Mövzu Təşkilatın mühiti. Təşkilatın daxili mühiti



Yüklə 48,5 Kb.
səhifə1/3
tarix16.06.2023
ölçüsü48,5 Kb.
#131219
  1   2   3
Təşkilatın daxili mühiti - telebe


Mövzu 2. Təşkilatın mühiti.
Təşkilatın daxili mühiti.

Daxili situasiya dəyişənləri


Təşkilat insanlar tərəfindən yaradılmış sistem olduğu üçün daxili dəyişənlər əsasən idarəetmə qərarlarının nəticəsindən asılı olurlar. Lakin bu heç də o demək deyildir ki, bütün daxili dəyişənlərə rəhbərlik tərəfindən tam nəzarət oluna bilir. Rəhbərliyin xüsusi diqqətini tələb edən əsas təşkilat daxili dəyişənlər aşağıdakılardır: məqsədlər, struktur, tapşırıqlar (məsələlər), texnologiya və insanlar. Bu dəyişənlərin qısa xarakteristikaları ilə tanış olaq.


Tapşırıqlar. Təşkilatda əmək bölgüsünün daha bir istiqaməti tapşırıqların müəyyənləşdirilməsidir. Tapşırıq-qabaqcadan müəyyən olunmuş üsulla və əvvəlcədən müəyyən olunmuş müddətlərdə yerinə yetiriləcək işdən ibarətdir. Texniki baxımdan tapşırıq işçiyə deyil vəzifəə verilir. Struktur haqda rəhbərliyin qərarı əsasında təşkilatın məqsədlərinə nail olmaq üçün hərbi vəzifəyə tapşırıqlar müəyyən olunur. Hesab olunur ki, əgər tapşırıqlar nəzərdə tutulmuş üsulla və müddətlərdə yerinə yetirilərsə təşkilat müvəffəqiyyətli fəaliyyət göstərəcəkdir.
Təşkilatın tapşırıqları ənənəvi olaraq üç kateqoriyaya bölünür: adamlara, predmetlərə (maşın, xammal, alətlər) və infrmasiya ilə iş. Məs: zavodda işçilər predmetlərə, usta adətən adamlara,mühasibat isə informasiya ilə işləyir. Digər iki vacib moment tapşırığın təkrarlanma tezliyi və onun yerinə yetirilməsinə lazım olan vaxtdır. Bu baxımdan qeyd etmək olar ki, idarəetmə əməyidaha az monoton və təkrarlanmayan xarakteri daşıyır və aşağı idarəetmə səviyyəsindənn yuxarı idarəetmə səviyyəsinə keçdikcə hər bir işin yerinə yetirilmə vaxtı artır.
Texnologiya. Texnologiyaya xammalın (istər insanlar, informasiya və ay fiziki materiallar olsun) tələb olunan məhsula və xidmətə çevrilmə vasitəsi kimi baxmaq olar. Tapşırıqlar və texnologiya bir-biri ilə sıx əlaqədardır. Tapşırığın yerinə yetirilməsi konkret texnologiyanın tətbiqini nəzərdə tutur.
Texnologiyanın idarəetməyə təsiri bu sahədə baş vermiş üç əlamətdar hadisə ilə bağlıdır: sənaye inqilabı, standartlaşdırma və mexanikləşdirmə, yığma konveer xətlərinin tətbiqi. (sənaye inqilabı, Adam Smit 1776 “Boqatstvo naroda 1 adam 20 sancaq, ixtisaslaşma, 10 adam 48000 sancaq”).
Standartlaşdırma ilk dəfə Eli Uitni tərəfindən (pambıq təmizləmə maşınlarının ixtiraçısı) silah istehsalına tətbiq olunmuşdur. Standartlaşdırma ixtisaslaşdırmanı daha da stimullaşdırdı və eyni zamanda ixtisassız və az ixtisaslı əməkdən istifadə olunmasına geniş imkanlar açdı. Bu günkü cəmiyyətin xüsusiyyətlərindən olan məhsul və xidmətlərin kütləvi istehsalı standartlaşdırmaya əsaslanır. (Əsrin əvvəllərində avtomobil snəaeysi yarandıqda standartlaşdırma və mexanikləşdirmə artıq geniş yayılmışdı. İlkin dövrlərdə fəhlə maşın istehsalı zamanı bütün texnoloji proses boyunca hərəkət edir, lazım gəldikdə iş yerini dəyişir və lazımi detalları quraşdırırdı. 1913-cü ildə Henri Ford fəhlələrin iş yerlərini dəyişməməsi üçün yığılan maşının konveerin köməyi ilə hərəkət etdirilməsi ideyasını irəli sürdü.Bu bir maşının yığılmasına sərf olunan vaxtı xeyli azaldı. Konveerin tətbiqinə qədər bir avtomobilin topdan satış qiyməti 2100 dollar, konveerin tətbiqindən sonra 1918-ci ildə bu avtomobillərin pərakəndə satış qiyməti 290 dollar olmuşdur.)
Texnologiyaların mövcud təsnifatları içərisində Coan Vudvordun təsnifatı daha çox tanınmışdır. O istehsal firmalarını tədqiq edərək aşağıdakı təsnifatı vermişdir.

  1. Tək-tək,kiçik seriyalı və ya fərdi istehsal. Eyni zamanda bir ədəd və ya kiçik seriya ilə məhsul istehsal olunur. (kosmik gəmilər, təyyarələr, sualtı qayıqlar, fərdi tikiş atelyeləri və s.)

  2. Kütləvi və ya iri seriyalı istehsal. Eyni bir məhsulun və ya oxşar məhsulların çox sayda istehsalı.

  3. Kəsilməz istehsal. Avtomatlaşdırılmış avadanlıqdan istifadə etməklə bütün gün ərzində eyni xarakteristikalı məhsulun kəsilməz istehsalı.

Sosioloq Ceyms Tompson bu təsnifatdan fərqlənən lakin ona zidd olmayan aşağıddakı təsnifatı vermişdir.

  1. Çox mərhələli (çox manqalı) texnologiyalar. Ardıcıl yerinə yetirilən qarşılıqlı əlaqəli tapşırıqlar seriyası ilə xarakterizə olunur.

  2. Vasitəçilik texnologiyaları. Qarşılıqlı əlaqədə olmaq istəyən insanlar qrupu ilə xarakterizə olunur.(mağaza, bank işi, telefon kompaniyası )

  3. intensiv texnologiyalar. İstehsala daxil olan konkret materialda müəyyən dəyişiklərin aparılması üçün xüsusi üsulların, vərdişlərin və ya xidmətlərin tətbiqi ilə xarakterizə olunur. (film montajı, cərrahi əməliyyat)


Yüklə 48,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin