Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə36/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   32   33   34   35   36   37   38   39   ...   538
20

85 

illiyi

Akademik


23

Mədəniyyət.Elm.Maarif

Mehdi Mehdizadə 

1903-1984     

Y

ANV

AR

Mehdi Məhəmməd oğlu Mehdizadə 

1903-cü il yanvar ayının 18-də Cəbrayıl 

rayonunun Daşkəsən kəndində anadan 

olmuşdur.

1919-cu ildə Daşkəsən kənd ibti-

dai məktəbini bitirmiş və növbəti ilin 

noyabrından Daşkəsən kənd kitabxa-

nasının müdiri kimi əmək fəaliyyətinə 

başlamışdır. 

1921-ci ildə 6 aylıq pedaqoji kur-

su bitirərək həmin ilin sentyabrından 

I dərəcəli Daşkəsən kənd məktəbində 

müəllim işləməyə başlamışdır.

1923-cü ildə Azərbaycan Pedaqoji 

İnstitutunun yanında hazırlıq kursu-

na, 1924-cü ildə isə institutun fizika-

riyaziyyat fakültəsinə qəbul olmuşdur.

M.Mehdizadə 1926-cı ildə Azər-

baycan Pedaqoji İnstitutunu bitirmiş 

və Qaryagin (indiki Füzuli) şəhərində 

II dərəcəli məktəbə  fizika və riyaziy-

yat müəllimi kimi göndərilmişdir.

Mehdi Mehdizadə 1927-ci ildə 

Cəbrayıl qəza Xalq Maarif Şöbəsi ya-

nında metodika bürosunun rəhbəri, 3 

il sonra, 1930-cu ilin mart ayından isə 

Azərbaycan Xalq Maarif Komissarlı-

ğının  İctimai Tərbiyə Baş  İdarəsinin 

elmi katibi və xalq komissarının birinci 

müavini Ayna Sultanovanın köməkçisi 

vəzifəsinə təyin edilmişdir. 

O, SSRİ Pedaqoji Elmlər Akademi-

yasının həqiqi üzvü (9.31.1967) olub, 

uzun illər 1952-1980-ci illər  ərzində 

– 23 il Azərbaycanın Maarif naziri 

vəzifəsində çalışmışdır. 

Xidmətlərinə görə SSRİ maarif 

əlaçısı (29.04.1959), Lenin ordeni 

(1960), 3 dəfə “Qırmız Əmək Bayra-

ğı” ordeni (1966,1971, 1976), “Krups-

kaya medalı” (1973) (böyüməkdə 

olan nəslin təlim-tərbiyəsinə görə), 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 

Fəxri Fərmanı (1980), “Əmək vete-

ranı” medalı (1981)  ilə təltif edilmiş,  

“Azərbaycan SSR-nin Əməkdar elm 

xadimi” (1982) adına layiq görülmüş-

dür.

Bakı  şəhərinin mərkəzi küçələrin-



dən biri Mehdi Mehdizadənin adını 

daşıyır. 

Görkəmli akademik 1984-cü il may 

ayının 1-də Bakıda vəfat etmişdir. 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin