Азярбайжан республикасы дахили ишляр назирлийи


Sual 3. Azərbaycan tarixinin qaynaqları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə8/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   4   5   6   7   8   9   10   11   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

 
Sual 3. Azərbaycan tarixinin qaynaqları 
 
Tarixi ədəbiyyatlarda qaynaqların müxtəlif təsnifat 
prinsiplərindən istifadə olunur. Azərbaycanın qədim və 
orta əsrlər tarixini öyrənmək üçün qaynaqları şərti olaraq 
iki qrupa bölmək olar: 
a) 
Yazıyaqədərki qaynaqlar. 
b) 
Yazılı qaynaqlar. 
Yazıyaqədərki 
qaynaqlar 
əsasən 
arxeoloji 
materiallar və qismən etnoqrafik məlumatlardan 
ibarət olduğu halda, yazılı mənbələr isə aşağıdakı 
hissələrdən ibarətdir: 
1. 
Salnamə tipli mənbələr (nəsrani mənbələr). 
2. 
Memuar xarakterli mənbələr. 
3. 
Sənədli materiallar. 
Salnamə tipli qaynaqları dil prinsipinə uyğun 
olaraq bir neçə qrupa bölmək olar: 
a) 
Mixi yazı parçaları 


14 
b) Antik tarixi-
coğrafi ədəbiyyat 
c) 
Erməni və gürcü dilli qaynaqlar 
d) Yerli qaynaqlar 
e) 
Orta əsr ərəb, fars və türk dilli qaynaqlar 
Azərbaycanın arxeoloji baxımdan öyrənilməsi 
tarixini əsasən dörd dövrə bölmək olar: 
1. 
XIX əsrin I yarısından 1920-ci ilə qədərki dövr. 
2. 1920-1941-
ci illər. 
3. 1945-1991-
ci illər. 
4. 1991-
ci ildən sonrakı dövr. 
Uraratu mixi yazıları F. Keninq tərəfindən nəşr 
edilmişdir. Urartu mixi yazıları Melikaşvili tərəfindən rus 
dilində nəşr olunmuşdur. 
Əhəməni (Iran) mixi yazıları bizə müxtəlif 
formalarda çatmışdır: 1) Persopolda əhəməni çarlarının
tikililəri üzərindəki yazılar formasında; 2) qədim Iran 
mənşəli əşyalar üzərində; 3) Daş üzərində silindrik yazı 
(Bisütun yazısı) (Burada Daranın Midiyanı öz əsarəti 
altına almasından bəhs edib). 
Antik mənbələr (e.ə. V-III əsrlər). Azərbaycan 
tarixinin öyrənilməsində diqqəti cəlb edən bir qismini də 
antik tarixi-
coğrafi ədəbiyyat təşkil edir. Bu baxımdan 
Miletli Hekateyin “Yerin təsviri”, Herodotun “Tarix”, Knidli 
Ktesinin “Persika”, Siciliyalı Diodorun “Tarixi kitabxana”, 
Polibinin “Tarix”, Tit Livinin “Roma tarixi”, Pompey Troqun 
“Filippin tarixi”, Kvint Kursi Rufun “Böyük Aleksandrın 
tarixi”, Pomponi Melanın “Yerin təsviri”, Böyük Plininin 
“Təbiət tarixi”, Plutarxın “Müqayisəli tərcümeyi-hallar”, 
Korneli Tasitin “Annallar”, “Tarixlər”, Flavi Arrianın 
“Anabozis” Klavdi Ptolomeyin “Coğrafiya dərsliyi”, 
Strabonun “Coğrafiya”, Dion Kassinin “Roma tarixi”, 
Appianın “Mitridatın müharibələri” əsərləri böyük maraq 
doğurur. Antik müəlliflərdən Dionisi Perieget, Yuli Solin, 
İosif Flavi, Klavdi Elian, Ammian Marselin və başqalarının 


15 
əsərlərində də Alban və Atropaten dövlətləri haqqında bir 
sıra maraqlı məlumatlarla rastlaşmaq mümkündür. 
Qafqaz haqqında məlumat verən antik 
müəlliflərdən biri də Miletli Hekateydir.
Hekatey «Yerin təsviri» adlı əsərinin müəllifidir.
Roma dövrü tarixçilərindən biri də Plutarx 
olmuşdur. (yunanca yazıb) «Müqayisəli tərcümeyi-hallar» 
əsərində Aleksandr, Sulla, Lukul, Antoni haqqında
məlumat verib. 
Qafqaz xalqları tarixi haqqında geniş məlumat 
verən müəlliflərdən biri də Herodotdur. Siseron onu 
«tarixin atası» adlandırmışdır.
Antik müəlliflər içərisində Azərbaycanın qədim 
tarixi haqqında ən çox və daha dəyərli məlumat vermiş 
alim amasiyalı Strabondur (e.ə. 63-cü il 24 il). 
Antik dövr Qafqaz haqqında məlumat verən 
müəlliflərdən biri də K.Ptolemeydir.
B.e. I yüzilliyinin Albaniya və adbanlar haqqında 
yazan antik müəlliflərdən biri də tanınmış Roma yazıçısı, 
alimi Böyük Plini olmuşdur. 
E.ə. I əsrdə yaşamış siciliyalı Diador özünün 40 
kitabdan ibarət olan «Tarixi kitabxana» əsərini qədim 
dövrdən Sezarın müharibələrinə qədərki dövrü əhatə 
edir.
Latın müəllifi Pompey Troq «Filippin tarixi» adlı 
əsəri bizə qısa şəkildə çatmışdır. Skiflər, kadusilər, 
madalılar haqqında məlumat verilir.
Kvint Kursi Ruf «Böyük Aleksandr tarixi» (e.ə. I – 
e. I əsrin ortaları )
Appianın «Mitridatın müharibələri» adlı əsəri də 
məşhurdur. Klavdi Ptolomey «Coğrafiya dərsliyi» 
əsərində xəritə verib. Lakin bəzi təhrif və uyğunsuzluqlar 
var. 


16 
D
ion Kassi Kakkeianın (150-235) Roma tarixində 
Albaniya, Atropatena haqqında məlumat var.
Pamponi Milan I əsrin ortaları «Yerin təsviri» 
əsərində (3 kitabı bizə çatıb) kaspilər, skiflər, albanlar
amardlar, kadusilər haqqında məlumat vermişdir. 
Ilk Bizans 
tarixçiləri Ammian Marseli 31kitab (IV 
əsr). 
Dionisi, Appian, Flavi Arrian, Klavdi Elian, Prisk 
Panitski, Kass Dion Kokkeyan və s. əsərlərində də qısa, 
parça-parça verilsə də bu əsərlər Qafqaz tarixini 
öyrənmək üçün dəyərlidir. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin