Zemfira haciyeva qarabağ xanliğI


nin  hökm  sürdüyünü  göstərir.  Xanlıqda  feodalizmin  son  inkişaf



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
1   2   3   4   5   6   7   8   9   ...   15

nin  hökm  sürdüyünü  göstərir.  Xanlıqda  feodalizmin  son  inkişaf 
dövrünə xas  olan torpaq mülkiyyəti formaları mövcud idi.
Torpaq sahibliyi. Qarabağ xanlığmda torpaqlann çox hissəsi 
xanm  mülkiyyətində  idi.  Xanın  siyasi  qüdrətinin  maddi  əsasını 
çox  böyük  torpaq  mülkləri  və  suvarma  sistemləri  təşkil  edirdi. 
Qarabağ xanmrn böyük əkin sahələri vardı. Bu torpaqların bir his- 
səsi xanlann qoşqu heyvanları və rəncbərlərin alətləriylə becəri- 
lirdi (142, s. 155). Xanın məlikarx sahəsi ona ildə  15 min pud taxıl 
verirdi.
Xan mülklərinin bir hissəsini yaxm adamlarına və ona qulluq 
edən  şəxslərə  ömürlük  istifadə üçün,  yaxud  irsi  mülkiyyətə  ver- 
mişdi.  Bunun  əvəzində  onlar  v ə  onlarm  xidmətçiləri  lazım  gəl- 
dikdə hərbi əməliyyatlara qatılmalı,  sahibi olduğu ərazinin əhali- 
sini  idarə  etməli  idilər.  Torpaq  sahibləri  mülkiyyətlərində  olan 
ərazilərdən toplanan vergi və mükəlləfiyyətlərin bir hissəsini öz- 
lərinə  saxlayırdılar.  Bilavasitə  xana  və  onun  ailə  üzvlərinə 
məxsus olan torpaqlar «xassə torpaqlar» adlanırdı.  Bundan başqa, 
xan divanınm sərəncammda olan torpaqlar mövcud idi  ki,  bu  cür 
torpaq  mülkiyyəti  öz  sahəsi  etibarı  ilə  bütün  başqa  torpaq 
mülkiyyəti  formalan  arasmda üstün yer tuturdu.  Əslində  hər  iki 
qeyd  olunan  torpaq  mülkiyyəti  forması  arasmda  sədd  getdikcə 
aradan qalxmış,  bütövlükdə hamısı xan torpaqlan hesab oluntırdu 
(202,  s.87).
Hindarx  kəndində  xanm  26  tut  bağı  və  geniş  çəltik  tarlaları 
vardı.  1822-ci  ildə  bu  bağlardan  7  tilani  batman  xalis  ipək  gəlir 
əldə edilmişdi (7 batman rəncbərlərə sərf etdikləri əm əyin müqa- 
bilində  verilmişdi).  Çəltik tarlalarmdan  alınan məhsulun bir  his- 
səsi  rəncbərlərə  verildikdən  sonra 552  çuval  çəltik əld ə  edilmiş, 
bunun da 50 çuvalı toxum kimi rəncbərlərə paylanmışdı.  Kənddə 
xanm  2  dəyirmanı  (biri  işlək,  digəri  nasaz)  vardı.  Dəyirman  bir 
ildə xana  15 ruba buğda və  15  çuval arpa gəlir gətirmişdi.  Kənd- 
də  bütün  ləvazimatı  ilə  birlikdə  xana  məxsus  xış  v ə   3  cüt  öküz 
vardı.  Bu  xışların  icarəyə  verilməsindən  bir  ildə  50  ruba buğda, 
32  çuval  arpa,  55  çuval  dan  v ə  220  batman  soğan  gəlir  götürül- 
müşdü. Hindarx kəndində xana məxsus bostanlar da becərilirdi və 
onlara  quluq  həmin kənddə  yaşayan  rəncbərlərin  öhdəsində  idi. 
Həmin bostanlardan hər il xan mətbəxinə 50 yük qovun və qarpız 
daxil olurdu (193,  ss.209-222).
Hindarx kəndində xan tarlalarının sahəsi böyük olduğu üçün 
kəndin rəncbərləri bütün sahələri təkbaşına becərmək iqtidannda 
deyildilər.  Buna  görə  də  başqa kəndlərin  sakinləri  ilin m üəyyən 
günlərində xan üçün işləm əli idilər.  Beləliklə, Hüsülü oymağmın 
sakinləri ildə iki gün 2 xışla xan tarlalarmı şumlayırdılar. Toxumu 
da  həmin  kəndlilər  səpirdilər.  Məhsulu  isə  xristian  kəndlərinin 
sakinləri  20  dərzdən  3-nü  almaq  şərti  ilə  becərirdilər  (193, 
ss.209-222).
Xanlıq  ləğv  olunan  dövrdə xanm  ailə üzvlərinə  məxsus  130 
kənd qeydə alınmışdı. Bu kəndlərdə 2.264 təsərrüfat (914-ü vergi 
ödəyən,  1350-si  ödəməyən)  vardı  ki,  bu  da  xanlıqda  olan bütün 
təsərrüfatların  (18.563)  12,20 %-ni təşkil edirdi (193,  ss. 13—43).
Uzun  müddət  İbrahimxəlil  xanm  vəziri  olmuş  Mirzə  Camal 
yazırdı:  «Yadımdadır, bir dəfə mərhum İbrahimxəlil xanm özünə 
məxsus  olan  cütlərini  və  kotanlarını  hesaba  salırdılar.  Məlum 
oldu ki,  xanm  cüt və kotanı bütün Qarabağ əhalisinin  cüt və  ko- 
tanı qədərdir,  hətta onlardan iki  cüt artıqdır.  Bu qədər taxıl,  mal-

qara
  qoşuna,  saraya,  hərəmxanaya,  nökərlərə,  əm ələlərə  və 
qonaqlara  sərf  olunardı.  Bunlardan  əlavə  xanın  icarə,  peşkəş, 
Qarabağ  ixracatı və  sikkəxanadan  gəliri  olurdu  və  ona Azərbay- 
can  vilayətlərindən  cinslə,  pulla  çoxlu  peşkəş  göndərirdilər» 
(UOa,  ss. 49-50;  145).
İbrahimxəlil  xanm  cüt  və  kotanlarmm  sayı  haqqmda  Mirzə 
Camalm  məlumatı  şişirtmə  görünsə  də,  əslində  bu,  gerçək  rə- 
qəmdir.  Yuxanda yalmz xanm ailə  üzvlərinə  130 kənd v ə  oyma- 
ğm məxsus olduğunu və həmin kənd və oymaqlarda 2.264 təsər- 
rüfatm  qeydə  almması  göstərilib.  Sözsüz  ki,  Mehdiqulu  xanm 
qardaş  və  bacılanna  məxsus  bu  kəndlərin  hamısı  İbrahim  xanm 
dövründə tək ona məxsus idi. Bu rəqəmə xanlığm ləğvi dövründə 
bilavasitə  Mehdiqulu  xanm  özünə  məxsus  28  kəndi  v ə  onlarda 
yaşayan  546 təsərrüfatı  (231-i vergiödəyən,  315-i  ödəməyən)  və 
xanlıq  işğal  olunduqdan  sonra  Qarabağm  komendantı  general 
Mədətovun  zor  və  hiylə  yolu  ilə  ə lə   keçirdiyi  xan  mülkləri  və 
təsərrüfatlarm -   12  kəndi  v ə  1.245  təsərrüfatı  (193,  ss.256-272; 
162,  s.142)  əlavə  etsək,  İbrahimxəlil  xanm  hakimiyyətinin  axı- 
rma yaxm xanm mülkiyyətində ən azı  170 kənd və oymağm, yəni 
4.055  təsərrüfatm  olduğunu  söyləyə  bilərik  ki,  bu  da  xanlıqda 
olan təsərrüfatlarm 21,84 %-i təşkil edirdi. N əzərə alınmalıdır ki, 
1805-ci ildə atası ruslar tərəfindən qətlə yetirildikdən sonra Meh- 
diqulu  xan  birinci  dəfə  İrana  qaçdıqda  onunla  birlikdə  yüzlərlə 
kənd  və  oymaq  (minlərlə  ailə)  da  Qarabağx  tərk  etmiş,  sonralar 
onlar Hacı  Ağalar bəy və  başqa torpaq  sahiblərinin  səyi  ilə  geri 
dönmüşdülər,  ancaq  bu  zaman  artxq  ə w ə lk i  sahiblərinin  deyil, 
onlan xaricdən dönməyə sövq etmiş şəxslərin mülkiyyətinə veril- 
mişdilər. Həm də İbrahimxəlil xandan sonra hakimiyyətə gəlmiş 
Mehdiqulu  xan  sözügedən  mülklərin  bir  hissəsini  müəyyən 
şəxslərə  irsi mülk və  iqta şəklində bəxşiş  etmişdi.  Bütün bunlan 
nəzərə  alsaq,  Mirzə  Camalın  təxminən  doğru  yazdığım  təsdıq- 
ləm ək olar.
M ülk.  Bu cür torpaqları almaq, satmaq, bağışlamaq, vəsiyyət 
etmək, girov qoymaq olardı.  Mülk sahibliyi dövlət qulluğunda de- 
yildi.  Mülkün o  qədər də  geniş yayılmamış  forması mülki-xalisə 
idi.  Mülki-xalisə hökmdarm bağışladığı torpaqla yanaşı, əyalətdə 
torpaqlarm  bəylərə  bağışlanması  və  satılması yolu  ilə  yaranxrdı. 
Belə  mülkləri  olan  bəylər  digər  mahallardan  və  digər  xanlıqlar- 
dan kəndliləri m üxtəlif yollarla bu yerlərə cəlb edib onları həmin 
torpaqlarda  məskunlaşdırırdılar.  Bu  yolla  yaranmış  kəndlər 
bəylərin  xüsusi  mülkiyyəti  olur,  onlar  el  arasmda  «xalisə»  adla- 
nırdı  (159,  s.2).  Dəyirman  v ə   bağlar  da  mülki-xalisə  ola bilərdi. 
Xalisə mülklərindən xəzinəyə vergi verilmirdi.  Mülklərin müəy- 
yən  hissəsi  xalisə  olmadıqda mülk  sahibləri  xəzinəyə  vergi  ver- 
məli idilər. Xanlıqda bir neçə kəndi, iri mülkləri olan mülkədarlar 
çox idi.
Mülkədarlara məxsus olan kənd xana heç bir vergi vermir və 
m ükəlləfıyyət  icra  etmirdi,  yalnız  öz  mülkədarlarma  qulluq  gös- 
tərirdi  (193,  s. 12).  Mülkədarlar  kəndliləri  təhkimli  vəziyyətinə 
salmağa  çalışırdılar.  «Qarabağ  əyalətinin  təsviri»ndə  verilən 
məlumatdan  göründüyü  kimi,  Vərəndə  məliyinin  sərəncammda 
73  ailə  vardı.
Feodallar  xəzinə  mülkiyyətini  irsi  m ülkiyyətə  çevirmək 
istəyirdilər ki,  bütün izafi m əhsulu m ənim səsinlər.
Tiyul.  «Tiyul»  sözü  türk  sözü  olub,  «kimsəyə  verilmiş  bir 
şey»,  «gəlir  verən  şey»,  «gəlir  götürmək  üçün  bağışlanmış  şey, 
yaxud sadəcə gəlir» mənası verir və irsi xarakter daşmıırdı. Əksər 
halda tiyul sahibi öldükdə xanm yeni  fərmanı ilə onun mülkiyyət 
hüquqi.  varisinə  keçirdi.  Tiyul  mülkləri  və  onlarda  məskunlaşan 
kəndlilər xan (xəzinə) mülkiyyəti sayılırdı, buna görə də tiyuldar 
xamn xəbəri və razılığı olmadan tiyulu sata, digərinə verə, bağış- 
laya  bilməzdi.  Tiyuldar  öldükdə  və  tiyul  onım  oğluna  keçdikdə 
xanm yeni  fərmanı olmalı idi.  Mehdiqulu xanm  1809-cu il tarixli 
təliqəsi  ilə  tiyuldara verilmiş  tiyul yenidən  təsdiq olunmuşdu  və

Mərhum İbrahimxəlil xan Əfəndilər kənd icmasını Rüstəm bəyə 
tiyul  mülkiyyətinə  vermişdi.  İndi  də  Mehdiqulu  xan  Əfəndilər 
camaatmı Rüstəm b əyə bağışlayır (163).
Xan torpağı bir sıra  şərtlər əsasmda tiyul kimi verilə  bilərdi. 
Çox  halda  kəndin,  yaxud  elin  sakinləri  iki  h issəyə  bölünür,  bir 
hissəsi xanm xeyrinə, digər hissəsi isə tiyuldarm xeyrinə vergi və 
m ükəlləfiyyət ödəyirdilər. Dəm irçihəsənəli  mahalmxn Təklə oy- 
mağmm  65  ailədən  ibarət  hissəsi  xan  xəzinəsinə  ildə  14  ruba 
buğda,  23  əşrəfi  otaq  xərci,  47  yük  odun,  3  tilani  batman  yağ,  8 
qoyun, 2 çetvert buğda,  8 çuval arpa, öküz əvəzinə 60 xan manatı, 
3  batman quzu yunu,  qnxxana xərci və çaparxana mükəlləfıyyəti 
yerinə yetirmək üçün iki atlı verməli idi. Bunlardan əlavə, xəzinə 
torpağmda taxıl səpinlərinə görə hər təsərrüfatdan  1,5 ruba buğda 
v ə  1,5  çuval  buğda  «bəhrə»  almırdı.  Elatlardan xan nökərlərinin 
xeyrinə  < 
fisindən  50  qəpik,  salyananın hər çetvertindən  50  qəpik qullüği, 
50 qəpik taqvilani, hər odun yükündən 25 qəpik qulluği, qırxxana 
xərci  üçün  toplanan  hər  çetvert  buğda  və  çuvaldan  50  qəpik 
qulluği və 50 qəpik taqvilani, hər batman yağdan 50 qəpik qulluği 
və  50  qəpik taqvilani,  hər qulluği üçün verilən  qoyundan  50  qə- 
pik,  öküz əvəzinə verilən pulun hər tümənindən 50 qəpik qulluği 
alımrdı.  Kənd əhalisinin digər hissəsi (vergilərdən azad olunmuş 
çavuşlar,  mollalar,  maaflar,  tiyuldann qohumlan  və  s.  istisna  ol- 
maqla)  27  ailə  isə rəncbər hüququnda tiyuldarm xeyrinə  vergilər 
ödəm əli  və  mükəlləfıyyətlər  yerinə  yetirməli  idilər  (192,  s.98). 
Dem əli,  bu halda xan (oymağm 45  ailəsi isə Əlimərdan bəyin və 
oğlanlarmın 4 ailəsi, qohumlarmm 4 ailəsi, Əlimərdan bəy v ə qo- 
humlara məxsus  17 rəncbər və qulluqçu ailəsindən,  habelə  7  ye- 
tim  və  dul  qadmdan,  1  molla,  bir  yoxsul  maafdan  ibarət  idi)  və 
tiyuldarlar  kəndlinin  izafi  əməyinin  məhsulunu  deyil,  istismar 
obyektlərini -  ailələri bölüşdürürdü.
İkinci  tiyul  forması  zamanı  tiyuldara  və  hətta  qulluq  adam- 
larına,  tiyuldara  təhkim  olunmuş  kəndlilərdən  əlavə  xan  kənd- 
lilərinin  izafı  əməyinin  məhsulunu  birgə  m ənim səm ək  hüququ 
verirdi.  Pimaut  kəndində  66  ailə  yaşayırdı.  Onlardan  29-u  xan 
xeyrinə  aşağıdakı  vergiləri  ödəm əli  və  m ükəlləfiyyətləri  yerinə 
yetirməli  idilər:  məhsulun  1/5  hissəsini  m alcəhət  kimi,  9  ruba 
buğda salyana kimi,  5 ruba buğda otaq xərci kimi verməli,  15 yük 
odun,  35 xan manatı poçt m ükəlləfiyyəti yerinə yetirməli,  darğa- 
hq,  mirzəyana,  qulluği, taqvilani və  s.  ödəm əli idilər.  Bu kəndli- 
lərdən  Hacı  Ağalar  bəyin  xeyrinə  350  xan  manatı  pul,  1  öküz, 
onun mehtəri üçün bir kaftan,  1  xalça,  20  xan manatı  bayramlıq, 
20 batman duz,  hər taydan  10 xan manatı  alınırdı.  Pimaut sakin- 
ləri  Axlatiyan  kəndi  sakinləri  ilə  birlikdə  2  gün  ərzində  7  xışla 
Hacı Ağalar bəyin torpaqlarını şumlamalı v ə 2 gün ərzində m əh- 
sulu  toplamalı  idilər.  Hacı  Ağalar bəyin  təsərrüfatma  rəncbərlər 
də təhkim olunmuşdu (193,  s.87).
Tatev  mahalımn Xınzirək kəndinin  sakinləri  xan  xəzinəsinə 
500 ruba buğda v ə 200 çuval arpa, 500 x.m.  və 50 ruba buğda kə- 
ləntərlik,  100 ruba buğda,  80 çervon otaq xərci,  1000 xan manatı 
baş  xərci,  200  yük  odun,  200  xan  manatı  şora  pulu,  100  xan 
manatı bayramlıq, mal əvəzinə 50-80 xan manatı v ə 8 ruba buğda 
mirzəyana,  70 xan manatı və 7 ruba buğda şərbətçi pulu,  350 xan 
manatı çuval pulu (taqvilani əvəzinə) v ə qulluği,  100 batman duz, 
3 kilim, 3 cüt kisə,  1  batman yun iplik,  3 kafitan ödəyirdilər. M əh- 
sul  və  pul  rentası  ödəməklə  yanaşı,  kənd  20  xışla  2  gün  Məlik 
Hüseynəlinin tarlasını şumlamalı,  səpməli və məhsulu toplamalı, 
xan  ilxısı üçün 4  nəfər gözətçi  verməli,  m alcəhəti yerinə  çatdır- 
malı,  hər toya görə  5-10 xan manatı verməli  idilər.  Bunlarla ya- 
naşı,  kəndlilər tiyuldarın atları üçün  30 çuval  arpa verməli,  Hacı 
Ağalar  bəyin  Qubadlı  kəndində  tiyuldara  məxsus  torpağı  bir  ay 
ərzində 6 xışla şumlanmalı, kovxaya  10 çervon və  10 çetvert buğ- 
da  verməli  idilər.  Tiyuldar və  kovxa  xanm  onlann  təsəmifatına

təhkim  etdikləri  kəndlilərin  əməyindən  istifadə  edirdilər  (193, 
ss.99-105).
Xanlıq dövründə  tiyulların  mülklərə  çevrilməsi  meyli  vardı. 
Tiyul  forması  ilə  yanaşı,  müqaitə  sistemi  də  geniş  yayılmışdı. 
Feodallar və  xidmət adamları -  yüzbaşılar,  şəxsi  bəylər v ə   ayrı- 
ayrı  maaflar müəyyən yerlərdə vergi  və  mükəlləfiyyətləri  topla- 
maq  və  toplanmış  pulun,  məhsulun  müəyyən  hissəsini  özlərinə 
saxlamaq hüququ alırdılar.
Feodaldan  asılı  kəndlinin  öz  şəxsi  əm əyinə  əsaslanan 
təsərrüfatı v ə qismən öz şəxsi torpağı vardı. Həyətyam sahə, bağ- 
lar,  üzümlüklər,  meşə və kolları təmizlədikdən sonra yararlı hala 
salmmış əkin sahəsi belə torpaqlardan idi.  Kəndli bu torpaqlardan 
istədiyi  kimi  istifadə  (onu  satmaq,  vəsiyyət  etmək  və  s.)  etmək 
hüququna malik idi.
V əqf. Xanlıqda dini m üəssisələrə məxsus v əq f mülkiyyəti də 
mövcud  idi.  «Vəqf»  sözü  öz  əmlakını  Allah  yolunda  ruhani 
idarələrinə  və  ya ruhaninin  özünə  həsr  etmək  barədə  müqavilə 
deməkdir.  Bu  müqaviləyə  əsasən,  mülkiyyət  sahibi  öz  mülkün- 
dən istifadə etmək hüququnu idarə, yaxud şəxsin xeyrinə itirirdi. 
Həmin idarə və  şəxsiyyət  isə  onlara verilmiş əmlakın gəlirindən 
m üəyyən  olunmuş  xərclər  üçün  istifadə  etm əli  idi.  İslam 
hüququna  görə,  vəq f hər  hansı  bir  idarənin,  yaxud  cəmiyyətin, 
hətta bir şəxsin xeyrinə mənqul və qeyri-mənqul əmlakın gəlirin- 
dən  istifadə 
etmək hüququnu
  verir, 
lakin
  onun  şəxsi  mülkiyyəti 
olmur,  v əq f -   Allahın  mülkiyyətidir  (157,  s.50).  Bu  mülkiyyət 
forması əsasən bağışlanmalar yolu ilə təşəkkül tapırdı. Bu torpaq- 
lardan  əldə  edilən  bütün  izafi  məhsul  ruhanilərin  sərəncamma 
keçirdi.  Nəinki  torpaq,  habelə  daş  karxanaları,  bağlar,  dəyir- 
manlar  v ə  digər  təsərrüfat  obyektləri  də  v ə q f  mülkiyyəti  ola 
bilirdi.
V əq f mülkiyyətinə əsasən  qeyri-mənqul mülkiyyət,  tikililər, 
torpaq sahələri  qəbul olunurdu.
Nadir şahm hakimiyyəti dövründə şiə ruhanilərinin m övqelə- 
rini  zəiflətm ək m əqsədilə Azərbaycandakı bir çox v əq f mülkləri 
müsadirə  olunaraq  xəzinənin  sərəncamına  verilmişdi  (120, 
ss.15-16).  Yalnız  xanlıqlar  dövründə  v ə q f  mülkiyyəti  ə w ə lk i 
əhəm iyyətini bərpa etmişdi.
1768-ci  ildə  Şuşada tikilmiş  Gövhər  ağa məscidinin vəqfinə 
Cavanşir  mahalmda  Qaraçuxa,  Maqsudlu,  Qubadlı  mahalmda 
Eloğlu kəndləri daxil edilmişdi.  Bu vəqfə  Darğalı kəndində  olan 
M əhəmm əd  Qulu  Taib  adlı  birisinin  mülkündən  başqa  bütöv 
kənd,  Şıxlı  kəndində  isə  üzüm  və  m eyvə  bağlan  daxil  idi  (35, 
ss.42-43).
Xristian kilsələrinin də  vəqfləri var idi.  Mehdiqulu xan Qan- 
zasar  (Alban)  monastınna  5  kənd  bağışlamışdı  (AİO,  Bakı  bəy 
komissiyası Fondu,  iş 2,  v.243).
Qanzasar  monastırmın  mülkiyyətində  37  evdən  ibarət  Vəng 
kəndi,  üzüm  bağı,  2  dəyirman,  dəyirman  daşlarmm  hazırlandığı 
daş karxanası vardı. Monastır xana yalnız novruz bayrammda bay- 
ramlıq  verirdi.  Vərəndə  məlikliyində  yerləşən  Müqəddəs  Ayra- 
pet monastırmın,  Dizaq məlikliyində yerləşən Tatev monastırmm 
və Müqəddəs  Boqoroditsa monastırınm mülkiyyətində 23  həyət- 
dən  ibarət Küçüvaşit kəndi,  Tatev kəndində 4  həyət,  Küçüvaşit, 
Tatev,  Tanzatan kəndlərində  390 çetvert əkin yeri,  1  un dəyirma- 
nı,  1  yağ  emalı zavodu və  1  üzümlük vardı.  Tatev monastırı bun- 
dan əlavə Şenqer, Xot və Xalidzur kəndlərindən malcəhətin yarı- 
sını,  buğda,  arpa və üzüm məhsulunun  İ/IÖ  hissəsini alırdı.
Bir  sıra  imtiyazlara  malik  vəqfiər  vergi  ödəməkdən  azad 
idilər.  Şuşadakı  Gövhər  ağa  məscidi  buna  əyani  misaldır  (35., 
ss.34-39).
İcma.  Kend  icmalannın  ixtiyahnda  olan  icma  torpaqlan  da 
mövcud  idi  (130,  s.257).  Bu  torpaqlar  icma  torpaq  mülkiyyətini 
təşkil  edirdi.  Göllər,  meşələr,  çəmənlər,  otlaqlar,  boş  sahələr,

mal  suvarılan  yerlər,  qəbiristanlıq,  icma  mülkiyyətinə  daxil  idi. 
İcma üzvü balıq tutmaqla,  ovla və  s.  ilə məşğul  ola bilərdi.
Qeyri-iqtisadi  məcburiyyət  üzündən  kəndlinin  bütün  izafı 
məhsulu feodallarm xeyrinə gedirdi.
Xırda kəndli mülkiyyətinin vəziyyəti ziddiyyətli idi.  Burada 
dövlət mülkiyyəti  ilə xüsusi  mülkiyyət çulğalaşırdı.  N əsilbənəsil 
torpaqda yaşayan kəndli bu torpağı özününkü hesab  edir,  xan isə 
müsəlman hüququnu  əsas  götürərək kəndi,  eli  v ə mahalları  əha- 
lisi ilə birlikdə  dünyəvi v ə dini  feodallara irsi  (mülk)  və ömürlük 
(tiyul) mülkiyyətə verirdi.
T orpaqdan
  istifadə.  Xana,  bəylərə,  mülkədarlara  və  tiyul- 
darlara  məxsus  torpaqlar  müəyyən  şərtlərlə  kəndlilərin  istifadə- 
sində  idi.  Toıpaqlar  vaxtaşırı  (dörd  ildən  bir)  icma  üzvləri  ara- 
smda bölünürdü.
İcmanın istifadəsində olan torpaqlar icmanm qərarı ilə istəni- 
lən vaxt bölüşdürülə bilərdi. 
Adətən bölgü 3-6
 ildən bı'r keçirilir, 
aifosmin say təıkibı artmış kəndlilərin pay torpağı 
artmlır,
  yaxud 
say  tərkibi  azalmış  ailələrin  torpağı  azaldılırdı.  Bölgü  ağsaqqal 
tərəfindən  aparılırdı.  Torpaq  paymı  ya  ailənin  kişi  üzvlərinin 
sayma, ya  da hər bir ailənin  iqtisadi  gücünə  və  tələbatma uyğun 
verirdilər.  Bəzi  yerlərdə  bölgü  heç  keçirilmirdi.  Tamamılə  yoxa 
çıxmış  ailələrin  torpağı  və  təsərrüfatmdan  icmanm  qərarına 
uyğun istifadə olunurdu (130,  s.257).
Qarabağ  xanlığmda  torpaq  sahəsini  ölçmək  üçün  m üxtəlif 
ölçü vasitələrindən istifadə edirdilər.  Kəndlərin çoxunda əkin sa- 
həsi  «çuval»  adlanan  ölçü  vahidi  ilə  ölçülürdü.  1  çuvala  7  pud 
buğda,  1  çuval yer isə 7 pud buğdanm səpildiyi sahə sayılırdı.  Bu 
sahə hər yerdə  eyni deyildi,  çünki əkin sahəsi torpağın keyfıyyə- 
tindən və  iqlim şərtlərindən asılı olurdu.  Dəm yə torpağa daha az 
toxum  səpilirdi.  Dağətəyi  zonada  eyni  sahəyə  dağ  zonasında 
olduğuna nisbətən daha az toxum səpilirdi. Dağ zonada  1  çuvalın 
böyüklüyü 2.500 kvadrat sajen, dağətəyi zonada və ovalığa yaxm
kəndlərdə çuvalın sahəsi 2300-2450 kv.  sajen, aran yerlərdə,  su- 
vanlan torpaqlarda isə  2.200 kv.  sajen olurdu.  B eləliklə,  «çuval» 
yeri  bir desyatindən bir qədər az idi (130,  sş.238-239).
Həkəri dərəsində əkin sahəsini ölçm ək üçün daha xırda ölçü 
vahidləri:  «kəvuz»  və  «kilə»  mövcud  idi.  Bir  kəvuzda  9  kilo 
vardı, bir kəvuz  1  pud 30 funt buğdaya, v ə ya I pud 20 funt çəltik, 
yaxud arpaya bərabər idi.  1  desyatin torpağa 4 kəvuz buğda,  5 kə- 
vuz çəltik, yaxud arpa səpilirdi.  I kəvuz buğda 7 puda bərabərdir, 
demək I  kəvuz təqribən  1/4 çuvala,  yaxud desyatinə bərabər idi. 
Aran kəndlərində əkin sahəsinin bir,.yaxud iki cüt öküzlə bir gün 
ərzində şumlanması qaydası ilə ölçülməsi də mövcud idi. Bu sahə 
təqribən  1/3- 2/3  desyatin arasmda olurdu (130,  ss.224-225).
Xristian kəndlərində əkin sahəsini iplə ölçürdülər.  İpin uzun- 
luğu  qarışla m üəyyən edilirdi.  Kəndlər üzrə  qarışın uzunluğu və 
qanşlarm  sayı m üxtəlif idi.  Bəzisində  12  qarış,  digərində  20  qa- 
rış,  24,  hətta 30  qarış əsas götürülmüşdü (180,  s.239).
Otlaqlar  «qara»,  yaxud  «qılça»  prinsipi  əsasmda  bölünürdü. 
İki baş qaramalı və 40 baş qoyunu, yaxud bir baş qaramalı, 80 baş 
qoyunu olan ailəyə uzunu  75  «ip» və eni iki  ip sahə  ayrılırdı. Bir 
«ip»in uzunluğu 2  sajenə  bərabər  idi.  18-150 kvadrat sajen  sahə 
üçün göstərilən qədər mal-qarası olan hər ailə ildə  10 manata qə- 
dər «qara» adlı vergi verir və müxtəlif m ükəlləfiyyətlər daşıyırdı- 
lar.  B əzi  icmalarda isə  ödəmə vahidi «qılça»  (At ayağı)  adı daşı- 
yırdı  (132,  s.10).  Əkin  yerlərinin  xış  v ə  kotana  görə  bölünməsi 
sistemi  mövcud  idi.  Ailələr üzrə  bölgü  sistemi  daha  geniş  yayıl- 
mışdı.
Su 
sahibliyi və sudan istifadə. Şərqdə həm işə kənd təsərrü- 
fatrnda  suvarma  çox böyük əhəm iyyətə  malik  olmuşdur.  Arxlar, 
kəhrizlər,  quyular  xüsusi  şəxslərin,  yaxud  kənd  icmalarmın  tor- 
paqlarmda olduğundan onlarm mülkiyyəti hesab olunurdu. Xanlıq 
dövründə Qarabağda fəaliyyətdə olan kanalların əksəriyyəti ayrı- 
ayn feodallann ixtiyarmda idi.  Sahibsiz torpaqda qazılmış quyular

və  ətraf torpaqlar  quyu  qazanların  mülkiyyəti  sayılırdı.  Kəhriz 
Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin