Азярбайжан республикасы дахили ишляр назирлийи


Azərbaycan tarixi kursunun əhəmiyyəti



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə6/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   2   3   4   5   6   7   8   9   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Azərbaycan tarixi kursunun əhəmiyyəti. Hər bir 
elmin insan cəmiyyətinin maddi və mənəvi inkişafında 
əhəmiyyəti olduğu kimi, tarix elminin də öyrənilməsini bir 
sıra mühüm amillər zəruri edir. 
1. Azərbaycan tarixi kursunun ən əsas əhəmiyyəti 
ondan ibarətdir ki, xalqın yaddaşının möhkəmlənməsinə 
kömək edir, tarixi keçmişimiz barədə təsəvvür yaradır. 


11 
2. Azərbaycan ərazisində tarixən mövcud olmuş 
etno-
mədəni durumun aşkar edilməsinə imkan yaradır, 
başqa sözlə, xalqın etnik və dil köklərini müəyyən edir. 
3. 
Azərbaycan 
ərazisində 
mövcud 
olmuş 
dövlətlərin inkişaf tarixini ardıcıl şəkildə nəzərdən 
keçirərək dövlətçilik tariximiz, onun kökləri və inkişaf 
meylləri haqqında təsəvvür yaradır. Bu, xüsusilə 
hüquqşünaslıq ixtisası üzrə təhsil alan müdavim və 
dinləyicilər üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, 
Azərbaycan dövlətlərinin tarixini bilmədən, həmin 
dövlətlərin hüquq sistemi haqqında təsəvvür əldə etmək 
mümkün deyil. “Azərbaycan tarixi” kursu xüsusilə “Dövət 
və hüquq nəzəriyyəsi” fənni ilə sıx şəkildə bağlıdır. 
4. Azərbaycan xalqının əsrlərlə apardığı azadlıq 
mübarizəsi, xalqın yetirdiyi qəhrəmanlar, sərkərdə və 
dövlət xadimlərinin həyatlarının öyrənilməsi gənc nəsildə 
vətənpərvərlik hisləri formalaşdırır. 
5. Tarix bizi ədalətli olmağı öyrədir, ətraf aləmə 
yeni nəzərlərlə baxmağa kömək edir. 
6. Tarix 
– bu, zamanla gedilən yoldur. O, bizi uzaq 
keçmişə aparır, oradan isə bizi müasir dövrə çıxarır. 
Hər bir gənc, ixtisaslı mütəxəssis olmaqla yanaşı, 
eyni zamanda öz vətəninin tarixini də dərindən bilməlidir. 
Öz vətəninin tarixini bilməyən gənc öz ölkəsini lazımınca 
sevə bilməz. 
 
Sual 2. 
Azərbaycanın təbii və coğrafi şəraiti. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin