Zemfira haciyeva qarabağ xanliğI



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
  1   2   3   4   5   6   7   8   9   ...   15
7212

ZEMFİRA  HACIYEVA
QARABAĞ  XANLIĞI:
SOSİAL-İQ I'İSADİ  MÜNASİBƏTLƏR 
VƏ  DÖVLƏT QIJRULIJŞU
AMEA  A.A.Bakıxanov  adma 
Tarix tnstitutu nozdindo yaradıIm ış 
Dissertasiya  Şurasınm  qorarı  ilə 
çap olunur,
imi  i ^ t p u b l i k a a ı  
P r e ı l d B n t l n l n
P R E Z I D E
T A B X A N A S I
«TÜHSİL»NƏŞRtYYAl'l 
BAKI -  2007

K B T 6 3 .3 {C ^ ^ .X
r  Vv!
Elmi redaktorlar: 
Yaqub Mahmudov
əməkdar elm xadimi,  tarix  elmləri doktoru, 
professor
Tofiq Mustafazadə
tarix elmləri doktoru,  professor
Rəyçilər: 
VaqifPiriyev
tarix elmləri doktoru, professor 
Bəhruz Abdullayev
tarix elmləri doktoru, professor
H 33 
Zemfıra Hacıyeva.  Qarabağ xanlığı: sosial- 
iqtisadi  münasibətlər və dövlət quruluşu.
Bakı: «Təhsil», 2007, 254  səh.
Monoqrafiyada  Azərbaycan 
xanlıqları  arasmda  özünə- 
məxsus yeri olan Qarabağ xanlığmın sosial-iqtisadi  tarixi,  dövlət 
quruluşu,  şəhər  təsərrüfatı,  aqrar  münasibətlər və elmi içtimaiy- 
yətə az  məlum  olan  bir sıra digər məsələlər işıqlandırılmışdır.
Monoqrafiya geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
TT  1805080000 „n#V7
H
-------— -------
2007 
©  «Təhsil», 2007
G İ R İ Ş
X X   əsrin  axirlarında  dövlət  müstəqilliyini  bərpa  etdikdən 
sonra Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçiliyini möhkərn- 
ləndirmək,  müstəqilliyini  daimi  etmək üçün  dövlətçilik  tarixinin 
və  ənənələrinin  yenidən  öyrənilməsinə  böyük  zərurət  duyur. 
Bunun başlıca  səbəbləri  ötən  dövrlərdə buraxılmış bağışlanılmaz 
səhvlərin  yenidən  təkrarlanmasına  imkan  verməmək,  dövlət  qu- 
ruculuğunda  varisliyi  qorumaq,  keçmişin  faydalı  təcrübəsindən, 
ənənələrindən  yararlanmaq,  tariximizin  şanlı  səhifələrini  yeni 
nəslə  aşılamaq və  dünya birliyinə tanıtdırmaqdır.
Tarixçilər bu gün də mübahisə  edir:  tarixi necə  tədqiq etmə- 
li? B izcə,  elmi  araşdırmaları  dünya tarixşünaslığında  geniş  yayıl- 
mış formada, yəni Azərbaycan xalqımn tarixi  istiqamətində apar- 
maq  daha  düzgün  olardı.  Çünki  çoxəsrlik  mövcudluğu  inkar 
edilməyən  azəri  türkləri  m üxtəlif dövrlərdə  və  m üxtəlif coğrafi 
ərazilərdə neçə-neçə dövlət qurumları yaratmışdır.  Onların böyük 
hissəsi  tarixi  Azərbaycan  və  bugünkü  Azərbaycan Respublikası- 
nın  hüdudlarmı  əhatə  etmişdir.  Zəmanəsinin  möhtəşəm   və  qüd- 
rətli  siyasi-hərbi  quruluşları  olan  bu  dövlətlərlə  bərabər,  Azər- 
baycan  dövlətçiliyi  tarixində  xanlıqlar  dövrü  özünəməxsus  yer 
tutur.  Bu  dövrdə  Azərbaycanda  qədim dövlətçilik ənənələri  bər- 
pa  edilmiş,  m üxtəlif  obyektiv  və  subyektiv  səbəblərdən  vahid 
dövlət yaratmaq mümkün olmasa da, xalqımızm sosial-iqtisadi və 
mədəni  inkişafı  üçün  münbit  şərait  yaradılmışdır.  İri,  qüdrətli 
dövlətlərin  əhatəsində  olan  xanlıqların  öz  müstəqilliyi  və  ərazi 
bütövlüyü  uğrunda  apardığı  mübarizə  Azərbaycan  tarixinin  ən 
şanlı  səhifələrindəndir.  M əhz buna görə xanlıqlar dövrü tarixinə 
diqqət  son  zamanlar  xeyli  artmışdır.  Müstəqillik  illərində  Bakı, 
Şəki,  Naxçıvan,  Gəncə,  İrəvan  və  Cənubi  Azərbaycandakı 
xanlıqların tarixinə  həsr  edilmiş  çoxsaylı  tədqiqatlar  (19-22,  40, 
62b.,  98,  143) meydana gəlmişdir.

Özünün  maddi  və  insan  ehtiyatlarına,  habelə  hərbi-iqtisadi 
qüdrətinə  görə  Azərbaycan  xanlıqları  arasında  Qarabağ  xanlığı 
xüsusi  mövqeyə malik idi.  Buna  görə  də  bu xanlığın  tarixini  öy- 
rənmədən  bütövlükdə  Azərbaycan  xanlıqları  tarixinin  obyektiv 
və  dolğun  mənzərəsini  yaratmaq  çətindir.  Qarabağ  xanlığı  tari- 
xinin  ayrıca  mövzu  kimi  dərindən  tədqiq  edilməsi  zəruriliyi 
hazırda Azərbaycan Respublikasınm üzləşdiyi  siyasi-hərbi prob- 
lemlə də şərtlənir. Bu gün bədnam erməni qonşularımız Azərbay- 
cana  asi  kəsilmiş  bir  sn-a  xarici  qüvvələrin  yardımmdan  istifadə 
edərək  doğma  Qarabağımızı  və  ətraf  əraziləri  zəbt  etmişlər. 
Onların  təcavüzkar  siyasəti  nəticəsində  1  milyondan  çox  insan 
doğma  yurd-yuvalarından  didərgin  düşmüşdür.  Azərbaycan 
Respublikası  ərazisinin  20%-nin  işğalmı  daimiləşdirməyə,  ona 
qanuni  don  geyindirməyə  çalışaraq  bölgədəki  separatçılar  və 
Ermənistandakı hakim siyasi dairələr Qarabağm tarixən Ermənis- 
tanın bir hissəsi olduğunu isbatlamaq üçün siyasi-diplomatik, hər- 
bi  səylərlə bərabər, tarixi uydurmalara da əl atmaqdan çəkinmir- 
lər.  Onlarm  Azərbaycana  və  onun  əzəli  torpağı  olan  Qarabağa 
iddialarmı  gerçəkləşdirmə  cəhdlərinin  qarşısım  almaqdan  ötrü 
milli tarix elminə diqqət artırılmalı, tarixçilər isə  Vətənin müsəl- 
ləh əsgəri olmalıdırlar.  Vətəndaş borcunu yerinə  yetirməyə,  xal- 
qm  əsgəri,  Vətənin keşikçisi  olmağa hər an hazır olmalı  elm  xa- 
dimləri  qarşısında duran vəzifələrdən biri də  ermənilərin sərsəm 
torpaq  iddialarmın  əsassız  olduğunu  elmi  faktlarla  isbatlamaq, 
Qarabağ tarixini, o cümlədən Qarabağ tarixində özünəməxsus yer 
tutan xanlıq dövrünü obyektiv və  əhatəli tədqiq etməkdir.  Biz də 
bu  amala  öz  kiçik  töhfəmizi  vermək  qərarma  gəlmişik.  Lakin 
xanlığm  tarixi  çox  geniş  mövzu  olduğundan  onu  bir monoqrafl- 
yada  əhatə  etmək  mümkün  deyil.  M əhz  buna  görə  problem 
bütünlükdə deyil, ayrıca, yəni xanlıqda mövcud olmuş sosial-iqti- 
sadi  və  sosial-siyasi  münasibətlər  mövzusu  çərçivəsində  araş- 
dırılır.
Qarabağ  xanlığmın  tarixini  öyrənərkən,  ilk  növbədə  sözü- 
gedən xanlıqda mövcud olmuş sosial-iqtisadi və sosial-siyasi mü- 
nasibətləri,  habelə  onun  dövlət  quruluşunu  və  siyasi  sistemini 
tədqiq  etmək  zəruridir.  Xanlığm  sosial-iqtisadi  münasibətlər  və 
dövlət  quruluşunun öyrənilməsi  təkcə  Qarabağın  deyil, ümumiy- 
yətlə,  XVIII  əsrin sonu -  XIX  əsrin əvvəllərində  Azərbaycanda, 
habelə  Qafqazda  və  müsəlman  Şərqində  mövcud  olmuş  sosial- 
iqtisadi  münasibətlərin öyrənilməsi baxımından da vacibdir.
Sözügedən  xanlıqda  sosial-iqtisadi  münasibətlərə  və  dövlət 
quruluşuna  həsr  edilmiş  xüsusi  tədqiqat  olmasa  da,  mövzunun 
bəzi  aspektləri  mövcud  tarixşünaslıq  əsərlərində  öz  əksini  tap- 
mışdır.  Problemin tarixşünashğmdan danışarkən ilk növbədə şair, 
dramaturq və nasir Həsən Əli İxfanm (1893-1972)  admı çəkm ək 
lazımdır.  H.İxfa «Şuşanın tarixi»  adlı əsərində  Şuşanın bünövrəsi 
qoyulduğu gündən Azərbaycanda sovet hakimiyyəti qurulana qə- 
dərki dövrün tarixindən bəhs edir (32).  Bu əsəri yazarkən m üəllif 
daha  çox  xalq  rəvayətlərinə  və  ona  məlum  olan  «Qarabağ- 
namə»lərə  istinad etmişdir.  M üəllifm  Şuşadakı  cümə  m əscidi  və 
Mirsiyab  karvansarasmdakı  kitabələrin  bir  neçəsinin  mətnini  öz 
əsərində verməsi  də xüsusi maraq doğurur.
X X   əsrin  30-cu  illərinin  əw əllərin d ə  T.Şıxov  «Qarabağ 
xanlığmın  iqtisadiyyatına  dair»  adlı  bir  məqalə  dərc  etdirmişdir. 
T əəssüf  ki,  kitabxanalarda  həmin  məqaləni  tapmadıq,  yalnız 
mərhum  akademik  Ə.S.Sumbatzadənin  bu  m əqaləyə  yazdığı 
rəylə tanış  olaraq sözügedən məqalə haqqmda m üəyyən təsəw ü r 
əldə etdik (213).  Öz məqaləsində T.Şıxov,  əsasən Qarabağ xanlı- 
ğındakı  maliyyə-vergi  sistemini  nəzərdən  keçirmiş,  habelə  xan- 
lar,  bəylər və  darğaların qarşılıqlı əlaqəsini işıqlandıraıışdır.
Ötən  əsrin  ortalarında  Ə.Şükürzadə  xanlığın  dövlət  qurulu- 
şuna  aid  dissertasiya  yazmışdır.  T əəssü f ki,  bu  dissertasiyanı  da 
Azərbaycan  və  Rusiyanm  kitabxanalarmdan,  habelə  elmi  arxiv- 
lərdən əldə  etmək mümkün olmamışdır.

M.M.Mustafayevin iqtisad elmləri namizədi alimlik dərəcəsi 
almaq  üçün  təqdim  etdiyi  dissertasiyada  problemlə  bağlı  bəzi 
məsələləri  araşdırmışdır (185).  Dissertasiyada bir  sıra  mənbələr- 
dən, ilk növbədə  1823-cü ildə tərtib olunmuş  Qarabağ əyalətinin 
təsvirindən,  1836-cı  ildə  nəşr edilmiş  «Qafqazarxası  rus  mülkiə- 
rinin  icmalı»ndan  gcniş  istifadə  olunmuş,  Qarabağ  xanlığmda 
iqtisadiyyatm  vəziyyəti  tədqiq  edilmişdir.  Qeyd  etmək  lazımdır 
ki,  bu  əsərdə  o  zamankı  tarix  elminin  səviyyəsindən  irəli  gələn 
bir  sıra  nöqsanlar və  çatışmazlıqlar  vardır.  M üəllif  1823-cü  ildə 
Qarabağ  əhalisinin  etnik  tərkibinin  müxtəlifliyini  qeyd  etməklə 
kifayətlənərək  əhalinin  etnik  tərkibi  haqqmda  heç  bir  rəqəm 
vermir (185, s.22). Bundan başqa, əsərdə m üəllif faktlara əsaslan- 
madan  xarici  basqınlar nəticəsində  Qarabağ  xanlığmı  tərk  edən- 
lərin çoxunun erməni  olduğunu da iddia edir (185,  s.22).  Müəlli- 
fin fıkrincə,  guya «xanlığm təbii-coğrafi şəraiti xanlıqda əhalinin 
təsərrüfat  fəaliyyətinə  mənfi  təsir  göstərirdi  və  məhsuldar 
qüw ələr  çox  ləng  inkişaf edirdi»  (185,  s.23).  21-ci  səhifədə  isə 
M.Mustafayev bir vaxtlar bütün Azərbaycanm Qarabağ xanlığına 
tabe  olduğunu  söyləyir.  Daha  sonra  m üəllif I  Şah  Abbasm  döv- 
ründən  başlayaraq  Qarabağm  inzibati-siyasi  cəhətdən  ayrı-ayrı 
məlikliklərə bölündüyünü iddia etməklə ciddi yanlışlığa yol verir, 
bununla  da  o,  Qarabağın  sərhədlərini  daraltmış  olur.  Halbuki 
məlikliklər  Qarabağm  yalnız  dağlıq  hissəsini  əhatə  etmişlər  və 
Nadir  şahm  dövrünə  kimi  inzibati-siyasi  vahidlər  kimi  mövcud 
olmayıb xırda,  irsi feodal malikanələr idilər.  «Qarabağ xanlığınm 
tarixindən»  adlandırılan  III  fəsildə  hadisələr  elə  şəkildə  şərh 
edilir ki,  guya nəinki Qarabağ,  bütün Azərbaycan İran dövlətinin 
ucqar  əyaləti  olmuşdur.  M üəllif  yazır:  «Mərkəzi  hakimiyyətin 
zəifliyi  və  uzaqlığı,  ümumiyyətlə...  Qarabağ  xanlığına  müstəqil 
feodal dövlət kimi baxmağa imkan vermir»  (185,  s. 101).
M.Mustafayev  dissertasiyada  arxiv  materialmdan  istifadə 
etməmişdir.  Halbuki  təkcə  Azərbaycan  Dövlət  Tarix  Arxivinin
Hərbi  Dairə  Rəsm i  Fondunda  14  saylı  sənəddə  Qarabağ xanlığı- 
nm tarıxi  ilə  bağlı yetərincə maraqlı materiallar var..
Əsərdə  tez-tez  ziddiyyətli  fikirlər  səslənir.  M ü əllif bir  yan- 
dan,  Qarabağın  xristian  məliklərinin  hər  birinin  hakimiyyətinin, 
adətən  bir kəndə  yayıldığım  qeyd  edir,  digər tərəfdən  kəndliləri 
itaətdə  saxlamaq  və  istismar  etmək  üçün  hər  bir  m əlikin  öz 
ordusuna  malik  olduğunu  yazır  (185,  s.29).  Təəccüblüdür,  cəm i 
bir kəndin  hesabma hansı ordunu  saxlamaq olardı?!
Bütün bu çatışmazlıqlara və nöqsanlara baxmayaraq,  M.Mus- 
tafayevin  dissertasiyası XX əsrin ortalarmda təkcə Qarabağ xanlı- 
ğınm yox,  ümumiyyətlə,  Azərbaycan xanlıqları  tarixinin  öyrənil- 
məsi  yolunda  atılan  ilk  mühüm  addımlardan  biri  olmuş  və  bu 
günlərə  kimi  Qarabağ  xanlığmm  iqtisadi  tarixinə  həsr  edilmiş 
yeganə  əsər kimi  qalmışdır.
Y.Ağamalı  «Qarabağ  xanlığmın  qonşu  xanlıqlarla  v ə   digər 
dövlətlərlə münasibətləri» mövzusunda namizədlik dissertasiyası 
müdaflə  etmişdir  (4).  Adından  göründüyü  kimi,  m üəllifln  qarşı- 
smda  Qarabağ  xanlığının  tarixini  bütövlükdə  araşdırmaq,  o  cüm- 
lədən  xanlıqdakı  sosial-iqtisadi  münasibətləri  m üəyyənləşdir- 
m ək  vəzifəsi  durmamışdır.  Sözügedən  dissertasiyanm  mənbəşü- 
naslıq  bazası  o  qədər  geniş  deyil,  çap  olunmuş  tədqiqatların  heç 
də  hamısından  istifadə  olunmamışdır.  III  fəslin  adında  göstərilsə 
də,  dissertasiyada xanlığın inzibati bölgüsü işıqlandırılmamışdır.
Ədalət naminə qeyd edilməlidir ki,  Azərbaycan xanlıqlarının 
öyrənilməsində  görkəmli  şərqşünas  İ.P.Petruşevskinin  əsərləri 
mühüm  rol  oynamışdır  (200-205).  Bu  əsərlərdə  xanlıqlarm  ya- 
ranmasmın  siyasi  və  iqtisadi  səbəbləri,  onlarda  mövcud  olmuş 
vergi sistemi və torpaq mülkiyyəti formaları, xanlıqlardakı sosial- 
iqtisadi  münasibətlər  ətraflı  tədqiq  olunduğundan  yeri  gəldikcə 
Qarabağ  xanlığmdakı  sosial-iqtisadi  və  sosial-siyasi  münasibət- 
lərdən də  söhbət açılmışdır.

V.N.Leviatovun  1948-ci  ildə  nəşr  olunmuş  «XVIII  əsrdə 
Azərbaycan  tarixindən  xülasələr»  adlı  əsərində  də  Azərbaycan 
xanlıqlarında sosial-iqtisadi və sosial-siyasi' münasibətlərə müəy- 
yən yer verilmişdir  (169).  Ümumi  kontekstdə  Qarabağ  xanlığına 
mühüm yer ayrılmışdır.
Azərbaycan  xanlıqları  tarixinin  görkəmli  tədqiqatçılarından 
biri də H.B.  Abdullayev olmuşdur.  Onun əsərləri (84-8 6) əsasən 
Quba  xanhğının  tarixinə  həsr  olunsa  da,  m üəllif  bütövlükdə 
Azərbaycan xanlıqlannın, o cümlədən Qarabağ xanlığının sosial- 
iqtisadi  və  dövlət  quruluşuna  da  müəyyən  yer  ayırmışdır.  Ayrı- 
ayn  xanlıqların  tarixinə  həsr  olunmuş  əsərlərdə  (74 -8 3)  həmin 
xanlıqların  sosial-iqtisadi  və  sosial-siyasi  quruluşu  tədqiq  olun- 
muşdur və bunun da mövzunun öyrənilməsi  üçün mühüm didak- 
tik əhəmiyyəti vardır.
H.Ə.Dəlilinin  (19,  20)  və  N.Mustafayevanın  (62)  Cənubi 
Azərbaycan  xanlıqlarınä  həsr  olunmuş  əsərlərində  həmin  xan- 
lıqlann sosial-iqtisadi v ə sosial-siyasi həyatx ilə bağlı irəli sürülən 
mülahizələr də  Qarabağ xanlığında oxşar münasibətlərin anlaşıl- 
masma yardım edir. C.M.Mustafayevin Azərbaycan xanlıqlarında 
sənətkarhğın vəziyyətinə  həsr olunmuş  əsərlərində  (58-61)  yeri 
gəldikcə Qarabağ xanlığında sənətkarlığm vəziyyətinə toxunulur. 
Müəllifm  məqaləsində  Şuşa  şəhərinin  salınma  tarixi  ilə  bağlı 
maraqlı  və  əsaslandırılmış  mülahizələr  irəli  sürülmüşdür.  Şuşa 
şəhərinin  salmması  və  quruluşu  haqqmda  maraqlı  məlumatlar 
A.Salamzadə, E.Avalov,  R.Salayevm birgə  hazn-ladıqları kitabda 
da yer almışdır (219).  Burada Şuşa şəhərinin yaranma tarixi  araş- 
dınlır, onım memarlığmm ən vacib inkişaf mərhələləri təhlil edi- 
lir.  Müəlliflər  şəhərin  bir  çox  tarixi  tikililəri  haqqıöda  vacib 
məlumatlar verir, onlarm şəkil və  sxemlərini göstərirlər.  Şəhərin 
qədim  hissəsinin  tarixi  görkəminin  bərpa  olunması  ilə  bağlı 
təkliflər də maraq doğurur.
M övzu ilə  bağlı əsərlər sırasmda akademik İ.Əliyevin «Dağ- 
lıq Qarabağ:  tarix,  faktlar, hadisələr» əsəri qeyd olunmalıdır (89). 
Azərbaycan tarixşünaslığmda ilk dəfə  olaraq bu kitabda Qarabağ 
xanlığmın  Azərbaycan  dövləti  olması  təsbit  edilir,  onun  erməni- 
lərə  heç  bir  aidiyyəti  olmaması  vurğulanır.  Dağlıq  Qarabağın 
tarixi  keçmişinə  qısa  formada nəzər salan m üəllif erməni  «tədqi- 
qatçıları»nın  bütün  uydurmalarma  tutarlı  faktlarla  cavab  verir  və 
bununla  Qarabağm  əzəli  Azərbaycan  torpağı  olmasmı  bir  daha 
təsdiqləyir.  Kitabda xanlığm  sosial-iqtisadi  quruluşu barədə  cüzi 
məlumat  olsa  da,  xanlıqda  mövcud  olmuş  sosial-siyasi  əlaqələr 
haqqında m üəyyən məlumat mövcuddur.
Son  dövrlərdə  Qarabağ  xanlığmın  tarixinə  həsr  olunmuş 
əsərlər  sırasında  Azərbaycan  Milli  Elmlər  Akademiyasınm  Ar- 
xeologiya  və  Etnoqrafıya  İnstitutunda  çapa  hazn-lanmış  «Qara- 
bağ»  adlı  məqalələr toplusu xüsusi  qeyd  olunmalıdır  (158).  Gör- 
kəmli  tarixçi,  arxeoloq,  etnoqraf alimlərin  məqalələrindən ibarət 
olan bu toplu təkcə nəfıs tərtibatı ilə deyil, yüksək elmi səviyyəsi 
ilə də seçilir. Məqalələrdə xronoloji ardıcıllıqla Qarabağm dünəni 
və  bu  günü  təsvir  edilir,  zəngin  faktik  material  əsasmda  erməni- 
lərin  işğalçı  siyasəti,  onlann  heç  bir tarixi  əsası  olmayan  torpaq 
iddiaları əyani surətdə göstərilir. Monoqrafıya üzərində iş zamanı 
topluya  daxil  olan məqalələrin hamısına  diqqət  yetirilmiş,  lakin 
tədqiqatda  F.Əliyevin  «Qarabağ  xanlığı  (XVIII  əsr)»  adlı  məqa- 
ləsinə üstünlük verilmişdir.  M əqalədə m üəllif əsas  diqqəti siyasi 
hadisələrin  gedişinə yönəltsə  də,  xanlıqda mövcud olmuş  sosial- 
iqtisadi və sosial-siyasi m əsələlərə, o cümlədən xanlıqda idarəet- 
mə  aparatmm  qurulmasına  m üəyyən  yer  vermişdir.  Qarabağm 
memarlıq  abidələri,  burada  m övcud  olmuş  sən ət  növləri, 
mədəniyyətin  inkişaf  səviyyəsinə  həsr  olunmuş  məqalələr  də 
tədqiqat baxımmdan önəmlidir.
2005-ci ildə Azərbaycan M illi Elmlər Akademiyasınm A.Ba- 
kıxanov  adına  Tarix  İnstitutu  «Qarabağ:  Kürəkçay  müqaviləsi  -

200»  adlı  məqalələr toplusunu  nəşr  etmişdir  (111).  Adından  gö- 
ründüyü  kimi,  toplu  əsasən  Qarabağ  xanlığını  Rusiya  imperiya- 
sına  birləşdirmiş  məlum  Kürəkçay  müqaviləsinə  həsr  olunmuş- 
dur.  Bununla  belə,  tərtibçilər  məqaiələri  xronoloji  ardıcıllığı 
nəzərə almmaqla toplamış, nəticədə təkcə müqavilə  deyil,  Qara- 
bağm ən qədim keçmişindən  1805-ci  ilədək olan tarixi  nəzərdən 
keçirilmişdir.  Qeyd etmək lazımdır ki, bu topluda Qarabağm xan- 
lıq dövrünə  önəıiıli yer ayrılmış  və  ayrı-ayrı məqalələrdə  məlik- 
lər,  onların Qarabağ xanlarma olan münasibətləri, habelə xanlığm 
inzibati  quruluşu  və  dini-etnik  tərkibi,  Şuşa  şəhərinin  yaranma 
tarixi,  eləcə  də  problemlə  bağlı  olan bir  sıra mənbəiər  haqqmda 
müfəssəl məlumat verilmişdir.
Həm arxeologiya və  etnoqrafiya,  həm də  tarix institutlarınm 
nəşr  etdikləri  toplulara  nəzər  yetirdikdə  bir  müsbət  xüsusiyyət 
dərhal  diqqəti  cəlb  edir:  məqalələr  zəngin,  nəfis  illüstrasiya  və 
fotoşəkillərlə  tamamlanmışdır.  M əhz  buna  görə  topluların  hər 
bir  məlumatı  bu  əlavələrle  daha  aydın  və  əyani  şəkildə 
qavranılır.
Ə.Qubaydulin  (70,  115-1-18),  F.M.Əliyev  (24),  F.Ağamalı 
(3),  T.T.Mustafazadə  (62a),  M.M.Gülmalıyev  (30),  M.Q.Abdul- 
layev (1), A.P.Novoseltsev (190) və başqalarının (21, 22, 40,  143, 
178) əsərlərində də Qarabağ xanlığmın tarixinin m üəyyən aspekt- 
lərinə  toxunulmuşdur.  Yeddicildlik  Azərbaycan  tarixinin  III  cil- 
dində  Azərbaycanda  xanlıqların  yaranmasmm  tarixi  şəraiti 
haqqmda qısa da olsa, xanlıqlarm siyasi-iqtisadi, mədəni həyatına 
dair ümumiləşdirilmiş material vardır (12).
Qısa tarixşünaslıq icmalmdan göründüyü kimi,  Qarabağ  xan- 
lığı tarixinin bir sıra aspektləri tədqiq edilsə də, xanlığm tarixi bu 
günə  kimi  bütövlükdə,  kompleks  yanaşma  şəklində  tədqiqat  ob- 
yekti  olmamış,  nəticədə  xanlıq  tarixinin  bir  sıra m əsələləri  işıq- 
landırılmamışdır.
M üəllifi  olduğum  bu  monoqrafiyada  isə  qarşıya  Qarabağ 
xanlığmın tarixini  və  ilk növbədə xanlıqda mövcud olmuş sosial- 
iqtisadi  və sosial-siyasi münasibətləri arxiv sənədləri v ə ilk tarixi 
mənbələr  əsasmda  tədqiq  etmək məqsədi  qoyulmuşdur.  Bundan 
başqa,  nəzərə  alınmışdır ki,  bu  tədqiqat bir daha  bədnam  qonşu- 
larımızın orazi iddialarmın əsassız olduğunu sübut etm əyə yardım 
edə biləcək,  beləliklə,  Milli tarixşünaslığa kiçik bir töhfə olacaq.
Təqdim  olunan  əsər  yazılı  mənbələrə  əsaslanır.  Qarabağ 
xanlığmm  sosial-iqtisadi  və  sosial-siyasi  quruluşunu  öyrənmək 
üçün  hər  hansı  bir  tarixi  problemin  tədqiqində  olduğu  kimi,  ilk 
mənbələrin müstəsna əhəm iyyəti vardır.  Bütövlükdə xanlıqların,
o  cümlədən  Qarabağ  xanlığmm  sosial-iqtisadi  və  siyasi  tarixinə 
aid  məlumatlar  çox  az  və  səpələnm iş  vəziyyətdədir.  Bilavaşitə 
xanlıqlar  dövründə  əhalinin  təsərrüfat  fəaliyyəti  və  sosial-siyasi 
münasibətləri  haqqmda  m üfəssəl  məlumat  verən  m ənbələr yox- 
dur.  Lakin  təsərrüfat  fəaliyyətinin  səviyyəsinin yüz  illər  ərzində 
tədricən  dəyişdiyini  nəzərə  alaraq xanlığın yaranm ası  ərəfəsin- 
də və ləğvindən dərhal sonra tərtib olunmuş sənədlərdən istifadə 
etmək mümkündür. Bu səpkidə olan materiallardan danışarkən ilk 
növbədə «Gəncə-Qarabağ əyalətinin m üfəssəl dəftəri»ni qeyd et- 
mək  lazımdır.  Məlumdur ki,  1722-ci  ildə  əfqanlarm  S əfəvi  döv- 
lətinin  mərkəzi  hissəsini  işğal  etməsindən  istifadə  edən  Rusiya 
və Osmanlı dövlətləri Azərbaycanı müvəqqəti olaraq öz aralarm- 
da bölüşdürmüşdülər.  Azərbaycan  ərazisinin  çox hissəsi,  o  cüm- 
lədən  sonralar Qarabağ  xanlığmı  təşkil etmiş  ərazi  Osmanlı  döv- 
lətinin  idarəçiliyinə  keçmişdi.  Osmanlılar  vergi  toplanmasmı 
nizama salmaq üçün bölgənin əhalisini yə təsərrüfat subyektlərini 
siyahıya  almışdılar.  M əhz  həm in tarixi  dönəmdə,  daha  doğrusu, 
1728-ci ildə  «Gəncə-Qarabağ əyälətinin m üfəssəl dəftəri»  tərtib 
olunmuşdur (29).  Tədqiqatçı H.M əm mədov bu qiymətli mənbəni 

Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin