Азярбайжан республикасы дахили ишляр назирлийи


“Azərbaycan” adının etimologiyası



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə7/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   2   3   4   5   6   7   8   9   10   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

“Azərbaycan” adının etimologiyası 
T
əbii şərait. Azərbaycan şimalda Dağıstan, 
cənubda İran, qərbdə Gürcüstan, cənub-qərbdə 
Ermənistanla həmsərhəd olmuşdur. Tarixən dağlıq ölkə 
kimi tanınan Azərbaycanı Araz çayı iki yerə bölmüşdür. 
Ölkəni şimaldan Böyük Qafqaz dağ silsiləsi əhatə 
edir. 
Cənubi 
Azərbaycanın 
qərbində 
meridional 


12 
istiqamətdə Qotur-Musalan dağ sistemi, Şərqdə isə 
Şimali və Cənubi Talış sıra dağları uzanıb gedir. Cənubi 
Azərbaycanın mərkəzi hissəsində əsasən qərbdən şərqə 
doğru Qaradağ, Kiamkin, Savalan, Mişudağ, Bozquş dağ 
silsiləsi uzanır.
Azərbaycanda Murovdağ, Şahdağ, Qarabağ 
yaylası, Talış, Qaradağ, Səhənd, Savalan kimi dağlar, 
Kür-Araz, Lənkəran, Ərdəbil ovalıqları, Urmiya gölü 
hövzəsi düzənliyi, Sulduz, Miyanə, Zəncanvud yaylaları 
yerləşir. 
“Azərbaycan” adının etimologiyası. E.ə. III 
minillikdə Urmiya gölündən cənub-şərqdə olan ərazini 
bildirən ad Aratta idi. Mütəxəssislərin fikrincə, (bu fikri 
mərhum tədqiqatçı Y. Yusifov müdafiə edirdi) bu adın 
mənası türk dillərində “dağlıq ərazi” kimi mənalandırılır.
Atropatena 
adı 
qaynaqlarda 
müxtəlif 
cür 
işlənmişdir: 
1. 
Suriya və Bizans qaynaqlarında – Adorbiqan 
2. 
Orta əsr fars qaynaqlarında – Aturpatakan, 
Adarbadaqan 
3. 
Ərəb qaynaqlarında – Azirbican, Azərbaycan. 
Ölkəmizin adı müasir səslənmədə yalnız VII 
əsrdən sonrakı dövrlərdə işlənməyə başlanmışdır.
Tarixçilərin bir qisminin gəldiyi qənaətə əsasən, bu 
xoronimin mənası “Atropata məxsus olan” deməkdir. 
Atropat adının mənasının isə “od allahı tərəfindən 
qorununan” olması göstərilir. Beləliklə, bu qism 
tədqiqatçıların gəldiyi qənaətə əsasən “atr” qədim İran 
dillərində “od” deməkdir və sonradan dəyişilərək “azər” 
şəklinə düşmüşdü.
Bəziləri güman edirlər ki, azər pəhləvi dilində “od”, 
“bayqan” isə xidmətçi və od saxlayan deməkdir. 
Ümumilikdə bu sözün “odlar yurdu” mənasının verməsi 
qeyd edilir. 


13 
Bi
r qism tədqiqatçıların fikrincə, “atr” sözü qədim 
türk termini olan, yüksəklik, təpəlik yer bildirən “Adur” 
sözündən yaranmışdır. 
Tədqiqatçı Y. Yusifovun fikrincə, Azərbaycan 
sözünün kökündə mixi yazılı mənbələrdə qeydə alınmış 
Andripatianu sözü durur.
A. 
Bakıxanov 
göstərirdi 
ki, 
ölkənin 
adı 
Azərbabəkan olmuşdur ki, bu da “Babəkin odlar ölkəsi” 
mənasını verirdi. Lakin bu ad hələ e.ə. IV əsrdə çəkilib, 
Babəkin isə çox sonralar yaşaması məlumdur. Rus alimi
İ. Dyakonovun fikrincə, elam dilində atur sözü uca, 
yüksək yer mənasını verirdi. 
M. İsmayılovun ehtimalına görə, Azərbaycan adı 
adlarına Gül Tigin abidələrində də rast gəlinən az 
xalqının adından yaranmışdır. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin