Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə38/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   ...   34   35   36   37   38   39   40   41   ...   45

 

On iki yaşlı Tutu,  

Çıxıb çırpırdı tutu.  

Bir quş isə uzaqdan  

Hey oxurdu: Tu-tu.  

... Bаğçаyа tut əkildi, 

Hər qаyğısı çəkildi 

Аmmа ki, bаr vеrmədi, 

Dеdilər bu çəkildi. 

(«Çəkil») 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



364

Akademik Bəkir Nəbyev yazır: «Uşaq yazıçılarımız xalq nağıllarından mövzu 

götürüb işləməklə yanaşı, özləri də yeni nağıllar yazırlar;  əsrlərin imtahanından 

çıxmış nağıl janrı  uşaq qəlbinə, fikrinə  təsir göstərmək, onu öz ardınca aparmaq 

üçün bacarıqlı yazıçının əlində çox gərəkli bir ədəbi vasitədir. Sahildə durub dənizə 

baxarkən üfüqlə suyun harada birləşib harada ayrıldığını müşahidə etmək mümkün 

olmadığı kimi, nağıllarda da bəzən zəngin həyat materialı ilə yaradıcı fantaziyanın 

bir – biri ilə necə qaynayıb - qarışdığını təyin etmək çətin olur.(9, s.135-136) 

Tədqiqatçı yazır ki, nağıl işləyən yazıçıların  əsərlərində cazibədar görünən 

hadisələr balacaları yalnız  əyləndirmək məqsədi güdməyib, oxuduqlarının, 

gördüklərinin və eşitdiklərinin mahiyyətini dərindən anlamağa kömək edən vasitələr 

kimi düşünülmüşdür. Məhz azyaşlıların bilik səviyyəsinə və bədii zövqünə müvafiq 

ifadə vasitələri, obrazlar tapıb təsvir etmək yolu ilə həmin yazıçılar öz əsərlərində 

vacib tərbiyəvi nəticə, gərəkli ictimai məzmun verməyə nail olurlar. Belə olduğu 

üçün də müəlliflə oxucu arasında səmimi ünsiyyət yaranır, əsərin məqsədi haqqında 

nəsihətlərə, qeyri – bədii didaktik söhbətlərə ehtiyac qalmır.  

Bu baxımdan Z.Xəlilin mənzum nağılları müasir uşaq ədəbiyyatımızda janrın 

ən dəyərli nümunələri kimi diqqəti cəlb edir. Ədibin yaradıcılığında mühüm yer 

tutan «Sərçələr», «Оvçu Pаşаbаlаnın mаcərаlаrı», «Dəcəl çəpiş  və qumrаl quzu», 

«Qаrа qulаq,  аğ küçük», «Sıfırın nаğılı»  əsərlərində folklordan gələn motivlər 

diqqəti cəlb edir. 

«Sərçələr» mənzum nağılında nağıllarımızn cövhərini təşkil edən xeyirlə şərin 

mübarizəsi mövzusu öz əksini tapıb. Yenicə dünyaya göz açmış,  ətcəbala sərçə 

bаlаlаrı qorxunc ilаnı görərkən qоrхuya düşüb  əsim-əsim titrəyir, həyəcan keçirir, 

onları xilas edən kirpinin ilаnlа mübаrizədə qalib gəlib onu öldürməsi uşaqlarda 

dərin təəssürat yaradır. 

«Dəcəl çəpiş  və qumrаl quzu» mənzum nağılı  uşaqlar üçün ibrətamiz olan 

məsələlər - valideynin sözünə qulaq asmaq, davranış qaydalarına  əməl etmək, də-

cəllikdən əl çəkmək və s. öz əksini tapıb. «Sıfırın nаğılı»ndа digər rəqəmləri bəyən-

məyib tənhalığa qapılan lоvğа sıfırın аcınаcаqlı tаlеyi uşаqlаrı düşündürür, kollek-

tivçilik hisləri aşılayır. 

Z.Xəlilin istər folklorla sıx bağlılığı olan, istərsə  də çağdaş  həyat hadisələri 

təsvir olunan əsərləri üçün obrazlı dil, poetik fikir, bədii obrazlılıq, dil-üslub 

vasitələrinin zənginliyi səciyyəvidir.  Şairin bir çox şeirləri

 başdan-başa güclü 

metafora, metonimiya, simvol və mübaliğələrlə  bəzənmiş mükəmməl bir 

nümunə, bir söz hörgüsü, obrazlar sistemidir. 

Ədibin yaradıcılığının ardıcıl tədqiqatçısı F.Əsgərli yazır ki, Z.Хəlilin uşаq 

pоеziyаsındа üstün cəhəti  оndаn ibаrətdir ki, оnun öz simаsı  vаrdır, bədii-еstеtik 

fаktоrlаrlа  zəngin dilə  mаlikdir, sənətdə  pоеtik kəşflər  еtməyin dəyərini 

qiymətləndirə bilir. Оnа bircə şеy tаm şəkildə аydındır ki, sirlərlə dоlu оlаn bədii 

yаrаdıcılığın yоlu çətin və mürəkkəbdir. Bu çətin və mürəkkəb yоlu isə  yаlnız 

pоеtik fikir zənginliyi, üslubаydınlığı, bədii dilin sаflığı, təbiiliyi,  оbrаzlılığı  və 

sərrаst söz düzümü bаcаrığı ilə  kеçmək mümkündür. Ən nəhаyət, bədii sənət 

əsərinin çохyаşаrlığı, uzunömürlüyü müхtəlif üslubi çаlаrlаrа  mаlik  оlаn söz və 

ifаdələrin pоеtik gözəlliyindən аsılıdır. 

Z.Xəlilin uşaq  şeirlərində dilimizin zəngin söz xəzinəsindən, bədii təsvir və 

ifadə vasitələrindən məqamında, orijinal istifadə yüksək dəyərləndirilməlidir. 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



365

Məlumdur ki, bədii sual lirik əsərlərdə  məcazın geniş istifadə olunan 

növlərindəndir. İstər insanların gündəlik nitqində, bir-biri ilə söhbətlərində, istərsə 

də  bədii  əsərlərdə adi, qrammamtik sual verilərkən müəyyən məsələni öyrənmək, 

cavab almaq məqsədi izlənilir. Lakin bədii ( ritorik) sual əsərdə cavab almaq 

məqsədilə deyil, bədii təsir gücünü artırmaq, fikri, ideyanı daha qabarıq nəzərə 

çatdırmaq məqsədlə  işlədilir.  Şairin dünyada ən müqəddəs varlıq olan anaya həsr 

etdiyi şeirdə bədii sualdan istifadə əsərin təsir gücünü qat-qat artırmışdır. 

 

Еşqin ürəyimdən silinən dеyil, 



Dе, kim bаğlаmış məhəbbət sənə? 

О, аğ sаçlаrınа bахdım еlə bil 

Gümüş tаc bəхş еdib təbiət sənə… 

 

Şair uşaq  şeirlərində  mаrаqlı  və  yаddаqаlаn bənzətmələrdən məharətlə 



istifadə etmişdir: 

Dünyаdа əziz nə vаr 

Məktəb yоllаrı kimi. 

Аçılır qаrşımızdа 

Аnа qоllаrı kimi. 

Bахın bizim məktəbə 

Dаyаnıbdır dаğ kimi. 

Bu dаğdаn ахıb gеdir 

Cığırlаr bulаq kimi. 

 

Göründüyü kimi, şair bu poetik nümunədə  məktəb yollarını ana qollarına, 



məktəbin özünü möphtşəm, vüqarlı dağa, məktəbdən evlərə gedən cığırları dağdan 

axan bulaqlara bənzətməklə əsərin oxucuya bədii təsir gücünü qat-qat artırmağa nail 

olmuşdur. 

Məlumdur ki, müfəssəl təşbehdə  sənətkar kimi, tək qoşmalarından istifadə 

edir. Mükəmməl təşbeh isə bənzətmə qoşmalardaından istifadə olunmadan yaradılır. 

«Çəmənin  хаlı”  şeirində  ədib mükəmmlə  təşbehdən istifadə edərək göz önündə 

təbiətin əsrarəngiz bir lövhəsini canlandırmağa müvəffəq olmuşdur:. 

Göy çəmənlər yаmаcа 

Sərilmiş bir хаlıdır. 

Qızıl-qızıl lаlələr 

Yаnаğının хаlıdır. 

Ümumiyyətlə, Z.Хəlilin uşаq  şеir yаrаdıcılığındа özünü göstərən müхtəlif 

cəhətlər müəllifin gеniş bədii-еstеtik diаpаzоnа mаlik bir qələm sаhibi оlduğundаn 

хəbər vеrir.  Оnun  şеir kitаblаrındа  həm fоlklоr  ənənələrinə, klаssik 

sənətkаrlаrımızın yаrаdıcılıq yоlunun dаvаmınа, həm də müаsir Qərbi Аvrоpа ədəbi 

ənənələrinin izlərinə  rаst gəlmək mümkündür. Şаirin qələmindən çıхаn hər bir 

pоеtik misrа  bаlаcа  охuculаrı düşündürür,  оnlаrın  əqli və  bədii-еstеtik zövqünün 

fоrmаlаşmаsınа  хidmət  еdir.  О, təsvir  еtdiyi hər bir vаrlığı  yаrаdıcı  хəyаlının 

qüdrəti ilə bəzəyir, bədii təfəkkürünün gücü ilə оnu qеyri-аdi dərəcədə pоеtikləşdirə 

bilir.(2, s.14) 

   


 

Filologiya  məsələləri – №3, 2014

 

 



366

Gətirdiyimiz nümunələr uşaq  ədəbiyyatımızın tanınmış nümayəndəsi 

Z.Xəlilin şeirlərinin ideya, mövzu aktuallığını, bədii gözəlliyini, idraki – tərbiyəvi 

əhəmiyyətini bir daha təsdiq edir. Bunlar onu göstərir ki, istedadlı şair, nasir Z.Xəlil 

Azərbaycan  şifahi və klassik ədəbiyyatından, o cümlədən dünya uşaq 

ədəbiyyatından yaradıcılıqla bəhrələnərək, gənc nəslə ünvanlanmış  əsərlərində 

ənənə ilə yeniliyin dialektik vəhdətinə nail olmuşdur.  

 

 



 

Ədəbiyyat 

 

 

 



 

 

 



1.  Elçin.Azərbaycan uşaq ədəbiyyatı haqqında düşüncələr.//Ulduz, 1982 N 4. s.43- 47. 

2.  Əsgərli F. Sənətkarın uşaq dünyası. Bakı, ADPU-nun nəşriyyatı, 2003. 

3.  Xəlil Z.. Seçilmiş əsərləri. 6 cilddə. I cild. Bakı: ADPU nəşriyyatı, 2008. 388s.  

4.  Xəlil Z.. Seçilmiş əsərləri. 6 cilddə. II cild. Bakı: ADPU nəşriyyatı, 2008. 408s.  

5.  Xəlil Z.. Seçilmiş əsərləri. 6 cilddə. III cild. Bakı: ADPU nəşriyyatı, 2008. 408s.  

6.  Xəlil Z.. Seçilmiş əsərləri. 6 cilddə. IV cild. Bakı: ADPU nəşriyyatı, 2008. 408s.  

7.  Həsənli B. Azərbaycan uşaq ədəbiyyatı. Bakı: Müəllim, 2012 

8.  Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı (dərslik). Bakı:Maarif, 1984. 

9.  Nəbiyev B. Tənqid və ədəbi proses. Bakı, 1976, s.135-136ə 

10. Vurğun S. Böyük sənət uğrunda.Bkı, 1970. 

 

X.Багирова 



Идейно-тематические особенности детских произведений Захид Халила 

Резюме 


 

  В статье анализируется детские произведения известного современного 

детского писателя Захид Халила. Отмечается тематические и жанровые особе-

нности,  художественное  своеобразие,  произведений  автора.  АннаЛизируется 

идейно  –художественные  особенности  некоторых  стихов,  стихотворных 

сказок, посвященных родине, природе, нравственным ценностям. 

 

X.Bagirova 



Ideological and thematic features of children's books Zahid Khalil 

Summary 


 

The article analyzes the works of well-known contemporary children's 

children's writer Zahid Khalil. Celebrated thematic and genre features, artistic 

originality, the author's works. Analyzes the ideological and artistic features of 

some poems, poetic tales devoted to home, nature, moral values. 

   


 

 

 



Rəyçi:                            Bilal Həsənli 

                   pedaqogika üzrə fəlsəfə doktoru, dosent  

 

 

 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



367

   


 

 

 



 HÜSEYİN KARAHAN  

Bakı Slavyan Üniversiteti 

 huseyinkarahan25@hotmail.com 

 

HÜSEYN CAVİD YARADICILIĞINDA MAARİFÇILİK İDEYALARI 

 

Açar sözlər: Hüseyn Cavid, romantizm, maarifçilik, təhsil, tərbiyə, məktəb 

Key words: Huseyn Javid, romance, enlightenment, education, training, school 

Ключевые  слова:  Гусейн  Джавид,  романтизм,  просвещение,образование, 

школа  


 

Azərbaycan xalqının iqtisadi və  mədəni inkişaf tarixində müasirləşməyə, 

maariflənməyə doğru XIX əsrdən başlanan meyl bütün XX əsri əhatə etmiş, indi də 

davam etməkdədir. Maarifçiliyi milli oyanış, tarixi köklərə qayıdış kimi də  qəbul 

etmək mümkündür. Azərbaycanda meydana gələn yeni kapitalist münasibətləri 

ənənəvi köhnəlmiş  həyat tərzi, sosial-mədəni adət-ənənələr sistemi, ehkamçı 

təfəkkürü, bədii yaradıcılıqdakı hökm sürən prinsipləri dəyişdirdi. Yeni dövr 

mədəniyyətin bütün sahələrini, o cümlədən,  ədəbiyyatı  və incəsənəti, bədii fikri 

həyata yaxınlaşdırır və tələb edirdi ki, cəmiyyətdə hökm sürən gerilik və nöqsanlara 

qarşı mübarizəni gücləndirsin, millətin maariflənməsində vaxtında iştirak etsin. 

Milli oyanış Azərbaycanın  ədəbi-mədəni həyatında yeni yaradıcı  nəslin 

meydana gəlməsinə səbəb oldu. Bu dövrdə Avropa və Rusiya örnəyi əsasında realist 

və romantik ədəbiyyatın Cəlil Məmmədquluzadə (1866-1932), Mirzə Ələkbər Sabir 

(1862-1911), Hüseyn Cavid (1884-1944), Məhəmməd Hadi (1880-1920), Abbas 

Səhhət (1874-1918), Abdulla Şaiq (1881-1959), Nəriman Nərimanov (1870-1925), 

Əbdürrəhim bəy Haqverdiyev (1870-1933) kimi görkəmli nümayəndələri öz 

yaradıcılıqları ilə Azərbaycan  ədəbiyyatını dünya ədəbi-mədəni fikrinin ən yaxşı 

nümunələri səviyyəsinə qaldırırdılar. 

Mövcud maarifçi ictimai-ədəbi mühitin tanınmış simalarından biri və öz ideya 

dostlarının işlərini uğurla davam etdirə və XX əsrin əvvəllərində onu həm sənətin, 

həm də qarşıya qoyulan məqsədin ən yüksək zirvələrinə qaldıran sənətkarlardan biri 

Hüseyn Cavid olmuşdur. Hüseyn Cavid Azərbaycanın tarixi bölgələrindən olan 

Naxçıvan ədəbi mühitində böyümüş, Təbrizdə gözəl dini təhsil almış, o dövr üçün 

Şərqin Avropası sayılan Türkiyədə maarifin sirlərinə yiyələnmişdir.  İstanbul 

Universitetinin  ədəbiyyat  şöbəsində  təhsilini başa vurduqdan sonra 1909-cu ildən 

Naxçıvanda, Tiflisdə  və Bakıda yaşamış, müəllimlik etmiş  və  ədəbi fəaliyyət 

göstərmişdir. Naxçıvan-Təbriz-İstambul-Tiflis-Bakı  şəhərlərinin  ədəbi-mədəni 

mühiti H.Cavidin dünyagörüşünü, mənəvi aləmini, həyata və  sənətə baxışlarını 

formalaşdırmışdır. Onun sənəti Azərbaycan  ədəbiyyatının milli köklərindən 

qaynaqlanmışdır. Şairin yaradıcılığı öz bədiiliyi və həssaslığı ilə fərqlənmişdir.  

Cavid həyatının mənasını yaşayıb yaratmaqda, insanların dünyanın bütün 

nemətlərindən bolluca istifadə etməsində, bütün zövqlərin və  və gözəlliklərin insana 

tabe olmasında, bütün xalqların və millətlərin təntənəsinə nail olmaqda görürdü. (8, 18) 

Cavid yaradıcılığı Azərbaycan romantizmi tarixində özünəməxsus yer tutur. 

İnsan ruhunun, onun gerçək aləmə münasibətinin öyrənilməsində Cavid 

romantizminin çox böyük rola malikdir.  



 

Filologiya  məsələləri – №3, 2014

 

 



368

 

Turana qılıncdan daha kəskin ulu qüvvət, 



   Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! 

 

-deyən Hüseyn Cavid öz yaradıcılığında maarifçilik ideyalarına yüksək 



qiymət verirdi. Mütərəqqi romantizmin nümayəndələrindən biri olan Cavid 

gələcəyə böyük ümid bəsləyir, əsərlərində qabaqcıl fikirlər irəli sürürdü. “O, kamil 

bir sənətkar kimi dini fanatizmə, milli məhdudluğa qarşı etiraz səsini ucaltmaqla 

yanaşı humanist ideyalı bir şair kimi nəzəri cəlb edirdi”. (7, 49) 

Hüseyn Cavid istedadlı söz ustası olmaqla yanaşı, həm də bacarıqlı  və 

qayğıkeş müəllim, maarifpərvər bir insan idi. O, ziyalı ailəsində dünyaya gəlmiş və 

tərbiyə almışdı. Atası Molla Abdulla bir rövzəxan, bir molla olsa da, elmə, təhsilə 

yüksək qiymət verən insan idi. Şairin kiçik qardaşı  Əlirza müəllim idi. Digər 

qardaşı-Şeyx Məhəmməd Rasizadə ruhani təhsili almışdı ki, o da az sonra ruhaniliyi 

tərk edib, ömrünün 35 ilini müəllimlik etmişdir. Məhəmməd Rasizadənin Cavidin 

mənəvi inkişafında təsiri çox böyük olmuşdur.  

O, mükəmməl təhsil almış insanlardan biri idi. Cavid ibtidai təhsilini 

Naxçıvanda, Məhəmməd Tağı Sidqinin məktəbində almışdı. Məhəmməd Tağı Sidqi 

XIX  əsrin 80-90-cı illərində Azərbaycanın hər iki hissəsində tanınmış görkəmli 

maarifçi ziyalılardan biri idi. Məhəmməd Tağının “Məktəbi tərbiyə”sində təhsilini 

1898-ci ildə müvəffəqiyyətlə bitirir. Elə  həmin ildə  həm mübtəla olduğu göz 

ağrısını müalicə etdirmək, həm də  təhsilini davam etdirmək məqsədilə  Təbrizə 

qardaşı Məhəmməd Rasizadənin yanına gedir. Cavid Cənubi Azərbaycanda 1898-ci 

ildən 1903-cü ilin may ayına qədər qalmışdır. 1903-cü ilin iyul ayında o, ali təhsil 

almaq məqsədilə İstambula gedir.  

1905-ci ilin may ayında Cavid ikinci dəfə  İstambula gedir və darülfununa 

daxil olmaq üçün hazırlaşır. “Burada 5-6 ay orta məktəb proramı ilə hazırlaşdıqdan 

sonra arzusuna nail olur. Türkiyədən yazdığı məktublarından görünür ki, Cavid ali 

məktəbə hazırlaşdığı zaman birneçə ay müddətində həftədə bir-iki saat Türkiyə şairi 

və filosofu Rza Tövfiqin də yanında oxumuşdur.” (4, 27) 

Cavidin oxuduğu  İstanbul Universitetinin ədəbiyyat  şöbəsi üçillik idi. Şair 

təhsil məsələsinə çox ciddi, şüurlu münasibət bəsləyirdi. Şairin Türkiyədən qardaşı-

na, dostlarına yazdığı məktublarında dini fanatizmlə elm və maarifin zidd, düşmən 

olduğu bildirilirdi. Şair insanın, millətin inkişafı üçün maariflənməyi, mədəniləş-

məyi yeganə yol hesab edirdi. “Cavid vətəni Azərbaycanın parlaq gələcəyi üçün 

görüləcək işlərdən bəhs edərək yazırdı ki, “Bizə yalnız məktəb lazımdır. Bütün 

inqilabati-mədəniyyə həp məktəb məhsuludur.” (4, 30) Onun fikrinə görə əsarətə və 

mədəni geriliyə  səbəb ancaq şəriət, mövhumat və mollalar idi. Buna görə  də o, 

məscidin dövlətdən ayrılması ideyasını müdafiə edir, ziyalıların başlıca vəzifəsini 

məktəblərdə dünyəvi elmlərdə əsaslandırmaqda görürdü.  

1909-cu ildə geriyə qayıdan  şair bir müddət sonra Naxçıvanda, Tiflisdə  və 

Bakıda məktəbdarlıq etmiş, müəllimliklə məşğul olmuşdur. O, Azərbaycanda sovet 

hakimiyyəti qurulduqdan sonra da müəllimlik fəaliyyətini davam etdirmiş, Bakı 

teatr texnikumunda və Bakı darülmüəllimində (müəllimlər  İnstitutunda) dil-

ədəbiyyat müəllimi təyin olunur, maarif işlərində, məktəblər üçün yeni dərslik və 

proqramların tərtibində yaxından iştirak edir. 1920-1925-ci illərdə Cavid 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



369

Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) müəllimlik 

edir. Beləliklə, Cavidə görə  əvvəlcə  məktəb, maarif, sonra da inqilab gəlirdi. 

“Hüseyn Cavid haqlı olaraq, belə bir doğru qənaətə  gəlmişdi ki, təlim-tərbiyədə 

müəllimin rolu böyük, bəzən də həlledici amildir. O, deyirdi: “Bir millətin tərəqqi 

tədənnəsini (yəni, inkişafını) bilmək üçün həmin millətin məktəblərini görmək 

kifayətdir” ”. (6, 5) Hüseyn Cavid Azərbaycan ədəbiyyatının ilk romantiklərindən 

olmuş, sonralar isə Azərbaycan sovet uşaq  ədəbiyyatının yaradıcılarından biri 

sayılmış Abdulla Şaiqlə birlikdə  “Ədəbiyyat dərsləri”, “Qəvaidi-ədəbiyyat” və s. 

dərsliklər hazırlamışdır. Bu dərsliklər uşaqların tərbiyəsinə, təlim məsələlərinə həsr 

olunmuşdur. Onu uşaq  şeirləri dəfələrlə Abdulla Şaiqin hazırladığı milli uşaq 

dərsliklərində, o cümlədən “Türk çələngi”, “Qiraət kitabı”, “Türk ədəbiyyatı” kimi 

milli dərslik kitablarında nəşr edilmişdir.  

Hüseyn Cavid yazdığı  əsərlərdə  sıxıntıya, səmərəsizliyə, tənbəlliyə qarşı 

çıxmışdır. O, öz əsərləri ilə  gənc nəsildə ideyalılıq, həyatilik, doğruçuluq, yüksək 

bədiilik, zəngin bədii təxəyyül və sair kimi əxlaqi keyfiyyətlər tərbiyə etməyə 

çalışmışdır. “Uşaqları yormadan, onları darıxdırmadan  ədəbiyyat vasitəsilə onlara 

bilik vermək və tərbiyə etmək Cavidin arzusu olmuşdur. Şair uşaqları uydurulmuş 

sayıqlamalarla aldatmağın  əleyhdarı, həyat həqiqətlərinin uşağa  şərh edilməsinin 

tərəfdarı idi.” (1, 1) 

Hüseyn Cavidin “İlk bahar”, “Qız məktəbində”, “Çiçək sərgisi”, “Şərq 

qadını”, “Xatirə” kimi şeirlərində  məktəb, müəllim, tərbiyə kimi məsələləri ön 

plana çəkmişdir. Məsələn, “Qız məktəbində” adlı  şeirdə müəllim və  şagird 

münasibətləri, təmizlik, nəciblik, dostluq kimi xeyirxah hisslər ön sıraya 

çəkilmişdir.  Şagirdlə dialoq şəklində aparılan söhbət zamanı  məktəbli qız 

müəllimini valideyinləri səviyyəsinə qaldırmışdır.  

– Pək doğru söz... Bu dünyada sənin ən çoq sеvdiyin 

Kimdir, quzum, söylərmisin? 

– Ən çoq sеvdiyim ilkin 

O Allah ki, yеri-göyü, insanları xəlq еylər. 

– Sonra kimlər? 

– Sonra onun göndərdiyi еlçilər. 

– Başqa sеvdiklərin nasıl, yoqmu? 

– Var... 

– Kimdir onlar? 

     Anam, babam, müəlliməm, bir də bütün insanlar... (2, 49) 

Şair-müəllim küçədə  səfil həyat keçirən, dövranın, zamanın həyata atdığı 

uşaqların öz ailələrində yaşamalarını, dövlət və valideyinləri tərəfindən himayə 

edilmələrini arzu edirdi. “Küçük sərsəri” adlı  şeirində küçədə  sərsəri kiki ömür 

sürən kiçik bir uşaqdan söhbət açır. 

Uyuyor... caməxabı toz, topraq; 

Nə bir ümmidi var, nə kimsəsi var. 

O bir öksüz, o bir soluq yapraq

Nə də məhzun göküs kеçirməsi var!? (2, 45) 

 Bu  balacanın heç kimə ümidi yoxdur. Şair cəmiyyətin etinasızlığına 

qəzəblənir və ətrafdakı insanlardan köməklik gözləyir.  

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



370

Haqqa varmaq, pərəstiş еtmək için 

Yücəlir bir tərəfdə məbədlər. 

Daş, çamur, haq rizası namümkün... 

Aldanır, aldanır zavallı bəşər. (2, 45) 

 

Hüseyn Cavid qadına hörmətlə yanaşır, onun hər zaman yüksək mənəvi 



qiymətini verir və ananı ən böyük müəllim hesab edirdi. Bu baxımdan “Qadın” şeiri 

çox maraq doğurur.  

Bütün еvladi-vətən iştə bu gün 

Yalınız səndən umar sədrə şəfa, 

Yalınız səndə bulur ruha qida. 

Ana еvladını bəslər, böyütür, 

Anasız millət, əvət, öksüzdür. 

Sənin aləmdə vəzifən, hissən 

                   Nə böyük, həm nə ağırdır, bilsən!? (2, 43) 

 

 “Mütəfəkkir şair həyatın bütün sahələrində məktəbin, maarifin rolunu dəyər-



ləndirir və onu müxtəlif yerlərdə bir neçə cür açıqlayır: “Hər iş sahibi öz işini 

layiqlə bacara bilmək üçün bəhərhal qüsurlarını anlayıb, sənətində mahir olmalıdır, 

o məharəti bizə öyrədən şey isə elmdir, məktəbdir” ”. (6, 5) 

Cavid gənc oxucuları üçün yazdığı şeirlərinin bir qismində onların ətraf aləm 

haqqında tanışlığına, bilik və təsəvvürlərinin genişləndirilməsinə çalışırsa, digər bir 

qismində isə özünün pedaqoji baxışlarını, tərbiyə haqqında fikirlərini ön plana 

çəkir.  

1912-1918-ci illərdə H.Cavid dalbadal ilk böyük faciələrini yazır. Mövzusu 

mülkədar həyatı, ailə  və  məişət münasibətlərindən alınan “Maral” (1912) əsərinin 

mərkəzində Azərbaycan qadınlığının faciəsi durur. Təsadüfi dеyildir ki, ilk 

variantında  əsərin adı “Zavallı qadın” idi. Dinə  xələl gətirən mövhumatçı  əxlaq 

normaları  və bunlardan doğan qadağalara qarşı  çıxan Cavid bu köhnə adət-

ənənələrin, dini fanatizmin zavallı bir Şərq qadının taleyində oynadığı rolu bütün 

dəhşətləri ilə olduğu kimi göstərə bilmişdir.  

 “Şеyx Sənan” (1914) Hüsеyn Cavidin ən qüvvətli faciələrindən biridir. 

Burada dramaturq gərgin dramatik münaqişə, parlaq xaraktеrlər yaratmış, nəcib bir 

məhəbbət və insanlıq fəlsəfəsi ifadə etmişdir.  Şеyx Sənan səhnədən-səhnəyə 

yüksəlir, mənəvi böhranlardan, fırtınalardan kеcir.  Şеyx və mütəfəkkir, aşiq və 

insan-faciədə onun dindarlıqdan insanlığa doğru yolda kеcdiyi  əsas mərhələlərdir. 

O, dini təbliğ еdən ruhani, qadınlara nifrət еdən bir fanatik kimi əsərə daxil olur və 

tamamilə təbii bir inkişafdan sonra fədakar bir aşiq, inkarcı bir mütəfəkkir kimi son 

səhnəni tərk еdir. Şeyx Sənan XX əsr Azərbaycan ədəbiyyatının ən böyük maarifçi 

obrazlarından biridir.  

“İblis” faciəsi  şər ensiklopediyası olmaqla başdan-ayağa “xəyanət” nəfsinin 

doğurduğu düşüncə və hərəkatlar silsiləsinə əsaslanır. Hüsеyn Cavidin hələ 1917-ci 

ildə tamamladığı  “Şеyda” isə dramaturgiyamızda tamamilə  yеni bir hadisə kimi 

səsləndi. “Şеyda” öz məzmunu ilə  “Şеyx Sənan” və  “İblis” mövzusundan tamamilə 

fərqlənirdi. . Əsər, istismar dünyasına qarşı üsyan qaldİran, odlu-alovlu çıxışlar еdən, 

lakin mübarizə yolunu tapmadığı üçün məğlub olan ziyalı gəncliyin faciəsi idi.  


 

Filologiya  məsələləri – №3, 2014

 

 



371

 “Şеyda”dan sonra H.Cavid “Uçurum” faciəsini bitirir. Burada da Qərb 

dünyasında mövcud ictimai-siyasi münasibətləri birlikdə yayılan yеni  əxlaqi 

münasibətlər və onların ölümə  məhkum  еtdiyi sənətkar bir gəncin müsibəti təsvir 

еdilir. “Afət” (1922) faciəsində burjua-zadəgan mühiti, kübar adətləri və  əxlaq 

normaları tənqid olunur. 1920-1926-cı illərdə H.Cavid öz ənənəvi humanizm, xеyir-

xahlıq və maarifçilik idеyalarını qanlı bir fatеhin, ya da islam pеyğəmbərinin dili ilə 

təqdim  еdən “Peyğəmbər” və “Səyavuş” dramlarını yazır. Ümumiyyətlə, Hüseyn 

Cavid “Azər”, “Knyaz”, “Səyavuş” və digər  əsərlərində  də  Şərqlə  Qərbi 

yazınlaşdırır, cəmiyyətdə baş verən hadisələrə yeni müstəvidən, bir maarifçi, bir 

humanist kimi tamamilə başqa nəzərdən baxmışdır.  

Cavid sənəti bədii forma, janr sahəsində çox zəngin, əlvan olmuşdur. O, yüksək 

sənətkarlıqla yazdığı lirik şeirlərlə, poemalarla yanaşı, bir sıra publisistik 

məqalələrin də müəllifi olmuşdur.  

Hüseyn Cavid “Urmiyyədən məktub”, “Həsbi-hal”, “Naxçıvanda nə gördüm”, 

“Tiflisdə”, “Müharibə  və  ədəbiyyat” və digər məqalələrində  də bir maarifçi kimi 

çıxış edir. Burada o, maarifçiliyin müxtəlif sahələrinə toxunmuşdur. O, 

pedaqogikanın məqsəd və vəzifələrini, tərifini vermişdir. Məsələn,”Urmiyədən” adlı 

məqaləsində elmin insanı zülmətdən, cəhalətdən qurtardığını, onu bar verən ağaclar 

kimi kamala yetirəcəyini yazır.   

 

O kəs kim elmdən məhrum, cəhlilə “fanatik”dir, 



          Demə insan o nadanə ki, bir heyvani-natiqdir. (3, 184) 

 

    “Naxçıvana nə lazım” məqaləsi də maraq doğurur. O, məktəbdə yazıb-



oxumağı öyrənən uşaqların gələckdə  də valideyinlərinə yardım edə biləcəklərini 

söyləyir və  həm qız, həm də  oğlan uşaqlarının təhsil almasını istəyir: “ Ən  əvvəl 

məktəbdən məqsəd yazıb-oqumaqdır ki, ibtidai məktəblər bunun içindir və  hər 

millətin bütün əfradına vacib bir vəzifədir. Nasıl ki, Avropa hökumətləri bunu 

məcburi bir qanun şəklinə qoymuşlardır. Üç-dörd il zərfində istər qız olsun, istər 

oğlan olsun ibtidai təhsil görməlidir. Lakin bu məktəblərə  gələn çocuqlar 

əksəriyyətlə  fəqir, kasıb çocuqları olur ki, məktəbi ikmal edər-etməz iş arqasınca 

qoşacaq, özünə bir kəsbu kar arayacaq, atasına yardım edəcək.” (3, 192) 

  Cavid Avropada, Yaponiyada, Türkiyədə fəaliyyət göstərən məktəblərdən və 

onların sayının çox olmasından bəhs edir və göstərirdi ki, bu ölkələrdə  həm 

siyasətdə və dövlət işlərində, həm də daxili inkişafda məktəblərin rolu böyük idi. O, 

“Həsbi-hal” adlı  məqaləsində yazırdı:“Demək ki, bir millətin hər halını  tədqiq 

etmək için ən doğru meyar, ən kəsdirmə yol o millətin məktəbləridir. Dünyada hər 

iş, hər hərəkət bir qanuna, bir rəhbərə möhtacdır ki, o rəhbər də olsa-olsa yenə 

məktəblər ol bilir... Elmi-ziraətdən başı çıqmayan bir mülkədar, yaxud əkinçi buğda 

əkərsə çavdar biçər, həndəsə bilməyən bir me’mar qübbə ilə  uğraşırkən divarları 

çatlamış bulur. Təlim və  tərbiyədən anlamayan bir müəllim tənviri-əfkar edəcək 

yerdə  fəsadi-əxlaqa bais olur. Fəzilət yerinə  rəzalət öyrədir, elm yerinə  cəhalət 

törətmiş olur.” ( 3, 195) 

  Maarifpərvər  şair belə hesab edirdi ki, məktəb həm  şəriətə, həm məişətə 

əlverişli bir yerdir. Dünya və axirət də orada cəmləşmişdir. Hüseyn Cavid öz 

xalqının gələcəyini həmişə inkişafda görmək istəmiş və dövrünün bir sıra qabaqcıl 

ziyalıları kimi onun maariflənməsinə xüsusi diqqət vermişdir.  


 

Filologiya  məsələləri – №3, 2014

 

 



372

 Bütün  yaradıcılığı boyu xеyirlə  şəri qarşılaşdİran və ümumbəşəri xеyirin 

qələbəsinə öz sənətkar töhfəsini vеrən Hüseyn Cavidi Azərbaycan  ədəbiyyatının 

Şekspiri hesab etmək mümkündür. O, öz yaradıcılığı  və ziya nuruna bürünmüş 

maarifçi ideyaları ilə Azərbaycan  ədəbiyyatının Peyğəmbəri səviyyəsinə yüksələ 

bilmişdir.  

 

Ədəbiyyat 



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin