Азярбайжан республикасы дахили ишляр назирлийи


c) Tunc və ilk dəmir dövrü. Tunc dövrü (e. ə. IV-



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə14/153
tarix31.10.2022
ölçüsü1,85 Mb.
#66905
1   ...   10   11   12   13   14   15   16   17   ...   153
331 azerbaycan tariximuhazireler toplusuqiyabi

c) Tunc və ilk dəmir dövrü. Tunc dövrü (e. ə. IV-
II minilliklər). Qəbilə icmasının təsərrüfat həyatında 
böyük dəyişikliklərin baş verməsi və metal istehsalının 
təkmilləşməsi şəraitində e. ə. IV minilliyin sonlarında 
Azərbaycanda tunc dövrü başlandı. Icma təsərrüfatının 
yeni yaranmış sahələrindən biri metal istehsalı oldu. 
Er
kən tunc dövründə (e. ə. IV minilliyin sonu - III 
minilliyi əhatə edir və arxeoloji baxımdan Kür - Araz 
mədəniyyəti adlanır) insanlar sıx yaşayış yerlərindən 
əkinçilik və maldarlıq üçün daha əlverişli olan vadilərə
dağ ətəklərinə yayılıb məskunlaşırdılar. Artıq e. ə. III 
minilliyin birinci yarısında toxa əkinçiliyi öz yerini xış 
əkinçiliyinə verməyə başlamışdı. Köçmə (yaylaq) 


30 
maldarlığına keçilməsi ilə əlaqədar yalnız heyvandarlıqla 
məşğul olan qəbilələr meydana çıxırdı. Əkinçiliyin və 
maldarlığın müstəqil sahələr kimi fəaliyyət göstərməsi 
ibtidai icma cəmiyyətinin tarixində birinci ictimai əmək 
bölgüsü hesab edilir. 
E. ə. III minillik ibtidai cəmiyyətin həyatında əmlak 
bərabərsizliyinin ilkin əlamətlərinin üzə çıxdığı və ilkin 
tayfa birliklərinin yarandığı dövr kimi də xarakterizə 
olunur. 
Orta tunc dövründə (e. ə. III minilliyin sonu - II 
minilliyin I yarısı) qəbilə icmasının təsərrüfatı və 
sənətkarlığı çoxnövlü olması ilə seçilirdi. Bu zaman mülki 
və ictimai bərabərsizlik xeyli dərinləşmişdi.
Orta tunc dövründə cəmiyyətin həyatında yeni 
ictimai əmək bölgüsü baş vermiş, sənətkarlıq əkinçilikdən 
ayrılmışdır.
Orta tunc dövründə şəhərəbənzər yaşayış 
məskənlərinin 
meydana 
çıxması 
ilk 
növbədə 
sənətkarlığın inkişafı ilə bağlı idi. Şəhərəbənzər 
məskənlər möhkəmləndirilmiş müdafiə hasarları ilə əhatə 
olunurdu.
Sənətkarlığın əkinçilikdən getdikcə daha çox 
ayrılması nəticəsində sənətkarlıq məhsulları satlıq 
məhsula - əmtəəyə çevrilməyə başlamışdı. Alqı-satqının 
genişlənməsi tacirlər zümrəsinin yaranmasına doğru 
apar
ırdı. 
Bu 
dövrdə 
Azərbaycanda 
pul 
yerinə 
xırdabuynuzlu mal - davar işlənilirdi. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin