Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə40/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   36   37   38   39   40   41   42   43   ...   538
Ə d ə b i y y a t

Abbasov, V. İsaak Nyuton 

[Mətn] //Abbasov V. 

Dahilərin, müdriklərin və 

fatehlərin həyat dərsləri.- 

Bakı: Təhsil, 2010.-S.372.

İsaak Nyutonun alma ağa-

cı [Mətn] //Azərbaycan 

müəllimi.- 2011.- 20 may.-  

S.3. 

 

Nicat, Ə. İsaak Nyuton 

//Əlisa Nicat. Dahilər.- 

Bakı: Qanun, 2001.- 

S.110.

İ n t e r n e t d ə

www..anl.az

www. az.wikipedia.org

www. deyerler.org

4

İngilis fiziki

Riyaziyyat.Fizika.Astronomiya


27

Riyaziyyat.Fizika.Astronomiya

105 

illiyi

Lev Davidoviç Landau 

1908-1968    

Y

ANV

AR

Lev Davidoviç Landau 1908-ci il 

yanvar ayının 22-də Bakıda yəhudi 

ailəsində anadan olmuşdur. 

Landau 13 yaşında gimnaziyanı  bi-

tirmiş, universitetə yaşı çatmadığından, 

Baki  İqtisadiyyat Texnikumuna qəbul 

olunmuşdur. 1922-ci ildə  cəmi 14 ya-

şında ikən Bakı Dövlət Universitetinə 

daxil olmuşdur. Burada o, eyni zaman-

da iki fakültədə - fizika-riyaziyyat və 

kimya ixtisasları üzrə  təhsil almışdır. 

1924-cü ildə Leninqrad Universitetinin 

fizika fakültəsinə göndərilmiş və buranı 

1927-ci ildə bitirmişdir. Daha sonra Le-

ninqrad Fizika-Texniki İnstitutunda as-

pirant təhsilini davam etdirmiş və cəmi 

21 yaşında doktor dərəcəsini almışdır. 

1929-cu ildə Landau ilk dəfə Avropaya 

getmək imkanı əldə etmişdir. Götingen 

və Leypsiqdə  qısamüddətli dayandıq-

dan sonra Kopenhagenə yollanmış  və 

burada Nils Borun Nəzəri Fizika İns-

titunda çalışmışdır. Kopenhagendən 

sonra o Kembridc və Zürixə yollanmış 

və yenidən Sovetlər Birliyinə qayıtmış-

dır. 1932-1937-ci illər  ərzində Landau 

Xarkov Mexanika və Maşınqayırma 

İnstitutunun Nəzəri  fizika kafedrasına 

rəhbərlik etmişdir. 1936-1937-ci illərdə 

Lev Landau “Fazaların ikinci növ 

dəyişmələri” və “Yüksəkkeçiricilərin 

aralıq vəziyyəti” nəzəriyyələrini yarat-

mış, bu problemlərə həsr olunmuş elmi 

məqalələrlə  çıxış etmişdir. Elə Xar-

kovda işlədiyi dövrdə dostu və keçmiş 

tələbəsi Y.M.Lifçitzlə birgə on cildlik 

məşhur “Nəzəri Fizika Kursu” kitabını 

yazmışdır.

1937-ci ildə bütün ölkəni bürü-

müş repressiyalar dahi alimdən də 

yan ötməmişdir.  Əvvəlcə Xarkovdan 

Moskvaya gələn alim 1938-ci ilin 17 

aprel tarixində  təhlükəzlik xidməti 

tərəfindən saxlanılmış  və 1939-cu il 

aprel ayının 19-na qədər həbsdə sax-

lanılmışdır. Landaunun həbsini eşidən 

Nils Bor dəhşətə  gəlmiş  və o, Landa-

unun  fizika üçün, dünya elmi üçün nə 

dərəcədə  əhəmiyyətli olduğu barədə 

İosif Stalinə  məktub göndərərək onun 

azad edilməsini xahiş etmişdir. Onun və 

həmkarı Pyort Ksapitsanın Stalinə yaz-

dığı  məktublar müqabilində Lev Lan-

dau 1939-cu ilin 29 aprelində azadlığa 

buraxılmışdır.

1946-cı il o, SSRİ EA-nın akademiki 

seçilmişdir. 1956-cı ildə Sosialist Əməyi 

Qəhrəmanı adına layiq görülmüşdür.

1962-ci ilin yanvar ayının 7-də ciddi 

avtomobil qəzasına uğramışdır. Həmin 

ilin noyabrında Landau ona Nobel mü-

kafatı verilməsi barədə teleqram al-

mışdır. Nobel Komitəsinin tarixində 

ilk dəfə olaraq xüsusi hal kimi məşhur 

fizik Lev Landaunun Stokholma gedə 

bilməməsi nəzərə alınmış  və  İsveçin 

Moskvada olan səfiri Nobel mükafatı-

nı xəstəxanada ona təqdim etmişdir. O, 

bir daha tamamilə sağala bilməmiş  və 

əvvəlki fəaliyyətini dayandırmışdır. 

Dahi  fizik 1968-ci il aprel ayının 

1-də Moskva şəhərində vəfat etmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin