Teqvim2013. pdf


Folklor Şair Xudiyev Bayraməli Abbasəli oğlunun (Xəstə Bayraməli)  (10.07.1898-1952) anadan olmasının 115



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə32/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   28   29   30   31   32   33   34   35   ...   538
İ n t e r n e t d ə

www. az.wikipedia.org

www.edu.gov.az

www.milliqahraman.az

12

55 

illiyi

Milli Qəhrəman


20

Siyasət.Hərbi iş

Qara bəy Qarabəyli 

1873-1953   

Y

ANV

AR

Qara bəy  İsmayıl Ağa oğlu 

Qarabəyli 1873-cü il yanvar ayının 

14-də Yelizavetpol (indiki Gəncə) qu-

berniyasının Yuxarı Ayıblı  kəndində 

anadan olmuşdur.

Şəmkir alman-rus litseyini, daha 

sonra Tiflis klassik gimnaziyasını bi-

tirmişdir.

1892-ci ildə  Moskva Universite-

tinin tibb fakültəsinə daxil olmuşdur. 

1896-cı ildə siyasi fəaliyyətə görə bir 

il həbsdə olmuşdur.

Həbsdən  sonra təhsilini Yur-

yev  (Tartu) Universitetinin tibb 

fakültəsində davam etdirmişdir.

1899-cu ildə universiteti bitirdikdən 

sonra iki il Moskvada işləmişdir.

1901-ci ildə Bakıya gələrək şəhərdə 

ilk dəfə olaraq zöhrəvi xəstəliklərin 

müalicəsi üzrə kabinet açmışdır.

Həmin dövrdən publisist kimi 

fəaliyyətə başlamış, “Həyat”, “İrşad”, 

“Kaspi” və s. nəşrlərlə əməkdaşlıq et-

mişdir.

1906-cı ildə İrana mühacirət edərək 

inqilabi fəaliyyətini davam etdirmiş, 

1908-ci ildə  İstanbulda “Səadət” adlı 

təşkilat yaratmışdı.

1911-ci ildə Bakıya qayıdaraq pub-

lisistik fəaliyyətini davam etdirmiş, 

“Haqq yolu” adlı jurnal nəşr etdirmiş-

dir.

Həmçinin, Azərbaycanda ilk dəfə 



ikicildlik türk-rus lüğətini nəşr etdir-

mişdir.


Fevral inqilabından sonra yenidən 

Bakıya qayıdan Qarabəyov “Kaspi” və 

“Yeni həyat” qəzetlərinin baş redakto-

ru olmuşdur. Qarabəyli mart soyqırı-

mından sonra Bakını tərk edərək Da-

ğıstana getmişdir.

“İttihad” partiyasının sədri olan 

Qarabəyli 1918-1920-ci illərdə fəaliy-

yətdə olan Azərbaycan Demokratik 

Respublikası parlamentinə deputat se-

çilmişdir. 

Aprel işğalından sonra Qarabəyli  

həbs edilərək  Arxangelskdəki Solov-

ki həbs düşərgəsinə göndərilmişdir.  

N.Nərimanovun xahişi ilə Leninin 

 

müdaxiləsi nəticəsində 1923-cü ildə 



həbsdən azad edilmişdir. Moskva-

ya köçərək Rusiya fövqəladə  ko-

missarlığının xəstəxanasında həkim 

işləmişdir.

Qara bəy Qarabəyli Kreml xəstəxa-

nasına rəhbərlik etmişdir.

1924-cü ildə Qazaxıstana köçərək  

burada ilk Mamalıq Texnikumunun 

əsasını qoymuşdur.

1933-cü ildə  Səmərqənd xəstəxa-

nasında baş həkimin müavini işləmiş-

dir.


1934-cü ildə gizli olaraq Bakıya 

gəlmiş, burada bir erməni döydüyü 

üçün həbs edilmişdir.

1936-cı ildə  həbsdən buraxılaraq 

Səmərqəndə göndərilən Qarabəyli 

vərəm sanatoriyasının baş həkimi işlə-

mişdir.

Qara bəy Qarabəyli 1953-cü ildə 

Səmərqənddə vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin