Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə45/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   41   42   43   44   45   46   47   48   ...   538
Ə d ə b i y y a t

Abşeron iqtisadi rayonu 

[Mətn] //Azərbaycan Milli 

Ensiklopediyası /red. hey. 

sədri İlham Heydər oğlu 

Əliyev.- Bakı, 2009.- C.I.-

S.58-59. 

Mehrəliyev, E. Zəfəran: 

Abşeronun nadir nemətləri 

[Mətn] /E.Mehrəliyev         

//Azərbaycan.- 2011.- 13 

fevral.- S.7.

İ n t e r n e t d ə

www..anl.az

www. absheron.gov.az 

www.azerbaijan.tourism.az 

www.az.wikipedia.org 

www.medgis.org 

4

Yaranma tarixi: 04.01.1963 

Ərazisi: 1,36 000 km2 

Əhalisi: 193,900 nəfər 

(01.2011) 


32

Tarixdə bu gün

20 

illiyi

Azərbaycan Respublikasının  

Dövlət gerbi 

1993

Y

ANV

AR

1990-cı il noyabr ayının 17-də 

Naxçıvan Muxtar Respublikasının 

Ali Məclisində ümummilli lider 

Heydər Əliyevin təşəbbüsü ilə Azər-

baycanın yeni Dövlət gerbinin hazır-

lanması və təsdiqi məsələsinə baxıldı, 

üçrəngli milli bayrağımızın bərpası 

və qəbulu ilə yanaşı, Dövlət gerbi və 

himnimizin də  qəbul edilməsi üçün 

müsabiqə elan olunması qərara alın-

dı. Bu məsələləri həll etmək üçün 

Azərbaycan Respublikasının keçmiş 

Ali Sovetinə müraciət olunmuşdu. 

Azərbaycan Respublikası Ali Soveti 

1991-ci il 5 fevral tarixli qərarı ilə 

üçrəngli Dövlət bayrağını  bərpa və 

qəbul etməklə yanaşı, “Azərbaycan 

Respublikasının Dövlət gerbinin 

ən yaxşı  təsviri üçün müsabiqə elan 

olunması haqqında” (05.02.1991, 

№20-XII) xüsusi qərar da qəbul et-

mişdi. Qərara görə, Azərbaycan 

Respublikasının Dövlət gerbinin ən 

yaxşı təsviri üçün 5 min manat müka-

fat təsis edilmiş, müsabiqəyə yekun 

vurulması isə Respublika Ali Soveti 

Rəyasət heyətinə  həvalə edilmişdi. 

1991-1992-ci illərdə müxtəlif mət-

buat orqanlarında çoxlu yeni gerb 

layihələri çap olunmuşdu və 1993-

cü ilin əvvəllərində Azərbaycan 

Respublikasının Milli Məclisində 

həmin layihələr,  eləcə  də 1919-

1920-ci illərdə hazırlanmış gerb la-

yihəsi müzakirə edilmişdi. Gərgin 

müzakirələrdən sonra Azərbaycan 

Respublikasının Milli Məclisi 1919-

1920-ci illərdə hazırlanmış gerb 

layihəsini müəyyən düzəliş  və  tək-

milləşdirmələrlə Azərbaycan Res-

publikasının Dövlət gerbi kimi təsdiq 

etmişdi. Beləliklə, Dövlət gerbimizin 

rəngli və ağ-qara təsviri “Azərbaycan 

Respublikasının Dövlət gerbi haqqın-

da” Azərbaycan Respublikasının 19 

yanvar 1993-cü il tarixli 460 saylı 

Konstitusiya Qanunu ilə təsdiq edil-

mişdir. 

Azərbaycan Respublikasının Döv-

lət gerbində qalxan - azərbaycanlıların 

Şərq xalqlarından biri, Azərbaycanın 

isə  Şərq dövləti kimi özünümüdafiə 

qüdrətinə malik olduğunu, qalxa-

nın üzərindəki dairəvi üçrəng - milli 

bayrağımızdakı simvolları (türklük, 

müasirlik, islam), səkkizguşəli ulduz 

əbədiyyət rəmzi olan Günəşi, alov - 

“Odlar Yurdu”nu - Azərbaycanı, pa-

lıd budaqları - milli hərbi qüdrətimizi, 

sünbül - Vətənimizin bolluğunu

bərəkətliliyini, çörəyə olan müqəddəs 

münasibətini, günəşin ağ rəngdə ve-

rilməsi isə Azərbaycan dövlətinin 

sülhsevərliyini, xalqımızın sülh, ba-

rış, əmin-amanlıq tərəfdarı olduğunu 

bildirməyə xidmət edir. 

Azərbaycan Respublikasının 

Dövlət gerbində Azərbaycan milli 

dövlətçiliyinə, eləcə  də milli ənə-

nələrinə  və ümumbəşəri dəyərlərə 

əsaslanan simvolikadan geniş istifadə 

olunmuşdur.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin