Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə40/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   37   38   39   40   41   42   43   44   45

 

1.  Quliyev E. Türk xalqları ədəbiyyatı. Bakı, «Constant Empire», 2011, 567 s. 

2.  Rüstəmova A. Mövlanə Cəlaləddin Rumi. Bakı, «Elm», 2005, 176 s. 

3.  Rüstəmov Y. Mövlanə  Cəlaləddin Ruminin sufilik fəlsəfəsi. Bakı, «Nurlan», 

2006, 239 s. 

4.  Gölpınarlı A. Mevlana Celaleddin hayatı, felsefesi, eserleri, eserlerinden 

seçmeler. İstanbul, 1985, 334 s. 

5.  Mevlana. Mesnevi I. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 373 s. 

6.  Mevlana. Mesnevi II. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 334 s. 

7.  Mevlana. Mesnevi III. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 423 s. 

8.  Mevlana. Mesnevi IV. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 347 s. 

9.  Mevlana. Mesnevi V. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 391 s. 

      Mevlana. Mesnevi VI. İstanbul, «Milli Eğitim Basımevi», 1991, 432 s.  

 

 



Э.Азимова  

Этика и дидактика в произведение «Маснави» Джалаладдин Руми 

Резюме 

 

Статье  мы  анализироваем  Руми  как  поета  высказавшый  мораллизиру-



ющие мысли. 

Мы  знаем  Руми  как  величайший  поет 13-го  века  турецской  суфийской 

литературы.Эго  творчества  источник  мысли  урфани  каторое  вдохновляет 

человека любить Бога,присоединиться к Богу.Он выделил чувства и любовь к 

Богу  как  единственный  способ  присоединение  к  Богу.Здесь  мы  коснулись 

морализирующие идеи Руми,такие как: чтобы избежать от плохих поступков 

как  человеческое  желание,похоть,воздействие  славы,чванство,ярость  и  др. 

надо всегда быть терпеливым,каяться,быть блогодарным.Статье мы пытались 

обосновывать идеи Руми о морали в соответствии с требованиями ислама. 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



383

E.Azimova 

Ethics and didactics problems in Jalaladdin Rumi`s work «Masnavi» 

Summary 


 

 We analyze Rumi,who asked moralizing ideas.We know Rumi as the 

greatest poet of Turkish Sufism literature in 13 century.His work is the thinking 

urfani source,that inspires people to embrace God,love of God.He highlights the 

feel and love of God as the only way of reacing God.We inform here as Rumi`s 

moralizing ideas,that for get away people`s desire,lust,fame,swagger,anger and etc. 

bad features need to be patient,repent,satisfied.In this article we have tried to 

substantiate Rumi`s ideas on morality in accordance with the requirements of Islam. 

 

Rəyçi: Professor Elman Quliyev 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



384

                  YEGANƏ QURBANOVA 



Bakı Dövlət Universiteti 

y.q.87@mail.ru 

 

FİKRƏT SADIĞIN FİKİR DÜNYASINA BİR BAXIŞ 

 

Açar sözlər:  Fikrət Sadığın poeziyası,  şeirdə  fəlsəfilik və  fəlsəfi fikir, fəlsəfə  və 

poeziya 


Ключевые  слова:  поэзия  Фикрета  Садыка,  философичность  и  философская 

мысль в поэзии, философия и поэзия 



Keywords: Fikret Sadiq’s poetry, philosophy and philosophical thought in poetry, 

philosophy and poetry 

 

Bədii yaradıcılıq, adətən, ədəbi-tənqidi müstəvidə fəlsəfi-estetik məzmununa, 



bu məzmunun ortaya çıxardığı dəyərlərə görə qiymətləndirilir. “Yaxşı yazıçı və ya 

şair həm də yaxşı filosofdur” fikri artıq bir aksiom kimi qəbul edilmişdir. Elə bu 

məntiqdəndir ki, ədəbiyyatşünaslıq elmi ilə yanaşı fəlsəfə elmi də bədii yaradıcılığı 

tədqiqata cəlb edir. Dünya şöhrətli fransız yazıçısı və filosofu A. Kamyu demişdir: 

“Filosof olmaq istəyirsənsə, roman yaz”. Əlbəttə, burda Kamyu “filosof olmağın” 

arenasını bir qədər daraltmışdır. Bədii yaradıcılıqda fəlsəfə ortaya qoymağın yolları 

yalnız roman janrından, nəsrdən keçmir, poeziya, o cümlədən də dramaturgiya da 

bu işdə çox geniş imkanlara malikdir. Hətta, fikrimizcə, poeziyanın bu imkanları 

istənilən bir janrdan daha üstündür. Burda subyektin daha fəal müdaxiləsi, təsvir-

təhkiyələrin deyil, düşüncələrin məzmun yaratması, fəlsəfənin isə düşüncə və fikir 

nəhri olması poeziya və fəlsəfəni bir-birinə yaxınlaşdırır. Yaxşı deyiblər ki, poeziya 

fəlsəfənin dili, fəlsəfə isə poeziyanın ruhudur. 

Biz heç də o fikirdə deyilik ki, hər poeziya nümunəsi, hər  şair qələmi bu 

yaxınlığa yüksələ, bu işin öhdəsindən gələ bilir. Milli poeziya sənətimizdə bu yük-

səkliyi fəth edən sənətkarlar da var, bu yüksəkliyə gedən yolda görünən sənətkarlar 

da. Əlbəttə, heç bir şair qarşısına filosof olmaq məqsədini qoymur, yaxud da qoy-

mamalıdır. Çünki belə məqsəd onları sənət əsəri yaratmaq işindən xeyli uzaqlaşdı-

rardı. 


Fikrət Sadıq da qarşısına belə bir məqsəd qoymasa da, şair kimi belə bir işi 

görə bilmişdir. Onun poeziyasında zəngin, sistemli fəlsəfi görüşlər, təmayül yarada 

biləcək bir dünyagörüşü olduğunu demək olmaz. Ancaq Fikrət Sadıq poeziyası 

özünün fəlsəfi-estetik məzmunundan söz açdırmaq gücünə və bacarığına malikdir. 

Elə bu güc və bacarığa istinad edərək biz tədqiqatımızı bu istiqamətdə aparmaq 

niyyətindəyik. Bəri başdan onu qeyd edək ki, tədqiqatımızın bu istiqamətində biz 

onun poziyasının fəlsəfi gücünü qiymətləndirmək kimi bir niyyətdən uzaq 

duracağıq, ona görə yox ki, bu qiymətləndirmədə Fikrət Sadıq poeziyası gücsüz 

görünə bilər. Ümumiyyətlə, biz fikirləşirik ki, tədqiqat sadəcə yaxşı və ya pis deyə 

qiymətləndirmə üzərində yox, şərh üzərində qurulmalıdır və  əsil qiymət də  nəticə 

kimi bu şərhdən çıxarılmalıdır. Odur ki, biz Fikrət Sadıq poeziyasının fəlsəfi 

məzmunundan onun imkanları və gücü daxilində danışacağıq. Şairin yaradıcılığı ilə 

bağlı sanballı monoqrafik tədqiqat aparan İfrat  Əliyeva yazır: “F.Sadıq predmeti 

fəlsəfi cəhətdən qavrayan, bu və ya digər həyat hadisəsinin təsvirində yığcamlığı və 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



385

lakonikliyi gözləyən, qüvvətli xəlqilik və müasirlik ruhuna malik şairdir. O, irili-

xırdalı bütün əsərlərində  həmişə oxucunun şüur və mühakiməsinə müraciət edir, 

həyat faktını, hadisələri onunla birlikdə araşdırır, bir sözlə, daim öz oxucusu ilə fəal 

təmasda, münasibətdə olur” (3, s. 138). 

Hər bir insanın həyat fəlsəfəsi onun əxlaqi-mənəvi dünyası, yaşadığı sosial 

şərait ilə  sıx bağlıdır ki, fəlsəfi idrakın mahiyyətinə vardıqda onun hansı  şərtlər 

altında formalaşdığını  nəzərə almaq lazımdır. Bunda yaradıcı  şəxslər də istisna 

təşkil etmir. Onların da fikir, düşüncə dünyası bu şərtlər asılılığında formalaşır. 

Ancaq yaradıcı insanlarda, adətən, bu formalaşma prosesi ilə baş çatmır, inkişaf 

prosesi də keçir ki, burada milli mənəviyyatdan, yaşadığı sosial şəraitdən alınanlara 

təfəkkür daha nələrisə  əlavə edir. Bu prosesdə yaradıcı  təfəkkürün elə tipi var ki, 

dominanta daha çox güvənir, onun mahiyyətindən çıxış edir, elə yaradıcı təfəkkür 

də var ki, dominantdan, ümumiyyətlə, imtina edir, müstəqilləşir. Fikrət Sadığın da 

yaradıcı təfəkkürü yaradıcılıq prosesində bu dominanta güvənən, onun mahiyyətinə 

əsaslanan bir idrak nümayiş etdirir. Odur ki, şairin fəlsəfəsi oxucu üçün tamamilə 

yeni bir məzmun və istiqamət ortaya qoymur. Onun dünyagörüşü və anlamı milli 

təfəkkürümüzlə sıx bağlıdır və onun bir hissəsi kimi görünür. 

Fikrət Sadığın poeziyasının fəlsəfəsindən danışarkən onun hansısa  əsərlərini 

fəlsəfi şeirlər başlığı altında qruplaşdırmaq kimi bir niyyətimiz yoxdur. Fikrimizcə, 

belə bir təsnifat ədalətli olmaz və elmi əsaslara söykənməzdi. Düzdür, onun əsərləri 

içərisində fəlsəfi məzmunun zənginliyi və kasadlığı ilə seçilən əsərlər vardır. Ancaq 

biz Fikrət Sadıq yaradıcılığının fəlsəfi-estetik tutumundan danışarkən, zənginliyi və 

ya kasadlığı  əldə  rəhbər tutaraq, tədqiq istinadgahlarını müəyyənləşdirmək onun 

sistemli dərkini  əngəlləyə, təsəvvürü natamam vəziyyətə sala bilər. Çünki hər bir 

şeir şairin varlığından, insanlara və dünyaya baxışından, bütövlükdə dünyagörüşün-

dən bir parçadır, tamı başa düşmək, onun haqqında bütöv bir təsəvvür əldə etmək 

üçün, hər bir parçanı öyrənməyin əhəmiyyəti vardır. Ona görə də Fikrət Sadıq yara-

dıcılığının poetik şeir istiqamətindən danışarkən məsələyə daha kompleksli şəkildə 

yanaşmaq, onu müxtəlif koordinantlardan izləmək niyyətindəyik. 

Ədəbiyyatşünas Rəhim  Əliyev  şairin fikir dünyası haqqında yazır: “Fikrət 

Sadığın poeziyası fikir üstə boy atır. Amma bu fikir heç vaxt kitabdan, fəlsəfə 

dərsliklərindən gəlmir.  Şairin  şeirlərindəki fikirlər, çox vaxt müdrik fikirlər adi 

həyat müşahidələrinin ümumiləşməsidir.  Şairi qüvvətli fantaziyası, gördüklərini 

özünə xas tərzdə mənalandırmaq bacarığı fərqləndirir. O, gördüyü, müşahidə etdiyi 

haqda sakit-sakit söhbət açır və parodoksal görünsə də, məhz bu yolla poetik müd-

rikliyə nail olur” (2, s. 367). Rəhim Əliyevin dediklərində bir həqiqət vardır. Şairin 

poeziyasında hər misranın belə öz fikir yükü vardır. Düzdür, bu fikir bəzən həddən 

artıq müstəqim, bədii boyaların zəif tonunda verilir. Ancaq tənqidçinin dediyi kimi, 

bu fikrin kitablardan yox, həyatdan gəlməsi, oxucunun dərdi-sərini ifadə etməsi onu 

oxucuya doğmalaşdırır. Oxucu Fikrət Sadıq  şeirinin misralarında öz həyatını, öz 

problemlərini görür. R.Əliyevin mülahizələrindəki bir məqamla razılaşa bilmərik ki, 

şair gördüklərinin ifadəsində qüvvətli fantaziyaya yer verir. Onun fikri ifadə etmə-

sində nəinki qüvvətli fantaziya, əksinə reallığın açıq-aydın, çılpaq təsvirləri də var. 

Əlbəttə, bu təsvirlər fəlsəfi mənalandırmalarla müşayiət olunur. Onun lirik 

qəhrəmanının öz həyat fəlsəfəsi vardır. Bu həm də qəliz, mürəkkəb bir fəlsəfə deyil. 

Bu adi bir ömür yaşamaq istəyən sadə insanın fəlsəfəsidir.  Şair böyük bir həyat 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



386

fəlsəfəsini kiçik bir şerin misralarında sadə bir insanın hislərinin ifadəsində verə 

bilir. 

Bu insan bu gün mürəkkəbləşən, başqalaşan dünyanın insanı ola bilmir. O, 



sadə yaşam tərzini seçir, əcdadına, soyuna, ənənəyə sadiqlik yolunu tutur. Odur ki, 

onun sadəliyi mürəkkəbliklə yollaşa, özünə sadiqliyi isə başqalaşan dünyada özünü 

tapa bilmir. Sosial mühitə uyğunlaşa bilməyən sənətkar, bu mühitin çərçivəsindən 

çıxır, bəzən təbiətə tapınır, bəzən də dünənə dönür. 

Şair təbiətə qalib gəlmək, onu özünə tabe etmək fəlsəfəsinin əleyhinədir, bu 

cür düşüncəni insanlığın bəlası hesab edir, Fikrət Sadığa görə insan təbiətin bir 

zərrəsidir, bu zərrə bütövdən ayrılarsa, onu fəlakət, acınacaqlı tale gözləyir. XIX əsr 

fransız maarifçisi və filosofu Jan Jak Russo belə fikirdə olmuşdur ki, “insandakı 

bütün gözəlliklər təbiətdən gəlir, ancaq o cəmiyyətə daxil olanda bu gözəlliklər 

məhv olur” (все прекрасное в человеке выходит из лона природы и портится в 

нем,  когда  он  попадает  в  общество (12).  Fikrət Sadıq da sanki böyük fransız 

filosofunun bu həyat fəlsəfəsini bölüşür və şairə görə insanlığın yolu, xilası təbiətə 

qayıdışdan keçir. 

Günəşin bir zərrəsiyəm,- 

İşıqdan gəlmişəm... 

...İnsan olanda bilmişəm 

İşığın qədrini. 

Torpağın qaranlığı qorxutmur məni. 

Ox kimi sancılıb 

Yerin o üzündən çıxacağam, 

İşığa dönmək üçün 

Yenə Göyə qalxacağam (8, s. 382). 

 

Bu  şeirdə  işıq təbiətin simvolu kimi poetikləşdirilmişdir. Lirik qəhrəmanın 



işığa dönmək arzusu təbiətə dönmək qətiyyəti, arzusu kimi mənalanır. O, işıq 

olanda sahib olduğu gözəlliyi insan olanda qoruya bilməmişdir, buna görə  də bu 

gözəlliyin xatirinə qaranlıqları dəlib ilkinə dönməyə hazırdır. 

Şairin həyat, ömür, tale ilə bağlı düşüncələrində onun fikir karvanı daha 

uzaqlara yol alır, həyati predmet daxilində yeni mənalandırmalara aparır, bu 

mənalandırmalarda təbii-elmi dərki lirik-fəlsəfi qavrayış  əvəzləyir. Bu qavrayış 

oxucuda yeni ovqat, yeni baxış, yeni nəzər yaradır. Bu mənada Fikrət Sadığın 

şeirlərində doğum və ölüm faktı üzərində apardığı  bədii-fəlsəfi ümumiləşdirmə 

maraqlıdır. Şair mahiyyətcə əks qütblərdə dayanan bu təbiət hadisələrini birləşdirən 

məqamı tapır, onun üzərində düşüncələrə dalır.  

 

Tale belə kor olarmış, 



Görəcəkli günüm varmış.  

Bu dünya nə xarabaymış, 

Gələn ağlar, gedən ağlar (7, s. 12). 

 

Şairin həyat-ölüm fəlsəfəsi fiziki yaşam üzərində qurulmayıb. Fikrət Sadıq 



düşüncəsində mövcudluq hələ  həyat demək deyil. Həyat gərəkli olmaq, fəaliyyət 

deməkdir. Fransız filosofu Jan Jak Russonun dediyi kimi: "Yaşamaq nəfəs almaq 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



387

demək deyildir, yaşamaq fəaliyyət deməkdir. Çox illər yaşamış insan deyil, çox şey 

hiss etmiş insan çox yaşamışdır” (Жить — это  не  значит  дышать,  это  значит 

действовать. Не тот больше всего жил, который может насчитать больше лет, 

а  тот,  кто  больше  всего  чувствовал (13). Bu mənada  şairin “Daşlar”  şeiri 

fəaliyyətsizliyin, gərəksizliyin faciəsini açıqlayır. 

 

Yerin altında qalan, 



Qaya olan, 

Dağlardan dərələrə, düzlərə 

Yuvarlanan 

Daşların dərdi 

Sığmır yerə-göyə: 

“Niyə bizi görmürlər, niyə? 

Niyə o biri daşlar kimi  

Bizi də 


 

Divara, 


Qalaya, 

Körpüyə 


Hörmürlər, niyə? 

Razıyıq, döşəsinlər 

Lap ayaq altına. 

Razıyıq, bünövrə olaq

Düşək yerin ən alt qatına— 

Təki yaşayaq”. 

Yaşayıb, heç şeyə 

Gərək olmamaq dərdi 

Ölümdən də betərdi! (7, s. 93). 

 

“Daşlar” şeiri metaforik bir planda yazılmışdır. Təbii ki, şair daşların simasın-



da insanları gərəkli bir ömür yaşamağa, ətalətdən hərəkətə keçməyə çağırır. Ancaq 

Fikrət Sadıq poeziyasında təbiət heç də həmişə metaforik bir planda verilmir, insan 

anlayışının bədii şərhi kimi poetik məkana daxil olmur. Cansız kimi qəbul etdiyimiz 

təbiət varlıqları şairin yaradıcılığında canlanır, daş da, ağac da bir tale, bir insan öm-

rü yaşayır. Bu tale, bu ömür şairi düşündürür. O yalnız cəmiyyətin taleyindən deyil, 

təbiətin taleyindən də narahatdır. Təbiət də  cəmiyyət qədər canlıdır  şairin yara-

dıcılıq dünyasında. Bu həm də yalnız bioloji canlılıq deyil. Fikrət Sadığa görə o, 

yaşayır, hiss edir, düşünür. Ona görə də şair Fikrət Sadıq ağac, daş, qaya, çiçək, işıq 

poetik məkanının  ən duyğulu, sözlü, düşüncəli sakinlərindəndir. O, bizim 

nəzərimizdə taleyi yox, olsa-olsa bioloji yaşamı olan bu varlıqların sevincini də 

duyur, kədərini də hiss edir.  

Bunlar şairin həssas qəlbininmi görüntüləridir, yoxsa onun yaradıcılıq fantazi-

yasınınmı  məhsuludur? Demək çətindir. Ancaq şairin poetik üslubu üzərində 

aparılan müşahidələrdən bizdə bu qənaət var ki, onun qələmi yaradıcılıq fantaziya-

sının əsarətinə düşmür. Oğlu Orxan Fikrətoğlonun şairlə apardığı söhbətdə bizi bu 

sualın cavabına yaxınlaşdıracaq belə bir məqam var. Fikrət Sadıq çox inamla deyir: 

“Bu dünya əsl dünya deyil. Mən bunu həmişə dərk edirəm” (4, s. 489). 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



388

Bu dünyada ağaclar bitmir, doğulur, qurumur, ölür. Şairin “Düşüncələr” 

poemasında yarpağın, ağacın yaşantıları da onun fantaziyasından yox, varlığına 

inanadığı əsl dünyadan fraqmentlərdir. 

 

İki cürdür meşədə yarpaqlar - 



Solanı var, solmayanı var. 

Solanlara baxa-baxa qalıb 

solmayanlar, 

Başlarını aşağı salıb 

Ağlayırlar için-için 

Xəzəl olmuş yarpaqların dalınca. 

Bu da sənin işindir, dünya! (7, s. 171). 

 

Fikrət Sadığın dünyaya fəlsəfi baxışında insan və təbiət bir-birindən ayrılmır, 



canlı cansız bir-biri ilə harmoniyadadır.  İlham Abbas “Ümid işığı” məqaləsində 

Fikrət Sadıq poeziyasının yaradıcılıq problemlərini  şərh edərkən yazır: “Fikrət 

Sadığın  şeirlərində insanın mənəvi dünyası onu əhatə edən təbiətdən-daşların, 

ağacların, otların, quşların dünyasından ayrı görünmür və ən ümdəsi, şair bunlarsız 

insanın insan ola biləcəyinə inanmır!” (5, s. 383). 

Unudulmaz  şairimiz  Əli Kərim dərin bir poetik-fəlsəfi məna və yük verdiyi 

“Daş”  şeirində  təbiətin bir hissəsi olan bu hissiz, duyğusuz, cansız varlığı insan 

mənəviyyatı üçün bir açara çevirib. Fikrət Sadığın poetik nəhrində isə daşın özünün 

də mənəviyyatı var. 

 

Kövrəyi də var içində, sərti də. 



Mərdi də, namərdi də. 

Daş var, daşa qəhmər. 

İşıqlısı çaxmaq daşı, 

Soyuğu mərmər. 

Daş var ulduzdan düşüb qalıb, 

Daş da var buzdan düşüb qalıb. 

Dünyanı gəzən piyada daş, atlı daş. 

Dağdan qopan qanadlı daş. 

Yumru daş, sivri daş, çay daşı, çınqıl; 

Lovğa daş, sadə daş, qıyımlı, paxıl (8, s. 19). 

 

Şairin poeziya müstəvisində  mənalar dərinləşir, yeni çalarlar qazanır. Adi 



məişət detalları poetik dillə fəlsəfi mənalandırma qazanır. Görkəmli ədəbiyyatşünas

professor Təhsin Mütəllimov  şairin fəlsəfəsi haqqında yazır: “Fikrətin 

poeziyasındakı müasirlik nəfəsinin və siyasi-ictimai pafosun əsl mənbəyi məhz belə 

həyati və fəlsəfi mövzulardır. Bu mövzular Fikrətin bütün yaradıcılığında qüvvətli 

bir xətt təşkil edərək, onun ictimai mündəricəsini daha da zənginləşdirir” (6, s. 361). 

Cəmiyyətşünaslıq məsələləri onun yaradıcılığında sosial-siyasi yox, fəlsəfi-

estetik xarakter daşıyır. O, ictimai hadisələrin fəlsəfəsini açmağa cəhd göstərir, 

özünəməxsus yozumlar verir. “Var” şeirində də Fikrət Sadıq həyatı Tanrı ilə Şeytan 

arasında olan bir məkan kimi verir. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



389

Tanrı adından iş görən, 

Göyün çərxi-fələyi var. 

Gündə yerə gəlib-gedən, 

Neçə-neçə mələyi var. 

 

Adəmi aldadan şeytan 



Əl çəkməyib bu dünyadan. 

Yeri yerindən oynadan, 

Tufanı var, küləyi var (7, s. 17). 

 

Şairin bədii təfəkkürü Tanrıdan uzaqlaşıb  Şeytana yaxınlaşan bəşərin taleyi, 



əməlləri ilə bağlı düşüncələrini şeirdən şeirə calayır. Fikrət Sadıq inanır və bircə bu 

inam da onu yaşadır ki, bu olanlar, baş verənlər  əsl həqiqət, mahiyyət deyil, 

yuxudur, özü də uzun sürən bir yuxu. 

 

Qarışıbdır yalan-gerçək, 



Bu dünya olub görəcək. 

Bu yuxu uzun sürəcək, 

Qurğuşundan bələyi var! (7, s. 17). 

 

Əsl həqiqət, mahiyyət isə hardasa uzaqlarda gizlənib, bütün insanlıq, o 



cümlədən də o, bu həqiqətə doğru gedir, bir gün mütləq bu pis yuxu bitəcək, onlar o 

həqiqətə qovuşacaqlar.  Şairin içində bu inam olmasaydı, bəlkə “ömür boyu işıq 

gəzdim” (7, s. 16) deyən şeirlərinin də işığı sönərdi. Yəqin ki, elə bu işıq tənqidçi 

Rəhim Əliyevi “Yaddaş hasarı” məqaləsində bu qənaətə gətirir ki: “Fikrət Sadığın 

həyat müşahidələri üçün fitri bir pozitivlik səciyyəvidir. O, həyata nəzər salanda 

yaxşı, gözəl, ucaşeyləri görür; bəzən bu meyil aşkar bir sadəlövhlüyə çevrilir” (2, s. 

368). Tənqidçi Rəhim  Əliyev öz qənaətində bir qədər yanılır. Biz bir məqamda 

onunla razıyıq ki, şairin poeziyasında bir pozitivlik var. Ancaq biz onunla razılaşa 

bilmərik ki, bu onun həyat və müşahidələrində ümumiləşir, o, həyatda yaxşı, gözəl, 

uca şeylər görür və “bəzən bu meyil aşkar bir sadəlövhlüyə çevrilir”. Əksinə, bizim 

fikrimizcə, Fikrət Sadıq poeziyası  həyata sadəlövh baxışdan doğmur və o, 

gerçəkliyi, geniş mənada, varlığı sadəlövh qavrayışın nəticəsi kimi də vermir. Şairin 

olduqca maraqlı  və orijinal poeziya dünyasında gözəlliyin də, eybəcərliyin də 

ifadəsində özlərinə layiq dəyərləndirilməsi var – desək, səhv etmərik. Ancaq burada 

eybəcərlik gözəlliyi inkar etmir. Gözəlliyin axtarışında, eşqində, həvəsində olan şair 

eybəcərliyin də mövcudluğunu xatırlamalı olur. 

 

O uzaqda işıldayan 



Gümüş deyil, dəmir imiş. 

Ömrü boyu işıq gəzdim, 

Demə, bu da ömür imiş. 

 

Dünya oyun, dünya ilğım, 



Təpə imiş uca dağım. 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



390

Bəyaz bilib tanıdığım 

Qapqaraca kömür imiş (7, s. 16). 

 

O, dərin düşüncəli, iti müşahidəli bir şair kimi həyatın, dünyanın özünə layiq 



olmadığı bir biçimdə, donda olmadığını görməyə bilməzdi. Fikrət Sadıq qələmində 

R.Əliyevin iddia etdiyi kimi ancaq yaxşı, gözəl, uca şeylər yox, bununla yanaşı 

naqislər, xırdalar, eybəcərlər də potik fikri ifadə üçün uğurlu bədii detala çevrilir. 

Ancaq bu meyil şairin pozitiv ola bilməməsindən doğmur. Neqativlər Fikrət Sadıq 

şerinə onun içindən, qəlbindən süzülüb gəlmir. Bu neqativlər onun poeziyasına 

onun daxili dünyasının sərhədlərindən kənardan - ətrafdan daxil olur. Onun həmişə 

xeyirə tapınan, şərə yoldaş ola bilməyən qəlbi, həmişə düşünən-daşınan zəkası, heç 

vaxt susa bilməyən üsyankar ruhu ən kiçik naqisliklərin belə yanından laqeydliklə 

ötə bilmir. İnamla deyəbilərik ki, Fikrət Sadıq bugünkü bəşəri faciələrin bitib-

tükənməzliyində, ucsuz-bucaqsızlığında yaşamasaydı belə,  ən kiçik, ötəri eybə-

cərliklərin şahidi olsaydı belə, yenə də onun şair qələmi daha çox sözü bu neqativ-

lərə verəcəkdi. Çünki şair miqyasından, əhəmiyyətindən, yerindən asılı olmayaraq 

şərə inanan, ona təslim olan bəşəri anlaya bilmir. Ona görə də onlar şairin düşüncə-

lərini daha çox məşğul edir, onun poeziyasında daha çox yer alır. Xeyrin harda, nə 

vaxt, necə şərə uduzması Fikrət Sadıq yaradıcılığının əsas axtarış hədəflərindəndir. 

Tənqidçi Rəhim Əliyevin şairin yaradıcılığında “sadəlövhlük meyli” ilə bağlı 

dedikləri ilə razılaşa bilmərik. Bu müdrik şair oyuncağa aldanan, uşaq kimi həyatın 

parıltısına aldanan deyil. Həyatın bər-bəzəyi onu aldada bilməz, o həmişə mahiy-

yətə varır, predmetin zahiri üzərində deyil, batinində öz fikir dünyasını qurur. Şairin 

yaradıcılığında nəinki sadəlövhlük müşahidə edilmir, hətta onun poeziyasında sərt, 

mühakiməli, ən qəti qərarları verməkdən, ən ağır hökmləri oxumaqdan çəkinməyən 

lirik qəhrəman görünməkdədir. Onun ayıq nəzərləri predmeti ən daxili qatlarına 

qədər bədii təhlilə  çəkir, rəngi, boyanı deyil, mahiyyəti üzə  çıxarır. Milli poeziya 

sənətimizdə görməyə adət etdiyimiz romantik üsluba Fikrət Sadıq poeziyasında rast 

gəlmirik, bu poeziya üçün hissi-emosional deyil, rasional üslub daha xarakterikdir. 

Fransız nəzəriyyəçisi J.Martsen belə hesab edir ki, “öz təbiəti etibarilə 

incəsənət və əxlaq bir-biri ilə əlaqədə olmayan iki müstəqil sahələrdir. Bu anlayışlar 

arasında yalnız zahiri və dolayı əlaqə mövcuddur. Belə ki, həndəsəşünasın həndəsi 

teoremi sübut etməsində onun mənəvi simasının heç bir rolu olmadığı kimi, bədii 

əsərin yaranmasında da sənətkarın mənəvi aləminin heç bir rolu yoxdur”. Burda 

fransız nəzəriyyəçisi ilə mübahisəetmək olar. Biz isə iddia edirik ki, hər bir 

yaradıcılıq məhsulu yazıçının mənəvi aləminin süzgəcindən keçərək yaranır. 

Düzdür, bu o demək deyil ki, yazıçı yaradıcılığında özünüifadə edir. Poeziyamızın 

uğurlu tədqiqatçılarından olan Səfurə Quliyeva “Müəllif və qəhrəman” məqaləsində 

yazıçının mənəvi aləminin bədii inikası  məsələsi haqqında yazır: “Özünüifadə” 

anlayışı  məhz müəllifin gənc yaşlarında qələmə aldığı yazıları üçün səciyyəvi 

anlaşılır”.  Əlbəttə, kamil bədii yaradıcılıqda yazıçı özünü yox, həyatı ifadə edir. 

Belinskinin dediyi kimi: “Heç bir şair nə özündən, nə də öz vasitəsilə, nə öz şəxsi 

iztirabları, nə də öz şəxsi səadətinin gücünə böyük ola bilməz” (11, s. 586). Söhbəti-

mizin əsas mübahisə məqamına qayıdaraq qeyd etmək istəyirik ki, biz də böyük rus 

tənqidçisi Belinskinin, milli poeziya sənətimizin tədqiqatçısı  Səfurə Quliyevanın 

dediyi kimi, “özünüifadə” məsələsini bölüşürük, ancaq bədii  əsərdə “özünüifadə-



 

Filologiya  məsələləri – №3, 2014

 

 



391

nin” yoxluğu, Fransız nəzəriyyəçisi J.Martsenin iddia etdiyi kimi onda yazıçı mənə-

vi aləminin rolunu inkar etmir. Bir riyaziyyatçının kəşflərində onun mənəvi aləmi-

nin rolu ona görə sıfra bərabərdir ki, elmi bir kəşf yaradıcılıq prosesi deyildir, burda 

təfəkkür artıq mövcud olan, ancaq insan zəkasından gizli qalanlar üzərində düşünür 

və o öz düşüncələri ilə ona heç bir şey əlavə etmir. Ancaq bir yazıçının mövqeyi isə 

fərqlidir. Onun təfəkkürü üçün mövcud olanlar ancaq bazadır ki, onlar yazıçının 

təfəkküründə emal prosesi keçir, bədii təxəyyül onlara nələrisə  əlavə edir, yeni 

forma və məzmun ortaya qoyur. Bu yaradıcılıq prosesi olduğundan yalnız təfəkkürə 

əsaslana bilməz, burda mənəvi aləmin də  iştirakı labüd və qaçılmazdır. Bu faktı 

psixologiya elmi də təsdiqləyir ki, insanın yaratdıqlarının arxasında onun şəxsiyyəti 

dayanır. Bədii yaradıcılıq da həmişə tənqidçiyə də, oxucuya da imkan vermişdir ki, 

onlar yazıçının mənəvi portretini cızsınlar. 

Fikrət Sadığın da yaradıcılığı oxucunun yaddaşında yalnız təsvir predmeti və 

lirik qəhrəmanın obrazı kimi qalmır. Onun əsərlərini mütaliə etdikcə oxucunun 

təsəvvüründə şairin özünün də obrazı yaranır. Bu obrazda ağsaqqal, dünyanı görüb-

götürmüş, müdrik bir insanın siması vardır. Çox maraqlıdır ki, bu obrazı oxucu 

təsəvvürünə onun yalnız ahıllıq yaşlarında yox, əvvəlki dönəmlərdə yazdığı şeirlər 

də verir. Oxucu bu misraların arxasında məhz ahıl bir insanın dayandığını zənn edir. 

Nəinki şairi zahirən tanıyan, hətta onun zahiri simasını ömründə bir dəfə də 

olsun görməyən oxucu şairi məhz bəyaz saçlı, müdrik baxışlı, cüssəli biri kimi 

təsəvvür edir və bu təsəvvüründə də yanılmır. Əksinə bu təsəvvür şeirdən şeirə daha 

da möhkəmlənir. Tənqidçi Vaqif Yusiflinin yazdıqları dediyimizi təsdiqləyir: “O, 

nəhəng cüssə, bəmbəyaz saçlar Fikrət Sadığı  Dədə Qorquda oxşadır”,- deyirik. 

Əlbəttə, insanı  nəhəng görünən cisminə, uluları xatırladan görkəminə görə hansı 

müqəddəs insanasa oxşatmaq bəzən yerinə düşmür. Ancaq Fikrət Sadığın görkəmi 

ilə şeirlərindəki, həyata münasibətindəki müdriklik üst-üstə düşürdü və bu tənasüb 

indi də pozulmayıb” (10, s. 464). 

Fikrət Sadığın publisistikasını oxuduqca görürsən ki, şairin poeziyasının 

müəllif haqqında oxucuya verdiyi təqdimat yanlış deyilmiş, oxucu poeziyadan 

tanıdığı mətin, qəti mövqeli, həqiqətpərəst, üsyankar ruhlu, pislik görəndə bir qaya 

kimi sərtləşən, yaxşılıq görəndə uşaq kimi kövrəkləşən, yanar ürəkli bir insanı onun 

publisistik yazılarında da görür, eşidirik. Tofiq Abdin yazmışdır: “Təbiətcə çox ağır 

və sakit olan bir şair, sonda bütün ağrılara dözməyərək üsyan edir” (1, s. 4). 

Müşahidə çox dəqiqdir. Onun poeziyasının həzin, çox kövrək  əhvali-ruhiyyəsini 

bəzən çox üsyankar bir ruh əvəz edir. Şair həyəcana gəlir, bəzən də qəzəblənir. 

Onun  şeirlərində “həqiqət aşiqi” bir şairin cəsarətli, qorxmaz obrazı vardır. 

Şair bu cəsarəti öz fiziki gücündən deyil, öz əxlaqından pay alır. O, nə itirəcəyi 

addan qorxur, nə  də almayacağı mükafatın dərdinə qalır. Onun təmənnasız  şair 

qəlbi, kimsədən sifariş almayan şair qələmi böyük Sabirin dediyi kimi: “əyrini əyri, 

düzü həmvar yazım” fəlsəfəsi ilə yazıb-yaradır. O, əyrilərə, düzlərə arşın olmağa 

çalışır. Onların taleləri ilə bağlı müşahidələrini isə belə ümumiləşdirir. 

 

Əyrini divara dirədilər, 



Güllələdilər, 

Güllələr əyri getdi. 

Düzü divara dirədilər, 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



392

Güllələdilər, 

Güllələr düz getdi (7, s. 111). 

 

Fikrət Sadığın poeziyası, desək ki, kədərin poeziyasıdır, səhv etmərik. Bu 



poeziya içində  qəm yükünü daşıyıb sevinc axtaranların poeziyasıdır. Kədər, qəm 

Şərq poeziyasının, o cümlədən onun bir hissəsi olan milli poeziyamızın  əsas 

motividir.Ancaq Fikrət Sadıq poeziyasının kədəri poetik nəsillər arasında bir körpü 

yaratmır. Onun kədəri klassik poeziyanın kədər fəlsəfəsindən xeyli fərqlidir. Fikrət 

Sadıq yaradıcılığında dünya bir “qəm evi” kimi, əzab-əziyyət insanın əzəli və əbədi 

qisməti kimi fəlsəfi məna qazanmır. Düzdür, şairin  şeirlərində dünyanın bir 

qəmxana obrazı var. Ancaq Fikrət Sadıq fəlsəfəsinə görə dünya qəmə yox, sevincə 

məskən olmalıdır. Dünyanın qəmxana olması onun boyuna biçilmiş tale deyil, pis 

insanların  əməllərinin nəticəsidir. Klassik poeziyamızın kədər fəlsəfəsinə görə öz 

ilkindən qopub bu dünyaya düşdüyü üçün insan hüzn içindədir, maddi dünyanın 

kədərindən ləyaqətlə keçən insan öz sevincini mənəvi dünyada tapacaq, Fikrət 

Sadığa görə isə insan bu dünyaya sevinc üçün gəlib,  əvəzində  qəm tapanda onun 

faciəsi başlayır, sevinc uman qəlbi kədərə təslim olur. O, kədərə təslim olmamalı, 

ona qalib gəlməli, öz sevinci üçün mübarizə aparmalıdır. 

Fikrət Sadıq kədəri  şəxsi kədər deyil, o, ictimai kədərdir. Bu kədər  şairin 

poeziyasını  nəcibləşdirir, müdrikləşdirir, dolğunlaşdırır. Professor Nizaməddin 

Şəmsizadə şairə ünvanladığı açıq məktubunda yazır: “Fikrət, sənin şeirlərin narahat 

ruhun fəryadıdır. Mən bu şeirlərdə Azərbaycan xalqının üzüntülü simasını gördüm. 

Sənin tənhalıq və imkansızlıq arasındakı  fəzada aramsız çırpınan lirik mənin, arı 

çiçəkdən bal çəkən kimi, insanların üzündən hüzn yağır və onu ilham gülüstanında 

məhəbbətlə çiçəkləndirir. Bu sarı hüzn çiçəkləri bizə daha doğmadır, çünki onlar 

tənha xalqın kədərli təbəssümünün poetik ifadəsidir. Daş-kəsəkdə çiçək bitirmək 

hər bağbanın işi deyil, sənin füsunkar poeziyan “heç nə” adlandırdığın daş-

kəsəkdən yaranıb-” sən bu daş-kəsəyə birdən-birə elə  məhəbbətlə baxmısan ki, 

heyrətdən böyüyən gözlərin kədər bulağı-göz yaşı çağlayıb, onlara yazığın gəlib” 

(9, s. 424). 

 

Fikrət Sadığın anlamında əsl şeir kədərdən doğulur. 



Gərək ürək dərdnən dola, 

Söz deməyə sözün ola.  

Şeir onda çıxar yola, 

Nə desin heçə şairlər (7, s.13). 

 

Ümumiyyətlə, Fikrət Sadığa görə bədii yaradıcılığın yolu ilhamdan, qafiyədən 



yox, düz sözdən keçir. Onun fikrincə, əsl şair oxucuya öz uydurmalarını deyil, həyat 

həqiqətini çatdırmalıdır.  

İlham alıb xam xəyaldan, 

Yazıb özünü aldadan. 

Qəlbi soyuq, şeri yalan... 

Var belə neçə şairlər (7, s. 13). 

Doğrudan da, elə şairlər vardır ki, sözü mirvari kimi sapa düzüb ona min bir 

rənglə  bəzək vurur. Bu cür şeirlərdə sözün bəzəyinə oxucu dalır, mütailəsini ona 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



393

həsr edir, mütailə bitdikdən sonra oxuduqları onun yaddaşında, hissində heç bir iz 

buraxmır. Bu mənada oxucu Fikrət Sadığın poeziyasında parıltının yox, fikrin, 

həqiqətin cazibəsinə düşür. Fikrət Sadıq poeziyası hislərin ifadəsindən daha çox, 

ağlın səsləndiyi yerdir. Onun şeirlərində  həyat həqiqəti bədii təxəyyülü üstələyir. 

Şairin poeziyası həqiqət axtarışları üzərində qurulub. Onun bir şair etiqadı odur ki, 

“həqiqət harada isə poeziya da oradadır” (11, s. 278). 

Fikrət Sadıq yaradıcılığında fəlsəfi  şeir,  əlbəttə, özünün kamillik zirvəsində 

deyil. Ancaq onun şeirlərinin həyati gücü bu əsərlərə fəlsəfi bir məzmun gətirir. Bu 

məzmun onun poeziyasında bəzən də yazlaşmalarla, bəzən dədərinləşmələrlə müşa-

hidə olunur. İstər dayazlıqlarda, istərsə dədərinliklərdə şair həyatdan, reallıqlardan 

uzaqlaşmır. Onun şeirləri həyatın, yaşayışın bədii analizidir. N.Şəmsizadənin şairə 

ünvanladığı açıq məktubunda belə bir maraqlı məqam var: “Tanış olduğumuz illər 

ərzində hər dəfə səni görəndə barələrində əsərlər oxuduğum, fəqət heç vaxt üzlərini 

görmədiyim sufiləri təsəvvür edirdim. Mənə elə gəlirdi ki, narın yerişinlə biz kənd 

uşaqlarını aldatmış Bakının küçələrindən keçə-keçə insanlara həyatın vecsizliyi 

haqqında sonu bilinməyən lirik nağıllar danışırsan” (9, s. 423). Doğurdan da, Fikrət 

Sadıq  şeirlərində bir sonu bilinməzlik var. Bu şeirlər dövranın gərdişi ilə bağlı 

cavabsız sualları xatırladır.  Şair sanki öz şeirləri ilə  həmişə  səfərdə, həmişə 

yoldadır, öz axtarışlarını davam etdirir. 

 

 

Ədəbiyyat:  



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin