Zemfira haciyeva qarabağ xanliğI


«əkər»lər də  təhkimli  idilər  (185,  s.93).  Bu  fıkri  qətiyyətlə  tək-



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

«əkər»lər də  təhkimli  idilər  (185,  s.93).  Bu  fıkri  qətiyyətlə  tək- 
zib  edirik.  Qarabağ  xanlığma  aid  mənbələrdə  ümumiyyətlə 
«əkər» termininə rast gəlinmir.
N ökərlər.  Kəndlilərin  bir  qrupunu  nökərlər  təşkil  edirdi. 
Sərhəd mühafizəçiləri, qulluqçu, xanm v ə başqa feodalların şəxsi

qoruyucuları  «nökər»  adlanırdı.  Nökərlik  irsən  keçirdi,  xan  fər- 
manı  ilə  hər  hansı  bir rəiyyət də  öz ailəsi  ilə  birlikdə  nökər  ola 
bilərdi.  Nökərlərin  sayı  çox  deyildi. 
Onlar  vergi  və 
mükəlləfiyyətlərdən azad idilər. Xan nökərləri  öz vəziyyətlərinə 
görə feodal silkinə aid idilər və bir sıra hallarda hətta bəy rütbəsi 
daşıyırdılar.
X alisə. Xan (xalisə) torpaqlarında yaşayan kəndlilər «xalisə» 
adlandmlırdılar.  Xalisə  kəndlilər hüquqi və  faktiki  durumlarına 
görə rəiyyətlərə uyğun gəlirdilər. Onlar xəzinəyə yox, xanrn özü- 
nün,  yaxud xalisə torpaqlarmm digər sahiblərinin xeyrinə  bütün 
vergi  və mükəlləfiyyətləri yerinə yetirirdilər.
Qullar.  M.Mustafayev xanlarm  əsirlərdən  qul  kimi istifadə 
etmələri haqqında yanlış fikirlər səsləndirmişdir. Q ətiyyətlə deyə 
bilərik ki,  yalnız  dağıstanlılar  əsir  düşən  ruslardan,  gürcülərdən 
və  digər  qeyri-müsəlmanlardan  qul  kimi  istifadə  edirdilər. 
M.Mustafayev yanlış olaraq nökərləri də qul səviyyəsinə  endirir. 
Əslində  nökərlər və hərəmxana kənizləri  bir növ ailə üzvləri  ilə 
eyni durumda fəaliyyət göstərirdilər.  Qeyd  etm ək  lazımdır  ki, 
xanm  şəxsi  nökərlərinin  bir  çoxu  bəy  titulu  daşıyırdı,  onların 
səlahiyyətlərində rəiyyətlər,  mülkiyyətlərində rəncbərlər vardı.
M aaflar.  Bir  çox  tədqiqatçılar  maafları  feodal  sinfinə  aid 
edirdilər.  Ə.Qubaydulin  maafları  feodal  nərdivanmm  ən  aşağı 
pilləsi  kimi  səciyyələndirirdi  (115,  ss.33-34).  İ.Petruşevski  bir 
əsərində  maaflan  kəndli  sinfinə  (204,  s.30)  aid  edirdi.  Əslində 
maaflar ayrıca təbəqə deyildilər.  Maaflar və ya ərəbcə «muaflar» 
«vergi  və  mükəlləfiyyətlərdən azad olanlar»  deməkdir.  Y əni  sa- 
hibkara,  yaxud  dövlətə  vergi  verməkdən  azad  olunmuş  şəxsə 
«maaf»  deyilirdi.  D.M.Zubarev  yazırdı  ki,  kənd  idarəçiləri,  sul- 
tanlar, yüzbaşılar,  məliklər, ağsaqqallar,  koxalar və kəndxudalar, 
onbaşılar-çavuşlar və  gizirlər,  bütün  bunların  qohumları,  müsəl- 
manlığı qəbul  etmiş xristianlar,  bəylərin qohumlan,  nökərləri və 
başqaları  maaf  ola  bilərdilər  (138).  Deməli,  maaflar  müxtəlif
təbəqələrin  nümayəndələri  idilər.  Vergilərdən  azad  olduqları 
üçün  maaflar  xanm  ilk  çağırışı  ilə  silahlanaraq  atlı  dəstələrd ə 
birləşib  hərbi  qulluğa  getməli  idilər.  Sülh  zamanı  maaflar  xan- 
lığın hüdudlarmı qoruyurdular.
Rəiyyətlərin  feodallardan  m üəyyən  şəxsi  asılılığı  olsa  da, 
onlar  təhkimli  deyildilər:  onlarm  almıb-satılması,  bağışlanması 
heç  bir  faktla  təsdiqlənmir.  A ncaq  rəiyyətlərin  məskunlaşdığı 
kəndlər  tiyul  və  ya  mülk  kimi  hər  hansı  feodala  verilə  bilərdi. 
Verilmiş  torpaqlarda  məskunlaşan  kəndlilər  istədikləri  zaman 
həm in  torpağı  tərk  edə  bilərdilər.  Sadəcə  Azərbaycanda  əkinə 
yararlı  torpaqların  azlığı kəndliləri  bu  prosesdən  çəkindirirdi. 
M əhz  xanlıqlar  dövründə  v əziy y ət  gərginləşir,  xanlar  öz 
xəzinələrinin  gəlirlərini  artırmağa  çalışaraq  qonşu  xanlıqlardan 
kəndlilərin köçürülməsinə  çalışu-,  bunun üçün hər cür vasitələrə 
(zorakılıqla köçürmə də daxil olmäqla) əl atırdılar.  B əzi hallarda 
kəndlilər  daha  yaxşı  şərait  vəd  edən  ağaların  torpaqlarına  üz 
tuturdular.  Xanlar  öz  təbəələrinin  digər  xanlıqlara  köçməsinin 
qarşısmı  almaq  m əqsədi  ilə  m üəyyən  məhdudlaşdırıcı  tədbirlər 
görürdülər.  Son  nəticədə  təhkimçilik  şərtlərinin  tətbiqi  cəhdi 
nəzərə çarpsa da, bu, cəhd olaraq qalmış,  qanuniləşdirilmiş təh- 
kimçilik hüququ  (əşya-hüququ)  inkişaf etməmişdir.

3.  Vergi və mükəlləfiyyətlər
Torpaq v ə sudan istifadəyə görə verilən vergilər.  Kəndli- 
lər torpaqdan və  sudan  istifadəyə  görə  xan xəzinəsinə  torpaq və 
arxların  sahiblərinin  xeyrinə  bir  sıra  vergi  və  m ükəlləfıyyətlər 
yerinə yetirirdilər.
İstehsalda tərəflərin münasibətlərinin təzahürü olan rentanın 
hər üç formasma rast gəlm ək mümkün idi. Rentanm əsas forması 
məhsul rentası  idi.  İşləyib  ödəmə  rentası  az tətbiq  olunurdu,  pul 
rentası hələ üstünlük təşkil etmirdi. Yuxarıda sadalananları nə- 
zərə  alsaq,  təsərrüfatm  əsasən  natural  təsərrüfat  çərçivəsində 
qaldığmı aydın m üşahidə edə  bilərik.
1. 
«M alcəhət»  sözünün  hərfi  mənası  «məhsuldan  hissə» 
deməkdir, taxıldan natural qaydada almırdı.  Kəndli pay torpaqla- 
rmdan  istifadə  etdiyi  üçün  m əhsulun  onda  bir  hissəsindən 
otuzda dörd hissəsini torpaq sahibinə, mülkədara, yaxud tiyuldara 
verməli  idi  (101,  ss.25-29).  Bu vergi  məhsul  toplananda  verilir, 
vergi  kimi  ödənilən  məhsulu  kəndli  özü  sahibkarın  göstərdiyi 
yerə daşımalı idi (163, s.55).
Təsvirlərdə olan materiallara istinad edərək deyə bilərik ki, 
Qarabağ  xanlığmda olan  521  kənddən  malcəhət  vergisini  buğda 
məhsulundan  189 kənd,  arpadan  163  kənd, baramadan  14 kənd, 
çəltikdən  4  kənd,  darıdan  4  kənd  ödəyirdi.  Şübhəsiz  ki,  bu 
rəqəmlər yarımçıqdır. Çünki kəndlərin əksəriyyəti buğda ve arpa 
yetişdirir,  barama, çəltik və darı məhsulları yetişdirən kəndlə- 
rin  sayı  təsvirdə  verilən  rəqəm lərdən  qat-qat  yüksək  idi.  R ə- 
qəm lərə  diqqət yetirsək,  189  kənddən  malcəhət vergisi  hesabı- 
na  6139,5  çetvert  buğda,  163  kənddən  2856,5  çuval  arpa,  24 
kənddən 6,5 batman barama, 4 kənddən 82 çuval düyü, 271  çuval 
dan miqdarmda malcəhət vergisinin toplandığını görərik (193).
Malcəhət vergisini toplayan darğalar taxıl dərzlərini böləndə 
özbaşınalığa  yol  verir,  çox  vaxt kəndlilərdən  məhsulun  onda bir
hissəsindən  daha  çox  hissəsini  m ənim səyirdilər.  Xanlığm  ayrı- 
ayrı  kəndlərində  malcəhət  vergisi  xəzinə  ilə  torpaq  sahibləri 
arasmda bölünürdü.  Belə  halda verginin xəzinənin xeyrinə topla- 
nan  hissəsi  malcəhət,  torpaq  sahibinin  xeyrinə  toplanan  hissəsi 
isə  «bəhrə»  adlanırdı  (4,  s.31).  Buna  istinad  edərək  Vərəndə 
mahalmm Dommi  kəndində  malcahət vergisinin m əhz bu qayda 
ilə  ödəndiyini m üşahidə  ctmiş  oluruq  (193,  s.171).
Bir çox tədqiqatlarda yanlış  olaraq Qarabağ xanlığında «bəh- 
rə»  vergisinin  malcəhətin  sinonimi  olduğu  iddia  edilir.  Əslində 
malcəhət torpağa, bəhrə isə sudan istifadəyə görə almırdı.  Bəhrə 
vergisinin  həcmi  məhsulun  beşdə  bir  hissəsini  təşkil  edirdi  və 
suvarma arxmın sahibinə çatndı  (35,  s.109).
2.  Salyana  vergisinin  hərfi  mənası  farsca  «illik»  deməkdir. 
Bəzi müəlliflər qeyd edir ki,  xanlıqlar dövründə xəzinənin xeyri- 
nə toplanan malcəhət vergisi «salyana» adlann-dı. Verginin adma 
istinad  etsək,  bu  verginin  arpa  və  buğda  şəklində  illik  yığılan 
vergi  olduğunu aydınlaşdırmış  olarıq.
3.  Çöpbaşı -   qışlaqlardan,  yaylaqlardan istifadəyə  görə  top- 
lanan  vergi  idi.  Kəndlinin  20  başdan  artıq  qoyun-keçisi,  10  baş 
qaramalı  və  5  başdan  artıq atı olduqda yaylaq və  qışlaq sahibinə 
çöpbaşı ödəm əli  idi (163,  s.429).
4.  «Cütbaşı-cütpulu»  adlanan  bu  vergini  kəndli  torpağı  be- 
cərdiyi  zaman  el  içərisində  cüt  adlandırılan  xış  v ə  ya  kotandan 
istifadəyə  görə ödəyirdi.  Cütbaşı hər xışa görə  10  xan manatı və 
bəzən  bu  məbləğdən  az  (5  manatadək)  alınırdı  (192,  s.246). 
Müəyyən hallarda cütbaşı məhsulla ödənilirdi.
5.  Sam an -  kəndlilər öz ağalarına müəyyən miqdarda saman 
verməli idilər.
6.  M al-bağ  və  yaxud  bağbaşı  -   bağ  sahiblərindən  alınan 
vergi  idi.  Toplanan meyvə məhsulunun onda birini təşkil edirdi.
7.  Karxana  xərci  -   ipək  əyirən  və  başqa  emalatxanalardan 
töplanan vergi  idi.  Bu vergini bəzən ipəklə ödəyirdilər.

8. 
Dırnaqlıq -  torpaq sahiblərinin mal-qaranı  otaran kəndli- 
dən pulla ödənilən vergi  (203,  s .l 1).
Qoşunu və dövlət aparatım saxlamaq üçün 
toplanan vergilər:
L  Darğalıq
  -   bu  vergi 
kəndlilərdən  vergi
  toplayanların  -  
kəndxudaların və darğaların xeyrinə toplanırdı. Darğalığı xan mir- 
zəsi  toplayanda  o,  «qulluği»  adlanır və  toplanan  verginin  4  %-ni 
təşkil  edirdi.  Vergini  darğa  yığanda  isə  o,  «darğalıq»  adlanırdı. 
F.Ağamalımn  əsərində  göstərilir 
ki,
  darğahq  adətən 
toplanmış 
buğda  məhsulunun  onda  birini  təşkil  etmişdir  (3,  ss.243-244). 
Əslində  darğalığın həcmi çox cüzi olurdu.
2.  A t aryası -  xan qoşummm atları üçün toplaaan arpa.
3.  Vezirtik
 -  
xan  vəzirinin  xeyrinə
  toplanan  bu  vergi  həm 
məhsulla,  həm  də  pulla  ödənilirdi.  Bu vergiyə  çox  vaxt  «mirzə- 
yana» deyirdilər.
4.  Ələfə -   feodal  qoşun  dəstəsinin  həm   minik,  həm   də  yük 
heyvanlan üçün toplanan yem  belə adlanırdı.
5. 
Diş kirəsı -  rəiyyət onun evində əyləşm iş döyüşçüləri ye- 
dirtməli idi.  Bu m ükəlləfiyyət istehza ilə belə ad almışdı.
6. 
İxracat
 -  
bu Fövqəladə hallarda toplanan  vergi idi.
7.  K ələn tərlik  -  ali inzibati məmurlan, oaibləri v ə  s.  saxla- 
maq üçün toplanm vergi belə
 adlanırdı.
8. 
Gözətçi pulu -  xan gözətçiləri xeyrinə toplanırdı.
9. 
Mirzəyana  -   xan  idarələrinin  dəftərxana  və  mirzəsinin 
xeyrinə toplanan vergi belə  adlanırdı.
10. Rüsum  -  xan məmurlannm xeyrinə məhsul və pulla yığı- 
lan vergi idi.  R
üsum hər hansı
 bir gəlir mənbəyini,  m əsələn,  ver- 
gi  toplamağı  iltizama  götürən  iltizamçı,  yüzbaşı  və  darğalann 
xeyrinə  toplanan vergi idi.
11. 
Xan  aşbazları  və  çörəkçiləri üçün  hər evdən bir manat 
miqdarında vergi  alınırdı.
12.  Şərbətçi pulu -  xan  saraymda şərbət və  s.  içkilər hazır- 
lamaq  işinə nəzarət edən məmurun xeyrinə yığılan vergi idi.
13.  Poçt vergisi -  hər evdən 3-5  manat miqdannda toplanırdı.
Feodallara və məmurlara gətirilən
məcburi bəxşişlər:
1.  Qırxxana xərci. Xanm yemək süfrəsi üçün məhsulla yığı- 
lan vergi  idi.
2.  Toy  pulu,  yaxud  toy  payı  -   ağa,  yaxud  onun  övladları 
evlənəndə gətirilən bəxşiş belə adlanırdı. M əbləği 6 
manat 40 qə- 
pikdən  10  manata  çatırdı.  Kəndli  öz  ailəsində  olan toya  görə  də 
10 manat ödəməli idi (3,  s.32).
3.  Bayramlıq  -   bayramlarda,  xüsusən  qurban  bayramında 
aparılan hədiyyə belə adlanırdı.
4. P eşkəş -  xana,  bəylərə,  digər feodaWara verilirdı.
Ruhanilərin xeyrinə toplanan ödəmələr:
1.  Xüm s.  Hərfi  mənası  «beşdə  bir»dir  və  xüms  hər  bir 
müsəlmanm  öz  gəlirinin  beşdə  birindən  ruhanilərə  və  seyidlərə 
verdiyi vergi  idi.
2.  Z əkat.  Müsəlmanların yoxsulların  xeyrinə  xəzinəyə  ödə- 
dikləri  vergi  belə  adlanırdı.  Əslində  zəkatm  çox  hissəsi  ruhani- 
lərə və  seyidlərə çatırdı (191,  II his.,  s.68).
3.  Fitrə.  Yoxsulların  xeyrinə,  adətən  Fitr  bayramı  axşamı 
niyyətlə  çıxarılan və hər bir müsəlmanın ödədiyi vergi  idi.
Adambaşı və evbaşı vergilər:
1. 
O taq  xərci.  Xanın xeyrinə  hər evdən  toplanan  vergi  belə 
adlanırdı.  Otaq  xərci  mənzil  və  otaq  vermək  mükəlləfiyyətini 
əv əz edən vergi idi.

2. 
Başpulu  15  yaşma  çatmış  bütün  kişilərdən  toplanırdı. 
M ənbələrdə  bu  verginin  hər  nəfərdən  hansı  m əbləğdə  almması 
haqqmda  məlumat  yoxdur.  Gətirilən  rəqəmlər  bütün  yaşayış 
məntəqələrindən  toplanan  başpulu  vergisinin  ümumi  miqdarmı 
əks etdirirdi. Elə bununla da ayrı-ayrı fərdlərdən toplanan başpulu 
vergisinin  miqdarım  müəyyənləşdirmək  olar.  Tatev  mahalmm 
Tatev  kəndi  ildə  xəzinəyə  200  xan  manatı  məbləğində  başpulu 
ödəyirdi (1  manat 20 qəpik həcmində  olurdu)  (193,  s.99).
Işləyib ödəmə mükəlləfiyyətləri:
1.  Biyar.  Hər  bir  ailə  ağanın  tələbi  ilə  öz  əmək  alətləri  və 
qoşqu  heyvanı  daxil  olmaqla  bir  nəfər  ayırmalı  idi  ki,  üç  gün 
ağanın tarlasında işləsin.  Əkin,  biçin,  taxıl döymək və  daşımaqla 
məşğul  olsun,  iki gün ağa heyvanlarım bir yerdən başqa yerə  kö- 
çürdükdə v ə yaxud köçəndə, iki gün ot biçmək,  odun daşımaq və 
başqa işlərdə,  bir gün ev və başqa təsərrüfat tikililərində işləm əli 
idi  (142,  s.358).  Ağa kəndlini  hər dəfə  çağıranda  onu  öz razılığı 
olmadan bir gündən artıq saxlaya bilməzdi.  Ona işçi lazım olma- 
dıqda,  o hər bir iş günü üçün kəndlidən  10 qəpik ala bilərdi (163, 
s.56).
2.  Qulluqçu.  Ağalarm ev və  çöl işlərində  çalışmaq üçün  hər 
on  ailə  növbə  ilə  bir nəfər  ayırmalı  idi.  Nökərin  yaşı  20-dən  az 
olmamalı,  azı  bir  il  öz  ağasına  qulluq  etməli,  ağa  isə  əvəzində 
nökərin  həmin  müddətdə  bütün  ehtiyaclarmı  təmin  etməli  idi. 
Nökər  vermiş  ailə  əlavə  heç  bir  mükəlləfiyyət  daşımır,  əksinə, 
sahibkar həmin ailənin əvəzinə xəzinəyə  5  manat vergi  ödəyirdi 
(142,  s.358).  Kişi  nökərlərindən  başqa  sahibkarm  tələbi  ilə  hər 
ailə bir nəfər qadın qulluqçu verməli idi. Ad.ətən qulluqçuluğa öz 
təsərrüfatı  olmayan  qadınlar  cəlb  edilirdi.  Qulluqçu  öz  işini 
davam  etdirmək arzusunda olmadıqda,  bir ildən  sonra onu  başqa
birisi əv əz etməli,  ağa qulluqçularm da ehtiyaclannı təm in etməli 
idi.
3.  İlxıçı. R əiyyətlər xanm ilxısma baxmaq üçün işçi  ayırmalı 
idilər.  Lakin  çox  vaxt  kəndlilər  bu  mükəlləfiyyətin  əv əzin ə  pul 
ödəyirdilər.
4. X alça ilə vergi. M ənbələrdə xalça toxuyan ustalardan xal- 
ça  ilə  vergi  alınması  da  qeyd  olunur.  Xanlıqda  olan  mahalların 
təkcə  dördündən  bir  ildə  vergi  kimi  95  xalça  almmışdı.  B əzi 
kəndlər bu vergidən azad olduğu halda, digərləri 2 -3  v ə daha çox 
xalça verirdilər (193).
Vergi  və  m ükəlləfiyyətlər  kifayət  qədər  ağu-  idi.  Xırdapara 
Dizaq kəndində yaşayan cəm i  8  vergi ödəyicisi  salyana 3  çetvert 
buğda,  otaq xərci  -   1/2  çetvert,  odun -   14 yük,  qırxxana xərci  -  
1/2 çuval arpa,  5 xan manatı və  1  çetvert buğda mirzəyana, xalça 
əvəzinə -  4, xışlara görə -  40,  xan aşpazı v ə  çörəkçisi üçün -   10 
v ə qaravulçu üçün  5 manat pul ödəmişdi.
1822-ci ildə bu kənddə malcəhət hesabma  12  çetvert buğda,
6 çuval arpa, 23  stil ipək, darğalıq hesabma 4 çetvert buğda, 2 çu- 
val  arpa  v ə  7  stil  ipək  də  toplanmışdı.  Bütün  bunlarla  yanaşı, 
kənddən  11  əşrəfi Rusiyaya xərac üçün ahnmışdı.  Kəndlilər ildə
2 gün 4 xışla xəzinəyə məxsus torpaqda şum etməli idi.  Bu kiçik 
kəndin  ödədiyi  pul  və  natural  ödənişlərinin  hamısmm  dəyərini 
pula çevirəndə  kifayət  qədər  ciddi  m əbləğ  almırdı:  14  əşrəfi  və 
863  manat 72  qəpik (137 rubl  13 qəpik)  (192,  ss.252-253).
XIX 
əsrin əw əllərin d ə qışdan  13,5 çetvert buğda v ə  13 çuval 
arpa  bəhrə  yığılmışdı.  Buna  qulluqçu  v ə  təqvilaninin,  yəni  xan 
nökərləri üçün hər çervondan  60,  bir  o  qədər  də  otaq xərci,  hər 
salyanyadan  50,  hər  yük  odundan  25,  hər  çuval  aıpadan  50, 
karxana xərci  50,  hər batman yağdan bir o  qədər,  hər qoyundan 
50, öküz əvəzinə hər tüməndən 50 və hər batman quzu yunundan 
50  qəpik,  habelə  qulluği  v ə  başqa  vergilər  də  toplamrdı  (192, 
ss.252-253).

Mirzə Camal yazırdı:  «Hər il Novruz bayramı  günündə mər- 
hum xan qoşunun bütün adlı-sanlı  sərkərdələrinə və minbaşılan- 
na xələt,  ənam,  at və  qılınc  bağışlayırdı.  Azərbaycan vilayətləri, 
mahallar,  habelə  məliklər  -   hər  kəs  öz  rütbəsinə  görə  peşkəş 
gətirərdi.  Mərhum  İbrahimxəlil  xan  səfərdə  olduğu  və  ya  ordu 
qurduğu zaman xidmətində  olan minbaşılar,  Azərbaycan bəyləri, 
ağaları  və  xanlarmın  səhər,  günorta,  axşam  yem əyi  və  atlarmın 
arpası,  habelə  qoşun əhlinin  bir parasmın,  mirzələrin,  eşikağala- 
nnın,  keşikçilərin və  yasovulların bütün məxarici mərhum xanm 
xəzinəsindən  verilirdi.  Minbaşılara  və  başqalarma  buraxılan  diri 
qoyunlardan  başqa, 
qırx  puda  yaxm  düyü  və  otuz
  qoyun  sərf 
olunardı»  (142,  s.49).
Xanlıqda  natural  təsərrüfatm  üstünlük  təşkil  etməsinə  bax- 
mayaraq  vergi  ödənişlərmin xeyli hıssəsi pulla toplamrdı.  Bunlar 
başpulu,  otaq  xərci,  bayramlıq,  toypulu,  mirzəyana  və  darğalıq 
vergiləri idi.
Kürəkçay  müqavıləsindən  sonra  əhali  üzərinə  «Rusiyaya 
bac»  adlı  yeni,  ağır  bir  vergi  qoyuldu.  Xanlıq  üzrə  onun  ümumi 
məbləği 8
 min əşrəfl idı.  Y.Ağamalı bacm yaşayış məntəqəsi ara- 
svada'ə\va\min sayrna uyğun bölüşdürülməsini iddia edir (4,  s.33). 
Bu  iddialar
  yan/ışdır.  B əzi  məntəqələr  ümumiyyətlə,  bac  ödə- 
məkdən  azad  idilər.  Digərlərinə  yüklənən  bacın  miqdarı  isə 
həm işə proporsional olmurdu.
Xanlar bu  və ya digər vergini  öz yaxm  adamlarına və  yaxud 
dövlət qarşısında xüsusi xidmətləri olmuş adamlara güzəştə  gedə 
bilirdilər.  İbrahimxəIiJ  xanın  təlıqəsinə  əsasən,  Vərəndə  maha- 
lınm  xəzinəyə  məxsus  bütün  kəndlərindən  toplanan  darğalıq 
vergisi Mirzə  Camalm qardaşı  Sadıq bəyə çatırdı (159,  s.180).
Xanlıqda  işləyib  ödəmə  rentası  z ə if inkişaf etmişdi.  Burada 
kəndlilərin  icbari  əməyi  biyar  adlanu'dı  və  əsasən  su  hövzələ- 
rinin, kəhrizlərin yaradılmasında, kanallann çəkilişi və təmizlən- 
məsində,  məhsulun  toplanıb  daşmmasmda  istifadə  olunurdu.
Eyni zamanda, kəndlilər ildə bir və yaxud iki gün elliklə feodalm 
təsərrüfatmda  işləm əli  idilər.  Bu  m ükəlləfıyyət  «əvariz»  adla- 
nu-dı  (205,  s.12).  21  vergi ödəyicisinin olduğu Novruzlu oymağı- 
nın sakinləri 5 xışla,  Sarıhacılı oymağmm sakinləri 2 xışla Ağda- 
mın yaxınlığındakı Xan tarlasmda şum etməli idilər (231,  s.78).
Məmurlar vergiləri böyük ciddiyyətlə toplayu:dılar.  S.Esadze 
yazırdı  ki,  biçini  başa  çatdıran  əkinçi  sahibkann  v ə  yaxud  onun 
nümayəndəsinin  iştirakı  ilə  taxılı  dərzlərə  bölürdü,  özü  də  bu 
bölgünü məhsul yığımmdan ən geci üç gün sonra etməli idi.  Əgər 
sahibkar həmin mülkün ərazisində  yaşamırdısa,  əkinçi bölgüdən 
ən  geci  üç  gün  sonra  malcəhəti  ona çatdırmalı  idi.  Sahibkar  hə- 
min  mülkün  ərazisində  yaşayırdısa,  verginin  çatdınlması  bölgü 
başa  çatdıqdan  sonraya  saxlanılırdı  (231,  ss.48-49).  A.Milmana 
görə, Qarabağ xanlığmda adətən.vergi toplayanı darğa adlandırır- 
dılar (182,  ss.42-43).
Bir sn-a kəndlərin sakinləri həm  də xana çapar kimi bir nəfər 
atlı verməli, xam və onun qonaqlarmı qəbul etməli, xanm tələbiy- 
lə işçi q ü w əsi və nəqliyyat vasitəsi verməli idilər.  Cəmi  13 vergi 
ödəyicisinin  olduğu  Ataqut  kəndinin  sakinləri  çaparxana mükəl- 
ləfıyyətini  yerinə  yetirmək  üçün  ildə  1  ay  müddətinə  bir  atlı, 
cəmi 7 vergi ödəyicisinin olduğu Ərişli kəndinin sakinləri  15 gün- 
lüyə  1, dörd vergi ödəyicisinin yaşadığı Şıxımlı kəndinin sakinləri
13  günlüyə  1  atlı verməli idilər (192,  ss.162-163).
Qarabağ əyalətindən daxil olan gəlirlər kitabın əlavələrində 
göstərilib  (cədvəl  1).  Cədvəldən  görünür ki,  Qarabağ xanlığmm 
bütün  mahallanndan  və  ayrı-ayrı  şəxslərə  məxsus  mülklərdən 
xəzinəyə  ildə 4.987 yük odun, 9.506 əşrəfi və  185.592 manat 88 
qəpik  (30364  rubl  10  qəpik)  məbləğində  gəlir  daxil  olmalı  idi 
(193,  ss.225-226).

Zemfıra Hacıyeva
I I I  F  Ə   S  İ  L
ŞƏH ƏR HƏYATI:
SƏNƏTK ARLIQ   VƏ  TİCARƏT
1. Xanlığın mərkəzi -  Şuşa şəhəri
Pənahəli  xan  tezliklə  Şuşa  şəhərinin  ətrafına  m öhkəm   bir 
hasar  çəkdirib  m üdafiə  sistemini  m öhkəm ləndirdikdən  sonra 
daxili  inşaat  işlərinə  başlamışdı.  O ,  qalanın  bir  kənarm da  özü 
üçün qəsr tipli  hasarı və bir bürcü olan  saray inşa etdirmişdi.  Pə- 
nahəli  xan,  həm çinin qalada böyük oğlu İbrahim xəlil  xan,  ikinci 
oğlu M ehrəli bəy, üçüncü oğlu Talıbxan bəy üçün düşm ən qalaya
Pən ahəli xanın  qalası  (bərpa  olunduqdan son ra)
Qarabağ xanlığı
yaxmlaşdıqda  lazımi  yerləri  m ühafizə  edə  bilm ələrindən  ötrü 
bürcü və  hasarı  olan im arətlər inşa etdürnişdi (51,  s.198).
M irzə  R əhim   Fəna  Şuşa  şəhərinin  inşası  prosesi  haqqm da 
m əlum at  verərək  yazır ki,  Pənahəli  xan  şəhərin  yerinə  baxıb  öz 
şəxsi iqam ətgahı üçün əlverişli yer seçmiş, orada əh ə n g  ilə m öh- 
kəm  hasar çəkdirib əvvəl burada əndərun, m ətbəx və xidm ətçilər 
üçün otaqlar, qonaq otaqları,  hərəm xana otaqları,  hamam , m əscid 
inşa  etdirmişdi.  Bu  dairədə  sonralar  Ə hm əd  xan  otururdu.  M əs- 
kunlaşmaq  üçün  gələn  digər  qarabağlılar  da  m ünasib  bildikləri 
yerlərdə  özləri  üçün  m ənzillər  inşa  etdilər.  M əskunlaşanlar  m ü- 
səlman  olduqlarmdan  m ərkəzdə  böyük  m əscid,  habelə  hamam - 
lar,  bazar  inşa  etmişdilər.  P ənahəli  xan  yeni  şəhəri  öz  şərəfinə 
Pənahabad  adlandm b,  «pənahabad»  adlı  gümüş  sikkə  (yarım 
qram ağırlığında) zərb etdirdi  (56,  ss.253-254).
İlk  tikililər  sırasmda  ham am   və  m əscid  vardı.  Ş əh ər  mey- 
danmda  tikilən  m əsciddə  İbrahim xəlil  xanm  dövründə  yenidən- 
qurma  işləri  aparılmışdı.  X IX   əsrdə  isə  İbrahim   xanm  qızı 
Gövhər ağa bu m əscidi tam amilə  sökdürüb, yerində yenisini inşa 
etdirmişdi. Xalq arasında bu m əscidə «Yuxarı m əscid» deyirdilər. 
Ü m um şəhər ham am  və m əscidləri ilə yanaşı, m əh əllə m əscidləri 
və hamam ları tikilmişdi. Y uxarı m əscid şəh ər m eydanm a baxırdı, 
meydan  isə  Rasta  bazarbaşma  doğru  300  m   uzanırdı.  Ruslar 
A zərbaycanı  işğal  etdikdən  sonra  Bazarbaşm dakı  divanxana 
binasmı  kilsəyə  çevirmiş,  sonralar,  XX  əsrin  60-cı  illərinə  kim i 
isə  binadan  klub  kimi  istifadə  olunmuşdu.  Pənahəli  xan  Şuşanı 
qədim   Azərbaycan  m em arlıq  ənənələri  əsasm da  tikm ək  üçün 
Təbriz,  Ə rdəbil  və  başqa  şəh ərlərd ən   ustalar  d əvət  etmişdi. 
Sonralar həm in ustalar  Şuşada qalıb yaşam ışlar (32,  s.316).
Ş əh ərdə  ilk  ham am ı  P ənahəli  xanm  əm isi  oğlu  Ə bdüsəm əd 
bəy inşa etdirm işdi.  Sonra Uğurlu bəy aşağı bazarda,  Qazı M irəli 
isə  aşağı  m eydanda  ham am   inşa  etdilər.  B ir  ham am ı  Əli  bəy 
Poladov, başqa birisini  Rüstəm  bəy tikdirmişdi.  Baharlınm  yazdı-

Şuşa  hamamı
ğına  görə  ə w ə llə r  Şuşa  şəhərinin aşağı tərəfi  daha  abad  imiş və 
burada Uğurlu bəy bir neçə karvansara tikdirmişdi.  Baharlı  Şuşa- 
dakı  çoxsaylı  karvansara  adlarım  sadalayn-.  Lakin  m ətadən   hiss 
olunur ki,  onların çoxu xanlıq dövründən sonra inşa olunmuşdur.
Bütövlükdə  xan  sarayları  və  bir  neçə  iri  feodahn  imarətləri 
istisna olmaqla Şuşada yaşayış evlərinin görkəm inə, onun rahatlı- 
ğma bir o  qədər də diqqət yetirmirdilər.  Dövrün m ürəkkəb siyasi 
vəziyyəti  əsas  diqqəti  m üdafıə  istehkamlarm ın  inşasına  yönəlt- 
m əyi tələb edirdi. Hətta yaşayış evlərinin əksəriyyəti bir çox Şərq 
şəhərlərində  olduğu  kimi,  kiçik  qalaçaları  xatırladırdı.  Evlər 
qonşu  evlərdən  və  küçədən  qalın  və  hündür  hasarlarla  ayrılırdı 
(123,  s.42).
Qarabağ xanlığı
Baharlım n  yazdığına  görə,  ilk  vaxtlar  Şuşada  tikilm iş  evlər 
çox  darısqal  və  alçaq  imiş.  E vlər  bir-birinə  bitişik  inşa  edilirdi, 
buna  görə  də  bir  damdan  o  birinə  keçm ək  olurdu.  Onların  daxili 
quruluşu  təxm inən  bu  şəkildə  idi:  divarlarda  «ləm ə»  adlanan  çı- 
xmtılara  saxsı  və  şüşə  qablar  qoyulurdu.  Y orğan-döşək  və  digər 
ev  əşyaları  sandıqlarm   üstünə  yığılırdı  (135,  s.42).  Varlıların 
evlərində  ocaq  əvəzinə  buxarı,  ucuz  saxsı  qablar  əvəzinə  çini 
qablar,  gümüş  və  qızıldan  düzəldilm iş  qaşıq  və  bıçaqlar  olur, 
döşəm əyə bahalı xalçalar salmırdı. Onlardan b əzilərinin evlərinin 
divarları  m üx təlif  səciyyəli  naxışlar  və  rəsm lərlə  bəzədilirdi 
(123,  s.87).
Ş əhər  əhalisinin  sayını  və  sosial  tərkibini  dəqiqləşdirm əklə 
şəh ər  təsərrüfatının,  yəni  sənətkarlıq  və  ticarətin  miqyası  haq- 
qında m üəyyən tə s ə w ü r əldə etm ək mümkündür.  Çünki şəhərlə- 
rin təsərrüfat həyatı əsasən yerli bazarın ehtiyacı ilə bağlı olurdu.

Zemfıra Hacıyeva
D igər  Azərbaycan  şəh ərlərin d ən   fərqli  olaraq  o  dövrki 
Şuşanın  iqtisadi  həyatm da  əkinçilik  çox  cüzi  əh əm iyyətə  malik 
idi.  Bu,  ilk  növbədə  Şuşa  şəhərinin  ətrafm dakı  ərazidə  kənd 
təsərrüfatı  m əhsullarınm   istehsalı  üçün  torpaq  və  digər  zəruri 
şəraitin olmaması ilə bağlı  idi.  Y əqin elə buna görə d ə  Şuşa əha- 
lisi  əsasən  kustar  sənətkarlardan,  tacirlərdən  və  ali  silkin  nüma- 
yəndələrindən  ibarət  idi.  Fasiləsiz  ara  m üharibələri  və  yadelli 
basqmları,  üm um iyyətlə,  xanlığm  və  Şuşa əhalisinin  sayma kəs- 
kin  təsir  göstərmişdi.  S.A .Yeqiazarov  Şuşada  əhalinin  azalması 
ilə bağlı yazırdı:  «Xanm iqam ətgahı olan  Şuşada şə h ər əhalisinin 
azlığı onunla izah olunur ki, onlarm bir qismi xanla (Ağa M əhəm - 
m əd şah nəzərdə tutulur -  Z.H.) m üharibə zamam  qaçıb dağılmış, 
bir  qismi  isə  Qarabağ  Rusiyaya  birləşdirildikdən  sonra  İrana 
köçmüşdü»  (131,  s.257).
Qarabağ xanlığı
XVIII  əsrin  sonuna  aid  m əlum atlara  görə,  Şuşada  2  m indən 
çox ev var idi.  Bu da təxm inən  10 min nəfərdən çox sakin dem ək 
idi  (40,  s.137).  1823-cü  ildə  burada  cəm i  1532  ailə  yaşayırdı  ki, 
bu  da  7660 sakin  dem əkdir (193,  ss.4-18).  Qeyd edək ki,  Şuşada 
da sənətkarlar m əh əllə prinsipi üzrə  cəm lənm işdilər.
Ş əhərin  inzibati  quruluşu  sənətkarların  bir  küçədə  cəm ləş- 
m əsinə  əngəl  törədirdi.  Təbrizli  m əhəlləsində  baqqallar,  boyaq- 
çılar,  keçəçilər,  bərbərlər və  s.  yaşayırdı.  Digər m əhəllələrdə  də 
sənətkar  küçələri  vardı  (92,  s.137).  X IX   əsrin  30-cu  illərinin 
ə w ə llə rin d ə   Şuşa  qalasmda  1698  ev vardı.  Bu  evlərdə  5079  kişi 
və  oğlan uşaqları  yaşayırdı.  Ş əhərdə  936  m üsəlm an  və  762  xris- 
tian  ailəsi,  o  cüm lədən  56  bəy,  64  m olla  və  seyid,  21  xristian 
ruhanisi qeydə almmışdı (131, s.308). M ənbənin verdiyi m əlum a- 
ta  görə,  İbrahim xəlil  xan  Şuşa  qalasının  ətrafındakı  torpaqları 
sahiblərindən  alıb şəh ər sakinlərinin ev və təsərrüfat m əqsədləri 
üçün istifadəsinə vermişdi.  Sakinlər istər təsərrüfat tikililəri, istər 
qəbiristanlıq üçün yeri pulsuz alırdılar (193,  s.5).
Şuşa şəh əri üç  hissəyə:  Təbrizli,  Qazançalı və  Əylisli  hissə- 
lərinə  (m ənbədə  «m əhəllə»  adlandırılırdı)  bölünürdü.  «Qarabağ 
əyalətinin  təsviri»ndə  yanlış  olaraq  hissələr  m əh əllə  kimi  gös- 
tərilir.  Lakin  10  m in nəfərdən  artıq  sakinin  yaşadığı  bir  şəhərdə 
cəm i  üç  m əhəllənin  olması  o  qədər  də  inandırıcı  görünmür. 
M üqayisə  üçün  qeyd  edək  ki,  öyrənilən  dövrdə  əhalisi  5  m in 
nəfərd ən  artıq  olmayan  N axçıvan  v ə   Ordubad  şəhərlərin də 
müvafıq  13  və  15  m əhəllə vardı (230,  ss.  477-482;  103,  s.15).
Y əqin  ki,  m ənbədə  üç  rəqəm i  şəhərin  m üxtəlif  dövrlərdə 
təşəkkül  tapan  hissələrinə  aiddir.  Baharlm ın  verdiyi  m əlum ata 
görə,  Şuşanın  «Çuxur»  adlanan  1-ci  hissəsi  Pənahəli  xanın 
dövründə,  «Yuxarı»  adlanan  2-ci  hissəsi  İbrahim xəlil  xanm  
dövründə,  3-cü  hissəsi  isə  rus  işğalından  sonra  tikilmişdi  (14, 
s.276).  Baharlı  XIX  əsrin  ə w ə llə rin d ə   Şuşada  17  m əhəllənin 
olduğunu  yazırdı.  Aşağı  m əhəllələr:  Qurdlar,  Seyidli,  Culfalar,

Şuşa şəhərinin  m ərkəzi hissəsinin planı. 
R əqəm lərlə göstərilib:  1.  Aşağı  bazar; 2.  Aşağı  meydan;
3.  Rasta bazar;  4.  Yuxarı  m əscid;  5.  Narınqala;  6.  Divanxana; 
7.  Gəncə darvazası;  8.  Q əsrlər.
Quyuluq,  Çuxur,  Dördlər  qurdu,  Hacı  Yusifli,  D örd  çinar,  Çöl 
qala.  Y uxarı  m əh əllələr:  M ir  və  ya  Xanlıq  ara  m əh əlləsi, 
M ərdinli,  Saatlı,  K öçəri,  M amayı,  Xoca  M ərcanlı,  Dəm irçi,  Ha- 
mam qabağı və  T əzə  (14,  s.277).
Göründüyü  kimi,  m əhəllə  adlarınm  bəzisi  sakinlərin  köçüb 
gəldiyi  yerlərin  adı  ilə,  bəziləri  sakinlərin  m əşğuliyyət növü  ilə, 
d ig ərləri  m əh əllələrin  topoqrafık  mövqeləri  ilə  bağlı  olmuşdur. 
Bu m əhəllələrd ə şəh ər sakinləri ilə yanaşı, bir sıra kənd sakinləri 
də  daimi yaşayırdılar.  Onlar m ənsub  olduqları kəndlərin icmaları 
ilə birlikdə vergi və m ükəlləfiyyətlərini ödəyirdilər. Eyni zaman- 
da,  xan  qonaqlarmı  qəbul  edib  onları  və  atlarmı  yedizdirm ək 
m ükəlləfıyyətini yerinə yetirir, tələb olunduqda  lazımi  qədər işçi 
q ü w ə si,  qoşqu  verir,  xan  üçün  binalar  tikilərkən  şəhərlilərlə 
birlikdə  m aterialla yardım edirdilər.
Təbrizli m əhəlləsində  162 sakin (ham ısı m üsəlm an-azərbay- 
canlı),  Qazançala  m əhəlləsində  126  (xristian),  Əylisli  m əhəllə- 
sində  122  (xristian)  sakin  qeydə  almmışdı.  Üç  m əh əlləd ə  olan 
371  evdən   savayı,  Şuşa  şə h ərin d ə   yalnız  m ü sə lm a n -az ə r- 
baycanlılardan ibarət olan xan ailəsinə m ənsub 2 ev,  30 m ülkədar 
evi,  habelə  9  x ristian  ruhanisinin  evi  vardı.  General  M ədətovun 
sərəncam m a  əsasən,  sənətkar olan  103  xristian və  bir m üsəlm an 
ailəsi,  Petros  bəyin  sərəncam ında  olan  sənətkarlardan  ibarət  16 
xristian ailəsi,  C əfərqulu  ağanın  sərəncam m da  olan  101,  Xancan 
ağanm sərəncam m da olan  16,  Şükür ağamn sərəncam m da olan 4 
və Xanxam m   ağanın  sərəncam ında olan  5  m üsəlm an  ailəsi  vardı 
(193,  ss.6-8).
Bunlardan  əlavə,  Şuşada  polkovnik  Xanlar  ağanm  sərən- 
camında olan M iqralı kəndinin  10 xristian ailəsi, M irikli kəndinin 
7 m üsəlm an və  17 xristian ailəsi,  Ə hm əd xan və onun anası Bikə 
ağanın  sərəncam m da olan 41  m üsəlm an ailəsi,  kapitan M irzə  Əli 
bəyin sərəncam ında olan 24 m üsəlm an və 4 xristian ailəsi, divan- 
bəyi  M əm m ədəli  bəyin  sərəncam m da  15  m üsəlm an  sənətkar

Zemfıra Hacıyeva
ailəsi,  Hacı  bəyin  sərəncam m da  2  azərbaycanlı  ailəsi  vardı.  Şə- 
h ərd ə divanbəyi M əm m ədəli bəyin tiyulu olan K əbirli m ahalınm  
K ürd  Gürcüstan  oymağının  12,  K ürd  dördlər  oym ağının  17, 
habelə  K ürd  Camalxan  Qaradağlı  oymağmdan  13  azərbaycanlı 
ailəsi yaşayırdı (193,  ss.6-8).
Şuşada Dizaq Cavanşir m ahalınm  Hacılı oymağmın  13, Yağ- 
lıvənd oymağmm 7,  Seyid M ahm udlu oymağınm 7, Qaraxanbəyli 
oymağmm  5,  M ərdinli oymağınm  9,  Z ərcər oym ağınm  4,  D ədəli 
oymağmın 2,  Q ərvənd oymağının  3,  Cavanşir m ahalının X anbəy 
oym ağm dan  o lan   30 azərbaycanlı  ailəsi yaşayırdı  (193,  s.9).
Şəhərdə  İbrahim  bəyin sərəncam m da olan  19, m əlik Vanya- 
nm  sərəncam ında  olan  3,  Çiləbördlü  m əlik  Poqosun  sərənca- 
m ında  olan  9  tativli  xristian  yaşayırdı.  Bundan  əlavə,  şəhərd ə 
Otuziki  m ahalından  14,  qalabəyinə  m əxsus  15,  Behbud  bəyə 
m ənsub  9,  Əli  bəyə  m ənsub  3,  Səfərəli  bəyə  m əxsus  2,  M əm - 
m ədqasım   ağaya  məxsus  10,  İzzət  bəyə  m əxsus  22,  Süleyman 
b əy ə  m əxsus  7,  Böyük  xana  m əxsus  2,  kapitan  Rüstəm   bəyə 
m əxsus  31  azərbaycanlı  ailəsi vardı.  Behbud b əyə m əxsus  1,  Əli 
bəyə m əxsus  5,  Səfərəli bəyə m əxsus  1  xristian ailəsi vardı (193, 
ss.8-9).
Eyni  zamanda,  şəhərdə  Dəm irçi  H əsənli  m ahalmdan  34  və 
kapitan  Uğurlu  bəyə  m əxsus  17  azərbaycanlı  ailəsi,  eləcə  də 
kapitan  Hacı  Ağalar  bəyə  m əxsus  45  xristian  ailəsi,  İyirmidörd 
m ahalınm   Saatlı  oymağmdan  26,  D əm irçilər  oymağından  5,  ha- 
belə axund M olla Bağıra m əxsus  5,  kapitan İsmayıl bəyə  m əxsus
7,  poruçik Gülm əm m əd  bəyə  m əxsus  4  azərbaycanlı  və  2  qeyri- 
azərbaycanlı  ailəsi,  bundan  başqa,  V əli  bəyə  m əxsus  7  azərbay- 
canlı ailəsi yaşayırdı.
Bunlardan əlavə,  Şuşa şəhərində M irzə Cavada məxsus 4 sə- 
nətkar qeyri-azərbaycanlı ailəsi, qubem iya katibi Zurab Tarımova 
m əxsus  5  azərbaycanlı  və  7  qeyri-azərbaycanlı ailəsi,  K ərim   bə- 
yə m əxsus 4 azərbaycanlı ailəsi,  divanb
əyi Əhm əd ağaya m əxsus
Qarabağ xanlığı

1 azərbaycanlı sənətkar ailəsi, Cavahir xanıma m əxsus 7 azərbay- 
canlı və  1  qeyri-azərbaycanlı ailəsi, Hacı Y usifə m əxsus  5, Fətəli 
bəyə məxsus  6  azərbaycanlı ailəsi,  habelə  Şuşakənddə  4 xristian 
ailəsi,  Xaçın  m ahalından  5  qeyri-azərbaycanlı,  bir  azərbaycanlı, 
X ocavənd oymağında isə  3 azərbaycanlı ailəsi, üstəlik, Dizaq ma- 
halından  5  qeyri-azərbaycanlı  ailələri yaşayırdı.
Şəhərdə  28  molla  və  seyid  ailəsi,  22  xan  nökəri  (azərbay- 
canlı), 9 kəngərli ailəsi yaşayırdı.  Şuşada heç bir m əh ə llə y ə  mən- 
sub  olmayan  69  qeyri-azərbaycanlı  dul  qadın,  yoxsul  və  yetim 
azərbaycanlı  25  dul  qadın,  yoxsul  və  yetim  xristian,  m üxtəlif 
şəxslərə  m əxsus  daha  17  azərbaycanlı  və  16  qeyri-azərbaycanlı 
ailəsi  də yaşayırdı.  X ınzirəkdən  2  xristian  ailəsi,  M əm m əd  yüz- 
başıya  məxsus  5  m üsəlm an  və  1  xristian  ailəsi,  N əcəfəli  bəyə 
m əxsus  6  və  xana m əxsus  12  azərbaycanlı,  habelə  4  qeyri-azər- 
baycanh sənətkar ailəsi də  qeydə  alınmışdı (193,  ss. 10-12).
2.  Sənətkarlıq və kustar sənayesi
Xanlıqlar  dövründə  Azərbaycan  siyasi  və  iqtisadi  parçalan- 
m aya m əruz  qalsa da,  sənətkarlığın bir sıra  sahələri  öz  inkişafını 
dayandmnamışdı.  Bu  dövrdə  xanlıqların  m ərkəz  şəhərləri  həm  
də sənətkarlıq m ərkəzləri  idi.  Ş əhərlərdə xanlar,  onların ailələri, 
saray əyanları, bəylər,  ruhanilər və  əsasən də sənətkarlar,  ticarət 
adamları  yaşayırdüar.  Burada  sənətkar  em alatxanaları  v ə  tacir 
dükanları vardı (25,  s.23;  39,  s. 189).
Qeyd  edək  ki,  Qarabağ  xanlığmda  sənətkarlıq  və  kustar  sə- 
nayesi  M .M ustafayevin  dissertasiyasında  nisbətən  dolğun,  həm  
də  düzgün  tədqiq  edilmişdir.  Buna  görə  də  həm in  əsərə  geniş 
istinad etm əklə  əsas  diqqətim izi  bu  əsərdə  öz  əksini  nisbətən  az 
tapmış m əqam lara yönəltm əyə  çalışmışıq.
Sənaye-kustar  istehsalı  kənd  təsərrüfatı  ilə  m üqayisədə 
tə sə rrü fa t  fəaliy y ətin d ə  m ühüm   yer  tutm urdu.  H əm   də
sənətkarlıq-kustar  sənayesi  ilə  yanaşı,  xanlığm  kəndlərində  ev 
sənətkarhğı  da  yayılmışdı.  «Ev  sənətkarlığı»  dedikdə  xam m alın 
istehsal  olunduğu  təsərrüfatm   özündə  emal  edilm əsi,  peşəkar 
olmayan fəaliyyət nəzərdə tutulurdu.
Ticarət  m ərkəzlərinin  uzaqda  yerləşm əsi,  rah a t  yolların 
olmaması  və  əhalinin  təsərrüfat  həyatım n  qapalı  səciyyə  daşı- 
ması,  zəhm ətkeşlərin  asudə  vaxtlarında  əldə  etdikləri  əkinçilik 
və m aldarlıq m əhsullarını em al etm ək imkanı yaradırdı.
Evdə  istehsal  olunan  m əhsullar  əsasən  kəndlilərin  tələba- 
tınm ödənilm əsinə  yönəlmişdi.  K əndlilərin əksəriyyəti  çörək bi- 
şirir,  ipək sarıyır,  yun  boyayır,  paltar tikir,  dəri  aşılayır,  m üxtəlif 
m əqsədlər  üçün  nəzərdə  tutulmuş  binalar  inşa  edir,  bəsit  əm ək  
alətləri hazırlayırdılar.  Süleymanlı, Qorunzur, Gedişə,  Tatev,  Qa- 
zannı,  Şinger,  Dığ  kəndlərində  kəndlilər boş  vaxtlarm da  yun  ip- 
lər,  m ahud,  kilim,  ipək parçalar,  ipək şalvarlar,  xalçalar,  kisələr, 
pambıq parçalar istehsal edirdilər.
Peşəkar  sənaye  fəaliyyətinin  əsas  forması  sənətkarlıq  və 
kustar  sənayesi  sayılır.  Sənətkarlığın  fərqləndirici  xüsusiyyəti 
sifarişlə,  kustar  sənayesinin  fərqləndirici  cəhəti  isə  azad  bazar 
üçün  işləm ək idi.
Sənətkarhq  və  kustar  sənayesi  şəh ər  m əişətinin  tərkib  his- 
səsi  idi.  Buna baxmayaraq,  natural təsərrüfatın hökm  sürdüyü bir 
vaxtda  kənd  əhalisi  ilə  şəh ər  əhalisi  arasmda  əm ək   bölgüsünün 
yoxluğu,  ticarət  m ərkəzlərinin  uzaqda  yerləşm əsi,  əlverişli 
nəqliyyat  yollarınm  olmaması,  yerlərdə  ‘ev,  sənətkarlıq-kustar 
sənayesinin  inkişafma  təkan  verirdi,  xanlığın  xammal  ehtiyat- 
larınm  bolluğu  da  sahələrin  inkişafma  şərait yaradırdı.  Əkinəya- 
rarlı  torpaqlarm  azlığı,  ilin  fəsillərindən  asılı olaraq əm əyin təbii 
şərtlərinin  dəyişm əsi  də  ev  və  sənaye-kustar  sənayesinin  inki- 
şafma təsir edən am illərdən idi.

Zemfira  Hacıyeva
Xanlığın  kəndlərində  m isgər,  boyaqçı,  silahsaz,  bənna,  də- 
mirçi,  dabbaq,  dulusçu  və  başqa  sənətkarlarm   olması  haqqmda 
m əlum at var (185,  s.61).
Xanlıqda toxuculuq geniş yayılmışdı,  h ə r bir ailədə bəsit də 
olsa, əyirici və toxucu dəzgahı var idi.  Toxuculuq m əhsulları baş- 
lıca olaraq  ailənin təsərrüfat-m əişət tələbatım   ödəyirdi.  Xanlığm 
dem ək olar ki, bütün k əndlərində xalça, palaz, cecim, m əşrəf, yun 
parçalar, xurcun, çuval və s. toxunur, yun ayaqqabı, palan və s. is- 
tehsal  edilirdi.  Y unu  daraqla  darayır,  cəhrə  ilə  əyirirdilər.  Əyi- 
ricilik və  toxuculuqla  qadmlar m əşğul  olurdu.  1832-ci  ilin məlu- 
m atma istinadən dem ək  o lar ki, kəndlərdə  500 n əfər  ipək parça, 
1200  n əfər  bez  toxumaqla  m əşğul  olurdu  (185,  s.61).  Qadmlar 
zərbaft  tikm ələri  yaradıcılığına  üstünlük  verir,  m əxm ər,  ipək 
parçaların  ü z ə rin d ə   qızıl  saplarla  m ü x tə lif  k o m p o zisiy a lar 
toxuyurdular.  M əhsulların  bir  hissəsi  m übadilə  üçün  bazara 
çıxarıln-dı.
Ev, sənətkar-kustar sənayesinin m ühüm  sahəsi xalçaçılıq idi. 
Naxışlarm ın  gözəlliyinə,  boyaların  ç a la rla rın a   görə  Qarabağ 
xalçaları  xanlığın  hüdudlarm dan  çox-çox  uzaqlarda  m əşhur  idi. 
Xalçanı,  adətən  işarası  fasilələrdə  və  uzun  qış  gecələrində 
toxuyurdular.  Şuşada xalçaçılıq ailə  sənəti  səciyyəsi  daşıyırdı  və 
Şuşa xalçaları Cənubi  Qafqazda m əşhur idi.  Böyüklüyünə,  forma 
və  təyinatm a görə xalçaların  m üxtəlif növləri  var  idi:  1.  Xalı  (ən 
irisi).  Otağın  ortasına  salmırdı.  A dətən xalm ın eni 2  xan  arşmı  (1 
x an   arşını  -   1  m etrə  yaxın  idi,  bəzən  bir  q ə d ə r  kiçik  olurdu), 
uzunluğu  5-6,  nadir  hallarda  7  arşın  olurdu.  Xalm ı  əsasən 
sifarişlə toxuyurdular.  2.  Yan  (kənarə)  -  uzun xalılar,  onları  orta 
xalınm yanına salırdılar.  Eni  1  xan arşını və yaxud iki verşok olur, 
uzunu  isə  yanma  salmacaq  xalmın  uzunluğuna  uyğun  olurdu. 
Yanları  cüt  satıb  alırdılar.  Bir  cüt  yan  xalmın  qiym əti  ona uyğun 
orta  xalının  qiyməti  qədər  olurdu.  3.  G əbə  -   iriliyinə  görə  orta 
xalıdan kiçik və  yan  xalıdan  enli olur.  4.  Taxt üstü -  uzunu  3  xan
Şuşada  toxunmuş parçalar d ərzilər tərəfındən  m əm nuniyyətlə 
alım r və g ö zə l paltarlara  çevrilirdi

arşını,  eni  1  xan  arşm ı  olurdu;  adından  göründüyü  kimi,  bu  növ 
xalçaları  taxt  və  çarpayının  yanmdakı  divardan  asırdılar.  5.  Xalı 
balası  -   adətən  uzunu  4,  eni  1  xan  arşmı  olurdu.  6.  Canam az  -  
namaz  qılmaq üçün istifadə  olunurdu (136,  ss.31-32).
Naxışlarına  görə  xalçalar  bir-birindən  seçilirdi:  1.  Dam na  -  
bir növ rəng  fonuna  malik,  ortasında  kiçik naxış  olurdu;  2.  Balıq
-   balıqvarı  naxışh;  3.  Buta  -   badamlı  naxışlı;  4.  Güllü  yaylıq;
5. Xonça; 6. Aşma-yumma; 7. Bulud -  onun fonu iki rəngdən (boz 
rənglər)  toxunurdu;  8.  Muncuq;  9.  Zərm əxm ər  -   qızılı-m əxm əri
-   adətən  yanları  bu  cür  toxuyurdular  (136,  s.32).  X alçanın  qiy- 
məti ölçüsü ilə yanaşı, naxışından da asılı idi. Balıq,  Bulud, Mun- 
cuq  və  Z ərm əxm ər  çeşniləri  ilə  toxunmuş  xalçalar  b a şq a la rın a  
n isbətin  baha  olurdu.  K eyfıyyətli  xalçalar  nazik,  m ö h k əm   və 
xovları qısa o lan   xalçalar sayılırdı.
Palazlar növlərinə  görə  iki  cür  olurdu:  yer palazı  (sadə,  zo- 
laqlı)  və kilim (naxışlı,  xalı  kimi).  K ilim lər öz  n övb əsin d ə  m üx- 
təlifliyi ilə fərqlənirdi:  1.  Sumaq, 2.  Lampa, 3. Cəbrayıllı, 4.  Gül- 
vəngli  (136,  s.32).
Xalçaçılıqla  yanaşı,  boyaçılıq  da  inkişaf  etm işdi.  Boyanı 
m üxtəlif təbii  bitkiləri  qaynatmaq yolu ilə  əldə  edirdilər.
X anlığm   ayrı-ayrı  k ən d lərin d ə  m isg ərlər,  daşyonanlar 
fəaliyyət göstərir, hərbi sursat -  odlu və soyuq silahlar hazırlamr- 
dı.  M əsələn,  tüfəng  və  tapança  lülələrinin  hazırlanm ası  ilə  Çilə- 
börddə  bir  usta,  tüfəng  üçün  xəzinə  hazırlam aqla  Vəng  və 
İşimkirt  kəndlərinin  h ə r  birində  bir  usta  m əşğul  olurdu  (185, 
s.62).  K ə n d lə rd ə   də  tə sə rrü fa t  alətləri  -   d əry az,  o ra q ,  b alta, 
bıçaq,  nal,  mıx və s.  hazırlanırdı.
Dulusçuluq  ən  qədim   zamanlardan  yayılmış  sən ət  növü  idi. 
Süd,  yağ,  şərab,  su  və  b a şq a   m əhsulları  saxlam aq  üçün  sakinlər 
gildən  bardaqlar  və  evləri  işıqlandırmaq  üçün  çıraqlar  hazır- 
layırdılar.  Saxsı m əm ulatlar pis  bişirildiyindən prim itiv görünüşə 
malik idi.

Zemfıra Hacıyeva
Q arabağ xalçası  (Nyu-York,  M etropoliten  m uzeyi)
Qarabağ xanhğı
=   149
Xanlıqda  ağac  emalı  sənəti  geniş  yayılmışdı.  Çanaxçı  kəndi 
öz admı m üxtəlif növ taxta çanaqların hazırlanm asına görə almış- 
dı. M eşələrin bolluğu bu sənətin inkişafma şərait yaradırdı. Ağac- 
dan  m əişət  və  təsərrüfat  ehtiyacları  üçün  zəruri  olan  vəllər, 
cəhrə,  bel,  kürək və s.  hazırlanırdı  (185,  s.62 ).  Qadınların  əksə- 
riyyəti  toxuculuqla  məşğul  olduqları  halda,  kişilər  h əsir  zənbil- 
lərin,  hasarların, şəbəkələrin,  samanlıqların hörülm əsi ilə m əşğul 
olurdular.
Ağacdan başlıca olaraq m ənzillərin qızdırılması üçün  istifadə 
olunurdu.  K əndlilər  öz  ehtiyaclarım   ö d əm ək   üçün  xüsusi  çala- 
larda köm ür hazırlayaraq qışa eh tiy at tədarük edir, q a la n  hissəni 
isə satışa  çıxarırdılar.
X anhqda 470-dən çox  su dəyirm anı var  idi.  Yay və qış  ayla- 
rında su olmadığmdan dəyirm anlar işləm irdi, m əhz buna görə  də 
yaz  və  payız  aylarında  un  tədarük  etm ək  vacib  idi.  Taxılı 
üyütdüyü  üçün  dəyirm an  sahibi  unun  1/20  hissəsini  alırdı. 
D əyirm an  daşı  və  qəbirüstü  daşların  işlənm əsi  ilə  X açın 
m ahalında Doşanlı, Vəng və B azarkənd kəndlərində 30 n əfərdən 
çox adam  m əşğul olurdu.  Daş  karxanaları  kilsəyə  m əxsus olduğu 
üçün  hazır  daşların  beşdə  bir  hissəsini  kilsəyə  verirdilər  (185, 
s.63).
10 bəzirxana fəaliyyət g östərirdi və bəzirxana sahibləri çıxa- 
rılan yağm   1/20  hissəsini alırdılar.
Xanlığın  iqtisadiyyatmda  şərabçılıq  özünəm əxsus  yer  tutur- 
du.  Şərabçılıqla yalnız xristianlar m əşğul olurdu.  M üsəlm anlar isə 
üzüm dən  bəhm əz  hazırlayırdılar.  1832-ci  ildə  Qarabağda  70000 
vedrə  şərab,  3400  vedrə  araq,  4800  pud  bəhm əz  istehsal  olun- 
muşdu.  Xristianlar  tutdan  və  başqa  m eyvələrdən  də  araq  hazır- 
layırdılar.  K ən d lilər  dolu  d ü şəcəy in d ən   eh tiyat  e d ə rə k   üzüm ü 
v a x tın d a n   əvvəl  toplayır,  n ə tic əd ə   x an lıq d a  h az ırla n a n   şə ra - 
bın  keyfıyyəti  a d ə tə n   yüksək  o lm u rd u ,  onu  n a d ir  h a lla rd a   bir 
ildən  çox  saxlam aq  m üm kün  olu rd u .  D igər  tərəfdən,  üzümün

Zemfıra Hacıyeva
Q arabağ xalçası  (London,  Xalça  qalereyası)
Qarabağ xanlığı
emalı primitiv,  antisanitariya şəraitində  yerinə yetirilirdi.  Toplan- 
mış  m üxtəlif növ  üzümü  quyuya  töküb  ayaqla  tapdalayır,  hasil 
olunmuş şərabı bardaqlarda və tuluqlarda saxlayırdılar.  Şərabçılıq 
m əhsullarm ı  və  bəhm əzi  qism ən  Şuşada  satışa  çıxarn-dılar  (138, 
s.295).
X anlıqda  sənətkarlıq-kustar  sənayesinin  ən  böyük  m ərkəzi 
Şuşa  şəhəri  idi.  Şuşanın  ətrafında kənd təsərrüfatı  ilə  m əşğul  ol- 
maq üçün əlverişli  şərait olmadığm dan şə h ər təsərrüfatında kənd 
təsərrüfatm ın  payı  cüzi  yer  tuturdu.  Ş əhər  əhalisi  sənətkarlar,
Q arabağ ustaları  məşhur silahqayıranlar kimi tam nırdılar 
(Azərbaycan  Tarixi M uzeyi)

kustarlar,  tacirlər  və  kənddən  köçən  kəndlilər  hesabına  artırdı. 
1823-cü  ildə  Şuşada  1532  ailə  yaşayırdı.  S.A .Y eqiazarovun  tam 
olmayan  m əlum atm a  əsasən,  1823-cü  ildə  Şuşada  500  sənətkar 
işləyirdi  (131,  ss.369-370).  Son  tədqiqatlar  isə  dinc  dövrlərdə 
Şuşada 2 m in nəfərdən çox sənətkarın çalışdığmı sübut edir (185, 
s.45).  Güm an ki, Ağa M əhəm m əd şah Qacarın hücum lanndan və 
rus-İran  m üharibələrindən  ə w ə l   sənətkarların  sayx  daha  çox 
olmuşdur.
Şuşada  ipəkçilik  inkişaf etmişdi.  XIX  əsrin  əvvəllərinə  aid 
m ənbələrin birində  Şuşada  ipək toxumaq üçün 42,  pam bıq parça 
toxumaq üçün 28 toxuculuq m üəssisəsinin yerləşdiyi qeyd olunur 
(138,  ss.311-312).  1832-ci  ildə Ş uşadacəm i  132 dəzgahı olan 42 
ipək  parça  toxuyan  m üəssisə  vardı,  həm in  m üəssisələrdə  324 
toxucu  işləyirdi.  Bu  m üəssisələrdə  şallar,  dam a-dam a  çadralar, 
kassana 
(abipMbUbi  napna  -   Z .H .)  toxunurdu.  K assanadan 
köynək,  şalvar  tikirdilər.  1829-cu  ildə  şə h ərd ə   740  şal,  6100 
kassana və 360 kəski parça istehsal olunmuşdu (138, ss.3 11-312).
İpəyin açılması və sarınması üçün  Şuşada  15 nəfərin   işlədiyi 
7 kələfaçan emalatxana fəaliyyət göstərirdi. İpəksarıyan v ə digər 
emalatxanalardan «karxana xərci» adlı vergi toplam rdı (94,  s.77).
Ş əh ərd ə  yun  saplardan  corablar  toxunur  v ə  bu  m əhsulların 
bir  hissəsi  Tiflisə  ixrac  olunurdu.  Şuşada  papaqçılıq  da  inkişaf 
etmişdi.  Q o y u n   dərisindən  hazırlanm ış  Buxara  və  Şiraz  papaq- 
lara üstünlük verilirdi. XVIII əsrin sonu -  XIX əsrin ə w ə llə rin d ə  
Şuşada və ə tra f kəndlərdə pambıq toxumaq üçün  1000,  ipək toxu- 
maq üçün 500 dəzgahın olduğu haqda m əlum at var.  Lakin sonrakı 
2 0 -30   il  ərzində  həm in m üəssisələrin sayı kəskin  surətdə  azala- 
raq  80-ə  enmişdi  (138,  s.312;  185,  s.65).  M üharibələr  pam bıq 
parça istehsalmm  kəm iyyətilə yanaşı, keyfıyyətinə də m ənfı təsir 
göstərmişdi.
Ş əh ərdə bez parça istehsal edilirdi,  80 d əzgaha m alik 28 bez 
toxuyan  m üəssisə  fəaliyyət  göstərirdi.  İldə  80  000  xan  arşxnı
uzunluğunda bez toxunurdu.  Bu da uzunluğu  10 xan arşm ı və eni
7 verşok olan  8  min kəsik dem ək idi  (138,  s.3 12).
İpək,  yun və  pambıq parçaları boyamaq üçün  Şuşada 6  nəfə- 
rin  çalışdığı  3  boyaqxana  fəaliyyət  göstərirdi.  R əqabət  yaratm a- 
m aq üçün boyaqxanalar yalnız bir rəngdən istifadə edirdilər (138, 
s.3 13).  Boyaq  bitkilərinin  bolluğu  boyaqçılığın  inkişafı  üçün 
şərait yaradırdı. Xanlığın ərazisində qırmızı rəng alm aq üçün isti- 
fadə olunan «qızıl boya» (marena) adlandınlan boyaqotu xüsusilə 
çox idi.  Boyaqçılıqda digər bitkilərdən, o cüm lədən cır alma ağa- 
cından, tut yarpağından, qozdan, nar və yemiş qabığından istifadə 
edirdilər.  Yunun  boyanma texnologiyası  çox m ürəkkəb  idi.  Açıq 
rənglər  (açıq-qəhvəyi,  sarı,  yaşıl)  almaq  üçün  təm iz  ağ  yundan 
istifadə  edirdilər.  Tünd  və  qara  rəng  lazım  olduqda  qara  yun, 
qınnızı rəng alm aq üçün ağ v ə sarımtıl yun işlədilirdi.  Y uyulm uş 
yunu  rəngabda  alüm inium   və  dəm ir  duzlarının  m əhlulunda 
isladırdılar.  Yun  kələfləri  rəngabdan  çıxarıldıqdan  sonra  ayrıca 
hazırlanm ış  boya  bitkisi  suyunda  qaynadılırdı.  İp  boyanıb 
qurudulduqdan  sonra  onu  başqa  bir  m əhlula  salıb  qaynadırdılar. 
Boyanın  keyfıyyətli  olması  üçün  onu  inək  sidiyinə  (qıcqırmamış 
təzə  sidiyə)  salıb  qaynadırdılar (192-193).
Təm iz  sarı  rəng almaq  üçün  nar çiçəyindən,  yaxud  sarı  gül- 
dən, habelə cır alma ağacmın qabığından istifadə olunurdu. Tünd- 
qırmızı rəngli boya almağa imkan verən bitkilərdən biri yer boya- 
ğıdır.  Y er  boyağı  sarı  rənglərin  h ə r  hansı  biri  ilə  qarışdırıldıqda 
zoğalı-qırm ızı  rənglər  alınu-dı.  Göy  və  sürməyi  rəngləri  alm aq 
üçün  xaricdən  gətirilən  indiqodan  istifadə  olunurdu.  Yaşıl  rəng 
almaq  üçün  ipi  əvvəlcə  sarı,  sonra  indiqo  boyasma  salırdılar. 
N əhayət,  m ixəyi  rəngin  gözəl  qammalarmı  təşkil  edən  qonur 
rəngdən  başlamış  tünd-qm m zı-qonur  rəng  almaq  üçün  qozağacı 
qabığından,  nar  qabığmdan  da  istifadə  olunurdu.  Evdə  istifadə 
olunan əşyaları çox vaxt əvəlik lə boyayırdılar (199, ss. 159-160).

Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin