Zemfira haciyeva qarabağ xanliğI



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
1   2   3   4   5   6   7   8   9   ...   15

ələ keçirmiş, bundan əlavə Qaradağa aid M ehri və Güney m ahal- 
rirmı,  Naxçıvana  aid  Tatif və  Sisyanı,  İrəvana aid T ərtər  K olan- 
Imı və  Təbrizə  aid  olan  Zəngəzur və  Qapanı tutmuşdu;  Pənahəli 
an bəzən Ərdəbil və s. kimi qonşu xanlıqları da özünə tabe edirdi 
102,  s. 155).
Tədqiqatçı  E .M əm m ədovanın  fıkrincə,  Q arabağ  xanlığı 
imal-qərbdə  K ürəkçay  və  Q araçay  boyunca  G əncə  xanlığı  ilə, 
'ənub-qərbdə Naxçıvan, qərbdə İrəvan,  şim alda Şəki və  Şamaxı, 
'ənub-şərqdə  Təbriz  və  Ə rdəbil  xanlıqları  ilə  (əslində  isə  Qara- 
ağ  xanlığı  cənubda  ilk  növbədə  Qaradağ  xanlığı  ilə  -   Z.H.) 
ıəm sərhəd idi  (179,  s.161).  V.Piriyevin yazdığm a görə,  Qarabağ 
xanhğı Şəki, G əncə,  İrəvan, Naxçıvan,  Qaradağ, Cavad və  Şama- 
a xanlıqları ilə h əm sərhəd  idi  (67,  s.92).
Zənnim izcə,  Qarabağ  xanlığm m   sərhədləri  Qafqazdakı  rus 
qoşunlarmm  baş  komandanı  general  Sisianovun  çar I  Aleksandra 
göndərdiyi  22  may  1805-ci  il  tarixli  raportda  daha  dəqiq  təsvir 
dilmişdir.  Raportda  xanlığm  K ü r  çayı  boyunca  Şəki  və  Şamaxı 
anlıqları,  Araz  boyu  Qaradağ  və  Naxçıvan  xanhqları,  Göyçə 
ölü boyu İrəvan xanlığı və G oran çayı boyunca Yelizavetpol dai- 
əsi  (yəni  G əncə  xanlığı)  ilə  h əm sərh əd   olduğu  göstərilir  (109, 
iS.702-703).
Qarabağ  xanlığmın  qüdrətinin  artdığı  bir  dövrdə  İranda  şah 
axtı  uğrunda  m übarizə  bütün  kəskinliyi  ilə  davam  etm əkdə  idi. 
50-ci  illərin  ortalarında  bu  m übarizədə  ən  çox  Astrabad  və  Ma- 
. .andaran  hakim i  M əhəm m əd h əsən   xan  Qacar,  Urm iya  xanı  Fə- 
təli  xan  Əfşar  və  Şiraz  hakim i  K ərim   xan  Zənd  fərqlənirdi. 
M əlum   idi  ki,  iddiaçılar  Qarabağı  da  rah at  buraxm ayacaqdılar. 
Qarabağ  xam   M əhəm m ədhəsən  xan  Qacardan  daha  çox  ehtiyat 
edirdi.  Çünki  P ənahəli  xan  təsiri  altında  olan  və  bundan  xilas 
olmaq  istəyən  G əncə  hakim i  Şahverdi  xan  Ziyadoğlunun  öz

/
 
.
' y \
 
/  
Gəncə
x
 
'  xanlığı
*' Mərənd
 (ST
ƏHƏR  @
 
/
TƏBRIZ
'
 
®
C. 
SƏRAB
Q arabağ xanlığı  və  onun  qonşuları
qohum u 
M əhəm m ədhəsən  xanı  Qarabağa  yürüşə  təhrik 
edəcəyini  gözləyirdi.  Pənahəli  xan  M əhəm m ədhəsən  xan  kimi 
qüdrətli  düşmənin  basqınma  m əruz  qalmamaq  m əqsədi  ilə  daha 
rnöhkəm  bir  sığınacaq  inşa  etm ək  qərarma  gəldi.  M irzə  Camal 
Qarabaği  yazır  ki,  Pənahəli  xan  yaxın  adam larm ı  toplayıb 
m əşvərət keçirdi.  O,  İranda yüksəlm əkdə olan M əhəm m ədhəsən 
an  Qacarm  və  ətrafdakı  xanların  Qarabağa  basqın  edəcəyi 
təqdirdə  Şahbulaq qalasımn davam gətirəcəyini şübhə altına aldı, 
güclü  düşm ənə  m üqavimət  göstərə  biləcək  «dağların  qoynunda 
m öhkəm   və  keçilməz,  sarsılmaz  qala»  tikm əyi  təklif etdi.  Xanın 
ıkrincə, qalanm  bir tərəfi dağlarda olan ellərin üzünə  daim a açıq 
lmalı  və  m ahallarla  əlaqə  bir  an  belə  kəsilm əm əli  idi  (55, 
ss. 115-116).  M irzə  Camal  daha  sonra  yazır  ki,  bu  qərarı  m əlik 
Şa  nəzərə  söylədikdə o,  indiki  Şuşa qalasınm yerini göstərdi.  Bu 
er Şuşa kəndinin altı verstliyində yerləşirdi, kənd əhalisinin əkin 
yeri  və  otlağı  idi.  Xanın  bir neçə  bilici  və  məlumatlı  əyanı  gedib 
tı  iləcək  qalanın  yerini  və  ətrafım   yoxladı.  Qalanın  salmacağı 
ycrdə iki-üç bulaqdan savayı içm əli su m ənbəyi olmadığından gü- 
man  g ələn   y erlərd ə  su  quyuları  qazm ağın  m üm künlüyünü 
nüəyyənləşdirdilor.  Bundan  sonra  Pənahəli  xan  h əm in  yerlə 
ianış  olub qalanın bünövrəsinə  daş  qoydu  (55,  ss.l 15-116).
Scçilmiş  ərazi dəniz səviyyəsindən  1400 m hündürlükdə yer- 
əşən,  m eşəliklərlə  örtülmüş,  bir  tərəfi  uçurum ,  digər  tərəfi  isə 
R  , inm  
0h atə olunmuş  təbii  bir istehkam   idi  (27,  s.47).
a larlm ın  fikrincə,  şəhərin   inşasına  Şuşa  düzünün  aşağı  hissə- 
Mn  ən  başlanm ışdır (14).  Şuşa şəhərinin  X IX  əsrin I  qərinəsində 
Çə 
miş  planı  da  bunu  təsdiqləyir.  Plandan  görünür  ki,  Şuşa 
urc  əri  düzün  şərqindəki  təp ələrd ə,  yaxud  qayalıqların  kəna- 
rın  a  yerləşm işdir.  Bu  qəsrlər  təbii  landşaftla  harm onik uzlaşırdı 
,  s -i  12).  Qalanm   üç  darvazası  vardı.  O nlar  G ünəş  çıxanda 
aÇi  ır,  atanda  isə  bağlanırdılar.  Şuşa  qalası  təqribən  3 -4   kvadrat
verstı əhatə edirdi 
(27, 
s.48).

M irzə  Camalın  yazdığına  görə,  Şuşa  qalasının  inşası  təxmi- 
nən  1756-ci  ildə  başa çatmış,  həm in il  Şahbulaq qalasınm   sakin- 
ləri, bir neçə kəndlərin kəndxudaları ailələrini köçürüb bu qalanın 
ərazisində yerləşmişdi  (55,  s. 116).
Qeyd  edək  ki,  Şuşa  qalasımn  salınması  haqqında  bəzi  fikir 
m üxtəliflikləri  mövcuddur.  «Q arabağnam ələr»in  1989-cu  ildəki 
son  nəşrinin  tərtibçisi  N.Axundov  hesab  edir  ki,  salnam ələrdə 
göstərilən  1170-ci  il  hicri  (miladi  1756-57  illər)  tarixi  səhvdir, 
çünki  bu tarix  Pənahəli  xanın vəfatm dan  2 -3  il  əvvələ  aiddir və 
bu  da  Pənahəli  xamn  həyatında  olan  faktlarla  ziddiyyət  təşkil 
edir.  Üstəlik,  M əhəm m ədhəsən  xan  artıq  1751-ci  ildə  Qarabağa 
yürüş  edərək  Şuşanı m ühasirə  etmişdi.  D em əli,  həm in  vaxt artıq
Şuşa  qalasından  b ir görünüş
Şuşa qalası tikilmişdi. Tədqiqatçım n fikrincə,  Şuşa qalasının əsası 
ən geci  1751-ci  ilin birinci  iki  ayı,  yaxud  1750-ci  ilin  ikinci yarı- 
sında qoyulm uşdur (44,  ss.40-42).
M .M ustafayev  də  Şuşa  qalasınm  inşasınm  1750-ci  ildə  baş- 
lanıldığını  və  1752-ci  ildə  başa  çatdırıldığım   y azu   (185).  Şuşa 
şəhərinin  tarixini  ayrıca  tədqiq  etmiş  G.İsm ayılova  bu  səhvi 
tək rar  e d ə rə k   Şuşa  şə h ərin in   əsasm ın   1 7 5 0 -1 7 5 1-ci  ildə 
qoyulduğunu  iddia  edir  və  şəh ərin  adının  «şüşə»  sözündən 
götürüldüyünü yazır (12,  s .l 1).
Qeyd  etm ək  lazımdır  ki,  tədqiqatçılar  yanlışlığa  yol  vermiş- 
lər,  çünki M əhəm m ədhəsən xanm  Qarabağa yürüşü  1757-ci  ildə 
baş  verm işdir  (19,  s. 14).  D igər  tərəfdən,  Şahbulaq  qalasımn 
1165-ci  hicri  ilində  (20  noyabr  1751-ci  il  -   7  noyabr  1752-ci  il) 
inşa  edildiyini  nəzərə  alsaq  Şuşa  qalasınm  əsasınm   h ətta  Şahbu- 
laq  qalasından  da  ə w ə l   və  ya  onunla  bir  zam anda  qoyulduğu 
görünür.  Bu tam am ilə m əntiqsizdir,  çünki salnam əçilər Şahbulaq 
qalasmm əvvəl,  Şuşa qalasınm isə som a tikildiyini yazır.  Ə lbəttə, 
Şuşa qalasm m  m əh z  1756-cı ildə əsasınm  qoyulduğunu söyləm ək 
düzgün deyil, bu qalanın əsasının qoyulması yox, orada sakinlərin 
m əskunlaşm ası  ilidir.  Artıq  qeyd  olunduğu  kimi,  bu  zaman  Şah- 
bulaq qalasm m  əhalisi  Şuşaya köçürülm üşdü.  Şuşa kirni əzəm ətli 
qalanı  bir  neçə  aya,  hətta  bir  ilə  inşa  etm ək  m üm kün  deyildi. 
Dem əli,  qalamn inşası  1753— 1754-cü  illər ərzində həyata keçiril- 
mişdir.  Fikrim izcə, M irzə Camalm öz «Q arabağnam ə»sində  Şuşa 
qalasmm  inşasm m   hicri  tarixlə  1170-ci  ildə  (miladi  1756-1757), 
xristian təqvim i  ilə isə  1754-cü il göstərm əsi sadəcə texniki  səhv 
deyil.  M ü əllif xristian tarixi  ilə qalanın  özülünün qoyulm ası ilini, 
hicri tarixi  ilə  isə məskunlaşdırılması  ilini  göstərm işdir.
C.M ustafayev  də  Şuşa  qalasımn  1750/51-ci  illərdə  deyil, 
daha  sonrakı  illərdə  salınması  m ülahizəsini  irəli  sürmüş,  bu

Zemfıra Hacıyeva
m ülahizəni sübut etm ək üçün xeyli tutarlı arqum entlər gətirm işdir 
(58,  s.48).
Qalanın tikilişindən bir m üddət sonra -   1757-ci  ildə İran şahı 
taxtına ən güclü nam izəd olan M əhəm m ədhəsən xan Q acar Qara- 
bağa hücum etdi.  O, Araz çayını keçib  Şuşa qalasmın 4 ağaclığın- 
da düşərgə saldı.  Lakin M əhəm m ədhəsən xan bir ay burada qalsa 
da qalaya yaxınlaşa bilmədi.  Pənahəli xan ellərdən və kəndlərdən
Şuşa qalasının  darvazalarından biri
Qarabağ xanlığı
döyüş  qabiliyyətli  kişiləri  qalaya  toplayaraq  m üdafiəyə  hazırlaş- 
mışdı.  Ü stəlik,  xanın  Qarabağ  sakinlərindən  ibarət  xırda  hərbi 
dəstələri  düşm ənə  qəfıl  basqınlar edir,  onun  atlarını  və  əm lakım  
ələ keçirirdilər.  Beləliklə,  M əhəm m ədh əsən  xan təxm inən bir ay 
Şuşa  ətrafında  qalsa  da,  heç  bir  uğur  qazana  bilm ədi  (45,  s.193; 
88,  ss.49-50).  Gilan  və  M azandaranda  üsyanların  baş  verdiyini 
eşidən M əhəm m ədhəsən xan geri  döndü (19,  s .l 14;  88,  s.50).
Bir  m üddət  sonra  urm iyalı  Fətəli  xan  Əfşar  bütün  Cənubi 
Azərbaycam   ələ  keçirdi.  O,  P ənahəli  xanın  yanına elçi  göndərə- 
rək itaət göstərm əsini tələb etdi.  K obud şəkildə rədd cavabı alan 
Fətəli  xan  1759-cu  ildə  böyük  qoşun  toplayaraq  Qarabağa  h ərə- 
kət etdi və  Şuşa qalasınm bir ağaclığında düşərgə  saldı.  Pənahəli 
xana  qarşı  gizli  düşməniçliyi  davam   etdirən  Çiləbörd  və  Talış 
m əlikləri Fətəli xanın yanma getdilər (55,  s. 117).  Pənahəli  xanın 
m üdafıəyə  yaxşı  hazırlaşdığını  və  Şuşa  qalasmın  m öhkəm liyini 
görən Fətəli  xan  şəhərin  altı  kilom etrliyində -  Ballıca  və  Xocalı 
çayları  arasında  qoşunların  uzun  m üddət 
qala  bilm əsi  üçün 
istehkam  inşa etdirdi  (19,  s .l 17).
«Qarabağnam ə»  m üəllifləri  Qarabağda  həm in  dövrdə  baş 
verən  hadisələrin  gedişini  təsvir  edərək  iddia  edirdilər  ki,  Fətəli 
xan  döyüşlərin birində  iki  m in  döyüşçü  itirmişdi.  Sonra qış  fəsli- 
nin  yaxınlaşdığını  görüb  «...sülh  və  barışıq  təklif etmişdi.  M ahir 
elçilər  göndərib,  and-aman  içərək   belə  vədə  verdi:  «Ə gər  Pəna- 
həii xan əsirləri geri qaytarsa,  m ənlə  ittifaq və dostluq etsə,  qızı- 
mm kəbinini  onun  böyük oğlu  İbrahim xəlil  ağaya kəsdirəcəyəm . 
Beləliklə  də  biz  əbədi  qohum   və  dost  olacayıq.  Bir  şərtlə  ki, 
İbrahim xəlil  ağanı  m ənim   yanım a  göndərsin.  O  isə  orduda  şim i 
içüib,  kəbin  kəsildikdən  və  iki-üç  gün  burada  (qonaq)  qaldıqdan 
sonra  geri  qayıtsın»  (55,  s s .l 17-118).  Salnam əçilərin  qeydlərinə 
əsasən,  Pənahəli  xanı  xatircəm   etm ək  üçün  Fətəli  xan  hətta  öz 
öviad və qohum larından üç nəfəri  girov kimi  Şuşaya,  Fətəli  xana 
inanan  Pənahəli  xan  isə  oğlunu  onun  yanına  göndərm işdi  (55,

s.118).  Lakin  Fətəli  xannı  m əğlub  olduğu  halda  Qarabağ  xanı 
qarşısında  İbrahim xəlil  ağam  onun  qərargahına  göndərm əsi 
tələbini qoyması  (qızmm nişanlısı kimi olsa belə) m əntiqə uyğun 
deyil.
Zənnimizcə,  tədqiqatçı  H.Ə.Dəlilinin  m ülahizəsi  daha  çox 
həqiqətə  uyğundur.  Onun  fikrincə,  Şuşa  əhalisi  qəhrəm ancasına 
m üqavimət  göstərsə  də,  Fətəli  xanın  qoşunları  tədricən  qalaya 
yaxınlaşır,  qalaya  gedən  yollar  bağlandığı  üçün  orada  azuqə  və 
hərbi  sursat  azalırdı,  şəh ər  süqut  etm ək  təhlükəsi  qarşısında  idi. 
Pənahəli xan isə vəziyyətdən çıxış yolunu zahiri itaət göstərm ək- 
də  görüb,  öz  oğlu  İbrahim xəlil  ağanı  girov  kimi  F ətəli  xan 
Əfşarın düşərgəsinə  göndərmişdi  (55,  s. 118).
H adisələrin gedişindən m əlum  olur ki, Qarabağ xanm m  urmi- 
yalı Fətəli xandan asılılığı çox davam  etmədi. F ətəli xan Qarabağ- 
da  olduğu  m üddətdə  taxt-taca  digər  iddiaçı  -   K ərim   xan  Zənd 
qüvvələrini  toplayıb  İsfahan  və  Şiraz  şəhərlərini  tutdu.  1760-cı 
ilin payızmda işə o,  Azərbaycana hücum etdi  və  Təbrizi  mühasi- 
rəyə  aldı.  K ərim   xanın  Cənubi  A zərbaycana  hücum u  urmiyalı 
Fətəli  xam  öz  qüvvələrini  Azərbaycanm   cənubuna  yönəltm əyə 
vadar  etdi.  1761-ci  ilin  yaymda  K ərim   xan  A zərbaycana  hücum  
etdiyi  zaman  Fətəli  xan  onu  Ucan  düzündə,  Q araçəm ən  kəndi 
yaxınlığm da qarşıladı. Baş verən döyüşdə üstünlük ə w ə lc ə  Fətəli 
xanm  tərəfində  olsa  da,  müttəfıqi  xoylu  Şahbaz  xanm  xəyanət 
edərək düşm ən tərəfə keçməsi onu çətin vəziyyətə saldı. N əticə- 
də Fətəli xan Urmiya qalasına çəkilm əli  oldu (19,  ss.l 19—
120).
Fətəli  xana  qarşı  m übarizədə  K ərim   xan  urmiyalı  hakim lə 
ədavətdə  olan  bir  sıra  Azərbaycan  xanlarmm  qüvvəsindən  isti- 
fadə etdi.  O, Pənahəli xana m üraciət etdi:  «Fətəli xan bizim  nəin- 
ki  düşmənimiz,  hətta  qanlımızdır.  Sizə  qarşı  olduqca  yaramaz 
işlər  görmüş,  andını,  peymanını  pozmuşdur.  Sənin  oğlunu  m əkr 
və  hiylə  ilə  aparıb  m əhbus  etmişdir.  İndi  var  qüvvənlə  bizə  kö- 
m ək  etməli  və  bu  işdə  heç  nədən müzayiqə  etm əm əlisən.  Çünki
intiqam alsaq  və  oğlunu xilas  etsək,  siz  sevindiyiniz  kimi,  biz  də 
arzumuza çatmış  olacağıq»  (55,  s. 119).
K ərim   xanm   çağırışmı  qəbul  edən  Pənahəli  xan  kiçik  oğlu 
M ehrəli bəyi  Qarabağa m üvəqqəti hakim  qoyaraq,  bir sıra başqa 
Azərbaycan xanları  kimi  K ərim  xanm  düşərgəsinə  gəldi.  Xanla- 
rın  q ü w ə lə rin i  birləşdirən  K ərim   xan  Urmiya  qalasm ı  m üha- 
sirəyə  aldı.  Qalanm   xarici  aləm lə  əlaqəsini  tam am ilə  kəsm ək 
üçün  ətrafa hasar hörüldü (19,  ss. 121—122).  9  aylıq  m ühasirədən 
sonra  Urm iya  qalası  təslim   oldu.  K ərim   xan  təslim   olan  Fətəli 
xanı  özü ilə aparıb,  İsfəhan yaxınlığında öldürdü.  Eyni  zamanda,
o,  köm əyinə  gəlm iş  Azərbaycan xanlarım  -  P ənahəli  xanı,  qara- 
dağlı  K azım   xanı,  xoylu  Şahbaz  xanı,  naxçıvanlı  Hacı  xan  K ən- 
gərlini,  sərablı  Əli xan  Şəqqaqini  və bir sıra başqalarm ı qələbəni 
qeyd etm ək üçün  Şirazda keçiriləcək şənliklərə d əv ət etdi.  Əslin- 
də  bu  dəvəti  qəbul  etdirm əklə  K ərim   xan  sözügedən  şəxsləri 
Şirazda  girov  kimi  saxlaya  bildi  və  onlarm  özündən  asılılığmı 
təm in etmiş  oldu (19,  ss. 123-125).
Şirazda girov vəziyyətində olan P ənahəli xan tezliklə dünya- 
sım  dəyişdi.  O nun  ölümünün  səbəbləri  və  təfərrüatları  haqqında 
səhih  tarixi  faktlar  yoxdur.  M ənbələrdə  bununla  bağlı  çox  bəsit 
izahlara rast gəlinir.  Tarixi rəvayətə görə, P ənahəli xan  Şirazdan 
çıxmaq  m əqsədi  ilə  ətrafındakı  şəxslərlə  birgə  xüsusi  plan 
hazırlayıb.  O,  bihuşdarı  içərək huşunu  itirir,  yaxm ları  isə  K ərim  
xan  Z əndə  P ənahəlj  xanın  vəfat  etdiyini  çatdırırlar.  Onlar  xanın 
Qarabağ  torpağm da  dəfiı  edilməsi  üçün  Şiraz  hakim indən  icazə 
istəyirlər.  H iyləni  anlayan  K ərim   xan  deyir:  «P ənahəli  xan  m ə- 
nim  xeyirxah  dostumdur.  Buna  görə  d ə   gərək  onun  cənazəsini 
tam  hörm ətlə  Qarabağa  göndərəm ».  K ərim   xanın  göstərişi  ilə 
Pənahəli  xanm   qam ını  yarırlar  və  onu  ədviyyat  ilə  doldurub 
nəşini  vətəninə  göndərirlər (57,  s.45;  9,  s.67).
K ərim   xan  Z ənd  Urmiyanı  aldığı  zaman  burada  dustaq  olan 
İbrahim xəlil  ağanı  azad  etmiş,  onu  Qarabağa  göndərm işdi  (4,

s.83).  İbrahim xəlil ağa Qarabağa qayıdır və böyük qardaş  olduğu 
üçün xan taxtının ona verilməsini tələb edir.  O, avar Ü m m ə xamn 
bacısı  ilə  evləndikdən  sonra  öz  tərəfdarlarım n  sayını  artırır  və
Pənahəli xanın  qəbrinin  başdaşı 
(Azərbaycan  Tarixi M uzeyində qorunur)
qardaşını  sıxışdırm ağa başlayır.  M ehrəli  bəy köm ək üçün  K ərim  
xan  Zəndin  yanm a  qaçır,  bir  m üddət  sonra  isə  o,  İbrahim xəlil 
xanın  rəqibi  qubaılı  Fətəli  xanın  yanına  pənah  aparır.  Fətəli  xan 
Azərbaycan  torpaqlarım  birləşdirm ək  uğrunda  m übarizədə  qara- 
bağlı İbrahim xəlil xana rəqib  kimi baxırdı.  M əhz bu səbəbdən o, 
Qarabağa dəfələrlə hərbi yürüşlər etmişdi.  Ən böyük yürüşlərdən 
biri  1783-cü  ilin əvvəlində baş verdi.  Rus  hərbi  kom andanlığm ın 
Fətəli  xanm  yanına  göndərdiyi  tərcüm əçi  M ustafa  M urtaziyev 
Fətəli  xanı  Qarabağda  Ağdam   qəsəbəsinin  yanında  tapmışdı. 
Onun  sözlərinə  görə,  Şamaxı  hakim ləri  M əh əm m əd   Səid  və 
Ağası  xanlar,  şəkili  Ə bdülqədir  xan,  m uğanlı  Tale  H əsən  xan, 
Tarki hakim i M urtuza Əli, lənkəranlı Qara xan və bir neçə Dağıs- 
tan  hakim i  Fətəli  xamn  yanında  idilər.  Burada  yalnız  muzdlu 
döyüşçülərin  sayı  13  min  n əfərə  çatırdı.  İbrahim xəlil  xan  Şuşa 
qalasında m öhkəm lənm işdi.  F ətəli xan isə  Şuşanı  ala bilm əyəcə- 
yini  düşünüb  ə tra f kəndləri  qarət  edir  və  xeyli  əsir  götürüb  geri 
qayıdır (218,  f.52,  siy .l.  iş  286,  h is .l.  (1783-cü il),  v.6).
1785-ci  ildə  qubalı F ətəli  xanm  düşm əni şam axılı  Ağası xan 
M ehrəli bəyi q ətlə yetirdi  (26,  ss.23-24;  99,  s. 165).
1795-ci ildə Qarabağ daha qüdrətli düşm ənin -  Ağa M əhəm - 
m əd şah Qacarın basqım na m əruz qaldı.  Lakin qarabağlılar m ərd- 
liklə  m üqavim ət  göstərirdilər.  Rus  m ayoru  M anevgen  Qudoviçə 
göndərdiyi  15  avqust  1795-ci  il  tarixli  m əlum atda  qeyd  edir  ki, 
Ağa  M əhəm m əd  xan  Şuşanı  m ühasirədə  saxlayır,  lakin  h ə r  gün 
qaladan Q acar qoşunlarma h əm lələr edilir (107, s.257).  Qalanı  33 
gün  m ühasirədə  saxlasa  da,  Ağa M əhəm m əd  şah  Şuşanı  ala  bil- 
mədi  və  Tiflisə  yollandı.  Tiflisə  basqın  ərəfəsində  Ağa M əhəm - 
m əd  xan  II  İrakliyə  ultim atum   səciyyəli  fərm an  göndərərək 
bildirmişdir  ki,  gürcülər  həm işə  İrana  tabe  olmuşlar  və  İrakli  də 
ona tabe olmahdu-.  Şah əks-təqdirdə,  Gürcüstana hücum  edəcəyi, 
gürcülərin və rusların qanmdan K ür çayına bənzər bir çay yarada-

cağını  söyləyirdi  (225,  ss. 147^48).  O,  çar II  İraklinin  qoşunlarını 
darmadağm edib Tiflisi  talan etdi və geri qayıtdı.
1796-cı  ildə  özünü  şah  elan  edən  Ağa  M əhəm m əd   yenidən 
Şuşaya  hücuma  hazrrlaşırdı.  O,  bir  sıra  xanlardan  sığınacaq  istə- 
diyi  təqdirdə  İbrahim xəlil  xana  rədd  cavabı  verm ələrini  tələb 
etmişdi  (176,  s.36).
1797-ci  ildə  Qarabağa  ikinci  yürüş  zamanı  Ağa  M əhəm m əd 
şah  Şuşa  qalasını  m ühasirəyə  aldı  və  sonra  D övtələb  adlanan 
m eşəlikdən qalanı aramsız top atəşlərinə tutdu (14,  s.12).  Fransız 
alimi  Jan  K üre  (Gevr)  İranda  olmuş  ingilis  Robert  K er-Porterin 
«Gürcüstana,  Ermənistana və İrana səyahət» adlı kitabm a əsasən 
yazır:  «Ağa M əhəm m əd xan Qacar Şuşaya çatdıqdan sonra gördü 
ki,  şəhər müqavimətə  hazır vəziyyətdədir.  O,  qalanı m ühasirəyə 
aldı.  Xan  əvvəlki  m ühasirədən bilirdi ki,  Şuşa qalasımn divarları 
möhkəm dir.  Odur ki,  o,  topçularm a  dedi  ki,  bütün toplar  qalanm 
bir  nöqtəsini  nişan  alsın,  m ərm ilərin  hamısı  bir  nöqtəyə  dəy- 
sin ...»   (18).
Ağa  M əhəm m əd  şahm   topçu  m ütəxəssisi  H əm id  Ulteyin 
rəhbərliyi  ilə  topçular  gündüzlər  Şuşa  qalasmın  divarlarını  dağı- 
drr, şəhər sakinləri isə gecə düşən kimi onu təm ir edib düzəldirdi. 
Şahm   əmri  ilə  gecələr  qala  divarlarına  yaxın  böyük  m əşəllər 
yandırılırdı.  Şuşalılar  atəşlə  m əşəl  tutanları  vurub  öldürürdülər. 
Lakin onların qəhrəm ancasm a m üqavim ətinə baxmayaraq,  Qaca- 
rm  topları  qala  divarlarım  dağıdrrdı  (18).  Jan  K üre  yazır:  «İbra- 
him xəlil xan  qala divarlarmm dağıdıldığmı gördükdə qalada olan 
əhalinin  şəhəri  tərk etm əsinə  izin vermiş,  gecə  döyuşçülərindən 
ən  qoçaq 200  nəfər  götürüb  qaladan  çıxaraq,  düşm ənin  arxasına 
keçmişdi.  D aha  sonra  o,  «M olla  N əsrəddin  qapısı»  istiqamətin- 
dən  şəhəri  atəşə  tutan  topçuların üzərinə  arxadan  hücum   edərək 
tezliklə bütün topçu dəstəsini dağıtdı.  Qarabağ hakim i geri  qayıt- 
maq  istədikdə  yolların  bağlandığmı  gördü.  Y alnız  şimal  tərəfdə, 
yəni  Topxananm  arxasmdakı  yol  İbrahimxəlil  xanrn  üzünə  açıq
idi.  Qarabağ  hakim i  özünün 
səhv  etdiyini  anladı,  şə h ə r 
m üdafıəsinin  başçısı  kimi  qa- 
lam  tərk  etdiyinə  təəssüflən-
di»  (18).
İbrahim xəlil  xan  Şuşanı 
tərk  etdikdən   sonra  başsız 
qalmış  qala  təslim   oldu.  Bir 
neçə  gündən  sonra  Ağa  M ə- 
həm m əd  şah  saray  sui-qəsdi 
nəticəsində Şuşada öldürüldü.
Onun  qoşunu  p ə rə n -p ə rə n  
olub  geriyə  qayıtdı.  Tarixçi 
Ə hm əd bəy Cavanşirin yazdı- 
ğına  görə,  Ağa  M əh əm m əd  
şaha  qarşı  təşkil  olmuş  qəsd- 
də sərablı  Sadiq xan Şəqqaqi- 
nin əli varmış. D eyilənə  görə, 
o n u n  
qohum u -  İbrahim xəlil xanm  qardaşı oğlu M əhəm m əd b əy  
Cavanşir də bu qəsddən xəbərdar imiş  (26,  ss. 169-174).
Şuşada İbrahim xəlil xanın kiçik qardaşı M ehrəli bəyin oğlu -  
«igidliyi  və  şucaəti  ilə  m əşhur»  M əhəm m əd  b əy  m üvəqqəti 
olaraq hakim iyyəti ələ keçirdi.  Ə hm əd bəy Cavanşir öz babasının 
bu hərəkətin ə bəraət qazandıraraq yazırdı ki, «xalqı hədsiz tələb- 
ləri  iiə  taqətdən  salan  İbrahim xəlil  xanm   clövranı  keçmiş,  yollar 
ayrıcında olan bir m əm ləkəti idarə etm ək üçün daha bacarıqh  bir 
hakim   lazım  idi»  (26,  s.175).  M əhəm m əd  bəy  şahm   kəsilm iş 
başmı  öz  m əktubu  ilə  birlikdə  əm isi  İbrahim xəlil  xana  göndərdi 
(55,  ss. 127-128).  Qarabağa  qayıdarsa  qardaşı  oğlunun  müqavi- 
m əti  ilə  üzləşəcəyini  yəqin  edən  İbrahim xəlil  xan  üç  ay  Bala- 
kəndə  qaldı,  sonra  öz  tərəfdarları  ilə  birlikdə  Q arabağa  tə rə f 
h ərək ət  etdi.  O  özündən  irəlidə  oğlu  M ehdiqulu  ağanı  bir  neçə
Ağa M əhəm m əd şah  Qacar 
(Azərbaycan  Tarixi M uzeyində 
qorunan p o rtret)

bəylə  Şuşaya  göndərdi.  M əhəm m əd  bəy  üzdə  əm isinə  sədaqət- 
dən  danışsa  da,  hakim iyyəti  əldən  verm ək  istəm irdi.  Buna  görə 
də  M ehdiqulu  ağa  m əktub  göndərib  atasım  həqiqi  vəziyyətdən 
xəbərdar  etdi,  özü  də  qaladakı  tərəfdarlarm ı  səfərb ər  etm əyə 
başladı (55,  s.128).
İbrahim xəlil  xan  təcili  olaraq  böyük  oğlu  M əhəm m ədhəsən 
ağanı  dağıstanlılardan  ibarət  500 nəfərlik qoşunla  Qarabağa yola 
saldı.  Bundan xəbər tutan M əhəm m əd bəy Qarabağ ellərini Araz 
ətrafma  köçürm ək  və  m übarizəni  davam  etdirm ək  istədi.  Mə- 
həm m ədhəsən  ağa  Kirs  dağındakı  qalamn  üç  verstliyində  Mə- 
həm m əd bəyə çatdı. Elatlar onun tərəfinə keçdilər. Yalqız qalmış 
M əhəm m əd  bəy  M əhəm m ədhəsən  ağanın  yanına  gəlib  peş- 
m ançıhğını  bildirdi.  Bundan  sonra  M ehdiqulu  ağa  M əhəm m əd 
bəyin Şuşadakı tərəfdarlarım  qətlə yetirdi.  İbrahim xəlil xan Şuşa- 
ya daxil oldu  (55,  ss. 129-130).
Xanla qardaşı  oğlu  arasında etimadsızlıq davam  edirdi.  Şəki- 
də  hakim iyyəti  m üvəqqəti  ələ  keçirmiş  kor  M əhəm m ədhəsən 
xan  M əhəm m əd  bəyi  öz  yanma  dəvət  etdi,  lakin  o,  Şəkiyə  gəl- 
dikdə  var-dövləti  əlindən  alınıb  həbs  edildi.  M əhəm m əd  bəylə 
qan  düşməni  olan  şamaxılı  M ustafa  xan  (vaxtilə  M ustafa  xanın 
atası  Ağası  xan  M əhəm m əd  bəyin  atası  M ehralı  bəyi  qətlə 
yetirmiş,  M əhəm m əd  bəy  də  intiqam  alaraq  Ağası  xam   və  bir 
oğlunu  öldürmüşdü)  M əhəm m ədhəsən xandan  M əhəm m əd  bəyi 
istədi.  M ustafa xan M əhəm m əd bəyi  öldürtdü  (55,  s.130).
İbrahim xəlil  xan  a rtıq   qocalm ışdı,  o  sarayda  baş  verən 
h ad isələrə  tam   n ə z a rə t  edə  bilm irdi.  S aray d a  isə  hakim iyyət 
uğrunda iki  qruplaşma arasında m übarizə gedirdi.  Qruplardan biri 
rusların  yenidən  Cənubi  Qafqaza  gələcəklərini  gözləyərək  heç 
bir vəchlə  Qacarlara tabe  olmaq  istəmirdi.  M irzəlibəy,  Feyzibəy 
və  başqalarımn  daxil  olduğu  digər  qrup  isə  Qacarları  h ə r  vasitə 
ilə razı salmağa çalışırdı.  Sonda m əhz bu qrup üstünlük əldə etdi, 
Fətəli  şah  Qacarm  iradəsi yerinə  yetirildi:  Ağa M əhəm m əd şaha
qarşı  sui-qəsdin  iştirakçılarından  biri  olan  pişxidm ət  Səfərəlini 
Şəki xanm dan alıb at kimi nallamaqla cəzalandırdılar.  Şahın tikə- 
tikə  olmuş  nəşini  isə  zərli  parçalara  bü kərək  Tehrana  göndərdi- 
lər.  Bir  m üddətdən  sonra  İbrahim xəlil  xanın  oğlu  Ə bülfət  xan 
Qacar  sarayına  girov  göndərildi,  qızı  A gabəyim   ağa  isə  Fətəli 
şaha ərə  verildi.
M əlum dur ki,  1803-cü ildən Rusiya A zərbaycan torpaqlarmm  
işğalına  başlamışdı.  H əm in  ilin  yayından  Car-Balakən  camaatı 
tabe edilmiş,  1804-cü il yanvarm 2-də  isə G əncə  qalası həm lə  ilə 
alınmışdı.  Rus  qoşunlarınm kom andanı general  Sisianov İbrahim- 
xəlil  xandan  K ürəkçay  yaxınlığm dakı  düşərgəsinə  gəlib  Rusiya 
təbəəliyinə  keçm ək haqqmda  andlı  m üqaviləni  qəbul  etm əyi  tə- 
ləb etdi. M üasir silahlarla təchiz edilmiş rus ordusuna m üqavim ət 
göstərm əyi  qeyri-mümkün  hesab  edən  və  gəncəli  Cavad  xanın 
aqibətini  yaşam aq  istəm əyən  İbrahim xəlil  xan  bu  ultimatumla 
razılaşdı.
1805-ci  il  m aym   14-də  (26-da)  G əncə  şəhərinin  20  verstli- 
yində,  K ürəkçay  sahilində  general  Sisianovla  İbrahim xəlil  xan 
arasında  bağlanmış  m üqaviləyə  görə,  xan  rus  im peratorundan 
vassal  asılılığını  qəbul  etdi.  Xam n  səlahiyyətləri  xeyli  m əhdud- 
laşduıldı.  M üqaviləyə  əsasən,  xan  qonşu  hakim lərlə  heç  bir 
əlaqəyə  girm əm əli,  daxil  olan  m əktublarm   əhəm iyyətlilərini 
Rusiyam n  Qafqazdakı  baş  kom andanm a  göndərm əli  idi.  Şuşa 
qalasında  500  nəfərlik rus  qoşunu  yerləşdirilir,  xan  sədaqət  əla- 
m əti  olaraq  böyük  oğlunun  ikinci  oğlunu  həm işəlik  Tiflisdə 
yaşam aq  üçün  girov  verməli  idi.  Bunun  m üqabilində  rus  dövləti 
vəd edirdi ki, xanın mülkü toxunulmaz qalır,  xanlığm  idarəsi irsi, 
böyüklüyə  görə nəsildən-nəslə keçir və rus  çarı bunu təsdiq edir; 
m əhkəm ə  işləri  üzrə  cəza verm ək və  vergi toplamaq hüququ xa- 
nın  səlahiyyətində  qalırdı  (207,  s.705).  Bundan  başqa,  müqavi- 
ləyə görə,  xanın böyük oğlu M əhəm m ədhəsən ağa vəliəhd təyin 
edilmişdi.  Tiflisdə girov qalmalı olan da m əhz M əh əm m ədhəsən

Zemfıra Hacıyeva
tu -.xrzc
5
v^.
/   dS?.  ^ 9 ^ « M İ C
ä
S
c
^
«
/  ? ¥
j
?  iT & K «^a«,
a
™ ~ * 6 r * y
 
Ä ^ ^ i t > a  
J tZ ^ c ~ C >   A ^ k M ^ y ^ A
t*,*f
,r 
tc.
tf?
«*
.X ä S ^
Q arabağ xanlığının Rusiyanın  tərkibinə  qatılmasını 
bəyan  edən  Kürəkçay müqaviləsinin  üz qabığı
Qarabağ xanlığı
ağanın  ikinci  oğlu  idi.  İbrahim xəlil  xana  general-leytenant,  M ə- 
həm m ədhəsən ağaya və M ehdiqulu ağaya general-mayor, X anlar 
ağaya isə polkovnik rütbələri  verildi (55,  s.  135).
K ürəkçay  m üqaviləsindən  az  sonra  M əhəm m əd həsən  ağa 
xəstələnib dü nyasım  dəyişdi. M irzə Camal yazır:  «... Ü rəkdə rus 
dövlətinə itaət etm əyə razı olmayan bir dəstə adam M əhəm m əd- 
həsən  ağanın  vəfatından,  M ehdiqulu  ağanın  vilayətdən  uzaqlaş- 
masmdan,  m ərhum   İbrahim xəlil  xanm xəstəliyi,  yaşının  çoxluğu 
və  qüvvəsinin  azhğm dan  istifadə  edərək  m üqavilə  və  əhdnam ə- 
nin  əksinə  olan  işlər  görm əyə  başladılar»  (55,  s.137).  General 
Sisianov M ehdiqulu  ağanı təcili  Şuşaya göndərdi.
1806-cı  ilin  yazında  İran  qoşunu  yenidən  Q arabağa  hərbi 
yürüş  etdi.  İranlılar  gizlicə  İbrahim xəlil  xanın  yanm a  adamlar 
göndərib onu öz tərəflərinə çəkm əyə cəh d göstərdilər.  Bu zaman 
Qarabağda  rusların  hərbi  q ü w ə s i  çox  az  idi.  M ayor  Lisaneviçin 
başçılıq  etdiyi  yeger  dəstəsindən  başqa  bir  q ü w ə   yox  idi.  Qara- 
bağ  elləri  və  kəndləri  ayaq  altında  qalmasm  deyə  İbrahim xəlil 
xan m anevr etm əyə,  iranlılarla xoş rəftar etm əyə başladı.  Bu, ma- 
yor  Lisaneviçi  şübhəyə  saldı.  Erm ənilər  isə  xanm  tam am ilə  İran 
tərəfinə  keçdiyini  iddia  etdilər.  M irzə  Camal  yazır:  «H əqiqətdə 
isə  (rus)  qoşunu  çox  yubandı.  Qızılbaşlar  və  onlarm   qoşunu 
qalanm  iki  ağaclığına  çatmışdı.  M ərhum   İbrahim xəlil  xan  evini 
və köçünü Xan  bağmdan qalanın yaxmlığına gətirdi.  D ələduzlar- 
dan  bir  neçəsi  m ayora nə  isə  m əlu m a t  verm işdilər.  G ecə  m ayor 
bir  dəstə  qoşunla  İbrahim xəlil  xanın  yaşadığı  m ənzilə  getdi. 
Hökmü dəyişilm əz olan fələyin qəzasm dan m ərhum  İbrahim xəlil 
xan bir neçə n əfər əhli-əyalı və yaxm  adamı  ilə orada öldürüldü» 
(55, s. 138).  Şəkili Səlim  xanın bacısı olan xanm arvadı, şəkili Hü- 
seyn  xanın  qızı  olan  xanın arvadı  Tuti  bəyim ,  xanm  B ikə  ağadan 
olmuş qızı,  xanın G övhər ağanın anasm dan olmuş oğlu (13 yaşın- 
da),  H ərəm ixan,  S əltənət  bəyim ,  Səbreyi  xan,  A bbasqulu  ağa, 
Hacı  H üseynəli  bəy  K əbirli,  M irzə  Haqverdi  K əbirli,  H üm m ət

bəy  Cavanşir,  Həsənağa,  Gülməli  bəy  Sarıcalı,  M irzətağı  Əfşar, 
Əlipənah-pişxidmət, Xacə H əsən Ə cəm  oğlu K əbirli, Qaranrn iki 
oğlu və  4 nəfər şuşalı,  İbrahim xəlil xanla birlikdə  20 nəfər qətlə 
yetirilmişdi  (51,  s.176).
Bu  zaman  M ehdiqulu  ağa  və  C əfərqulu  ağa  Şuşada  idilər. 
Onlar rus dövlətinə qarşı qiyam etm ədilər.  1806-cı ilin sonlarında 
Qafqazın  yeni  komandanı  təyin  edilmiş  general  Qudoviç  Tiflisə 
gələrək M ehdiqulu ağanm Qarabağ xanı  təyin edilməsi  haqqmda 
imperator fərmanmı ona təqdim  etdi  (55,  ss. 139-140).
Sonda qeyd edək ki, İbrahim xəlil xanm Azərbaycanm  xanlıq- 
lar  dövrü  tarixində  özünəməxsus  yeri  var.  Onun  hakim iyyəti 
dövründə  Qarabağm  qüdrəti  xeyli  artmışdı.  İbrahim xəlil  xan  öz 
qohum u  Əsədulla bəyi  Təbrizin  xan  taxtına  çıxartdı  (185,  s.36), 
Naxçıvan, Qaradağ və bəzi digər xanlıqlar Qarabağ xamndan asılı 
vəziyyətə düşmüşdü (154,  s.36). O, X əm sə m əliklərinin bölüşdü- 
rücülük hərəkətlərinə  son  qoydu.  Avar Üm m ə  xanın bacısı Bikə 
xanım la  evlənmiş  İbrahim xəlil  xan  böyük  hərbi  gücə  m alik  bir 
m üttəfıq  əldə  etmişdi.  Sonralar  şəkili  Səlim   xanm  bacısı  ilə 
evləndi  və  sonda  Şəki  xanlığma  da  təsir  etm ək  imkam  qazandı 
(55,  ss. 120-121).  İbrahim xəlil  xanm   dövründə  Qarabağ  xanlığı 
qüdrətinin ən yüksək zirvəsinə çatmışdı. X anlıq təkcə qonşu xan- 
lıqların  hücum larm ı  d ə f  etm irdi.  Onun  İran  hökm darı  Ağa 
M əhəm m əd şaha layiqli və güclü m üqavim ət göstərm əsi də qeyd 
olunmalıdır.
O  dövrdə  Qarabağ  xanhğında  baş  verən  siyasi  prosesləri 
A zərbaycanm   başqa  xanlıqlarmda  da  m üşahidə  etm ək  olardı 
Xanlıqlar arasmda gedən çəkişm ələr onları zəiflədir, vahid dövlət 
quruluşunun  yaranmasım  ləngidir,  xalqm  sülh  və  əmin-am anlıq 
şəraitində  yaşam aq  intizarım  uzadırdı.  N ə  qəd ər  acı  olsa  da, 
tariximizin bu dövrü xalqımızm  alın yazısı  idi.
3. Xanlığın ərazisi və təbii-coğrafi mövqeyi
Qeyd  olunduğu  kimi,  Qarabağ  K ür  və  Araz  çayları  arasında 
geniş  bir  ərazini  tuturdu.  H əm in  ərazinin  çaylarm  qovuşuğuna 
yaxın şərq hissəsi  ovahq,  qərb hissəsi  isə  dağlıq idi.
Kür-Araz  ovalığınm  bir  hissəsi  olan  Qarabağ  düzü  şimal- 
qərbdən  Gəncə-Q azax  düzənliyi,  qərbdən  isə  K içik  Qafqazın 
M urov  dağı  və  Qarabağ  silsilələri,  cənubdan  və  cənub-şərqdən 
M il düzü ilə əh atə olunur. O, Şirvan düzündən K ür çayı vasitəsilə 
ayrılrr.  D ağətəyi  hissədə  hündürlüyü  okean  səviyyəsindən  500 
m etrə  q əd ər  yuxarıdır.  Səthi  z ə if   dalğavari  v ə  terraslıdır. 
D ağətəyi  hissədə relyefi d ərə və yarğanlıdır.
Antropogen  sisteminin  allüvial-prolövial  çoküntülərindən 
təşkil  olunmuşdur.  Qarabağ  düzü  gil,  çm qıl,  qum  və  neft  kimi 
faydalı qazmtılara malikdir.  Qarabağ düzünün iqlimi əsasən müla- 
yim,  isti və  quru subtropikdir.  İllik yağıntı az (250-350 mm)  olsa 
da, ərazisindən İncəçay, T ərtər, Xaçm, Qarqar və s.  çaylarm keç- 
m əsi  Qarabağ düzündə əkinçilik üçün əlverişli şərait yaradırdı.
Vulkanik  yayla  olan  Qarabağ  yaylası  Zəngəzur  və  Qarabağ 
silsilələri  arasmda  T ərtər  və  H əkəri  çaylarm ın  yuxarı  axarında 
yerləşir.  Okean səviyyəsindən orta hündürlüyü 2000-2500 m-dir. 
Səthi  dalğavaridir,  çay  dərələri  ilə  parçalanm ışdır.  Püskürm ələr 
nəticəsində yaranmış yaylanm özülünü qədim  suxurlar təşkil edir. 
Yaylada molibden,  odadavamlı perlit,  dəvəgözü, tikinti  m aterial- 
ları,  cod qızü yatağı,  mineral su m ənbələri var (47,  s.46).
Y aylanm   iqlimi  soyuqdur,  qışı  xeyli  sərt  keçir,  yağıntıların 
illik miqdarı  500-800  mm-dir.  T ərtər,  Hocazsu,  Zabux,  Bazarçay 
Qarabağ  yaylasından  başlanır.  Y aylada A la  göllər,  Qaragöl  və  s. 
göllər  var.  Yaylanm   torflu  dağ-çəm ən  torpaqlarm da  alp,  çimli 
dağ-çəm ən torpaqlarında subalp  çəm ənləri  geniş  sahə tutur.  Orta 
dağlıqda vələs-palıd m eşələri var (47,  s.46).  Tarixi  Qarabağ vila- 
yətinin  m ühüm   hissəsini  K içik  Qafqazm   Qarabağ  və  Zəngəzur

Qarabağın dağları
dağ  silsilələri  təşkil  edir.  Qarabağ  silsiləsi  şim al-qərbdə  Tərtər 
çayının  dərəsi  ilə  M urovdağ  silsiləsindən,  qərbdən  isə  H əkəri 
çayınm  dərəsi  ilə  Qarabağ  yaylasm dan  ayrılır.  Y ura  və  təbaşir 
sistem lərinin  çökm ə  və  vulkanik  suxurlarm dan  əm ələ  gəlm iş 
Qarabağ dağları polimetal fılizlər, xromatit, mis, tikinti daşı, m ər- 
m ər, kəc, ə h ən g  xammalı, gil v ə s.  ilə zəngindir.  M ineral su ehti- 
yatlarm a  malikdir.  Silsilənin  qərb  yam acları  dik  olduğu  halda, 
şərq yam acları Qarabağ və M il düzlərinə  tə rə f tədricən alçalır.
D ağlıq  Qarabağ  K içik  Qafqazm   cənub-şərq  çıxm tısm m   da- 
vamıdır.  Dağlarm   hündürlüyü  1400-dən  3740  m .-ə  çatır.  Dağlıq 
Qarabağm  ərazisini  4  şərti  zonaya  bölm ək  olar:  yüksək  dağlıq 
zona-1800-3000 m yüksəklikdə olan, əsasən  çəm ənliklərdən iba- 
rət  yaylaq idi;  yaylaqların üm umi  sahəsi  təxm inən  37000  ha idi. 
Bu  zonaya  ildə  600  mm  yağıntı  düşür;  dağlıq  zona-950  m -dən 
1800  m -ə  qədər  yüksəklikdə  yerləşir.  Bu  zonada  illik yağıntının 
miqdarı  4 00-600  mm-dir.  Burada  169000  ha  enliyarpaq  m eşələr 
var.  Başlıca  m əşğuliyyət  maldarlıqdır.  D ağətəyi  zona  -   300-dən 
950  m -ə  qədər  yüksəklikdə  olan  m ülayim-isti  iqlim ə  malikdir; 
aşağı zona  150-dən 300 m -ə qədər yüksəklikdə yerləşir və 38000 
ha  ərazini  əhatə  edir.  İqlimi  m ülayim   istidir,  isti  yayı  olur,  illik 
yağıntmın m iqdarı 260-300 m m -dir (95,  ss.1-2).
Dağlıq Qarabağm torpağı aşağı zonada tünd-boz,  bir az yuxa- 
rıda qonur, tünd qonur və şabalıdı rəngdədir. M eşəlik ərazidə tor- 
paq tünd boz,  qızılı,  alp çəm ənliklərində  torpaq güm üşlə  zəngin- 
dir.  Sərt  yam aclarda  torpaqda  gümüs  və  duzlar  azdır,  aranda  isə 
çoxdur.  Dağlıq Qarabağdan Turağaçay, İncəçay,  Canataq, Qabar- 
h,  K olatak,  Ballıca,  Xocalı,  Xonaşen,  Am aras,  K öndələn,  Quru- 
çay,  Qozlu,  Aragül,  Dolanlar çayları axrr (95,  ss.2-7).
Y aylaqlar  çəm ənliklərdən  ib a rə td ir  və  otdan  başqa  heç  bir 
bitki bitmir.  Y aylaqlardan aşağıda, dağlarm yamacları m eşələr və 
kolluqlarla  örtülmüşdür,  ara-sıra  dağ  kəndləri  sakinlərinin  taxıl 
əkinləri  üçün  istifadə  etdikləri  sah ələr  vardır.  Y üksək  yerlərdə

əkinlərə nadir hallarda rast gəlm ək olur.  İqliminin sərtliyi dağ zo- 
nasının  sakinlərinə  m eyvə  bağları  və  üzüm lüklər  salm ağa  imkan 
verm irdi  və  buna  görə  onlar yalnız yazlıq və  payızlıq buğda,  pə- 
rinc  və  arpa  yetişdirm əklə  kifayətlənirdilər.  Bu  zona  rütubətli 
iqlimi  ilə  fərqlənir,  qısamüddətli  və  dövri  yağışlar  yağır,  tez-tez 
duman olur.
Y ağışlar yalnız yaylaq otlarına əlverişli təsir göstərir, m ədəni 
bitkilərə zərər yetirirdi. B əzən taxıl əkinləri yetişm əyə m acal tap- 
mırdı.  Tez-tez yağan dölu kənd təsərrüfatm da böyük itkiyə səbəb 
olurdu  (180,  s.223).
Z əngəzur yaylası  Tərtər və  Arpa  çaylarınadək m eridian  isti- 
qam ətində uzamr.  Əsasən qranit və qranodioritlərdən əm ələ gəl- 
mişdir.  Silsilənin qərb yamacları çöl və yarım səhra bitkiləri,  şərq 
yamacları  enliyarpaqlı  m eşələr  (palıd,  vələs,  göyrüş,  ağcaqaym) 
və  subalp  çəm ənləri  ilə  örtülüb.  Mis  v ə   molibden  yataqları  var 
(72,  s.316).
Rzaqulu bəy M irzə  Camal  oğlu Q arabağm  təbiəti barədə ya- 
zırdı:  «Qarabağm dağlıq yerləri və yaylaqları Göycə sərhədlərin- 
dən tutmuş  Ordubada qədər  başdan-başa  cənnətə  bənzər çəm ən- 
likdir.  Y aylaq  olmasına  baxmayaraq,  burada  qışda  da  mal-qara, 
qoyun,  heyvan  saxlamaq  olur.  Bu  y erlər  də  Qarabağ  səhrasının 
qışlaqları  kimi  çox  səlam ət  olur  və  qışda  mal-qaraya  soyuqdan 
heç z ə rə r toxunmur»  (66,  s.245).
Dağlar  düzənliyə  tədricən  keçir.  Onların  arasmda böyük də- 
rələr  vardrr,  onlar  düzənliyə  yaxm laşdıqca genişlənir,  vadilər və 
çökəkliklər  meydana  gətirirlər.  Bütün  bu   vadilər  və  çökəkliklər 
dağətəyi zonanı təşkil edir.  Bu zonanın iqlimi m ülayim dir, nə çox 
quru, nə də hədsiz rütubətlidir. Burada taxıl yetişdirm əklə yanaşı, 
bağçılıq  və  üzüm çülüklə  də  m əşğul  olurlar.  Bu  zonada  yetiş- 
dirilən bitkilərin növü yerin topoqrafik quruluşundan çox asılıdır, 
yerin  mövqeyi  və  yüksəkliyi  başlıca  şərtlərdir.  D ərənin  günəşli 
hissəsində  bağlar  və  üzüm lüklər  yetişdirilir,  Günəş  tutm ayan

Zemfıra Hacıyeva
Qarabağın  relyefi öz müxtəlifliyi ilə seçilir
Qarabağ xanlığı
tə rə fd ə   isə  yalnız  taxıl  y etişd irm ək   m ümkün  olurdu  (180, 
ss.223-224).
D üzənlik  zonada  əkinlərin  sahəsi  suvarma  im kanlarm dan 
asılı  idi.  D üzənliyin  iqlimi  çox  qurudur.  İstilik  yay  aylarında 
gündüz 45  dərəcəyə  çatır,  bu nəinki m ədəni,  hətta yabanı otların 
bitm əsinə  imkan vermir.  Lakin suvarm a qurğuları olduqda bu zo- 
nanm   torpağı  çox  m əhsuldar  olur  və  isti  iqlimə  m əxsus  bütün 
m ədəni  bitkiləri yetişdirm əyə  imkan  verir.  Rzaqulu  bəy  Qaraba- 
ğın  aşağı  zonasm m   təbiətindən  bəhs  edərək  yazırdı:  «Qarabağ 
səhralarına gəldikdə dem ək  olar ki,  dağın ətəym dən,  Arazın Xu- 
dafərin körpüsündən başlayaraq G əncə sərhədi və Cavad kəndinə 
qədər  olan  yerlərin  ham ısı  Arazdan  çəkilən  arxlann  suyu  ilə 
suvarıln-dı.  Bir  tərəfdən  Qarqar,  digər  tərəfdən  isə  K ö ndələn  
çayları axır.  K öndələn və Qarqar çaylarınm kənarm da Q ala təp ə- 
sinə  qədər böyük bir arxın  suyu Qarqar çayına tökülür.  Bu böyük 
arxdan  C avad  k ənd in ə  q ə d ə r  olan  m əsafə  təx m in ən   altı 
ağacdır...»  (66,  s.246).
Bu  zonada  yazlıq  və  payızlıq  buğda,  arpa,  pərinc  və  çəltik 
əkilirdi.  Çəltiyi  əsasən  H əkəri  boyunca  yerləşən  k ənd lərdə 
yetişdirirdilər.  D üzənlik  zonada  üzüm lüklər,  tut  bağları,  şaftalı, 
nar,  şabalıd,  heyva,  xurma  ağacları  çox  idi.  D üzənlik  zonada 
bütövlükdə  taxıl  əkinləri  az  idi,  çünki  sahələrin  çoxunda  m eyvə 
və tut bağları var idi  (180,  s.224).
Xanlığın  ərazisinə  daxil  olan  geniş  M il  düzü  ilin  çox  hissəsi 
ölü  səhra  olur  və  yalnız  3-4  qış  aylarında  canlanır.  Bu  zaman 
elatlar öz heyvan sürüləri  ilə  bura gəlirlər (180,  s.224).
Beləliklə,  Qarabağ xanlığm m   ərazisini  şərti  olaraq  5  iqtisadi 
zonaya bölm ək olar: yaylaqlar, dağ zonası, dağətəyi, aran zona və 
çöllük.  3 orta zonada oturaq təsərrüfatla m əşğul olan kəndlilər ya- 
şayırdı.  Birinci  və  beşinci  zonadan  tərəkəm ə  m aldarlar  istifadə 
edirdi.  Dağ  zonası  əkinçilik,  aran  zona  bağçılıq,  dağətəyi  zona 
əkinçilik  və  bağçılıq  rayonu  idi.  D ağətəyi  zonanm  bəzi  kəndlə-

Qarabağda düzərı  ərazilər və  çay vadisi
rinin  sakinləri  əkinçiliklə,  digər  kəndlərin  sakinləri  isə  əsasən 
bağçüıqla  m əşğul  olduğu  üçün  tədqiqatçılar  oturaq  təsərrüfatla 
m əşğul  olan  kəndləri  iki  h issəy ə  -   dağ  v ə  aran  zonasına 
bölmüşlər,  dağətəyi  əkinçi  kəndlər  dağ  zonasına,  bağçılıqla 
m əşğul  olan  kəndlər  isə  aran  zonasma  aid  edilmişlər.  Elatlar 
qışlaqlardakı  qazmalarda  yaşayırddar.  Onlar  istisnasız  olaraq 
heyvandarlıqla məşğul olurdular (180,  s.224).
Qarabağ  xanlığınm   ərazisi  dağlarla  örtülmüşdü.  Burada  Bö- 
yük  K irs,  K içik  K irs,  M urov,  Sağsağan,  Xonaşen,  Ziyarat,  A la- 
qara,  Çırçıdağ və çoxlu başqa  dağlar vardır.
Qarabağın  dağlıq  hissəsini  iki  zonaya  bölm ək  olar:  birinci 
zona dəniz səthindən  1800-3000 m yüksəklikdə yerləşir və gözəl 
çəm ənliklərlə  örtülmüşdür,  bəzi  yerlərdə  çılpaq  qayalara  rast 
gəlm ək  olur.  Bu  zona  m aldarlann  yaylaq  yerləri  idi.  Cidalar, 
Tozağac, Qızübulaq, Uzunyan, Daşbulaq,  Cabbay, K eşişdağ,  Çil- 
lik,  Qırxqız,  Sarıdərə,  Sarıbaba,  K əllücan,  Qızıldaş  və  bir  çox 
digər dağlar elatların yaylaqları  idi.  Bütün bu dağların çox hissəsi
Q arabağın  çayları  əkinçilik üçün yaxşı zəmin yaradırdı

m eşələrlə, yaxud sıx otlarla örtülü idi və yalmz M ehri-C üney ma- 
halında  çılpaq  dərələr vardı  (138,  s.256).  Gülüstan  (Talış),  Gilə- 
börd,  Kolam ,  Haeısamlı,  Qaraçörlü,  Zəngəzur,  Sisyan,  Güney 
M ehri,  Qafan,  Dizaq  və  V ərəndə  m ahalları  bu  zonalarda  yerlə- 
şirdi.  İkinei  zona  dəniz  səthindən  950-1800  m hündürlükdə  yer- 
ləşir və maldarlıqla m əşğul olmaq üçün daha əlverişli idi. Buranın 
iqlimi mülayim-soyuqdur,  yaz və payızı çox yağmtılı olur.
Xanlığm  ikinci  hissəsi  dağətəyi  olub  dəniz  səthindən  300- 
950 m yüksəklikdə yerləşir.  Qarabağ bütün istiqam ətlərdə cənub- 
qərbdən  şim al-şərqə  doğru  axan  çaylarm  yaratdığı  dərələrlə 
parçalanır.  Bu dərələr ovalığa yaxınlaşdıqca genişlənərək vadilər 
və  çökəkliklər  yaradırlar.  Dağlıq  və  düzənlik  hissənin  iqlim 
şəraitinə  m alik  olan  dağətəyi  zona  xanlığm   nisbətən  yaxşı 
məskunlaşmış  əkinçilik-bağçılıq rayonu idi (185,  s.23).
Qarabağın yolları
Üçüncü,  düzənlik  hissəsi  düzənlikdən  və  çöllükdən  (Mil 
düzü)  ibarətdir.  D üzənlik  Qaraçayın  m ənsəbindən  başlayaraq, 
Arazda  X udafərin  körpüsünədək  olan  ərazini  ə h atə  edir.  D əniz 
səthindən  150-300 m yüksəklikdə yerləşən bu rayonda əkinçilik, 
ipəkçilik  və  bağçılıq  geniş  yayılmışdı.  Bu  hissənin  iqlimi  daha 
quru  olduğundan  kənd  təsərrüfatm da  süni  suvarm adan  istifadə 
edirdilər.  İyirmi  dörd,  Cavanşir,  1-ci  v ə  2-ci  K əbirli,  Otuziki, 
Təklə-M üğan,  Dizaq-Cavanşir və  Arazlar m ahalları  düzən  zona- 
da  yerləşirdi.  H əkəri,  Bərgüşad,  Gavundur  və  Basit  çaylarım n 
m ənsəbinə  yaxm  ensiz  vadilər  var  idi  (138,  ss.256-257).  Bütün 
bu ərazilər m əhsuldarlığı  ilə  fərqlənirdi.
Qarabağ  torpağı  çox rəngarəngdir:  dağlıq zona  qaratorpaqdır 
(Güney M ehri m ahahnm  torpaqları istisna olmaqla, burada torpaq 
daşlıdır);  H əkəri,  Çavundur  və  Basit  düzləri  istisna  olm aqla  dü- 
zənlik  zonada  torpaq  gilli,  qumlu  və  qism ən  şorandır.  Dağlıq 
zonalarda  iqlim  mülayim  olduğundan  yalnız  buğda,  arpa,  pərinc, 
kətan və qism ən darı yetişdirm ək mümkün idi.  D üzənlik zona isə 
isti  iqlimə  m əxsus  bütün  bitkiləri  yetişdirm əyə  im kan  verirdi. 
İstifadəyə  yararlı  torpaqlar  xanlığm   Dizaq,  Z əngəzur,  Sisyan, 
Tativ,  Çavundur v ə Bərgüşad m ahallarm da idi  (138,  s.257).
Xanlığm   təsərrüfat həyatm da  Tərtər çayı böyük rol  oynayır- 
dı, düzənlik hissədə Tərtər çaymdan  140 kəndin əkin sahələri su- 
varılırdı.  Qarabağ  silsiləsinin  qərb  yamaclarından  axıb  Araza  tö- 
külən  H əkəri  çaymm  suyundan  33  kəndin  tarlaları  bəhrələnirdi. 
K ür çayına tökülən Xaçm çayının suyu ilə bir neçə kənd, Qarqar- 
çay  vasitəsilə  42,  Bazarçay  vasitəsilə  22  kəndin  tarlasım   suvar- 
maq  mümkün  idi  (185,  s.25).
İki  tə rə fd ə n   axan  K ü r  və  A raz  çaylarının  təsə rrü fa t 
əhəm iyyəti  az  idi.  Çünki  K ür  çayının  sahilləri  dik  və  sərt,  Araz 
isə  hündür qayalarm  arası  ilə  dar yataqla axırdı.  Q arabağda  daha 
bir  sn a   çaylar  var.  Qarqar,  Qaraçay,  K ürəkçay,  M ehri,  Basit, 
M alvalin,  Çavundur,  yaxud  Qapan,  H əkəri,  X açm ,  Xanaşın,

Zemfıra Hacıyeva
Qozluçay Araza tökülür.  M ənbəyini  Sarıdağdan götürən M ehriyə 
sağ  tərəfdən  Zuvar,  Xout  və  K alaxan  kimi  kiçik  çaylar  tökülür. 
Soldan  M ehriyə  Gioxşa və  Barşnazur çayları  tökülür.  Şeşkirt da- 
ğmdan başlayan Basit çayı  Çavundur m ahalına çıxaraq (Qapança- 
ym  m ənsəbindən  4 verst  yuxarıda)  Araza  tökülür.  Basitə  sağdan 
Kelein,  soldan isə  Şıxayz kiçik çayları tökülür.  M anvalin m ənbə- 
yini  M amadıq  dağındakı  bulaqlardan  götürür  və  Basitin  m ənsə- 
bindən 35 verst yuxarıda Araza tökülür.  Gülüstan m üqaviləsindən 
sonra  Türkmənçay  m üqaviləsi  bağlanan  dövrə  qədər  Rusiya  ilə 
İran  arasmda sərhəd rolunu  oynayan  Çavundur,  yaxud Qapançay 
Qapan  m ahahnda  Qapıeıq  dağından  başlayır  və  sağ  tərəfdən 
Saxarsu,  Bisdirqin,  Ausu,  Siralurd,  Arsud,  Toxaş,  Dev,  Qilidzur, 
Bix, Kerxana, Güztgün və Gecili çaylarmı qəbul edir.  Yuxarı axa- 
rmda Ginli adlandırılan H əkəri çayı Hacısamlı m ahalında iki çay- 
dan  -   Şalva  və  Ələkçidən  yaram r  və  (Şərifan  kəndinin  yanında) 
Araza  tökülür.  Bazarçay  Sarıdərə  dağmdan  başlayır,  m ənsəbinə 
yaxın  Bərgüşad  adlanır.  Xaçm çay  Xaçın  mahalındakı  dağlardan, 
Qozluçay Dizaq m ahalmdakı  dağlardan başlayır.  Q arqarçay  Şuşa 
yaxınlığında üç kiçik çayın (X əlfəli,  Ballıca və Xocalı) çaylarınm 
birləşm əsindən  yaranır.  X anlığm   çox  mühüm  çayı  olan  Tərtər 
Hacısanlı  mahalında  iki  kiçik  çaym  (İstisu  və  Zəylik)  birləş- 
m əsindən  yaranır və  K ürə  tökülür.  İncəçay  Giləbörd  m ahalında 
Gülüstan  dağmdan  başlayır  və  İyirmidörd  m ahalınm   kəndlərinə 
yayılır.  Qardbəy  Ciləbörd  m ahalındakı  M urovdağdan  başlayıb 
Qaraçinar  çayı  yanında  iki  qola  -   Goran  və  K ürəkçaya  ayrılır. 
Goran  K ürə tökülür (138, ss.259-262).  Qarabağ çayları gəm içilik 
üçün yararlı deyil.  Kür, Araz, Xaçm  və Bazarçay çaylarında çoxlu 
balıq ovlamaq mümkün  idi.  H əkəri  və Bərgüşad  çaylarınm  m ən- 
səblərində  kifayət qədər iri  qızıl balıqlarına,  habelə  suitilərə rast 
gəlm ək olurdu  (138,  s.262).
Suvarma  üçün  ən  əlverişli  çaylar  aşağıdakılardır:  T ərtər  137 
kəndi, Qarqar 42 kəndi,  Bazarçay 22 kəndi, H əkəri 33  kəndi,  Qa-
Qarabağ xanlığı
pançay,  yaxud  Çavundurçay  12  kəndi,  Q əndalaş  çayı  7  kəndi  su 
ilə təm in edirdi (138, s.262).  İri və xırda çaylarla yanaşı, bulaqlar 
və kəhrizlərdən də  suvarmada geniş  istifadə  olunurdu.
Çaylardan  dəyirm anları  h ərək ətə  gətirm ək  üçün  də  istifadə 
olunurdu.  İstisu  və  Turşsu  mineral  su  m ənbələri  də  xanhqdan 
uzaqlarda  da  m əşhur  idi.  Ərazinin  relyefınin  və  iqlim inin  müx- 
təlifliyi,  torpağm,  bitkilər  və  heyvanlar  aləm inin  m üxtəlifliyini 
şərtləndirirdi.  Xanlığm   düzənlik  hissəsində  torpaq  gilli  olduğu 
üçün m əhsuldarlıq aşağı  idi.
Dağlıq  hissədə  qara  torpaqlar  üstünlük  təşkil  edirdi.  Burada 
payızlıq  buğda,  arpa,  kətan,  darı,  və  pərinc  yetişdirm ək  olurdu 
(138,  s.262).
Xanlığın  heyvanlar aləm i  rəngarəng  idi.  Burada  Qafqaz  ma- 
ralına, ceyranlara, dağkeçilərinə, ayılara, canavarlara, çoldonuzla- 
rına,  tülkülərə,  vaşaqa, dovşanlara rast gəlm ək olurdu.  Quşlardan 
qartal,  qııqovul,  qırğı  geniş yayılmışdı.
Ərazidə zəngin yeraltı sərvətlər olsa da, onların çoxu öyrənil- 
məmiş və əhaliyə m əlum  deyildi. Faydalı qazm tılardan mis fılizi, 
əhəngdaşı,  dəyirm an  daşları  üçün  istifadə  olunan  daşlar,  saxsı 
üçün  gil,  qılınc  və  xəncərlərin  bəzədilm əsində  istifadə  olunan 
kvars  m əlum   idi.  Ağcabədi  yaxmlığında  birinin  perimetri  300, 
digərinin 200  verst olan  iki  duz gölü vardır (138,  s.264).  Şuşanın 
cənub-qərb istiqam ətinin  160 verstliyində Oxçu kəndinin yanmda 
sakinlər uzaq  keçm işlərdən  dəm ir  fılizi  çıxarırdılar.  1823-cü  ildə 
rus  geoloqu  K rijanovski  burada  çıxarılan  filizi  tədqiq  edib 
tərkibinin  qranit,  qneys  (qədim   metamorfık  süxur),  əhəngdaşı, 
bazalt  və  kvarsdan  ibarət  olduğunu  m üəyyənləşdirm işdi.  Oxçu 
fılizi  boz  dəm ir  daş  olub  bir  pudunda  17  funt  çuqun  vardı. 
Krijanovski  Şuşa  şəhərindən  400  sajenlik  m əsafədə  18  sajenlik 
əhəng  təbəqənin  altında  iki  dəmir  fılizi  təbəqəsi  tapmışdı.  Bir 
təbəqənin  1  pud  fılizində  20,  digər  təbəqənin  1  pudunda  isə  18

funt çuqun var idi. H ər təbəqənin  1  1/4 arşın və daha çox qalmlığı 
vardı  (158,  s.51).
X anlıqda  bir  q ə d ə r  acı ta m ı  o lan   göl duzu hasil  o lu n u rd u . 
İribuynuzlu  m alq a ra ,  a tla r,  q o y u n la r  və  balıq  d u z la m a q  üçün 
N axçıvan d u zu n d an  istifad ə  o lu n u rd u  (138,  s.264).
Qarabağın  h ər yerində,  hətta  dağ yam acında  da 
əkinçilik inkişaf etmişdir
Tikintilərin çoxu alçaq v ə bəsit görkəm li  idi.  Q azm a v ə «qa- 
radam »lara  əksər  hallarda  rast  gəlm ək  olurdu.  B əylərin,  digər 
varlılarm  və xanm  evləri isə  hündür və y araşıq lı idi.
Qarabağ xanlığında nəqliyyat yolları çox z ə if inkişaf etmişdi. 
Üç  yararlı  böyük yol  vardı.  Bu yollardan biri  Şuşadan  G əncəyə, 
digəri  Şuşadan  Şəkiyə,  üçüncüsü  İrana  uzanırdı.  A raz  üzərində 
böyük,  h ə lə   1027-ci ildə tikilmiş (11,  s.412)  və daşdan inşa olun- 
muş X udafərin körpüsü salmmışdı. Bu üç böyük yoldan savayx bir 
yol  Şuşadan Gorusa keçm əklə Naxçıvana,  digəri  Şuşadan V ərən- 
də  m əlikliyinin  ərazisindən  keçm əklə  Ordubad  və  İrəvana  uza- 
nırdı.  Sonuncu  iki  yol  dekabrdan  aprelin  sonunadək  keçilm əz 
olurdu (138, s.266).  Şuşadan Üçqovaq (Ağdaş) kəndinə gedən yo- 
lun m ühüm   ticari  əhəm iyyəti  vardı  (113,  s.19).  M ü x təlif nəqliy- 
yat vasitələrindən  istifadə  olunurdu.  At,  dəvə,  ulaq və  qatır baş- 
lıca nəqliyyat vasitələri  idi.

Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin