Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix31.01.2017
ölçüsü4,78 Mb.
#7262
  1   2   3   4   5   6   7   8   9   ...   36


 
 
 
MUSA URUD 
 
 
 
 
 
 
 
 
 
 
ZƏNGƏZUR 
 
 


 
Ġdeya və layihə müəllifi:         Akif Muradverdiyev 
 
Elmi redaktoru:                      Vəli Əliyev, 
                                               Azərbaycan MEA-nın müxbir üzvü,  
                                               tarix elmləri doktoru 
 
 
 
 
 
 
Musa Urud. Zəngəzur. (Elmi-publisistik nəĢr). 
Bakı, "NURLAR" NəĢriyyat-Poliqrafiya Mərkəzi, 2005. 504 səh. 
 
 
 
Kitabda  qədim  Azərbaycan  torpağı  olan  Zəngəzurun  antik  dövrlərdən  son 
illərə  qədərki  tarixi,  coğrafiyası,  əhalisi,  bölgədəki  etnogenez  prosesləri, 
azərbaycanlıların mübarizəsi, qəhrəmanlığı və faciəsi türk, ərəb, fars, erməni, alban 
mənbələri, arxiv materialları əsasında ətraflı və obyektiv təhlil olunmuĢ, xalqımıza 
qarĢı 
törədilən 
tarixi 
ədalətsizliklər 
Zəngəzur 
diyarının 
timsalında 
ümumiləĢdirilmiĢdir.  Müəllifin  gərgin  zəhmətinin,  elmi  axtarıĢlarının  və 
araĢdırmalarının bəhrəsi olan, doğma yurda dərin məhəbbət hissi ilə qələmə aldığı 
"Zəngəzur"  kitabı  Vətənimizin  qəriblikdə  qalmıĢ  gözəl  bir  bölgəsi  haqqında 
ensiklopedik bilgi verən mənbə kimi çox qiymətlidir. 
Kitab elmi ictimaiyyət və geniĢ oxucu kütləsi üçün nəzərdə tutulmuĢdur. 
 
 
 
 
ISBN - 9952 - 403 - 09 – 7 
 
 
 
 
© Musa Urud, 2005. 
 
 
 


 
QƏDĠM TORPAĞIN BÖYÜK OĞLU 
 
Bundan  sonra  da  elə  əsərlər  yaranmalıdır  ki,  o  əsərlər  Ermənistanda 
yerləşən  həmin  torpaqların  Azərbaycana  məxsus  olmasını  daim,  ardıcıl  surətdə 
sübut etsin. 
Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq. 
HEYDƏR ƏLİYEV  
 
Torpaq  zirvələri  ilə,  xalq  böyük  oğulları  ilə  uca  görünür,  tanınır, 
dəyərləndirilir.  Dünya  sivilizasiyasına,  bəĢəriyyətin  hərb  və  dövlət  quruculuğu 
tarixinə  Mete,  Çingiz  xan,  Əmir  Teymur,  Ġldırım  Bəyazid,  ġah  Ġsmayıl  Xətai, 
Sultan Mehmet kimi dahilər bəxĢ etmiĢ böyük türk xalqı həm də bu Ģəxsiyyətlərlə 
tanınmıĢ,  dünya  xalqlarının  içərisində  müxtəlif  dövrlərdə  aparıcı  bir  millət  kimi 
hörmət, söz və nüfuz sahibi olmuĢdur. 
Bu  böyük  millət  XX  əsrdə  də  bəĢəriyyətə  zamanın,  dövrün  axarını 
qabaqlaya  biləcək  iki  dühanı  -  Mustafa  Kamal  Atatürkü  və  Heydər  Əlirza  oğlu 
Əliyevi bəxĢ etmiĢdir. 
Azərbaycan türklüyü iyirminci əsrdəki milli varlığı və inkiĢafı üçün, iyirmi 
birinci əsrdə əldə edəcəyi nailiyyətləri və tərəqqisi üçün birmənalı olaraq, öz böyük 
oğlu, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətini qurmuĢ və on il ərzində 
ona  böyük  müvəffəqiyyətlə  rəhbərlik  etmiĢ  möhtərəm  cənab  Heydər  Əliyevə 
minnətdardır,  onun  dühasına,  onun  iradəsinə,  onun  dövlətçilik  və  milli  birlik 
uğrunda ardıcıl, yorulmaz qalibiyyətli mübarizəsinə borcludur. 
Azərbaycanın  1969-cu  ildən  bəri  ictimai-siyasi,  sosial-iqtisadi  və  digər 
sahələrdə  əldə  etdiyi  bütün  nailiyyətlər  birmənalı  olaraq,  bu  xalqın  müdrik  oğlu, 
dünya  Ģöhrətli  siyasətçi,  bütün  ömrünü  xalqının  xoĢbəxtliyi  uğrunda  mübarizəyə 
həsr  etmiĢ  dahi  Ģəxsiyyətin  -  cənab  Heydər  Əliyevin  adı  ilə,  onun  uzaqgörən 
siyasəti və uzunillik yorulmaz mübarizə yolu ilə bağlıdır. Cənab Heydər Əliyevin 
1969-cu  ildə  respublika  rəhbərliyinə  gəldiyi  zamandan  baĢlayaraq,  Azərbaycan 
xalqının  həyatında  böyük  bir  yeniləĢmə,  Azərbaycanın  tarixində  böyük 
dəyiĢikliklər həyata keçirilmiĢ, məmləkətimizin intibah mərhələsi baĢlanmıĢdır. 
Məhz  1969-cu  ilin  14  iyulunda  Azərbaycanın  bütün  tarixi  boyunca  ən 
böyük ictimai siyasi xadimi, görkəmli dövlət baĢçısı, ümummilli lideri olmuĢ bütün 
dünyanın  tanıdığı  və  böyüklüyünü  dostun  da,  düĢmənin  də  etiraf  etdiyi  Tarixi 
ġəxsiyyət  -  Heydər Əlirza oğlu Əliyev  Azərbaycanda  ali siyasi rəhbərliyə  gəldi  - 
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildi. 
Heydər  Əliyevin  Azərbaycanın  rəhbərliyinə  gəlməsi  illərcə  yağıĢ 
yağmayan,  bulaqları  quruyan,  torpağı  qovrulub  sovrulan,  barını  qəhər  kəsmiĢ, 
dağlarının  otu  yanmıĢ,  yollarını  toz  basmıĢ,  aran  günəĢi  altında  ləhləyən 
Azərbaycanın  səmasında  barlı-bəhərli  yağıĢdan  xəbər  verən  ĢimĢək  çaxması,  göy 
gurultusu kimi bir Ģey idi. Bu gündən baĢlayaraq, gerilik, ətalət basmıĢ, fərasətsiz 


 
rəhbərliyinin fəaliyyətsizliyi nəticəsində yazıq, sahibsiz, fağır günə düĢmüĢ, az qala 
öz  kasıb  qisməti  ilə  barıĢmaqda  olan  Azərbaycan  xalqının  silkələnib  oyanma, 
qalxıb dirçəlmə günləri, taleyində böyük milli dönüĢ tarixi baĢladı. 
Öz  mübariz,  səfərbəredici,  ilhamverici  və  tələbkar  hayqırtısı  ilə 
Atatürksayağı  xalqın  ağır  günündə  irəliyə  sıçramıĢ  bu  rəhbər  adam  ali  vəzifəyə 
seçiləndən sonra qısa  müddət ərzində çox yatmıĢları oyatdı, çox azmıĢları haqqın 
yoluna  qaytardı,  təkcə  Azərbaycan  xalqına  deyil,  o  vaxtkı  SSRĠ-nin  bütün  ittifaq 
respublikalarına,  eləcə  də  Mərkəzi  hakimiyyətə  bəyan  etdi  ki,  bu  cür  yaĢamaq  və 
iĢləmək  olmaz,  hər  Ģey  yeniləĢməlidir,  canlanmalıdır,  dirçəlməlidir, 
mütərəqqiləĢməlidir. 
Tarixdə demək olar ki, bütün rəhbərlər yenilikçi, mütərəqqi konsepsiya ilə 
hakimiyyətə  gəliblər,  çox  gözəl  sözlər  danıĢıblar,  gözəl  ideyalar  irəli  sürüblər. 
Yalnız  o rəhbərlər tarixdə  qalıblar ki,  onlar öz  dediklərini həyata  keçiriblər, iĢdə, 
əməldə  sübut  ediblər  və  bu  fəaliyyətləri  ilə  millətin,  dövlətin  tarixində  yüksəliĢə, 
dirçəliĢə nail olublar.  Azərbaycan  xalqının əbədi ümummilli lideri Heydər Əliyev 
məhz belə Ģəxsiyyətlərdəndir. 
Heydər Əliyev Ģəxsiyyətinin böyüklüyü ondadır ki, onun ideyaları, gördüyü 
iĢlər, həyata keçirdiyi tədbirlər bir, yaxud bir neçə il üçün deyil, bir neçə onilliklər, 
bir  neçə  nəsillər,  bütöv  bir  epoxa  üçün  düĢünülmüĢ,  nəzərdə  tutulmuĢ, 
planlaĢdırılmıĢdır. 
Heydər  Əliyev  1969-cu  ilin  14  iyulundan  Azərbaycanda  hər  Ģeyi 
yeniləĢdirmək,  saflaĢdırmaq,  dirçəltmək,  inkiĢaf  etdirmək,  ölkəni  çiçəklənən  bir 
diyara  çevirmək,  xalqı  xoĢbəxt  gələcəyə  çatdırmaq  uğrunda,  böyük  amallar 
uğrunda fəaliyyətə, mübarizəyə baĢladı. 
Azərbaycan  mədəniyyətinin  və  elminin  çiçəklənməsi,  iqtisadiyyatın,  kənd 
təsərrüfatının inkiĢaf etməsi, sənaye potensialının intensiv artırılması, geniĢ sosial 
proqramların  həyatda  gerçəkləĢdirilməsi  məhz  bu  böyük  tarixi  Ģəxsiyyətin 
respublikaya rəhbərliyi dövrünə təsadüf edir. 
Onun  bu  zaman  kəsiyində  gördüyü  nəhəng  iĢlər  əsrə  bərabər  olan  Heydər 
Əliyev  erası  kimi  tarixə  düĢmüĢ  və  qədirbilən  xalqımızın  yaddaĢına  əbədi  həkk 
olunmuĢdur.  Heydər  Əliyev  dəfələrlə  həyatını  təhlükə  qarĢısında  qoyaraq 
vətənimizin  azadlığı  və  müstəqilliyi  naminə  Ģərəfli  mübarizəyə  qalxmıĢ, 
millətimizin  ən  böyük  təəssübkeĢi,  dövlətçiliyimizin  qurucusu,  ölkəmizin  rəhbəri 
kimi  tarixi  missiyanı  öz  üzərinə  götürmüĢ,  Azərbaycanımızı  fəlakətlərdən  xilas 
etmiĢdir. 
Məhz  buna  görədir  ki,  Vətənimizin  və  xalqımızın  taleyi  təhlükədə  olduğu 
bir vaxtda Azərbaycan xalqı öz xilasını yenə də cənab Heydər Əliyevdə gördü və 
gələcək  xoĢbəxtliyini  onunla  bağladı.  Cənab  Heydər  Əliyev  1993-cü  ildə 
respublikaya  rəhbərliyi  yenidən  öz  üzərinə  götürməklə  Azərbaycanın 
dövlətçiliyinin  təməlini  qoydu,  milli  müstəqilliyinin  və  dövlət  suverenliyinin 


 
qorunub  saxlanılmasına,  daxili  və  xarici  düĢmənlərin  dağıdıcı,  separatçılıq 
hərəkətlərinin dəf edilməsinə nail oldu. 
ġübhəsiz  ki,  Vətən  və  xalq  qarĢısındakı  misilsiz  xidmətlərinə  görə  cənab 
Heydər Əliyevi anamız Azərbaycanın hər bölgəsində, hər rayonunda, hər kəndində 
qədirbilən xalqımız öz doğması, əzizi kimi ürəkdən sevir, öz milli varlığının, əmin-
amanlığının, sosial rifahının və sabaha inamının qarantı kimi məhz Heydər Əlirza 
oğlunun dövlətçilik strategiyasını görür və yüksək qiymətləndirir. 
Dünyanın  hansı  bucağında  yaĢamasından  asılı  olmayaraq  ürəyində 
Azərbaycan sevgisi, qanında milli təəssübkeĢlik duyğusu olan hər bir azərbaycanlı 
Heydər Əliyevi öz doğması bilir, onun uca adı ilə öyünür, fəxr edir, bu müqəddəs 
adın kölgəsində özünü daha da güclü, daha da inamlı hiss edir. 
Öz  xalqının  Ģəksiz  və  Ģəriksiz  lideri,  bu  böyük  insana  olan  milyonların 
sevgisi  və  qüruru  içərisində,  yəqin  ki,  Naxçıvan  və  Zəngəzur  camaatının  payı  bir 
qədər artıqdır. Hər halda bu camaat belə hesab edir. Bu da təbiidir. Heydər Əliyev 
1923-cü  ilin  gözəl  bir  yaz  günündə  -  mayın  10-da  Azərbaycanımızın  ən  qədim 
Ģəhərlərindən  olan,  milli  varlığımızın  ləyaqətli  daĢıyıcısı,  mərd  mübariz  insanları 
ilə  tanınan,  Qafqazda  sivilizasiyanın  mərkəzlərindən  biri  sayılan  tarixi  Naxçıvan 
torpağında dünyaya göz açmıĢ, burada böyümüĢ, məktəbə getmiĢ, təhsil almıĢ, ilk 
əmək  fəaliyyətinə  baĢlamıĢdır.  Bu  mənada  naxçıvanlılar  özlərini  cənab  Heydər 
Əliyevə "bir köynək yaxın" sayırlar və bu inamlarında tamamilə haqlıdırlar. 
Zəngəzur  camaatı  da  naxçıvanlılar  kimi  cənab  Heydər  Əliyevi  daha  çox 
özlərininki sayırlar və onların da bu istəkləri əsassız deyildir. Ən azı ona görə ki, 
bütün Azərbaycan xalqının fəxri, vüqarı olan bu böyük Ģəxsiyyət öz soy-kökü ilə 
Zəngəzur  torpağına,  Azərbaycanın  qədim  torpaqları  sayılan  bu  dağlar  diyarına 
bağlıdır. 
Əslində Naxçıvan da, Ərdəbil də, Zəngəzur da, Qarabağ da vaxtı ilə anamız 
Azərbaycanın  aralarında  heç  bir  sərhəd,  heç  bir  bölgü  olmayan  bütöv  əraziləri, 
zaman-zaman bir-biri ilə qaynayıb-qovuĢmuĢ, qohumlaĢmıĢ türk ellərinin ata-baba 
torpaqları  olmuĢdur.  Bu  torpaqlar  arasında  sərhədlər  sonradan  çəkilmiĢdir.  Əgər 
xanlıqlar  dövründə  bu  sərhədlər  Ģərti  xarakter  daĢıyırdısa,  1828-ci  ildə  bağlanmıĢ 
Türkmənçay  müqaviləsi  Azərbaycanı  iki  yerə  bölməklə,  həm  də  Rusiyanın 
himayəsinə  keçmiĢ  Ģimal  torpaqlarımızı  quberniyalara  ayıraraq  tarixi  əlaqələri, 
ənənələri qırmağa, birliyimizi sarsıtmağa, isti münasibətlərimizi soyutmağa çalıĢdı. 
1828-ci  ildə  Naxçıvanın  Təbrizə  yolunu  kəsdilər...  1920-ci  ildə  isə  Ġrəvanı 
Naxçıvandan ayırdılar. Ərikli dağının qol-budağını budadılar. Zəngəzuru  mələdə-
mələdə  Naxçıvandan  və  Qarabağdan  qopardılar,  Naxçıvanla  Qarabağ  arasına 
ayrılıq yaylığı sərdilər (90, 106). 
...  1918-ci  il  Sisyana  qarğıĢ  kimi,  taun  kimi,  yanğın  və  zəlzələ  kimi  gəldi. 
Bu qədim Azərbaycan torpağında daĢ daĢın üstündə qalmadı. 
DaĢnak  Andronik  Ozanyanın  baĢçılıq  etdiyi  10  min  nəfərdən  artıq  erməni 
ordusu  Zəngəzurda  böyük  talan  və  qırğınlara  baĢladı.  Ġnsanları  yalnız  türk  və 


 
müsəlman  olduqlarına  görə  qətlə  yetirdilər,  didərgin  saldılar,  ev-eĢiklərini  talan 
edib yandırdılar. 
Zəngəzur camaatının bir hissəsi Naxçıvana, bir hissəsi isə Qarabağa pənah 
apardı.  DaĢnakların  iĢgəncə  və  təqiblərindən  canını  götürüb  Naxçıvana  qaçan 
Sisyanın  Comərdli  kəndinin  camaatı  arasında  Azərbaycan  xalqının  milli  iftixarı, 
Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevi dünyaya bəxĢ 
etmiĢ Əliyevlər ailəsi də var idi. Bu ailə mahalda öz mərdliyi, igidliyi ilə sayılıb-
seçilən  Comərdin  və  dövrünün  tanınmıĢ  adamı  olan  Urudlu  Kərbəlayı 
Abbasqulunun nəsli kimi tanınmıĢ və hörmət qazanmıĢdı. 
Cənab  Heydər  Əliyevin  ulu  babası  Comərd  kiĢi  qardaĢı  Alagöz 
Məhəmmədlə birlikdə Comərdli kəndinin bünövrəsini qoymuĢlar. Kənddəki bütün 
ailələr  bu  iki  qardaĢın  törəmələri  olmaqla  demək  olar  ki,  bir-birinə  qohumdurlar. 
Comərdli camaatının Sisyanın digər qədim azərbaycanlı kəndləri olan Urud, ġəki, 
Ərəfsə, Dəstəgird və s. kəndlərlə də yaxın qohumluq əlaqələri vardır. 
Akademik  Cəlal  Əliyev  "Elm  həqiqətdir"  kitabında  öz  ailələrinin  nəsil 
Ģəcərəsini belə göstərir (133, 301). Əliyevlər ailəsinin soy ağacı: 
Comərd  -  Süleyman  –  Məhəmməd  –  Comərd  -  Əli  –  Kərbəlayı  Cəfər  - 
Əlirza 
Əlirza  Kərbəlayı  Cəfər  oğlunun  anası  urudlu  Gülcahan  Kərbəlayı 
Abbasqulu qızının soy ağacı: 
Qulu  -  Behbudalı  -  Ġsgəndər  -  Cəfərqulu  -  Hüseynqulu  -  Məmmədqulu  - 
Nəcəfqulu - Kərbəlayı Abbasqulu - Gülcahan 
Ġzzət xanım Cəfərqulu qızı Əliyevanın ata nəslinin soy ağacı: 
Əbdüləli  –  Ağamalı  -  Məmmədəli  -  Ġmamqulu  -Cəfərqulu  -  Kərbəlayı 
Abdulla - Məmmədəli - Cəfərqulu - (Ġzzət xanım Əliyevanın atası) 
Ġzzət xanım Cəfərqulu qızı Əliyevanın ana xətti ilə nəsil Ģəcərəsi: 
Güllübəyim  -  Taclıxanım  -  Bibixanım  -  Səkinə  -Sarabəyim  (Ġzzət  xanım 
Əliyevanın anası) 
Bu böyük və son dərəcə istedadlı ailənin nəsil Ģəcərəsi ulu babaları Comərd 
kiĢidən  baĢlayaraq,  üzü  bəri  bütün  nümayəndələri  öz  azərbaycanlı  soy-kökünə, 
milli  varlığına,  dini  inamına,  vətəninə  və  xalqına  bağlı  mərd-mübariz  insanlar 
olmuĢlar. 
Onu  da  qeyd  etmək  yerinə  düĢərdi  ki,  Azərbaycana  xalqımızın  xilaskarı, 
ümummilli lider Heydər Əliyevi, akademik Həsən Əliyev, akademik Cəlal Əliyev, 
akademik  Aqil  Əliyev  kimi  elm  korifeylərini,  Azərbaycan  Respublikasının 
Prezidenti, qloballaĢan dünyanın siyasi mənzərəsində xüsusi dəsti xətti ilə seçilən, 
görkəmli siyasi xadim cənab Ġlham Əliyevi töhfə etmiĢ bu qüdrətli nəslin genoloji 
soy ağacı ətraflı öyrənilməli, müxtəlif aspektlərdən tədqiq edilməlidir. Bu Heydər 
Əliyev fenomeninin izahına, onun fövqəlinsan dühasının haradan qaynaqlanmasına 
aydınlıq  gətirə  bilər.  Məsələ  burasındadır  ki,  cənab  Heydər  Əliyevin  mənsub 
olduğu  nəsil  XX  əsrdə  50-dən  artıq  alim,  elm  və  incəsənət  xadimi  yetirmiĢ,  bu 


 
nəsil  Azərbaycanın  bütövlüyü  uğrunda  Qarabağda  gedən  döyüĢlərdə  10-dan  çox 
Ģəhid  vermiĢdir  ki,  onlardan  ikisinə  -  Aqil  Sahib  oğlu  Quliyevə  və  Fəxrəddin 
Vəlyəddin  oğlu  Nəcəfova  vətənin  ən  yüksək  fəxri  adı  -  Azərbaycanın  Milli 
Qəhrəmanı adı verilmiĢdir. 
Əlirza kiĢinin oğlanları Həsən Əliyev və Hüseyn Əliyev Comərdli kəndində 
dünyaya  göz  açmıĢ,  burada  böyümüĢ,  Vətən  torpağının  əsrarəngiz  gözəlliyini 
burada duymuĢ və uĢaq yaddaĢlarında əbədi həkk etdirmiĢlər. 
Xalqımıza  qarĢı  ermənilər  tərəfindən  1918-ci  ildə  törədilən  deportasiya  və 
soyqırım  faciələri  hər  bir  azərbaycanlı  ailəsini  sarsıtmıĢ,  bu  sarsıntı  və  iztirab 
nəsildən-nəsilə insanların içərisində, yaddaĢında yaĢamıĢdır. 
Əliyevlər  ailəsi  də  bu  hadisələrdə  öz  yurdlarını,  əziz  adamlarını  itirmiĢ, 
əzab-əziyyətlər çəkmiĢ, məhrumiyyətlər görmüĢdür. 
Azərbaycan  milli  torpaqĢünaslıq  və  ekologiya  elmlərinin  banisi,  Milli 
Akademiyamızın  yaradıcılarından  biri,  görkəmli  ictimai-siyasi  xadim  akademik 
Həsən  Əlirza  oğlu  Əliyev  bu  qanlı  qırğınların  canlı  Ģahidi  kimi  ömrünün  son 
günlərinə  qədər  həmin  hadisələri  xatırlayır,  comərdlilərin  qeyri-bərabər  döyüĢdə 
düĢmənə qarĢı necə fədakarlıqla döyüĢməsini, kəndlərinin dağıdılıb yandırılmasını, 
bir əmisinin atın tərkinə aldığı 10 yaĢlı oğlunun arxadan atılan erməni gülləsindən 
ölməsini,  digər  əmisinin  isə  arvadı  və  südəmər  körpə  qızı  ilə  kəndin  kənarındakı 
bir mağarada gizlənməsini, ermənilərin mağaraya hücumu zamanı isə son patrona 
kimi atıĢdığını, axırda isə daĢnakların mağaraya girərək əmisinin baĢını kəsdiyini, 
əmisi arvadını və südəmər uĢağı isə süngü ilə min bir əzab verərək öldürdüklərini, 
Comərdli  camaatının  çoxlu  itkilər  verdikdən  sonra  dağlarla  qaçaraq,  Naxçıvana  
pənah  aparmasını  yana-yana,  erməni  daĢnaklarına  qarĢı  sonsuz  bir  nifrət  hissi  ilə 
danıĢırdı (47, 43). 
ġəfiqə  xanım  Əliyeva  "Mənim  anam"  kitabında  ailələrinin  1918-ci  ildə 
üzləĢdiyi müsibətləri çox səmimi və təsirli bir Ģəkildə belə təsvir edir: 
"Ermənilərin  Zəngəzur  torpağına  olan  təcavüzü  anamın  ömür  kitabında 
gənclik  xatirələrinin  ən  acı  səhifələridir.  Öz  torpağından  didərgin  düĢənlər 
Naxçıvanın ətrafında olan kəndlərdə - Qazançı, ĠĢıqlar, Cəhri və Milax kəndlərində 
məskunlaĢırlar.  Atam  Əlirza  və  anam  Ġzzət  xanım  isə  Naxçıvana  gəlirlər.  Lakin 
anamın  çəkdiyi  müsibətlərin  hamısından  dəhĢətlisi  Comərdlidən  qaçarkən  yolda 
gördüyü  mənzərə  olub.  Çox  sevdiyi,  gözəlliyi,  boy-buxunu  ilə  öyündüyü  23  yaĢlı 
qardaĢı Heydərin ölümü onu sarsıdıb. Anamı qaçqın düĢmək ağrısından daha çox 
sevimli  qardaĢının  ölümü  yandırırdı.  Düz  on  beĢ  il  anam  bacı,  qardaĢlarının  sağ 
olub,  olmamasından  xəbər  tuta  bilməyib.  Bir  gün  isə  qardaĢı  övladlarının  sağ 
olması  xəbərini  ona  verirlər.  Özü  nəql  edirdi  ki,  qardaĢlarımın  ətrini  yenicə 
tapdığım  övladlarından  alanda  elə  bil  dünyaya  təzədən  gəldim.  Məsmə,  Səkinə, 
Rzaqulu,  Humay...  Onlar  anam  üçün  artıq  yoxluğa  çevrilmiĢ  bacı-qardaĢ 
tapıntısına bərabər sevinc idilər. 


 
Atamla  anam  Naxçıvanda  məskunlaĢdıqdan  sonra  üç  qardaĢım,  mən  və 
bacım dünyaya gəlmiĢik. Həyatı dərk edəndən anamın gözlərində kədər görmüĢəm. 
Atam  dəmiryolçu  idi.  Səhər  gedib  axĢama  kimi  çalıĢar,  öz  halal  qazancı  ilə 
balalarını böyüdərdi. ZəhmətkeĢ, dinc ailəmiz olub. Anam "erməni" kəlməsinə belə 
nifrət  edərdi.  Çünki  ermənilərin  onun  ailəsinə  vurduğu  zərbənin  acısını  çəkmək 
asan  məsələ  deyildi.  Elə  buna  görə  də  yaraĢıqlı,  mehriban  baxıĢlarından  həmiĢə 
hüzn və küskünlük boylanardı. Bacı, qardaĢ itkisindən doğan hüzn" (98, 25, 26). 
Sovet  hökuməti  qurulduqdan  sonra  Zəngəzur  camaatı  yavaĢ-yavaĢ  öz 
doğma  yurdlarına  qayıtsa  da,  geriyə  dönməyənlər  də  istisna  deyildi.  Geriyə 
qayıtmayanlar  arasında  comərdlilərdən  də  xeyli  ailələr  var  idi.  Bu  insanları 
qınamaq da düzgün deyildi. Kənd yandırılmıĢ, ev-eĢik dağıdılmıĢ, var-dövlət talan 
edilmiĢ, qırğınlar zamanı ailə üzvlərinin çoxu vəhĢicəsinə qətlə yetirilmiĢdi. Digər 
tərəfdən, elə ailələr var idi ki, məskunlaĢdıqları yerdə artıq özlərinə az-çox güzəran 
yaratmıĢ, iĢ tapmıĢ, öz həyatını dinc axara sala bilmiĢdi. Naxçıvana pənah aparmıĢ 
110 evli Comərdli camaatından 1930-cu ildə geriyə yalnız 25 ev qayıtmıĢdı. Qalan 
camaat  Naxçıvanın  müxtəlif  yaĢayıĢ  məntəqələrində  məskunlaĢmıĢ,  bəziləri  isə 
köçüb  Bakıya,  Azərbaycanın  digər  yerlərinə  getmiĢdilər.  Yeri  gəlmiĢkən,  qeyd 
edək ki, 1918-ci il qırğınında Comərdli kəndindən 20- yə yaxın ailə dağ yolları ilə 
Kəlbəcərə  getmiĢ,  orada  məskunlaĢaraq    Comərd    kəndinin  binasını  qoymuĢlar.  
Kəlbəcərin  Comərd  kəndi  1993-cü  ildə  Kəlbəcər  iĢğal  olana  qədər  mövcud 
olmuĢdur. 
Comərd kiĢinin nəslindən olan bir çox ailələr, o cümlədən Əlirza Əliyevin 
ailəsi  də  Naxçıvanı  özlərinə  ikinci  vətən  seçərək  öz  sonrakı  talelərini  bu  qədim 
torpağa bağladılar. 
Əliyevlər  ailəsi  Naxçıvanda  məskunlaĢdıqdan  sonra  da  uzun  illər 
Zəngəzurla  əlaqələrini  kəsməmiĢ,  Comərdli,  Urud,  ġəki  və  s.  kəndlərdə  yaĢayan 
qohumları, dostları ilə get-gəl etmiĢ, onların xeyir-Ģərində iĢtirak etmiĢlər. 
Əlirza  kiĢinin  oğlanları  Həsən,  Hüseyn,  Heydər,  Cəlal,  Aqil  Əliyevlər 
müxtəlif  vaxtlarda  ata-baba  yurdlarında  olmuĢ,  qan  qohumları  ilə  görüĢmüĢ,  yay 
tətilində bu dağlar diyarında havalarını dəyiĢmiĢ, istirahət etmiĢlər. 
Heydər  Əliyev  yeniyetmə  vaxtlarında  təxminən  3  il  dalbadal  yay  tətilində 
istirahət  etmək  üçün  Naxçıvanın  bürküsündən  sərin,  saf  havalı  və  soyuq  bulaqlı, 
bağlı-bağatlı  Urud  kəndinə  gəlib,  Urudlu  qohumlarının,  atasının  və  özünün 
dostlarının  evində  yaĢayıb.  Heydər  Əliyevin  tay-tuĢları  olmuĢ,  onunla  yoldaĢlıq, 
dostluq  etmiĢ,  Urudlu  ağsaqqalların  bir  çoxu  ilə  söhbət  etdikdə  onların  hamısı 
Heydər  Əliyevin  gənclik  dövrü  ilə  bağlı  eyni  fikri  söylədilər:  O  olduqca  ağıllı, 
təfəkkürlü,  savadlı,  istedadlı  bir  gənc  idi.  Kəndə  gələndə  bütün  kənd  cavanları 
onun  baĢına  yığıĢardı.  Onda  insanları  asanlıqla  öz  ətrafına  toplamaq,  onları  idarə 
etmək, onlara rəhbərlik etmək bacarığı var idi. (90, 186) 
Cənab  Heydər  Əliyev  Azərbaycana  rəhbərlik  etdiyi  illərdə,  respublikanın 
hüdudlarından kənarda qalan torpaqlarımızı, orada yaĢayan azərbaycanlıları bir an 


 
da olsun unutmamıĢ, onların maddi,  mədəni,  sosial Ģəraitlərinin yaxĢılaĢdırılması, 
həmin insanların içərisindəki Azərbaycan ruhunun yaĢaması, mübarizə aparması və 
qalib  gəlməsi  üçün  aĢkar  və  gizli  Ģəkildə,  o  dövrün  imkanları  daxilində  əlindən 
gələni etmiĢdir. 
Məhz  cənab  Heydər  Əliyevin  təĢəbbüsü  və  siyasi  iradəsi  ilə  yetmiĢinci 
illərin əvvəllərindən Dağıstanda, Gürcüstanda və Ermənistanda tez-tez Azərbaycan 
mədəniyyəti və incəsənəti günləri keçirilməyə baĢladı. 
Bu proqram çərçivəsində respublikanın tanınmıĢ elm, mədəniyyət, incəsənət 
xadimləri  "vətənin  qıraqda  qalan  yerləri"ndə  yaĢayan  soydaĢlarımızla  görüĢür, 
onların  mənəvi  tələbatlarının  ödənilməsinə  yardımçı  olurdular.  Bu  mənada 
Zəngəzur  da  istisna  deyildi.  Bakıdan,  Ağdamdan,  Füzulidən,  Naxçıvandan 
Zəngəzura  tez-tez  teatr,  konsert  qrupları  gəlir,  kənd-kənd  gəzərək,  konsertlər, 
tamaĢalar  verirdilər.  Azərbaycanda  istehsal  olunmuĢ  kinofilmlərin  Zəngəzurun 
azərbaycanlı  kəndlərinə  gətirilməsi  ötən  əsrin  70-80-cı  illərində  adi  hala 
çevrilmiĢdi. 
Bütün Zəngəzur camaatı bilirdi ki, onlara Azərbaycan tərəfindən göstərilən 
bu  qayğı  və  diqqət  bilavasitə  möhtərəm  Heydər  Əliyevin  qayğısı  və  diqqətidir. 
Bütün Zəngəzur camaatı bilirdi ki, Azərbaycan Respublikasının KP MK-nın birinci 
katibi  Heydər  Əliyev  həm  də  Ermənistan  SSR-də  yaĢayan  azərbaycanlıların 
dayağıdır, arxasıdır. 
Zəngəzur  azərbaycanlıları  cənab  Heydər  Əliyevin  diqqət  və  qayğısını 
həmiĢə yüksək qiymətləndirir, həmiĢə bu böyük insanın müqəddəs adı ilə öyünür, 
qürrələnir, ondan qürur duyurdular. 
Cənab  Heydər  Əliyevin  birbaĢa  göstəriĢi  ilə  1974-cü  ildə  Zəngəzuru  Bakı 
ilə  birləĢdirən  Sisyan-Bakı  avtobus  xətti  açıldı.  Sisyan  rayonu  ilə  Bakı  Ģəhəri 
arasında  gündəlik  avtobus  marĢrutunun  açılması  Sisyan  və  Gorus 
azərbaycanlılarının həyatında inqilaba bərabər bir hadisə idi. Çünki o vaxta qədər 
Qafan və Meğri azərbaycanlıları Bakı və Azərbaycanın bir sıra digər rayonları ilə 
Qafan - Bakı və Culfa-Bakı dəmiryolu vasitəsilə birbaĢa əlaqə saxlaya bilirdilərsə, 
Sisyan və Gorus azərbaycanlılarının belə bir imkanı yox idi. 
Cənab Heydər Əliyev SSRĠ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi 
Büronun  üzvü  olarkən  də  Zəngəzuru  unutmamıĢ,  bu  bölgənin  geosiyasi 
əhəmiyyətini,  gələcəkdə  Azərbaycanın  həyatında  mühüm  rol  oynaya  biləcəyini 
nəzərə  alaraq  Bakı  ilə  Naxçıvanı  (gələcəkdə  isə  Türkiyəni)  birləĢdirəcək 
transregional  avtomobil  magistralının  çəkilməsi  barədə  SSRĠ  Nazirlər  Sovetinin 
qərarının verilməsinə nail oldu. Təəssüflər olsun ki, SSRĠ-nin dağılması bu böyük 
strateji əhəmiyyətli qərarın icrasını yarımçıq qoydu. 
Zamanın  qısa  bir  kəsiyində  dövr  Əliyevlər  ailəsinə  dönük  çıxdı.  Bu 
dönüklük həm də  bütövlükdə Azərbaycan xalqına,  Azərbaycan  məmləkətinə  olan 
qısqanc, düĢmənçilik münasibətinin ifadəsi idi. Azərbaycan xalqının qüdrətli oğlu 
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 14 il ərzində ölkəni o vaxtkı SSRĠ-nin 

10 
 
ən  varlı,  ən  qabaqcıl,  ən  inkiĢaf  etmiĢ  respublikalarından  birinə  çevirmiĢ,  SSRĠ 
kimi fövqəldövlətin rəhbərliyində təmsil olunduğu illərdə isə dünyada böyük siyasi 
xadim kimi tanınmıĢdı. Belə bir liderin varlığı Azərbaycan xalqının düĢmənlərini, 
ilk növbədə isə erməni millətçilərini rahat buraxmırdı. 
Zamanın  tərəzisi  əyilir,  Ģər  Mixail  Qorbaçov  adlı  bir  Ģeytanın  timsalında 
göyərib  qalxırdı.  Ġstedadı,  savadı,  nüfuzu,  idarəetmə  qabiliyyəti  və  bir  çox  digər 
keyfiyyətləri  ilə  Heydər  Əliyevdən  çox-çox  geridə  qalan  Mixail  Qorbaçov  ona 
həsəd  aparır,  qısqanclıq  edirdi.  Məhz  bu  qısqanclıq  səbəbindən,  onun  yanında 
durarkən,  danıĢarkən  cılız  görünməyin  qorxusundan  Sov.  ĠKP-nın  o  vaxtkı  BaĢ 
Katibi  Mixail  Qorbaçov  Heydər  Əliyevi  SSRĠ-nin  rəhbərliyindən  kənarlaĢdırmaq 
üçün bəhanə axtarır. Lakin heç bir əsaslı dəlil-sübut tapa bilmir... (40, 13). 
1987-ci  ildə  Heydər  Əliyev  SSRĠ  Nazirlər  Soveti  sədrinin  birinci  müavini 
vəzifəsindən və Sov ĠKP MK üzvlüyündən istefa verdikdən sonra həm Moskvada, 
həm  də  Bakıda  Əliyevlər  ailəsinə  qarĢı  son  dərəcə  ədalətsiz  və  çirkin  bir 
kampaniya  baĢlanmıĢdı.  Sanki  bu  qüdrətli  nəslin  Azərbaycan  xalqı  üçün  etdiyi 
yaxĢılıqların  qisasını  alırdılar.  Ən  ağrılısı  isə  bu  idi  ki,  baltanın  böyüyünü 
"özümüzünkülər"  götürmüĢdülər.  Akademik  Həsən  Əliyev  19  il  rəhbərlik  etdiyi 
instituta  daha  "gərək  olmadı",  akademikin  oğlu,  görkəmli  memar  Rasim  Əliyev, 
qardaĢları  akademik  Cəlal  Əliyev,  professor  Aqil  Əliyev  heç  bir  səbəb 
göstərilmədən vəzifələrindən çıxarıldılar. 
 
Öz ömrünü-gününü, istedadını, bacarığını, elmini doğma xalqına sərf etmiĢ 
bir  nəslə  qarĢı  misli  görünməmiĢ  mənəvi  terror  baĢlandı,  bu  terror  Əbdürrəhman 
Vəzirovun rəhbərliyi dövründə xüsusilə gücləndi. 
Lakin  cənab  Əliyevin  müdrikcəsinə  dediyi  kimi,  tarix  hər  Ģeyi  öz  yerinə 
qoydu, Heydər Əliyevi yenidən siyasət olimpinin zirvəsinə qaldıran zaman, Mixail 
Qorbaçov və Əbdürrəhman Vəzirov kimi diletantları layiq olduqları yerə - siyasət 
tarixinin zibilliyinə tulladı. 
Cənab Heydər Əliyev bütün ömrü boyu Azərbaycan xalqına sədaqətlə, sidq-
ürəklə xidmət etmiĢ, özünün dediyi kimi, həyatını bağıĢladığı xalqının xoĢbəxtliyi 
yolunda  Ģam  kimi  yanmıĢ,  bu  xalqın  ən  ağrılı-acılı  günlərində,  ən  ağır 
dəqiqələrində  də  dəfələrlə  həyatını  təhlükə  altında  qoyaraq  öz  xalqı  ilə  birlikdə 
olmuĢ, öz xalqına həyan durmuĢdur. 
1990-cı  ilin  20  yanvar  gecəsində  Azərbaycan  xalqının  vicdanı  ləkəli,  əli 
qanlı cəlladı Mixail Qorbaçov xalqın iradəsini,  azadlıq əzmini qırmaq  məqsədilə, 
özünün  Bakıdakı  quyruq  bulayanları  Əbdürrəhman  Vəzirovların  və  Ayaz 
Mütəllibovların  daxili  dəstəyi  ilə  Bakıya  -  dinc,  əliyalın  əhalinin  üzərinə  qoĢun 
yeritdi,  qətliam  törətdi,  "Qanlı  20  Yanvar  Bakı  faciəsi"  kimi  tarixə  düĢən  bir 
cinayətə  imza  atdı.  Xalq  sarsıldı,  xalq  matəmə  batdı,  xalq  dövlətə,  kommunist 
partiyasına, rəhbərə, hərəkat liderlərinə az-çox olan inamını bir dəfəlik itirdi. 
Ə. Vəzirov və  A. Mütəllibov Moskvaya  Qorbaçovun  yanına, xalqı qırğına 
vermiĢ  Rəhim  Qazıyev  və  Nemət  Pənahlı  Ġrana  qaçdılar.  AXC  sədri  Ə.  Elçibəy 

11 
 
Ġsmayıllıda,  Ġsa  Qənbərov  və  Pənah  Hüseynov  kimi  avantüristlər  isə  Bakı  ətrafı 
kəndlərdə gizləndilər. 
Belə bir zamanda cənab Heydər Əliyevin gur, qəzəbli, əzəmətli, hiddətindən 
mis  kimi  cingildəyən  ittihamedici  səsi  bütün  dünyaya  yayıldı:  "Bakıda  Sovet 
qoĢunları  tərəfindən  Azərbaycan  xalqına  qarĢı  törədilən  qanlı  hadisə  hüquqa, 
əxlaqa, mənəviyyata ziddir, xalqa qarĢı tarixi cinayətdir". 
Həyatını risk altında qoyaraq, o, oğlu Ġlham Əliyevlə birlikdə Azərbaycanın 
Moskvadakı  Nümayəndəliyinə  gedir,  mətbuat  konfransında  çıxıĢ  edərək, 
Azərbaycanda qan axıdılmasına, günahsız insanların qətlə yetirilməsinə görə Sovet 
rəhbərliyini və ilk növbədə M. Qorbaçovu kəskin ittiham edir. H. Əliyev qətiyyətlə 
və  əsaslandırılmıĢ  surətdə  izah  edir  ki,  məsələnin  siyasi  yolla  nizama  salınması, 
xalqla dialoq üçün real imkanlar olsa da, onlardan istifadə edilməmiĢdir. Bu gün  - 
12  il  ötdükdən  sonra  biz  onun  nə  dərəcədə  haqlı  olduğunu  görürük:  bəli,  bu 
imkanlardan istifadə edilməmiĢdi. ġüurlu olaraq (40, 23). 
..."20-si  axĢam  xəbər  tutdum  ki,  onlar  Bakıya  qoĢun  yeridiblər.  Həmin 
axĢam  isə  Qorbaçov  televiziya  ilə  çıxıĢ  etdi.  Mən  ona  qulaq  asdım,  baxdım.  Və 
ayın 21-də  Moskvaya  gəldim, evə  gedib ailə  üzvlərimlə  görüĢdüm. Öyrəndim ki, 
Moskvada yaĢayan azərbaycanlıların əksəriyyəti Bakıdakı matəmlə əlaqədar Daimi 
Nümayəndəliyə  yığıĢıblar.  Təbii  ki,  mən  kənarda  qala  bilməzdim.  Mən 
azərbaycanlıyam,  bu  mənim  ölkəmdir,  bu  mənim  xalqımdır.  Qərara  aldım  ki, 
oraya, Daimi Nümayəndəliyə gedim". 
Heydər  Əliyevin  səsini  bütün  dünya  eĢitdi.  Bu,  həqiqətin  səsi  idi.  Bundan 
dərhal sonra onu, onun bütün ailə üzvlərini təqib etməyə baĢladılar. Belə ki, Ġlham 
Əliyevi Moskva Dövlət Beynəlxalq Münasibətlər Ġnstitutunda müəllimlikdən azad 
etdilər (40, 23). 
Ümummilli  liderimiz  dəfələrlə  tariximizin  öyrənilməsi,  onun  düzgün 
qiymətləndirilməsi,  milli-mənəvi dəyərlərimizin qorunması, dilimiz, dinimiz, soy-
kökümüz,  tarixi  torpaqlarımız  haqqında  proqram  xarakterli  dəyərli  fikirlər 
söyləmiĢ,  tarixi  qərarlar  qəbul  etmiĢ,  elm,  sənət  və  dövlət  adamlarının  qarĢısında 
mühüm vəzifələr qoymuĢdur. 
XX əsrdə xalqımızın baĢına gələn müsibətlər, xüsusilə ermənilər tərəfindən 
ölkəmizə  qarĢı  əsassız  olaraq  irəli  sürülən  torpaq  iddiaları,  törədilən  soyqırım  və 
deportasiya  aktları,  bu  hadisələrin  ətraflı  öyrənilməsi  və  onlara  düzgün  tarixi, 
hüquqi,  siyasi  qiymət  verilməsi  məsələləri  Heydər  Əliyevin  daim  önəm  verdiyi 
məsələlərdəndir. 
Xalqımıza  qarĢı  edilən  haqsızlıqlara,  bir  neçə  dəfə  törədilən  soyqırım 
aktlarına  və  deportasiyalara  uzun  müddət  siyasi-hüquqi  qiymət  verilməmiĢ,  hətta 
bu  barədə  danıĢmaq  və  yazmaq  yasaq  edilmiĢdir.  Təəssüflər  olsun  ki, 
müstəqilliyimizi əldə etdikdən sonrakı ilk illərdə də bu sahəyə olan laqeydlik buzu 
əriməmiĢdir. 

12 
 
Problemi həll etmək üçün əvvəl onu bilmək,  ətraflı  öyrənmək, səbəblərini 
araĢdırmaq, nəticəsini proqnozlaĢdırmaq gərəkdir. Məhz ermənilər tərəfindən bizə 
qarĢı  1905,  1918,  1948-52-ci  illərdə  törədilmiĢ  soyqırım  və  deportasiya  aktları 
barədə  bilgilərimizin  kifayət  qədər  olmaması  səbəbindən  1988-ci  ildə  Qarabağ 
separatizmi  baĢlayanda  erməni  məkrinin  miqyasını  müəyyən  edə  bilmədik, 
mübarizəmizin  düzgün  taktikasını  seçə  bilmədik,  informasiya  müharibəsini 
uduzduq,  Qərbi  Azərbaycan  torpaqlarını  itirdik,  200  minə  yaxın  soydaĢımız  ata-
baba torpaqlarından – Zəngəzurdan, Dərələyəzdən, Vedibasardan, Göyçədən, Dağ 
Borçalıdan - Lori-Pəmbəkdən didərgin düĢdülər, daha sonra 1990-cı ilin 20 Yanvar 
faciəsi,  1992-ci  ilin  Xocalı  faciəsi,  ġuĢa  itkisi  ilə  qarĢılaĢdıq.  Torpaqlarımız  iĢğal 
olundu,  bacı-qardaĢlarımız  öz  Vətənimizdə  məcburi  köçkünə  çevrildilər,  qədim-
qayım ellərimiz dağıdıldı, ilan mələyən çöllərdə çadır Ģəhərcikləri tikməli olduq. 
Yenə  də  imdadımıza  Böyük  Tanrının  göndərdiyi  Böyük  Ġnsan  –  Cənab 
Heydər  Əliyev  yetiĢdi.  ÇağırıĢımızı  eĢitdi,  köməksizliyimizi,  kimsəsizliyimizi 
gördü,  çarəsizliyimizi  hiss  etdi,  canından  əziz  bildiyi  Vətəninin  naminə,  özündən 
çox  sevdiyi  xalqının  xatirinə  yenidən  böyük  siyasətə  qayıtdı,  yenidən  ölkəyə 
rəhbərlik etmək yükünü öz polad çiyinlərinə götürdü. 
Cənab  Heydər  Əliyevin  1993-cü  ilin  iyununda  ikinci  dəfə  respublikaya 
rəhbərliyi öz üzərinə götürməsi bir xilaskarlıq missiyası idi. 
Təsadüfi  deyildir  ki,  Azərbaycan  Respublikasının  Milli  Məclisi  15  iyun 
gününü Milli QurtuluĢ günü elan etmiĢdir. 
Məhz  15  iyundan  sonra  ölkədə  vətəndaĢ  müharibəsinin  qarĢısı  alındı, 
hakimiyyət böhranı aradan qaldırıldı, Azərbaycanın  baĢı  üstündən Domokl qılıncı 
kimi  asılmıĢ  separatizm  və  parçalanma  təhlükəsi  sovuĢdu,  müstəqil  Azərbaycanın 
dövlətçiliyinin  bünövrəsi  qoyuldu,  ölkədaxili  sabitlik  bərqərar  oldu,  müharibə 
dayandırıldı, münaqiĢə sülh danıĢıqları müstəvisinə keçirildi, sosial-ictimai, siyasi-
iqtisadi  həyatın  bütün  sahələrində  təkamül  baĢladı,  ötən  on  ildə  Azərbaycan  yüz 
illik bir tarixi yol keçdi, dünya dövlətləri və millətləri sırasında öz inamlı imzasını 
qoydu,  ən  əsası  isə  odur  ki,  xalqın  öz  dövlətinə  və  rəhbərinə  olan  dönməz  inamı 
nəinki sarsılmadı, dəfələrlə sınaqlardan çıxaraq daha da möhkəmləndi. 
Məhz  bu  gündən  sonra  baĢladı  xalqın  və  dövlətçiliyin  xilası.  Məhz  bu 
gündən sonra baĢladı müstəqil Azərbaycan dövlətinin quruculuğu. 
Məhz  cənab  Heydər  Əliyev  Ermənistan  və  Azərbaycan  arasında  uzun 
müddətdən bəri davam edən qanlı müharibəni dayandırmağa, atəĢkəs elan etməyə, 
münasibətləri aydınlaĢdırmağı sülh danıĢıqları müstəvisinə keçirməyə nail oldu. 
Qarabağ  probleminin  təkcə  ölkədaxili  məsələ  olmadığını  bir  dövlətin  - 
Ermənistanın,  digər  dövlətə  -Azərbaycana  ərazi  iddiasından  doğan  bu  silahlı 
münaqiĢənin geopolitik, dünyanın  müxtəlif aparıcı dövlətlərinin iqtisadi, siyasi  və 
hərbi maraqlarının toqquĢduğu və bu maraqlardan asılı bir problem olduğunu məhz 
cənab  Heydər  Əliyev  ilk  dəfə  dünyaya  bəyan  etdi,  neçə  illərdən  bəri  məruz 

13 
 
qaldığımız  informasiya  blakadasını  dağıtdı,  Azərbaycan  həqiqətlərini  dünyaya 
çatdırdı. 
Neçə illərdi ki, üzləĢdiyimiz və içərisində yaĢadığımız Qarabağ probleminə 
konseptual  baxımdan,  sistemli  Ģəkildə  yanaĢmağın  gərək  olduğunu  məhz  bizə  və 
dünyaya  Heydər  Əliyev  öyrətdi.  Heydər  Əliyev  öyrətdi  ki,  tarixi  analogiyalar 
aparmadan,  ötən  dövrdəki  hadisələrlə  müqayisə  etmədən,  "erməni  məsələsi"nin 
tarixi,  siyasi,  dini,  etnik  köklərini  araĢdırmadan  bu  məsələyə  düzgün  qiymət 
vermək, bu məsələni ədalətli həll etmək mümkün deyildir. 
"Tarix hər Ģeyi öz yerinə qoyur", "Tarix heç nəyi silmir" (57, 67; 74) deyən 
Heydər  Əliyev  xalqımızın  və  dövlətçiliyimizin  tarixinə  həmiĢə  çox  böyük 
həssaslıqla  yanaĢmıĢdır.  Xalqımızın  XX  əsrdə  məruz  qaldığı  deportasiya  və 
genosid  aktlarına  hüquqi,  siyasi  qiymət  verilməsi  də  Prezident  Heydər  Əliyevin 
fərmanları ilə reallaĢdı. 
Cənab  Heydər  Əliyevin  18  dekabr  1997-ci  il  tarixdə  imzaladığı  "1948-
1953-cü  illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi-etnik 
torpaqlardan kütləvi surətdə deportasiya haqqında" Fərmanı ilə ermənilərin fitnəsi 
ilə  Sovet  hökuməti  tərəfindən  xalqımıza  qarĢı  törədilmiĢ  kütləvi  deportasiya  aktı 
dünyaya  bəyan  edildi,  Azərbaycan  xalqının  milli,  tarixi  hüququnun  pozulması 
pislənildi, bu akt cinayət kimi, ən adi hüquq normalarına zidd olan, totalitar rejimin 
repressiya tədbiri kimi qiymətləndirildi. 
Prezident  fərmanı  ilə  bu  tarixi  ədalətsizliyə  siyasi  qiymət  verildi, 
Azərbaycan xalqına qarĢı dövlət səviyyəsində həyata keçirilmiĢ bu tarixi cinayətə 
hüquqi-siyasi  qiymət  verilməsi  və  onun  beynəlxalq  ictimaiyyətə  çatdırılması 
məqsədilə dövlət komissiyası yaradıldı. 
Heydər  Əlirza  oğlunun  1993-cü  ildə  yenidən  hakimiyyətə  gəliĢi  ilə 
Azərbaycan  dağılmaq  və  məhv  olmaq  təhlükəsindən  xilas  edilməklə  bərabər, 
xalqımıza  qarĢı  törədilən  deportasiya  və  soyqırımı  siyasətinin  davamına  son 
qoyuldu.  Heydər  Əlirza  oğlunun  1998-ci  ilin  26  martında  imzaladığı 
"Azərbaycanlıların  soyqırımı  haqqında"  fərmanı  ilə  xalqımıza  qarĢı  edilmiĢ  bu 
tarixi  cinayət  bütün  dünyaya  bəyan  edildi,  ona  siyasi  qiymət  verildi,  iĢğalçı  və 
cinayətkar öz adı ilə çağırıldı. 
Cənab Heydər Əliyev öz ata-baba yurdlarından didərgin salınmıĢ insanların 
hüquqi,  mənəvi,  maddi,  sosial  problemlərinə  həmiĢə  böyük  həssaslıqla  yanaĢmıĢ, 
bu  insanların  məskunlaĢma,  sosial  müdafiə,  adaptasiya  və  reinteqrasiya 
məsələlərinə daim qayğı və diqqət göstərilmiĢdir. 
Cənab Prezidentin 22 avqust 2001-ci ildə imzaladığı "Erməni millətçilərinin 
apardığı  etnik  təmizləmə  nəticəsində  Ermənistan  ərazisindəki  öz  tarixi 
torpaqlarından  didərgin  salınmıĢ  azərbaycanlıların  məskunlaĢması  haqqında" 
Fərman  qaçqın  soydaĢlarımıza  Prezident  qayğısının,  dövlət  qayğısının  bariz 
nümunəsidir. Fərmanda göstərilir ki, XX əsrdə müxtəlif dövrlərdə 2 milyona yaxın 
soydaĢımız  öz  tarixi  vətənindən  zorla  köçürülmüĢ,  etnik  təmizləmə  siyasətinin 

14 
 
qurbanına  çevrilmiĢdir.  Cənab  Heydər  Əliyevin  bu  fərmanı  qaçqınların  status, 
məskunlaĢma,  məĢğulluq,  hüquqi,  sosial  müdafiə  problemlərinin  həllində  yeni 
addım, əsaslı dönüĢ nöqtəsi olmuĢdur. 
Bu  kitab  da  müstəqil  dövlətimizin  banisi  və  qurucusu,  xalqımızın 
ümummilli  lideri  Heydər  Əliyevin  tariximizə  düzgün  qiymət  verilməsinə, 
xalqımızın baĢına gələn müsibətlərin öyrənilməsinə və dünyaya bəyan edilməsinə 
çağıran  tövsiyələri  əsasında,  onun  bu  məsələlərə  aid  fərman  və  sərəncamlarının 
icrasından  irəli  gələn  bir  tarixi,  milli,  dövlətçilik  məsələsi  olaraq  yazılmıĢdır. 
DüĢünürəm ki, bu kitab Azərbaycanımızın ən qədim, ən gözəl torpaqlarından biri 
olan Zəngəzur haqqında ensiklopedik xarakterli ilk tarixi etnoqrafik araĢdırma kimi 
oxucuların diqqətini özünə cəlb edəcəkdir. 
Ümummilli  liderimiz  cənab  Heydər  Əliyevin  tariximizin  öyrənilməsi, 
tariximizin  faciəli  və  təntənəli  səhifələrinin  (57,  67)  obyektiv  araĢdırılması 
istiqamətində  ziyalılarımız  qarĢısında  qoyduğu  Ģərəfli  vəzifənin  böyük 
məsuliyyətinin  hər  sətrini  hiss  etdiyim  "Zəngəzur"  kitabını  milli  iftixarımız, 
Azərbaycan  xalqının  əbədiyyət  qədər  daim  yaĢar  böyük  oğlu,  müstəqil 
dövlətimizin  banisi  və  qurucusu  Cənab  Heydər  Əliyevin  əziz  xatirəsinə  ithaf 
edirəm. 

15 
 

Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin