Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə5/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   2   3   4   5   6   7   8   9   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

Elmlərarası metodlar: 
Müşahidə əsasən etnoqrafiyada tətbiq olunur. 
Eksperiment 
tarixi tədqiqatda nadir hallarda 
istifadə olunur. 
Tarix 
bu 
metodlarla 
birgə 
qeyri-ənənəvi 
metodlardan-
riyazi metodlardan da istifadə edir. 
Azərbaycan tarixinin dövrləşdirilməsi. Tarixi 
hadisələrin vaxtını ardıcıllıqla öyrənən köməkçi fənn – 
xronologiya 
adlanır. Hadisələrin baş verdiyi vaxtı 
bilmədən ölkənin tarixi haqqında mükəmməl və ardıcıl 
təsəvvür yaratmaq mümkün deyil. Əks halda, dövrlər 
qarışdırılar və tarix elmi sadəcə olaraq, faktlar yığımına 
çevrilər. 


10 
Tarixin başlanğıc anı – era adlanır. Dünyada iki 
era 
– müsəlman (hicri) və xristian (miladi) eraları geniş 
yayılıb.
Azərbaycanda uzun müddət müsəlman erası və 
ya hicri era 
işlənib (hicri era 622-ci ildə Məhəmməd 
peyğəmbərin Məkkədən Mədinəyə hicrət-köç etməsi ilə 
başlanıb. Buna görə də hicri era Məhəmməd 
peyğəmbərin adı ilə bağlıdır. Hicri era ilə vaxt Ay (qəməri) 
və Günəşlə (Şəms) ölçülür. 
Hazırda xristian erası geniş yayılıb. Bu era Isa 
peyğəmbərin adı ilə bağlıdır (Milad «anadan olma»). 
Hazırda Azərbaycanda xristian erasından istifadə edilir.
Başlanğıc nöqtəsinə qədər olan hadisələrdən 
danışarkən «eradan əvvəl» (e.ə.) sözü işlənir. Başlanğıc 
nöqtəsindən sonrakı hadisələr isə bizim eraya (b. e.) 
aiddir. Məsələn, İsa peyğəmbərin anadan olması güman 
edilən I əsrdən bizim era başlanır. I əsrdən əvvəlki dövr 
isə eramızdan əvvəl hesab edilir.
Eramızdan əvvəl baş vermiş hadisələr minillik
yüzillik, bizim dövrümüzə yaxınlaşdıqca isə illərlə ölçülür.
Hal-
hazırda Azərbaycan tarixinin dövrləşdirilməsi 
ictimai-
iqtisadi formasiyalar üzrə aparılır. Bu dövrlər 
aşağıdakılardır: 
1. İbtidai icma quruluşu, 2. Quldarlıq, 3. 
Feodalizm, 4. Kapitalizm, 5. Sosializm 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin