Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə43/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   39   40   41   42   43   44   45   46   ...   538
Ə d ə b i y y a t 

Müasir rabitə şəbəkələri: 

NGN [Mətn]: telekom-

munikasiya istiqaməti 

üzrə təhsil alan ali 

məktəb tələbələri üçün 

dərslik /Ə.M.Abbasov, 

B.İ.Hüseynov, X.F.Kişiyev; 

elmi red. F.Əliyev; rəy.: 

T.Əliyev, R.Əliquliyev, 

F.Məmmədov.- Bakı:    

Adiloğlu, 2009.- 366 s. 

Методы организации 

баз знаний с нечеткой 

реляционной структурой 

[Текст]: монография       

/Аббасов А.М., Алиев 

Э.Р., Мамедова М.Г.- 

Баку: Элм, 1997.

Abbasov, A.M., “Synthesis 

of methods for subjective 

methods representation in 

problems of fuzzy patterns 

recognition” [Text]/ A.M., 

Abbasov, M.G., Mamedo-

va, G.G. Orujov, H. Aliyev 

//Mecatronics.-2001.-№ 

11.

Abbasov Əli Məhəmməd 

oğlu  [Mətn] //Azərbaycan 

Milli Ensiklopediyası.-

Bakı, 2009.- C.I.- S.18.

İ n t e r n e t d ə

www.wikipedia.org

www.mincom.gov.az

1

Akademik


30

Tarixdə bu gün

Yеni il 

Y

ANV

AR

Dünya xalqlarının böyük ək-

səriyyəti yeni ilin başlanğıcını dekab-

rın 31-dən yanvarın 1-nə keçən gecə 

qeyd edirlər. Yeni il Yer kürəsinin bü-

tün guşələrində dini etiqadlarından asılı 

olmayaraq müxtəlif xalqlar tərəfindən 

geniş qeyd olunan ən məşhur bayram-

lardandır. Bu günü bayram etməklə 

insanlar belə hesab edirlər ki, bütün 

uğursuzluq və kədərli anlar köhnə ildə 

qalır, yeni il yeni arzular və ümidlər 

gətirir.

Təzə ilin yanvarın 1-dən hesab 

olunması xristianlığın tarixi ilə bağ-

lıdır. Rəvayətə görə, xristian dininin 

yaradıcısı  İsa peyğəmbər dekabrın 

24-də anadan olmuşdur. Ona görə  də 

xristianlar bu günü İsa peyğəmbərin 

doğulması  şərəfinə Milad bayramı 

kimi qeyd edirlər. Milad bayramının 

ilkin mənbəyi hər il qış günəş duruşu 

zamanı (21-25 dekabr) “xilaskar alla-

hın doğulması” ilə  əlaqədar keçirilən 

qədim bütpərəst mərasimi olmuşdur. 

Milad bayramını ilk dəfə Roma xris-

tian icmaları keçirmişdir. Bu bayram 

431-ci ildə qanuniləşdirilmişdir. Bizim 

istifadə etdiyimiz təqvim də məhz mi-

ladi təqvim adlanır. Bu təqvimə əsasən 

yeni il yanvarın 1-dən başlanır.

Yeni ilin rəmzlərindən biri də Şax-

ta babadır.  Şaxta babanı müxtəlif 

ölkələrdə müxtəlif cür adlandırırlar. 

Məsələn, ABŞ-da və Avstraliyada o, 

Santa Klaus, Rusiyada-Ded Moroz, 

Türkiyədə -Noel baba, Avstriyada-

Silvestr, Britaniyada - Milad baba, Yu-

nanıstanda Müqəddəs Vasili adlanır.

Bütün hallarda Şaxta baba uşaqla-

rın sevimlisidir. Yeni il gecəsində on-

lar evlərə heç vaxt əliboş  gəlmirlər. 

Torbalarındakı müxtəlif hədiyyələrlə 

uşaqları sevindirirlər.

Dekabrın 31-i gecəsi insanlar bay-

ram süfrəsi ətrafında toplaşırlar. Artıq 

həmişəlik vidalaşdıqları ilin son an-

larında musiqini dayandıraraq sükut 

içərisində saat 12.00-ı gözləyirlər. İlin 

başa çatdığını göstərən saat zənginin 

təntənəli sədaları altında sağlıqlar 

söyləyir, sonra isə  şampan  şərabı ilə 

dolu qədəhləri toqquşdurur, yeni ildə 

bir-birinə xoş günlər və sağlamlıq ar-

zulayırlar.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin