Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə39/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   35   36   37   38   39   40   41   42   ...   538
Ə d ə b i y y a t

Hacı Zeynalabdin Tağıyev 

[izomaterial] /müəl. heyəti. 

N.Vəlixanlı (ümumi red.), 

N.Tahirzadə, F.Cabbarov, 

M.Məmmədov; red. 

A.Abbasov; AMEA; Milli 

Azərb. Tarixi Muzeyi; BP; 

tərtibat. Cam Visual Com-

munication Agency.- [Bakı], 

[2010].- 241 s.

Hacı Zeynalabdin Tağı oğlu 

Tağıyev [Mətn]/S.Əhmədov 

//Azərbaycan tarixindən yüz 

şəxsiyyət.- Bakı, 2006.-

S.151-153.

Rəhimzadə, M. Alla-

hın eşqiylə [Mətn] /M. 

Rəhimzadə; elmi red. 

Z. Səmədzadə .-Bakı: 

Azərbaycan, 2007.- 256 s.

Tağıyev Hacı Zeynalab-

din Məhəmmədtağı oğlu 

[Mətn] //Azərbaycan Xalq 

Cümhuriyyəti Ensiklope-

diyası.- Bakı, 2005.- C.2.- 

S.387-390.

İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

www.kataloq.net

25

190 

illiyi

Xeyriyyəçi


26

370 

illiyi

İsaak Nyuton 

1643-1727      

Y

ANV

AR

  İsaak Nyuton 1643-cü il yan-

var ayının 4-də  İngiltərənin Qrentem 

şəhərciyinin yaxınlığındakı Vulstorp 

kəndində dünyaya gəlmişdi. 

İsaak Nyuton ingilis riyaziyyatçısı, 

mexanik və fiziki, astronom və astro-

loqu, müasir fizikanın banilərindən 

biri olmuşdur. O, mexanikanın  əsas 

qanunlarını formalaşdırmış, bütün 

fiziki hadisələrin təsvirinin vahid fi-

ziki proqramını yaratmışdır. Ümüm-

dünya cazibə qüvvəsini kəşf etmiş, 

planetlərin Günəş  ətrafında və Ayın 

Yer ətrafında hərəkətinin, habelə oke-

anlarda qabarma və çəkilmənin izahını 

vermişdir. Akustkanın və  fiziki opti-

kanın  əsasını da bu alim qoymuşdur. 

Diferensial və inteqral hesabı Nyuton 

işləyib hazırlamışdır. İşıq dispersiyası-

nı, xromatik aberrasiyanı o kəşf etmiş, 

interferensiya və difraksiyanı araşdır-

mış, işığın korpuskulyar nəzəriyyəsini 

genişləndirmiş, güzgülü  teleskop hazır-

lamış, səma mexanikasının  əsaslarını 

yaratmışdır. Sələflərinin və özünün 

mexanika sahəsində  tədqiqatlarının 

nəticələrini ümumiləşdirərək alim “Na-

tural fəlsəfənin riyazi başlanğıcı” adlı 

möhtəşəm  əsərini  ərsəyə  gətirmişdir. 

1687-ci ildə  nəşr olunmuş bu əsərdə 

mexanikanın  əsas məfhumları  və 

prinsipləri üç məşhur qanun - ətalət 

qanunu, hərəkətin kəmiyyətinin sərf 

edilmiş qüvvəyə proporsionallığı qa-

nunu, təsir və əks-təsir qanunu şəklində 

formalaşdırılmışdır. Daha bir kon-

sepsiya onun adı ilə bağlıdır. Nyuton 

bu konsepsiyasında Günəş sisteminin 

vəhdətdə olmasında israrlı olmuşdu. 

O, Günəş sistemini atomun quruluşu-

na oxşadırdı.

Nyutonun elmi işləri öz dövrünün 

elmi səviyyəsini xeyli üstələdiyi üçün 

müasirləri tərəfindən az anlaşılmış-

dı. O, Allaha dərindən inanır və elmi 

tədqiqatların Allahı daha yaxşı  dərk 

etmək üçün dəyərli vasitə olduğunu 

hesab edirdi. İlahiyyat  məsələlərinə  

dair 40.000 səhifəyə yaxın yazısı olan 

Nyuton həyatının əsl mənasını ilahiy-

yat əsərlərində görürdü. 

İsaak Nyuton 1727-ci il mart ayının 

31-də  vəfat etmiş,  İngiltərə kralları-

nın, dövlət xadimlərinin dəfn olun-

duğu Vestminster abbatlığında böyük 

şərafətlə torpağa tapşırılmışdı. 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin