Mövzu Təşkilatın mühiti. Təşkilatın daxili mühiti



Yüklə 48,5 Kb.
səhifə3/3
tarix16.06.2023
ölçüsü48,5 Kb.
#131219
1   2   3
Təşkilatın daxili mühiti - telebe

Dəyərlər. Münasibət ətraf mühitin bu və ya digər amilinə konkret subyektiv inam, dəyərlər isə nəyin yaxşı,nəyin pis, nəyinsə əhəmiyyətsiz olduğu haqda ümumi inamdır. “əl əməyindən xoşum gəlmir” münasibət bildirirsə, “səylə işləmək yaxşı şeydir”, “demokratiya diktaturadan yaxşıdır” dəyərlərdir. Bir çox başqa fərdi xüsustyyətlər kimi dəyərlər də təcrübə, öyrənmək yolu ilə əldə edilir.
Gözləmək olar ki, təşkilatlar və onların rəhbərləri cəmiyyətin mədəniyyətində mövcud olan dəyərlərə malik olurlar. Ali rəhbərlərin konkret dəyərləri çox vaxt bütün təşkilatda hiss olunur və özünü məqsədlərdə, siyasətdə biruzə verir. Hər bir təşkilat şuurlu və ya kortəbii olaraq öz dəyərlər sistemini yaradır. Bu sistem təşkilat mədəniyyətini və təşkilatın mənəvi simasını təşkil edir.
Mühitin şəxsiyyətə və davranışa təsiri. Yuxarıda göstərilən xüsusiyyətlər insanın fərdliliyini müəyyən edir. Hər bir insanın müxtəlif situasiyalarda özünü müxtəlif cür aparmapsına baxmayaraqn onun müəyyən davranış şablonuna, dajilən nisbətən razılaşdırılmış dayanıqlı xüsusiyytlər toplusuna malik olması haqda fikir söyləmək olar. Stabil xüsusiyyətlərin bu toplusu şəxsiyyəti müəyynlişdirir.
Ənənəvi olaraq psixoloqlar ayrı-ayrı adamların davranışını onların təcavüzkar, düzgün, öz qüvvəsinə inamlı, açıq və ya qapalı, qətiyyətli və ya qətiyyətsiz kimi şəxsi xüsusiyyətləri baxımından şərh edirdilər. 70-ci illərə qədər psixoloqlardan çoxu bu xüsusiyyətlərin bütün situasiyalarda dəyişməz olduğunu hesab edirdilər. Lakin tədqiqatlar göstərir ki, (Uolter Mişel) insanların davranışı situasiyadan asılı olaraq dəyişir. Məlum olmuşdur ki, şəxsi keyfiyyətlər və ətraf mühit birlikdə insanların davranışını müəyyənləşdirsə də situasiyanın davranışa təsiri şəxsi keyfiyyətlərdən daha güclüdür. Bu davranışın müəyyənləşdirilməsində şəxsi keyfiyyətlərin rolunu heç də azaltmır, lakin göstərir ki, rəhbərlik təşkilatda arzu olunan davranış tipinin bərqərar olması üçün şərait, iş mühiti yarada bilməlidir. Ətraf mühitin 2 aspekti-qrup və idarəetmə liderliyi işçinin davranışına çox güclü təsir göstərir.
Qrup. Qrupun “insanın davranışına təsiri haqda ilk dəfə Harvard Universitetinin professoru Elton Mejo söyləmişdir”. Davranış norması ilə əlaqəli məsələlərdə qrupun üzvləri hamı tərəfindən qəbul olunan dəyərlər, gözləmələr formalaşdırırlar. Norma dedikdə verilmiş şəraitdə məqbul hesab olunan davranış standartları başa düşülür. İnsan özünün qrupun üzvü olmasını nə qədər yüksək qiymətləndirərsə, onun davranışı qrup norması ilə bir o qədər çox üst-üstə düşər. Qrup normaları təşkilatın formal məqsədlərinə nail olmağa köməklik və ya maneçilik edə bilər.
liderlik. Səmərəli menecer olmaq üçün səmərəli lider də olmaq lazımdır. Liderlik rəhbərliyin insanların davranışına təsir etmək, onları özlərini lazım olan qaydada aparmağa vadar etmək üçün bir vasitədir.
Qeyd etmək lazımdır ki, baxdığımız bütün bu daxili mühit dəyişənləri qarşılıqlı əlaqəlidir və idarəetmə praktikasında onlara bir-birindən ayrı baxmaq olmaz. Hər hansı bir dəyişənin əhəmiyyətli dərəcədə dəyişməsi digərlərində də dəyişikliklərin baş verməsinə səbəb olacaqdır.
Yüklə 48,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin