Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə39/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   35   36   37   38   39   40   41   42   ...   45

 

1.  Camalov,K. Hüseyn Cavidin uşaq şeirlərində təlim və tərbiyə məsələləri // Şərq 

qapısı.-2013.-11 aprel.-s.1. 

2.  Cavid,H. Əsərləri. C.I.-Bakı, 2005.-263 s.  

3.  Cavid,H. Əsərləri. C.V.-Bakı, 2005.-256 s.  

4.  Cəfər,M. Hüseyn Cavid.-Bakı,1960.-262 s. 

5.   Sadıqov,Ş. Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyası.-Bakı, 2011-

369 s.  


6.   Xəlilova,E. Hüseyn Cavid yaradıcılığında maarifçilik məsələləri // Azərbaycan 

müəllimi.-2003.-14-20 fevral.-s.5. 

7.  Xəndan,R.Z. Cavid sənəti.-Bakı, 1981.-234s.  

8.  Nəbioğlu,R. Hüseyn Cavidin estetik idealı.-B.: Nurlan, 2009.-158 s. 



 

 

Karahan Hüseyin  

Huseyn Javid's creative educational ideas 

Summary 


 

I always wanted to see in the future development of their people Javid and a 

number of leading intellectuals of the period gave special attention to his 

enlightenment. I started the drama in the works of his poems, journalistic writings 

can be seen. The only religious figure of the poet's heroes, military leader, not as a 

prophet and a teacher, a mentor made. 



 

Карахан Хусейн 

Творческие образовательные идеи Гусейна Джавида 

Резюме 


 

Своими произведениями, в которых нашли отражение мотивы 

философс-

кой


  лирики,  вопросы  гуманизма  и  человеколюбия,  исторические  драмы,  Гу-

сейн Джавид открыл новую страницу в литературе и драматургии Азербайд-

жана.  Г.  Джавиду,  как  романтику,  близки  и  понятны  мотивы  разочарования, 

мировой  скорби,  космического  неблагополучия,  которые  были  выражены  в 

европейской романтической поэзии, возникшей с самого начала XIX века.  

 

Reyçi: Professor Asif Hacıyev  



 

 

 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



373

                      GÜLLÜ SEYİDLİ 



                                                     ADPU    

                                           nigar.turk@yandex.ru 

 

HÜRUFİLİK VƏ NƏSİMİ POEZİYASI 



 

Açar sözlər: Nəsimi, hürufizm, poeziya, ideya, təriqət 

Kлючевые слова: Насими, хуруфизм, поэзия, идея, секта 

Key words: Nasimi, hurufism, poetry, idea, sect 

 

Tarixə çevrilmiş insan odur ki, nəinki illər, hətta əsrlər belə ona qalib gələ bil-



mir. Belə şəxsiyyətlər heç vaxt unudulmur. İmadəddin Nəsimi kimi dühalarımız aç-

dıqları yolla bir çoxlarına örnək olmuş və bu gün də bu yol öz nüfuzunu qoruyub 

saxlamaqdadır. 

İmadəddin Nəsimi Nizamidən sonra, Füzuliyə qədər olan poeziyamızda ikinci 

bir günəşdir. O dövrdə doğma ana dilində bu cür aydın, səmimi, dərin və bədii ya-

zan hansı sənətkarı göstərmək olar?! Həqiqətən də, həm sənətkar, həm də qeyri-adi 

şəxsiyyəti ona dünya şöhrəti qazandırdı. 

İ. Nəsimi hürufu nümayəndəsi olub. Bu baxımdan biz hürufizmin tarixindən 

və onu Azərbaycanda yayan və poeziyasında bu və ya digər  şəkildə  təbliğ edən 

Nəsimi haqqında danışmaya bilmərik.  İlk olaraq, Nəsimi və hürufizmin maraqlı 

tərəflərini, eyni zamanda dövrün tələblərinə uyğun formalaşan bu təriqətin mahiy-

yətinin açılmasında mənbə olaraq H.Orucəlinin "Ədəbi qeydlər" monoqrafiyasında-

kı "Nəsimi haqqında" adlı bölməyə əsaslanacağıq.  

Hürufilərin məqsədi nədən ibarət idi? Bu suala H.Araslı əsərində bu cür cavab 

verir: "Hürufilər, hər şeydən əvvəl, rühanilərin nüfuzunu qırmaq, islam dinini hürufi 

ideyalarına uyğun izah etmək uğrunda mübarizə aparırdılar"(1,15). Eyni zamanda 

biz hürufiliyin Teymur istilaçılığına qarşı qoyulması ilə  də razılaşa bilərik. Bu 

baxımdan da hürufizmin mahiyyəti daha geniş  əhəmiyyətli bir təşkilata çevrilmiş 

olur. Burdan belə bir nəticə hasil olur ki, hürufilər islam dini əleyhinə başqa din 

nöqteyi-nəzərindən mübarizə aparırdılar. Başqa din dedikdə biz, onların özlərinin 

yaratmış olduqları  tərqiəti nəzərdə tuturuq. Lakin hürufiliyin əsas xidməti olaraq, 

onların teymuriləri saxlayan islam dininə, ruhanilərə qarşı qoymaqla biz onların 

məqsədini məhdudlaşdırmış olarıq, çünki bu onların mübarizəsində ikinci planda 

duran məsələ olmuşdur. Biz təbrizli Fəzlullahın başçılığı ilə meydana çıxmış  və 

Nəsimi yaradıcılığı vasitəsilə tanıdığımız hürufiliyin əsas xidmətini,- Azərbaycan 

xalqının ağır istila və talanlar dövründə, xalq azadlığı ideyasının amansızca boğul-

duğu bir dövrdə gizli çalışmağa məcbur edilmiş siyasi firqə olmasında görürük. 

 "Bu təşkilatın özünün siyasi-ideya proqramı, təşkilat prinsipləri olmuş  və 

onun uğrunda yorulmadan mübarizə aparmışdır... Biz həmin proqramın maddələrini 

və o təşkilatın bütün prinsiplərini hələlik bilavasitə tarixi sənədlərlə təyin edə bilmi-

rik, çünki o sənədlər indiyəcən meydana çıxarılmamışdır"(1,16). Bunun səbəbi isə 

oldquca aydındır. Belə ki, hürufilər məlum məsələlərdən ağır bir terror şəraitində 

fəaliyyət göstərirdilər, bu baxımdan öz proqramlarını açıq şəkildə nəşr etdirə bilmir-

dilər. Fəzlullah müridlərini diyarın müxtəlif yerlərinə göndərməklə, öz ideyalarını 

şifahi şəkildə yaydırırdı. Hürufilik, bir firqə təşkilatı kimi, xalqın qabaqcıl, qüvvətli 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



374

xarakterə malik olan adamlarını  ətrafına toplamaq məqsədini qarşısına qoymuşdu. 

Onu da qeyd edək ki, hürufilər hər kəsi öz aralarına qəbul etmirdilər. Ancaq adam-

ları mükəmməl yoxladıqdan sonra ürək sirrlərini, yəni əvvəldə qeyd etdiyimiz kimi 

proqramlarını müəyyən  şəxslərə açmış  və öz aralarına qəbul etmişlər. Mənbə ola-

raq, Fəzlullahın "Cavidannaməsi", Nəsiminin  şeirlərinə  və başqa bu kimi yazılı 

mənbələrə baxılarsa, onlarda öz əsrinin vətəndaşları üçün aydın olan bəzi şərti, üstü 

örtülü sözlərə, həqiqət barəsində işarə və eyhamlara rast gəlirik. 

  İnsan- hürufiliyin mərkəzi məsələsidir. "Hürufilər hərflərin insan simasında 

təcəssüm etdiyini söyləyir və  nəticə etibarilə insanı  həyat və kainatın mərkəzində 

hesab edirdilər"(1,17). İnsanı bu dərəcədə yüksəklərə qaldırmaları o zamanlar hid-

dətə səbəb olmuş və "Allahdan başqa Allah yoxdur" prinsipinə zidd gedənləri "şey-

tan" adlandırırdılar. Bu baxımdan da hürufilərə qarşı münasibət birmənalı olmamış, 

xüsusilə də rühanilərin nifrətini qazanmışlar. Buna səbəb isə hürufilərin, din pərdəsi 

altında xalqa zülm verən rühaniləri qəbul etməməsində idi.  

  Nəsiminin təmsil etdiyi hürufiliyin proqramındakı birinci və baş maddə 

humanizm olmuşdur. Ümumiyyətlə, hürufilər insanı yüksəltsələr də, fərdlərin 

hamısını bir-biri ilə eyniləşdirmirdilər. Onlar fərdləri kamil və nakamil, fəqir və 

qəni, tam və naqis deyə iki qismə bölürlər; mühüm vəzifə  də,- naqislərin 

kamilləşməsi olmuşdur. Onlara görə, insanlar pisi-yaxşı  və  əyrini-düz etməyə 

çalışmalıdır. 

 Hürufilərin siyasi proqramındakı ikinci böyük məsələ,- onların hansı ictimai 

quruluşu yaratamaq istəyində olmasıdır. 

 XIV əsr Azərbaycan hürufiləri cəmiyyəti idarə  məsələsində demokratiya 

tərəfdarı olmuşlar. Sözsüz ki, bu idarə quruluşu hürufilərin insanlara qarşı olan 

ümumbəşəri ideyaları ilə bağlı olmuşdur. Onlar insanların azadlığını, boyunduruq 

olmaqdan qurtulmalarını böyük bir məqsəd olaraq qarşılarına qoymuş  və bunun 

uğrunda tarixə iz qoyacaq səviyyədə mübarizə aparmışlar. Hürufilər cəmiyyəti idarə 

məsələsində, umidlərini əsas etibarilə, zəhmətkeş xalqa bağlamışdılar. Onlar arasın-

da ağıl və kamal sahiblərini xüsusilə qiymətləndirərək, cəmiyyətin müsbətə doğru 

inkişafında onlardan böyük dəstək gözləmişlər. Bu dəstəyi məlum olduğu kimi, bö-

yük səviyyədə almışlar ki, bu da hakim dairələrin onlara qarşı mübarizəsinə səbəb 

olmuşdur. Bir sözlə, onların apardıqları təbliğat, insanlar arasında böyük nüfuz və 

rəğbət qazanaraq, Azərbaycanın hüdudlarını belə keçmişdir. 

 "Məlumdur ki, Şərq sxolastikası "sağ" məfhumunu həmişə yaxşılıq və 

ülviyyət, "solu" isə pislik və  şeytənət ilə  əlaqələndirmişdir. Hürufilər bunun qəti 

surətdə  əleyhinə  çıxmışlar"(1,25). Bu nöqteyi-nəzərdən hürufilər yunan filosofu 

Heraklitə daha yaxındırlar. Belə ki, Heraklit də ziddiyyətlərin bir-birinə çevrildiyini 

təsdiq edirdi. 

 "Hürufizm düşünüldüyü qədər də bütöv, vahid fikri istiqamətli bir cərəyan 

olmamışdır. Onun içində görünür mötədillər, sağa çəkənlər, Nəiminin radikal 

fikirlərinə qarşı çıxanlar da fəaliyyət göstərib və Nəimi onlarla barışmayıb ixtilafa 

girib"(2,130,131). Mirzə  İbrahimovun "Niyəsiz, necəsiz bir yazısan sən"adlı 

monoqrafiyasında "Odlar yurdunun promoteyi" adlı bölməsində biz hürufiliyin 

yaranması, məqsədi və inkişafi ilə bağlı bəzi məqamları görürük. Hürufiliyin vahid 

fikirli cərəyan olmaması ilə bağlı fikirlər də əsassız deyildir. Belə ki, mübariz ruhlu 

ideyaları hürufizmin hakim dairələrdə  qəbul edilməsi, onların hakimiyyətinin 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



375

devrilməsi demək olardı, eləcə də onların ətrafı hər vəchlə bu ideya tərəfdarlarının 

həbsinə və edamına çalışırdılar.  

 "Fəzlullahın "Vəsiyyətnamə"sindən görünür ki, zindanda olduğu zaman Nəi-

minin bütün varlığını iki şey məşğul etmişdir: Hərəkata, onun xadimlərinə  təqi-

blərdən, ağır terrordan mümkün qədər nicat vermək və üç sahibsiz qızını "zalım-

ların və müfidlərin  əlinə düşüb bədnam olmaqdan" qorumaq"(2,130)! Fədakar bir 

başçı olan Fəzlullah belə bir vəziyyətdə özünün sağ  əli olaraq yalnız Nəsimini-

Seyid  Əlini görürdü. Nəsimi böyük ustadının və müəlliminin vəsiyyətlərini  əməl 

edərək nəinki "xidmətini  əsirgəmədi", bütün həyatını onun idealı yolunda qurban 

verdi, hürufizmin işıqlı və mütərəqqi cəhətlərini böyük insanpərvərlik poeziyası ilə 

birləşdirib tərənnüm etdi. 

  Nəsimi birdən- birə sahib olduğu poetik təfəkkürü qazanmamışdır. "Nəsimi 

orta  əsrlər  Şərq  şeirində yeni ruhlu bir şair kimi çıxış etdiyi üçün şöhrət tapmış-

dı"(2,132). Söz yox ki, Nəsimi XIV əsr Azərbaycan ədəbiyyatının ana dilində, fərqli 

ideya sahibi şəklində poeziyamıza daxil oldu. Təbliğ etdiyi hürufizm və 

poeziyasında da bunun əksi fövqəladə bir hadisə oldu. Cəmiyyətin həyatı, xalqın 

taleyi və mənəvi aləmi sənətkarı çox narahat etmiş və o həyatı boyu qarşısına qoy-

duğu məqsədə nail olmaqdan bir an belə çəkinməmişdir. Poeziyasının bu istiqaməti, 

sözsüz ki, onun birbaşa şəxsiyyəti ilə əlaqəli olmuşdur. İnsani keyfiyyətləri sənətka-

rın kamil, mübariz, azadlıq eşqi ilə alışıb-yanan bir dahi olduğuna dəlalət edir. 

Nəsimi şeirləri və ictimai fəaliyyəti ilə dünyaya səs salsa da, şəxsi həyati ilə 

bağlı mənbələrdə heç bir şeyin olmaması qəribə görünə bilər. Lakin əslində bu təbii 

haldır. Çox güman ki, bu onun dinsiz, allahsız elan edilərək amansız ölümə  məh-

kum olunması ilə bağlı onun haqqındakı məlumatlar məhv edilmişdir. Ancaq bu da 

sadəcə bir ehtimaldır.  

"Nəsimi,  Şərq və Avropa intibah ədəbiyyatının o cür şairlərindəndir ki, 

onların yaradıcılığında azadlıq idealı, qabaqcıl fəlsəfi-siyasi görüşlər bədii 

yaradıcılığın, poetik təfəkkürün mündəricəsini təşkil edir. Buna görə də Nəsiminin 

hər sətri, hər beyti, bizim zəmanədəki estetçilərə, sənəti ictimai mübarizələrdən, 

ideoloji cərəyanlardan, xalqların real həyatından ayırmaq istəyənlərə bir zərbədir. 

Nəsimi poeziyası "sənət sənət üçündür" nəzəriyyəsini qəbul etməz"(2,133). Nəsimi 

poeziyasında bəşəri ideyalar, azadlıq ruhu, mübarizlik danılmazdır və biz bunu 

onun  şeirlərində açıq  şəkildə görürük. Nəsimi  şahidi olduğu cəmiyyətin 

eybəcərliklərini, haqsızlıqlarını görmüş  və bu onun yaradıcılığında öz əksini 

tapmışdır. 

Nəsimi  ədəbiyyat tarixinə hürufizmin böyük şairi kimi daxil olmuşdur. 

Nəsimini hürufizmə  cəlb edən də  zəmanəsi, yaşadığı mühit olmuşdur. Nəsimi 

hürufizmdə insana, insanın  şüuruna inam, hörmət və  məhəbbət görürdü və onun 

poeziyasında hürufizm məhz bu cəhətdən tərənnüm olunur. Elə məhz buna görə də, 

bəzi tədqiqatçılar Nəsimini hətta ateist belə adlandırırdılar.  

Nəsimi doğma Azərbaycan dilində böyük sənət yaratmış ilk sənətkardır. Öz 

bəşəri ideyalarını, öz mükəmməl poeziyasını məhz ana dilində tərənnüm etmişdir.  

Nəsiminin poeziyası yalnız dövrünün fikri mübarizələrini, fəlsəfi görüşlərini, 

təhsil və biliyini deyil, eyni zamanda onu bir şəxsiyyət olaraq tanımaq üçün bizə 

etibarlı mənbə ola bilər. Nəsimi düzlüyə meyl etdiyindən bu onun poeziyasında da 

əksini tapır. O insanı kamil, humanist görmək istəyir və hamıdan uca tutur. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



376

Nəsiminin  şeir dilinin gözəlliyi və kamilliyi də onun yüksək zövq sahibi 

olmasından, dühasının böyüklüyünü, xalqa bağlılığını göstərən tərəfləridir. 

 

                Əqli- küll, ərşü kürsü, lövhü qələm, 



                Çar ünsür, nöh asimandır söz. (2,9) 

 

Bu misralardan biz sözün qüdrətini, gözəlliyini və neçə-neçə mənalar kəsb et-



mə potensialına sahib olma qüdrətini görürük. Bu halda Nəsimi tək sənətkarın da öz 

ana dilinə olan məhəbbətindən, onun mövcud sözlər xəzinəsindən necə bacarıqla 

istifadə etdiyinin şahidi oluruq. Nəsimi elə oynaq və təbii bir şeir dili yaratmışdır ki, 

sonra gələn  şairlərimiz də  həvəslənmiş  və ana dilə olan məhəbbət daha yüksək 

səviyyədə formalaşmışdır. 

Nəsimi Azərbaycan  şeirinə çox yeni mənalar, yeni fikirlər gətirmişdir. O, 

şeirimizi böyük bəşəri ideyalarla zənginləşdirmişdir. Nəsimi poeziyası, hec bir 

cəhətdən dar çərçivələrə  sığan deyil. O bütün bəşər mədəniyyətinin, bəşər 

ideyalarının təbliğçisi olmuşdur. 

Nəsimi poeziyasında  əvvəldə  də qeyd eydiyimiz kimi, əsas insan məsələsi 

durur.  İnsan konsepsiyası onun sənətkarlığının  əsas özəyidir. Nəsiminin insan 

anlayışında, insanı vəsf etməsində hürufizmin insan konsepsiyasına uyğun cəhətlər 

çoxdur. Lakin onun poeziyası insanı çox uzaqlara aparır, məhəbbətə doğru, insana 

olan məhəbbət. Bu onun poeziyasının əsas canıdır. Nəsimi insanı hamıdan yüksək 

tutur və onu hər mənada üstün bilir.  

"Nəsimi eşqi, məhəbbəti mücərrəd  şəkildə, ictimai ideallardan və  fəlsəfi 

görüşlərdən ayrı  tərənnüm etmirdi, daima dini təsəvvür və ehkamlarla 

qarşılaşdırırdı. Ancaq yarın gözəlliklərini vəsf edən sözdə bir məna tapırdı, qalan 

sözləri puç və əfsanə sayırdı. 

 

Kim ki camalın sifətin söyləməz, 



Söylədiyi qissə və əfsanədir" (2,155). 

 

M. İbrahimovun tədqiqat əsərindən gətirilmiş bu hissədə yanlışlıq vardır. Ona 



görə də düzgün variantı sizə təqdim edirik: 

 

Kim ki, camalın sifətin söyləməz, 



Söylədiyi qüssəvü əfsanədir( 5,255). 

 

Nəsimi hürufi nümayəndəsi olaraq öz fələsəfəsini poeziyasında da əks 



etdirməyə çalışırdı və bu yolla tərqiətini yayır və insanları mübarizəyə səsləyirdi. 

Böyük hürufi etiqadı, fəlsəfəsi insanı insan zülmündən qurtarmağa, idrak 

darlığını qırmağa, azadlıq uğrunda mübarizəyə çağırırdı. Bu mübarizə özünü bəzən 

şəxsi fədakarlıqlarla da müşahidə olunurdu. Nəsimi buna baris nümunədir, o öz 

əqidəsi, ideyası uğrunda sona kimi mübarizə apardı. 

Azərbaycanın böyük hürufi şairi Nəsimi belə yüksək fikirlərini, bədii surətdə 

təbliğ etdiyi xalq azadlığı ideyasının qurbanı oldu. Sənətkarın faicəsi təsadüfi 

deyildi. Bu faciə, verilən bütün bu qurbanlar bir məqsəd, bir amal uğrunda idi. 

Xalqın qırılmaqda olan inamı, mübarizəsi, istəkləri yaranmış müəyyən bir təriqət 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



377

timsalında bərpa olunmağa başlamış  və insanlarda ümid hissini doğuraraq 

mübarizəyə çağırmışdır. Nəsimi ictimai insan, sənətkar-şair olaraq hürufiliyin daha 

da anlaşıqlı formada qəlblərə yol tapmasına köməklik etmiş  və bu da onun 

poeziyasının qüdrəti hesabına olmuşdur. 

  Bu gün biz də  Nəsimi dühasının ölməzliyini qəbul edir və Azərbaycanın 

tarixən bu cür istedada sahib olması bizdə şərəf hissi doğurur!          

 

Ədəbiyyat 



 

1. H. Orucəli "Ədəbi qeydlər", Bakı, 1961, 127 səh 

2. M. İbrahimov "Niyəsiz, necəsiz bir yazısan sən", Bakı,"Yazıçı", 1985, 547səh 

3. M. Quluzadə "Böyük ideallar şairi", Bakı, "Gənclik", 1973, 139 səh 

4. H. Araslı "Fədakar şair", Bakı, 1942, 20 səh 

5.  İmadəddin Nəsimi "Seçilmiş  əsərlər",2 cilddə, I cild Bakı, "Lider nəşriyyatı", 

2004, 345 səh 

                                          Гюллу Сеидли 

Хуруфизм и поэзия насими 

резюме 


 

  Статье  мы  анализироваем  хуруфизм  и  поэзию  Насими.  Насими  был 

принципиальным  человеком  и  как  поэт  он  достиг  успеха.  И  сыграл 

значительную  роль  в  развитии  азербайджанской  поэзии.  Так  же  статье  мы 

обсуждаем Насими как лидера хуруфизма. Насими стал последователем главы 

хуруфизма  Наими.  Статье  мы  анализироваем  принципы  и  так  же  програму 

хуруфизма. И так же какие правила являлись важными для участников секты. 

Хуруфизм  повлияло  в  поэзию  Насими  и  это  явно  чувствоваеться  в  его 

творчестве.  Статье  мы  постарались  показать  главное  стороны  хуруфизма  и 

поэзии Насими.  

                                           Gylly Saidli 

Hurufism and nasimi's poetry 

Summary 

 

In this article we analyse hurufism and Nasim's poetry. Nasimi was a 



principial person and he got success as a poet. He played very important part of that 

Azerbaijan poetry.  

In this article we also discuss Nasimi as leader of hurufism. Nasimi was 

continuer of creator hurufism-Naimi. We also analyse programs and principles of 

hurufism. It has been very important for members of the pantheistical sect. 

Hurufism also has influenced Nasimi's activity .   In this article we analyse, basic 

sides of the hurufism and Nasimi's poetry too.  

 

Rəyçi: Professor Rafael Hüseynov 



 

 

                           



 

Filologiya  məsələləri – №3, 2014

 

 



378

ELNARƏ ƏZİMOVA  

 ADPU  

elnare.ezimova @mail.ru 

 

CƏLALƏDDİN RUMİNİN «MƏSNƏVİ» ƏSƏRİNDƏ ƏXLAQ VƏ  

DİDAKTİKA MƏSƏLƏLƏRİ 

 

Açar sözlər: Allah, nəfs, səbr 

Ключевые слова: Бог, желание, терпение 

Key words: God, desire, patient 

 

Mövlanə  Cəlaləddin Rumi XIII əsr türk təsəvvüf  ədəbiyyatının  ən böyük 



şairidir.  Mövlanə bütün əsərlərində  nəfsin, həsədin və  şəhvətin insanı  fəlakətə 

apardığını  dəfələrlə  təkrar etmişdir.  İnsanlar başa düşmürlər ki, bu yolla onlar 

özlərini cəhənnəmə hazırlayırlar. Allaha yox, maddi dünyaya vurğun olurlar. 

İnsanların başqa bir qismi isə düz yolla gedir, günahdan qaçır, bu dünyanın aldadıcı 

nemətlərinə tamah salmır, insanlarla yaxşı  rəftar edirlər. Lakin bunu Allah üçün

mömin olduğu üçün deyil, ətrafdakıları aldatmaq üçün edirlər. Mövlana demişdir: 

«İnsanlardakı pis xasiyyətlər də yara və çibanlara bənzəyir. Özündə olanda insan 

ondan iyrənməz, inciməz, halbuki başqasında onu bir az görəndə iyrənir, nifrət edir. 

Sən ondan ürkdüyün kimi, o da səndən ürkür və inciyirsə onu xoş gör! Sənin 

inciməyin onun suçudur. Çünki onu gördüyün üçün inciyərsən. O da eyni şeyi 

görür. Peyğəmbər: «Mömin möminin güzgüsüdür» bildirmişdir. Kafir kafirin 

güzgüsü ola bilməz demək deyildir. Onun güzgüsü var, ancaq öz güzgüsündən 

xəbəri yoxdur.» (3, s.175) 

Mövlanənin fikrincə, xeyirli iş bütün cəhətlərdən gözəldir, çünki onun əsli 

dürüstdür. Xeyirli işlər başqa bir şeyin əksi ilə, onun sayəsində gözəl olmur, onlar 

özlüyündə gözəldir. Xeyir işlərin üstünü müvəqqəti olsa nəfs,  şəhvət və s. pis 

əməllərlə örtmək olur, lakin bütün bunlar çəkilib gedəndən sonra xeyrin parlaqlığı 

və  lətafəti özünü göstərir. Mövlanə  mənsəb və  məqam üçün xalqa zülm edənlərə 

xəbərdarlıq edirdi ki, onlar özləri üçün quyu qazırlar.  

Mövlanə göstərirdi ki, hiylə  və riyakarlıq vasitəsilə  həqiqəti üzə  çıxarmaq 

olmaz. Nurlanmış insan zəkası hiyləni yaxın buraxmır. Həqiqəti öyrənmək üçün 

məzarda yaltaqlanma olmadığı kimi, ağıl və şüur üçün də hiylə yolu yoxdur. Rumi 

kamala çatmamış naqis insana xəbərdarlıq edirdi ki, o da öləcək, o biri dünyaya 

gedəcək, buradakı işləri bitməmiş qalacaq. 

Ruminin fikrincə insan qəlbi daim narahatlıq içərisindədir, oradakı  əks 

qüvvələr çəkişir, bir-birini inkar edir. «Kalpde her an bir çeşit  şey baş gösterir… 

İnsan bazen şeytanlaşır, bazen melekleşir…. Bazen tuzak kesilir, bazan yırtıcı 

hayvan! Aslanların bildiği o acayip ormandan, gönüller tuzağına gizli bir yolu 

bulunan o meşelikten, İçten içe hırsızlık et, can mercanını çal! Ey kopekten aşağı, 

afilerin gönüllerinden o mercanı elde et! Mademki hırsızlık ediyorsun, bazi latif 

inciyi çal! Mademki hamallık ediyorsun, bari yüce bir yük yüklen!» (6, s.109) 

Şöhrət düşkünlüyü və lovğalıq adamı xeyirli işdən uzaqlaşdırır, mərhəmət 

hissini məhv edir, insanı  fəlakətə aparır. Belə xasiyyətli insan hiyləgərlik edir, 

başqalarını tora salmağa çalışır, lakin bilmir ki, öz hiyləsi özünün tələsi olacaqdır. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



379

Onun ağlı kordur. Şöhrət düşkünü öz ağlının azlığından başqalarına qibtə edir, 

onların uca kamalından qəm-qüssəyə düşür. Mövlanə deyirdi ki, pis iş görmə, çünki 

atılan ox geri qayıtmır. Seli başdan bağlayıb, istiqamətini dəyişmək lazımdır. 

Mövlanə şagirdlərinə öyrədirdi ki, yaxşılığı yalnız yaxşı adamdan öyrənmək 

olar. Pis xasiyyətli adamlar ətrafdakılara yalnız pis təsir edə bilərlər.  

Məhəmməd peyğəmbər bir hədisdə deyirdi: «Allah mövcudatı üç növ 

yaratmışdır». Mövlanə  Məhəmməd Peyğəmbərin bu sözlərini özünəməxsus 

qaydada  şərh edirdi: «Məxluqatın bir hissəsi ağıl, elm və comərdlikdən ibarətdir. 

Bunlar mələkdir. Allaha səcdədən başqa bir şey bilmir. Yaradılışlarında hərislik, 

ehtiras,  şövq yoxdur. O mütləq ruhdur və Allahın eşqilə yaşayır. Digər bir hissə 

elmsizdir… Heyvan kimi ot yeyib kökəlirlər. Onlar mal tövləsindən və ondan başqa 

bir şey görməzlər. Pislikdən də qafildirlər, ucalıqdan və yaxşılıqdan da. Məxluqatın 

üçüncü hissəsi isə Adəm oğullarıdır, insanlardır. Bunlar yaradılış baxımından yarı 

mələk, yarı heyvandır. İnsanların yarısı alçaqlığa, yarısı da ağıla meyl edir. İlk iki 

hissə (mələklər və heyvanlar) ziddiyyətdən, sevgidən uzaqdırlar, rahatlıq və sakitlik 

içindədirlər.» (3, səh.177) 

Rumi deyirdi ki, əgər gözdə İlahi nur olmasa ətrafda yüz minlərcə nur olsa da 

insan ruhu nurların heç birini görmür. Nəfsin isə belə qabiliyyəti var. Nəfs və ruh 

başqa-başqa  şeylərdir.  İnsan yuxuda olan vaxt insan üçün çox qorxuludur, onun 

istəyinin hüdudu yoxdur. Nəfsdən azad olmaq istəyirsə Allah insana kömək edir, 

onun yolunu işıqlandırır. Mövlanə göstərirdi ki, Allah insanı  dəyərinə  və  ağlına 

görə iki dünyaya bərabər tutur. Ancaq insan öz dəyərini bilmir, özünü dəyərindən 

ucuz satır.  İnsan bilmir ki, Tanrı insanın nəfsini, istəyini, onlardan satın alıb ki, 

onlar yalnız Tanrıya inansınlar. Belə edənlər mütləq cənnətə gedəcəklər, etməyənlər 

yalnız özlərinə pislik edir və nəticədə əbədi olaraq cəhənnəm əzabına düçar olur. 

Mövlanə inanırdı ki, insan nəfsi şübhə və inamsızlıq yuvasıdır, onları heç vaxt 

oradan çıxarmaq olmaz. Bunu yalnız İlahi eşq ilə etmək olar. Aşiqin qəlbində heç 

bir şübhə ola bilməz. Yaradanı deyil, yaradılanı sevən adam kor və şikəstdir. «Hırs 

yüzünden akibeti görmemek, kendi gönlüne, kendi aklına gülmektir. Aklın hassası, 

işin sonunu görmektir. Akıbeti görmeyen akıl, nefistir. Nefse mağlup olan akıl, 

nefis haline gelmiştir. Müşteri, Zuhal tesiri altında kalırsa Zuhalleşir.» (6, s.97) 

Kim öz nəfsinin əleyhinə üsyan etmirsə, onun arzusunu yox etmirsə tələf olub 

gedir. Deməli, nəfsin ziddini müdafiə etmək lazımdır. Nəfs isə digər bir nəfs ilə 

yaxınlıq etməkdən xoşlanır və yol görünməz olur. Mövlanə  məsləhət görürdü ki, 

nəfs sənə  nə deyirsə, onun əksini et. Hətta nəfs desə ki, bu xəstəlik, bu ehtiyac 

pisdir, ona inanma, çünki nəfsin bütün işləri tərsinədir. Nəfsi ilə məsləhətləşən şəxs 

onu eşitməli, lakin onun tövsiyə etdiklərinin  əksini icra etməlidir. Nəfs bütün 

hallarda pis yola aparır. Nəfsin istəyinə uyub heyvan kimi yaşamaq istəyən kəs 

insanlıqdan daha çox heyvan sifətindədir.  

Mövlanə maraqlı bir sual verir və özü də bu suala cavab axtarır: «Ağıl nurani 

və yaxşı bir haqq və həqiqət axtarıcısı olduğu halda, nə üçün zülmani nəfs ona qalib 

gəlir? Çünki sənin ağlın bədənində qəribədir, nəfs isə öz evindədir.» (3, s.178). Belə 

vəziyyət bədənin ölümünə qədər davam edir. Bir də onu nəzərə almaq lazımdır ki, 

nəfsin həddən artıq çox dili və sifəti var. Onun məkr və hiyləsi o qədər çoxdur ki, 

onları müəyyənləşdirmək həmişə mümkün olmur.  



 

Filologiya  məsələləri – №3, 2014

 

 



380

Mövlanə deyirdi ki, insanda dörd pis sifət var ki, onlar ağlı çarmıxa çəkirlər. 

Həmin pis sifətlər bunlardır:  şəhvət, hərislik, hədsiz istək, mənsəb və  məqam 

düşkünlüyü. Mövlanənin fikrincə pis xasiyyətlər içərisində  həsəd daha pis 

nöqsandır, hətta bütün əksliklərin  ən bayağısıdır. Həsəd insanı yeni-yeni pis 

əməllərə  təhrik edir, pis sifətlərin yaranmasına səbəb olur. «Ey qəlbində hava və 

həvəsi gizlicə təzələyən, imanını təzələ, fəqət yalnız sözdə deyil, qəlbində bərabər 

təzələ». Belə ol ki, gizli, pusquda durub sənə zərbə endirmək istəyən pis əməli qova 

biləsən. Allahı bir an yaddan çıxarsan nəfsin və  həvəsin  şimakı olursan, onların 

əlindən qurtarmaq isə o qədər də asan deyil. İnsan cismani rahatlıq tapanda, bundan 

zövq alanda elə hesab edir ki, dünya onunkudur. Ancaq başa düşmür ki, artıq tələyə 

düşüb. «Hava ve heves lezzetlerinin hepsi hiledir, riyadır. Her lezzet, etrafı 

karanlıklarla çevrilmiş şimşek işığına benzer. Derhal gelip geçen şimşek nuru, yalan 

və geçici bir şeydir. Çevresinde karanlıklar var, yolunsa uzaktır senin. Onun işığiyle 

ne bir kitab okuyabilirsin, ne bir konağa at sürebilirsin. Yalnız  şimşek işığına 

kapıldığının suçu olarak doğu nurları senden yüz çevirir» (10, s.325). 

Bütün pis əməllərin yaradıcısı olan şeytan insana qarşı çoxlu düşmən 

qüvvələri meydana gətirir. Mövlanə deyirdi ki, əgər dünyada düşmənlər olmasaydı, 

insanlardakı qəzəb və hiddət də yox olardı. Əgər əks tərəf yoxdursa, heç kim sənə 

qarşı deyilsə onda hirslənmək, qəzəblənmək üçün də  əsas yoxdur. Belə yer bu 

dünya deyil, yalnız cənnətdir. Bu dünya sınaq və həm də mübarizə meydanıdır. Hirs 

və  qəzəb atəşi dünyanı yandırır, cəhənnəmə çevirir. Burada Mövlanə maraqlı bir 

nəticəyə  gəlir və  cəhənnəm atəşinin nə üçün sönmədiyini izah edir və deyirdi ki, 

cəhənnəm tamamilə hiddət və qəzəb kimidir. Ona mütləq barışmaz düşmən lazımdır 

ki, yaşaya bilsin, yoxsa Allahın mərhəməti onu söndürər. Allah hər şeyə qadirdir və 

cəhənnəmin olmağını lazım bildiyi üçün onu söndürmür. Allah lütf üçün cənnəti, 

qəhr üçün cəhənnəmi yaradıb.  

Pis  əməllər insanı Allah yolundan kənara çəkir, onun qəlb gözünü bağlayır. 

Məsələn, Mövlanəyə görə, rüşvət almaq insanın həqiqəti görməsinə mane olur. 

Tamah güc gələndə kor və rüşvət verənin qulu olursan.  

Mövlanə göstərirdi ki, nəfs və  həvəsi aradan götürmək Allahın köməyi ilə 

insanın özündən asılıdır. Hərislik və  həvəs çatanda ruhun səthini örtür və belə 

vəziyyətdə onlar sevinir, ağıl isə qüssələnir. Allah ağlın əl-qolunu açmasa, hərislik 

və həvəs çör-çöpü ruh suyunun üstünü örtə bilər. Çünki həris və tamahkar adamın 

heç vaxt gözü doymur, nə  qədər var-dövlət toplasa da yenə  də istəyir, dayana 

bilmir. Həris adam nə görürsə, hamısını istəyir. Belə adam əsl ləzzətlərdən 

məhrumdur. Mal-mülk dəyərsiz bez parçası kimidir, hərislik isə yaradır. Kimdə 

hərislik çoxdursa yarası da artır. Bu yaranı sağaltmaq mümkündür. Bunun üçün 

arzu və  həvəsi atıb Tanrıya yaxınlaşmaq lazımdır. Mövlanə  hər məqamda 

vurğulayır ki, Allaha bağlı mömin adama nəfs və hərislik yaxın düşə bilmir. «Tanrı 

korkusu, havanın ellerini bağlarsa Hak aklın ellerini çözer. Hizmetkarın aklı olursa 

sana galibolan duygular da mahkumun olur. Gaybe mensup sırlar, can aleminden 

zuhur etsin diye duyguları zahiri olmayan bir uykuya daldırır da… İnsan uyanırken 

ruyalar da görür, insana gök kapıları da açılır» (7, s.149).  

İnsanın  əl-qolunu bağlayıb maddi dünyaya birləşdirən pis sifətlərdən biri də 

şəhvətli olmaqdır. Bu xəstəliyə tutulan adamın həyatı zülmətə çevrilir. Rumi 

«Məsnəvi»də şəhvət mövzusuna da toxunmuşdur. O, deyirdi ki, şəhvət də nəfs kimi 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



381

su ilə sönməz, çünki bu atəş də cəhənnəm atəşi kimidir. Şəhvət insanı dibi görün-

məyən quyuya salır. İnsan özü-özünü bu tələyə atıb. Ona görə səbəbi başqa yerdə 

axtarmaq lazım deyil. İnsanı şəhvət düşkünü olmağa heç kim məcbur etməyib, o bu 

vəziyyətə günah etdiyinə görə düşüb. İnsan cəhənnəmə də, şəhvət quyusuna da etdi-

yi günahın ucbatından düşür. Bunu hər kəsin bilməsi lazımdır. Şəhvət qəlbi pozğun, 

çirkli adamları öz pəncəsinə keçirə bilir. Mövlanə inandırırdı ki, pis əməllərin bir 

çoxunun, məsələn, lovğalıq və kinin başlanğıcı şəhvətdir. Ona görə də insan ehtiyat-

lı olmalıdır. Çünki şəhvət möhkəmləndikcə adət halını alır və insanın xasiyyətinə 

çevrilir. Bundan sonra ondan azad olmaq müşkül iş olur. 

Rumi belə bir fikri əsaslandırmağa çalışırdı ki, qəzəb və şəhvət insanı həmişə 

çaşdırır və bu yolla ruhun istiqamətini dəyişir. Axı şəhvət əsirində heyvani olsa da 

ruh var. Lakin bu ruh ağıldan məhrumdur.  İlahi eşqə biganədir. Mövlanə belə bir 

nəticəyə gəlir ki, qəzəb və şəhvət kimdə varsa - istər qüdrətli hökmdar, istərsə də 

yoxsul bir adam, fərqi yoxdur, onların hakimidir. Qəzəbli və  şəhvətli padşah da 

qəzəb və  şəhvətin köləsidir, o heç vaxt düz yolla, yəni Allah tərəfə aparan yolla 

gedə bilməz.  

Cəlaləddin Rumi səbr, tövbə, şükür məsələlərinə hər məqamda toxunmuşdur. 

O, deyirdi ki, səbirli olmayan adam heç vaxt əsl məqsədinə çata bilməz, yəni Allaha 

qovuşa bilməz, əbədi həyat qazana bilməz. O, Həzrəti Peyğəmbərin belə bir hədisini 

misal gətirir: «Təbiətində  səbr olmayan kimsəyə Allah kamil, yetkin iman 

verməmişdir». Deməli, səbrli olmaq iman sahibinin xassəsidir. Rumi səbri üstündə 

«qələbə» yazılmış  dəmir qalxana oxşadardı. O, deyirdi ki, Süleyman gedəndə 

şeytan padşah olduğu kimi, ağıl və  səbr gedəndən sonra nəfsin sənə  əmr etməyə 

başlayır. Səbr et ki, səni pis əməllərə sövq edən hisslərin sakitləşsin, sən də onları 

gör və müşkülün həll olunsun. Əks halda fəlakətə doğru gedərsən. 

Mövlanə deyirdi ki, həyat üçün zəruri olan səbr yalnız  İlahi eşq aşiqlərinə 

lazım deyil, onlar həddən artıq səbrsizdilər, öz varlıqlarını yox edib tezliklə vüsala 

çatmaq istəyirlər. Səbrlə  eşq bir yerdə ola bilməz. Ağıl eşqin fəryadına yetişə 

bilməz, dərdinə dərman ola bilməz. 

İslam dinində tövbə də ən əsas anlayışlardan biridir. Mövlanə bu məsələyə də 

xüsusi fikir vermişdir. Cənnətin səkkiz qapısından yeddisi bəzən açıq, bəzən də 

bağlı olur. Qapılardan biri - tövbə qapısı isə daim açıq olur. Mövlanə deyirdi ki, 

qapı açıqdır. Bu imkanı buraxma, nə pis iş görmüsənsə, tez gəlib tövbə et. Allah 

adildir, rəhmlidir. 

Mövlanə İlahi eşqin qüdrətinə inanır, çoxlu günah iş görmüş, hətta yüz dəfə 

tövbəsini pozmuş adam eşq qapısına gəlirsə, ümidini itirməməlidir. Bidiyimiz kimi 

islamda təvəkkül və şükr etmə anlayışlarının mühüm əhəmiyyəti var. Təsəvvüfdə, o 

cümlədən Rumi yaradıcılığında bu anlayışlardan geniş istifadə olunur. Səbr edən 

təvəkküllə üz-üzə  gəlir, yəni Allahı  vəkil edir. Burada vəkil edən insan özünü 

düşünmür, Allahın varlığına doğru can atır. Səbr və təvəkkülə bağlanan kəs ahuzar, 

fəryad,  şikayətdən yaxasını qurtarıb sakit və rahat bir həyata daxil olur. Buna 

təsəvvüfdə «riza» deyilir. Sufi yalnız Allaha ümid edir. Allahın sözü bütün 

sözlərdən dəyərlidir. Ona şükr et, ona sığın.  Əgər  İlahi elmləri öyrənmək 

istəyirsənsə  İlahi sözü öyrən, bu dünyada bir sənət öyrənmək istəyirsənsə  iş gör, 

çoxlu çalış, çünki zəhmət öz bəhrəsini verir. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



382

Cəlaləddin Rumi əxlaq haqqında fikirlərini islam dininin tələblərinə uyğun 

olaraq  əsaslandırırdı. Onun təsəvvür  əxlaqı da mahiyyətcə Quran və  hədislərdən 

doğur, hətta sufi terminləri də bu baxımdan dəyərləndirilir. Mövlanənin etikasında 

islam  əxlaqına zidd olan fikirlər yoxdur. Fərqli cəhət  İlahi eşqə daha çox yer 

verməkdir. Göstərildiyi kimi eşqdə səbr və tövbə yoxdur. Allahı məhəbbətdə ifrata 

yol vermək olar. Burada da İlahi eşq müstəsnadır.  Bu  da  təbiidir. Çünki təsəvvüf 

İlahi eşqə əsaslanır.  

 

Ədəbiyyat 



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin