AZƏrbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ


§ 4. AZƏRBAYCAN ZƏHMƏTKEġLƏRĠNĠN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10116
1   2   3   4   5   6   7   8   9   ...   13
§ 4. AZƏRBAYCAN ZƏHMƏTKEġLƏRĠNĠN  
VƏZĠYYƏTĠ 
 
Azərbaycanın  müstəmləkə  xarakteri  onun  sosial  vəziyyətində  tam  əks 
olunurdu. Əsas yaşayış mənbəyi olan torpağın 3/4 hissəsi, onun  təki, dəmir yolları, 
magistral neft kəməri və s. dövlətə məxsus idi. Xalqın malını yenidən onun özünə 
icarəyə verməklə çar xəzinəsi külli miqdarda qazanc götürürdü. 
Ölkə  çar  hökumətinin  qanun  və  qaydaları  ilə  idarə  olunurdu. 
Müstəmləkəçilər yerli əhalini istədikləri kimi istismar edirdilər. 
Fəhlələrin  vəziyyəti:  Azərbaycan  fəhlələri  ağır  şəraitdə  yaşayırdılar. 
Əsrin əvvəllərində baş verən ümumi  iqtisadi   böhran   onların vəziyyətini daha da 
ağırlaşdırdı. 
Fəhlələrin  iş  gününün  müddəti  çox  uzun  idi.  Bakının  zavod  və 
fabriklərində  fəhlələr  gündə  10,5—11  saat  işləyirdilər.  Mirzəbekyansın  tütün 
fabrikində  iş  gününün  uzunluğu  13  saata  çatırdı.  İş  gününün  müddəti  dəqiq 
müəyyən  edilməmiş  mədən  fəhlələri  çox  vaxt  fabrik-zavod  fəhlələrindən  artıq 
işləyirdilər. 
Gədəbəy  mis  mədənlərində  fəhlələr  gündə  12-14  saat,  həftənin  bir  günü 
isə  18  saat,  onların  içərisində  yeraltı  işlərdə  çalışanları  11-12  saat,  ipəksarıyanlar 
14-16  saat,  dəmiryolçular  14,5  saat,  həftələrlə,  bəzən  aylarla  sahil  üzü  görməyən 
balıqçı fəhlələr 17-18 saat işləyirdilər. 
Böhran  illərində  bir  sıra  müəssisələrin  bağlanması  fəhlələrin  xeyli 
hissəsinin  ixtisar  edilməsinə,  beləliklə,  işsizlərin  sayının  artmasına  səbəb  oldu. 
Bakıda  fəhlələrin  1/4  hissəsindən  çoxu  küçəyə  atıldı.  Bundan  istifadə  edən 
sahibkarlar  iş  vaxtını  uzadır,  fəhlələrin  maaşını  azaldırdılar.  Bakıda  fabrik-zavod 
fəhlələrinin  əmək  haqqı  20-25  faiz,  neft  mədən  fəhlələrinin  əmək  haqqı  isə  daha   
çox azaldıldı. 
Bir  sıra  sənaye  sahələrində,  o  cümlədən  neft  və  dağ-mədən  sənayesində 
ağalıq edən rus və xarici kapitalistlər işçilərin maaşlarının müəyyənləşdirilməsində 
milli  ayrı-seçkilik  edirdilər.  Əsasən  azərbaycanlılardan  ibarət  olan  ixtisassız 
fəhlələr eyni işin müqabilində rus, alman, polyak və digər əcnəbi fəhlələrdən xeyli 
az maaş alırdılar. Məsələn, Nobel qardaşları birliyində ocaqçıların aylıq maaşı 18-
19 manat olduğu halda, azərbaycanlı fəhlələrə 17, hətta 16 manat verirdilər. 

48 
 
Fəhlələrin  əmək  haqqı  çox  aşağı  idi.  Əsrin  əvvəllərində  kişi  cinsindən 
olan  ixtisaslı  neftçi  və  mis  mədəni  fəhləsi  üçün  30-35  manat,  ipəksarıyan  fəhlə 
üçün 20-25 manat ən yüksək səviyyə hesab olunurdu. 
Qadın, yeniyetmə və uşaq əməyindən geniş istifadə edilirdi. Xüsusən emal 
sənayesində  çoxlu  qadın  və  uşaq  işləyirdi.  Şəki—Zaqatala  zonasında,  Ordubadda 
ipəksarıyanların yarısı, Qarabağ zonasında isə 80 faizdən çoxu qadın və uşaqlardan 
ibarət  idi.  Qarabağ  fabriklərində  hər  iki  cinsdən  olan  yeniyetmə  və  uşaqların 
əməyini istismar etmək adi hala çevrilmişdi. Qadınlara kişilərdən xeyli az, uşaqlara 
isə  lap  az  zəhmət  haqqı  verilirdi.  Məsələn,  Qarabağ  ipəksarıma  müəssisələrində 
onlar ayda 3-10 manat arasında əmək haqqı alırdılar. 
Böhran  illərində  qanunsuz  cərimələrin  sayı  çoxaldı.  Hətta  maşının  təbii 
olaraq sıradan çıxmasına görə də fəhlələrdən cərimə alınırdı. Onları normadan artıq 
işləməyə məcbur edirdilər. 
Fəhlələrin mənzil şəraiti son dərəcə  ağır idi. Onlar heç bir şəraiti olmayan 
daxmalarda yaşayırdılar. Mədənlərdə qalıb işləyən fəhlələrin həyatı daha dözülməz 
idi. Onlar xüsusi fəhlə qazarmalarında qalırdılar. Darısqal, his-toz basmış qazarma 
otaqlarının  hər  birində  6  nəfərdən  artıq,  hətta  20  nəfərədək  fəhlə  çox  zaman 
döşəmənin üstündə yan-yana uzanıb yatırdı. Sabunçu kəndində ləzgi fəhlələri üçün 
qayaların  arasında  yaşayış  yeri düzəldilmişdi.  Mədən  fəhləsi  mənzil haqqı  olaraq 
aylıq maaşının 15-20 faizə qədərini verirdi. 
Neftçi fəhlələrin yaşadığı mədənlərdə hamam belə yox idi. Onlar çox vaxt 
ümumi  göllərdə  yuyunmağa  məcbur  olduqlarından,  tez-tez  yoluxucu  xəstəliklərə 
tutulurdular. Hətta, 1903-1904-cü illərin ümumi tətillərinə qədər neft mədənlərində 
içməli su da verilmirdi. Dükan və aşxana sahibləri pulsuz fəhlələrə nisyə mal verir, 
haqq-hesab çəkilən zaman isə onları daim aldadırdılar. 
Əksəriyyəti  gəlmələrdən  ibarət  olan  Gədəbəy  mis  mədəni  fəhlələrinin 
yaşadığı qazarmalarda vəziyyət bundan yaxşı deyildi. 
Bankə qəsəbəsindəki fəhlə qazarmalarında yaşayan balıqçılar müəssisənin 
hesabına  yeyib-içməli  idilər.  Onların  əmək haqqı hesablanan  zaman  əllərinə  cəmi 
6-7 manat pul çatırdı. Balıqçıların işi mövsümi idi. Onlar ilin on ayını işləyirdilər. 
May-iyun  aylarında  az  miqdar  təmirçi  fəhlə  saxlamaqla,  bütün  balıqçıları  işdən 
azad  edirdilər.  İyul  ayında  başlanan  balıq  ovu  mövsümünə  təzədən  işçi  qüvvəsi 
toplanırdı. 
Üzücü  əmək,  ağır  həyat  şəraiti  fəhlələrin  vərəm,  revmatizm,  qanazlığı, 
göz  xəstəlikləri  kimi  bir  sıra  peşə  xəstəliklərinə  tutulmasına,  onların  vaxtından 
əvvəl əmək iqtidarını itirib sıradan çıxmasına səbəb olurdu. 
Fəhlələrin  təhlükəsizliyinin  qorunması  qayğısına  qalmırdılar.  Bakıda  hər 
quyu qazılıb qurtaranadək orta hesabla 10 adam ölür və ya şikəst olurdu. Belə çıxır 
ki, təqribən yarım əsr ərzində inşa edilmiş 4 min quyu 40 minədək fəhlənin ölümü 
və ya şikəstliyi hesabına başa gəlmişdir. 

49 
 
İl  ərzində  Azərbaycanın  ipəksarıma  fabriklərində  orta  hesabla  40  nəfər 
ölür,  60  nəfər  ağır  yaralanırdı.  Bu  cür  bədbəxt  hadisələr  sənayenin  başqa 
sahələrində də baş verirdi. 
İctimai sığorta yox idi. Xəstəliyə tutulmuş və şikəst olmuş fəhlə yaşamaq 
vasitələrindən məhrum edilirdi. Mirzəbekyansın tütün fabrikində hətta bir neçə gün 
xəstələnib işə çıxmayan fəhləni işdən qovurdular. 
Böhran illərində fəhlələrlə kobud rəftar edilməsi, onların hətta döyülməsi 
halları çoxalmışdı. Mirzəbekyansın fabrikində fəhlələrin döyülməsi adi hal almışdı. 
Fəhlələri,  xüsusən  tətil  edənləri  işdən  qovur,  onları  cəzalandırmaq  üçün 
xəfiyyə  idarələri  müxtəlif  bəhanələr  qondarıb,  saxta  işlər  düzəldirdilər.  1901  - 
1904-cü illərdə bu cür düzəldilən 260 saxta iş nəticəsində çoxlu fəhlə polis təqibinə 
məruz qalmışdı. 
Rus-yapon müharibəsi və 1905-1907-ci illər inqilabı dövründə ölkədə baş 
verən  qıtlıqla  əlaqədar  olaraq  bahalığın  artması  nəticəsində  zəhmətkeşlərin 
vəziyyəti xeyli pisləşdi. 
1904 və 1907-ci illər arasında çörək, un, ət, kartof kimi çoxişlənən ərzaq 
mallarının  qiyməti  daha  çox  bahalaşdı.  Fəhlələrin  real  əmək  haqqı  15-30  faiz 
düşdü. 
Birinci  rus  inqilabının  məğlubiyyətindən  sonra  başlanan  irtica  illərində 
fəhlələrin  vəziyyəti  daha  da  ağırlaşdı.  İnqilab  dövründə  neftçilərin  əldə  etdikləri 
bəzi  nailiyyətlər  heçə  endirildi.  Hər  növbəsi  9  saatdan  çox  olmayan  üçnövbəli  iş 
sistemi, yenidən hər növbəsi 10—12 saat olan ikinövbəli işlə əvəz edildi. Bir sıra 
sənaye  sahələrində  qarətçi  cərimə  sistemi  yenidən  geniş  vüsət,  aldı.  Məsələn, 
mədəndə 25 manat maaşla işləyən dartayçı fəhlədən çox vaxt 10 manat məbləğində 
cərimə tutulurdu. 
İnqilabi  əhval-ruhiyyəli  fəhlələrin  «qara  siyahısı»  düzəldilmişdi. 
Sənayenin durğunluğu ilə əlaqədar olaraq ştatlar ixtisar edilərkən həmin fəhlələrin 
adı  birinci  yazılırdı.  Neftçi  fəhlələri  öz  hesabına  qeyri-müəyyən  müddətə 
məzuniyyət  götürməyə  məcbur  edir,  bəzi  fəhlələr  isə  ayın  yalnız  8-15  gününü 
işləyirdilər.  İşsizlərin  sayı  durmadan  artırdı.  Minlərlə  işsiz  fəhlə  Bakıdan  sürgün 
edilmişdi.  1908-1909-cu  illərdə  neft  sənaye  fəhlələrinin  əmək  haqqı  10-15  faiz 
azalmış,  ərzaq  mallarının  qiyməti  isə  65-76  faiz  artmışdı.  1911  -  1912-ci  illərdə 
əmək haqqı yenidən 10 faiz azaldıldı. 
Rus və xarici sahibkarların özbaşınalığı həddini aşmışdı. Bir sıra şirkətlər, 
o  cümlədən  Xəzər  şirkəti,  Nobel  qardaşları  birliyi  fəhlələrə  mənzil  kirayə  haqqı 
verməmək  üçün,  onlara  hətta  müdiriyyətdən  icazəsiz  evlənməyi  də  qadağan 
etmişdilər.  Bir  şirkətdə  fəhlələri  çox  güclü  tufan  şəraitində  baş  vermiş  yanğını 
söndürməyə məcbur etdilər. Bu zaman neft çəninin partlaması nəticəsində 35 fəhlə 
öldü, çoxları isə ciddi bədən xəsarəti aldı. 

50 
 
Bakı  gizli  polis  şöbəsinin  rəisi  etiraf  etməli  olmuşdur  ki,  sahibkarların 
belə  qanunsuz hərəkətləri  «gizli narazılıq  və inqilabi  təşviqat  üçün  əlverişli  şərait 
yaradır». 
Birinci  dünya  müharibəsi  illərində  zəhmətkeşlərin  yaşayışı  son  dərəcə 
ağırlaşdı. Ən zəruri şeylərin qiyməti 3-5 dəfə bahalaşdı. Məsələn, çörəyin qiyməti 
3  dəfə,  düyünün  qiyməti  4  dəfəyə  yaxın,  günəbaxan  yağı  4,5  dəfə,  ərimiş  kərə 
yağının qiyməti 5 dəfədən çox artdı. Fəhlələrin maaşı isə çox az qalxdı. Məsələn, 
neftçilərin əmək haqqı, 1913-cü illə müqayisə etdikdə, 1915-ci ildə cəmi 23 faiz, 
1916-cı  ildə  isə  70  faiz  çoxalmışdı.  Bakıda  və  ölkənin  başqa  şəhərlərində 
möhtəkirlik geniş vüsət aldı. 
Qafqaz  cəbhəsində  hərbi  əməliyyatlarla  əlaqədar  olaraq  dəmir  yollar  ilə 
əsasən qoşun və hərbi sursat daşınması Bakı əhalisinin Şimali Qafqazdan gətirilən 
ərzaq  məhsullarından  məhrum  etmişdi.  Bakıda  iri  qoşun  hissələrinin 
yerləşdirilməsi də şəhərin ərzaqla təminatını xeyli çətinləşdirmişdi. 
Kəndlilərin  vəziyyəti:  Azərbaycan  kəndlilərinin  vəziyyəti  daha  ağır  idi. 
Onlar torpaqsızlıqdan və aztorpaqlılıqdan xüsusilə əziyyət çəkirdilər. 
Aztorpaqlı  və  torpaqsız kəndlilər  ağır  şərtlərlə torpaq icarəyə  götürməyə 
məcbur  olurdular.  Hələ  1901-ci  ildə  Yelizavetpol  quberniyasında  kəndlilərin 
istifadəsində olan tornaqların təqribən 1/3 hissəsi icarəyə götürülmüş torpaqlar idi. 
İcarə  haqqını  ödəməyin  əsas  forması  məhsulun  1/10  hissəsindən  1/2  hissəsinə 
qədərini təşkil edən paydarlıq idi. İcarədarlığın işləyib ödəmə kimi, bir növ, biyar 
forması da vardı. Bəzən torpaq sahəsi pulla icarəyə verilirdi. 
İcarədarlığın daha soyğunçu üsullarına əl atılırdı. Bu, icarəyə götürülmüş 
torpağın  sonradan  daha  ağır  şərtlərlə  təkrar  icarəyə  verilməsi  üsulu  idi.  İcma 
torpaqlarının  çox  hissəsini  tutmaqla  kifayətlənməyən  qolçomaqlar  və  varlı 
kəndlilər iri bəy-mülkədar mülklərində uzun müddətə torpaq icarəyə götürür və ya 
dövlətin  müzaidə  yolu  ilə  icarəyə  verdiyi  torpaq  sahələrini  satın  alırdılar.  Bu 
torpaqlar  qat-qat  baha  qiymətə  yenidən  yoxsul  kəndlilərə  icarəyə  verilirdi. 
Məsələn, suvarılan hər desyatin torpaq sahəsi üçün xəzinəyə 1 man. 25 qəp. icarə 
haqqı ödəyən qolçomaq onu yenidən icarəyə verən zaman hər desyatin üçün orta 
hesabla 50 pud buğda, pula çevirdikdə isə 50 manat haqq alırdı. 
Çar  hökuməti  tərəfindən  Rusiyanın  mərkəzi  quberniyalarından  rus 
ailələrinin  köçürülüb  Azərbaycanda  yerləşdirilməsi  yerli  kəndlilərin  vəziyyətini 
daha da ağırlaşdırdı. Gəlmə ruslar yerli kəndlilərin hesabına torpaqla gen-bol təmin 
edilirdilər.  Kəndlilər  öz  torpaqlarından,  yaşayış  yerlərindən,  bəzən,  görünməmiş 
vəhşiliklə qovulurdular. 
1904-cü  ildə  çar  məmurları  Lənkəran  qəzasının  Mir-Mövsümkənd 
əhalisinə məxsus bütün pay torpaqlarını kəndlə birlikdə gəlmə ruslara verdi. Soyuq 
qış  ayı  olmasına  və  vəba  epidemiyasının  tuğyan  etməsinə  baxmayaraq,  zalımlar 
yerli  kəndliləri  öz  daxmalarından  zorla  çıxarıb  çölə  tökdülər,  sonra  onların 
komalarına və bütün tikililərinə od vurub yandırdılar. 

51 
 
Bəzən  bu  zorakılıqlar  yerli  əhaliyə  qarşı  açıq  silah  işlədilməsi  yolu  ilə 
həyata  keçirilirdi.  Məsələn,  Alar  kənd  camaatını  heç  bir  əvəz  vermədən  öz 
torpaqlarından  qovan  zaman  gəlmə  ruslar  xəzinənin  hesabına  silahlanmışdılar. 
Yerli  qəza  rəisinə  tapşırılmışdı  ki,  Muğanda  salınmış  yeni  rus  kəndlərinin 
sakinlərini hər 100 evə 10 berdanka hesabı ilə silahlandırsın. 
Torpaqsız  və  aztorpaqlı  kəndlilər  arasında  mövsümi  işlərlə  məşğul 
olanların sayı sürətlə artırdı. Kəndlilər xüsusən payız və qış fəsillərində bir neçə ay 
müddətinə başqa kəndlərə, habelə şəhərlərə işləməyə gedirdilər. 
XX  əsrin  əvvəllərində  Yelizavetpol  quberniyasının  Şuşa,  Zəngəzur, 
Cavanşir, Cəbrayıl qəzalarında mövsümiliklə 16,5 min kəndli məşğul olmuşdu ki, 
bu da həmin qəzaların kəndlərindəki yaşlı kişi əhalisinin 1/3 hissəsini təşkil edirdi. 
Azərbaycanda  neft  sənayesinın  inkişafı  ilə  əlaqədar  olaraq  kəndlilərin 
Bakıya axını xüsusilə güclənmişdi. 
Bəzən  mövsümi  işə  gedən  aztorpaqlı,  xüsusən  torpaqsız  kəndlilər 
həmişəlik şəhərdə qalaraq proletarlara çevrilirdilər. Bu cəhətdən Abşeron kəndliləri 
xüsusilə fərqlənirdilər. 
Abşeron  yarımadasında  Balaxanı,  Suraxanı,  Sabunçu,  Zabrat,  Əmircan, 
Bülbülə  və  digər  kəndlərim  təsərrüfatları,  əsasən,  xəzinəyə  məxsus  neftli 
torpaqlarda  yerləşirdi.  Dövlət  bu  torpaqları  müntəzəm  olaraq  alıb  neft 
sənayeçilərinə  icarəyə  verirdi.  Əkin  yerləri  əllərindən  çıxmış  həmin  kəndlərin 
sakinləri Azərbaycan neftçilərinin ilk dəstələrini təşkil etdilər. 
Azərbaycanda suvarma əkinçiliyi əsas yer tuturdu. Suvarma mənbələrinə, 
suyun  paylanmasına  nəzarət  edən  mirablar  suyu,  bir  qayda  olaraq,  peşkeş 
verənlərə,  habelə  mirab  seçkiləri  zamanı  onların  tərəfini  saxlamış  kəndlilərə 
verirdilər.  Mirabların  getdikcə  qubernatorlar  tərəfindən  təyin  edilməsi  onların 
özbaşınalığını  daha  da  artırdı,  suya  görə  haqq  xeyli  qaldırıldı,  nəticədə  bir  sıra 
əkinlər susuzluqdan tələf oldu. 
Kəndlilər  məcburi  şəkildə  ödəməli  olduqları  çox  ağır  «qanuni» 
vergilərdən  əlavə,  bəylərə  və  mülkədarlara,  artıq  ənənəyə  çevrilmiş  müxtəlif 
peşkeşlər  verirdilər.  Məsələn,  Novruz  bayramı  münasibətilə  bayramlıq,  kəndli 
evlənəndə  toy  pulu,  mülkədar  evlənəndə  toy  xərci  və  s.  Kəndlilərdən  taxıl  ölçüb 
alınmasına  nəzarət  edən  mülkədarın  darğası  hər  kəndlidən  20  qəpikdən  50 
qəpiyədək xərclik alırdı. 
Zemski  rüsumunun  bölüşdürülməsində  elə  qayda  qoyulmuşdu  ki,  ağırlıq 
əsasən  kəndlilərin  üzərinə  düşürdü.  Belə  ki,  zemski  rüsumu  kəndin  ümumi  əkin 
sahəsinin həcminə görə müəyyənləşdirilməli olduğu halda, o, təsərrüfatlar arasında 
bərabər  surətdə  bölünürdü.  Ona  görə  də, gəliri əsas  götürdükdə  kəndlilər  varlılara 
nisbətən ölçüyəgəlməz dərəcədə artıq zemski rüsumu ödəməli olurdular. 
Kəndlilər bir sıra «könüllü» ianələr də verməli idilər. Onlar özlərinin illik 
gəlirinin 
1
/
7
  hissəsini  «xüms», 
1
/
10
  hissəsini  «zəkat»  olaraq  verir,  orucluq 

52 
 
qurtaranda  ailənin  hər  bir  üzvünə  7  kirvənkə  taxıl  hesabilə  «kasıblara  paylamaq» 
üçün mollalara «fitrə» göndərirdilər. 
Çar  məmurlarının  rüşvətxorluğu,  özbaşınalığı  həddini  aşmışdı.  Bütün  
mübahisəli  məsələlər  bir  qayda  olaraq,  rüşvət  verənin  xeyrinə  həll  olunurdu. 
Məmurlar  kəndlilərdən  müxtəlif  bəhanələrlə  əlavə  məhsul  və  pul  tələb  edir, 
vergiləri görünməmiş vəhşiliklə yığır, onları təhqir edir və döyürdülər. 
1904-cü  ilin  təkcə  noyabr  ayında  Şuşa  qəzasının  Qaravəlli  kənd 
camaatından qanunsuz olaraq 425 manat pul toplanıb mənimsənilmişdi. 
Quba  qəzasının  Şıx-Xızı  kəndinin  kəndliləri  1907-ci  ilin  vergilərini 
ödədikdən  sonra  pristav  Kanyuşevski  əlavə  olaraq  699  manat  verilməsini  tələb 
edir. Kəndlilər rüşvotxoru məhkəməyə verirlər. Məhkəmə işi pristavın xeyrinə həll 
etdikdən  sonra,  kəndlilər  tələb  edilən  məbləği  toplayıb  verməyə  məcbur  olurlar. 
Pristav pulu alarkən hələ üstəlik bildirir ki, 60 manat da borcları qalıbdır. 
Başqa  bir məmur  vergini  toplayıb  qurtardıqdan  sonra kəndlilərdən rüşvət 
olaraq taxıl, arı təknəsi, həmçinin xeyli məbləğdə pul tələb edir. Kəndlilər bundan 
imtina  etdikdə,  yüzbaşı  onların  arvadlarını  aparıb  rüşvəti  almayıncaya  qədər  -  iki 
gün saxlayıb buraxmır. 
Bəzən  bəylər  və  mülkədarlar  sahibkar  kəndlilərdən  vergi  yığmağı  iri 
icarədarlara  icarəyə  verirdilər, həmin icarədar  da,  öz növbəsində,  vergi  toplamağı 
bir neçə vasitəçi icarədara icarəyə verirdi.  Vasitəçi icarədarlar fırıldaq və aldatma 
yolu ilə kəndlilərdən xeyli artıq vergi alırdılar. 
Vergi  yığmaq  ilə  bərabər,  hətta  rəiyyət  üzərindəki  özünün  bütün 
hüquqlarını da icarəyə verən iri torpaq sahiblərinə təsadüf edilirdi. Məsələn, 1903-
cü  ildə  Zaqatala  dairəsində  bir  kəndi  oranın  camaatı  üzərində  bəyin  bütün 
hüquqları  ilə  birlikdə  9  il  müddətinə  icarəyə  götürən  iki  nəfər  nuxalı  tacir  misli 
görünməmiş  özbaşınalıq  etmişdir.  Onlar  özlərini  kəndin  tam  ağası  kimi  apararaq, 
xeyli  artıq  vergi toplayır, heç  bir  etiraza məhəl  qoymadan kəndlilərin həyətlərinə 
soxulub,  onların  əzizləyib  saxladıqları  çoxillik  çinarları,  xurma  və  başqa  meyvə 
ağaclarını  kəsir,  xoşlarına  gələn  sahələri,  hətta  kəndin  mal-qarasının  səhər 
toplandığı  naxır  meydançasını  sürdürüb  əkir,  otlaqlara  müntəzəm  olaraq  su 
buraxmaqla  heyvanları  örüşsüz  qoyur,  özlərinin  sürülərini  gətirib  bu  yerlərdə 
otarırdılar. 
Vergi  verməyə  imkanı  olmayan  kəndliləri  bəzən  vəhşicəsinə  döyürdülər 
ki,  bu  zaman  ölənlər  də  olurdu.  Məsələn,  var-yoxu  olan  təkcə  toyuğunu 
vermədiyinə  görə  yüzbaşı  bir  kəndlini  şallaqla  döymüş,  sonra  şallağın  dəstəyi  ilə 
onun  sol  böyrunə  vurub  öldürmüşdü.  Yaxud,  bir  kəndli  ilə  sorğu-sual  aparan 
zaman  məftildən  toxunmuş  qırmancla  onu  döymüş,  sonra  tüfəngin  qundağı  ilə 
qarnına  elə  vurmuşlar  ki,  zavallı  ertəsi  gün  ölmüş,  arvadı  və  yeddi  uşağı  başsız 
qalmışdır  və  s.  Kəndlilər  pristavların,  uryadniklərin  və  digər  çar  məmurlarının 
özbaşınalığından  yuxarı  hökumət  idarələrinə  saysız-hesabsız  şikayət  ərizələri 

53 
 
yazırdılar.  Lakin  çar  hakimiyyət  orqanları  işi  həmişə  cibidoluların  xeyrinə  həll 
edirdi. 
Ədalətsizlik  gəlib  o  yerə  çatmışdı  ki,  hətta  bəzi  yüksək  rütbəli  dövlət 
məmurları da bunu etiraf etməyə məcbur olmuşdular. 
Lənkəran  qəzasının  rəisi  Bakı  qubernatoruna  raportunda  yazırdı  ki, 
yüzbaşılar və hakimlər istisnasız olaraq rüşvət alırlar. Kənd məhkəmələrində işlər 
haqlı olanın xeyrinə deyil, çox pul verənin xeyrinə həll edilir. 
Qafqaz 
canişini 
Vorontsov-Daşkovun 
özü  etiraf  etmişdir  ki, 
bürokratiyanın  bütün  qayğısı  Qafqazda  imtiyazlı  təbəqələri  müdafiə  etməkdir.  O 
göstərirdi  ki,  kəndlilərin  pay  torpaqlarına  mülkədarların  bütün  münasibətlərində 
özbaşınalıq hökm sürür, yerli hakimiyyət orqanları mülkədarların təsiri altındadır. 
Birinci  dünya  müharibəsi  illərində  kəndlilərin  yaşayışı  olduqca  pisləşdi. 
Ərzaq və sənaye malları qat-qat bahalaşdı, qıtlıq son dərəcə gücləndi. 
1914-cü  ilin  dekabrında  çarın  verdiyi  qanuna  əsasən  torpaq  vergisinin 
miqdarı 50 faiz artırıldı. 
1915-ci ildə çar hökumətinin fərmanı ilə 25 yaşınadək gənclər cəbhəarxası 
işlərə  səfərbər  edildi.  Azərbaycanın  əmək  qabiliyyətli  kənd  əhalisinin  30  faizi 
təsərrüfatdan ayrılıb arxa işlərə göndərildi. 
Hərbi ehtiyaclar üçün on minlərlə at, qaramal müsadirə edildi. 
1916-cı  ildə  qeyri-xristian  əhalisinə  əlavə  olaraq  xüsusi  hərbi  vergi 
qoyuldu. 
Bütün  bunlar  onsuz  da  ölgün  vəziyyətə  düşmüş  kəndli  təsərrüfatlarının 
müflisləşməsinə səbəb oldu. İş heyvanı olmadığına görə yüzlərlə kəndli təsərrüfatı 
becərilməmiş qaldı. Əhali aclıq çəkməyə başladı. 
Çar  müstəmləkə  orqanlarının,  rus  məmurlarının  və  digər  zalımların 
özbaşınalığı,  zorakılığı  zəhmətkeş  kütlələrin  sinfi  və  milli-azadlıq  mübarizəsinin 
daha da güclənməsinə səbəb oldu. 
* * * 
 
1.  1915-ci ildə Bakı sənaye rayonu Azərbaycanın ümumi gəlirinin yarıya 
qədərini, bütün sənaye məhsulunun isə 71 faizdən çoxunu verirdi. Buranın sənaye, 
nəqliyyat,  ticarət,  rabitə  və  xidmət  sahələrində  109  minə  qədər  fəhlə  çalışırdı. 
Onların 45 min nəfəri neft sənaye fəhlələrindən ibarət idi. 
Fəhlələrin  sırasında  29 millətin nümayəndəsi  vardı.  Onların  41  faizindən 
çoxunu  azərbaycanlılar,  27,5  faizini  ruslar,  17,7  faizini  ermənilər,  6  faizini 
dağıstanlılar və digər millətlərin nümayəndələri təşkil edirdi. 
Rusiya  imperiyasında  əhalinin  hər  100  nəfərinə  düşən  fəhlənin  sayına 
görə  Bakı  quberniyası  Moskva,  Vladimir  və  Peterburq  kimi  iri  mərkəzi-sənaye 
quberniyalarından sonra dördüncü yeri tuturdu. Bakı quberniyasında hər yüz nəfərə 
5,3 fəhlə düşürdü. 

54 
 
2.  Neft  sənayesində  toplanan  külli  miqdarda  kapitalın  vasitəsilə 
Azərbaycanda,  Rusiyada,  həmçinin  xarici  ölkələrdə  bir  sıra  istehsal    sahələri  ələ 
keçirilmiş  və  yeniləri  yaradılmışdır.  Erməni  kapitalisti  S.  Q.  Lianozov  başqa  bir 
neft sənayeçisi ilə şərikli sement və digər tikinti materialları istehsal edən «Tauz» 
şirkətini təsis etmişdi. O, Ənzəli - Tehran yolu avtomobil nəqliyyatı  şirkətinin 25 
faiz  payını  və  Qafqazda  dəmir  filizi  sənayesinə  nəzarətin  30  faizini  öz  əlinə 
keçirmişdi. Azərbaycan neftindən hədsiz dərəcədə varlanmış erməni milyonçuları 
olan Qukasovlar ailəsi Rusiyada iri elektronika, akkumulyator və armatur-elektrik 
sahələrini  ələ  keçirərək,  əslində,  bütün  elektrotexnika  sənayesinmi  inhisarçısına 
çevrilmişdi və s. b. k. 
3.  1913-cü ildə, Bakı sənaye rayonunu çıxdıqdan sonra, qəzalarda ümumi 
məhsulun 40 faizini onun sənaye sahələri verirdi. Bu, Azərbaycanın bütün sənaye  
məhsulunun  təqribən  29 faizini  təşkil  edirdi. 
4.  Bu    dövrdə  yüngül  sənaye  sahələrində  13600  nəfərdən  çox,  yeyinti 
sənaye  sahələrində isə  58  min nəfərdən  çox,  cəmi  71,7 min  fəhlə işləyirdi.  Digər 
sənaye, nəqliyyat, rabitə və xidmət sahələrində çalışan fəhlələrlə birlikdə qəzalarda 
(Bakısız) fəhlələrin ümumi sayı 90 min nəfərə çatırdı. 
Qəzalarda  sənaye  fəhlələrinin  4/5  hissəsindən  çoxunu  azərbaycanlılar 
təşkil edirdi. 
5. 1913-cu ildə daimi kənd təsərrüfatı fəhlələri ilə birlikdə Azərbaycanda 
fəhlələrin ümumi sayı 305 min nəfərə çatırdı. 
Fəhlələr  Azərbaycan  əhalisinin  12,4  faizini  təşkil  edirdi.  Həmin  dövrdə 
müvafiq Ümumrusiya səviyyəsi 12 faizə bərabər idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

55 
 
II   FƏSĠL 
 
XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ AZƏRBAYCANDA  
ĠCTĠMAĠ-SĠYASĠ 
VƏZĠYYƏT 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin