteminin  vəziyyətindən  və  onun  təbii 
ehtiyatlarından çox asılıdır.  Buna görə də,  ilk növbədə Xəzərin 
ekoloji  təmizliyinə  nail  olmaq  lazımdır,  çünki  Xəzər  hövzəsi
356
ekosisteminin  axannm  olmaması  nəticəsində  Xəzərə  axıdılan 
çirkləndirici  maddələr  gölün  dibinə  toplanır.  Xəzərin  ekoloji 
cəhətdən  özü-özünü təmizləməsi  imkanı  sıfra  bərabərdir.  Belə 
bir  vəziyyətdə  Xəzər  ekoloji  zonası  bütün  regionun  iqliminin 
tənzimlənməsinə  öz  təsirini  göstərir.  Xəzərin  bioloji  sər­
vətlərinin ilbəil azalmasına və bütövlükdə ətraf mühitə ciddi zə­
rər vurur.  Xəzər dənizi  problemləri  içərisində  səviyyə  tərəddü­
dü ilə  yanaşı,  dəniz  sularının  çirklənməsi  və  bununla  əlaqədar 
ekoloji şəraitin korlanması  son  dövrün ən mühüm  problemidir. 
Xəzər  dənizinin  əsas  çirklənmə  mənbələri  onun  hövzəsində, 
sahillərində  və  akvatoriyalarında yerləşən şəhərlərin və  sənaye 
obyektlərinin  çirkab  sulan,  dəniz  nəqliyyatından  və  neft  mə­
dənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir.
Qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40- 
45 km3 çirkab suları daxil olur ki, onun da 60%-i Volqa çayının 
payına  düşür.  Əgər bu  çirkli  sular  dənizin  üst  qatında bərabər 
paylansaydı,  onda il  ərazində həmin qatın qalınlığı  10-11  sm-ə 
çatardı.  Xəzər  sulannın  çirklənməsində  Kür  çayı  da  az  rol 
oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin 
çirkab  suları,  həmçinin  kənd  təsərrüfatında  işlədilən  müxtəlif 
toksiki  maddələr  Kür  çayı  vasitəsilə  Xəzərə  daxil  olur.  Xəzər 
dənizi sahillərində yerləşən Bakı,  Sumqayıt,  Lənkəran və s.  şə­
hərlərdən  dənizə  axıdılan  çirkab  suları  onun əsas çirkləndirici- 
lərindən  hesab  edilir.  Bununla  yanaşı  dəniz  neft  yataqlarının 
istismarı  və  neft  məhsullarının  daşınması,  dəniz  nəqliyyatı  da 
Xəzər  sularını  xeyli  çirkləndirir.  Dəniz  suyunda və  sahil  qrun­
tunun  tərkibində  neft  məhsulları,  fenollar,  bəzi  rayonlarda  isə 
civə olması  müəyyən edilmişdir.  Ən çox  çirklənmiş  Bakı  bux­
tası  olmaqla  burada dib qruntlarının çirklənməsi  orqanizmlərin 
və  bentosun  azalmasına,  bəzi  yerlərdə  isə  dib  faunasının  yox 
olmasına  gətirib  çıxarır.  Dəniz  sulannın  çirklənməsi  Xəzərin 
ekoloji  şəraitində  böyük  gərginliyə  səbəb  olmuş,  onun  bir sıra 
sahil bölgələrində isə ekoloji böhran yaratmışdır.
357

Ekoloji  şəraitə  dəniz  səviyyəsinin  tərəddüdləri  də  təsir 
göstərir.  Dənizin  səviyyəsi  aşağı  düşdüyü zaman  şorluğu  artır, 
balıqların  sahil  zonalarında  qidalanma  bölgələrinin  məhsul­
darlığı  və sahəsi azalır.  Dənizin səviyyəsi qalxdıqca isə  sularm, 
xüsusilə  böyük  çayların  delta  bölgələrinə  yanaşı  sahələrdə 
şorluğu  azalır,  yem  ehtiyatı  artır.  Bununla  yanaşı,  dəniz  sula­
rının  yuxanda  göstərilən  maddələrlə,  xüsusilə  neft  məhsulları 
ilə  çox  çirklənməsi  aerasiya prosesini  ciddi  pozur,  dəniz  fauna 
və florasının məhv olmasına gətirib çıxanr.
Dənizin  ən çox  çirklənmiş  sahələri  eyni  zamanda  eko­
loji böhran sahələridir. Belə sahələrə  Bakı və Sumqayıt şəhərlə­
rinin akvatoriyalan,  istismarda olan dəniz neft yataqları rayon­
ları  aid  edilir.  Xəzər  dənizi  üçün  ən  təhlükəli  çirklənmə  tərki­
bində  zərərli  kimyəvi  maddələr olan  tullantılarla  çirklənmədir. 
Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri,  xlor üzvi 
birləşmələrini  və  ağır  metalları  göstərmək  olar.  Dənizin  çirk­
lənməsində  neft  karbohidrogenləri  böyük  rol  oynayır.  Söhbət 
Abşeron  yarımadası  və  Bakı  buxtasını  əhatə  edən  dəniz  neft 
sənayesi  və  sualtı  neft  borularından  gedir.  Xəzərin  ekoloji  və­
ziyyəti  indi  bütün  dünyam  narahat  edir.  Bakı  buxtası  isə  Xə­
zərin  ən  çirkli  hissəsidir.  Təsadüfi  deyil  ki,  o,  bioloji  cəhətdən 
“ölü  buxta”  statusunu  qazanıb.  Məlumdur  ki,  Azərbaycanın 
neft-qaz  yataqlarının  birgə  istismarı  ilə  əlaqədar  “Əsrin  müqa­
viləsi”  (1994)  adlı  saziş  imzalanmışdır.  Dünyanın  məşhur  neft 
korporasiyalarının  qoşulduqları  saziş,  Azərbaycanın  xam  nef­
tini dünya bazarına çıxarmaq məqsədi güdür.
Əsrin  müqavilələrindən  hasil  olunan  və  daşman  neftin 
müəyyən  bir  hissəsi  də  Xəzərin  çirklənməsində  iştirak  edən 
mənbələrdəndir.  Xəzərin  ekoloji problemləri  onun səviyyəsinin 
vaxtarışı  dəyişməsilə  də  əlaqədardır.  1978-ci  ildən  tranqressiv 
mərhələyə keçən  dəniz  səviyyəsi  tədricən  qalxaraq  ciddi  təhlü­
kəyə  səbəb  olmuşdur.  Belə  ki,  suyun  səviyyəsinin  2,5  m  qalx­
ması  sahil  zonasının il ərzində  1-2 km sahəsinin dənizin altında 
qalması  ilə  nəticələnmişdir.  Məsələn,  10-15  il  əvvəl  ölkəmizin
cənub bölgəsindəki  (Lənkəran-Astara) sahil  zolağında yerləşən 
bir  çox  yaşayış  məntəqələri  və  təsərrüfat  sahələri  həmin 
fəlakətlərlə üzləşdi,  əhaliyə,  dövlətə  xeyli ziyan dəydi.  Kükürd 
tərkibli  neft  çıxarılan  sahələr  daha  təhlükəlidir.  Güclü  zəlzələ 
baş  verərsə,  havaya  1000  atmosfer təzyiqlə milyon  ton  kükürd 
tərkibli karbohidrogen daxil ola bilər ki, bu da qlobal fəlakətdir, 
iri tankerlərlə neftin daşınması da Xəzərin çirklənməsinə səbəb­
dir. Xəzər qapalı  ekosistem olduğu  üçün onun neft axınları  va­
sitəsilə  çirklənməsi  kifayətdir ki,  dənizin canlı  aləmi  məhv  ol­
sun.  Kiçik  dəniz  donanmalarının  inkişafı  iqtisadi  və  hərbi  ba­
xımdan  əhəmiyyət daşısa da, çirkləndirici amil kimi onların da 
rolu  az  deyil,  iri  gəmilərin  ixrac  etdiyi  axıntı  suları  çirklənmə 
mənbələrindəndİr.  Yeni  limanların  tikilməsi,  gəmi  istehsalı, 
neft və neft məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas 
səbəblərindəndir.  Xəzərsahili  ölkələrin  hərbi  dəniz  donanma­
larının  yaradılması  da  həmin  faktorlardandır.  Xəzər  gölünün 
çirklənmə mənbəyini yalnız  fıziki-kimyəvi səbəblərlə əlaqələn­
dirmək  olmaz.  Problemin  əmələ  gəlməsində  bioloji  çirklən­
mənin  də  payı  var.  Söhbət  Volqa-Don  kanalı  vasitəsilə  Azov- 
Qara dəniz  hövzəsindən  gələn  yad  orqanizmlərdən gedir.  Belə 
ki,  bu  yaxınlarda  Türkmənistana  aid  sektorda  meduzalar  (au- 
rella aurita,  mneniopsis  leudyi)  aşkar edilmişdir.  Bu meduzalar 
Xəzərdə  çoxalaraq  vətəgə  əhəmiyyətli  iri  balıqların  qidasını 
yeyib  tükəndirir.  Məsələn,  bu  meduzalar  kilkə  ilə  qidalanır. 
Kilkənin  azalması  paralel  olaraq  onlarla  qidalanan  müxtəlif su 
heyvanlarının sayca azalmasıyla nəticələnir.
Neft-qaz istismarına geniş yer verilməsi balıqçılıq təsər­
rüfatına da öz mənfi təsirini göstərir.  Su mühitinin ifrat çirklən­
məsi  balıq sənayesinə ciddi  ziyan vurur.  Hesablamalara əsasən, 
bu  səbəbdən  nərə  balığı  təsərrüfatına dəyən  zərər  6  mlrd,  kürü 
biznesinə dəyən  ziyan isə  10 mlrd dollar təşkil edir.  Həmçinin, 
digər  vətəgə  balıqlarının  iqtisadi  cəhətdən  itirilməsi  də  realdır. 
Xəzər  olduqca  unikal  ekosistemdir.  Onun  qorunması  təkcə 
region  dövlətlərinin  yox.  planetin  işidir.  Son  illər  beynəlxalq
358
359

sistemin  bu  dənizin  ekoloji  problemlərinə  maraq  göstərməsi 
təsadüfi  deyil.  Xəzərə  yalmz  bir  ölkənin  yox,  5  sahilyanı  öl­
kənin  birgə  qayğı  göstərməsi  vacibdir.  Xəzərin  statusu  tam 
müəyyənləşmədikcə dənizin nərə  balığı ehtiyatı, canlıların rən­
garəngliyi, ekosistemi tənəzzülə uğrayacaqdır.
Xəzərin ekoloji  vəziyyəti  bilavasitə hövzədən neft hasi­
latı  ilə bağlıdır. Dənizə tökülən neftin 40%-i onun dibinə çökür. 
Dibə çökən neft məhsulları  səthdəki  neft məhsullarına nisbətən 
10  dəfə  gec  oksidləşir.  Neftin  dənizə  tökülməsi,  əsasən  quyu­
larm istismarı, neftin ilkin ayrılması və nəqli zamanı baş verir.
Uzunmüddətli tədqiqatlar nəticəsində müəyyən edilmiş­
dir  ki,  Xəzər  dənizində  neft-oksidləşdirici  bakteriyalar  suyun 
səthindən və dib söküntülərindən ayrılır.
Xəzərin Neft Daşları  və  Bakı  buxtası  akvatoriyası  “ölü 
zona” adlandırılır. Burada neftin suda olan miqdarı 2,6-3,8 mq/1 
təşkil  edir.  Bu  rayonda  neft  oksidləşdirici  bakteriyaların  sayı 
hər milli litrdə 20000-ə qədərdir.
Suya tökülmüş neftin ləğvi  üçün neft yığımlarından isti­
fadə  edilir.  “Neftyığıcı”  suda həll  olunmayan  səthi  aktiv  mad­
dələrdən və həlledicidən ibarətdir. “Neftyığıcı”dan əsasən əlçat­
maz  yerlərə  toplanan neftlərin  yığılması  üçün  və  sahilin  neftlə 
çirkləndirilməsinin qarşısını almaq üçün istifadə olunur.
Su  səthində  olan  neftin  yığılmasında  fıziki-kimyəvi 
üsulla  mexaniki  üsul  arasında  yerləşən  metod  “Neftin  sorbent 
üsulu” ilə yığılması metodudur.
Su  səthinə  tökülən  neftin  yayılmasının  dərhal  qarşısı 
alınmalıdır.  Bu  məqsədlə  bonlardan  istifadə  olunur.  Bon  suda 
üzən elə  bir tərkibdir ki,  su  səthində olan neftin  onu aşaraq on­
dan  kənara  yayılmasına  imkan vermir.  Neftin  su  səthinə  yığıl­
ması  üçün,  həmçinin  müxtəlif növ  qurğulardan  istifadə  olunur. 
Buna misal olaraq skummerləri göstərmək olar.
Son  10-15  ildə  Azərbaycan  dövləti  Xəzər  ərazisindəki 
çirkli  tulantı  sularını  təmizləmək  üçün  layihə  gücü  1,28  mln 
m3/gün olan təmizləyici qurğular, 4,46 mln m3 gücü olan təkrar
360
və  fasiləsiz  təkrar  su  təchizatı  sistemi  istifadəyə  vermişdir. 
Nəticədə  Xəzərin  ekoloji  vəziyyətinə  mənfi  təsir  göstərən  0,5 
mln m3/gün çirkab sularının axıdılması azaldılmışdır.
Respublikamızın su ehtiyatlan içərisində digər təbii göl­
lərin də  əhəmiyyəti  böyükdür.  Həm  dağlıq,  dağətəyi  və  düzən 
göllər  və  həm  də  Abşeron  gölləri  respublika  ərazisinin  cəmi 
0,5%-ni tutsa da, həmin göllərdə toplanan sulann ümumi həcmi 
40 km3 təşkil  edir.  Göllər həm üzvi mənşəli tullantılar, həm də 
kimyəvi  tullantılarla,  xüsusən  də  neft  və  neft  məhsulları  ilə 
çirklənməyə məruz qalmışdır.
Respublikamızın  su  ehtiyatlarından  səmərəli  istifadə  və 
onların  mühafizəsi  üçün  aşağıdakı  tədbirlərin  həyata  keçi­
rilməsi məqsədəuyğundur:
-  su  ehtiyatlarından  səmərəli  istifadə,  su  itkisini 
azaltmaq  və  sulardan  səmərəli  istifadəyə  keçmək  məqsədilə 
müasir texnoloji qurğular yaratmaqla işlənmiş və minerallaşmış 
sulann təmizlənməsinə nail olmaq;
-  ətraf su hövzələrinə təmizlənməmiş və  ya az təmiz­
lənmiş çirkab suları axıdan müəssisələrə cərimə tətbiq etmək və 
əldə olunan gəlirlər hesabına sutəmizləyici qurğular yaratmaq;
-  su  ehtiyatlarından  istifadəni  yaxşılaşdırmaq  üçün 
sənayedə su ilə soyutmanı hava ilə əvəz etmək və həmçinin sə­
nayedə dövriyyə su sistemini tətbiq etmək;
-  Bakı  buxtasının  və  Xəzərin  sahil  sularının  ekoloji 
təmizliyinə  nail  olmaq  üçün,  ilk  növbədə  hövzəyə  axıdılan 
bütün çirkab  suları  yalnız  təmizlədikdən  sonra  axıtmaq  və  gə­
ləcəkdə xarici  investisiya cəlb etməklə buxtanın sularını  və dib 
çöküntülərini neft hidrogenlərindən təmizləmək lazımdır.
Azərbaycan  Respublikası torpaq  ehtiyatlan  ilə zəif təmin 
olunmuş  Ölkələr  siyahısına  daxildir.  Respublikamızda  torpaq­
lardan  səmərəli  istifadə,  onların mühafizəsi,  münbitliyinin  bər­
pası  və  nəticədə  torpaqların  təkrar istehsal  dövriyyəsinə  qayta­
rılması qarşıda duran əsas vəzifələrdəndir.
361

Respublikamızın  torpaq  fondu  8,6  mln  ha-dır.  Torpaq 
ehtiyatlarının  4,7  mln  ha-ı  kənd  təsərrüfatına  yararlı,  o  cüm­
lədən  1,4  mln  ha-ı  suvarılan  torpaqlardır.  Torpaq  fondunun 
37,4%-i  istifadə  olunmayan,  yəni  şoranlaşmış,  bataqlıqlaşmış, 
eroziyaya  uğramış  və  s.  torpaqlardır.  Yararlı  torpaqların  1,8 
mln  ha-ı  və  ya  33%-i  əkin,  0,3  mln.ha-ı  və  ya  9,2%-i  çoxillik 
bitkilər,  2,7  mln.ha-ı  və  ya  50,0%-i  otlaqlardan  və  biçənək­
lərdən  ibarətdir.  Torpaq  fondunun  1/3  hissəsi  kənd  təsərrüfatı 
işləri üçün yararsız hesab edilir.
Respublikamızda  hər  adam  başına  0,9  ha  ümumi,  0,45 
ha  kənd  təsərrüfatı  üçün  yararlı  sahə,  0,20  ha  isə  əkin  sahəsi 
düşür.
Son  50 il ərzində torpaq örtüynə vurulan antropogen tə­
sirlər  gərgin  geoloji  proses  və  hadisələrin  geniş  yayılmasına, 
ərazilərin  müxtəlif  dərəcədə  zədələnməsi  və  çirklənməsinə 
səbəb  olmuşdur.  Hazırda  torpaq  fondunun  0,86  mln  ha-ı  tex- 
nogen pozulmuş torpaqlara aid edilir.
1991-ci  ildə  Azərbaycan  Respublikası  yenidən  müstə­
qillik  əldə  etdikdən  sonra  torpaqlara  münasibət  də  dəyişilmiş, 
müxtəlif mülkiyyət formaları  yaranmışdır.  Respublikanın  Milli 
Məclisi  tərəfindən  qəbul  olunmuş  Torpaq  Qanununa  görə 
ümumi torpaq fondunun 3,8 mln ha-ı və ya 44,2%-i dövlət mül­
kiyyətinə,  2,7  mln ha-ı  və  ya  31,4%-i  bələdiyyə  mülkiyyətinə, 
2,1  mln ha-ı və ya 24,4%-i  özəlləşdirmə yolu  ilə əhalinin  şəxsi 
mülkiyyətinə ayrılmışdır.
Respublikamızın  torpaq  fondunun  sıradan  çıxmasının 
başlca  səbəbləri  eroziya,  şorlaşma,  texnogen  dəyişikliklər  və 
pozuntular,  çirklənmə,  torpaq  qatının  kimyəvi  tərkibinin  də­
yişməsi və s. proseslərdir.
Respublikamızın  ərazisində  külək  və  su  mənşəli  erozi­
yalar,  torpaq  sürüşmələri  geniş  şəkildə  yayılmışdır.  Son  illərin 
göstəricilərinə  görə  respublikada  eroziyaya  uğramış  torpaq  sa­
həsi  3685  min  ha  və  ya  ərazimizin  42,5%-ni  təşkil  edir.  Res­
publika  əkin  sahələrinin  33,7%-i,  yay  otlaqlarmn  68%-i,  biçə­
nəklərin  15%-i,  bağların  16%-i,  üzümlüklərin  24%-i,  meşə­
lərimizin  isə  26%-i  müxtəlif dərəcəli  eroziyaya uğramışdır.  Ən 
geniş  yayılmış  eroziya  növləri  səthi,  yarğan  və  süni  suvarma 
sistemi  formalarıdır.  Ərazimizin  16%-i  güclü,  14,8%-i  orta  və 
31,2%-i zəif dərəcəli eroziya proseslərinə məruz qalmışdır.
Respiblikamızın  dağ yamacları və yüksəkliklərində yer­
ləşən torpaq sahələrindən səthi eroziya nəticəsində ildə  105-516 
m3/ha torpaq  yuyulur.  Sel  və  torpaq  sürüşməsi  nəticəsində  isə 
müvafiq  olaraq  310  km2  və  420  km2  torpaq  sahələri  kor­
lanmışdır. Hər il  1,5  mln ha artıq torpaq qatı sel suları vasitəsilə 
yuyulub  aparılır.  Torpaq  sürüşməsi  nəticəsində  isə  nəinki  tor­
paq  qatı  korlanır,  hətta  kənd  təsərrüfatı,  sənaye  və  mülki  ob­
yektlərə də böyük zərər vurulur.  Dağlıq  ərazilərdə eroziya pro­
seslərinin  artmasının  başlıca  səbəbi  heyvandarlığın  inkişafı, 
meşələrin  sistemsiz  şəkildə  kütləvi  qırılması  və  sıldırım  ya­
maclarla  onların  daşınmasıdır.  Bunun  nəticəsində  dağ  yamac­
ları çılpaqlaşır və yerüstü axar sular miqdarı artır.  Belə sahələr­
də torpağın yuyulmasının həcmi 246 m3/ha müəyyənləşmişdir.
Lənkəran-Astara  zonasının  dağətəyi  yamaclarında  bitki 
örtüyünün  məhv  edilməsi  eroziya  proseslərini  kəskin  surətdə 
artırmışdır. Zonanın 63,5  min ha ərazisindən 22%-i orta və zəif, 
10%-dən  çoxu  güclü  eroziyaya  məruz  qalmış,  30%-dən  çox 
münbit torpaq örtüyü tamamilə yuyulmuşdur.
Ümumiyyətlə,  eroziya  proseslərinin  ilbəil  artması  tor­
paqdan istifadənin aşağı səviyyədə olması, bütün dağlıq və dağ­
ətəyi  təsərrüfatlarda  torpaqlardan  istifadə  də  eroziya  proses­
lərinin  təhlükəsi  və  hər  bir  sahənin  relyef  şəraitinin  nəzərə 
alınması ilə bilavasitə bağlıdır.
Eroziya  prosesləri,  demək  olar  ki,  meşəsiz  olan  Naxçı­
van MR üçün daha xarakterikdir. Naxçvan MR torpağın  19,9%- 
i zəif,  24%-i orta,  32%-i  isə güclü (şiddətli) eroziyaya uğramış 
və nəticədə 402  min  ha torpaq  sahəsi  bu  və  ya başqa dərəcədə 
öz münbit qatını itirmişdir.
362
363

Respublikanın düzənlik ərazilərində torpaqların  şumlan­
ması,  gübrələnməsi,  suvarma  zamanı  aqrotexniki  qaydaların 
pozulması  nəticəsində  torpağın  məhsuldar,  humus  qatının  yu­
yulub  aparılması  prosesi  baş  verir.  Bu  proses  daha  çox  üzüm­
çülük, pambıqçılıq və tərəvəzçilik təsərrüfatlarında baş verir.
Respublikamızın  Mil-Qarabağ  zonası  torpaqlarının 
30,8%-i,  Quba-Xaçmaz zonasında 48,2%-i,  Abşeron yarımada­
sında  40,3%-i,  Şirvan  düzündə  27,7%-i,  Şəki-Zaqatala  zo­
nasında 55,7%-i eroziya prosesinə məruz qalmışdır.
Kür-Araz ovalığında torpaqların vəziyyətinə su və külək 
eroziyaları  daha çox  təsir  göstərir.  Burada  35%-dən  artıq  əkin 
sahəsi və 20% qış otlaqları eroziyaya məruz qalmışdır.  134 min 
ha torpaq  az  və ya çox  dərəcədə,  66  min ha artıq  torpaq  güclü 
eroziyaya  uğramış,  400  min  ha  torpaq  qatı  yuyulub  aparıl­
mışdır.
Respublika  ərazisində  külək  eroziyası,  əsasən  Abşeron 
yarımadası,  cənub-Şərqi  Şirvan,  Ceyrançöl  və  digər  ərazilərdə 
geniş yayılmışdır.
Respublikamızda  eroziya  proseslərinin  qarşısını  almaq 
məqsədilə  24,5  min  ha  ərazidə  meşə-mühafızə  zolağının  salın­
ması,  10  min ha sahədə tarla qoruyucu,  226 min  ha sahədə  yol 
və  suvarma  xətləri  kənarları,  yarğan,  çay  kənarları  və  su  höv­
zələri  ətrafı,  105  min  ha  sıldırım  yamaclar,  30  min  ha  sahədə 
seyrək  meşəli  yamac  və  dağ  ətəklərində  meşə  zolaqlarının  sa­
lınması planlaşdırılmışdır.
Kənd  təsərrüfatında  suvarma  əkinçiliyinin  inkişafı,  su­
varma qaydalanna  düzgün  riayət  olunmaması,  suvarma  kanal­
larının betonlaşdırılmaması, torpaq kanallardan istifadə,  ekoloji 
tarazlıq  nəzərə  alınmadan  düzənlik  ərazilərdə  su  anbarlarının 
yaradılması  və  digər  bu  kimi  səbəblər torpağa  çoxlu  miqdarda 
su hopmasma şərait yaradır ki,  bu da minerallaşmış qurunt su­
larının  səviyyəsini qaldırır və torpaqların şoranlaşmasına səbəb 
olur.  Respublika üzrə torpaqların  562  min ha-ı  şorlaşmaya,  515
min  ha-ı  eroziyaya,  546  min  ha-ı  şorəkətləşməyə  məruz 
qalmışdır.
Şoranlaşmış torpaq sahələri, əsasən Kür-Araz zonasında 
geniş yayılmışdır.  Şorlaşmış torpaqların ümumi sahəsi  500 min 
ha  artıqdır.  Ən  çox  şorlaşmış  torpaqlar  Ağdaşda  220  min  ha, 
Kürdəmirdə  40  min ha,  Ağcabədidə  38,4  min  ha,  Salyanda  32 
min ha,  Ağsuda 21,4  min ha, İmişlidə 26,6 min ha,  Saatlıda 32 
min ha, Sabirabadda 40 min ha təşkil edir.
Kür-Araz  düzənliklərində  şoranlaşmış  torpaq  sahəsinin 
120  min  ha  güclü  dərəcədə  şorlaşmışdır.  Torpaqların suvarma 
norma  və  rejiminin  pozulması  təkrar  şoranlaşmaya  səbəb 
olmuşdur.  Hazırda  suvarılan  torpaqlardan  83%-dən  çoxunun 
müxtəlif formalı meliorasiyaya ehtiyacı vardır.
Kür-Araz  ovalığında  uzunmüddətli  suvarmalar  nəticə­
sində  torpağın  su,  fiziki,  kimyəvi,  mexaniki  xassələri  dəyişil­
miş,  şoranlaşma,  bataqlıqlaşma sahələri  genişlənmişdir.  Həmin 
ərazilərin  bərpası,  torpaqların  məhsuldarlığının  yüksəldilməsi 
üçün çoxlu əlavə maliyyə vəsaiti və əmək sərfi tələb olunur.
Torpaq örtüyünün pozulmasına antropogen amillər daha 
çox  təsir  göstərir.  Torpaqlara  mineral  gübrələrin  və  zəhərli 
kimyəvi  maddələrin  elmi-cəhətdən  əsaslandırılmış  norma  üzrə 
verilməməsi  nəticəsində  torpaqların  kimyəvi  çirklənməsi  pro­
sesi  baş  verir.  Kimyəvi  zəhərləyici  maddələrlə  respiblika  üzrə 
840 min ha, o cümlədən,  herbisidlərlə 400 min ha torpaq sahəsi 
dərmanlanmışdır.  Zəhərli  kimyəvi  maddələrlə  ekoloji  cəhətdən 
ən  çox  çirklənmiş  region  Kür-Araz  ovalığıdır.  Bu  regionun 
Muğan-Salyan  torpaqlarında  herbisidlərin  miqdarı  yol  verilən 
norma həddindən 9,0 dəfə artıqdır.  Torpaqlarımıza dünyada qə­
bul olunmuş normalardan 3-5 dəfə çox pestisid səpilmişdir.
Şirvan  və  Salyan  düzlərində  50  ha  torpaq  neft  məhsul­
ları  ilə  çirklənmiş,  kanallar  boyu  3  min  ha  torpaq  tullantılarla, 
12  ha  karxanalarla,  6  ha  ərazi  bərk məişət tullantıları  ilə  örtül­
müşdür.
364
365

Lənkəran-Astara zonasında tərəvəzçiliyin  inkişaf etdiril­
məsi  nəticəsində  torpaqlara  çoxlu  miqdarda  mineral  gübrə, 
zəhərli kimyəvi maddələr verilmiş, nəticədə torpaqların aqreqat 
halı  dəyişmiş,  onlarda  zəhərli  kimyəvi  maddələrin  və  ağır  me­
talların normadan artıq toplanması prosesi baş vermişdir.  Ümu­
miyyətlə,  torpaq  örtüyündə ağır metalların toplanması  çox  təh­
lükəlidir və onlar bərpa edilməz dəyişikliklərə səbəb olur.  Əhali 
məskunlaşma  sahələrində  yaradılan  müxtəlif  məqsədli  tikinti 
sahələri,  yolların,  kanalların,  süni  göllərin  yaradılması  ilə  əla­
qədar  indi  respublikada  olan  yararlı  torpaqların  10%-i  kənd 
təsərrüfatı  dövriyyəsindən  çıxmışdır.  Respublikada  çirkləndi- 
rilmiş, dağıdılmış və zibilləndirilmiş torpaqlar 200 min ha artıq 
ərazi  tutur.  Belə  torpaqlar  Naxçıvan  MR,  Yuxarı  Qarabağ, 
Daşkəsən-Qazax,  Abşeron  regionlarında  daha  çoxdur.  Təkcə 
neft və qazçıxarma mədənlərinin tullantıları  nəticəsində 50  min 
ha  çox  ərazi  yararsız  hala  düşmüşdür.  Abşeron  yarımadasında 
neft emalı,  neft-qaz istehsalı  sahələrində  yaranan  tullantı  suları 
ilə 7-8 min ha torpaq sahəsi gölməçələrə çevrilmişdir.
Respublikamızın  iri  sənaye  şəhərləri  olan  Bakı,  Sum­
qayıt,  Gəncə,  Mingəçevir  və  Şirvan  şəhərlərinin  ətraf torpaq 
sahələrinin ağır və əlvan  metal  qalıqları  ilə  çirklənməsi  nəticə­
sində  həmin  torpaqlarda  qurğuşunun,  misin,  sinkin,  xlor,  flor, 
alüminium,  benzopirenlər  və  kükürd  birləşmələrinin  miqdarı 
yol  verilən  norma həddindən  ayrı-ayrı  ərazilərdə  10-20  dəfəyə 
qədər yüksəkdir.
Respublikamızın  iri  yaşayış  məntəqələri  ətrafında hər  il 
5  mln t bərk  məişət tullantısı  toplanır  ki,  bunun da  50%-i  Ab­
şeron  sənaye  rayonunun  payına  düşür.  Bakı  şəhəri  ətrafında 
400  ha,  Sumqayıt ətrafında  120  ha ərazi  tutan tullantıların  yal­
nız  10-12%-i  emal  edilir,  qalan  hissəsi  isə  ətraf mühitin  çirk­
lənmə mənbələrindən biri olaraq qalır.
Şəhərlərdə  fəaliyyət  göstərən  yüzlərlə  zavod  və  fabrik­
lərin  ətraf mühitə  atdıqları  sənaye  tullantıları  da  müxtəlif yol­
larla torpaqlara qayıdır və əsas çirklənmə mənbələrindən  birinə
366
çevrilir.  Bütün  bu  tullantıların  zərərli  təsirlərini  aradan  qal- 
dnmaq  üçün  həmin  tullantıların  emalı,  utilizasiyası  və  zərər- 
sizləşdirilməsini həyata keçirmək lazımdır.
Abşeronda  20-22  min  ha torpaq  sahəsi  neft  məhsulları, 
mədən  suları  və  digər  texnogen  mənşəli  tullantılarla  çirklən­
mişdir ki, onun da  10,6 min ha-ı neftlə çirklənmiş torpaqlardır. 
30 min ha torpaq neft mədənləri altında qalmışdır.
Respublikanın sənaye tulantıları ilə örtülmüş yararlı tor­
paqlarını  zibilliklərdən,  sənaye,  məişət  və  neft  tullantılarından 
təmizləmək  yolu  ilə  əlavə  olaraq  100  min  ha,  o  cümlədən 
Abşeron  yarımadasında  33  min  ha-a  yaxnı  torpaq  sahələrini 
kənd təsərrüfatı dövriyyəsinə qaytarmaq olar.
Abşeron  yarımadasının torpaqları  neft  mədənlərinin  lay 
sularının  tərkibində  olan  radioaktiv  elementlərlə  də  çirklənir. 
Abşeron  yarımadasının  normal  radioaktiv  fonu Xəzəryanı  əra­
zilərdə 9 mkr/saat, tektonik pozuntu sahələrində isə  18 mkr/saat 
təşkil  edir.  Lakin  yarımadanın  bəzi  neft  istehsalı  mədənlərinin 
yaxınlıqlarında  500-600  mkr/saat  olan  çirkləndirilmiş  zonalara 
da rast  gəlinir.  Belə  sahələrin  mövcudluğu  ərazidə  yaşayan  in­
sanların həyatı  üçün olduqca təhlükəlidir.  Qeyd etmək lazımdır 
ki,  radioaktiv  elementlərlə  çirklənmiş  torpaqların  dezaktivi- 
zasiyası  respublikada  müvafiq  avadanlıq  və  texnologiyanın 
olmaması səbəbindən aparılmır.
Respublikanın torpaq fondundan səmərəli istifadə etmək 
və onun təbii  məhsuldarlığını qoruyub  saxlamaq üçün müxtəlif 
səbəblərdən  çirklənmiş,  dağılmış,  korlanmış,  zibillənmiş,  ero­
ziyaya  uğramış,  şorlaşmış  torpaqların  məhsuldarlığını  təbii  və 
süni  yollarla  bərpa  etmək,  onları  rekultivasiya  etmək,  torpaq- 
iqlim  şəraitinə  uyğun  növbəli  əkin  sistemini  tətbiq  etmək,  eyni 
zamanda təsərrüfat-təşkilati,  aqrotexniki,  hidrotexniki,  aqrome- 
liorasiya,  fitomeliorasiya  və  digər  tədbirləri  həyata  keçirməklə 
torpaq  mühafizə  işlərini  həyata  keçirmək  ən  vacib  problem 
kimi qarşıda durur.
367

Nəzərə almaq lazımdır ki,  eyni  ərazilərə uzun illər boyu 
zəhərli  kimyəvi  maddələrin  normadan  artıq  səpilməsi,  aqro­
texniki qaydalara riayət olunmaması, dövriyyəli əkin sisteminin 
apanlmaması,  suvarma  rejiminin  pozulması  torpaq  fonduna 
ağır ekoloji ziyan vurmuşdur.
Azərbaycan  ərazisində  4300-ə  qədər  bitki,  14000  hey­
van  növləri  mövcuddur.  Bitki  və  heyvan  növlərinin  yayılma 
qanunauyğunluğunun  müxtəlifliyi  onların  mühafizə  məsələ­
lərini  ön  plana  çıxanr.  Bitki  örtüyü  içərisində  mühüm  yeri 
meşələr tutur.  Meşələr Azərbaycan ərazisinin  11,5%-ni  tutur və 
əsasən  dağlıq  regionlarda  yayılmışdır.  Meşələrimizin  48,7%-i 
Böyük  Qafqazda,  34,2%-i  Kiçik  Qafqazda,  14,6%-i  Talış 
dağlarında,  2,5%-i  isə  Kür-Araz  ovalığında  yayılmaqla  birinci 
qrup qoruq meşələri hesab olunur.  Meşələrimizin qorunması  və 
artırılması  onların  mühafizəsinin  təşkilindın  çox  asılıdır.  Belə 
ki,  meşələrin  qırılması  və  seyrəldilməsi  sel,  sürüşmə,  uçqun və 
eroziya proseslərini sürətləndirər, torpaq örtüyü öz münbitliyini 
tədricən  itirərək  deqreasiyaya  uğrayar,  yeraltı  suların  səviyyəsi 
aşağı düşər və nəticədə bulaqlar quruyar,  fauna və flora növləri 
məhv  olar  ki,  bu  da  insanların  həyat  şəraitinə  mənfi  təsir 
göstərər.
Respublikamızda  məhv  olmaq  təhlükəsi  altında  qalan 
nadir  heyvan  və  bitki  növlərinin  qorunması  məqsədilə  onların 
adları  1989-cu  ildə  nəşr  olunan  “Qırmızı  kitab”  a  salınmışdır. 
“Qırmızı  kitab”a  108  heyvan  növü  və  140  bitki  növünün  adı 
daxil edilmişdir.
Bioloji  müxtəlifliyin  qorunub  saxlanılmasında  xüsusi 
mühafizə olunan  ərazilərin  rolu  əvəzedilməzdir.  2005-2010-cu 
illər ərzində flora və faunanın qorunub saxlanması  və təkrar is­
tehsalı  üçün ölkəmizdə ümumi sahəsi 310,5 min ha olan 8  milli 
park  və  sahəsi  209,3  min  ha  olan  11  Dövlət  Təbiət  qoruqları 
yaradılmışdır.  Dövlət  qoruqlarının  və  milli  parkların  saxlanıl­
ması  üçün  2010-cu  ildə  2  mln  57  min  manat  vəsait  xərclən­
368
mişdir.  Hazırda xüsusi mühafizə olunan ərazilər ölkə  ərazisinin 
10,2%-i təşkil edir.
Azərbaycanda  fəaliyyət  göstərən  Milli  parklar  Abşeron 
(2005),  Ağgöl  (2003),  Altıağac  (2004),  Göygöl  (2008),  Hirkan 
(2004),  Ordubad (2003),  Şahdağ  (2006),  Şirvan  (2003);  dövlət 
qoruqları  Bəsitçay  (1974),  Eldar  şamı  (2004),  Qaragöl  (1987), 
Qarayazı  (1978),  Qızılağac  (1929),  İlisu  (1987),  Türyançay 
(1958),  Bakı  və Abşeron yarımadasının palçıq vulkanları qrupu 
(2007),  Korçay  (2008),  Şirvan  (1969)  və  Zaqatala  (1929)  qo­
ruqlarıdır.  Qoruq canlı və cansız təbii komplekslərin ilkin halda 
olduğu  kimi  saxlanılan  və  qorunan  ərazilərə  deyilir.  Respub­
likamızda 24 dövlət təbiət yasaqlığı  yaradılmışdır. Qoruq, milli 
park və yasaqlıqların ümumi sahəsi 881  min ha təşkil edir.
Milli  parklar xüsusi  ekoloji,  tarixi, estetik  və digər əhə­
miyyət daşıyan təbiət kompleklərinin  yerləşdiyi  və təbiəti  mü­
hafizə,  maarifçilik,  elmi,  mədəni,  turizm  və  digər  məqsədlər 
üçün  istifadə  olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri 
statusuna  malik  olan  ərazilərdir.  Azərbaycanda  Milli  Parklar 
2003-cü  ildən etibarən  yaradılmağa başlamışdır və  hazırda on­
lar ölkə ərazisinin 3,6%-ni təşkil edir. 2009-cu ildə Azərbaycan 
Prezidentinin  fərmanı  ilə  Ordubad  Milli  Parkının  adı 
dəyişdirilərək Zəngəzur Milli Parkı adlandırılmışdır.
Hazırda yeni Mili Parkların və dövlət təbiət qoruqlarının 
yaradılması  istiqamətində  müvafiq  işlər  həyata  keçirilir. 
Almaniya Federal  Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” 
proqramı çərçivəsində “Samur-Yalama Milli  Parkf’nın layihəsi 
işlənilmiş və icrasına başlanılmışdır.
369

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin