Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə43/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   37   38   39   40   41   42   43   44   45

NURAY HACIYEVA 

ADU 


 nuray.haciyeva@box.az 

                      

İSI MƏLİKZADƏ YARADICILIĞINDA ÜSLUB TƏMAYÜLLƏRİ 

 

Açar sözlər: ədəbiyyat, nəsr, mövzu, üsul 

Key words: literature, prose, the subject, the method 

Ключевые слова: литература, проза, субъект, метод 

 

İsi Məlikzadə  yığcam janrda böyük həqiqətləri ifadə edə bilən  əvəzedilməz 



söz ustadıdır. Onun hekayələrini, povestlərini birləşdirən ümumi səciyyəvi 

xüsusiyyət var. Bu xüsusiyyət əsərin bədii cəhətdən işlənməsində kamilliyi göstərir. 

İsi Məlikzadənin bütün əsərlərini oxucular su kimi içirlər. Çünki süjet o qədər 

dinamikdir ki, əsəri başlayan kimi mütləq oxuyub bitirmək istəyirsən. Bu fikirlər 

mərhum yazıçı  İsi Məlikzadənin «Eşq» seriyası  çərçivəsində latın qrafikası ilə ilk 

dəfə işıq üzü görən «Qırmızı yağış» romanının təqdimat mərasimində səslənib.  

İsi Məlikzadə və onun mənsub olduğu "altmışıncılar" ədəbi nəsli ədəbiyyata 

məhz yeni qəhrəman tipini gətirdilər. Bu nəsil barədə, onların ədəbi-tarixi missiyası 

haqqında söz-söhbətlər, mübahisələr indi də səngimək bilmir. Kimsə onların rolunu 

həddindən artıq şişirdir, kimsə onları inkar edir.Lakin nə həddindən artıq şişirtməyə, 

nə də inkar etməyə ehtiyac yoxdur.  

Fakt və  həqiqət budur ki, əllinci illərin sonlarından başlayaraq Azərbaycan 

ədəbiyyatında, xüsusilə bədii nəsrində yeni bir ab-hava duyulurdu ki, bunu mərhələ 

də adlandırmaq olar və  əslində, belədir.Bədii nəsrdə yaranan yeni meyllər və 

tendensiyaları  təkcə bir ədəbi nəslin yaradıcılığına müncər etmək doğru olmazdı. 

Bütünlüklə  ədəbiyyatın özü yeniləşməyə başlayırdı  və bu mərhələni bütün ədəbi 

nəsillər yaradırdı. 

Bədii nəsrdə  əvvəlki illərdən fərqli olaraq insanın mənəvi-əxlaqi dünyasının 

təsvirinə meyl və maraq artmışdı, şəxsiyyət başlanğıcı, ədəbi qəhrəmanın hərtərəfli 

(həm müsbət, həm də  mənfi) təsvirinə meyl, onu bütün mürəkkəbliyi ilə 

canlandırmaq səyi getdikcə aparıcı  xəttə çevrilirdi. Müasir həyat haqqında artıq 

köhnəlmiş təsəvvür və ifadə vasitələri ilə yazmağın mümkün olmaması qənaətinin 

doğurduğu qüvətli, səmərəli axtarış ruhu, yeni vəzifələrə uyğun gələn fərqli orijinal 

estetik boyalar tapmaq cəhdi bədii fikrin inkişafının mahiyyət və istiqamətini müəy-

yən etdi və xoşbəxtlikdən həmin təmayül gənc nəslin də yaradıcılığında başlıca 

xüsusiyyətə çevrildi. 

İsi Məlikzadə yaradıcılığına öncə  məhz bu konteksdən yanaşmaq lazımdır. 

Lakin ədəbi əsərləri qiymətləndirərkən təkcə onların yarandığı, araya-ərsəyə gəldiyi 

dövrü  əsas götürmək və  həmin dövrdən çıxış etmək məhdudluğa aparıb çıxarardı. 

Yazıçını yaşadan əlbəttə, ilk növbədə, onun əsərlərindəki bədii dünya real dünyanın 

sözdə  təcəssümüsdür.  İsi Məlikzadənin yaratdığı dünya XX əsr Azərbaycan 

gerçəkliyidir və bəlkə ən doğrusudur. 

Evin kişisi" povestində İsi Məlikzadə adi bir insanı - sıravi milis işçisi Qaça-

yın həyatını  təsvir edir. Qaçay öz hərəkətləri və davranışı ilə sovet ədəbiyyatının 

"müsbət qəhrəmanı" tipi ilə heç cür uyuşa bilməz. Çünki o, mənfiliklərə qarşı 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



415

mübarizə apara biləcək qəhrəman səviyyəsində deyil. Hətta Qaçay "müsbət qəh-

rəman"a xas olmayan avam və sadəlövh düşüncə tərzilə gülüş də doğurur. 

Rəisi Qaçayı ironiya ilə "Koroğlu" adlandırır, lakin Qaçay nəinki Koroğlu

heç onun dəlilərindən də deyil. Amma Qaçay daxilən saf və  təmiz insandır. O, 

kiminsə qarşısında  əyilir, sınır, amma bu təmizlik onu tərk etmir. Məsələ bura-

sındadır ki, Qaçay tipli insanlar ədəbiyyatın qəhrəmanı olmamışdılar. Onlar  adi 

həyat tərzi, gün - güzəran ağırlığı, maddi və mənəvi qayğıları ədəbiyyatın predmeti-

nə çevrilməmişdi.Təsadüfi deyil ki, "Evin kişisi" çap olunandan sonra bəzi tənqidçi-

lər "bu necə qəhrəmandır? bu qəhrəman niyə passivdir?" deyə haray qopardılar. La-

kin unudulurdu ki, ədəbi qəhrəmanın tipləri müxtəlif ola bilər və Qaçay kimi 

insanlar isə həyatda, reallıqda mövcuddurlar. İsi Məlikzadə isə süni şəkildə Qaçaya 

"müsbət qəhrəman" pasportu, "mübarizlik" vəsiqəsi bəxş etməmişdir. 

Lakin əlbəttə, İsi Məlikzadənin yaratdığı ədəbi qəhrəmanların heç də hamısı 

Qaçaya oxşamır. Qaçay  sadəcə olaraq sadə, təmiz və  mənəviyyatlı insanların bir 

nümunəsidir.  

Bu qəhrəmanların hamısının qarşısında istisnasız və tərəddüd eləmədən "işıq-

lı" sözünü bədii təyin kimi işlətmək mümkündür. Lakin İsi Məlikzadənin təsvir et-

diyi bu işıqlı insanların hər birinin öz fərdi dünyası, mənəvi aləmi var. Və  İsi 

Məlikzadə hər bir qəhrəmanı təsvir edəndə özünəməxsus bədii boyalar, təravətli ifa-

də vasitələri tapa bilmişdir. 

İsi Məlikzadənin təsvir etdiyi Kənd keçən  əsrin 60-90-cı illərindəki 

Azərbaycan kəndidir. 

İsi bu kəndi yaxşı tanıyırdı  və yaxşı tanıdığı üçün də özündən heç nə 

uydurmurdu. O,  kəndi ideallaşdırmırdı, özündən  əvvəlki yazıçılardan fərqli olaraq 

bu kəndin ordenli - medallı,  şöhrətli qəhrəmanlarından söz açmırdı (onsuz da bu 

mövzuda onlarla əsərlər yazılmışdı). İsi bu kəndin ağrı-acılarından, mənəvi 

baxımdan ekoloji tənəzzülündən, kənddə yaşayan insanların müxtəlif qayğılarından 

danışırdı. Bu  baxımdan onun üç povestini xatırlatmaq kifayətdir: "Quyu", "Yaşıl 

gecə" və "Dədə palıd". 

  İstər ilk hekayə  və povestlərində, istərsə  də  ədəbiyyatımızın nailiyyətləri 

kimi  əks-səda verən “Evin kişisi”, “Quyu” povestlərində  İsi Məlikzadə  məhz öz 

dövrünün və bir aləmdə yaşadığı adamların psixoloji-sosial xarakterini yaradır.  

Düzdür, ailə qarşısındakı borcu, atanı  əvəz edən böyük qardaş olmağın 

məsuliyyətinin dərk etmək, bu ağır yükü ləqayətlə daşımaq bizim üçün əbədi bir 

problemdir və bu mənada Qaçay ilk baxışda ənənəvi görunə bilərdi. Lakin bir yazıçı 

kimi, İsi Məlikzadənin ustalığı ondadır ki, həmin ənənəvi etik məsələyə tamamilə 

təzə rakursdan – iyirminci əsrin altmışıncı illərinin əxlaq ölçüsüylə baxa bilmişdir.  

Əgər belə olmasaydı, yəni, Qaçay həmin borc anlayışına nəinki ötən əsrdəki, 

hətta iyirminci əsrin otuzuncu-qırxıncı illərindəki azərbaycanlı kimi yanaşa bilsəydi 

onun həyatı o cür düşünə-daşına bilmir, çünki o da bu zamanın övladıdır, anasıyla 

bacısı da zəmanə adamıdır.  

Bu zamanın adamlarında isə  əşyabazlıq, cehiz şöhrəti, başqalarının yanında 

bu məsələdə də özünü göstərmək, öyünmək xəstəliyi yaranıbdır. Qaçay başa düşür 

ki, cehizsiz qaldığına görə bacısı tay-tuşlarından, nişanlısından utanır. Hətta qorxur 

ki, sonralar ər evində bunu onun başına da qaxarlar... 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



416

Bunu duyduğu üçün də Qaçay ikiqat əzab çəkir və bacısının, anasının, bir az 

da dərinə getsək, özünün kişilik qürurunun qorunmasından ötrü şəxsiyyətinin kiçil-

dilməsinə dözür. Beləliklə də, Qaçay – bir evin kişisi öz kişiliyini tapdayır... 

Hər bir yazıçının yaradıcılığının ortasından keçən qırmızı  xətt var. 

Məlikzadənin qırmızı  xətii “Toz” dur. Onun əsərlərini oxuyan zaman əyalətin 

günorta çağını hiss edirsən.İsi Məlikzadə  əsərlərində yayın günortasını, ürəksıxan 

mənzərələrini çox gözəl, dəqiq təsvir edərək oxucuya ötürür. 

  İsi Məlikzadənin aparıcı bir mövzusu var – insanın cəmiyyət, özü və ailəsi 

qarşısındakı borcu! Onun ilk yazılarından tutmuş son əsərlərinədək hamısında 

müxtəlif ictimai rütbəli, müxtəlif taleli və dünyagörüşlü adamların timsalında bu 

fikrin bədii araşdırmasını müşahidə edirik.  

Bu mənada müəllifin qəhrəmanlarında estetik ideal cəhətdən bir-birini izlə-

mək, tamamlamaq meyli duyulur. Əgər Qaçayın xarakteri <> vəzifə-

sini yerinə yetirərkən açılırsa, Umud (“Quyu”) dünyanı başqasının – kolxoz sədri-

nin zahirən çəx sağlam, qüdrətli, nümunəvi təsir bağışlayan,  əslində isə çürümüş 

ailəsinə bələd olduqdan sonra dərindən dərk etməyə başlayır. 

Yaxşı adam kimdir? Vicdanla yaşamaq nə deməkdir? 

Cəmiyyətimizin nəcib əxlaq normaları hamıya gün kimi aydın olsa da, hələlik 

bu normalardan kənara çıxanlar tapılır. İnsanın əsl ləyaqəti onun cəmiyyətə namus-

lu münasibətinə görə yox, yalnız müəyyən adamlara verəcəyi faydayla ölçüləndə 

qəhrəmanların daxili sarsıntısını anlamaq o qədər də çətin deyildir.  

Oxucunu sevindirən odur ki, yazıçı  həmiüə  Qərib kimilərin tərəfindədir və 

bizim ürəyimizdə xeyirxahlığa inamı heç zaman qırmır. 

İsi Məlikzadə xarakterin açılması üçün müxtəlif vasitələrdən – təbiət təsvir-

lərindən, assosiativ yolla emosiya doğuran yuxulardan, keçmişə ekskursiyalardan, 

insanın təbiətindəki ikiləşmədən istifadə edir. Bu rəngarəng, kənar və daxili 

detallar, nüanslar obrazların psixoloji vəziyyətini tamamlayır, ona müxtəlif ahəng – 

gah süstlük, gah da dinamiklik gətirir. 

Yaxşı haldır ki, əhval-ruhiyyəylə bərabər müəllifin, eləcə də obrazların danı-

şıq tərzi-dili də  dəyişib gah lirik-emosional rəng alır, gah da publisistik aydınlıq 

kəsb edir, hadisəyə, həmin məqama fəal müdaxilə ön plana çəkilir. Bu cəhət onun 

əsərlərinin kompazisiyasına, süjetdəki hərəkətə  də aiddir. Ümumiyyətlə,  İsinin 

əsərləri təhkiyəsinə görə həmişə dinamikdir, oxucunu intizarda saxlamağı bacarır. 

Ümumiyyətlə,  İsi Məlikzadə  qəhrəmanının həyatın gözlənilməz, çətin 

döngələrində  sınamağı çox xoşlayır. Onun həm hekayələrində, həm də povest-

lərində, əksər hallarda, obrazların bütöv taleyi, şəxsiyyəti yox, müəyyən, lakin bu və 

ya digər vəziyyət üçün tipik cizgiləri açılır. 

Kiçik janrlarda – hekayə  və  yığcam povestlərdə bu üsul sənətkar üçün 

əlverişlidir, ona gorə ki, istər sosial həyatın təsvirində, istərsə  də xarakterlərin 

açılmasında epiklik-bütövlük tələbindən yaxasını kənara çəkə bilir.  

İkinici tərəfdən isə epiklikdən uzaq, yəni, problemin və xarakterin 

işıqlandırılmasında sərbəstlik qazanan yazıçı obrazın bu gün üçün 9 aydındır ki, 

konkret əsərin fonunda ) ən vacib, ən qabarıq saydığı cizgilərini göstərməyə bir az 

da geniş imkan qazanır. 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



417

XX əsr Azərbaycan ədəbiyyatı  nəsrində İsi Məlikzadənin  yaradıcılığındakı 

mövzular həm dünənin,  həm də bugünün tarixində  əvəzsiz rola oynayır. Müasir 

Azərbaycan nəsri dedikdə ilk növbədə    ağlımıza gələn yazıçılardan  bəlkə  də    ən 

birincisi məhz İsi Məlikzadədir. Onun haqqında yazılan monoqrafiyalar, məqalələr 

və müxtəlif fikirlər buna  əyani  sübutdur. Çünki bu nasir XX əsrin problemlərini, 

düşüncələrini həm hekayələrində  həm də povestlərində qabarıq şəkildə göstərməyə 

çalışmışdır.  

İsi Məlikzadənin qəhrəmanları onun əsərlərində  hərtərəfli  şəkildə  

göstərilmişdir. Obrazların, xarakterlərin istəkləri, arzuları, onların daxili mənəvi 

iztirabları əsərlərinin  əsas  mövzularıdır.  

“Evin kişisi”,”Quyu” povestləri, “Küçələrə su səpmişəm” və s. əsərləri 

yuxarıda sadaladığımız  xüsusiyyətləri özündə  əks etdirir. Obrazların emosional,  

lirik, pisixaloju əhval-ruhiyyələri, düşdüyü vəziyyətləri olduğu kimi özünü göstərir.  

 

Ədəbiyyat 



 

1. Məlikzadə İ. – Seçilmiş əsərləri.Bakı 2005 

2. İsmayılov Y. – İsi Məlikzadə söz sərrafı, nəsr ustası.Elm 2007 

3. Əliyev R. – Müdrik sadəlövlük. Bakı 2008 

4. Əliyeva N. – Zamanın sözü. Bakı 2006 

5. Azəri S. − “Həyat nəfəsli nəsr”.Ədəbiyyat və incəsənət 1981. 26 iyun 

6. Məlikzadə İ. – Ulduz.1984. 25 may 

7. Məlikzadə İ. – Kommunist. 1981. 29 mart 

8. Yusifli V. – Gözəl hekayələr müəllifi .Bakı 2001 

9. Baycan S. – İsi Məlikzadə haqqında..2010 

10.Təzadlar − Bir İsi Məlikzadə vardı.2010. 4 dekabr 

 

N.Hajıyeva 



Isi Malikzade the art style trends 

Summary 


 

Generally, Isi Malikzade life's unexpected hero, likes to try hard. Its the 

stories, and stories, in most cases, the entire fate of the characters, rather than the 

identity of a specific, but typical characteristics for this or any other situation opens.  

Small genres - short stories and narratives, this method is suitable for the 

artist, because the image of social life, as well as the opening of the characters can 

be aloof demand integrity away from the second side.  

The problem of freedom and character-winning writer, covering the image, it 

is clear that in this day 9, the concrete work in the background, the most important, 

which is the most salient traits of a great opportunity to gain a little. 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



418

Н.Гаджыева 

Иси Malikzade тенденции художественный стиль 

Резюме 


 

Как правило, Иси Malikzade жизненный неожиданным героем, нравится 

пробовать  жесткий d. В  большинстве  случаев,  открывается  вся  судьба 

персонажей, а не личности конкретного, но типичных характеристик того или 

любой другой ситуации Его рассказы и повести,.  

Малые  жанры - рассказов  и  повестей,  этот  метод  подходит  для 

художника,  потому  что  образ  общественной  жизни,  а  также  открытия 

персонажей может быть в стороне спроса целостность, от второй стороны.  

То  есть,  проблема  свободы  и  характера  наградами  писателя,  покрывая 

изображение, то ясно, что в этот день 9, бетонные работы в фоновом режиме), 

самое  главное,  что  наиболее  характерные  черты  прекрасную  возможность 

получить немного. 



 

Rəyçi:                    Dilbər Zeynalova 

                   filologiya elmləri namizədi, dosent 

 

 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



419

MƏHƏRRƏM VƏLİYEV 

Dosent BDU 

turkoloq-bqu@mail.ru

 

 

ŞAH İSMAYIL XƏTAYİNİN “DƏHNAMƏ” POEMASINDA ƏSAS 

QƏHRƏMANIN İNKİŞAF DİNAMİKASI 

 

Açar sözlər: “Dəhnamə” mövzusu, romantik sənət tipi, aşiq və məşuqə obrazları, 

köməkçi obrazlar, qəhrəmanın inkişaf dinamikası, klassikanın müasirliyi. 

Ключевые слова: тема «Дехнаме», романтическая типизация, образы ашуга и 

возлюбленной,  вспомогательные  образы,  динами  развития  героя,  современ-

ность классики.  

Keywords: “Dehname” theme, romantic typing, ashug and beloved images, the 

hero’s dynamic development, a modernity of classic.  

 

Adından da göründüyü kimi, “Dəhnamə” (on məktub) mövzusu klassik 



Azərbaycan  ədəbiyyatında ilk dəfə fars dilində yazıb-yaradan  şairlər tərəfindən 

işlənmiş və XIII əsrdə Hümam Təbrizi, XIV əsrdə Marağalı Övhədi yaradıcılığında 

öz bədii  əksini tapmışdır. XVI əsr Azərbaycanının böyük sərkərdə  və hökmdarı, 

eləcə də gözəl söz sənətkarı Şah İsmayıl Xətayi bu mövzunu ana dilində işləyən ilk 

sənətkardır.  Ənənəvi süjet xəttinə sadiq qalsa da, Xətayinin “Dəhnamə” poeması 

tam mənasilə orijinal bir əsərdir və Azərbaycan epik poeziyasının  şedevrlərindən 

biri kimi qiymətləndirilə bilər. Bu orijinallıq hər  şeydən öncə,  əsərin dilində  və 

üslubunda özünü büruzə verir. Bu xüsusiyyətlər isə özlüyündə əsas qəhrəmanların – 

Aşiq və Məşuqə obrazlarının orijinal bədii təqdimatına imkan yaradır. Bu mənada, 

əsas qəhrəmanların münasibətlərindəki inkişaf dinamikasını izləmək də maraq 

doğurur.   

Poemada klassik anadilli epik ədəbiyyatda öz əksini tapmış müsbət qəh-

rəmanlar sırasında aparıcı yeri tutan Aşiq obrazı  və onun tərəf-müqabili olan 

Məşuqə tandemi barədə araşdırmaların konkret poetik material əsasında nəzərdən 

keçirilməsi müəyyən elmi qənaətlərə gəlməyə imkan verir. 

Aydındır ki, klassik Azərbaycan ədəbiyyatı, o sıradan Şah İsmayıl Xətayinin 

də yaradıcılığı  həm dünyəvi, həm də irfani araşdırmalar üçün material verir. Bu 

səbəbdən “Dəhnamə” poemasındakı  qəhrəmanların da iki ipostasda alınaraq 

tədqiqata cəlb edilməsi məqsədəuyğun sayılır. Bunlardan birincisi, Azərbaycan 

klassik anadilli poeziyasının aparıcı istiqaməti olan dünyəvi ipostas, ikincisi isə bu 

poeziyada ikinci dərəcəli rol oynayan və daha çox formal xarakter daşıyan,  İran 

təsəvvüf  ədəbiyyatı  ənənəsinin təsirindən gələn irfani ipostasdır. Qeyd etmək 

lazımdır ki, istər lirik, istərsə  də epik qəhrəmanların sufi-mistik təqdiminə meylin 

zəifliyi, klassik Azərbaycan poeziyasının aparıcı xüsusiyyətlərindən biri olmuş  və 

çağdaş dövrdə onun aktuallığını  şərtləndirən  əsas səbəblərdən biri kimi nəzərə 

çarpmaqdadır. 

Aşiq-məşuqə qarşılıqlı münasibətlərinin mənəvi-psixoloji kontekstdə  təhlili 

də klassik Azərbaycan epik poeziyasında maraq doğuran və müasir elmi səviyyədə 

həllini gözləyən problemlər sırasındadır. Həmin rakursdan yanaşdıqda, Şah İsmayıl 

Xətayinin “Dəhnamə” poeması kifayət qədər poetik material verir. O da maraq 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



420

doğurur ki, orta əsrlərin romantik sənət tipinin tələblərinə uyğun olaraq, əsas 

qəhrəmanlar statik vəziyyətdə deyil, poetik situasiyadan asılı olaraq müəyyən 

dəyişikliklərə  məruz qalan dinamik obrazlar kimi təqdim olunur. Bu da onların 

mənəvi-psixoloji münasibətlərinin daimi bir dinamikada alınaraq təhlil edilməsinə 

imkan yaradır. 

Ancaq onu da qeyd etmək lazımdır ki, poemadakı  əsas qəhrəmanların 

münasibətlərindəki mənəvi-psixoloji dinamikanın gerçəkləşməsində köməkçi 

obrazların da özünəməxsus rolu vardır və bu baxımdan onlara da müəyyən mənada 

qəhrəman statusu vermək mümkündür. Əslində, qəhrəmanların münasibətləri məhz 

köməkçi obrazların vasitəçiliyi sayəsində baş tutur və bu da onlardan xüsusi səriştə 

və bəzən də fədakarlıq və qəhrəmanlıq tələb edir. Poemada Aşiq-Məşuqə münasi-

bətlərinin nizamlanması prosesində köməkçi obrazlar bir sıra məhrumiyyətlərə  və 

cəzalara məruz qalır, hətta həyatlarını belə qurban verməkdən çəkinmirlər. Əsərdəki 

Məktublardan birinin başına məhz bu fəlakət gəlir. Qəzəblənmiş Məşuqə onu parça-

parça edərək havaya sovurur.  

Poemanın  əsas qəhrəmanları konkret obrazlar olsalar da, onları  əhatə edən 

surətlərin bir çoxu mücərrəd səciyyə daşıyır ki, bunların da sırasında Səba yeli, Göz 

yaşı, Ah, Məktub obrazlarını göstərmək mümkündür. İndiyə qədər xətayişünaslıqda 

bu obrazların səciyyəsi haqqında müəyyən fikrilər söylənilmiş, onlar müəyyən 

rakurslardan təhlilə  cəlb edilmişlər. Ancaq bunlarla yanaşı, Aşiq-Məşuqə mü-

nasibətlərinin nizamlanmasında birbaşa vasitəçilik etməyən, lakin süjetin inkişaf 

xəttində mühüm rol oynayan obrazlar da vardır ki, onların arasında Ürək (Könül, 

Dil), Tanrı, Hatif, Eşq odu, Eşq, Tale (Bəxt), Günəş və başqa mücərrəd obrazlar da 

vardır.  Əlbəttə, bunların bir çoxuna biz müəllif təhkiyəsindəki müraciət anlarında 

rast gəlirik. Bununla belə, hadisələrin inkişafında onların da müəyyən rol oynadığını 

inkar etmək çətindir və yeri gəldikcə, onların poetik funksiyasının üzə  çıxarılıb 

qiymətləndirilməsinə  cəhd göstərəcəyik.  Əlbəttə,  əsas qəhrəmanların ideya-bədii 

xarakteristikasını verdikdən sonra.  

Şah İsmayıl Xətayinin “Dəhnamə” poemasının baş qəhrəmanının Aşiq obrazı 

olmasına kimsə şübhə etməz. Ancaq bu obraz müəllif tərəfindən tamamilə formalaş-

mış bir şəkildə deyil, əsər boyu inkişaf və kamilləşmə dinamikasında təqdim 

edilməsi ilə maraq doğurur. Akademik Həmid Araslı  məhz Aşiq obrazının kamil 

mərhələsini nəzərdə tutaraq, onu aşağıdakı kimi səciyyələndirmişdir: “Dəhnamə”də 

biz həqiqi eşq hissləri ilə çırpınan bir qəlbin döyüntüsünü, arzusuna qovuşmaq üçün 

hər şeyi qurban verməyə, hər bir çətinliyə sinə gərməyə hazır olan bir insanın təlaşı-

nı, ən qorxunc fəlakətlər qarşısında özünü itirməyib öz eşqinə, öz məsləkinə sadiq 

olan bir aşiqin hicrandan qopan hıçqırıqlarını, həm də vüsaldan doğan sevincini 

dinləyir və duyuruq. Bu əsərdəki eşq o qədər təmiz, o qədər safdır ki, şair onun 

qarşısında diz çökür.” (1, 304.) 

Doğrudur, Aşiq obrazının bu elmi xarakteristikasında Sovet dövrü ədəbiy-

yatşünaslığının ideoloji tələblərindən irəli gələn bir qədər ideallaşdırma da nəzərə 

çarpır; ancaq bununla yanaşı, bütövlükdə alimin gəldiyi elmi nəticəni qənaətbəxş 

saymaq olar; belə ki, son nəticədə şairin nəzərdə tutduğu qəhrəman məhz bu şəkildə 

xarakterizə edilə bilər.  Əslində isə bu mərhələyə, yəni kamil aşiq mərhələsinə 

çatana qədər poemanın baş qəhrəmanı doğrudan da bir çox əzablardan və çətinlik-

lərdən keçməli olmuş, məhrumiyyətlərə qatlanmış, bəzən bunları ürək ağrısı ilə, 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



421

bəzən isə yumorla qarşılamış, son nəticədə öz məqsədinə nail olmaq istiqamətində 

doğru yol tutduğu məlum olmuşdur. O da maraq doğurur ki, Aşiq vüsala çatmaq 

yolunda olan maneə  və  təhlükələrlə birbaşa üzləşmir və  həmin maneələrin aradan 

qaldırılmasını  Məşuqə ilə öz arasında olan və bir növ bufer funksiyası daşıyan 

köməkçi obrazların vasitəsilə  həyata keçirir. Əlbəttə, bu, Aşiqi müəyyən mənada 

cəngavərlik statusundan geri qoyur; ancaq hər halda bütün bunlar Aşiqə qarşı 

oxucuda etiraz və antipatiya doğurmur, onun eşqinin səmimiliyinə heç bir xələl 

gətirmir. Çünki bu köməkçi obrazların əksəriyyəti elə Aşiqin özü, onun varlığından 

qopan yaradıqlardır. Məsələn, Göz yaşı, Ah, Məktub və s. belə obrazlar sırasına 

daxildir.  

Onu da qeyd etmək lazımdır ki, əsərin qəhrəmanının “Aşiq” adlandırılması da 

şərtidir və onun sonrakı mənəvi-psixoloji statusunun əlamətini ifadə edir. Halbuki, 

poemanın  əvvəlində qayğısız, həyat nemətləri ilə  təmin olunmuş, təbiətin 

gözəlliklərindən zövq almağı bacaran bir gənc təsvir olunur. Bu, qəhrəmanın ilk 

statusunun oxucuya təqdim edilməsidir. Bu təqdimatı şair, poemanın ənənəvi giriş 

hissəsindən və bahariyyədən sonra, “Aşiqin əhvalı” adlı bölmədə verir ki, bu adın 

özü də, aydındır ki, şərti xarakter daşıyır; belə ki, qəhrəman hələ aşiq olmamış və 

eşq odunun əzablarına düçar olmamışdır. Baharın oğlan çağında dağ-çəmən seyrinə 

çıxan qayğısız gənc hətta aşiq olmaq haqqında düşünmür belə; çünki bu barədə 

konkret təsəvvürü yoxdur və bu cür təsəvvür də başqalarının danışığından deyil, 

məhz öz şəxsi təcrübəsindən əldə edilməlidir: 

 

Aləm qamusu bu dəmdə xoşhal, 



Mən həm öz işimdə fariğülbal.  

 

Gəh yürür idim çü ahu dağda, 



Gəh axar idim çü cuy bağda. 

Gəh könlüm ilən çəməndə xürrəm, 

Gəh həmdəm ilən gəzəndə biğəm, 

Məşuq ilə eşqi tanıməzdim, 

Heç kimə könül verim, deməzdim. (2, 417.) 

   


Göründüyü kimi, poemanın gənc qəhrəmanı öz qayğısızlığının təsvirindən 

daha çox, eşq məsələlərində cahilliyinin və təcrübəsizliyinin tənqidini vurğulayır və 

diqqəti buna yönəldərək oxucunu mövzunun bu istiqamətdə axacağına hazırlamış 

olur. Sonrakı beytlərdə  təsvir olunan gəncin klassik ədəbiyyatdakı  aşiq obrazının 

tamamilə  əksi olan naseh kimi təqdimi də bu fikrin qüvvətləndirilməsinə xidmət 

edir. Şair-qəhrəman özünütənqidi üstüörtülü bir yumorla davam etdirərək yazır: 

 

Derlərdi bu eşq qissəsini, 



Dil zərrə yeməzdi qüssəsini. 

Öz peşəmə, öz işimə qane, 

Heç kimsə yox idi ola mane. (2, 417.) 

 

 



 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



422

Bununla şair göstərmək istəyir ki, əslində qəhrəman normal və sakit bir həyat 

sürür, öz işində-peşəsindədir, cəmiyyətin adi bir üzvüdür. Xətayinin təsvir etdiyi bu 

gənc, onun sələfi və ustadı  İmadəddin Nəsiminin acımadan qamçıladığı  eşqə 

düşmən kəsilənlər, gözəlliyi inkar edənlər sırasındadır: 

 

Ey eşqə ədüvvü hüsnə münkir, 



Təzvir ilə çəkmə munca ahı. 

Gər neməti-cavidan dilərsən

Heyvanlara qoy bu abü kahi! (3, 87.) 

 

Əlbəttə, Nəsiminin mənfi qəhrəmanından fərqli olaraq, Xətayinin gənc və 



cahil (nahaq yerə azərbaycanlılar indi də çox vaxt “cahıl” sözünü “gənc” sözünün 

sinonimi kimi işlətmirlər – M.V.) qəhrəmanı  eşqə düşənləri bədxahlıq və riya-

karlıqla məzəmmət etmir; sadəcə onun dünyabaxışı, normal həyat anlayışı belədir 

və bütün bunları pis niyyətlə deyil, səmimiyyətlə edir. Bu həm də, qəhrəmanın öz 

avamlığının səmimi etirafı kimi səslənir və ona qarşı hüsn-rəğbət oyadır: 

 

Kim desə mənə ki, aşiq oldum, 



Rüsvayi-dili-xəlayiq oldum; 

Əbləh, deyibən gülərdim ana, 

Hər tənə ki var, qılardım ana. (2, 417.) 

 

Daha sonra şair, klassik ədəbiyyatımızda az-az rast gəlinən, çox vaxt yalnız 



adı çəkilən tənə nitqinin mətnini naseh obrazının dilindən verir: 

 

Ey əbləhü kəcxəyalü biəql! 



Bu, sözmüdürür ki, eylədin nəql? 

Ol oda salamı canı kimsə, 

Qeyrə verəmi ənanı kimsə? (2, 417.) 

 

Düzdür, Şah İsmayıl Xətayinin müasiri dahi Məhəmməd Füzulinin “Leyli və 



Məcnun” poemasında da Leylinin anasının dilindən aşiqə qarşı naseh mətni təqdim 

olunur; ancaq burada subyekt və obyekt fərqli olduğundan, Xətayi qəhrəmanının bu 

baxımdan tam bir orijinallıq təşkil etdiyini söyləmək mümkündür. Çünki Xətayi 

“nasehinin” tənəsi başqalarını ifşadan daha çox, özünüifşa xarakteri daşıyır. Bu 

parçadakı “yanmayan oda nə bilir odu” misrası da gələcək aşiqin etirafı kimi 

səslənir.  

Aşiqin birinci mərhələdəki  əhvalını  həm də Azərbaycan xalq müdrikliyinin 

örnəyi olan “gülmə qonşuna, gələr başına” atalar sözünün köməyi ilə ifadə etmək 

mümkündür. Poemanın qəhrəmanı olan gəncin məhz aşiqlərə qarşı öz nəsihətamiz 

nitqindən bilavasitə sonra eşqə düşməsinin təsvir edilməsi də  Xətayinin bu 

ibrətamiz xalq deyiminin ifadə etdiyi mənadan yararlandığını söyləməyə əsas verir. 

Poemanı xalq dastanlarına yaxınlaşdıran başqa bir cəhət – aşiqə yuxuda ikən buta 

verilməsinin təsviridir. Bu da məhəbbətin bir Tanrı payı olduğunun, insanın öz 

iradəsindən asılı olmadığının bədii-fəlsəfi ifadəsi sayılmalıdır.  

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



423

Ürəkaçan bir çəməndəki xoş bir kölgəlikdə dincələrkən “bir ləhzə” yuxuya 

gedən gənc elə o “bir ləhzənin” də qurbanı olur. Aşiqin əhvalındakı növbəti mərhələ 

onun  əvvəlki həyatı ilə tam təzad təşkil edir və o, sanki bir az öncə  aşiqləri 

məzəmmət etdiyi üçün cəzalandırılır. “Gəl gör ki, mənə nə qıldı dövran” deyən Aşiq 

böyük sələfi Yunus Əmrənin lirik qəhrəmanının halına düşür: 

 

Bən yürürüm yana-yana



Gəl gör bəni aşk neylədi. 

Nə aqiləm, nə divana, 

Gəl gör bəni aşk neylədi. (4, 310.) 

 

Xətayinin aşiqinə nəzərən Yunusun şeirindəki üçüncü misra da diqqəti çəkir: 



“nə aqiləm, nə divanə”. Burada tam bir təzad var; insan ya ağıllı olar, ya da dəli. 

Bunların heç birindən olmayan lirik qəhrəman bir növ dünya şöhrətli böyük 

Azərbaycan alimi Lütfi Zadənin qeyri-səlis məntiqinə cavab verir. Xətayinin lirik 

qəhrəmanı da bu təzadı özündə daşımaqdadır. Başqa sözlə, o, nə qədər ki, aqil idi, 

aşiqlərə divanə kimi baxırdı; aşiq olduqdan sonra isə aşiqləri ən ağıllı adam sayaraq, 

onların davranış və dünyabaxışlarını izləməyə başlayır.  

Təbii ki, rahatlıq dairəsindən çıxaraq əzaba, qəm-qüssəyə düşmək, yeyib-içib 

istirahət etmək, rahat yatmaq əvəzinə qan-yaş tökərək yuxu üzünə həsrət qalmaq ilk 

vaxtlar qayğısız həyata alışmış  Aşiqin o qədər də xoşuna gəlmir və o bu işin 

səbəbkarını axtararaq, bütün günahları Ürəkdə (Könüldə) görür və ona “nalə-nifrin 

qılmağa” başlayır: 

 

Səbrim səbəbini pişə qıldım 



Ki, mən bu xəyalı nişə qıldım? 

Qıldım Könülə həzar nifrin, 

Kim şad ikən etdi bizni qəmgin. (2, 419.) 

  

Demək, Ağıl nə qədər müqavimət göstərsə və məntiqi dəlillər gətirsə də, so-



nunda Könülə təslim olur və onun istəyini yerinə yetirmək üçün fəaliyyətə başlayır. 

Aşiq obrazının poetik inkişafının növbəti mərhələsinin başlanğıcı  məhz burada 

qoyulur. 

Xətayi “Dəhnamə”sinin Aşiq qəhrəmanının, eləcə  də klassik anadilli 

ədəbiyyatımızın bənzər obrazlarının müasir elmi səviyyədə araşdırılması elmi 

aktuallıqla yanaşı, həm də sosial əhəmiyyət kəsb edir. Lirik qəhrəman və müasirlik 

probleminə həsr edilmiş araşdırmalarda müasir qloballaşma şəraitində milli-mənəvi 

dəyərlərin qorunması yolunda klassik ədəbiyyatda öz əksini tapmış müsbət 

qəhrəmanın nə kimi rol oynayacağının üzə  çıxarılması  və bu sahədə istifadə 

olunmamış potensialların təhlilə cəlb edilərək qiymətləndirilməsi gənc nəslin milli 

vətənpərvərlik və milli mentalitetə hörmət ruhunda tərbiyə edilməsi üçün bu 

imkanlardan istifadənin yolları barədə mülahizələrin diqqətə çatdırılmasında və 

təbliğində böyük əhəmiyyət kəsb edir. 

 

 



 

 

Filologiya  məsələləri – №3, 2014

 

 



424

Ədəbiyyat 

 

1.  Araslı H. Şah İsmayıl Xətayinin yaradıcılığı // Azərbaycan ədəbiyyatı: tarixi və 



problemləri. Bakı: “Gənclik”, 1998. 

2.  Azərbaycan klassik ədəbiyyatı kitabxanası. c.III. Bakı: “Elm”, 1984. 

3.  Nəsimi. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1973. 

4.  Gölpınarlı A. Yunus Əmrə. İstanbul: “Altın kitaplar”, 1991. 



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin