Zemfira haciyeva qarabağ xanliğI


iqtisadi  və  mədəni  inkişafı  üçün  münbit  şərait  yaradılmışdır



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
1   ...   7   8   9   10   11   12   13   14   15

iqtisadi  və  mədəni  inkişafı  üçün  münbit  şərait  yaradılmışdır. 
Azərbaycan  xanlıqları  arasmda  öncül  yer  tutan  Qarabağ  xanlığı 
isə  özünün  hərbi-iqtisadi  və  hərbi-siyasi  qüdrətinə  görə  xüsusi 
mövqeyə  malik  idi.  Buna  görə  də  bu  xanlığın  tarixini  öyrənmə- 
dən  bütövlükdə  Azərbaycan  xanlıqlarmm  tarixinin  obyektiv  və 
dolğun mənzərəsini yaratmaq  çətindir.
Qarabağ  xanlığmm  sosial-iqtisadi  münasibətləri  v ə  dövlət 
quruluşuna  həsr  olunmuş  xüsusi  tədqiqat  olmasa  da,  mövcud 
tarixşünaslıq  əsərlərində  bəzi  problemlər  öz  əksini  tapmışdır. 
Qarabağ  xanlığmm  tarixini  və  ilk  növbədə  xanlıqda  mövcud  ol- 
muş  sosial-iqtisadi  və  sosial-siyasi  münasibətləri  arxiv  sənədləri 
və ilk tarixi  mənbələr əsasmda tədqiq etmək mühüm əhəm iyyət 
kəsb  edir.  M əzkur  tədqiqat  zamam  m üxtəlif  metodlardan 
kompleks  şəkildə  istifadə  edilərək  problemi  araşdırmaq  cəhdi 
edilmişdir.  Xanlığm  sosial-iqtisadi  və  sosial-siyasi  quruluşunu 
öyrənmək üçün  hər hansı  bir tarixi  problemin tədqiqində  olduğu 
kimi  ilk mənbələrin müstəsna əhəm iyyəti  olmuşdur.
Qədim  dövrdə  və  erkən  orta  əsrlərdə  Qarabağ  ərazisi  Alba- 
niya  dövlətinin  Uti  və  Arsax  vilayətlərinin  tərkibində  olmuşdur. 
Ərəb  işğalından  sonra  əsasən  Uti  «Aran»,  Arsax  isə  «Aqvan» 
adlanmağa  başlanmışdır.  «Qarabağ»  istilahı  isə  təxminən  XII 
əsrdən  qeyd  olunur.  Tədqiqatçılar  Qarabağ  toponimini  peçeneq- 
kəngərlərin  bir  qolu  olan  Qarabay  (Qarabağ)  tayfasmm  adı  ilə 
bağlayırlar.
Səfəvi  dövründə  Qarabağ  ayrıca  bəylərbəylik  təşkil  edirdi. 
İnzibati  mərkəzi Gəncə şəhəri olan bu bəylərbəylik Araz və  Kür
çayları  arasmda,  qərbdə  Samxet  dağları  və  Göyçə  gölünə  kimi 
uzanan  geniş  bir  ərazini  əhatə  edirdi.  Bəylərbəyliyin  tərkibinə 
Bərdə  şəhəri,  Aqstabad (indiki  Ağstafa),  Bərgüşad,  Arazbar,  Ca- 
vanşir və  digər mahallar daxil idi.
XVIII  əsrin  20-ci  illərinin  ortalarında  Azərbaycanm  bir  çox 
yerləri  kimi,  Qarabağ bəylərbəyinin ərazisi  də Osmanlı hakimiy- 
yəti  altmda  idi.  Osmanlı  hakimiyyəti  dövründə  bu  ərazi  «Gəncə 
əyaləti» adlanır və Qarabağ bəylərbəyinin ərazisindən xeyli kiçik 
idi,  çünki  Qazax  Tiflis  əyalətinə,  Lori  və  Pəmbək  mahalları  isə 
İrəvan  əyalətinə  birləşdirilmişdi.
XVIII  əsrin  30-cu  illərində  Nadir  şah  Əfşar  ölkəni  azad 
etmiş,  ona  qarşı  çıxan  Ziyadoğlular nəslini  cəzalandıraraq  Qazax 
və  Borçalı  elatlarım  onların  tabeliyindən  çıxarıb  Kartli  çarının 
tabeliyinə keçirtmişdi.  O,  Qarabağda yaşayan cavanşir, otuziki və 
kəbirli  tayfa  birliklərini  ona  müxalif mövqedə  dayandıqları  üçün 
Xorasanm Sərəxs mahalına köçürdü.  Şah Qarabağm dağlıq hissə- 
sində yaşayan alban məliklərinə əmr vermişdi ki,  Qarabağ (Gən- 
cə)  bəylərbəyinə  deyil,  onun özünə, yäxud Azərbaycanın hakimi 
təyin  etdiyi  qardaşı İbrahim xana tabe  olsunlar.
Nadir  şah  Pənahəli  xanın  qardaşı  Fəzləli  bəyi  öldürdükdən 
sonra cavanşirlərin başçısı ona qarşı mübarizəyə başladı.  O öz tə- 
rəfdarları  ilə  birgə Gəncəyə, Naxçıvana,  Şəkiyə və  digər yerlərə 
basqmlar  etdi.  Pənahəli  bəy  özünə  çoxlu  təəssübkeş  toplamaq 
üçün  ələ   keçirdiyi  qəniməti  -   mal-qaranı,  atları  əhaliyə  payla- 
yırdı.
1747-ci  il  iyun ayında Nadir şah  öldürüldükdən  sonra İranda 
mərkəzi  hakimiyyət  iflic  vəziyyətinə  düşdü.  Beləliklə  də  ucqar- 
larm  müstəqilləşməsi  üçün  münasib  şərait  yarandı.  Bu  dövrdə 
Azərbaycanda  20-yə  yaxm  müstəqil  və  yarımmüstəqil  xanlıq 
təşəkkül tapdı. B elə bir tarixi şəraitdə Pənahəli bəy Qarabağ xan- 
lığınm  əsasını  qoydu.  Cavanşir  və  başqa  köçürülmüş  ellər  Qara- 
bağa  qaytarıldı.  İnzibati  mərkəz  kimi  1748-ci  ildə  Kəbirli maha-

lında  Bayat  qalası  inşa  olundu.  M ənbələrin  yazdığma  görə,  qala 
dərin  xəndək  və  bişmiş  kərpicdən  tikilmiş  divarlarla  əhatə 
olunmuşdu.
Bayat  qalasmm  inşası  Qarabağm  dağlıq  hissəsində  yaşayan 
xristian  məliklərini  və  Qarabağı  özünə  tabe  etmək  niyyətində 
olan  şəkili  Hacı  Çələbi  xam  narahat  edirdi.  Siyasi  müstəqillik 
xülyasında olan məliklər Pənahəli  xanın tədbirlərinə  müqavimət 
göstərirdilər.  Məliklər  o  zaman  güclü  hərbi  qüvvəyə  malik Hacı 
Çələbini  Pənahəli  xana  qarşı  çıxmağa  təhrik  edə  bildilər.  Lakin 
Pənahəli  xan bütün zərbələri  d ə f edə  bildi.  Bu  döyüşlər göstərdi 
ki,  xanlığa  Bayat  qalasma  nisbətən  daha  etibarlı  qala  lazımdır. 
Buna görə də Pənahəli xan  1751-52 ildə  Təməkütdə  «Şahbulaq» 
adı ilə  tanınan  qala inşa etdirdi.
Bütün  bunları  nəzərə  aldıqda  Qarabağ  xanlığmm  yaranma 
prosesinin  digər  Azərbaycan  xanlıqlarınm  yaranma  prosesindən 
fərqli  olduğunu  müşayiət  etmiş  oluruq.  Əgər  başqa  xanlıqlar 
hansısa  bir  şəhər  ətrafında  yaranmışdısa,  Qarabağ  xanlığı  üçün 
mərkəz rolunu oynaya biləcək bir şəhər yox idi, ona görə də xan- 
lığın  banisi  Pənahəli  xanm  ən  ümdə  vəzifəsi  mərkəz  rolunu 
oynaya  biləcək  şəhər-qala  inşa  etdirmək  olmuşdur.  Bir  çox  xan- 
lıqların  baniləri  xanlıqlarm  yarandığı  ərazinin  irsi  hakimlərinin 
nəslindən  olduğu halda Pənahəli  xan  sadəcə  bir tayfanm-Cavan- 
şirlər  tayfasmm  başçısı  idi.  Qarabağ  xanlığı  xristian məliklərinin 
separatçılıq  hərəkatları  ilə  mübarizə  şəraitində  yaranmış  və 
möhkəmlənmişdi.
1749-1750-ci  illər  arasında  Pənahəli  xan  G əncəyə  hücum 
edib  Şahverdi  xandan  450  tümən  bac  alıb  geri  döndü.  Bundan 
sonra Pənahəli xan Xəm sə məliklərinin bölüşdürücülük fəaliyyə- 
tinə qarşı mübarizəyə başladı.  Vərəndə m əliyi Şahnəzər xoşluqla 
Pənahəli xanın hakimiyyətini qəbul etdi, Xaçm məliyi Allahverdi 
Ballıca ətrafında müqavimət  göstərsə  də,  tutuldu.  Beləliklə,  Xa- 
çm  məlikliyi  də  Qarabağ  xanmdan  asılı  vəziyyətə  düşdü.  Dizaq
m əliyi  Yegan kəskin müqavimət göstərdi,  lakin  onun tərəfdaşla- 
rmm  bir  hissəsi  döyüşlərdə  qırıldı,  digər  hissəsi  isə  İslam  dinini 
qəbul etdi.  Çiləbörd məliyi Allahqulu Pənahəli xanın təbəəliyini 
qəbul  etdi  (sonralar  isə  qətlə  yetirildi)  və  bundan  sonra  Qarabağ 
xam  öz  hakimiyyətini  ətrafa  yaymağa  başladı.  O,  Gəncə,  Qa- 
rabağ,  Ərdəbil  və  Naxçıvan  xanlarmı  öz  təsiri  altma  aldı,  öz 
mülklərini  cənub-şərqə  və  cənub-qərbə  tərəf  genişləndirərək 
Tatev,  Sisyan,  Qafan, Mehri mahallarım özünə tabe  etdi.
Tarixi  mənbələri  araşdıraraq  belə  nəticəyə  gəlm ək  olar  ki, 
K içik Qafqazm cənub-şərq çıxmtısında yerləşən Qarabağ xanlığı 
Azərbaycan  ərazisinin  mühüm  hissəsini  tuturdu.  Xanlıq  şimal- 
qərbdə  Kürəkçay  və  Qaraçay  boyunca  Gəncə,  cənub-qərbdə 
Naxçıvan,  qərbdə  İrəvan,  şimal-qərbdə  Kür  çayı  boyunca  Şəki, 
daha sonra şərqdə Kür çay boyunca Şamaxı, cənubda Qaradağ və 
qismən  Təbriz xanlıqları  ilə həmsərhəd idi.
Qarabağ  xanlığmm  qüdrətinin  artdığı  bir  dövrdə  İranda  şah 
taxtı uğrunda mübarizə bütün kəskinliyi ilə davam edir, bu müba- 
rizə  Qarabağ  xanlığı  üçün  təhlükəli  idi.  Yürüşlərə  davam  gətir- 
mək  m əqsədilə  Pənahəli  xan  möhkəm  bir  sığınacaq  yaratmaq 
qərarına  gəlir,  Şuşa  kəndi  yaxınlığında  yer  seçilir  və  yerlə  tanış 
olduqdan sonra Pənahəli xan  qalanın bünövrəsinə daş  qoyur.
Şuşa  şəhərinin XIX  əsrin  I  qərinəsində  çəkilmiş  planı  sübut 
edir  ki,  qala  olduqca  möhtəşəm bir  istehkam  idi.  Tarixi  faktların 
təhlili  göstərir  ki,  qalanm  inşa  vaxtını  müəyyən  etməyə  çalışan 
tədqiqatçılar  yanlışlığa  yol  vermişlər.  Ehtimal  ki,  qalanın 
tikintisinə  1753—1754-cü illərarasında başlanılmış,  1756—1757-ci 
ildə  xan öz iqamətgahmı bura köçürmüşdür.
1757-ci  ildə  İran  şahı  taxtına  ən  güclü  namizəd  olan 
M əhəmm ədhəsən  xan  Qacar  Qarabağa  hücum  etdi,  Araz  çayını 
keçib  Şuşa qalasmın 4  ağaclığmda düşərgə  saldı.  Lakin M əhəm- 
m ədhəsən  xan  təxminən  bir  ay  Şuşa  ətrafmda  qalsa  da,  heç  bir 
uğur qazana bilmədi.

Bir  müddət  sonra  urmiyalı  Fətəli  xan  Əfşar  bütün  Cənubi 
Azərbaycanı  ələ  keçirdikdən  sonra  Pənahəli  xanın  yanına  elçi 
göndərərək  itaət  göstərməsini  tələb  etdi.  Rədd  cavabı  aldıqda 
1759-cu  ildə  Fətəli  xan  böyük  qoşun  toplayaraq  Qarabağa  hərə- 
kət etdi və  Şuşa qalasının bir ağaclığında düşərgə saldı.  Pənahəli 
xana  qarşı  gizli  düşmənçiliyi  davam  etdirən  Çiləbörd  v ə  Talış 
məlikləri Fətəli xanm yanma getdilər.  Şuşa əhalisinin qəhrəman- 
casma müqavimət göstərm əsinə baxmayaraq,  Fətəli xanm qoşun- 
ları  tədricən  qalaya  yaxınlaşır,  qalaya  gedən  yollar  bağlandığı 
üçün  orada  azuqə  və  hərbi  sursat  azalırdı,  şəhər  süqut  etmək 
təhlükəsi  qarşısında  idi.  Pənahəli  xan  vəziyyətdən  çıxış  yolunu 
zahiri  itaət göstərməkdə  görüb,  öz  oğlu İbrahimxəlil  ağanı  girov 
kimi Fətəli xan Əfşarın düşərgəsinə göndərmiş və zahirən də olsa 
asılıhğı  qəbul etmişdi.
1761-ci  ilin  yaymda  Kərim  xan  Zənd  urmiyalı  Fətəli  xam 
məğlub  etdi.  Urmiya  xam  ilə  münaqişədə  olan  Azərbaycan  xan- 
ları,  o  cümlədən  Pənahəli  xan  Kərim  xan  Zəndə  qoşuldu.  Lakin 
Fətəli  xan  məğlub  edilib,  edam  olunandan  soma  K ərim   xan 
qonaqlıq adıyla Azərbaycan xanlarım  Şirazda girov  kimi  saxladı.
Y'ad  ölkədə  asılı  vəziyyətdə  yaşaya  bilm əyən  Pənahəli  xan 
müəmmalı  şəkildə  öldü.  Onun  cənazəsini  Qarabağa  gətirib 
Ağdamda  dəfh  etdilər.  Xanın  oğlu  İbrahimxəlil  ağa  Qarabağa 
qayıtdı  və  xanlığa  yiyələndi.  Bu  dövrdə  qubalı  Fətəli  xan  Azər- 
baycan  torpaqlarım  birləşdirmək  uğrunda  mübarizədə  Qarabağlı 
İbrahimxəlil  xana  rəqib  kimi  baxırdı.  Buna  görə  də  o,  dəfələrlə 
Qarabağa  hərbi  yürüşlər  etmişdi.  Lakin  İbrahimxəlil  xan  Şuşa 
qalasmda möhkəmləndi  və bütün yürüşlər d ə f olundu.
1795-ci ildə Qarabağ daha qüdrətli düşmənin -  Ağa M əhəm- 
məd xan Qacarın basqınma məruz qaldı. Lakin qarabağlılar mərd- 
liklə  müqavimət  göstərdilər.  1797-ci  ildə  ikinci  yürüş  zamanı 
döyüşlər  əsnasında  Ağa  Məhəmməd  şah  Şuşa  qalasmı  tutmağa 
müvəffəq oldu.  Bir müddət sonra şah  saray sui-qəsdi nəticəsində
öldürüldü.  Onun qoşunu pərən-pərən olub geriyə qaçdı, xanlıq öz 
müstəqilliyini bərpa etdi.
1803-cü  ildən  etibarən  Rusiya  qəti  şəkildə  Azərbaycan 
torpaqlarınm  işğalma  başlamışdı.  1805-ci  il  mayın  14-də  (26-da) 
G əncə  şəhərinin  20  verstliyində,  Kürəkçay  sahilində  general 
Sisianovla İbrahimxəlil xan arasında bağlanmış müqaviləyə görə, 
xan rus  imperatorundan  vassal  asılılığmı qəbul  etdi.  Müqavilənin 
şərtləri göstərir ki,  xan  daxili müstəqilliyini  saxlayırdı.
1806-cı  ilin  yazmda  İran  qoşunu  yenidən  Qarabağa  hücum 
edəndə rus  qoşunlarmın zabiti mayor Lisaneviç  İbrahimxəlil xanı 
ailəsi  ilə  birgə  qətlə  yetirdi.  Həmin  ilin  sonunda  Mehdiqulu  xan 
xanlığın başçısı təyin edildi.
Tədqiqat  Qarabağ  xam  İbrahimxəlil  xanm  Azərbaycanın 
tarixində  yüksək mövge tutduğunu  təsdiq edir.
Monoqrafiyada tarixi mənbələr və mövcud ədəbiyyatdan isti- 
fadə edilərək xanlığm coğrafi mövqeyi, relyefin quruluşu, torpaq- 
ların strukturu,  təbii ehtiyatları,  iqlimi, yağıntı səviyyəsi,  bitki  və 
heyvanat  aləmi,  çaylar  sistemi,  habelə  xanlığm  nəqliyyat yolları 
və  vasitələri  ətraflı təhlil  edilir.  Təhlil  göstərir ki,  əlverişli  iqlim 
və mühit,  torpaqların bolluğu Qarabağ xanlığında kənd təsərrüfa- 
tının  inkişafına  təkan verirdi.
Rus  işğalı  zamanı  Qarabağ  xanlığmın  ümumi  torpaq  fondu 
1354000  desyatin  (o  cümlədən  100  min  desyatini  əkinə  yararlı) 
təşkil  edirdi.  Əhalinin  hər  nəfərinə  təxminən  1,1  desyatin  əkin 
sahəsi  düşürdü.  Kənd  təsərrüfatında  əsas  yeri  əkinçilik  və  mal- 
darlıq  tuturdu.  Əkinçilikdə  süni  suvarma  həyati  əhəm iyyət  daşı- 
yırdı.  Çaylar  olmayan  yerlərdə  süni  suvarmada  kəhrizlərdən, 
quyulardan  istifadə  olunurdu.  Xanlığm  kəndlərində  əsasən  növ- 
bəli əkin sistemindən istifadə edirdilər.  Monoqrafiyada bölgədən 
asılı  olaraq  səpilən  toxumun  miqdarı  və  əldə  olunan  məhsulun 
miqdarı tarixi mənbələr əsasmda araşdırılmışdır.  Burada kənd tə- 
sərrüfatmda istifadə edilən alətlər tədqiq olunmuşdur.  Əkinçiliyin

ayrı-ayrı  sahələri  təhlil  edilərək  yetişdirilən  başlıca  əkinçilik 
məhsullarmın -   taxıl  məhsulları:  buğda,  arpa,  çəltik,  darı  və  pə- 
rinc (buğda növü),  lifli bitkilərin (pambıq və kətan), yağ bitkiləri- 
nin  (küncüt  və  gənəgərçək)  olduğu  aydınlaşmışdır.  Ə kinçilikdə 
tütünün  yetişdirilməsi  m üəyyən  yer  tuturdu.  Əlverişli  iqlim 
şəraiti  və  bərəkətli  torpaqlar bağçılıq  və  üzümçülüyün  inkişafma 
təkan  verirdi.  Xanlıqda  baramaçılıq  və  ipəkçilik  inkişaf etməkdə 
idi.  Xanlığm  iqtisadiyyatmda  m eyvəçilik  və  üzümçülüyün  də 
m üəyyən  yeri  vardı.  Bağ  və  bostançılığm  inkişafma  bir  tərəfdən 
təsərrüfatın  qapalı  xarakteri,  digər  tərəfdən  də  aztorpaqlılıq,  su 
çatışmazlığı mane olurdu.
Zəngin  otlaqlarm  olması  burada  maldarlığın  digər xanlıqlara 
nisbətən  daha yaxşı inkişaf etm əsinə  səbəb olurdu.  Yayda sərin 
yaylaqlarm,  qışda  isti  qışlaqların  olması  xanlıqda  maldarlığm 
köçmə maldarlığı səciyyəsi  daşıdığmı  göstərir.  Qoyunçuluq daha 
çox  yayılmışdı.  Qarabağda  cins  atlar  yetişdirilirdi.  Qış  mövsü- 
mündə mal-qaranı Kür və Araz çaylarmın  sahillərində otarırdılar. 
Azərbaycanda  elatlar  maldarlıqla  yanaşı,  əkinçiliklə  də  məşğul 
olur,  qışa  yem  tədarük  edir,  daimi  yaşayış  evləri  və  təsərrüfat 
tikililəri  inşa  edirdi.  Bu  da  öz  növbəsində  elatların  köçəri  yox, 
köçmə  (otqonnoye)  maldarlıqla  m əşğul  olmaqlarına  sübutdur. 
Lakin  feodal  münasibətlərinin  hökmranlığı  üzündən  təsərrüfat 
ekstensiv səciyyə  daşıyırdı.
Təbii  fəlakətlər  kənd  təsərrüfatına  böyük  ziyan  vurur, 
xanlığm  aran  hissəsində  quraqlıq,  dağlıq  hissəsində  isə  tez-tez 
yağan  leysan yağışlar və  dolu məhsulu təhlükə  altma  alırdı.  Mü- 
haribələr,  basqmlar,  qarətlər  də  kənd  təsərrüfatma  dağıdıcı  təsir 
göstərirdi.  1794-cü ildə Qarabağda 60 min ailə yaşayırdısa,  1805-ci 
ildə  bu rəqəm 
10 minə  enmişdi.
Tarixi  mənbələrin  təhlili  m övcud  sosial  təbəqələrə  aid  in- 
sanlarm  yaşayış  tərzini  öyrənməyə  imkan  vermiş  və  bu  məqam 
tədqiqatda öz geniş əksini tapmışdır.
Tədqiqatda  xanlığın  sosial  quruluşu  təhlili  edilmiş,  istehsal 
münasibətlərinin  öyrənilməsi  nəinki  istehsal  üsulunun tam  mən- 
zərəsini  bərpa  etməyə,  habelə  xanlığın  maddi  həyat  şəraitini 
öyrənməyə  kömək edir.  K ənd təsərrüfatmda inkişaf etmiş  feodal 
münasibətləri hökm sürürdü.  Torpağın əsas  hissəsi xana və  onun 
ailəsinə,  xan  xəzinəsinə  və  qismən  yerli  mülkədarlara  məxsus 
idi.  Xan mülklərinin bir hissəsini yaxm adamlarma və  ona qulluq 
edən  şəxslərə  ömürlük  istifadə  etmək  üçün,  yaxud  irsi  mülkiy- 
yətə vermişdi.  Ə w əlk i dövrlərdə olduğu kimi torpaq sahibliyinin 
beş  əsas  forması  vardı:  xalisə,  divani,  mülk,  tiyul,  vəqf.  Tarixi 
mənbələrin  məlumatları  bu  torpaq  kateqoriyaları  arasında  olan 
fərqləri,  onlarm  hər  birinin  xüsusiyyətlərini  öyrənməyə  imkan 
verir.  Xanlıq  dövründə  xalisə  ilə  divani  torpaqlarm  arasındakı 
fərq  tədricən  itir,  onlar  bir  yerdə  xan  torpaqları  adlamrdı.  Təd- 
qiqatda  torpaqdan  istifadə  qaydaları,  onların  müəyyən  şərtlərlə 
icarəyə  verilməsi  faktları  təhlil  edilir.  Arxlar,  kəhrizlər,  quyular 
xüsusi  şəxslərin,  yaxud  kənd  icmalarınm  torpaqlarında  olduğun- 
dan  onların  mülkiyyəti  hesab  olunurdu.  Xanlıq  dövründə  Qara- 
bağda fəaliyyətdə olan kanallarm əksəriyyəti ayrı-ayrı feodallarm 
ixtiyarında  idi.  Su  sahibliyi  və  sudan  istifadə  etmə  xüsusi  qay- 
dalarla tənzimlənirdi  ki,  onlar tədqiqatda ətraflı  şərh olunur.
Xanlıq  əhalisi  iki  əsas  sinfə  -   feodal  və  kəndlilərə  bölünür- 
dü. Feodal sinfınə xan, məliklər,  ağalar, bəylər, minbaşılar, kənd- 
xudalar,  yüzbaşılar  və  yasavullar  daxil  idi.  Onların  çoxsaylı  qru- 
punu  bəylər  təşkil  edirdi.  Bəylər  üç  ‘qrupa  bölünürdü:  öz 
rütbələrini  şahlardan və  osmanlı  sultanlarından almış  və  irsi  titul 
daşıyan  bəylər;  Qarabağ  xanlarmın  təliqəsi  ilə  bu  adı  alanlar. 
Onlarm  da  titulu  irsi  səciyyə  daşıyırdı;  təliqəsi  olmayan,  müəy- 
yən vəzifə daşıdığma görə bu adı müvəqqəti  daşıyan  bəylər.  Ru- 
hanilərin  yuxarı  təbəqəsi  -   şeyxülislam,  axundlar,  qazilər,  əfən- 
dilər,  seyidlər,  ağamirlər;  xristian  ruhanilərindən  patriarx,  «qara

ruhanilər»  adlandırılan  arxiyepiskop,  yepiskop  və  vardapetlər də 
feodal sinfinə  daxil  idilər.
Kəndlilər  rəiyyətlərə,  rəncbərlərə  v ə  elatlara  bölünürdü. 
Rəiyyətlərin  öz  təsərrüfatı  və  istifadəsində  pay  torpağı  var  idi. 
Rəncbərlərin isə öz təsərrüfatı olmayıb,  ağa torpaqlarmda çalışır, 
əməyinin müqabilində məhsulun bir hissəsini alırdılar. Elatlar isə 
köçmə  maldarlıqla  m əşğul  olan  tayfalarm  sıravi  üzvləri  idi.  Xan 
qoşununun  əsas  hissəsini  də  elatlar  təşkil  etdiyindən  onlardan 
daha az vergi alımrdı.
Müsəlman ruhanilərin aşağı təbəqəsi -  mollalar və başqaları, 
xristian  ruhanilərindən  -   «ağ  ruhanilər»  adlandmlan  keşişlər, 
dyaklar və başqa kilsə xadimləri öz vəziyyətlərinə görə kəndlilər 
sinfinə  daxil  idilər.
Maaflar  deyilən  xüsusi  zümrə  feodallarla  kəndlilər  arasmda 
orta  vəziyyəti  tuturdu.  Onlar  xanın  çağırışı  ilə  hərbi  xidmətə 
gedir və  digər  tapşırıqları yerinə yetirirdilər.  Bunun  müqabilində 
bütün vergilərdən və  ödənişlərdən  azad  idilər.
Tədqiqatda  nökər,  xalisə  və  qulların  statusu,  hüquq  və 
vəzifələri  araşdırılır.
Kəndlilər  xəzinənin  və  torpaq  sahiblərinin  xeyrinə  bir  çox 
vergilər  ödəyir  və  m ükəlləfiyyətlər  yerinə  yetirirdilər.  Tədqiqat 
zamanı  vergi  və  m ükəlləfıyyətlər  aşağıdakı  qruplara  bölünərək 
təhlil  edilmişdir:  1.  Torpaq və  sudan  istifadəyə  görə verilən ver- 
gilər.  Bunlardan  ən  başlıcası  malcəhət  (bəhrə),  salyana,  çöpbaşı
-  cütbaşı, bağbaşı və s.  vergilər idi.  2.  Qoşunu və dövlət aparatmı 
saxlamaq  üçün  toplanan  vergilər.  Burada  14  adda  vergi  təhlil 
edilir.  3.  Feodallara  və  məmurlara  gətirilən  məcburi  bəxşişlər, 
burada  4  növ  belə  yığım  forması  təhlil  olunur.  4.  Ruhanilərin 
xeyrinə toplanan 3 növ vergilər.  5. Adambaşı və evbaşı əlavə ver- 
gilər.  Tədqiqatda  işləyib-ödəm ə  mükəlləfiyyətlərinin  Qarabağ 
xanlığında  tətbiq  edilən  formaları  da  araşdırılır  (biyar,  əvtəz,
çapar).  Monoqrafıyada  hər  bir  verginin  və  m ükəlləfiyyətin 
mənası və  şərtləri ətraflı göstərilir.
Kürəkçay  müqaviləsindən  sonra  əhali  üzərinə  «Rusiyaya 
bac»  adlı  yeni,  ağır  bir  vergi  qoyuldu.  Xanlıq  üzrə  onun  ümumi 
m əbləği 
8  min  əşrəfı  idi.  Kitabda  vergilərin  yığılma  qaydaları, 
m üəyən əhali təbəqələrinə verilən vergi imtiyazları öz əksini tap- 
mışdn.  Xanlıqda  natural  təsərrüfatın  üstünlük  təşkil  etməsinə 
baxmayaraq  vergi  ödənişlərinin  xeyli  hissəsi  pulla  toplanırdı. 
Qarabağ  xanlığınm  bütün  mahallarmdan  və  ayrı-ayrı  şəxslərə 
məxsus  mülklərdən xəzinəyə  ildə 4987 yük odun,  9506  əşrəfı  və 
185592  manat 
88  qəpik  (30364  rubl  10  qəpik)  məbləğində  gəlir 
daxil olmalı  idi  (cədvəl 
1).
Şuşa şəhəri xanlığın iqtisadi həyatmda mühüm rol oynayırdı. 
Şəhər  əhalisinin  əsas  hissəsini  sənətkarlar  və  tacirlər  təşkil 
edirdi. Feodalların əksəriyyəti, onların sahib olduqları kəndlilərin 
bir  hissəsi  şəhərdə  yaşayırdı.  O  dövrdəki  Azərbaycan  şəhərlə- 
rindən  fərqli  olaraq  Şuşanm  iqtisadi  həyatında  əkinçilik  heç  bir 
əhəm iyyət kəsb etmirdi.  Qarabağ xanlığmm təsərrüfat həyatında 
sənaye-kustar  istehsalı  kənd  təsərrüfatı  ilə  müqayisədə  mühüm 
yer  tutmurdu.  Sənətkarlığm  ev  forması  daha  geniş  yayümışdı. 
Evdə  istehsal  olunan məhsullar,  əsasən,  kəndlilərin öz tələbatını 
ödəm əyə  yönəlmişdi.  Xanhğın  kəndlərində  ağac  emalı,  toxucu- 
luq  geniş  yayılmışdı.  Ev  və  sənətkar  -   kustar  sənayesinin  çox 
mühüm sahəsi xalçaçüıq idi.  Qarabağ xalçaları xanhğın hüdudla- 
rından çox-çox uzaqlarda məşhur idi.  Sənötkarlıq və kustar isteh- 
salı  başlıca  olaraq  Şuşada  cəmlənmişdi.  Burada  ipək  və  pambıq 
parçalarm  toxunması,  boyaqçılıq,  sabunbişirmə,  dabbaqlıq  kimi 
sənət sahələri inkişaf etmişdi.  Sənətkarlar əsasən bəsit əl alətləri 
ilə  işləyirdilər.  Sənətkar emalatxanalarında çalışanların  sayı  adə- 
Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin