Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə44/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   40   41   42   43   44   45   46   47   ...   538
Ə d ə b i y y a t

Yeni il bayramı [Mətn]        

//Əkbər Qocayev. Bayramlar 

və tarixi günlər.- Bakı: Altun 

Kitab, 2006.- S.36. 

İ n t e r n e t d ə

www..anl.az

az.wikipedia.org

www. ebooks.preslib.az

www. qadin.net

1


31

Tarixdə bu gün

50  

illiyi

Abşeron rayonu 

1963

Y

ANV

AR

Abşeron rayonu 1963-cü ilin yan-

varında yaradılmışdır. Abşeron yarı-

madası ilə adı eyni olsa da rayon ya-

rımadanın yalnız qərb hissəsini  əhatə 

edir. Yarımadanın  şimalında Novxanı 

kəndinin kiçik dənizkənarı hissəsi  

Abşeron rayonuna məxsusdur.  Ab-

şeron rayonu Şərqdə  əhalinin yüksək 

dərəcədə  sıxlığı ilə (xüsusilə rayo-

nun inzibatı  mərkəzi olan Xırdalan 

şəhərində) qərbdə isə barsız təpələri 

ilə səciyyələnir. Ötən illər ərzində ra-

yon Bakı  və Sumqayıt  şəhərlərinin 

inzibati  ərazilərindəki kolxoz və 

sovxozlara, quşçuluq sənayesinə, 

aqrar sahəyə xidmət edən idarə  və 

müəssisələrə, kənd tikinti və meliorasi-

ya təşkilatlarına, aqrar istiqamətli elmi-

tədqiqat institut və laboratoriyalarına 

yüksək ixtisaslı rəhbərliyi təmin etmək 

məqsədilə yaranmışdı. O, həmçinin hər 

iki sənaye mərkəzinin kənd təsərrüfatı 

məhsullarına ehtiyacının daha dolğun 

ödənilməsinə  xidmət etmək vəzifəsini 

həyata keçirmişdir. Abşeron rayonu-

nun əsas xüsusiyyətlərindən biri bura-

da yerləşən Ceyranbatan su anbarıdır. 

Xırdalan şəhərinin şimalında yerləşən 

bu su anbarı Bakı şəhərini su ilə təmin 

edir. Su Dağıstan ilə sərhəddə axan Sa-

mur çayından Samur-Abşeron kanalı 

vasitəsilə gətirilir. Hal-hazırda bu, Ba-

kını təmin edən yeganə su mənbəyidir. 

2010-cu ildən Qəbələdən gələn yeni su 

boru kəməri istifadəyə veriləcək.

Rayon ərazisində 1 şəhər (Xırdalan) 

8 qəsəbə (Ceyranbatan, Saray, Mehdi-

abad, Digah, Qobu, Güzdək, Hökməli, 

Aşağı Güzdək, Güzdək) 6 kənd (Ma-

sazır, Fatmayı, Məmmədli, Goradil, 

Pirəkəşkül və Novxanı) vardır.

Xırdalan qəsəbəsi 1930-1940 

illərdə Binəqədi, XX əsrin 50-ci illərin 

birinci yarısında Maştağa, 1950-1960-

cı illərdə yenidən Binəqədi rayonunun 

tabeliyinə verilmiş, Azərbaycan SSR 

Ali Soveti rəyasət Heyətinin 4 yanvar 

1963-cü il tarixli Fərmanı əsasında ya-

radılmış Abşeron rayonunun mərkəzi 

kimi fəaliyyət göstərmişdir.

1936-cı ildə  şəhər tipli qəsəbə ol-

muş  Xırdalan, Azərbaycan Respubli-

kasının Prezidenti İlham  Əliyevin 29 

noyabr 2006-cı il tarixli Sərəncamına 

əsasən şəhər statusu almışdır.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin