Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə46/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   42   43   44   45   46   47   48   49   ...   538
Ə d ə b i y y a t

Azərbaycanda dövlətçilik və 

onun rəmzləri: [kitab-albom] 

/tərt. ed. və müəl. N.Vəlixanlı; 

AMEA Azərbaycan Tarixi 

Muzeyi.- Bakı, 2000.- 95 s.

Dövlət Bayrağı Meydanı 

[Mətn].- Bakı: [s.n.], 2010.-

75 s.

Əhmədov, S. Azərbaycan 

Respublikasının Dövlət Bay-

rağı [Mətn] /S.Ə.Əhmədov, 

V.S.Məmmədov; elmi red. və 

ön sözün müəl. N.Vəlixanlı; 

maliyyə dəstəyi Azərb. Resp. 

Dövlət Neft Şirkəti.- 

Bakı: [Mega basım], 2010.-

153, [1] s.

Əliyev, İ. Azərbaycan 

Respublikasının dövlət 

rəmzləri [Mətn] /İqrar Əliyev, 

E.Ə.Məhərrəmov.- Bakı, 

2008.- S.20-22.

İ n t e r n e t d ə

www.anl.az

www.e-qanun.gov.az

19


33

Tarixdə bu gün

Ümumxalq Hüzn Günü

1990

Y

ANV

AR

1990-cı il yanvar ayının 20-si  Azər-

baycanın  müasir tarixinə  ən faciəli  

günlərdən biri kimi daxil olmuşdur. 

Düz 23 il əvvəl doğma yurdunun, xal-

qının azadlığını,  şərəf və  ləyaqətini 

hər  şeydən uca tutan vətənpərvər 

Azərbaycan övladları  həmin müdhiş 

gecədə canlarından keçərək  şəhidlik 

zirvəsinə ucalmışlar. 

Bədnam M.Qorbaçov başda ol-

maqla, SSRİ  rəhbərliyinin Azərbay-

cana qarşı  qərəzli, ermənipərəst 

siyasətinə,  əzəli torpaqlarımıza id-

dia edən Ermənistanın təcavüzkar 

hərəkətlərinin açıq-aşkar dəstək-

lənməsinə və o zamankı respublika rəh-

bərliyinin xəyanətkar mövqeyinə eti-

raz əlaməti olaraq ayağa qalxmış geniş 

xalq kütlələrinə qarşı sovet ordusunun 

iri hərbi birləşmələrinin yeridilməsi 

Azərbaycanda, xüsusilə Bakıda misli 

görünməmiş faciəyə gətirib çıxarmış-

dı, böyük itkilərlə, günahsız insanların 

ölümü ilə  nəticələnmişdi. Nəticədə 

170 nəfər həlak olmuş, 400-ə yaxın 

insan yaralanmışdı. Bunların içində 

asudə insanlar: gənclər, uşaqlar, qoca-

lar və qadınlar da var idi, hətta hərbi 

qulluqçular da.

 Buna baxmayaraq, Azərbaycanın 

o vaxtkı  səriştəsiz, kölə psixologiya-

lı  rəhbərlərinin  əksinə olaraq, həmin 

vaxt Moskvada yaşayan xalqımızın 

dahi oğlu Heydər  Əliyev həyatını 

təhlükədə qoyaraq, faciənin ertəsi 

günü Azərbaycanın daimi nüma-

yəndəliyinə  gələrək, Qanlı Yanvar 

qırğınını törədənləri pisləyən kəskin 

bəyanatla çıxış etmişdi, xalqımızın ba-

şına gətirilən müsibəti dünyaya çatdır-

mışdı. Bununla da ulu öndərimiz cəsa-

rətini, mərdliyini, xalqının sədaqətli 

oğlu olduğunu bir daha sübut etmişdi.

Xalqımızın   ümummilli lide-

ri Heydər  Əliyevin Azərbaycan 

rəhbərliyinə yenidən qayıdışın-

dan sonra, 1994-cü ildə 20 Yanvar 

hadisələrinə siyasi-hüquqi qiymət ve-

rilmişdi və cinayəti törədənlərin adları 

ictimaiyyətə çatdırılmışdı. 20 Yanvar 

- Ümumxalq Hüzn Günü elan edilmiş-

di. 

Bakının  ən yüksək nöqtələrindən 



birində hər bir azərbaycanlı üçün mü-

qəddəs and yerinə çevrilmiş bir yer 

var. Bu, 20 Yanvar qurbanlarının və 

Ermənistanın hərbi təcavüzünə qarşı 

döyüşlərdə həlak olanların dəfn edildi-

yi Şəhidlər Xiyabanıdır. Hər il yanvar 

ayının 20-də minlərlə insan Vətənin 

azadlığı  və suverenliyi uğrunda can-

larından keçmiş Azərbaycan oğul və 

qızlarının  əziz xatirəsini ehtiramla 

yad etmək üçün buranı ziyarət edirlər. 

Nəsillər dəyişəcək, lakin Vətən oğul-

larının xatirəsi ürəklərdə əbədi yaşaya-

caqdır.  




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin