Ədalət tahirzadə



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
tarix31.01.2017
ölçüsü0,51 Mb.
#7189

 

   



    

 

 



Azərbaycan imperatorları: 1 

 

 

 

 



 

 

 



Ədalət TAHİRZADƏ 

 

 

 

 

 

 

NADİR ŞAH ƏFŞAR 

(tərcümeyi-hal oçerki) 

 

 

 

İkinci nəşr 

 

 

 

 

 

 

 

 

 

 

“Çıraq” nəşriyyatı 

Bakı – 2005 

 

 



 

 

 



 

Elmi redaktoru: 



İsmayıl MUSAYEV 

M.Ə.Rəsulzadə adına 

Bakı Dövlət Universitetinin professoru

tarix elmləri doktoru 

 

 

Bədii tərtibat 



Elçin FAXRALI və Feyzi XIRXATALALI `nındır 

 

Texniki redaktoru: 



Xuraman ƏLİYUSİFQIZI 

 

 

Ədalət Tahirzadə. NADİR ŞAH ƏFŞAR. 

(Tərcümeyi-hal oçerki). 2-ci nəşr. 

Bakı. “Çıraq” nəşriyyatı, 2005. 40 səh.  

 

 

Bu  kitabça  XVIII  yüzildə  dünyanın  ən  görkəmli  hökmdarlarından  biri, 

əzəmətli  türk  Əfşar  imperatorluğunun  qurucusu  Nadir  şah  Əfşarın  (1688-1747) 

yaşamından  və  işlərindən  danışır.  Çoxsaylı  qaynaqların  incələnməsi  sonucunda 

yazılmış bu əsərdə Azərbaycan tarixşünaslığında Nadir şah haqqında ən geniş bilgi 

verilir.  

Kitabça ali və orta məktəb müəllimləri, elmi işçilər, tələbə və şagirdlər üçün 

nəzərdə tutulub.  

 

E-mail: tahirzade@yahoo.com  Tel.: 050 369-68-12 

 

T 4702060100 – 006       © Ədalət TAHİRZADƏ 

067 – 2005                       © I  nəşr – “Kür”, 2002 

 

“Nicat-H” mətbəəsində (F.Ağayev küç. 7) 500 nüsxə basılıb.  



Tel.: 438-45-37. 

 

 



 

 

YAZARDAN 

 

“Azərbaycan  imperatorları”  seriyasıyla  yazılar  yazmağa  bizi  sevimli 



dostumuz,  görkəmli  alim  və  ictimai  xadim  Arif  Rəhimoğlu  həvəsləndirdi. 

Millətimizin  minilliklər  boyunca  bir  an  belə  qırılmadan  yaşamış  dövlətçilik 

ənənələrinin  gerçəkdən  nə  qədər  güclü  olduğunu  soydaşlarımıza  bir  daha 

xatırlatmağın önəmi, gərəkliliyi dəfələrlə apardığımız söhbətlərin başlıca mövzusu 

oldu. 

Doğrudan  da,  bu  gün  bir  çox  yurddaşımız  özünün  gerçək  tarixini 



bilmədiyinə  görə  başqalarına  həsəd  aparır,  onların  ən  savadsızları  hətta  milli 

mənsubiyyətlərindən  utanırlar  da.  Ancaq  bəşər  tarixinə  təkcə  son  minillikdə 



Eldənizlilər,  Qaraqoyunlular,  Ağqoyunlular,  Səfəvilər,  Əfşarlar,  Qacarlar… 

kimi möhtəşəm imperiyalar bəxş etmiş Azərbaycan türkünün başıuca olmaq haqqı 

başqalarından qat-qat artıqdır! 

Çox  sevindiricidir  ki,  bütün  tarix  boyunca  Azərbaycan  türkünün  hətta  ən 

savadsızı  da  özünün  dövlətçilik  ənənələriylə,  dövlətiylə,  padşahlarıyla  öyünüb, 

qürur  duyub,  özünü  dövlətsiz,  hökmdarsız  düşmənlərindən  üstün  sayıb. 

Minilliklərin arxasından boylanan Qaraca Çoban düşmənlərini belə söyür: “Mərə, 

dini  yox,  əqlsiz  kafir!  Ussu  yox,  dərnəksiz  kafir!”.  Qədim  oğuz  babalarımız 

parlamentə  “dərnək”  deyirdilər  və  xalqın  parlamentsiz  olması  çobanımızın 

gözündə  söyüşə  layiq  haldı.  Yaxud  dahi  Mirzə  Cəlilin  qəhrəmanı  –  “kasıb 

bənnaların  biri”  olan  savadsız  Usta  Zeynal  erməni  dövlətlisi  Muğdusi  Akopdan 

soruşur:  “Xozeyin,  niyə  sizin  padşahınız  yoxdur?”.  Bu  sıravi  türk  bənnasının 

düşüncəsinə görə, əsl millətin dövləti və padşahı olmalıdır!.. 

“Azərbaycan imperatorları” seriyasında, inşallah, öz qılınclarıyla Şərqin ən 

möhtəşəm  imperiyalarını  qurmuş  ən  görkəmli  dövlət  başçılarımızın  tərcümeyi-hal 

oçerklərini  göz  önünə  qoymaq  niyyətindəyik.  İstəyirik  ki,  əlinə  yenicə  kitab  alıb 

oxumağı  öyrənən  məktəbli  də  bu  əsərlərlə  tanış  olduqdan  sonra  qürurla  desin: 

“Bax, mən o dövlətin varisi, o babanın nəvəsiyəm!”

 

 



 

 

Nadir şah Əfşar 

 

XVIII  yüzildə  dünyanın  ən  görkəmli  hökmdarlarından  biri,  əzəmətli  türk 



Əfşar  imperatorluğunun  qurucusu  Nadir  şah  Əfşar  (Nadirqulu  İmamqulu  oğlu 

Əfşar)  22  oktyabr  1688-də  Xorasanın  Dərəgəz  vilayətinin  Dəstgird  kəndində 

dünyaya göz açıb. 

Oğuzların  Əfşar  (Avşar,  Ovşar)  boyunun  Eberli  tayfasının  Qırıxlı 

oymağından olan Nadir şah Azərbaycanın və bütün türk dünyasının yetişdirdiyi ən 

şərəfli  qəhrəmanlardan  biridir.  Miladdan  öncə  VII  yüzildə  Alp  Ər  Tonqa  ilə 

başlayan  türk  cahangirləri  silsiləsi  2500  il  sonra  Nadir  şahda  bitir.  Onun  tarixi 

xalqımızın və Vətənimizin əbədi çağlayan coşğun qürur qaynağıdır. 

Nadir  şah,  ömrünün  ən  azı  37  ilini  eyni  zamanda  həm  xarici  işğalçılarla, 

həm  də  ölkə  içindəki  satqınlarla  120-dən  artıq  müharibədə  keçirib.  O,  Səfəvilərin 

son  çağlarında  dağılmaqda  olan  dövləti  yenidən  bərpa  etdi,  bütün  işğalçıları 

ölkədən  qovdu,  daxili  qiyamları  yatırdı,  ölkə  torpaqlarını  iki  dəfə  genişləndirərək 

qüdrətli bir Əfşar imperiyası yaratdı. 

Atası  İmamqulu  kürktikəndi  və  Nadirqulu  adı  verdiyi  oğlu  doğulandan  az 

sonra vəfat etmişdi. Dərəgəz vilayətinə hücum edən (1704/05) özbəklər 16-17 yaşlı 

Nadirqulunu, qardaşı İbrahimi və anasını əsir edib apardılar. 4 il sonra anası öldü, 

qardaşıyla birgə əsirlikdən qaçıb Əbivərdə gəldi. 

Hökmdarlığa  yaraşmayan  əyyaş  I  Şah  Hüseyn  Səfəvinin  (1694-1722) 

hakimiyyətinin sonunda Səfəvilər dövləti əslində məhv olmuşdu. Əfqan Üveysilər 

sülaləsi (1722-1729) Səfəvilərin paytaxtı İsfahanı (22.10.1722), daha sonra Kaşan, 

Qəzvin, Qum və Tehranı işğal edərək 7 il hakimiyyətdə qaldı. Səfəvi torpaqlarına 

yiyələnmək istəyən rus çarı Dəli Petro (I Pyotr) da 18 iyul 1722-də böyük bir ordu 

və  274  gəmiylə  Həştərxandan  Azərbaycana  hücum  çəkdi  (sentyabrda  Peterburqa 

qayıtmağa  məcbur  oldu),  çox  keçmədən  onun  qoşunları  Dərbəndi  (15.8.1722)  və 

Gilanı (11.1722) tutdular (Bakınısa 1723-ün iyununda ələ keçirdilər). 

Əbivərd hakimi olan qayınatası Babaəli bəyin müdafiə dəstəsinə daxil olan 

(1710)  Nadirqulu  Əbivərdə  basqın  edən  özbəklərin  və  yomut  türkmənlərinin 

üzərinə  onun  tapşırığıyla  qoşun  çəkdi  və  onları  1719-da  əzib  qovdu.  1719/20-də 

möhkəm  Kəlat  qalasını  tutaraq  özünə  qərargah  etdi.  Dərəgəz  və  Qoçanda  çoxlu 

qoşun  yığaraq  əfqan  Məlik  Mahmudla  bir  neçə  dəfə  vuruşaraq  onu  əzdi.  Babaəli 

bəy  1723/24-də  ölərkən  nəyi  vardısa  hamısını  kürəkəni  Nadirqulunun  ixtiyarına 

buraxdı.  Bundan  sonra  Nadirqulu  əfqanlarla  bir  çox  uğurlu  müharibələr  apararaq 

qalalar aldı, ana yurdu Məşhədi ələ keçirdi (22 oktyabr 1725). 

Özünü şah elan etmiş II Təhmasib Səfəvi (1722-1732) səfirləri İsmayıl bəyi 

Dəli  Petronun,  Məhəmmədrza  xanı  I  Sultan  Mahmudun  yanına  kömək  istəməyə 

göndərdi.  Ancaq  İsmayıl  bəy  12  sentyabr  1723-də  Azərbaycanın  Xəzərsahili 

torpaqlarının: Dərbənd, Bakı, Salyan, Lənkəran, Gilan, Rəşt, Ənzəli, Mazandaran 

və  Əstərəbadın  Rusiyaya  birləşdirilməsi  haqqında  özbaşına  olaraq  müqavilə 



 

imzaladı. Səfəvilərin zəifliyindən yararlanan Osmanlı sərkərdəsi Abdulla paşa isə 



İrəvanı, Qafqazın qərbini, Təbrizi, Rzaiyyəni, Kirmanşah, Loristan və Xuzistanı ta 

Kəngər (Fars) körfəzinədək tutdu. 

24  iyun  1724-də  Osmanlı  və  Rusiya  dövlətləri  arasında  bağlanan  İstanbul 

müqaviləsinə  əsasən,  İrəvan,  Gürcüstan  və  Xəzəryanı  bölgələr  çıxılmaqla  bütün 

Azərbaycan  Türkiyəyə,  Xəzərsahili  Dərbənd,  Bakı,  Salyan,  Lənkəran,  Rəşt  və 

Ənzəli zolağı Rusiyaya verildi. 

Çox  ağır  durumda  olan  II  Təhmasib  Nadirqulunun  igidliyindən  xəbər 

tutaraq  1726-da  onu  Əbivərdə  hakim  qoydu.  Həmin  ildə  Nadirqulunun  3  minlik 

qoşunuyla Xəbuşanda (Əbivərddə) II Təhmasib qüvvələriylə birləşdi və tezliklə o, 

Təhmasibin şəxsi hərbi müşaviri oldu. 

Nadirqulu  xan  1726-nın  oktyabrında  II  Təhmasibin  sipəhsaları  (qoşun 

başçısı, sərkərdəsi) təyin ediləndə gerçək durum beləydi – Səfəvilər dövləti əslində 

mövcud  deyildi;  onu  əfqanlar,  ruslar  və  Osmanlılar  öz  aralarında  bölmüşdülər. 

Özünə  “Təhmasibqulu”  ləqəbi  götürən  Nadirqulu  əlinə  qılınc  aldığı  ilk  gündən 

Vətən  torpaqlarını  geri  qaytararaq  yenidən  vahid  dövlətdə  birləşdirməkçün 

işğalçılarla amansız savaşa girişdi və heç on il keçmədən bu vəzifənin öhdəsindən 

şərəflə gəldi. 

Təhmasibin qulluğunda Nadirqulu xanın ilk böyük qələbəsi Məşhədi tutaraq 

əfqan Məlik  Mahmudu  məğlub etməsi (13.12.1726) oldu. Sonra  o, tədriclə  əfqan 

feodallarını  Səfəvi  torpaqlarından  qovdu  və  üstəlik,  Heratı  da  tutdu  (5.1729). 

Məşhədi  özünə  qərargah  seçən  Nadirqulu  xan  Səfəvi  paytaxtı  İsfahanı  da 

əfqanlardan geri alaraq (26.10.1729) bu şəhəri düşmənlərdən təmizlədi və 7 il 10 

ay  öncə  İsfahandan  çıxmış  Təhmasibi  yenidən  həmin  şəhərdə  taxtda  oturtdu 

(30.11.1729). Şəhərin hakimi Əşrəf Əfqan qaçdı. 

Bu  igidlikləriylə  o  həm  özünü  yenilməz  bir  sərkərdə  kimi  təsdiqlədi,  həm 

mərkəzi  hakimiyyəti  xeyli  gücləndirdi,  həm  də  millətin  qürurunu  artıraraq  onda 

özünəinam  yaratdı,  xalqımızın  döyüşkənlik  ruhunu  yüksəltdi.  Ancaq  II  Təhmasib 

Nadirin  hərbi  uğurlarından  ciddi  qorxuya  düşərək  ona  bir  sıra  xəyanətlərdə 

bulundu,  dövlət  mənafeyini  hər  şeydən  üstün  tutan  Nadirsə  onu  hər  dəfə 

alicənablıqla bağışladı. 

İsfahanı aldıqdan sonra Əşrəf Əfqanla 4 dəfə qanlı savaşa çıxan Nadirqulu 

xan  25  dekabr  1729-da  onu  məhv  etməkçün  Şiraza  qoşun  çəkərək  bu  şəhəri  aldı. 

Şirazdan  tərpənib  Loristandan  keçməklə  Bürucərdə  gələn  Nadirqulu  xandan  ötrü 

şah  buraya  qiymətli  daşlarla  bəzədilmiş  bir  tac  və  İsfahanın  alınmasının  qarşılığı 

olaraq  onun  Xorasan,  Mazandaran,  Yəzd,  Kirman  və  Sistan  valisi  təyin  edilməsi 

haqqında fərmanı göndərdi. 

Şirazdan  da  qaçan  Əşrəf  1730-da  Qəndəhar  yaxınlığında  öldürüldü. 

Beləliklə,  Fars  əyalətini  itaətə  gətirən  və  oraya  Məhəmmədəli  xanı  hakim  qoyan 

Nadirqulu (Təhmasibqulu) xan 7 illik hakimiyyətləri çağında 2 milyonadək insanı 

amansızcasına qırmış, ən yaxşı şəhərləri, ən gözəl binaları xaraba qoymuş qaniçən, 



 

dağıdıcı əfqanlar üzərində qəti qələbə çaldı. İndi o, üzünü Osmanlılara sarı çevirə 



bilərdi. 

Osmanlı  dövlətinə  səfir  göndərərək  Səfəvi  torpaqlarını  qaytarmağı  tələb 

edən  Nadirqulu  xan  rədd  cavabı  aldıqda  müharibəyə  girişdi  və  Həmədana  doğru 

hərəkət  etdi  (9.3.1730),  öncə  döyüşlə  Nəhavəndi  (1.7.1730),  sonra  müqavimətsiz 

Həmədanı (7.7.1730) tutdu. 

Nadirin  qələbələrindən  təşvişə  düşən  Osmanlı  sultanlığı  Səfəvi  dövlətinə 

rəsmən  müharibə  elan  etdi  (23.7.1730).  Marağada  Osmanlılara  qalib  gəldikdən 

sonra Nadirqulu xan Təbrizi (12.8.1730) və Ərdəbili (9.1730) də onlardan geri aldı. 

Bisütun bəy Əfşarı Təbrizə hakim qoydu. Rzaqulu xan Şamlını Osmanlı sədrəzəmi 

İbrahim  paşanın  yanına  göndərərək  sülh  təklif  etdi.  Sədrəzəmin  öldürülməsi,  III 

Sultan Əhmədin devrilib (1.10.1730) yerinə qardaşı Sultan Mahmudun gəlməsiylə 

Osmanlılar Səfəvilərlə savaşdan əl götürdü. 

Nadirqulu xan İstanbuldakı qarışıqlıqdan yararlanıb Naxçıvan və İrəvanı da 

Osmanlılardan  geri  almaq  istəsə  də  1730-un  avqustunda  Xorasanda  əfqanların 

(abdalların)  üsyan  qaldırdığını  eşidərək  savaşı  davam  etdirmədən  Təbrizdən 

Məşhədə yollanmalı oldu (ora noyabrın başlanğıcında çatdı). O, 1731-in iyulundan 

əfqanları  (abdalları)  bir  neçə  dəfə  əzdi  və  uzun  mühasirədən  sonra  Heratı 

bütünlüklə tutdu (27.2.1732). 

Bu vaxt II Təhmasib qoşun başçılığını öz əlinə aldı və Nadirqulu xanın təsir 

gücünü azaltmaqçün onun yalnız Xorasanı idarə edəcəyini, Osmanlı və Rusiyanın 

tutduğu torpaqları geri almaqda da ona ehtiyac olmadığını bildirdi və özünə nüfuz 

qazandırmaqçün Naxçıvan və İrəvanı qaytarmaqdan ötrü Osmanlılarla müharibəyə 

başladı  (12.1730),  ancaq  Həmədan  yaxınlığında  məğlub  olduqdan  (15.7.1731) 

sonra  Kirmanşahı  (30.7.1731),  Həmədanı  (18.9.1731),  Urmiyəni  (15.11.1731)  və 

Təbrizi  (4.12.1731)  də  itirdi.  Paytaxt  İsfahandan  uzaqlarda  olan  Nadirqulu  xanın 

razılaşmamasına baxmayaraq 10 yanvar 1732-də Osmanlılar və Səfəvilər arasında 

Bağdadda  müqavilə  bağlandı.  Bu  andlaşmaya  görə,  Təbriz,  Ərdəlan,  Kirmanşah, 

Həmədan,  Hüveyzə  və  Loristan  Səfəvilərdə  qaldı,  İrəvan,  Naxçıvan,  Tiflis, 

Gürcüstanın çox hissəsi, Gəncə, Şirvan və Dağıstan Osmanlılara verildi, Araz çayı 

iki  dövlət  arasında  sərhəd  oldu.  Ancaq  sultan  da,  Nadir  də  bu  sənədi  qəbul 

etmədiyinə görə o, gerçəkləşə bilmədi. 

Təhmasibin Osmanlılarla bağladığı  müqavilədən qəzəblənən Nadirqulu xan 

Heratdan Osmanlı sultanına xəbərdarlıq göndərdi: “Şah Təhmasibin müqaviləsinin 

siyasi  qiyməti  yoxdur”.  O,  bu  məzmunda  bir  məktubu  da  İsfahan  sarayına 

göndərdi: “Müqaviləyə əsasən təyin olunan sərhədlər Allahın  və ölkənin istəyinin 

əleyhinədir, ona görə də biz bu müqavilələri rədd edirik”. 

Dəli Petronun ölümündən (1725) sonra Rusiyada Səfəvi torpaqlarını əlində 

saxlaya  biləcək  bir  şəxs  yoxdu.  Bu  amili  də  nəzərə  alan  Nadirqulu  xan  rusların 

ixtiyarındakı Gilana Hüseynqulu xan Zəngənəni, Mazandarana Oğuzlu xanı hakim 


 

qoydu və 1730-da rus generalı Levansovdan Xəzəryanı bölgələri təcili boşaltmağı 



tələb etdi. 

II Təhmasibin nümayəndəsinin iştirakıyla 21 yanvar 1732-də Rəştdə Rusiya 

və  Səfəvi  dövlətləri  arasında  müqavilə  imzalandı;  Bakı  və  Dağıstan  Rusiyaya 

verildi,  ancaq Rusiya  Kür çayından (Salyandan) güneydəki Xəzərsahili torpaqları 

qaytardı, Səfəvilərsə bu əraziyə Osmanlıları buraxmamağı öhdəsinə götürdü. 

Abdalları darmadağın edən, ğəlcailəri itaətə gətirən Nadirqulu xan Heratdan 

Məşhədə (13.3.1732), oradan da İsfahana (1.9.1732) gəldi. Zabitlərin hüzurunda II 

Təhmasibdən  soruşdu:  “Niyə  öz  vətəninə  xəyanət  edib  bədnam  Bağdad  və  Rəşt 

müqavilələrini imzalamısan?”. 

Nadir xan İsfahana gəlişindən 6 gün sonra, hakimiyyətini 6 il öz qılıncıyla 

qoruyub  saxladığı  II  Şah  Təhmasibi  taxtdan  salaraq  Xorasana  göndərdi,  onun 

beşikdəki  körpəsi  Abbas  Mirzəni  III  Şah  Abbas  adlandıraraq  başına  tac  qoydu 

(7.9.1732),  özünüsə  şahın  naibi  (naibüssəltənə)  və  vəkili  (vəkilüddövlə)  elan 

edərək Səfəvi dövlətini onun adından idarə etməyə başladı. 

II Təhmasibin Osmanlılarla bağladığı Bağdad müqaviləsini ləğv edən Nadir 

xan  Osmanlı  dövlətindən  1723-dən  bəri  tutduğu  bütün  Səfəvi  torpaqlarını  geri 

qaytarmağı tələb etdi. Rədd cavabı alınca Osmanlılarla yeni müharibəyə başladı. 

Nadir olduqca məharətli sərkərdəydi və döyüşlərdə  hər dəfə  yalnız özünün 

sınaqdan  çıxardığı,  öz  döyüş  təcrübəsinə  məxsus  yeni  taktikalar,  üsullar  tətbiq 

edər,  düşməni  tam  gözləmədiyi  bir  durumda  yaxalayaraq  ona  üstün  gələr,  bu 

zaman  öz  qoşununun  ən  az  itki  verməsinə  nail  olardı.  O,  hər  müharibədə  yerli 

şəraitə uyğun taktika və strategiya seçərdi. Məsələn, bir dəfə o, ağır topların şəhər 

qalasının  yanına  aparılmasının  mümkünsüzlüyünü  gördükdə  məhz  mühasirəyə 

aldığı  qalanın  yaxınlığında  bir  neçə  top  düzəltdirərək  hasarı  dağıtmış  və  qalib 

gəlmişdi. 

Qoşunu  3  yerə  ayıraraq  bir  bölümünü  Azərbaycana  (əsasən  Gəncəyə),  bir 

bölümünü  Kərkükə  yollayan,  özüsə  Ərbilə  gedən  Nadir  xan  27  noyabr  1732-də 

Kirmanşaha  gəldi  və  oranı  tutdu.  Osmanlı  sərhədinə  çatdı,  Kərkük  və  Van 

şəhərlərini  alan  qüvvələrlə  birlikdə  1-2  fevralda  Dəclə  çayını  keçərək  Bağdad 

yaxınlığına gəldi. 16 fevral 1733-də Bağdad üzərinə yürüş başlandı. Ağır vuruşdan 

sonra Nadir köhnə  Bağdad şəhərini, az sonra da Samirə, Hillə, Kərbəla, Nəcəf və 

başqa  şəhərləri  tutdu,  Bağdadın  mühasirəsini  daraltdı.  Ancaq  o,  bu  qalib 

durumunda  da  hər  zaman  sülh  bağlamağa  hazır  olduğunu  bəyan  edirdi, 

Osmanlılarsa  onun  şərtlərini  qəbuledilməz  sayırdılar.  Əyyubi  Əhməd  paşa 

adamlarını  onun  yanına  danışıqlara  göndərməklə  öz  dövlətinə  vaxt  qazandırmağı 

bacardı. 19 iyul 1733-də Bağdada köməyə gəlmiş Topal Osman paşanın qoşunuyla 

dəhşətli vuruşmada Nadir ağır məğlubiyyətə uğradı. 

4  avqust  1733-də  Həmədana  gələn  Nadir  12  sentyabrda  yeni  qoşunla 

Kirmanşaha doğru yürüdü. 2 oktyabrda Osmanlı sərhədini keçdi. 9 noyabr 1733-də 

Ağ-Dərbənddə  Osmanlı  qoşunlarını  dağıdaraq  Kərkük  üzərinə  gəldi,  bu  şəhərin 



 

yaxınlığındakı  Surtaş  kəndi  ətrafında  görkəmli  sərkərdə  Topal  Osman  paşanın 



üzərinə gözlənilməz hücuma keçdi, paşa həlak oldu və Nadir qələbə çaldı. Bundan 

sonra  Hillə,  Nəcəf  və  Kərbəlanı  yenidən  tutan  Nadir  Təbrizi  azad  etdi.  Tezliklə 

Süleymaniyyə, Kərkük, Mosul və bir sıra başqa mühüm yerlər də onun əlinə keçdi. 

16  noyabr  1733-də  Nadir  30  minlik  qoşunla  Bağdada  gəldi.  Bir  müddət 

keçəndən  sonra  Bağdad  valisi  Əhməd  paşa  Nadirə  sülh  təklif  etdi  və  1733-ün 

dekabrında iki tərəf arasında Bağdad müqaviləsi imzalandı. Bu müqaviləyə əsasən, 

Osmanlılar son 10 ildə tutduqları bütün Səfəvi torpaqlarını qaytarmalı oldu (ancaq 

işdə  buna  əməl etmədi). Bundan başqa, iki dövlət arasında  1639-dakı sərhədlərin 

saxlanılması,  qarşılıqlı  şəkildə  əsirlərin  buraxılması  və  qənimət  alınmış  topların 

qaytarılması,  Əfşar  dövlətindən  həccə  gedən  zəvvarlara  Osmanlı  imperiyası 

ərazisində əngəl törədilməməsi rəsmiləşdirildi. 

Bu  andlaşma  əsasında  Güney  Azərbaycandakı  hərbi  əməliyyatlar 

dayandırıldı. Əhməd paşa İrəvan, Tiflis, Gəncə və Şirvan paşalarına bu torpaqları 

boşaltmaq  (bu  göstərişi  sonra  İstanbul  ləğv  etdi)  və  əsirləri  azad  etmək  göstərişi 

verdi. Mahmud xan Bəluc qiyam qaldırdığına görə (Nadir onu darmadağın edərək 

1 fevral 1734-də Şirazı geri aldı) Bağdadı almadan sülhə razılaşmağa məcbur olan 

Nadir xan da tutduğu bütün əsirləri buraxdı və iki dövlət arasında sülhün vacibliyi 

haqqında  Osmanlı  baş  vəzirinə  Qazi  Əbdülkərim  əfəndiylə  (o,  Kərkük 

müharibəsində Əfşarlara əsir düşmüşdü) 2 məktub göndərdi, sülhün yalnız Qafqaz 

əyalətlərinin  qaytarılacağı  halda  mümkünlüyünü  bildirdi  və  müqavilənin 

təsdiqlənməsinə  90  gün  vaxt  verdi.  Təəssüf  ki,  Osmanlı  sarayı  Bağdad 

müqaviləsini təsdiqləmədi, bu işi müxtəlif bəhanələrlə gecikdirdi və Əhməd paşanı 

işdən götürdü. 

Osmanlılarla  münasibəti  pis-yaxşı  nizamlayan  Nadir  xan  indi  də  üzünü 

Rusiyaya çevirdi və Xəzərsahili torpaqları boşaltmağı ondan tələb etdi. Doğrudur, 

Rusiya  Nadirin  naibüssəltənə  olmasına  sevinmişdi,  çünki  həm  tezliklə  Səfəvi 

xanədanına  son  qoyulacağını  duyur,  həm  də  sonra  şahlığa  layiq  bir  adamı 

meydanda  görmür,  sıradan  birisi  olan  Nadirin  şahlıq  taxtında  otura  biləcəyinisə 

ağlına gətirmirdi. Ancaq ruslar necə yanıldıqlarını tezliklə başa düşdülər. 

Rusiya Nadirin Osmanlı dövlətiylə sülh sazişi bağlamasını istəmirdi, çünki 

Fransanın  Osmanlıları  Rusiyaya  müharibəyə  məcbur  edəcəyindən  və  Rusiyanın 

durumunun  pisləşəcəyindən  qorxurdu.  Nadirin  indiki  qələbəsi  fransızları  pərt, 

ruslarısa şad etdi. 

Nadir  xan  Rusiyanın  fövqəladə  səfiri,  vaxtilə  Rusiyanın  İspaniya  və 

Almaniyada da səfiri işləmiş təcrübəli diplomat S.D.Qolitsinin başçılığı altında bir 

heyəti  İsfahanda  qəbul  etdi  (20-31.5.1734).  Qolitsin  Nadirə  Osmanlılar  əleyhinə 

Rusiyayla  müqavilə  bağlamağı  təklif  etdi  və  Osmanlılarla  savaşda  Rusiyanın 

Nadirə  yaxından  köməklik  edəcəyini,  o,  Qafqaz  uğrunda  savaşa  başlasa 

Osmanlılara  yardım  göstərməyəcəyini  bildirdi.  Bu  zaman  Nadir  öz  rəqibini 


 

əcnəbilərin  köməyi  olmadan  diz  çökdürəcəyini  söylədi.  Rusiya  Osmanlılara 



arxalanan Surxay xanın Şirvandakı davranışından narahatlığını da dilə gətirdi. 

Nadir xanla  söhbətdən  sonra  Qolitsin Peterburqa  məlumat  verdi ki,  Rusiya 

Bakı  və  Dərbəndi  qaytarmadığına  görə  Nadir  ona  qarşı  çox  qəzəblidir.  Əsl  milli 

qürur  yiyəsi  olan  Nadir  özgənin  tövsiyələrinə  qulaq  asan  deyil,  ona  görə  də 

gözləməliyik. 

Osmanlı  dövləti  Nadirə  qarşı  yürüşə  hazırlaşsa  da  birbaşa  müdaxilədən 

qabaq  Şirvan  və  Dağıstanda  öz  nüfuzunu  gücləndirməyə  üstünlük  verdi.  Bundan 

ötrü  İstanbul  Krım  xanına  göstəriş  verdi  və  o  da  Dağıstana  20  min  qoşun 

göndərərək əhalini Nadir hakimiyyətinə qarşı qaldırdı. 

Osmanlı  sultanı  1734-ün  iyununda  İsfahandakı  Nadir  xana  məktub  və 

nümayəndə  göndərərək  Osmanlı  ordusunun  baş  komandanı  Abdulla  paşa 

Köprülünün  sülh  müqaviləsi  bağlamağa  tam  səlahiyyətli  olduğunu  bildirdi.  Nadir 

də  öz  növbəsində  sultana  məktub  yazdı  ki,  Osmanlı  dövləti  işğal  etdiyi  bütün 

torpaqları  qaytarsa  ölkələrimiz  arasında  sülh  yaranacaq,  əks  halda  müharibə 

yenidən başlanacaq. 

Nadir  xan  Qafqazdan  Osmanlı  təsirini  birdəfəlik  götürməkçün  İstanbulun 

Şirvan və Dağıstan valisi təyin etdiyi Surxay xanın ağalığına son qoymağın başlıca 

şərt  olduğunu  çox  gözəl  anlayaraq  İsfahandan  ona  tələb  yolladı  ki,  dincliklə 

Şirvandan getsin. Naibüssəltənə ondan rədd cavabı alınca 17 iyun 1734-də quzeyə 

qoşun çəkdi. 

Nadir xan Həmədanda olanda rusların Gürcüstanın keçmiş hakimi Vaxtanqı 

və  oğlunu  Şamaxını  tutmağa  göndərdiyini  eşitdi.  O,  Həmədandan  Marağaya, 

oradan  Təbrizə,  Təbrizdən  də  Ərdəbilə  gəldi.  Ərdəbildə  Osmanlı  nümayəndəsi 

ərazilərin  qaytarılmasına  ondan  2  il  möhlət  istədi  və  Nadir  başa  düşdü  ki, 

Osmanlılarla  yenidən  savaşmaq  lazım  gələcək.  Ancaq  Surxay  xanı  aradan 

götürməyi  daha  təxirəsalınmaz  vəzifə  saydı,  çünki  bununla  Şamaxını  Vaxtanqdan 

qabaq  tutacaq,  rusları  da  sülh  müqaviləsi  bağlamağa  məcbur  edəcək,  Şirvanı  öz 

hakimiyyəti  altına  salacaq,  Bağdad  müqaviləsinə  əsasən  Şirvan  xanlığını  da  geri 

qaytaracaqdı. 

O,  Kürə  çatıb  Şirvana  yaxınlaşanda  (29.8.1734)  Surxay  xan  Dağıstana 

qaçdı. Şamaxını az qala müqavimətsiz tutan Nadir Məhəmmədqulu xan Sədərlunu 

ora  hakim  qoydu.  Surxay  xanı  Dağıstanda  izləyən  Nadir  xan  onu  tuta  bilmədi. 

Sərkərdə  Təhmasib  xan  Cəlayir  Nadirin  göstərişiylə  3  oktyabr  1734-də 

üsyançıların  mərkəzi  Qəbələyə  qoşun  çəkdi  və  Surxay  xanı  Dəvəbatan  dağı 

yaxınlığında  darmadağın  etdi.  Sonra  Surxay  xan  Qazıqumuğa  getdi.  Nadir  onu 

məğlub etdi, böyük xəzinəsini ələ keçirdi, ancaq qış düşüb yollar bağlandığına görə 

təqib  edə  bilmədi.  Axtıya  endi,  Car  və  Talada  olan  üsyançı  ləzgiləri  (avarları) 

susdurdu.  Xaçmaz  yoluyla  Qəbələyə  gəldi.  Orada  olarkən  Şamaxını  zəbt  etdi 

(22.10.1734). Bir həftə Qəbələdə qaldıqdan sonra Gəncəyə getdi. 

 


10 

 

Qoşunu  3  noyabr  1734-də  Gəncəyə  çatan  Nadir  xan  Gənc  Əli  paşanın 



qoruduğu bu şəhəri 4 ay mühasirədə saxladı. Nadirin topxanasının zəifliyi qalanın 

alınmasını  çətinləşdirdi.  Orada  olan  Qolitsin  Nadirə  kömək  təklif  etdi  və  onun 

razılığından  sonra  Rusiyanın  Dağıstandakı  qoşunlarının  komandanı  general 

Luvaşov xeyli ağır top göndərdi. 

Gəncəni  mühasirədə  saxladığı  vaxt  Nadir  xan  Xəzərboyu  torpaqlarımızı 

boşaltmaq  haqqında  Rusiya  səfiri  Qolitsinlə  başladığı  danışıqları  da 

yekunlaşdırmaq  istədi  və  5  dekabr  1734-də  öz  səfiri  Hüseyn  xanı  Rusiyaya 

göndərdi. 

Rusiya  Nadir  xanın  tələbləriylə  razılaşmağa  –  torpaqlarımızı  boşaltmağa 

məcbur oldu, bu şərtlə ki, Nadir də Rusiyanın düşmənlərini öz düşməni hesab etsin 

və  qaytarılan  torpaqları  bir  də  heç  vaxt  Osmanlılara  verməsin.  Beləliklə,  Rusiya 

Gəncə  yaxınlığında  19-21  mart  1735-də  (Novruz  bayramı  günləri!)  bütün 

Xəzəryanı  vilayətlərdən  (Kürün  axarından  Dərbəndədək)  biryolluq  çıxmaq 

haqqında  müqavilə  imzaladı.  Bu  andlaşmaya  görə,  Rusiya  Bakını  15  günə, 

Dərbəndi  2  aya  boşaltmalıydı  (buna  əməl  etdi),  Nadirsə  öhdəsinə  götürdü  ki, 

Rusiyanın daimi müttəfiqi olacaq, Bakı və  Dərbəndi heç kəsə verməyəcək. Solaq 

qalası  Rusiya  və  Səfəvi  dövlətləri  arasında  sərhəd  oldu.  Dövlətlər  bir-birindən 

xəbərsiz  Osmanlıyla  müqavilə  bağlamamağa  da  razılaşdılar.  (Ancaq  Nadir  şah 

1746-da Osmanlılarla müqavilə bağlayarkən rusların rəyini nəzərə almadı, bununla 

da onları qəzəbləndirdi). 

Yeri  gəlmişkən,  Nadir  xan  rusların  gözünü  o  qədər  qorxutmuşdu  ki,  onlar 

nəinki  Dəli  Petronun  130  min  rus  əsgərinin  həyatı  bahasına  işğal  etdiyi  şimal 

torpaqlarımızı 13 ildən sonra geri qaytarmağa məcbur oldular, həm də hətta onun 

ölümündən sonrakı 55 ildə Azərbaycan torpaqlarına yaxın düşməyə ürək etmədilər. 

Osmanlıların  Xəzər  sahilindən  uzaqlaşdırılmasını  qənimət  sayan  rusları 

quzey  torpaqlarımızdan  qovduqdan  sonra  Nadir  xan  sultanlıq  qoşunlarıyla  savaşı 

davam etdirdi. 

Karsda  bulunan  Şərq  qoşunları  komandanı  Abdulla  paşa  Köprülüzadənin 

yardımları  sayəsində  Gəncə  qalasını  təslim  etmək  mümkün  olmadığına  görə 

qoşunun  bir  hissəsini  Gəncənin  mühasirəsi  üçün  saxlayan  Nadir  xan  1735-in 

Novruz bayramından bir neçə gün sonra Karsa yollanıb oranı mühasirəyə aldı. 25 

may  1735-də  Arpa  çayını  keçərək  Karsın  cənub-şərqinə  çəkildi.  İrəvan 

yaxınlığındakı Bağavars (Yağavərd) boğazında 18 iyun 1735-də gedən müharibədə 

(Osmanlı  tarixlərində  buna  “Arpa  çayı  müharibəsi”  deyilir)  o,  parlaq  qələbə 

qazandı  –  komandan  Abdulla paşa, Osmanlı  sultanının kürəkəni  Mustafa  paşa  və 

50 min Osmanlı əsgəri həlak oldular. 

Nadirin qələbəsi İstanbulu sarsıtdı. Sədrəzəm Əli paşa vəzifədən götürüldü. 

Təlaşa  düşən  Gəncə  hakimi  Gənc  Əli  paşa  Nadirə  sülh  təklif  etdi  və  Gəncə  uzun 

mühasirədən sonra təslim oldu (9.7.1735). 

 


11 

 

Bu  vaxt  Nadir  Gürcüstanın  da  məsələsini  həll  etmək  qarşılığında  Karsın 



mühasirəsindən  əl  çəkdi.  Tiflisə  gələrək  oranı  aldı  (12.8.1735).  Müsəlman  olmuş 

Əli Mirzəni Kartli  və  Kaxetiya  hakimi qoyub  “xan”  etdi.  (Gürcüstan hakimi,  Əli 

Mirzənin qayınatası Teymuraz bundan acıqlanaraq sonra Rusiyaya qaçdı). 

Nadir  yenidən  Karsa  dönüb  (22.8.1735)  onu  mühasirəyə  aldı.  Onun 

Anadoluya hücum edəcəyindən bərk qorxuya düşən Osmanlılar sülh təklif etdilər. 

Osmanlı  ordusunun  başçısı  Əyyubi  Əhməd  paşa  İrəvan  qalasını  ona  təhvil  verdi 

(3.10.1735).  Nadir  Osmanlı  qoşunlarının  indiyədək  olan  müharibələrdə  vurduğu 

ziyanları  ödəməyi  tələb  etdi  və  müqavilə  bağlanmasında  Rusiyanın  da  iştirak 

edəcəyini  bildirdi.  O,  xəzinədarı  Mirzə  Məhəmmədi  Əhməd  paşanın  yanına 

göndərərək sülh danışıqları aparmaqçün İsfahana bir heyət yollamasını istədi. 

Nadir xan Tiflisdən Car və Tala üzərinə getdi. Krım xanı Qaplan Girey artıq 

öz  yurduna dönmüşdü. Nadir xan Dağıstanda dinclik yaratsa da Surxay xan yenə 

yaxasını ələ vermədi. 

Bütün  bunlardan  sonra  Nadir  xan  Kəngər/Fars  (Bəsrə)  körfəzində  qüdrətli 

bir  dəniz  donanması  yaratmaq  qərarına  gəldi,  çünki  ölkənin  dənizdən 

təhlükəsizliyini  donanmasız  təmin  etməyin  çətinliyini  Dəli  Petronun  yürüşləri 

göstərmişdi. 

İngilis  Persi  Sayks  öz  kitabında  Nadiri  dəniz  donanmasının  vacibliyini 

anlamış  ilk  İran  şahı  adlandırır.  Ancaq  Nadir  hələ  şah  olmazdan  qabaq  məsələyə 

əsl  dövlət  başçısı  kimi  yanaşdı  və  taxta  oturduqdan  sonra  da  heç  bir  çətinliyə 

baxmayaraq,  başqa  yabançı  imperiyaların  (ilk  sırada  Rusiya  və  İngiltərənin) 

müqavimətini  qıraraq  öz  imperiyasının  donanmasını  yaratmaqçün  mümkün  olan 

hər  şeyi  etdi.  Bu  zaman  o,  xalqın  iqtisadi  durumunun  son  dərəcə  ağırlaşacağı  və 

hətta  üsyanların  baş  verəcəyi  amilini  də  nəzərə  almışdı.  Nadir  şahın  bu  qeyrəti 

vətənimizin tarixində şanlı səhifələrdəndir. 

O  zaman  gəmiçilik  öndərləri  olan  ingilislər  və  hollandiyalılar,  eləcə  də 

ərəblər  öncə  Səfəvilərlə,  sonra  Əfşarlarla  gəmiçilik  əlaqələrinə  elə  də  həvəs 

göstərmirdilər.  Başqalarından  asılı  olmamaq,  hər  dəfə  baha  qiymətə  gəmi 

kirələməmək və dövlətin gəmilərə ehtiyaclarını tam ödəmək üçün Nadir xan Lətif 

xanı  admiral  təyin  edərək  Gembrona  (Bəndər-Abbas)  göndərdi  ki,  avropalılardan 

gəmi alsın, ancaq ingilislər də, hollandlar da, ərəblər də ona gəmi satmaqdan boyun 

qaçırdılar, gəmiləri yalnız icarəyə verdilər. 

Nadir  xanın  göstərişiylə  Lətif  xan  Buşəhri  yeni  yaradılacaq  donanmadan 

ötrü ticarət limanına çevirməklə məşğul oldu (bir az sonra həmin liman Nadiriyyə 

adlandırıldı). 

Artıq 1735-in yazının başlanğıcında Lətif xan Bəsrəni almaqçün Şəttülərəb 

(Əlvənd) çayına 30 böyük, 50 orta gəmi və bir neçə kiçik qayıqdan ibarət donanma 

gətirmişdi (təəssüf ki, bu döyüşdə o yenildi). 1736-da Lətif xan Bəhreynin açarını 

Nadir  xana  göndərdi.  Bu,  Omanı  Səfəvi  torpağına  birləşdirmək  və  Kəngər/Fars 

körfəzini öz ağalığı altına salmaqçün Nadirə tarixi bir şans yaratdı. Üstündə qırmızı 



12 

 

qılınc şəkli olan ağ bayraq dalğalanan 4 böyük, 2 orta və bir neçə xırda gəmidən 



ibarət  Əfşar  donanması  14  mart  1737-də  Lətif  xanın  komandanlığı  altında 

Buşəhrdən Gembrona gəldi. Az sonra admiral zəhərlənib öldürüldü. 1739-da Əfşar 

donanması  bütünlüklə  Gembronda  mərkəzləşdi.  Nadir  şah  Hindistandan  gəlib 

Buxaraya yürüş edəndə də Amu-Dərya çayını keçməkçün donanma düzəltdi. 

Beləliklə, 1734-ün başlanğıcından şah seçilənədək bütün Qafqazı Rusiya və 

Osmanlıdan  geri  alan,  orada  əmin-amanlıq  yaradan,  Xorasanı  əfqanlardan 

təmizləyərək  burada  öz  hakimiyyətini  möhkəmləndirən  Nadir  xan  artıq  bütün 

Səfəvi  imperiyasının  faktik  hökmdarıydı.  Əslində  II  Təhmasibin  də,  III  Şah 

Abbasın da vaxtında ölkəni o idarə edirdi. 

1736-nın yanvarında III Şah Abbasın ölümündən sonra taxt-tacın yeni varisi 

müəyyənləşdirilməliydi. Dərbənd də daxil olmaqla bütün Dağıstanı ram edən Nadir 

xan 22 yanvar 1736-da indiyədək Səfəvi hakimiyyəti altında olan bütün torpaqların 

nüfuzlu  başçılarına,  alimlərə  məktub  göndərərək  onları  ölkədə  sabit  bir  qanuni 

hakimiyyət seçməkçün Muğan qurultayına çağırdı və özü də Yeni Şamaxı (Ağsu) 

yoluyla  Muğan  çölündə  Kürlə  Arazın  birləşdiyi  yerə  gəldi  (27.1.1736).  Sülh 

qərardadı gətirmiş Osmanlı elçisi Gənc Əli paşa da Muğandaydı. Hindistandan və 

başqa  xarici  ölkələrdən  gələn  nümayəndələr  də  vardı.  Ümumiyyətlə,  Muğana  20 

min  qonaq  gəlsə  də  üst-üstə  100  min  adam  vardı  (qoşunlar  da  daxil  olmaqla). 

Qurultay  nümayəndələrindən  ötrü  12  min  çadır  qurulmuş,  qamış  və  ağac  evlər, 

məscid tikilmişdi. 

Orucluq  bayramı  günü  (13.2.1736)  Nadir  xan  özünün  12  sütunlu  zərli 

çadırında  olduqca  təntənəli  bir  mərasimdə  öncə  Osmanlı  səfiri  Gənc  Əli  paşanı, 

sonra Rusiya səfirini və 1.000-ədək başqa hörmətli qonağı qəbul etdi. 7 nəfər carçı 

qonaqlara  elan  etdi:  “Böyük  xan  hökm  edir  ki,  bir-birinizlə  məsləhətləşin,  İran 

şahlığına,  ölkənin  sülh  və  əmniyyətini  qorumağa,  xalqın  rifahını  təmin  etməyə 

daha  layiq  bildiyiniz  hər  kəsi  seçin.  O,  indi  Allahın  köməyi  ilə  İranı  düşmənlərin 

işğalından  azad  edib,  onları  İran  sərhədlərindən  qovub.  İndi  qocaldığına  və 

yorğunluğuna görə dincəlməyə ehtiyacı var. Öz qalası Kəlata gedib özünə və sizə 

dua etmək istəyir”. 

Nadir  onlara  dağılışmaq  və  məsləhətləşəndən  sonra  cavab  bildirmək 

göstərişi  verdi.  Nümayəndələr  bir  neçə  gün  inadla  onun  namizədliyinin  üstündə 

dursalar da Nadir asanlıqla razılıq vermədi. 

Ertəsi  gün  Nadir  xan  qurultay  nümayəndələrinin  bu  şərtlərə  əməl  edəcəyi 

halda  şahlığa  razılıq  verə  biləcəyini  bəyan  etdi:  1)  II  Təhmasib  və  övladları  şah 

olmaq  istəsə  onları  cəzalandırmaq  əvəzinə  müdafiə  etsəniz  cəzanızın  ölüm 

olmasına yazılı razılıq verəcəksiniz; 2) şiəliklə yanaşı, sünni məzhəbinə də hörmət 

edəcək,  Ömərə,  Osmana  lənət  oxumayacaq,  sünnilər  Məkkəyə  həcc  ziyarətinə 

gedəndə əziyyət verməyəcəksiniz; 3) məni şah etsəniz məndən sonra övladlarıma, 

ailəmə hörmətsizlik etməyəcəyinizə, onlara tabe olacağınıza and içəcəksiniz. 

 


13 

 

Bu  şərtlərlə,  demək  olar  ki,  hamı  razılaşdı.  Onun  şətləri  təxminən  2  metr 



uzunluğunda tumarda 2 nüsxədə yazıldı və bütün heyətlərin başçıları sənədi 3 günə 

imzalayaraq 35 möhürlə təsdiqlədilər. 

Nadir  17  fevral  1736-da  qurultayın  bütün  iştirakçılarına  qonaqlıq  verdi. 

Onların Nadiri tam dəstəkləyəcəyinə arxayınlaşdıqdan sonra şah olmağa razılığını 

bildirdi. Qurultaysa 19 fevralda bitdi və nümayəndələr dağıldılar. 

Tacqoyma  Novruz  bayramı  ərəfəsində  –  8 martda  oldu və  Muğandan  hələ 

getməmiş bir sıra xanlar da orada iştirak etdilər. 

Şah elə ilk gündən din işlərinə ciddi diqqət yetirməyə məcbur oldu. Belə ki, 

sünni  Nadir  şiə  dövlətində  şah  olmaqçün  şiəliyi  qəbul  etmişdi.  Ancaq  bu  zaman 

şiələr  sünnilərə  hətta  xaçpərəstlərdən  də  artıq  nifrət  bəsləyir,  onlara  hədsiz 

düşmənçiliklə  yanaşır,  ilk  üç  raşdin  xəlifəni:  Əbubəkr,  Ömər  və  Osmanı 

söyürdülər.  Nadir  şah  şiə  məzhəbini  xeyli  yumşaldaraq  sünniliyə  yaxın  bir  hala 

gətirməyi bacardı və bu yeniləşmiş şiə məzhəbini həm sünnilərin, həm də şiələrin 

hörmət  bəslədiyi  imam  Cəfər  Sadiqə  bağlayaraq  “cəfəriyyə”  adlandırdı  (İrandakı 

bugünkü  məzhəb  də  budur  və  dünya  şiələrinin  ən  böyük  hissəsi  cəfəridir).  Şah 

seçilərkən  o,  Osmanlı  sultanı  I  Mahmudun  (1730-1754)  xəlifəliyini  tanıyacağını 

bildirdi  və  Osmanlılarla  sülh  bağlamağın  5  şərtini  mərasimdə  bəyan  etdi:  1) 

Osmanlılar  yeni  cəfəri  məzhəbini  tanıyacaq;  2)  bu  məzhəbə  Məkkədə  bir  ibadət 

yeri  (rükn)  veriləcək;  3)  Əfşarlar  hər  il  Şam  (Suriya)  üzərindən  bir  əmirhac 

göndərəcək; 4) əsirlər dəyişdiriləcək; 5) qarşılıqlı elçilər göndəriləcək. 

Bu  vaxt  hələ  Muğanda  olan  Gənc  Əli  paşanın  başçılıq  etdiyi  nümayəndə 

heyəti Nadir şahın təmsilçisi Əbdülbaqi xan Zəngənəylə sülh danışıqlarına başladı 

və onlar siyasi baxımdan 1639 tarixli Qəsri-Şirin  müqaviləsinin əsasları daxilində 

bir  anlaşmaya  gəldilər,  ancaq  Gənc  Əli  paşa  irəli  sürülən  şərtlərə  münasibət 

bildirməyə səlahiyyətli olmadığını söylədi. 

Novruzu  da  Muğanda  bayram  edən  Nadir  şah  aprelin  ortasında  Qəzvinə 

yola düşdü. 

Qurultayda onun əleyhinə səs vermiş Gəncə Ziyadoğlu xanlarını, Qarabağın 

Otuzikilər,  Kəbirli  və  Cavanşir  tayfalarının  başçılarını  ailəliklə  Xorasana  sürgün 

etdi, Qarabağın erməni məliklərini Gəncə bəylərbəyinə tabe etdi. 

Tacqoymadan az sonra Əfşar şahənşahı Osmanlı dövlətinə Gənc Əli paşayla 

birgə  Əbdülbaqi  xanın  başçılıq  etdiyi  bir  nümayəndə  heyəti  göndərdi.  1736-nın 

iyulunda  İstanbula  çatan  və  böyük  hörmətlə  qarşılanan  elçilər  Nadirin  şah 

seçilməsini xəbər verdilər. Onlar sülh bağlamağın Muğanda bəyan edilmiş 5 təməl 

şərtini burada da təkrarladılar. 

Nadir şahın Osmanlı sultanına, sədrəzəminə və müftisinə yazdığı məktublar 

oxunduqdan  sonra  görüşlərdə  əsirlərin  dəyişdirilməsi,  səfirlərin  göndərilməsi  və 

həccə  ziyarətdə  Əfşarlardan  bir  əmirhacın  olması  qəbul  edildi,  ancaq  qalan 

məsələlər  (ilk  növbədə  iki  ölkə  arasındakı  məzhəb  ixtilafı)  şəri  və  mülki 

müzakirəyə saxlanıldı. Sonucda qərara alındı ki, ilk üç məsələ haqqında müqavilə 



14 

 

bağlansın,  ancaq  o,  Nadir  şahın  imzasından  sonra  qüvvəyə  minsin.  Beləliklə,  iki 



dövlət  nümayəndələri  arasında  28  dekabr  1736-da  hazırlanaraq  imzalanan 

müqavilədə  Nadir  Əfşar  şahı  kimi  qeyd  olundu,  iki  ölkə  arasında  1639-dakı 

sərhədlər  götürüldü,  müharibə  rəsmən  dayandırıldı,  yalnız  məzhəb  məsələsi  açıq 

qaldı. 


Səfəvi  hakimiyyətinə  son  qoyan  Nadir  şah  Şirvan,  Qarabağ,  Çuxursəd  və 

Təbriz bəylərbəyliklərini ləğv etdi və əslində Azərbaycanı paytaxtı Təbriz, başçısı 

öz qardaşı İbrahim xan olan vahid inzibati bölgüdə birləşdirdi. Şirvana Mehdiqulu 

xanı,  Dərbəndə  Nəcəf  sultanı,  Bakıya  bir  gilanlını,  İrəvana  Məhəmməd  xanı 

hökmdar  təyin  edən  şah  inandığı  başqa  başçıları  vəzifəsində  saxladı.  Onu  da 

bildirək ki, Şirvan hakimləri ən qədim çağlardan “Şirvanşah” adlanırdı və bu ənənə 

Nadir şahadək davam etmişdi. Nadir şah öz imperiyasında  ondan başqa kimsənin 

şah adlanmasını qəbul etmədiyinə görə “Şirvanşah” ünvanını ləğv etdi. 

Nadir şahın gördüyü ilk işlərdən biri də vergi toplanmasını qaydaya salmaq 

və  dövlətin  iqtisadi  gücünü  möhkəmləndirmək  oldu.  Aydın  vəzifə  bölgüsü,  ciddi 

nəzarət və dəqiq hesablama sayəsində dövlətin gəliri az müddətdə xeyli artdı. 

İstanbulda  Osmanlı-Əfşar  sülh  danışıqları  gedən  vaxt  Fransa  Osmanlını 

Rusiyayla  müharibəyə  təhrik  edir,  Rusiyanın  bir  çox  nüfuzlu  şəxsləri  də  dövlətə 

təzyiq  göstərərək  Nadirin  zəiflətdiyi  Osmanlı  sultanlığıyla  savaşa  girişməyə 

sürükləyirdilər. Nadirin onu dəstəkləyəcəyinə arxayın olan Rusiya, nəhayət, 1736-

nın mayında Azovu almaqçün Osmanlı dövlətinə müharibə elan etdi və Nadirə də 

xatırlatdı  ki,  müharibəyə  girişmək  gərəkdir.  Ancaq  Nadir  Osmanlı  dövlətiylə 

müharibə etməyəcəyini rus nümayəndəsi Kaluşkinə qəti şəkildə bildirərək dedi ki, 

ruslar  Bağdada  görə  müharibə  etməyəcəkləri  kimi  bizim  də  Azova  görə 

müharibəyə girişməyimiz mənasız olar. 

Əhməd paşanı Əfşarlarla sülh  müqaviləsi bağlamağa tam səlahiyyətli edən 

Osmanlı  sultanı  Nadir  şahın  tələbləriylə  əsasən  razılaşdı,  ancaq  Rusiyanın 

müqavilədə  iştirakına  qarşı  qəti  şəkildə  çıxdı.  O  da  Nadirin  yanına  Mosul  valisi 

Mustafa  paşa  başda  olmaqla  nüfuzlu  bir  nümayəndə  heyəti  göndərdi  (noyabr 

1736).  Onlar  18  may  1737-də  Əbdülbaqi  xanla  birgə  Nadirabada  çatdılar.  Şah 

onları böyük hörmətlə qəbul etdi. 

Osmanlı  dövləti  bildirdi  ki,  Nadir  şahın  irəli  sürdüyü  bütün  şərtləri  bəzi 

qeydlərlə  də  olsa  qəbul  edir,  ancaq  cəfəriliyin  dörd  sünni  məzhəbə  əlavə  beşinci 

məzhəb  sayılması  və  Kəbədə  bu  məzhəbə  məxsus  bir  yerin  (rüknün)  tanınmasını 

həm  şəriət,  həm  siyasət  baxımından  rədd  edir.  Əlimurad  xan  Şamlunu  İstanbula 

səfir təyin edərək göndərən (iyun 1737) Nadir şah bəyan etdi ki, cəfəri məzhəbini 

rəsmən  tanımaq  və  Məkkədə  Məscidül-həramın  rüknlərindən  birini  bu  məzhəbin 

ixtiyarına  vermək  müqavilənin  bağlanmasının  başlıca  şərtləridir.  Ancaq  o, 

Hindistan  səfəri  ərəfəsində  olduğuna  görə  məzhəb  məsələsi  üstündə  savaşa 

başlamaq istəmədi. 

 


15 

 

Tac  qoymazdan  az  öncə  o,  böyük  oğlu  Rzaqulu  xanı  Xorasan  hakimi 



qoymuşdu.  Rzaqulu  xan  qiyam  qaldırmış  Bəlxə  hücum  edərək  oranı  tutdu 

(4.8.1737). 

Əfqan Məlik Mahmudun qardaşı Hüseyn xanın əlindəki Qəndəhar Əfşarlara 

tabe olmayan yeganə məntəqəydi. Nadir şah əfqanları əzməkçün 14 aprel 1736-da 

Muğan çölündən 80 minlik qoşunla Qəndəhar üzərinə yeridi. 14 sentyabr 1736-da 

İsfahandan  Bəxtiyari  dağlarına  qalxdı,  üsyan  etmiş  Əlimərdan  xanı  izləməyə 

başladı.  Onu  tutub  öldürəndən  sonra  bəxtiyariləri  özünə  tabe  etdi  və  15  oktyabr 

1736-da  İsfahana  döndü.  1737-nin  martında  Nadir  şah  Qəndəhara  gəldi. 

Qəndəhardan  3  km  aralıda  böyük  bir  şəhər  saldıran  şah  onun  adını  Nadirabad 

qoydu  və  qərargahını  oraya  köçürdü.  23  mart  1738-də  o,  Qəndəharı,  1738-in 

aprelində Bəlucistanı tutdu. Bu, əfqan qüvvələrinin son məğlubiyyətiydi. Beləliklə, 

Nadir  şah  tarixdə  Əfqanıstanı  ram  edən  ilk  və  son  hökmdar  oldu.  O,  özünün 

qurduğu Əfşar dövlətini yadlardan bütünlüklə təmizlədi. 

Nadir şahın indiyədək savaşlarının məqsədi Səfəvi torpaqlarının hüdudlarını 

bərpa etməkdi. İndisə o, torpaqlarını genişləndirmək haqqında düşünməyə başladı. 

Ancaq  aramsız  müharibələrdə  xəzinəsi  boşalmış  dövlətinin  kasıblığı  bu  istəyi 

gerçəkləşdirmək  gücündə  olan  ordunu  saxlamağa  imkan  vermirdi.  Aldığı  dəqiq 

bilgilərə  əsasən,  sərvəti  başdan  aşıb-daşan  Hindistan  Teymurlu  hökmdarının  zəif 

olduğunu  öyrənmiş  Nadir  şah  həm  Əfşar  dövlətinin  maddi  durumunu 

yaxşılaşdırmaq,  həm  də  yeni  torpaqlar  ələ  keçirməkçün  bu  ölkəni  tutmağı 

qərarlaşdırdı. 

Hindistan ağası Məhəmməd şahın (1719-1748) saymazlığı hücumçün Nadir 

şaha  əla  bəhanə  verdi.  Belə  ki,  o,  Teymurlu  şahına  dəfələrlə  məktub  yazıb  tələb 

etmişdi  ki,  sərhədlərini  əfqanların  üzünə  bağla,  onların  Hindistanda  sığınacaq 

tapmasına imkan vermə. Ancaq bu şah ona heç bir cavab verməmişdi. Nadir şahın 

bu  məqsədlə  Dehliyə  yolladığı  elçilərə  də  eyni  saymazlıq  göstərildi.  Dehliyə  40 

günlüyə  göndərilmiş (6.5.1738) Məhəmməd xan Gürgani də cavab ala bilmədi və 

o, saraydan buraxılmadı. Daha dözməyən Nadir şah qoşun çəkərək 24 may 1738-

də Nadirabaddan Hindistan üzərinə yürüşə başladı. 

O,  ağır  döyüşlərdən  sonra  öncə  yolunun  üstündəki  Qəznəni  (11.6.1738), 

Kabili  (30.6.1738),  Cəlalabadı  (17.9.1738),  Pişavəri  (11.1738),  Lahor  və  Kəşmiri 

(29.1.1739)  ələ keçirdi. Sonra 6 fevral 1739-da Lahordan Sərhəndə doğru hərəkət 

etdi. Hindistan hökmdarı onun qarşısına 300 min təcrübəli döyüşçü, 10 min zəncir 

hərbi  fil,  500  topluq  qüvvə  çıxararaq  Kornalda  istehkam  qurdu.  Nadir  şah 

Teymurlu şahını paytaxta bağlayan yolu kəsə bildi. 

24 fevral 1739-da Kornal yaxınlığında Nadir şahın 90 minlik və Məhəmməd 

şahın 200 minlik qoşunları üz-üzə gəldi. Nadir şahın yeni döyüş taktikaları tətbiq 

etdiyi bu qanlı savaşda Hindistan ordusunun baş komandanı Xan Dövran yaralandı, 

sərkərdələrdən Səadət xan əsir alındı. 

 


16 

 

25  fevralda  davam  edən  döyüşdə  Xan  Dövrana  güllə  dəydi  və  o,  ölümcül 



yara  alaraq  huşsuz  qaldı,  başçısız  qoşun  qaçmağa  başladı.  Nadir  şah 

hindistanlıların  2.000  döyüş  filini  zərərsizləşdirib  Məhəmməd  şah  ordusunu 

məğlub  etməkçün  orijinal  fənd  işlətdi  –  onun  göstərişiylə  dəvələrin  üstündəki 

oduna  od  vurdular  və  dəvələri  fillərə  doğru  qovdular.  Bədəni  istidən  yanan 

dəvələrin  dəhşətli  nərilti  qopararaq  birdən-birə  irəli  cummasından  fillər  bərk 

qorxuya  düşərək  geri  qaçmağa  başladı  və  öz  qoşununu  əzdi.  Nadir  ordusu  bu 

zaman  hücuma  keçdi  və  axşamadək  çəkən  qanlı  savaşı  qələbəylə  başa  vurdu. 

Hindistanlılar  100-dən  artıq  qoşun  başçısını  və  10-30  min  əsgər  itirdilər  (Nadir 

şahın itkisi 2.500 nəfərdi). Bu qələbənin qazanılmasında böyük xidməti olmuş oğlu 

sərkərdə  Murtuzaqulu  xanı  “Nəsrullah  xan”  adlandıran  Nadir  şah  qoşununu  da 

mükafatlandırdı. 

27 fevral 1739-da Hindistanın baş  naziri Nizamülmülk  və  vəzir Əbdülbaqi 

xan  Nadir  şahın  qərargahına  gələrək  atəşkəs  haqqında  saziş  bağladılar.  Tərəflər 

razılaşdılar  ki,  Nadir  şah  öz  ölkəsinə  qayıdacaq  və  bunun  qarşılığında  Hindistan 

tərəfi  50  lək  (5  milyon)  rupi  qızıl  pul  təzminat  ödəyəcək;  öz  ordusunu  tərksilah 

edəcək;  Hindistan  ordusunun  topları  və  hərbi  sursatı  Nadir  şah  ordusuna  təhvil 

veriləcək;  Nadir  şahın  qoşunu  yorulduğu  üçün  bir  müddət  Şahcahanabadda 

(Dehlidə) dincələcək. 

29  fevralda  Nadir  şah  Məhəmməd  şahı  öz  qərargahında  səhər  yeməyinə 

çağırdı  və  o  gəldi.  Ümumən  mehriban  keçən  6  saatlıq  söhbətdə  Teymurlu  şahını 

xeyli  töhmətləyən  Nadir  şah  bildirdi  ki,  bizim  torpaqlarımız  Əmir  Teymur 

nəslindən  ziyan  çəkmədiyinə  görə  mən  Hindistan  hökmdarlığını  sizdən 

almayacağam, ancaq Nizamülmülklə razılaşdırılmış bütün maddələr yubadılmadan 

gerçəkləşdirilməlidir. 

Məhəmməd  şah  elə  həmin  gün  bütün  silahları  yığıb  Nadir  şah  ordusuna 

verməyi əmr etdi. 

Nadir  şahın  əsiri  olan  Səadət  xan  onu  Dehlini  tutmağın  zəruriliyinə 

inandırdı və dedi ki, belə olsa təzminatdan başqa  hətta imperatorun xəzinəsini də 

əldə edə bilərsiniz. Bundan sonra Əfşar hökmdarı Hindistan şahını yenidən yanına 

gətirtdi  (6.3.1739)  və  indiyədək  möhkəm  mühasirədə  saxladığı  Hindistan 

qoşununun qalan başçılarını da tutdurdu. 

12  mart  1739-da  Nadir  şah  qabaqda,  Məhəmməd  şah  ondan  3  kilometr 

arxada olmaqla Kornaldan Dehliyə yola düşdülər və 18 martda Dehlinin qırağında 

bir  bağa  düşdülər.  Məhəmməd  şah  Nadir  şahı  şəhərdə  ləyaqətlə  qarşılamaqçün 

icazə alıb getdi. 

20 martda Nadir şah ağ atın üstündə 20 alay qoşunla indiyədək görünməmiş 

təntənəylə  şəhərə  daxil  oldu.  Onun  şərəfinə  toplardan  yaylım  atəşləri  açıldı. 

Məhəmməd  şah  onu  sonsuz  ehtiramla  öz  sarayına  apardı.  Nadir  şahın  onu 

şahlıqdan uzaqlaşdırmamasının qarşılığı olaraq Məhəmməd şah sələflərindən qalan 


17 

 

və “dünya xəzinələrindən on dəfə çox olan” 250 illik xəzinəni Əfşar imperatoruna 



bağışladı. 

Səhəri gün – 21 mart 1739-da üst-üstə düşmüş Novruz bayramı və Qurban 

bayramı günü Hindistanın bütün camelərində Nadir şahın adına xütbələr oxundu və 

bütün şəhərlərdə üstündə “Dünya şahlarına şah olan şahlar şahı Nadiri-sahibgiran” 

sözləri həkk edilmiş yeni qızıl pullar yayıldı. 

25 martda şəhərdə Nadir şahın öldürülməsi şayiəsi yayıldı və hindistanlılar 

şahənşahın təxminən 3 min – 7 min əsgərini öldürdülər. Bundan xəbər tutan Nadir 

şah ertəsi gün tezdən əhalini qırmağı əmr etdi və üsyanı 6 saat içində amansızlıqla 

yatırdı. Nadir şah Məhəmməd şahın qızını oğlu Nəsrullah Mirzəyə aldı (6.4.1739). 

27  martda  şah  İsfahana  xəbər  göndərərək  öz  xalqını  qələbə  münasibətilə 

təbrik  etdi  və  bütün  əhalini  3  il  vergidən  azad  etdi.  Öz  əsgər  və  zabitlərinə  çox 

böyük miqdarda hədiyyələr bağışladı. 

1 aprel 1739-da saat 11-30-da Dehlidə Məhəmməd şahın Şelimar sarayında 

təntənəli  şəkildə  Əfşar  –  Hindistan  müqaviləsi  qollandı.  Bu  andlaşmaya  görə, 

Məhəmməd  şahın  Hindistan  hökmdarı  olaraq  qalmasının  qarşılığında  Əfşar 

dövlətinə 150 kürur (75 milyon) tümən təzminat ödədi və Hind çayının qolları olan 

Attək, Sind və Nalasəng çaylarından qərbdə yerləşən bütün Hindistan torpaqlarını 

(Pişavər  ətrafı  mahallar,  Kabil,  Qəznə  əyalətləri,  Əfqanıstan,  Kuhistan,  Sind  çayı 

ətrafı  -  Kəşmir  və  Tibet  və  b.  ərazilər,  Ram  qalası,  Tərpin,  Çən,  Semvali,  Ketra 

şəhərləri,  onların  ərazisi,  qalaları,  limanları,  şəhərləri,  kəndləri)  Əfşar  dövlətinə 

verdi. 

19 aprelədək Nadir şahın əlində ən azı 700 milyon rupi (təqribən 35 milyon 



tümən)  dəyərində  xəzinə  cəmləndi  [vəzirin  yardımçısı  Anandramın  bildirdiyinə 

görə,  onlardan  6  milyon  rupi  sikkə  şəklindəydi,  500  milyon  rupi  dəyərində  də 

“Kuhi-nur” (“İşıq dağı”), “Dəryayi-nur” (“İşıq dənizi”) və “Orlov” almazları, Taus 

taxtı da daxil olmaqla cəvahirat vardı]. Bundan başqa, əlyazma şəklində 40-60 min 

kitab da (onların bir bölümü şahlıq xəzinəsindən götürülmüşdü) Nadirin xəzinəsinə 

verildi.  Ümumiyyətlə,  onun  Hindistandan  əldə  etdiyi  nəqd  pul  və  cəvahirat  525 

kürur tüməndi (75 kürur tümən də onun əyan və zabitlərindəydi). 

12  may  1739-da  Nadir  şah  Dehlidə  böyük  bir  məclisdə  Məhəmməd  şahın 

başına  öz  əliylə  tac  qoydu.  Bu,  onun  göstərdiyi  çox  böyük  alicənablıqdı,  çünki 

işğal etdiyi bu ölkəyə istədiyi şəxsi hakim təyin edə bilərdi. 

52  gün  Dehlidə  qalan  şah  16  may  1739-da  bu  şəhəri  tərk  edərək  Vətənə 

döndü. Əldə etdiyi nəqd pul və cəvahiratı imperator 1.000 fil, 1.000 at və 10 min 

dəvəyə  yüklənmiş  13  min  sandıqda  daşıtdı.  Bu  sərvətdən  başqa,  o,  Hindistandan 

100 xacə, 130 alim, 200 dəmirçi, 300 bənna, 100 daşyonan, 200 dülgər də gətirdi 

(sənətkarlarla  o,  Əbivərdin  20  kilometrliyində  Dehliyə  bənzəyən,  sonralar 

Xivəabad  adlandırılan  bir  şəhər  saldırdı,  Xarəzmdən  azad  edib  gətirdiyi  12  min 

Xorasan əhlini orada yerləşdirdi). 

 


18 

 

23  oktyabr  1739-da  Həsənabadda  olan  Nadir  şah  Hindistan  fəthindən 



xəbərdar etməkçün Rusiya və Osmanlı imperatorlarına elçilər göndərdi. 

Nadir  şahın  çox  böyük  planı  vardı  –  Hindistandan  qayıdandan  sonra 

Türküstanı  da  tutmaq,  onun  xanlıqlarını  ləğv  edərək  Əfşar  imperiyasına  qatmaq, 

Çini  ələ  keçirərək  şimal-şərq  sınırlarını  genişləndirmək,  sonra  da  Osmanlı 

səltənətinə öz son sözünü demək. 

12 dekabrda Kabilə çatan Nadir şah Hindistandan gətirilən xəzinəni Herata 

göndərdi. Kabildə Sind və Zəmindar hakimi Xudayar xan Abbasini yanına çağırdı, 

ancaq  o,  itaətdən  boyun  qaçırdı.  Bu  zaman  Nadir  şah  onu  cəzalandırmaqçün 

birdən-birə geri dönərək hərəkətə keçdi və uzun izləmələrdən sonra 13 mart 1740-

da  onu  Bombey  əyalətində  məğlub  edərək  zəncirlətdi.  Xan  özünün  1  kürur 

rupiyəlik  (5  milyon  riyal)  xəzinəsini  şaha  bağışlamalı  oldu.  Onun  torpaqlarını  da 

ələ  keçirmiş  Nadir  şah  1740-ın  Novruz  bayramında  bu  torpaqları  üç  yerə 

böldükdən sonra Larkanədən yola düşərək 5 may 1740-da Nadirabada çatdı. 

Beləliklə,  imperator  Nadir  şah  Əfşarın  Hindistan  səfəri  2  il  çəkdi 

(24.5.1738-5.5.1740). 

Xarəzm ağası Elbars xana qulaqburması verməyi bəhanə edərək Türküstanı 

almaq  istəyən  Nadir  şah  təkrar  Herata  getdi  (5.6.1740).  Burada  15  gün  çəkən 

şənlikdən  sonra  150  minlik  qoşunla  Türküstana  hərəkət  edərək  31  iyulda  Bəlxə 

çatdı.  Amu-Dəryanın  hər  iki  tərəfində  qalalar  tikdirdi.  Şahı  Buxaraya  qonaq 

çağıran Əbülfeyz xan bir çox özbək başçılarının təkidiylə onunla döyüşə girişməli 

oldu.  Xanı  məğlub  edib  Buxaraya  girən  Nadir  şah  öz  adına  xütbə  oxudub  pul 

kəsdirdi.  Qardaşı  oğlu  Lütfəli  xanı  göndərib  Səmərqəndi  aldı.  Beləliklə,  Amu-

Dərya sərhəd olmaqla onun güneyi Əfşar dövlətinin torpaqlarına qatıldı. 

Nadir şah Əbülfeyz xanı yenidən Buxara ağası edərək öz əliylə onun başına 

tac qoydu (6.10.1740). Xan onun ordusuna 20 min əsgər verməyə mükəlləf edildi; 

bununla Nadir şah Buxaranın bütün daxili işlərinə nəzarəti öz əlinə almış oldu. 

Sonra  şah  Buxaradan  Xarəzmə  yola  düşdü  (7.10.1740).  Təşkil  etdiyi 

donanmanın  gəmiləri  onun  ordusunun  ardınca  üzürdü.  Xivənin  yaxınlığındakı 

Xanəgah  qalasına  sığınan  Elbars  xanı  məğlub  edərək  (15.11.1740)  boynunu 

vurdurdu,  çünki  o,  şahənşahın  elçilərini  öldürtmüşdü.  Bundan  sonra  Xivəyə 

gedərək  oranı  döyüşlə  alan  imperator  yarım  ay  burada  qaldı  və  Çingiz  xanın 

nəslindən  olan  Tahir  bəyi  Xarəzmin  başçısı  qoydu.  23  dekabrdasa  o,  Mərvə 

yollandı, Şahqulu xanı oraya başçı təyin etdi. 

Mərvdən  Əbivərdə  gələrək  (16.1.1741)  doğulduğu  Dəstgird  kəndinə  baş 

çəkdi. Burada onun anadan olduğu yerdə bəzəkli günbəzdən və üç qızıl minarədən 

(onlardan  birinin  başında  Nadir  şaha  işarə  olaraq  bir  qızıl  qılınc  qoyulmuşdu) 

ibarət Mövludxana tikilmişdi. Dəstgirddən Kəlata gedən şah Hindistandan gətirdiyi 

xəzinəni bu qalada yerləşdirdi. 

 


19 

 

Nadir  şah  oradan  Əfşar  imperiyasının  paytaxtı  saydığı,  bu  dövlətin  şərq 



torpaqlarının  mərkəzi  olduğuna  görə  İsfahandan  üstün  tutduğu  Məşhəd  şəhərinə 

döndü (yanvarın sonu). Beləliklə, Türküstan səfərini də uğurla başa vuran qüdrətli 

türk  imperatoru  oranı  da  Əfşar  torpağına  qatdı  və  öz  planının  bir  mərhələsini  də 

gerçəkləşdirdi. 

Nadir  şahın  Kəngər/Fars  (Bəsrə)  körfəzində  donanma  yaratmaq 

planlarından  ingilislər  bərk  narahat  olsalar  da  Əfşar  imperatoru  1740-ın  yayında 

Buşəhr limanında bir neçə hərbi gəmi qayırmağa ciddi göstəriş verdi. Ancaq bu iş 

son dərəcə ağırdı – Kəngər körfəzində gərəkli ağac olmadığına görə ağac və taxta 

900  km  aralıdakı  Mazandaran  meşəsində  hazırlanıb  göndərildi  və  yalnız  1741-in 

yazında Buşəhrə çatdırıldı. Gəmilərin hər birində 50 top qoyulmalıydı. Buna görə 

Gembronda  (Bəndər-Abbasda)  toptökmə  zavodu  tikildi  və  1741-in  başlanğıcında 

artıq 2 mis top hazır oldu. 

Müxtəlif  yerlərdən  pulla  alınmış  olsa  da  1742-nin  yazında  Əfşar 

imperiyasının  artıq  15  hərbi  gəmidən  ibarət  donanması  vardı.  Təəssüf  ki,  bu 

donanmaya  Tağı  xan  kimi  araqarışdıran  bir  fars  hərbçisi  başçılıq  etdi  və  bu  amil 

imperiyaya donanmanın gücündən yetərincə yararlanmağa imkan vermədi. 

İmperator Buşehrdə gəmiqayırma işinə nəzarəti Laperteri adlı bir avropalıya 

tapşırmışdı.  O,  1741-də  öldükdən  sonra  Nadir  şah  1742-də  bütün  işləri 

dayandırmağa  məcbur  oldu.  Başa  çatdırılmamış  yarımçıq  gəmilər  Buşehrdə  bir 

neçə il qaldı. 

Sonra şah pulla 30-adək müxtəlif ölçülü gəmi aldısa da öz gəmilərimizdən 

ibarət  donanmanı  görə  bilmədi,  çünki  Osmanlılarla  savaş  və  daxili  üsyançılarla 

mübarizə buna imkan vermədi. Donanmaçılıq sahəsində möhkəm özülü qoyulmuş 

bütün işlər onun ölümündən sonra tam unuduldu. 

Nadir  şah  donanma  yaradılmasının  dövlətin  xarici  və  daxili  siyasətində 

oynadığı  mühüm  rolu  incəliyinədək  təsəvvür  etdiyinə  görə  bu  işi  imperatorluq 

fəaliyyətinin aparıcı istiqamətlərindən sayır, ona o qədər önəm verirdi ki, bu yolda 

hətta  xalqın  müflisləşməsini  də  məqbul  sayırdı.  Təsadüfi  deyil  ki,  onun  vergiləri 

görünməmiş  amansızlıqla  yığdırması  daha  çox  məhz  donanma  quruculuğunun 

genişləndiyi  dövrlərə  düşür.  Xatırladaq  ki,  təkcə  Azərbaycan  ildə  4  kürur  (2 

milyon) tümən vergi verirdi və bunun nəticəsində Azərbaycanın kənd və qəsəbələri 

viran qalmışdı. Özü də, bəllidir ki,  Nadir  şahın  əmrinə  görə, vergini ödəməyənin 

başı  gətirilirdi,  yoxsa  vergiyığanın  özünün  başı  kəsilməliydi.  Bu  üzdən  də  Əfşar 

imperiyasının bir çox yerlərində tez-tez irili-xırdalı üsyanlar baş verirdi… 

Məşhəddə  2  ay  qalan  Nadir  şah  Car  və  Tala  ləzgilərinin  öldürdüyü 

(26.10.1738)  qardaşı,  Azərbaycan  və  Qafqazın  hökmdarı  və  ordu  komandanı 

İbrahim xan Zahirüddövlənin qisasını almaq qərarına gəldi. Bu məqsədlə 14 mart 

1741-də Məşhəddən çıxdı. 

 


20 

 

Nadir  şaha  15  may  1741-də  Mazandaranın  Savadkuh  meşəsində  20 



metrlikdən  ağacın  arxasından  güllə  atdılar.  Güllə  əlini  yaralayıb  ata  dəydi,  at 

yıxıldı.  O,  yerə  aşıb  özünü  ölülüyə  vurdu,  buna  görə  ikinci  güllə  atılmadı. 

Cinayətkar  tapılmadı.  Doğrudur,  az  sonra  bu  işi  Dilavər  xanın  oğlunun  qulu 

törətdiyi söylənilsə də Nadir şah oğlu Rzaqulu Mirzədən şübhələndi. Xatırladaq ki, 

Nadir  şah  onu  1738-də  vəliəhd  -  naibüssəltənə  və  Əfşar  qoşunlarının  komandanı 

təyin  etmiş,  Şah  Təhmasibi  və  övladlarını  öldürtdüyünə,  həm  də  vəliəhdliyi 

dövründə idarəçiliyi  yaxşı apara bilmədiyinə,  xalqı incitdiyinə  görə 1740-da onun 

yerinə Nəsrullah Mirzəni vəliəhd etmişdi. 

Tehrana gələn şah burada rus diplomatı Kaluşini qəbul etdi. Görüşdən sonra 

Kaluşin  Peterburqa  yazdı  ki,  Nadir  şahla  keçmişdə  olduğu  kimi  sərbəst  söhbət 

etmək  mümkün  deyil.  Bəxtin  ona  verdiyi  qələbədən  məst  olaraq  deyir  ki, 

Hindistanı tutmaq mənimçün çətin deyildi. Bir ayağımla hərəkət etsəm Hindistanı, 

iki  ayağımla  hərəkət  etsəm  bütün  dünyanı  tutaram.  Nadir  şahın  Osmanlıya 

münasibəti  yaxşı  deyil,  ancaq  onun  Rusiyaya  da  yaxşı  münasibət  bəslədiyinə 

sonadək inanmaq olmaz. 

Rzaqulu  Mirzəni  acıqla  Tehranda  qoyub  Qəzvin,  Qaracadağ,  Bərdə  və 

Qəbələ  yoluyla  Dağıstana  yollanan  şahənşah  iyunda  oraya  girdi.  15  iyul  1741-də 

Qazıqumuq şəhərinə, oradan Xəzər sahilinə (sentyabrın ortaları) gəldi. Qaracadağ 

tayfası  Nadir  şaha  sataşdığına  görə  o,  and  içdi  ki,  bütün  düşmənlərini  tabe 

etməyincə  Dağıstandan  getməyəcək.  16  oktyabr  1741-də  o,  Dərbəndə  girdi. 

Qaracadağ tayfasına hücum etməkçün Dərbəndin 16 kilometrliyinə gəldi. 

Nadir  şah  Tarxu  (Dargi)  şamxalını,  Qaraqaytaq  usmisini  və  Qazıqumuqda 

Surxay  xanı  özünə  tabe  etdirsə  də  rusların  fitnəsiylə  onun  qarşısına  yeni-yeni 

düşmən  qüvvələr  çıxırdı,  çünki  ruslar  bu  vaxt  onun  Quzey  Qafqaza  hücum 

edəcəyindən  bərk  narahatdılar;  onların  münasibətləri  də  gərginləşmişdi.  Ruslar 

ondan ehtiyat edərək 1742-nin mayında Qızlarda 42 minlik qoşun toplamışdılar. 

Nadir  şah  Osmanlı  dövlətiylə  münasibətləri  nizamlamaq  istəyirdi.  Bu 

məqsədlə  səfir  Hacı  xanı  İstanbula  göndərmişdi  (mart-iyul  1741).  Sultan  onunla 

görüşəndən sonra məzhəb məsələsini müzakirə etməkçün heyət yaratsa da dövlətin 

bu  məsələdə  fikri  dəyişmədi,  ancaq  Nadir  şaha  qeyri-müəyyən  cavab  verdilər. 

Osmanlı  tərəfi  də  öz  növbəsində  Nadir  şahın  yanına  nümayəndələr  göndərdi  və 

onlar 1742-nin  yanvarında Dərbənd yaxınlığında şahla görüşdülər. 17 aprel 1742-

də  İstanbula  dönən  Münif  Mustafa  əfəndiylə  sultana,  sədrəzəmə  və  elmiyyə 

ricalına məktublar göndərən Nadir şah bildirdi ki, yalnız Osmanlı dövlətinin şiəliyi 

beşinci məzhəb kimi qəbul edəcəyi halda bu iki müsəlman dövləti arasında sülh ola 

bilər, yoxsa özüm Osmanlı ölkəsinə gedib bu ixtilafa son qoyacağam. 

Nadir  şah  məzhəb  məsələsini  ruhanilərin  əliylə  həll  etməyə  çalışırdı.  O, 

Molla  Əliəkbər  Mollabaşının  başçılığı  altında  nüfuzlu  bir  heyət  yaratdı,  onlar 

1736-cı  il  qərarına  əsasən  cəfəri  məzhəbinin  Məkkədə  beşinci  rükn  kimi  qəbul 

olunmasına  qərar  verdilər.  1743-ün  başlanğıcında  Dağıstanda  Nadir  şahın  yanına 



21 

 

gələn  yeni  Osmanlı  elçisinin  sultandan  (xəlifədən)  gətirdiyi  məktubda  şiəliyin 



rəsmi  məzhəb  kimi  tanınmadığı  və  Məkkədə  beşinci  rükn  kimi  qəbul  edilmədiyi 

bildirildi. Cavabında qəzəbli şah dedi: “Nadirin dünyanı fəth edən qoşunu tezliklə 

Osmanlı torpağına hücum edəcəkdir”. 

Dağıstanın  dözülməz  şəraitində  qoşununun  durumu  xeyli  ağırlaşmış  Nadir 

şah  1742-də  Qaracadağ  tayfasını  təslim  etsə  də  Dağıstanın  açarı  olan,  rusların 

altdan-altdan  dəstək  verdiyi  Avarı  ala  bilmədi.  Oradan  İranxarab  düşərgəsinə 

çəkildi  və  1742  dekabrının  başlanğıcında  ötəri  bir  məhkəmədən  sonra  oğlu 

Rzaqulunun gözlərini burada çıxartdırdı. 

Qaynaqlarda  Nadir  şahın  Rzaqulu  Mirzəni  kor  etməsinin  səbəbkarı  kimi 

xain  Əliqulu  Mirzənin  (sonrakı:  Adil  şah)  adı  çəkilir.  O,  sui-qəsd  gecəsi  Nadir 

şahın  çadırına  bu  məzmunda  bir  imzasız  məktub  göndərib  (bu  faktı  Nadirin 

ölümündən  sonra  öz  diliylə  deyib):  “Səni  kimin  öldürmək  istədiyini  bilmək 

istəyirsənsə fikirləş görək sənin ölümündən kim daha çox faydalanacaq və ölkənin 

padşahı olacaq”. 

Sonralar  oğlunun  təqsirsizliyinə  inanan  şah  hədsiz  kədərləndi,  hətta  onun 

Rzaqulunu cəzalandırmasına mane olmaqçün heç bir təşəbbüsdə bulunmayan saray 

adamlarından  bir  neçəsini  öldürtdü  də.  Rzaqulunun  faciəsi  Nadir  şahı  özülündən 

sarsıdaraq  onun  həyatında  geriyə  doğru  ciddi  dönüş  oldu.  Çox  inandığı  şəxsi 

həkimi  Ələvi  xanın  uzun  müddət  yanında  olmaması  (həccə  getmişdi),  onu  bir 

fransız həkimin əvəzləməsi də öz təsirini göstərdi. 

Elə  bu  çağlardan  da  onun  imperiyasını  yavaş-yavaş  üsyanlar  bürüməyə 

başladı (həmin vaxt Xarəzmdə və Bəlxdə). 

Donanma  yaratmağın  vacibliyinə  Nadir  şah  Dağıstanda  olarkən  bir  daha 

əmin  oldu  –  o  gördü  ki,  buradakı  qoşununun  təchizatını  ödəməkçün  Xəzərdən 

gələn  gəmilərə  həyati  ehtiyac  var.  Buna  görə  də  Kəngər/Fars  körfəzində  olduğu 

kimi  Xəzərdə  də  mütləq  donanma  yaratmağı  qərara  aldı.  Ruslardan  10  gəmi  borc 

istədisə  də  onlar  imperatorun  niyyətini  başa  düşərək  nəinki  gəmiləri  vermədilər, 

hətta  Xəzərdə  türk  donanmasının  yaranmasına  imkan  verməməkçün  əllərindəki 

bütün  vasitələrdən  yararlandılar.  Xatırladaq  ki,  1723  müqaviləsinə  görə,  ruslar 

Xəzərdə gəmiqayırma hüququnu qoruyub saxlayırdılar. 

Xəzərin  sol  sahilində  donanma  yaratmaqda  Nadir  şahın  ilkin  məqsədi 

burada  çapovulçu  türkmənlərə  qarşı  möhkəm  bir  baza  yaratmaq,  həm  də 

Dağıstanla  döyüşdə  qoşunun  təchizatını  təmin  etməkdi.  Bu  istəklə  o,  ingilis  Con 

Eltonu “Camal bəy” adlandıraraq gəmiqayırma üzrə baş rəis təyin etdi. 

Şimali  Gilanın  Ləngərud  və  Bəndəri-Lahican  şəhərlərində  qərargahını 

yerləşdirən Elton işə ciddi girişdi. Nadir şahın donanma planlarından ciddi təşvişə 

düşən Rusiya hər vasitəylə mane olur, ancaq Nadir şahın inadcıllığı bu ingilisi işə 

həvəsləndirirdi. Elton hətta şahənşahın ölümündən sonra da işindən əl çəkmədi və 

1751-də  üsyan  zamanı  öldürüldü,  bununla  da  Nadir  şahın  Xəzərdə  donanma 

yaratmaq arzusu tam gerçəkləşmədi. 



22 

 

 



1742-də  Nadir  şah  Terek  çayını  keçib  Rusiyaya  hücum  etmək  istəsə  də 

Osmanlı  dövlətinin  Əfşar  imperiyası  sərhədinə  qoşun  toplaması  buna  mane  oldu. 

Dağıstanda  çox  itki  vermiş  Nadir  şah  5  fevral  1743-də  Osmanlı  ordusuna  qarşı 

üçüncü  yürüşə  başlayaraq  Dağıstandan  birbaşa  Osmanlı  torpağına  375  minlik 

ordusuyla hücum etdi. 

6 avqust 1743-də o, Kərkükə gəldi. Orada Osmanlı sultanından belə məktub 

aldı ki, Osmanlı şeyxülislamı sünni məzhəbi əleyhinə olan şiələrin öldürülməsinə 

və ya əsir edilməsinə şəriətə uyğun hökm verib. Bundan bərk qəzəblənən Nadir şah 

da  sultanı xəlifə  kimi  tanımaqdan boyun qaçırdı  və  Ərbili tutdu (8.1743), oradan 

Mosula qoşun çəkdi və 21 sentyabr 1743-dən oranı mühasirəyə aldı, 27 sentyabrda 

fasiləsiz top atəşləriylə hücuma keçsə də şəhəri tuta bilmədi. Bu zaman Nadir şaha 

sultandan  məktub  gəldi  ki,  ordunuz  Osmanlı  torpağından  çıxmayınca  sülh 

müzakirəsi aparılmayacaq. 

Şirvanda  “Sam  Mirzə”,  Ərzurumda  “Səfi  Mirzə”  adlı  yalançı  şahzadələr 

Osmanlı dövlətinin  gizli  yardımıyla  qiyam qaldırdılar, Türküstanda  qarışıqlıq baş 

verdi, orduda da xəstəlik  yayıldı, buna  görə sultanla razılaşmalı olan  şahənşah 20 

oktyabr 1743-də qoşununun irəliləyişini saxladı, Mosuldan Kərkük və Qaratəpəyə 

çəkildi, ancaq Bəsrənin mühasirəsini saxladı. 

Qərargahını  Qaratəpədə  qoyub  Bağdada  gedən  imperatoru  bu  şəhərdə  çox 

hörmət  bəslədiyi  Əhməd  paşa  (o  da  Nadir  şahın  şəxsiyyətini  yüksək 

dəyərləndirirdi)  və  Osmanlı  səfiri  Məhəmməd  ağa  dostcasına  qarşıladılar. 

İmperator  öz  arvadlarıyla  birgə  İraqda  Kazimeynə  gedib  imamların  qəbirlərini, 

Kərbəlaya  gedib  (19.11.1743)  şəhidlərin  qəbirlərini  ziyarət  etdikdən  sonra  Hillə 

yoluyla Nəcəfə yollandı. 

Nəcəfdə  Nadir  şah  islam  birliyinə  nail  olmaqçün  12  dekabr  1743-də 

Azərbaycanın,  Türküstanın  (Buxara,  Bəlx),  Xorasanın,  Beynənnəhreynin  və  b. 

yerlərin  böyük  din  alimlərindən  ibarət  heyət  yaradaraq  böyük  bir  məzhəbi  məclis 

qurdu  və  üləmalara  tapşırdı  ki,  sünni  və  şiə  təriqətləri  arasındakı  ixtilafları  həll 

etsinlər.  Həmin  alimlər  xüləfayi-raşdinin  (Əbubəkr,  Ömər,  Osman,  Əli)  xilafətini 

qəbul etmək, imam Cəfər Sadiqin əqidəsinə inanmaq və hörmət etmək haqqında bir 

sənəd  yazaraq  möhürlədilər.  [Sünni  kəlamçı  Abdulla  ibn  Hüseyn  əs-Suvaydi 

buradakı mücadilə haqqında çox dəyərli bir əsər yazıb (Qahirə, 1324/1906)]. 

Nadir  şah  və  Əhməd  paşa  1744-ün  başlanğıcında  sülh  müqaviləsini 

müzakirə etməyə başladılar, saziş bağladılar. Bu sənədə əsasən, Nadir şah Kərkük, 

Ərbil,  Qərnə  və  b.  qalalardan  çəkildi,  Bəsrənin  mühasirəsini  dayandırdı. 

(İmperatorun bu yumşaq mövqeyi, görünür, Əfşar dövlətinin şimal və şərqində baş 

vermiş  qiyamlarla  bağlıydı).  Xəlifə  də  olan  Osmanlı  sultanı  I  Mahmud  şiəliyi 

Osmanlı dövlətinin siyasətinə zidd sayaraq 1744-ün martında bu müqaviləni rədd 

etdi. 

 


23 

 

1742-də  Kəngər/Fars  körfəzi  yaxınlığındakı  ərəb  torpaqları  Məsqət  və 



Oman da Əfşar hakimiyyəti altına keçdi, Nadir şah Seyf ibn Sultanı oranın başçısı 

qoydu.  Fars  əyaləti  və  Fars  körfəzində  böyük  nüfuzundan  yararlanan  Tağı  xan 

1744-də  şaha  qarşı  üsyan  qaldırdı,  Şiraza  gedib  özünü  oranın  hakimi  elan  etdi.  1 

iyul 1744-də Nadirin ordusu şəhəri tutdu və qiyamçıları qırdı, Tağı xanı əsir etdi. 

1743-ün  başlanğıcında  Şirvanda  özlərini  Səfəvi  şahzadəsi  adlandıran, 

əslində Osmanlıların hazırladığı yalançı I, II və III “Sam Mirzə”lər Əfşar ağalığına 

qarşı üsyan qaldırdılar. Surxay xanın yardımıyla Yeni Şamaxını (Ağsunu) tutmuş I 

Sam Mirzənin üsyanından Mosuldaykən 11 oktyabr 1743-də xəbər tutan Nadir şah 

onun üstünə oğlu Nəsrullah Mirzəni göndərdi, o da yalançı şahzadəni ələ keçirərək 

öldürdü və Heydər xanı Şamaxı hakimi qoydu. 

Həmin ayda yalançı II Sam Mirzənin başçılığı altında yeni üsyan qalxdı və 

asilər  Ağsudan  Dərbəndədək  ərazini  tutdular,  imperiya  məmurlarını  qovdular.  Bu 

işdə Surxay xanın oğlu Məhəmməd xan çox fəaldı.  Nəsrullah Mirzənin qoşunları 

Ağsuya girdikdə yalançı şahzadə Gürcüstana qaçdı və Kaxetiya çarı Teymuraz onu 

tutub  Nəsrullah  Mirzəyə  göndərdi.  Nəsrullah  Mirzə  “şahzadə”nin  gözünü  çıxarıb 

Osmanlı  hərbi  əsirləriylə  Karsa  göndərdi  (29.1.1744).  Bu  qulluğunun  mükafatı 

olaraq  Nadir  şah  qabaqlar  Gəncə  bəylərbəyinin  idarə  etdiyi  Borçalı  və  Qazax 

mahallarını Teymuraza hədiyyə etdi. 

1743-ün sonunda Osmanlılar Səfi Mirzə adlı başqa bir yalançı “şahzadə”ni 

(əslində: Məhəmmədəli  Rəfsəncani  Kirmanini)  “Şah Hüseynin oğlu” adlandıraraq 

hakimiyyətini  tanıdılar  və  Nadirə  qarşı  çarpışmaqçün  Ərzuruma  göndərdilər 

(9.1743).  Bunu  eşidən  Nadir  şah  25  iyul  1744-də  Arpa  çayını  keçərək  29  iyulda 

Kars  qalasının  cənubunda  yerləşdi  və  bununla  da  Osmanlılarla  dördüncü 

müharibəyə  başladı.  23-24  avqust  və  13  sentyabrda  şah  Kars  qalasına  iki  dəfə 

şiddətli hücum etsə də onu ala bilmədi. Nəhayət, 9 oktyabr 1744-də mühasirədən əl 

çəkib Karsın şərqinə çəkildi. 

Karsdan Bərdəyə gələn Nadir şah 27 dekabr 1744-də Dağıstana qəfil hücum 

çəkdi  və  oranı  özünə  təslim  edərək  7  yanvar  1745-də  Bərdəyə  qayıtdı.  Oradan 

Şəkiyə  getdi,  12  iyul  1745-də  İrəvana,  Göyçə  yaylağına  çatdı.  7  avqustda 

İrəvandan Muradtəpəyə hərəkət etdi. 

O,  Kars  və  İrəvanda  müharibə  apararkən  rus  elçisi  gələrək  quzey 

torpaqlarının Əfşarlara qaytarılması haqqında qərarı Nadir şaha təhvil verdi. 

10  avqust  1745-də  Nadir  şahla  Osmanlı  qoşunları  arasında  Bağavars 

boğazında  dəhşətli  müharibə  başlandı  və  12  avqustda  o,  10  il  qabaq  Osmanlıları 

ağır məğlubiyyətə uğratdığı elə bu yerdə yenidən qələbə çaldı. Bu dəfə Osmanlılar 

3 paşa və xeyli zabit, 28 min  əsgər, bütün toplarını itirərək məğlubiyyətin acısını 

daddılar.  Beləliklə,  Nadir  şah  o  çağda  məğlubedilməz  sayılan  Osmanlı  ordusunu 

ikinci dəfə  məğlub etdi. Mosulda da Nadirin oğlu Nəsrullah Mirzə qələbə çaldı  – 

Osmanlı  qoşunu  28  min  nəfər  tələfat  verdi  və  sərkərdə  Yegən  Məhəmməd  paşa 

şəhid oldu. 



24 

 

 



Qələbəsinə  baxmayaraq,  sülh  təklif  edən  Nadir  şah  Sultan  Mahmuda 

məktub  yazaraq  bildirdi  ki,  iki  müsəlman  milləti  arasında  qan  tökülməsinə  səbəb 

məzhəb ixtilafıdır. Onun təklifiylə bu ixtilaf aradan götürülür və bundan sonra iki 

qonşu millət arasında daimi dostluq olacaq. 

Osmanlıları  barışa  çağıran  Nadir  şah  12  yanvar  1746-da  Fətəli  xanı 

İstanbula  göndərərək  cəfəriliyin  qəbulu  və  şiələrə  Kəbədə  bir  rükn  ayrılması 

məsələsindən  əl  götürdüyünü,  ancaq  rükn  olmadığına  görə  şiələrin  dörd  məzhəb 

adamlarından  istədiklərinə  qoşularaq  həccin  tələblərini  yerinə  yetirmələrinə  icazə 

verilməsini  tələb  etdi.  Nadir  şah  bununla  yanaşı,  İraqın  (Van,  Bağdad,  Nəcəf, 

Kərbəla, Bəsrə və b.) Əfşar imperiyasına verilməsini istədi. 

Osmanlı  dövləti  də  Nəzif  Mustafa  əfəndiyə  bir  çox  məktublar  verərək 

danışıqlar aparmaqçün Fətəli xanla birgə Nadir şahın yanına göndərdi (mart 1746). 

Bu zaman şah Həmədandan Azərbaycana gəldi və oradan İsfahana getdi. 2 fevral 

1746-da  Məşhədə  çatan  şah  16  mart  1746-da  oradan  da  Nəzif  paşayla 

görüşməkçün  İraqi-Əcəmə  getdi.  Qəzvinlə  Tehran  arasında  –  Sovucbulaqdakı 

Kürdan  (Kerden)  adlı  yerdə  qurduğu  hərbi  düşərgəsində  Nadir  şah  Osmanlı 

nümayəndə  heyətini  qəbul  etdi.  Nəzif  Mustafa  əfəndi  məzhəb  məsələsində  öz 

dövlətinin mənfi mövqeyini bir daha təsdiqlədi, ancaq sərhədlər məsələsinin 1639-

uncu  il  Qəsri-Şirin  (Zəhab)  müqaviləsi  çərçivəsində  çözülməsinin  gərəkdiyini 

bildirdi.  Sərhəd  məsələsində  də  çox  israr  etməyən  Nadir  şah  Həsənəli  xana  Nəzif 

əfəndiylə danışıqlar aparmaq səlahiyyəti verdi. 

Beləliklə,  iki  müsəlman  dövləti  arasında  barışa  çalışan  Nadir  şahın  əməli 

mövqe  tutması  nəticəsində  Osmanlılarla  Əfşarlar  arasındakı  bütün  başlıca 

mübahisələr  öz  həllini  tapdı.  4  sentyabr  1746-da  Qəzvində  iki  tərəf  arasında 

Rusiyanın  iştirakı  olmadan  sülh  müqaviləsi  bağlandı  və  6  oktyabr  1746-da 

Bağdadda vali Əhməd paşanın onu imzalamasından sonra qüvvəyə mindi. Bununla 

da iki dövlət arasında uzun illər sürən qanlı çəkişmələrə kəsinliklə son qoyuldu. 

İstanbula  qayıdan  Nəzif  paşa  imperatorun  məktubunu  sultana  təqdim  etdi. 

Məktubda Nadir şah Şah İsmayılın şiəliyi təbliğ etməsini tənqid edir, Şah İsmayılın 

Osmanlı dövlətinə verdiyi torpaqlardan əl çəkdiyini bildirirdi. 

Nadir  şah  müqavilənin  təsdiqlənmiş  mətnlərini  22  yanvar  1747-də 

böyükelçisi  Mustafa  xana  verərək  onu  öz  tarixçisi  Mirzə  Mehdi  xanla  birgə 

İstanbula yolladı; onlar Osmanlı sarayına Oman mirvarisiylə bəzədilmiş qızıl taxt 

və başqa qiymətli hədiyyələr apardılar. 

İstədiyi  müqavilənin  bağlanmasından  sevinən  Sultan  Murad  da  Kəsriyyəli 

Əhməd paşanı böyükelçi təyin edərək Rəcəb paşa və qazi Numan əfəndiylə birgə 

misilsiz hədiyyələrlə İsfahana göndərdi. 

 


25 

 

Təəssüf  ki,  səfirlərin  heç  biri  vəzifəsini  yerinə  yetirə  bilmədi  –  onlar  üz 



tutduqları şəhərlərə çatana qədər türk dünyasının düşmənləri böyük imperatorumuz 

Nadir şah Əfşarı məhv etdilər!.. 

İki  müsəlman  dövləti  arasında  Rusiyanın  rəyi  nəzərə  alınmadan  sülh 

müqaviləsinin bağlanmasıyla Nadir şahın hakimiyyətdə ən ağır, ən dözülməz dövrü 

başlandı.  Mərkəzdənqaçma  meylləri  gücləndi.  Məsələn,  1743-də  Hacı  Çələbi 

Qurban  oğlu  Şəkini  müstəqil  xanlıq  etsə  də  Nadir  şah  1744-46-cı  illərdə  onunla 

“Gələsən-görəsən”  qalası  ətrafında  bir  neçə  dəfə  vuruşduqdan  sonra  onu  vəkil 

vəzifəsində  saxlayaraq  özünə  tabe  etmişdi,  ancaq  Çələbi  1747-nin  başlanğıcında 

özünü yenidən Şəki xanı elan etdi. 21 mart 1747-də III Sam Mirzə Təbrizdə Əfşar 

hakimiyyətinə  qarşı  üsyan  qaldırdı,  hakimiyyət  nümayəndələrini  qıraraq  özünü 

hakim elan etdi. Başqa üsyanlar da ölkəni bürüdü. 

Rusların  örtülü  müqaviməti  nəticəsində  Dağıstandakı  uğursuzluğu,  böyük 

oğlu  Rzaqulu  Mirzənin  gözlərini  çıxartdırması,  Fars  bəylərbəyi  Tağı  xanın, 

şirvanlıların, kirmanlıların, sistanlıların və b. qiyamları, Şirvan hakimi Heydər xan 

Əfşar, ordu komandanı olan qaynı Kosa Əhməd Kəlbəli xan kimi dəyərli adamların 

öldürülməsi  Nadir  şahın  əsəblərini  xeyli  korladı  –  o,  az  qala  hamıdan 

şübhələnməyə, qəzəbini yatırtmaqçün yersiz cəzalar verdirməyə başladı. 

22  yanvar  1747-də  İsfahandan  Yəzdə  və  Kirmana  hərəkət  edən  şahənşah 

qiyamçılarla  hədsiz  sərtliklə  davrandı.  Məşhədə  gələrək  Herat,  Ton,  Təbəs  və 

Qayen  hakimlərini  cəzalandırdı,  1  kürur  (yarım  milyon)  vergi  yığmağı  əmr  etdi. 

Novruzu  Məşhəddə  keçirən  imperator  Kəlata  gedib  xəzinə  binasının  tikilişinə 

baxdı. Bu xəzinədə 200 kürur nəqd pul və cəvahirlər, başqa dəyərli əşyalar vardı. 

Doğulduğu  Dəstgird  kəndinə  də  baş  çəkən  Nadir  şah  Tehrana  qayıtdı  və 

Osmanlı  səfiriylə  görüşüb  Məşhədə  gəldi.  Qardaşı  oğlu,  Sistanın  hakimi  Əliqulu 

Mirzənin  Sistanda  üsyançılara  başçılıq  etməsini  eşidəndə  əhvalı  hədsiz  pisləşdi. 

Xorasandakı Xəbuşan kürdləri də Əliqulu xana qoşuldular. Şah 16 minlik qoşunla 

kürdləri cəzalandırmağa getdi, onlar Xəbuşan qalasına sığındılar. 

İmperator  Xəbuşanın  12  kilometrliyindəki  Fəthabadda  dayandı.  O, 

həyatının ciddi təhlükədə olduğunu, ona sui-qəsd hazırlandığını hiss etdiyinə görə 

Kəlata  getmək  istədi,  ancaq  yanındakılar  onu  sonadək  qorumağa  söz  verdilər. 

Yaxın qohumları – şəxsi mühafizə dəstəsinin başçısı Məhəmmədqulu xan Əfşar və 

sarayda  işlər  idarəsinin  rəisi  Saleh  xan  Qırıxlı  Əfşar,  eləcə  də  Məhəmməd  bəy 

Qacar İrəvanlı, Musa bəy Əfşar, Qoçu bəy Əfşar Urumi onun əleyhinə işləyirdilər. 

Bəzi  qaynaqların  bildirdiyinə  görə,  gizlicə  bu  adamlarla  əlaqə  yaradan  Əliqulu 

Mirzə əmisinə qarşı sui-qəsd hazırladı və elə onun təhrikiylə də bu cinayətkarlar 20 

iyun 1747-də Nadir şahı qətlə yetirdilər. 

İlk baxışda Nadir şahın öldürülməsi tam təsadüfi görünə bilər və təəssüf ki, 

tarixi qaynaqlar bu faktı indiyədək yalnız bu cür də təqdim edib. Ancaq, bizcə, istər 

Nadir  şahın,  istərsə  də  Ağaməhəmməd  şah  Qacarın  qətlə  yetirilməsini  qətiyyən 

təsadüf  saymaq  olmaz.  Niyə?  Birincisi,  hər  iki  sui-qəsd  az  qala  eyni  ssenari  üzrə 



26 

 

yerinə  yetirilib  (bu  isə  onları  eyni  mərkəzin  hazırlayıb  idarə  etdiyini  göstərir). 



İkincisi,  Nadir  şah  hələ  sui-qəsddən  qabaq  həyatından  dolayı  bərk  narahatlıq 

keçirir  və  Kəlata  getməklə  bəlanı  başından  sovmaq  istəyirdi;  o,  heç  vaxt  öz 

qulluqçularından bu dərəcədə çəkinməzdi; deməli, şah onu aradan götürməyə gücü 

çata biləcək hansısa NAMƏLUM QÜVVƏNİN planları haqqında danılmaz bilgilər 

əldə  edibmiş.  Üçüncüsü,  Şərq  dünyasının  XVIII  yüzildə  öz  qılınclarıyla  iki 

möhtəşəm  imperiya  qurmağı  bacarmış  iki  ən  azman,  ən  ağıllı  və  ən  qətiyyətli 

imperatorunun terror üçün seçilməsi də heç cür təsadüfə oxşamır. Dördüncüsü, bu 

iki qəsdin tarixi baxımdan qısa vaxtda – 50 ilin içində (1747-1797) baş verməsi də 

düşündürücüdür. 

Bəs  Nadir  şahın  (Ağaməhəmməd  şahın  da)  qatillərinin  arxasında  kim 

dayanıb,  sifarişçi  kim  olub?  Bu  sorğuya  ən  doğru  cavab  yalnız  bu  sualların 

qarşılığında alına bilər: onlar ən çox kimə mane olurdular, onları öldürtmək ən çox 

kimə  faydalıydı?  Əlimizdə  bu  gün  heç  bir  tarixi  sənəd-sübut  olmasa  da,  bizcə, 

hamıdan çox Rusiya və Avropa dövlətlərindən (ilk növbədə İngiltərə və Fransadan) 

şübhələnməyə haqqımız var. Axı Rusiya Dəli Petronun vəsiyyətini yerinə yetirərək 

isti  dənizlərə  çıxmaq  istəyir,  ancaq  qarşısında  nəhəng  Nadir  şahı  və 

Ağaməhəmməd şahı görürdü – onun işğal etdiyi Qafqaz torpaqlarını yalnız bu iki 

şah  geri  qaytarmışdı.  İngiltərəninsə  yerini  Nadir  şah  həm  Hindistanda,  həm  də 

Kəngər/Fars körfəzində dar etmişdi. Bundan başqa, hər iki imperator Şərqin strateji 

baxımdan bu ən mühüm məkanında Rusiya, İngiltərə və Fransanın əl-qol açmasına 

imkan  verməməklə  yanaşı,  bütövlükdə  onların  Şərqdə  həyata  keçirməyə 

başladıqları  işğalçılıq,  müstəmləkəçilik  siyasətinin  gerçəkləşdirilməsində  ən  ciddi 

maneəyə  çevrilmişdi.  Təsadüfi  deyil  ki,  onların  ikisi  də  artıq  hakimiyyətlərinin 

zirvə  nöqtəsinə  çatanda,  bölgə  dövlətlərinə  öz  hökmlərini  qəbul  etdirməyə 

başladıqları vaxt aradan götürüldülər və hər dəfə də onları çox zəif şahlar əvəzlədi. 

Bunu  da  əhəmiyyətsiz  saymaq  olmaz  ki,  həm  Nadir  şah,  həm  də  Ağaməhəmməd 

şah  öldürüldükləri  gündən  indiyədək  məhz  Rusiya  və  Avropa  qaynaqlarında  az 

qala insan qanı içən yırtıcı kimi qələmə verilməkdədir… 

5 iyul 1747-də xəyanətkar Əliqulu Mirzə Heratdan gələrək özünü hökmdar 

elan  etdi,  Nadir  şahın  oğulları  Nəsrullah  Mirzə  və  İmamqulu  Mirzəni,  başqa 

övladlarını,  eləcə  də  Nadir  nəslinə  mənsub  bütün  adamları  (Şahrux  Mirzədən 

başqa) şərəfsizcəsinə qılıncdan keçirdi, Nadir şahın topladığı xəzinəni qısa zaman 

içində dağıtdı… 

 

4.3.2002 



 

   

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin