Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə2/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   2   3   4   5   6   7   8   9   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

2. 
Azərbaycanın 
təbii 
və 
coğrafi 
şəraiti. 
“Azərbaycan” adının etimologiyası. 
3. 
Azərbaycan tarixinin qaynaqları
 
Sual 1.“Azərbaycan tarixi” kursunun predmeti. 
Tarix elminin metodologiyası, tədqiqat metodları. 
Xronologiya və dövrləşdirmə. 
 
İnsanların keçmişdə necə yaşadığını, onların 
həyatlarının necə və nə üçün dəyişib indiki şəklə 
düşdüyünü zaman və yer baxımından tədqiq edib, 
öyrənən elm tarix adlanır. Başqa sözlə, insanların 
həyatında baş vermiş mühüm hadisələri tarixi 
retrospektivdə öyrənən elm tarix adlanır. Tarix elminin 
köməyi ilə bəşər cəmiyyətinin inkişaf mərhələləri ardıcıl 
surətdə izlənilir, mövcud olmuş sivilizasiyaların genezisi
inkişafı və məhv olması haqqında biliklər əldə edilir.
Qədim yunan sözü olan “istoriya” sözünün ilkin 
mənası “tədqiqat”, “bilmə”, “müəyyən etmə” olmuşdur. 
Tarix hadisə və faktların həqiqiliyinin müəyyən edilməsi 
ilə eyniləşdirilir. Qədim Roma tarixşünaslığında bu termin 
müəyyənetmə vasitəsi kimi deyil, keçmiş hadisələr 
haqqında hekayə kimi başa düşülürdü. Sonralar hər 
hansı bir həqiqi və ya uydurma hadisə haqqında 
hekayəni “tarix” adlandırırdılar. 
Hal-
hazırda “tarix” termini adətən iki mənada 
işlədilir: birincisi, insan cəmiyyətinin inkişaf prosesini 



bildirmək üçün; ikincisi, bu prosesi öyrənən elm haqqında 
danışılanda. 
Keçmişə olan maraq insan nəsli yaranandan 
mövcud olmuşdur. Bu marağı yalnız insanın hər şeyi 
bilmək istəyi ilə izah etmək olmaz. İş ondadır ki, insan 
özü tarixi varlıqdır. O, zaman ərzində böyüyür, dəyişir və 
inkişaf edir və özü də bu inkişafın məhsuludur. 
Humanitar elmlər sırasına daxil olan tarixin 
tədqiqat metodları digər elmlərdən əsaslı şəkildə 
fərqlənir. Belə ki, digər elmlər gerçəkliyi müşahidələr, 
eksperimentlər əsasında öyrəndiyi halda tarix elminin bu 
metodlardan istifadə etmək imkanları yoxdur. Qeyri-
praktik elm hesab edilən tarix elmi, cəmiyyətdə baş 
ve
rmiş hadisələri, insanların maddi və mənəvi aləmlərinin 
inkişaf mərhələlərini yalnız maddi mədəniyyət nümunələri 
və yazılı qaynaqlar əsasında öyrənə bilir.
Tarix nə zamandan başlayır? Bu sualın birmənalı 
cavabı olaraq qeyd etmək olar ki, tarix ilk insanın 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin