Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci il tarixli 746



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə19/23
tarix04.12.2019
ölçüsü9,32 Mb.
#29800
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   23

auditdir.  Beynəlxalq  Ticarət Palatasının  müəyyənləşdirməsinə 
görə  ekoloji  audit  -   istehsal  proseslərinin  idarə  olunması  və 
işləməsi  sisteminin  ekoloji  tələblərə uyğun  gəlməsinin,  sistem­
ləşdirilmiş,  sənədli  təsdiq  olunan  obyektiv  qiymətləndirilmə­
sindən ibarət idarəetmə alətidir.
Ümumilikdə audit (ingilis dilindən audit -  yoxlama, təftiş) 
-   hər  hansı  peşəkar  fəaliyyət  haqqında  obyektiv  məlumatların 
alınması,  dəyərləndirilməsi  və  bunların  müəyyən  meyarlara, 
normalara və standartlara uyğunluq səviyyəsinin müəyyən edil­
məsi  prosesidir.  Adi  nəzarət  ilə  müqayisədə,  audit  müəyyən 
üstün  cəhətlərə  malikdir:  mötəbərlik,  müstəqillik,  obyektivlik, 
təkrarlanma,  aydın  başa düşülmə,  ilkin olaraq ondan təsərrüfat 
subyektlərinin  maliyyə  fəaliyyəti  sferasında  şirkətin,  müəssi­
sənin, idarənin mühasibat hesabatlarının və onun maliyyə-təsər­
288
rüfat  fəaliyyətinin  digər  sənədlərinin  dəqiqliyinin  (düzgün­
lüyünün)  yoxlanması  üçün  istifadə  edilirdi.  Sonradan  audit 
prosedurasından təsərrüfat subyektlərinin fəaliyyətinin effektiv­
liyinin digər istiqamətlərdə:  keyfiyyət auditi,  energetika auditi, 
ekoloji audit və s. təkmilləşdirilməsi üçün geniş istifadə etməyə 
başlanıldı.
Müəssisələr  tərəfindən  fəaliyyətin  ekoloji  aspektlərinin 
qiymətləndirilməsindən  1970-ci illərdə ABŞ-da təbiətə vurulan 
zərərə görə hüquqi məsuliyyəti nəzərdə tutan, ətraf mühit sahə­
sində  milli  siyasət  haqqında  federal  qanunun  qəbul  edilmə­
sindən  sonra  fəal  tətbiq  edilməyə  başlanıldı.  Qiymətləndirmə 
prosedurası  aparılma  formasına  görə  maliyyə  auditini  xatırlat­
dığından,  o,  ekoaudit  adlandınlmağa  başlandı.  1980-ci  illərdə 
ekoloji  audir  Avropanin  sənayecə  inkişaf  etmiş  ölkələrinin 
həyatına daxil  oldu ki,  bu da sonralar Avropa Şurası tərəfindən 
ekoaudit  barədə  Qətnamənin  (1993)  qəbul  edilməsini  şərtlən­
dirdi.  Bu proseduraya  çoxlu beynəlxalq  təşkilatlar  maraq  gös­
tərir.  Belə  ki,  Beynəlxalq  Ticarət Palatası  ekoauditdən  istehsal 
fəaliyyətinə  və  şirkətin  strategiyasının  ekoloji  qanunvericilik 
normalarına uyğunluğuna nəzarətin gücləndirilməsi üçün daxili 
inzibati  idarəetmə  üsulu  kimi  istifadə  etməyə  başladı.  1990-cı 
illərin əwələri  üçün  ekoloji  auditlə,  kommersiya bankları borc 
alanların ssudaları üzrə ödənişlərin ödənməməsi risklərini mini­
muma endirmək məqsədilə,  şirkət və  firmaların  onların ekoloji 
etibarlılıq  dərəcəsindən  asılı  olaraq  maliyyələşdirilməsi  üzrə 
qərarların verilməsi proseduralarında silahlandı.
Ekoaudit obyektləri kimi, fəaliyyəti ətraf mühitə təsir gös­
tərə bilən, yaxud göstərən mövcud, yaradılmaqda olan müəssisə 
və təşkilatlar ola bilər. Ekoaudit təsərrüfat subyektlərinin mənfi 
ekoloji  təsiri  ilə  bağlı  mövcud,  yaxud  potensial  problemlərin 
üzə çıxarılmasını və onların həlli  üzrə tədbirlərin  işlənib hazır­
lanmasını  hədəfə  alır.  Ekoloji  auditdən  aşağıda  göstəriln  for­
mada istifadə oluna bilər:
289

•  təbiətimühafizə  qanunvericiliyinə  əməl  edilməsinin 
yoxlanması üçün;
•  ətraf mühitin  idarə  olunması  sistemlərinin  işləməsinin 
effektivliyini qiymətləndirmək;
•  layihələrin  sərmayələşdirilməsi,  uzunmüddətli  icarə 
müqavilələrinin və ətraf mühitin çirkləndirilməsindən gələn  zə­
rərlərə görə  məsuliyyətin sığortalanması müqavilələrinin səhm- 
ləşdirilməsinin,  bağlanmasının  maliyyə  risklərinin  müəyyən 
edilməsi;
•  müflisləşmənin  elan  olunması  prosedurasının  gerçək­
ləşdirilməsi;
•  ekoloji sığortalanma məqsədi ilə və mülkiyyətçinin də­
yişməsi  prosesində  keçmiş  ekoloji  zərərə  görə  məsuliyyətin 
təyin edilməsi üçün ekoloji ziyanın qiymətləndirilməsi;
•  lisenziya  alan  tərəfindən  müəyyən  edilmiş  ekoloji 
tələblərə,  lisenziya  razılaşmalarına  əməl  edilməsinin  yoxlan­
ması;
•  özəlləşdirmə  və  daşınmaz  əmlakın  satılması  zamanı 
ekoloji riskin aşkara çıxarılması;
•  sertifikatlaşma  prosesində  qoyulmuş  tələblərə  uyğun 
olmanın yoxlanması və s.
Ekoloji  auditin  həyata keçirilməsi  icbari  və  könüllü  ola
bilər.
İcbari audit təşkilatlar və siyahısı ekoloji audit üzrə xüsisi 
təhkim olunmuş orqan tərəfindən  təsdiq  edilmiş fəaliyyət növ­
ləri  üçün  (məs., obyektin mülkiyyətçisi  dəyişən zaman,  obyekt 
icarəyə  veriləndə  və  ya  ipoteka zamanı  girov  qoyulanda)  apa­
rılır, həmçinin təbiətimühafizə qanunvericiliyini pozanlara qarşı 
iddiaların  tənzinmlənməsi  zamanı  xüsusi  səlahiyyətli  dövlət 
orqanları tərəfindən qaldırıla bilər.
Könüllü audit (təşəbbüslü) müstəsna olaraq ətraf mühitin 
idarəetmə  sisteminin  yaradılması  və  tətbiqi,  onun  işləməsinin
290
effektivliyinə nəzarət edilməsi prosesində təsərrüfat subyektinin 
təşəbbüsü ilə aparılır.
Auditin  kim  tərəfindən  aparılmasından  asılı  olaraq  daxili 
(müəssisə  işçiləri  arasından  oan  audit  tərəfindən  aparılır)  və 
xarici  audit  (müstəqil  auditorlar komandası  tərəfindən  aparılır) 
ayırd  edilir.  Daxili  ekoaudit  təşkilatda  ətraf mühitin  idarəetmə 
sisteminin  işləməsini təmin edən vacib alətdir, lakin onun apa­
rılması  zamanı  həmişə  obyektivliyi  əldə  etmək  olmur.  Yalnız 
xarici audit icbari ola bilər.
Ekoaudit  prosedurası  zamanı  üç  tərəf iştirak  edir:  təşəb­
büskar (müştəri, sifarişçi), auditor (auditor firması), yoxlanılan 
obyekt.
Ekoloji  auditin  aparilması  təcrübəsində  anketləşdirmə, 
maddi  balanslaşma,  kartoqrafik,  texniki  hesablama  üsulların­
dan istifadə edilir.
Ekoauditin aparılmasının əsas mərhələləri:
• təbiətimühafizə  fəaliyyətinin  göstəricilərini  əks  etdirən 
ilkin  sənədlərin,  qeydiyyat jurnallarının  və  digər  materialların 
yoxlanması;
•  obyektin  ekoloji  təhlükəsi  səviyyəsi  barədə  audit  məq­
sədlərinə müvafiq informasiyanın toplanması  (personal ilə mü­
sahibə daxil olmaqla);
• obyektin görünüşcə müayinə olunması, onun təftiş edil­
məsi,  bölmələrin  ziyarət  edilməsi,  texniki  vasitələrin  vəziy­
yətinin və istismarının yoxlanması;
• ətraf  mühit  parametrlərinin  və  göstərilən  neqativ  təsir 
amillərinin alətlə təhlili;
• auditin  nəticələrinə  görə tövsiyyələrin hazırlanması,  aş­
kar  edilmiş  problemlərin  aradan  qaldırılması  üzrə  təkliflərin 
sifarişçiyə verildiyi  gəlinən nəticələr və  tövsiyyələr ilə hesaba­
tın tərtib edilməsi;
291

Ekoauditin aparılması sahəsində əldə olunan təcrübə  onun 
nəticələrindən  effektiv istifadə  edilməsi  imkanlarını  sübut  edir 
ki, bunlar da aşağıdakılara imkan verir:
• əvvələr  nəzərə  alınmayan  ətraf  mühitə  təsir  mənbələ­
rinin eyniləşdirilməsi (fərqləndirilməsi, ayırd edilməsi);
• təbii resursların istehlakını optimallaşdırmaq;
• əlavə  araşdırmaların  aparılmasının  məqsədəuyğunlu- 
ğunun əsaslandırılması;
• əlavə məhsul, xidmətin  istehsalının,  ikincili  xammaldan 
istifadənin,  enerji  resurslarına  qənaətin  inkanlarını  aşkara  çı­
xartmaq;
• yeni  texnikanın,  təbiətimühafızə  və  ehtiyatları  qoruyan 
texnologiyaların alternativ variantlarının əsaslandırılması;
•  ekoloji  fəaliyyətin  maliyyələşdirilməsinin  ehtimal  edi­
lən (əlavə) mənbələrini təyin etmək;
• dəymiş zərərin və ekoloji-iqtisadi məsuliyyətin ödənmə­
sində  cərimə  sanksiyalarının  risklərini  azaltmaq  və  ya  tam 
istisna etmək;
• monitorinq  və  istehsal  nəzarəti  sisteminin  inkişafına 
əlavə xərclərin müəyyən edilməsi;
• istehsal məsrəflərini  azaltmaq  və əlavə məhsulun  əmələ 
gəlməsi hesabına gəlirin artımına nail olmaq və s.
Respublikamızın  “Ətraf  mühitin  mühafizəsi”  haqqında 
Qanununa  müvafiq  olaraq  ekoloji  audit  -   hüquqi  şəxslər  və 
fərdi  sahibkarlar tərəfindən ətraf mühitin mühafizəsi  sahəsində 
tələblərə,  beynəlxalq  standartların  tələblərinə  riayət  edilmə­
sinin  müstəqil  kompleks  sənədləşdirilmiş  yoxlanması  və  belə 
fəaliyyətin  ətraf mühitə  zərərli  təsirinin  aşağı  salınması  (qarşı­
sının  alınması)  üzrə  tövsiyyələrin  hazırlanmasıdır.  Bütün  dün­
yada  olduğu  kimi,  Azərbaycanda  da  ekoaudit  ekoloji  təhlükə­
sizliyin təmin edilməsi, təsərrüfat və digər fəaliyyətin ətraf mü­
hitə  zərərli  təsiri  riskinin  azaldılması  yollarının  və  üsullarının 
təyin  edilməsi  məqsədilə  aparılır.  Onu  icbari  və  ya  könüllü
292
qaydada  hüquqi  şəxslərin,  yaxud  fərdi  sahibkarların  öz  və­
saitləri hesabına həyata keçirirlər.
Ekoloji  auditin  aparılması  qaydası  Azərbaycan  Respub­
likası  qanunvericiliyi  müəyyən  edir.  Ətraf mühitə  zərərli  təsir 
göstərən  müəssisələrin  özəlləşdirilməsi,  habelə  hüquqi  şəxsin 
müflisləşməsi  və  ya  fərdi  sahibkarın  fəaliyyətinin  dayandı- 
nlması zamanı ekoaudit icbari qaydada aparılır.
293

MÖVZU 11. ƏTRAF MÜHİTİN MONİTORİNQİ 
VƏ EKOLOJİ SIĞORTA
Ətraf  mühitin  monitorinqini  dövlət  idarəçiliyinin  bir 
funksiyası,  hüquqi  institutu  və  ətraf mühiti  mühafizə  tədbiri 
kimi  səciyyələndirmək olar.  Monitorinq uzunmüddətli  müşahi­
də  sistemidir  və ətraf mühitin hazırki  vəziyyətinin qiymətlən­
dirilməsi, onun  dəyişməsi istiqamətinin proqnozunu əhatə edir.
Monitorinq  ətraf  mühitin  hərtərəfli  analizi,  ekoloji  və­
ziyyətinin qiymətləndirilməsi,  ona təbii  və antropogen təsirlərin 
öyrənilməsi  məqsədini  daşıyır.  Bu  təsirlər  özünəməxsus  xüsu­
siyyətə  malikdir.  Antropogen  və  təbii  təsirlərin  məhdudiyyət 
səviyyəsinin  göstəricisi  buraxıla bilən ekoloji  yükdür  (BBEY). 
Ekosistemin  və  biosferin  normal  fəaliyyəti  yalnız  BBEY  sə­
viyyəsində mümkündür.
Adətən  təbii  faktorların  təsirindən  vəziyyətini  ardıcıl  də­
yişmiş biosfer bir müddətdən sonra əvvəlki vəziyyətinə qayıdır. 
Məsələn,  havanın  və  torpağın  temperaturu,  təzyiqi,  nəmliyi 
müəyyən  sabit  həddə  dəyişir.  İri  ekosistemlər  təbiətdə  gedən 
proseslər  tərəfindən  çox  kiçik,  zəif  dəyişməyə  məruz  qalır. 
Dünya miqyasında belə  dəyişikliklərin  gedişatma nəzarət  edən 
xüsusi ekoloji xidmət mövcuddur.
Bir  çox  ölkələrdə  təbiətin  bir  çox  ünsür  və  amilləri  üzə­
rində monitorinq aparılır.  Məsələn, Torpaq və Xəritəçəkmə Ko­
mitəsi  torpaq ehtiyatları üzərində, Ekologiya və Təbii  Sərvətlər 
Nazirliyi  təbii  ehtiyatlar,  atmosfer,  səth  suları,  su hövzəsi  və  s. 
üzərində  monitorinq  aparır.  Bu  cür  məlumatların  toplanması 
ətraf  mühitdə  baş verən həm  təbii, həm  də texniki  proseslərin 
proqnozlaşdırılmasma imkan verir.
Biosferin  antropogen  faktorların  təsirindən  dəyişməsi 
daha  qısa  müddətdə  baş  verir.  Buna  görə  də  biosferin  abiotik 
hissəsində  antropogen  təsirdən  baş  verən  dəyişikliyin  ölçül­
məsi,  qiymətləndirilməsi,  proqnozlaşdırılması  və  bütün  bu
294
dəyişikliklərə  reaksiyasının  öyrənilməsi  üçün  ekoloji  monito­
rinqin informasiya sistemi yaradılır.
Ekoloji  monitorinq  biosferin  kompleks  monitorinqidir. 
Buraya  təbii  və  antropogen  təsirdən  ətraf mühitdə  baş  vermiş 
dəyişikliklərə nəzarət aid edilir.
Antropogen  təsir  üzrə  ekoloji  monitorinqin  əsas  məsə­
lələri aşağıdakılardan ibarətdir:
-  Antropogen təsir mənbələrinə nəzarət;
- Antropogen təsir faktorlarına nəzarət;
- Antropogen  faktor  təsirindən  ətraf  mühitdə  yaranan 
dəyişikliklərə nəzarət;
-  Təbii mühitin fiziki halının qiymətləndirilməsi;
-  Antropogen  faktorlar  təsirindən  təbii  mühitin  vəziyyə- 
tindəki  dəyişikliklərin  proqnozlaşdırılması  və  bu  proqnozun 
qiymətləndirilməsi.
Monitorinq antropogen təsirdən biosferdə və yaxud onun 
ayrı-ayrı  elementlərində  baş  vermiş  dəyişikliklərə  nəzarət,  on­
ların qiymətləndirilməsi və proqnozlaşdırılmasmdan ibarətdir.
Monitorinq aşağıdakı praktiki istiqamətlərdən ibarətdir:
-  ətraf  mühitin  vəziyyətinə  və  ona  təsir  edən  faktorlara 
nəzarət etmək;
-  ətraf mühitin  faktiki  vəziyyətini  və  çirklənmə  səviyyə­
sini qiymətləndirmək;
-  çirkləndiricilərin təsirindən ətraf mühitdə yarana biləcək 
vəziyyətin proqnozu və bu vəziyyətin qiymətləndirilməsi.
Monitorinqin  obyekti  atmosfer  (atmosferin  yerüstü  qatı 
və  yuxarı  qatı),  atmosfer  çöküntüləri,  yerüstü  sular,  okeanlar, 
dənizlər, yeraltı sular, kriosferadan (iqlim sistemi) ibarətdir.
Monitorinq  sistemi  təsir  faktoruna,  mənbələrinə  və  miq­
yasına görə də siniflərə ayrılır.
Monitorinqin  təsir  faktoru  dedikdə,  müxtəlif  kimyəvi 
çirkləndirici və müxtəlif cür təbii və fiziki təsir faktorları (elek­
tromaqnit  şüaları,  günəş  radiasiyası,  səs-küy, titrəyiş)  başa dü­
şülür.
295

Çirkləndirici  mənbələrin  monitorinqi  dedikdə,  stasionar 
mənbəyin  (zavod  tüstü  borusu),  hərəkətdə  olan  nəqliyyat 
vasitələrinin və müəyyən bir sahənin  monitorinqi başa düşülür.
İnformasiyaların  ümumiləşdirmə  xarakterinə  görə  aşa­
ğıdakı monitorinq sistemləri mövcuddur:
-  Qlobal monitorinq sistemi. Dünyada baş verən proses­
lərə  və  Yer kürəsinin  biosferində bütün  ekoloji  komponentlərə 
nəzarətlə  yanaşı  ekstremal  vəziyyətlərin  yaranacağı  barədə 
xəbərdarlıq etmək rolunu yerinə yetirir;
-  Baza  monitorinq  sistemi.  Təbiətdə  baş  verən  hallara 
nəzarət  etməkdən  ibarətdir.  Bu  zaman  regional  antropogen 
təsirlər nəzərə alınmalıdır;
-  Milli  monitorinq  sistemi.  Ölkə  miqyasında  aparılan 
monitorinqdir;
-  Regional  monitorinq  sistemi.  Hər  hansı  bir  region 
daxilində gedən proseslərə nəzarəti həyata keçirir;
-  Lokal  monitorinq  sistemi.  Konkret  antropogen  mən­
bəyin təsiri ilə məşğul olur;
-  İmpakt monitorinq sistemi. Regional və lokal antropo­
gen  təsirlərə  məruz  qalan  xüsusi  təhlükəli  zonalann  moni­
torinqidir;
-  Kimyəvi  monitorinq.  Atmosferin,  atmosfer çöküntülə­
rinin,  yerüstü  və  yeraltı  suların,  okean  və  dəniz  sularının,  tor­
pağın,  dib  çöküntülərinin,  bitkilərin  kimyəvi  tərkibinə  nəzarət 
və  kimyəvi  çirkləndiricilərin  yayılma dinamikasına  nəzarətdən 
ibarətdir.
Kimyəvi  monitorinq  əsasən  ətraf  mühiti  çirkləndirən 
aşağıda göstərilən komponentlərə nəzarət edir (cədvəl  19). 
j
296
Cədvəl  19
Üstünlük
sinifi
Çirkləndirici maddələr
Mühit
Ölçü
proqramının
növü
1
2
3
4
I
Kükürd  iki  oksid  və  asılı 
vəziyyətdə olan hissəciklər
Havada
İ, Я, B,Q
Radioaktiv  maddələr  (Sr-90, 
Cs-197)
Qidada
İ,R
II
Ozon
Havada
i,в
(stratosferdə)
D D T  və  başqa  üzvü  xlor  bir­
ləşmələri
Biot, insan
İ,R
Kadmium  və  onun  birləş­
mələri
Qida,  insan, 
su
İ
III
Nitratlar, nitritlət
İçməli su, 
qida
i
Azot oksid i
Havada
i
IV
Civə  və  onun birləşmələri
Qida, hava
İ,R
Qurğuşun
Hava, qida
İ
Karbon  iki  oksid
Hava
в
V
Karbon oksidi
Hava
i
N eft karbohidrogenləri
Dəniz
suyunda
R,B
VI
Flor birləşmələri
İçməli su
İ
VII
Azbest
Hava
İ
Arsen
İçməli su
i
VIH
Mikrotoksinlər
Qida
İ.R
Mikrobioloji  zəhərlənmə
Qida
İ,R
Reaktiv karbohidrogenlər
Hava
İ
Qeyd:  İ -  impakt; R -  regional;  B- baza; Q -  qlobal.
Fiziki  monitorinq  - ətraf mühitə  təsir  edən fiziki proseslərə 
nəzarət (sel, vulkan, zəlzələ, quraqlıq, torpağın eroziyası və s.);
Bioloji  monitorinq  -   bioindikatorlar  vasitəsilə  aparılan 
monitorinq (mühitdə dəyişikliklərə nəzarət).
297

Ekobiokimyəvi  monitorinq  -   radiometrik  aparatlarla 
təchiz  olunmuş  uçan  aparatlarla  kosmosda və  istənilən  sahədə 
aparılan monitorinq.
Kompleks ekoloji monitorinq -  bu universal monitorinq 
hesab  edilir.  Burada  ətraf  mühit  obyektlərinin  vəziyyətinə, 
onların faktiki  çirklənməsinə  nəzarətlə  yanaşı  gözlənilən  kritik 
situasiyalar, onların insanlara, heyvanlara, bitkilərə zərərli  təsiri 
haqqında məlumat hazırlanır.  Bu monitorinq  lokal,  regional  və 
fon üzrə aparılır.
Kompleks  ekoloji  monitorinq  sistemi  konkret  olaraq 
aşağıdakı məsələlərlə məşğul olur:
-  Nəzarət obyektinin seçilməsi;
-  Ayrılmış nəzarət obyektinin müayinəsi;
-  Nəzarət  obyekti  üçün  informasiya  modelinin  seçil­
məsi;
-  Ölçmə işlərinin planlaşdırılması;
-  Nəzarət  obyektinin  vəziyyətinin  dəyişməsinin  proq­
nozlaşdırılması;
-  Alman  nəticələr haqqında informasiyaların  başa  düşü­
ləcək şəkildə istehlakçıya təqdim edilməsi.
Əldə  edilmiş  informasiyalar  əsasında  kompleks  ekoloji 
monitorinqin əsas vəzifəsi aşağıdakılardır:
1)  Ekoloji  sistemin  və  insanların  yaşadığı  sahələrin  fəa­
liyyəti və vəziyyətlərinin qiymətləndirilməsi;
2)  Göstərilən  sahələrdə  baş  vermiş  dəyişikliklərin  səbə­
bini  müəyyən  etmək,  bu  dəyişikliklərin  nə  ilə  nəticələnəcəyini 
qiymətləndirmək, ekoloji və yaşayış  sahələrinin diaqnostikasını 
keçirmək;
3)  Yaranmış neqativ halların ləğvi və ya təsir dairələrinin 
azaldılması  üçün tədbirlər hazırlamaq.  Neqativ hallar haqqında 
vaxtında xəbərdarlıq etmək.
Son  dövrlər  ekoloji  qəza  və  fəlakətlərin  sayı  artdığından 
iqtisadi zərər  də  artır.  Buna  görə  də ekoloji  fəlakətlərin  nəticə­
lərinin  aradan  qaldırılması  üçün  çoxlu  maliyyə  vəsaiti  tələb
298
olunur.  Yüksək risk  şəraitində  bu  vəsaitin  yüngülləşməsi  üçün 
təminat  lazımdır.  Ekoloji  cəhətdən  gözlənilməz  nəticələr  ol­
duqda və preventiv (qabaqlayıcı) təbiəti-mühafizə tədbirləri ke­
çirilərkən  əhalinin  və  hüquqi  şəxslərin  əmlak  maraqlarını  qo­
rumaq  baxımından  ekoloji  sığorta  mühüm  rol  oynamalıdır. 
Qeyd  etmək lazımdır ki,  ümumi  çirklənmənin  tərkibində  plan- 
laşdmlmamış  və  gözlənilməz  çirklənmə  hallarının payı  1/3  -ə 
çatır.
Ekoloji  sığorta -  sığortanın xüsusi  kateqoriyası  olub,  sı­
ğorta təşkilatı tərəfindən  ətraf mühitin gözlənilməz çirklənməsi 
vaxtı  sığorta  obyektinə  dəyən  zərərin  əvvəlcədən  razılaşdırıl­
dığı kimi tam və ya bir hissəsinin ödənilməsinə zəmanət verilir. 
Ekoloji  sığorta  aşağıda  qeyd  olunan  bütün  tərəflərin  ma­
raqlarını birləşdirir:
-  sığorta  təşkilatlan  vasitəsilə  bütün  əhalinin  maraqlarını 
təmsil edən dövlətin;
-  gözlənilməz  qəza  hallarında  ətraf  mühitin  çirklən­
məsində müəyyən ziyan çəkə biləcək üçüncü  şəxslərin (hüquqi
və fiziki);
-  öz  günahları  üzündən  baş  vermiş  qəza  nəticəsində 
çirklənməni  törədən  müəssisə  -   təbiətdən  istifadəçilərin 
(sığorta olunanların).
Bu  prosesdə  əhalinin  marağını  belə  fəaliyyət  növü  üçün 
lisenziya almış sığorta təşkilatı təmsil edir.
Ekoloji  sığorta  üçüncü  tərəfə  zərərin  ödənilməsi  üçün 
icbari  (məcburi)  ola  bilər,  sığorta  olunan  təşkilatın  çirklən- 
diricinin maraqları nəzərə alınaraq könüllü də ola bilər.
Ekoloji  sığortanın  məqsədi  həm  qəza və  təsadüfi  çirklən­
mədən  dəyən  ziyanın  ödənilməsi  üçün  təminatdır,  həm  də 
təbiəti  mühafizə  tədbirlərinin  maliyyələşdirilməsi  üçün  əlavə 
vəsaitlərin  səfərbər olunmasıdır.  Bununla da  ekoloji  sığorta  ilə 
ödənişli  (pullu)  təbiətdən  istifadə  sistemi  arasında  qarşılıqlı 
əlaqə və təsirin olduğu aydınlaşır.
299

Ekoloji  sığortanın  əsasını  aşağıdakı  əsas  prinsiplər  təşkil 
edir:  üçüncü  tərəfə  (şəxsə)  dəyən  zərərin  maksimum  ödə­
nilməsi,  sığorta  olunan  tərəfin  də  iqtisadi  maraqlarının  qorun­
ması (öz resurslarının saxlanmasına və sonrakı fəaliyyət imkan­
larına  təminat);  sığortaçının  sığorta  ödənişinin  həcminin  mini- 
mumlaşdırılmasında  maraqlan  və  yaradılmış maliyyə  vəsaitin­
dən  təbiəti  mühafizə  tədbirlərinin  həyata  keçirilməsində  mak­
simum istifadəsi.
Sığortanın  könüllü növündə  sığorta şirkəti  sığorta  olunan 
tərəfin  üçüncü  tərəfə  vurduğu  zərərin  vətəndaşlıq  (əmlak) 
məsuliyyətinin müdafiəsini  öz üzərinə  götürür.  Sığorta  obyekti 
-   sığorta  təşkilatına  təqdim  olunmuş  əmlak  iddiasına  görə 
məsuliyyət riskinin həcmidir.
Ekoloji sığorta sistemində  aşağıdakı göstəricilər əsasdır:
-  sığorta riski;
-  sığorta ödənişinin həcmi;
-  sığorta haqqı;
-  sığorta tarifləri.
Ekoloji risk -  sığorta hadisəsinin və itkisinin yaranma eh­
timalı ilə  bağlıdır.  Bu ehtimal  nəzəriyyəsinin köməkliyi  ilə  qə­
zalar haqqında məlumatların əsasında müəyyən olunur.  Sığorta 
halı  -   qəza  nəticəsində  atılan  zərərli  maddələrin  təbii  mühitə 
vurduğu  iqtisadi-sosial  ziyanın  baş  verdiyi  prosesdir.  Sığorta 
halının  və  çirklənmə  maddələrinin  baş  vermə  səbəbi  bütün 
konkret hallarda  sığorta  müqaviləsində  öz  əksini  tapır.  Sığorta 
ödənişi  sığortaçı  şirkət tərəfindən  tarif cədvəlinə  görə  ödənilir. 
Tarif cədvəli müəssisənin illik dövriyyəsindən asılı olaraq onun 
müəyyən faizi kimi hesablanır.
Sığorta hadisəsi aşağıdakıları özündə birləşdirir:
-  əmlakın  korlanması  və  məhv  olması  üzündən  zərərin 
kompensasiyası (ödənilməsi);
-  ətraf  mühitdə  həyat  şəraitinin  pisləşməsi  ilə  əlaqədar 
ziyan;
300
-  çirklənmiş  ərazinin  təmizlənməsi  və  oranın  abad­
laşdırılması ilə əlaqədar məsrəflər;
-  sığorta hadisəsi baş verən zaman insanların həyatlarının 
və əmlaklarının xilas edilməsi üçün lazım olan məsrəflər;
-  ilkin  tədqiqatlar  və  məhkəmə  prosesləri  ilə  əlaqədar 
məsrəflər.
Ekoloji  sığorta  kimi  müəyyən  olunan  sığorta  qiyməti  -  
müəssisənin illik dövriyyəsinin həcmi qədər təşkil edir.  Sığorta 
ödənişləri  -   müəssisənin  illik  dövriyyəsinin  tarif əmsalına vu­
rulması  yolu  ilə  hesablanır.  Tarif əmsalı  istehsal  sahələrindən 
asılı  olaraq  dəyişilir.  Tarif  əmsalı  istehsal  proseslərinin  risk 
dərəcələrindən  və  preventiv  tədbirlərin həyata  keçirilməsindən 
asılı olaraq sahə daxilində də diferensiasiya olunur (fərqlənir).
Tarifin həcmi aşağıdakı hissələrdən ibarətdir:
-  sığorta  təminatının  ödənilməsi  üçün  ehtiyat  fonda 
köçürmələr;
-  sığorta  hadisələrinin  xəbərdarlıq  və  qarşısının  alınma­
sının maliyyələşdirilməsi fonduna köçürmələr;
-  sığorta təşkilatının məsrəflərinin ödənilməsi;
-  sığortaçının normativ gəliri.
Sığorta şirkəti  zərərçəkənlərə sığorta təminatını aşağıdakı 
şəkildə həyata keçirə bilər:
-  əmlakın  zədələnməsi  və  sıradan  çıxmasına  görə  kom­
pensasiya;
-  ətraf mühitin  və həyat şəraitinin pisləşməsi  ilə  əlaqədar 
ziyan;
-  çirklənmiş ərazinin təmizlənməsi ilə əlaqədar məsrəflər;
-  insanlann  əmlak  və  həyatlarının  xilası  üçün  lazım  olan
məsrəflər;
-  məhkəmə prosesləri ilə əlaqədar məsrəflər.
Sığorta  təminatının  ödənilməsi  sığorta  təşkilatının  gü­
cündən çox asılıdır.  Sığorta şirkətinin gücü  ilkin kapitaldan,  sı­
ğorta  olunanların  sayından,  lazımi  ödənişlərin  həcmindən 
asılıdır.
301

Sığorta  heç  vaxt  bütün  çirklənmə  növlərini  əhatə  etmir, 
lakin  gözlənilməz  və  təsadüfi  çirklənmədən  dəyən  zərərin 
riskindən  sığortalanır.  Bəzi  sığortaçılar ətraf mühitin  pisləşmə­
sindən  də  sığortalanma  təklif  edirlər.  Onlar  hesab  edirlər  ki, 
çirklənmə  ilə  əlaqədar  vəziyyətin  təxminən  80%-dən  sığorta­
lanmaq lazımdır.
Sığorta müqaviləsi aşağıdakı əsas hissələri əhatə edir:
-  müəssisənin ünvanı, adı, ekoloji riskin xarakteri;
-  illik dövriyyənin həcmi, manatla;
-  müəssisənin istehsal fəaliyyəti haqqında məlumatlar;
-  istehsal  prosesinin  xarakteri  haqqında  məlumatlar: 
xammal, materialların və istehsal olunan məhsulun növləri;
-  ətraf təbii mühit haqqında məlumatlar (əhalinin sıxlığı, 
istifadə olunan ərazinin, torpağın, suların səciyyəsi);
-  havaya,  suya, torpağa atılan tullantılar haqqında məlu­
mat, ətraf mühitin vəziyyətinə nəzarət metodları və normativlər 
haqqında məlumat;
-  tullantıların risk dərəcəsi (səviyyəsi), onların qarşısının 
alınması tədbirləri və s.
Müqavilə  bir  illiyinə  imzalanır,  lakin  sığorta  olunan 
müəssisənin  razılığı  ilə uzadıla  bilər.  Müqavilələr  fasiləsiz 2  il 
və  daha  çox  imzalanırsa,  güzəştli  (10-30%)  sığortalanma  nə­
zərdə tutulur.
Ekoloji  məsuliyyətin sığortalanması prosesi  sığorta şirkə­
tinin  iştirakı  olmadan  da  həyata  keçirilə  bilər.  Sənaye  müəs­
sisələri  öz  risklərini  qarşılıqlı  şəkildə  sığortalayır.  Onlar  birgə 
fondlar da yarada bilər.
Ümumiyyətlə,  ekoloji  sığorta  ekoloji  təhlükəsizlik  üçün 
cəlbedici bir vasitədir, çünki burada ekoloji və iqtisadi maraqlar 
birləşirlər.  Ekoloji  sığortanın  geniş  tətbiqi  aşağıdakı  səbəb­
lərdən ləngiyir:
1) hərtərəfli normativ-hüquqi bazanın olmaması;
2) 
müəssisələrin  çətin  iqtisadi  vəziyyəti  imkan  vermir  ki, 
sığorta haqqını ödəsinlər;
302
3) 
ekoloji  risklərə  görə  yüksək  tarif  dərəcələrinin  olma­
ması.  Bu  onunla  bağlıdır  ki,  avadanlıqlar  çox  köhnədir  və 
sığorta halı və hadisələrinin olması ehtimalı yüksəkdir.
Ümumiyyətlə,  ekoloji  sığorta hələ də  qanunvericilikdə öz 
əksini tam olaraq tapmamışdır.  Bu mənada ayrı-ayrı ərazilər və 
ya müəssisələr üçün əvvəl-cədən könüllü surətdə ekoloji sığorta 
vəsaitinin toplanması  daha məqsə-dəuyğun hesab  edilir.  Müəs­
sisələr tərəfindən  ətraf mühitin çirklənməsi, iqtisadi  zərərin və 
qəzaların həcminə görə 3  qrupa ayırmaq olar:
1) xüsusi təhlükəli -  qrup “A” -  burada daha çox qəzalara 
məruz qala bilən  müəssisələr məcburi sığortalanmalıdır;
2) təhlükəli  -   qrup  “B”  -   mütləq  sığortalanma  qərarı 
regional təbiəti mühafizə orqanları tərəfindən aparılır;
3) 
az təhlükəli  -  qrup “C” -  müəssisələr ekoloji  qəza təh­
lükəsini könüllülük əsasında sığortalayır.
Beləliklə,  ekoloji təhlükəsizliyin təmin olunması  gələcək­
də təbiəti  mühafizə  tədbirlərinin  elmi-  metodiki  və  normativ- 
hüquqi  qanunlar  əsasında  ekoloji  sığorta  sisteminin  yaradıl­
masını tələb edir.
303

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin