Suriya, erməni və gürcü mənbələri. Suriya
tarixçiləri içərisində XII əsdə yaşamış Suriyalı Mixail
(Böyük Mixail) xüsusi yer tutur.
Bar-
Ebrey
müxtəlif
məqsədlərlə
dəfələrlə
Marağada, Təbrizdə, Hülakülərin paytaxtında olmuş,
monqol hökmdarları: Abaqa xan (1265-1282), Əhməd
Təkudarla (1282-1284) görüşmüşdü. Marağada olarkən o
Evklid və Ptolomeyin «Kainat» əsəri haqqında
mühazirələr oxumuşdu.
Erməni müəlliflərinin əsas məqsədi:
1) Ermənistanda süqut etmiş dövlət strukturundan
sonra yenidən erməni dövlətçiliyinin bərpasına cəhd; 2)
Ermənistanın tarixinin tam və bitkin yaradılması tələbatı;
3) xarici düşmənlərə qarşı mübarizə üçün böyük və güclü
Ermənistan yaratmaq ideyası; 4) Erməni xalqını hərbi
ruhda tərbiyə etmək. Qeyd etmək lazımdır ki, erməni
mənbələri faktiki olaraq erməni dövlətçiliyinin mövcud
olmadığı dövrdə yaranıb.
Erməni tarixşünaslığında dövrünə görə birinci yeri
Maştosun bioqrafiyasını əks edən Koryun tərəfindən
yazılmış «Maştosun həyatı» əsəri tutur (V əsrin 40-cı il
illərində yazılmışdır). Digər erməni müəllifi Aqafangeldir.
17
Onun «tarix» əsəri müxtəlif mənbələr əsasında
yazılmışdır.
Erməni
tarixi
–
ədəbi
ənənəsinin
digər
nümayəndəsi V əsrin II yarısında «Vardan və erməni
müharibəsi haqqında» kitabını yazmış Yedişedir (Yelişe).
V əsrin II yarısında Favstas Buzand «Ermənistan tarixi»ni yazdı, onun bütünlüklə «Son
tarix»ə aid olan III-VI kitabları bu günə qədər gəlib
çatmışdır.
Lazar V əsrin sonu V əsrin əvvəllərində yazdığı və
ənənəvi olaraq «Ermənistan tarixi» adlandırdığı əsərini
Qafqaz xalqlarının istiqlaliyyəti uğrunda mübarizəsinə
həsr etmişdir.
Moisey Xorenlinin «öz struktur və məzmununa
görə erkən orta əsrlər dövrünün tarixşünaslığından
seçilən «Ermənistan tarixi» əsəri belə yarandı.
VII əsr erməni mülləiflərinin maraq doğuran
nümayəndələrindən biri də Ananiya Şiraklıdır. Onun
«Coğrafiya» – «Alxarasuys» əsərində bütün dünya
ölkələrinin təsviri Ananiya Şiraklı Klavdi Ptolomey və
Isgəndəriyyəli Papanın və digər antik müəlliflərin
məlumatlarından mənbə kimi istifadə etmişdir.
Gevondun 127 il ərzində (661-ci ildən – 788-ci
ilədək) baş vermiş hadisələri əhatə edən «Xəlifələrin
tarixi» əsərini VI-VII əsrin ən qiymətli mənbəsi hesab
etmək olar.
Ən qədim zamanlardan XIX əsrə qədər gürcü tarixi
ardıcıllıqla şərh edilmişdir.
XV-
XVIII əsrlərə aid bir neçə variant var. 10 əsər
bura daxil edilib.
I hissə – qədim Kartlis Sxobreba adlanır ta qədim
dövrdən XIV əsrə qədər əhatə edir.
II hissə – yeni Kartlik Sxobreba adlanır. XV əsrdən
VI Vaxtanqın dövründə xüsusi komissiya tərəfindən tərtib
18
edilib. Buna «Vaxtanq siyahısı da deyilir». Cuvaxişvili
burada Azərbaycana, Ermənistana aid olan hissələrini
də nəşr etdirib.