Zemfira haciyeva qarabağ xanliğI


haqqmm  1/4 hissəsi  (yalnız Güllü bağda  1/3-i) bağbana verilirdi



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
1   2   3   4   5   6   7   8   9   ...   15

haqqmm  1/4 hissəsi  (yalnız Güllü bağda  1/3-i) bağbana verilirdi. 
Barlı  bağı  vaxtilə  Pənahəli  xanm  atası  İbrahimxəlil  ağa  saldır- 
mışdı,  Pənahəli  xan  isə  burada  imarətlər  inşa  etdirmişdi.  Xan 
ailəsihdə vəfat edənləri orada dəfiı edirdilər.  Xan nəslindən olan 
xanzadələrin  dəfiı  olunduğu  Barlı  və  Narlı  bağlarmı,  Pənahəli 
xanın  vəsiyyətinə  əsasən,  satmaq  və  icarəyə  vermək  qadağan

edilmişdi.  Barlı  bağda  xam n  8  otağı  və  ham am ı  olan  yaraşıqlı 
im arəti vardı (193, ss.209-222). Barlı bağın barı xeyrat elan olun- 
m uşdu  və  əhaliyə  pulsuz  paylanrrdı.  Bağm anlar  kəndində  iki 
ə w ə llə r   salmmış  və  bir yeni  m eyvə  və  bir tut  bağı  vardı.  K ənd 
sakinləri  bu  bağlara  qulluq  etm əli  və  qorumalı  idilər.  Buradakı 
bağlar heç  vaxt  icarəyə  verilmirdi,  Şuşaya yaxm   olduğundan  on- 
ların m eyvəsindən xan  ailəsi  istifadə  edirdi.  Bu kənddə xanın  20 
otaqlı  yaraşıqlı  imarəti,  buzxanası,  at  tövləsi,  ham am ı  v ə  s.  inşa 
olunmuşdu  və  ayrı  tikililəri  vardı.  K əndin sakinləri  heç  bir vergi 
ödəm ir,  əvəzində  xanın  bağlarma  qulluq  edirdilər  (193,  ss.209- 
222).  Ağdamdakı  bir  sıra  xan  bağlarm ı  M ehdiqulu  xan  m üxtəlif 
şəxslərə,  o  cüm lədən  «Təzə  bağ»  general  M ədətovun  anasma, 
heç bir adı  olmayan bağı isə İbrahim xəlil və M ehdiqulu xanlarm 
yanmda  çalışmış  X əlil  bəyə,  Hüseyn  bağı  Seyx  M əhəm m ədə, 
yenə  adsız bir bağı  Ə səd bəyə bağışlamışdı.
Feodallara məxsus bostanları kəndlilər becərirdi.  Y alnız Hin- 
darxdakı bostandan İbrahim xəlil xana bir il ərzində 50 yük qovun 
və  qarpız  gətirilirdi  (193,  ss.209-222).  İldə  təxm inən  200-220 
desyatin sahədə bostan becərilirdi (185, s.51). Bostanlarda qarpız, 
yemiş,  xiyar,  boram,  qarğıdalı,  günəbaxan,  noxud,  bibər,  soğan, 
sarımsaq və  s.  yetişdirilirdi.
Qarabağ  xanlığmda üzümçülüyün  inkişafı  üzüm  tənəklərinin 
çınqıllı  torpaqda  bitməsi,  habelə  tənəklərin  daim i  qulluq  tələb 
etm əm əsi  ilə  bağlı  idi.  1832-ci  ildə  Qarabağ  xanlığı  ərazisində 
3.080  üzümlük  vardı  (193,  ss.209-222).  Xristian  kəndlərində 
üzüm dən  şərab  hazırlamrdı.  Xanlıqda  az  da  olsa  (başlıca  olaraq 
M ehri  mahalında),  pam bıq  becərilirdi  (159,  ss.209-222).  Xalq 
təbabəti və baytarhqda istifadə olunan bitkilər də  yetişdirilirdi.
Xanlığın  iqtisadiyyatında əkinçiliklə  yanaşı,  heyvandarlıq da 
m ühüm   rol  oynayırdı.  Qarabağm  əlverişli  təbii  və  iqlim  şəraiti, 
gözəl  yaylaqların  olması  maldarlıq  sahəsinin  inkişafı  üçün  geniş 
imkanlar yaradırdı.  1832-ci  ilin  m əlumatına görə,  Qarabağda çə-
m ənliklərin  üm umi  sahəsi  300  min  desyatin  idi  (193,  ss.209 - 
222).  Qarabağda  digər  xanlıqlara  n isb ətən   heyvandarlıq  daha 
yüksək  səviyyədə  inkişaf  etmişdi.  M aldarlığı  gündəlik  həyatın 
gərəkli  sahəsi  edən  onun  h ə m  əkinçilik vasitələri  (qoşqu  heyva- 
nı),  h əm  ərzaq (ət  və  süd),  h əm   də  toxuculuq m əhsulları  (geyim 
əşyaları)  üçün  önəm li  olması  idi.  M ühüm   xammal  m ənbəyi  olan 
m aldarlıqda  qoyunçuluq  geniş  yayılm ışdı  və  bu  sahə  xanlığm  
xarici ticarət əlaqələrində m ühüm  yer tuturdu.
M əşhur  Qarabağ atlarının şöh rəti Azərbaycandan 
çox-çox uzaqlarda yayılm ışdır

Maldarlıqda  iri  və  xırdabuynuzlu  heyvanlar  çox  önəm li  yer 
tuturdu. XIX əsrin 30-cu illərinə aid məlumata əsasən, Qarabağda 
100 min baş iribuynuzlu mal-qara, 300 min baş xırdabuynuzlu hey- 
van  (qoyun  və  keçilər),  3500  donuz,  20  min  at,  2.200  ulaq,  100 
dəvə  vardı  (138,  s.296).  Mal-qaranın  əhəm iyyətli  hissəsi  xana, 
bəylərə,  məliklərə  v ə  ağalara,  habelə  varlı  kəndlilərə,  elatlara 
məxsus idi.  Əkinçiliklə m əşğul olan əhali iribuynuzlu heyvanları 
başlıca  olaraq  təsərrüfat  məqsədi  üçün  (qoşqu  heyvanı),  qismən 
də qida mənbəyi kimi saxlayırdısa,  elatlar iribuynuzlu heyvanlar- 
dan başlıca  olaraq sənaye  və  ticarət nəfinə  ehtiyaclarmı  ödəmək 
üçün  istifadə  edirdilər.  Elatlardan  fərqli  olaraq  əksər  hallarda 
əkinçi  təsərrüfatlarının  v əziy yəti  iribuynuzlu  heyvanların 
varlığından birbaşa asılı olsa da (185, s.53), köçəri elatlar arasında 
daha çox xırdabuynuzlu heyvandarlıq yayılrtıışdı.
Xırdabuynuzlu  heyvanların  saxlanılması  sənaye  v ə  ticarətin 
inkişafına təkan verirdi.  Qoyunçuluğun inkişafı qaramalın sayının 
məhdudlaşmasına  səbəb  olurdu.  Qaramal  özünə  böyük  diqqət 
tələb etdiyi halda davar m üəyyən dərəcədə kəndlini bu  cür qay- 
ğılardan azad edirdi. Digər tərəfdən, xırdabuynuzlu heyvanlar tə- 
lə f  olduqda  sahibinə  qaramalın  itkisinə  nisbətən  az  ziyan  yeti- 
rirdi. Nəhayət,  davar süd məhsulları ilə yanaşı yuna olan tələbatı 
da ödəyirdi  (185,  s.53).
Maldarlığm  ən  mühüm  sahələrindən  biri  olan  atçılıq  kənd 
təSərrüfatmda  özünəməxsus  yer  tuturdu.  Qarabağda  yetişdirilən 
cins  atlar  öz  gözəlliyi,  dözümlülüyü,  çevikliyi  və  iti  qaçışı  ilə 
fərqlənirdi.  İngilislər  öz hind süvariləri  üçün Qarabağ  atları  ahr- 
dılar.  At yeganə və əvəzedilm əz nəqliyyat vasitəsi hesab olunur- 
du.  Fasiləsiz feodal ara müharibələri və düşmən basqınları  şərai- 
tində  at  döyüşlərdə  minik  vasitəsi  kimi  əvəzsiz  rol  oynayırdı. 
Nadir  hallarda  atdan  kənd  təsərrüfatı  işlərində  istifadə  edirdilər 
(185, s.53). Mirzə Camal yazır ki, «İbrahim xanm yüyrək atlarıvə 
çoxsaylı  ilxısı  İran və  Türkiyədə  şöhrət  qazanmışdı».  Tarixçinin
yazdığma görə,  «xanın atlannm  əksəriyyəti Nadir şahm atlarmm 
cinsindən imiş. Xan onları Azərbaycanm m üxtəlif bölgələrindən, 
habelə Xorasandan alıb gətirmişdi.  Təqribən 3 -4  min xüsusi cins 
ayğırları,  çoxsaylı  qoyun  sürüləri,  iribuynuzlu  mal-qarası  vardı» 
(55, s.145).  At həm  də feodallar üçün bir təmtəraq,  əyləncə vasi- 
təsi idi.  Ovu çox sevən İbrahimxəlil xanm əla cinsə malik xüsusi 
at  ilxıları  vardı.  Xanlıqda  atçılıq  zavodu  fəaliyyət  göstərirdi. 
1832-ci  ildə  11  belə  zavod  qeydə  almmışdı.  Bu  zavodlarda  250 
köhlən və  1.400 madyan saxlanırdı (138, s.296). İri feodallar satış 
üçün  at  yetişdirməklə  məşğul  olurdular.  1832-ci  ildə  Qarabağda 
bir atm dəyəri 30-dan 300 əşrəfıyədək idi (185,  s.54).
Maldarlıqda  ulaqlann  da  m üəyyən  yeri  var  idi.  Qiymətinin 
ucuz  olmasma və  dözümlülüyünə  görə  çox əlverişli  heyvan olan 
ulaq xüsusi qayğı tələb etmir, cüzi qida ilə kifayətlənərək ən ağır 
işləri yerinə  yetirirdi.  Yoxsul kəndlilərin əvəzsiz köməkçisi olan 
ulağın  əlverişli  yollarm  olmadığı  dağlıq  bölgələrdə  rolu  böyük 
idi.  İcmallarda  göstərilən  2.200  rəqəmi  əslində  ulaqlarm ümumi 
saymı  düzgün  əks  etdirmir və  M.Mustafayevin  qeyd etdiyi  kimi, 
onların saymın daha çox olduğu bildirilir  (185,  s.52).
Xanlıqda  müəyyən  miqdarda  qatır  saxlanırdı,  azsaylı  dəvə- 
lərdən  isə əsasən xanlığın cənub  hissəsində (Cəbrayıl v ə  s.) isti- 
fadə olunurdu.
Artım faizinə  görə donuz gəlirli heyvan olsa da,  dini qadağa- 
lara  istinadən  Azərbaycan  xanlıqlannda  donuzçuluqla  məşğul 
olmurdular.  Bu  baxımdan  yalnız  Qarabağ  və  Maku  xanlıqları 
istisna təşkil edirdi.  Tuğ,  Quşçu baba,  Çanaxçı,  Saruşen v ə digər 
kəndlərdə xristianlar donuzçuluqla məşğul olurdular. Palıd m eşə- 
lərində  qozanın  bolluğu  donuzçuluğun  İnkişafma  təkan  verirdi. 
1832-ci  ilin məlumatına  görə,  Qarabağda  3.200  baş  donuz  vardı 
(138,  s.296).
Yaşlı və  cavan qaramal  sürüsünün sayı 250-400 başa çatırdı 
və onları naxırçı otarırdı. Atları, dəvələri, ulaqları v ə qatırlan ay-

rıca,  yaxud  iribuynuzlu  mal-qara  ilə  birlikdə  otanrdılar.  Danalar 
və  camış  balalarmdan  ibarət  sürü  70-100  başdan  ibarət  idi  və 
onları  «buzovçu»  adlanan  iki  nəfər  mühafizə  edirdi.  Y aşlı  və 
cavan  davarlann  sürüsü  400-600  başdan  ibarət  olub  iki  çoban 
tərəfindən  otanlırdı.  Nəhayət,  quzular  və  oğlaqlann  (keçi  bala- 
ları)  sürüsü  200-400  başdan  ibarət  idi  və  sürünü  iki  quzuçu  ota- 
nrdı  (147,  ss.54-55).  Y aylağa  köçm ə  vaxtı  otlaqlarda  mal-qa- 
ranı növünə  və yaşına görə dörd  sürüyə ayırırdılar.
Qış mövsümündə mal-qaranı Kür və Araz çaylannın sahillə- 
rində  otanrdılar.  Qarabağ  yaylaqlannda  mövsüm  may  aymda 
başlayırdı.  Adətən  qışlaqlann  tərk  edilməsi  qışlaqlarda  alafın 
miqdanndan, yaylaqlarda qarın əriməsindən asılı olurdu. Yağmtı- 
sız  keçən  yaz  aylarmda  mal-qaraya  zərər  yetirən  həşəratlann, 
zəhərli  ilanlarm  artmasma  görə  naxırçılar  yaylağa  qalxmağa 
tələsirdilər  (185,  s.54).  Maldarlığm  bu  xüsusiyyəti  1917-ci  ilin 
Oktyabr  çevrilişindən  ə w ə l   bir  sıra  tarixçilərin  Azərbaycanda 
köçəri  maldarlığm  olması  iddialarmm  irəli  sürülməsinə  səbəb 
olmuşdu.  Ancaq  məlum  olduğu  kimi,  köçəri  maldarlar  yalnız 
maldarlıqdan  gələn  gəlirlə  dolanır,  əkinçiliklə  m əşğul  olmur, 
mal-qaranı  yalnız təbii  otlaqlarda  saxlayır,  yem   tədarük  etmirdi- 
lər.  Köçəri maldarlar bir yerdən başqa yerə köçürülməsi mümkün 
olan  alaçıqlarda  yaşayırdı,  yəni  onların  daimi  yaşayış  yeri  və 
təsərrüfat  tikililəri  olmurdu  (147,  s.28).  Halbuki  Azərbaycanda 
elatlar yalnız maldarlıqdan gələn gəlirlə deyil, habelə əkinçiliklə 
məşğul olur, qışa yem tədarük edir,  daimi yaşayış evləri v ə  təsər- 
rüfat  tikililəri  inşa edirdi.  Deməli,  bu köçəri yox,  köçmə  (otqon- 
noye)  maldarlıq idi.  Digər tərəfdən,  köçəri  maldarlığm bir xüsu- 
siyyəti  də  köçəri  maldarlann  otlaqlardan  sərbəst  istifadə  edə 
bilmələri idi. Xanlıqlar dövründə isə elatlar otlaqlardan istifadəyə 
görə xan xəzinəsinə vergi ödəyirdilər (148,  s.149).
Bulaqlara yaxın, küləklərdən qorunan yaylaqlarda köçmərilər 
alaçıqda,  pambıq  parçadan  hörülmüş  çadırlarda,  yaxud  qazma
damlarda yaşayırdılar.  Burada həyat şən v ə maraqlı keçirdi.  Hey- 
van sahibi qışda taqətdən düşmüş mal-qarasmı yaşıl çəmənliklər- 
də kökəldir, evdar qadınlar süd məhsullannı sataraq zəruri sənaye 
malları əldə etmək üçün vəsait toplayırdılar.  Köçlər oturaq əhali- 
y ə  ciddi  ziyan vururdu.  Yaylağa apanlan mal-qara yoldakı kənd- 
lərin  ərazisində  otarılır,  bəzən  bostanlar  v ə  əkinlər  tapdanırdı. 
Buna  görə  də  tez-tez  elatlarla  yaylağa  gedən  yolun  yerləşdiyi 
kəndlərin sakinləri  arasmda münaqişələr baş verirdi.
Heyvandarlıq  məhsulları  əsasən  yerlərdə  emal  olunurdü.  İri 
və  xırdabuynuzlu  mal-qaranm  südündən  yağ,  pendir,  xama  və 
kəsmik  hazırlanırdı.  Qoyunun  yunundan  ip  əyirir,  palaz,  xalça, 
cecim, məfrəş, xurcun və s. toxunurdu. Yundan parça toxuyub çu- 
xa və s.  geyimlər tikirdilər (138,  s.296).
Kəndli  təsərrüfatmda  quşçuluq  nisbətən  z ə if inkişaf etmiş, 
bütünlükdə  daxili  istehlakı  ödəm əyə  yönəlmişdi.  Yalnız  Şuşa 
şəhəri  inkişaf  etdikdən  sonra  kəndlilər  bazara  toyuq,  çolpa  və 
yumurta gətirirdilər.
Xanhqda  zəngin  v ə  rəngarəng  flora,  ətirli  çəm ən  gülləri  v ə 
çöl  bitkilərinin  olması  arılarm  qidalanması  üçün  ideal  şərait 
yaradırdı.  Lakin  arıçılıq  kifayət qədər inkişaf etməmişdi.  Bu,  bir 
tərəfdən,  balrn  satılması  üçün bazann  olmaması,  digər tərəfdən, 
yaylaq-qışlaq həyat tərzi ilə bağlı idi.  Gündəlik qayğılarm çoxlu- 
ğu  da  kəndliyə  arılarla  məşğul  olmağa  imkan  vermirdi.  1832-ci 
ildə Qarabağda 2.500 arı pətəyi qeydə almmışdı.  Qafan,  Çiləbörd 
və Xaçın meşələrində yabanı anlara çox rast gəlm ək olurdu.  Hər 
il  orta  hesabla  600  pud  bal  və  200  pud  mum  əldə  edilirdi  (154, 
s.56).
Ovçuluq daha çox əyləncə səciyyəsi daşıyırdı, canavar, bəbir 
və tülküləri tələyə salmaqla tuturdular.  Kür və Araz çaylan sahil- 
lərində  yaşayan  kəndlilər  su  samurunu  ovlayıb  böyük  m ənfəət 
əldə edirdilər.  Dovşan və vəhşi toyuq, kəklik, turac və s.  quş  ovu 
geniş yayılmışdı (138,  s.298).  Ov ət əldə etməkdən daha çox x əz

əldə  etmək  məqsədi  güdürdü.  Ovçuluğun  z ə if  inkişafı  İslam 
dininin  bir  çox  vəhşi  heyvanlann  ət  və  xəzini  murdar  hesab 
etməsi  ilə  bağlı  idi.  Ov  hakim  sinfə  idman və  əyləncə  kimi  xid- 
mət edirdi. İbrahimxəlil xana məxsus Cuvarlı (Dizaq) kəndində 6 
ovçu  ailəsi  xan  şahinlərinə  qulluq  etdikləri  üçün  bütün  vergilər- 
dən azad edilmişdi (185,  s.57). Ceyran ovu üstünlük təşkil edirdi. 
Sakinlər  cüyür  balalarmı  tutub  əhliləşdirirdilər.  Xristianlar  ayı 
ovuna  üstünlük verərək  oiıun  piyindən  sabun  hazırlanması  üçün 
istifadə edirdilər (185,  s.57).
Əhalinin  bir  qismi  balıqçılıqla  məşğul  olurdu.  Balığı  Kür, 
Araz,  Xaçın  çaylarında,  Bazarçaym  yuxarı  axınmda  tuturdular. 
Kür və Araz çaylarmda qızıl balıq,  nərə,  uzunburun balıq,  naqqa 
balığı v ə s. balıqlar ovlanırdı. Azərbaycanda çox dadlı v ə qiymətli 
alabalıq olurdu.  Bahqçılıq da istehlak səciyyəsi daşıyırdı.  Şuşada
1  batman balıq rus pulu ilə  80  qəpiyə -   1  rubla satılırdı (232).
Xanlığın  dağlıq  hissəsinin  kəndləri  əsasən  dağlarda  və  dağ 
yamaclarında  yerləşmişdi.  Torpaq azlığından  evlər bir-birinə  ya- 
xın  tikilmiş,  həyətlər  və  həyətyanı  sahələr  kiçik  idi.  Xanlığın 
düzənlik hissəsində evlərin sıxlığı bir qədər az idi.
Əhalinin böyük hissəsi dəyələrdə (qazma) yaşayırdı.  Dəyəni 
qurarkən  kəndli  adətən  xəndək  qazırdı,  içəri  tərəfdən  torpağa 
böyük  palıd  ağacları  bərkitdikdən  sonra  üstünə  şalbanlar  qoyu- 
lurdu.  Üst  qatda  şalbanları  daha  nazik  və  yaxm  qoyur,  bununla 
dam  daralaraq  dördbucaqlı  konusvarı  forma  alırdı.  Konusun 
üstündə,  damın  tən  ortasında  dairəvi  kəsİk  (baca)  saxlanırdı,  bu 
kəsikdən  evə  işıq düşür  v ə  içəridəki  ocağın tüstüsü  çölə  çıxırdı. 
Mənzilin  damı  şax  və  küləşlə  örtülür,  üstünə  torpaq  tökülürdü 
(185,  s.57).
Nisbətən  imkanlı  kəndlilər yerüstü mənzillər-qaradamlar  in- 
şa  edirdilər.  Onlar  uzunsov  dördbucaq  şəklində  tikilirdi.  Evin 
döşəməsi dərində olub bərk torpağa çıxana qədər qazılırdı.  Döşə- 
mənin  hər  bucağmdan  təxminən  bir  metr  aralı,  yoğun  kərən-
dirəklər  basdırılırdı.  Kərənləri  meşədən,  bəzən  6-8  cüt  kəl  və 
öküz  qoşmaqla gətirirdilər.  Varlı adamlarm evində belə kərənlər 
qoz  ağacmdan  olurdu.  Bu  dayaq  dirəklərin  yuxarı  tərəfı  haça 
şəkilli  olurdu.  Haçaların  başma  köndələn  vəziyyətdə  iki  yoğun 
kərən  uzadılırdı.  Bu  kərənlərdən  biri  sağ  tərəfdə  olan  bir  cüt 
dirəyin  haçaları  arasmdan  uzadılırdı.  Sonra  həm in  kərənlərin 
başları yenidən onlarm üstünə  qoyulan iki  köndələn  kərənlə  bir- 
ləşdirilirdi və nəticədə 4 dirəyin başı köndələn uzadılmış 4 kərən 
ilə  çatılırdı.  Bu  qayda  ilə  bir-birinin üstünə  arabir  dörd  mərtəbə 
köndələninə  düzülmüş  kərənlər  qaradamın  üstünü  örtürdü. 
Köndələn  qoyulan  kərənlər  cərgəsi  yuxarı  qalxdıqca  damm 
içərisinə  doğru düzülürdü, beləliklə, evin üstü dördüzlü piramida 
şəklini  alırdı.  Onun  ən  yuxarı  hissəsi  6 0-70  sm  böyüklüyündə 
acıq  qalıb  baca  təşkil  edirdi  və  çərçivə  ilə  əhatə  olunurdu. 
Buradan qaradamm içərisinə həm  işıq düşür,  həm  də  evin içində 
olan  orta ocağm tüstüsü xaricə  çıxırdı  (199,  ss. 147-148).
Piramidanın  üzərinə  balta  ilə  yonulmuş  palıd  taxtalar 
düzdükdən sonra üstünə tikanlı ardıc (xərəcəhrə)  şaxlan və onun 
qmntılarını tökürdülər.  Daha sonra küləş basılıb, palçıqlanıb ağac 
tapan ilə  döyülərək bərkidilirdi.  Bir müddətdən sonra qaradamm 
üstündə  əm ələ  gələn  çatları  doldurmaq  üçün  dama  palçıqdan 
suvaq salınırdı.  Qaradamm divarlarınm bir hissəsi qum və gildən, 
daşdan  hörülürdü.  Adətən  belə  qaradamlarda  ev  əşyaları  olma- 
dığından  döşəmədə  əyləşərdilər.  Qaradamm  uzunluğu  boyımca 
buğdanı  saxlamaq  üçün  ambar  olurdu  (197,  s.106).  Dal  divarlar 
boyunca,  daldayaq  dirəkləri  arasmda  1  metr  enində  qazılmamış 
yer  (səki)  -rəflərdən  təsərrüfat  alətlərini  saxlamaq  üçün  istifadə 
edilirdi.  Ön  divarda,  təsərrüfat  rəfı  ilə  üzbəüz  yatacaq  yığmaq 
üçün  sandığa  oxşar  ağzı  açıq  r əf  düzəldilirdi.  Tən  mərkəzdə, 
bacanın  altmda dördbucaq şəklində ocaq qurulurdu.  Qapı  ilə orta 
ocağın  arasmda,  fındıq  ağaclarından  toxunmuş  adam  boyu 
ucalığında  qurudulmuş  taxıl  ehtiyatı  saxlamaq  m əqsədi  ilə  bir

cərgə  səbət  qoyulurdu  (199,  s.149).  Qaradamı  xalça  v ə  palazla 
döşəyirdilər.  Onun bir tərəfmdə palıd ağacından düzəldilmiş yastı 
kürsü  olurdu.  Bu  kürsünü  soyuq  qış  günlərində  ocağın  üstünə 
qoyub üzərinə böyük yorğan salaraq orada qızımrdılar.
B elə  qaradamlarda  böyük  bir  ailə  yaşayırdı.  Ailənin  təzə 
gəlini belə qaradama gətirilərdi və ona evin qapıya yaxm sağ kün- 
cündə pərdə (gərdək) ilə  ayrılmış yer verilirdi (199, ss. 149-150). 
Yağmtı  zamanı  bacanı  taxta  ilə  möhkəm  qapayırdılar.  Yağışdan 
sonra damı tapdalamaq lazım gəlirdi, buna görə də bəzən uşaqları 
oynamaq  üçün  dama  çıxarır və  damda  qaçışan  uşaqlar  özləri  də 
bilmədən bu yolla torpağı möhkəmləndirirdilər.
Gorus kəndinin  şərq hissəsində yüksək yarğanlı dağlar kiçik 
konuslar  əm ələ  gətirmişdir.  Sakinlər  bu  konusları  oyaraq  onlar- 
dan  saman,  alaf saxlamaq  üçün  istifadə  edirdilər.  Rus  qafqazşü- 
nası Zelinski Xmzirək kəndində  çökəkliyin ətrafında çoxlu xırda 
deşiklərin  olduğunu  söyləyir  və  onların  yeraltı  otaqlara  girişlər 
olduğunu bildirir. Bu cür mənzillər üç mərtəbədən ibarət olurdu. 
Orta  mərtəbələrdə  ev  sahibi,  aşağı  mərtəbədə  ev  heyvanları, 
yuxarı  mərtəbədə  ot  və  digər  təsərrüfat  ehtiyatları  saxlanılırdı. 
Yuxan  mərtəbə  həm  də  sığmacaq  rolunu  oynayırdı,  ora  kəndir 
vasitəsilə  qalxırdılar  (219,  s.116).  Daşkənd  kəndində  də  belə 
tikililərin olduğu qeyd edilir.
M ənzillər rütubətli, qaranlıq və dansqal idilər. D əyə və qara- 
damlardan yataq,  qonaq,  yemək,  həm   də  anbar kimi  istifadə edi- 
lirdi.  Pis  mənzil  şəraiti  m üxtəlif xəstəliklərin  yayılmasma  səbəb 
olurdu.  Y əqin  qaranlıq  olduğuna  görə  bu  cür-tikililərə  qaradam 
deyirdilər.  Elatların  mənzilləri  çox  bərbad  vəziyyətdə  idi.  Bəzi- 
ləri hətta alaçıqlarda və  çardaqlarda yaşayırdılar.  Yay mənzilləri 
qamışdan qurulub keçə ilə örtüldükdən sonra gillə, bəzən isə mal 
təzəyi  ilə  suvanan komalar idi.
Tövlələr, pəyələr primitiv şəkildə inşa edilirdi. Daşda açılmış 
oyuqlar və ya yerdə qazılmış xəndək toyuq hinini əv əz edirdi. Bir 
çox hallarda quşları bəzən mal-qara ilə birlikdə  saxlayırdılar.
Xanlığm natural səciyyə daşıyan kənd təsərrüfatmda primitiv 
texnikadan  istifadə  olunurdu.  K ənd  təsərrüfatmm  ixtisaslaşması 
kortəbii təşəkkül tapmış,  suvarma sistemi  geridə qalmış,  təsərrü- 
fat  fəaliyyəti  və  m əişət  formaları  isə  demək  olar  ki,  dəyişm əz 
qalırdı.
Feodal münasibətlərinin hökmranlığı üzündən təsərrüfat eks- 
tensiv  səciyyə  daşıyırdı.  Bəzi  müəlliflər  (Leviatov  və  başqaları) 
təsərrüfatm  bu  xüsusiyyətinə  istinad  edərək  xanlıqlar  dövründə 
kənd  təsərrüfatında  durğunluq  olduğunu  iddia  edirlər.  Lakin 
xanlıqlarda,  o  cümlədən Qarabağ xanlığmda istehsal edilən kənd 
təsərrüfatı məhsulları əhalinin tələbatmı artıqlaması  ilə  ödəyirdi, 
bəzi  hallarda  ixrac  edilirdi.  Beləliklə,  əhalinin  ümumi  artımmı 
nəzərə  alsaq,  xanlıqlarda  və  ilk  növbədə  daha  möhkəm  siyasi 
sabitliyə  malik  Qarabağ  xanlığmda  kənd  təsərrüfatı  məhsulları 
istehsalmm artdığmı demək olar.
2.  Aqrar münasibdthr
R us  qafqazşünasları  Kuçayev,  Zelinski,  Dubrovin,  habelə 
senatorlar  Kutaysov,  Meçnikov  çarizmin  işğalçı  siyasətinə  haqq 
qazandırmaq  məqsədi  ilə  Azərbaycan  xanlıqlarmda  torpaq  üzə- 
rində  xüsusi  mülkiyyətin,  adətlərin  və  qanunlarm  olmadığmı 
iddia  edirdilər.  S.Zelinski  iddia  edirdi  ki,  Qara.bağ xanlığımn  sa- 
kinlərində torpaq sahibliyi şüuru yox idi, onlar öz hüquqlarmı yal- 
mz torpaqdan götürülən məhsullara aid edirdilər (142,  137  s.73).
Maddi  məhsuldar  qüvvələrin  vəziyyətinin  və  səviyyəsinin 
təhlilindən sonra xanlıqdakı istehsal münasibətləri v ə sosial quru- 
luşa nəzər yetirək.  Qarabağ xanhğında  istehsal münasibətlərinin 
öyrənilməsi  istehsal  üsullarmm  tam  mənzərəsini  bərpa  etm əyə,

həm  də xanlıqdakı maddi həyat şəraitinin mənzərəsini yaratmağa 
imkan verir.
M.Mustafayev  İ.Stalinin  1917-ci  il  oktyabr çevrilişinə  qədər 
Bakı  istisna  olmaqla  Azərbaycanda  yanmpatriarxal-yanmfeodal 
münasibətlərin  hökm  sürdüyü  haqqmda  fikrini  əsas  götürərək 
iddia edirdi ki,  guya xanlıqlarda,  o  cümlədən Qarabağ xanlığmda 
yarımpatriarxal-yarımfeodal  ibtidai  istehsal  münasibətləri  hökm 
sürmüşdür  (185).  Halbuki  tarixi  faktlar  Qarabağ,  eləcə  də  Azər- 
baycanm  digər  xanlıqlarmda  inkişaf etmiş  feodal  münasibətləri- 
Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin