AZƏrbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ


§ 3. ƏDƏBĠYYAT. ĠNCƏSƏNƏT



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10116
1   ...   5   6   7   8   9   10   11   12   13
§ 3. ƏDƏBĠYYAT. ĠNCƏSƏNƏT 
 
Ədəbiyyat:  XX  əsrin  əvvəllərində  Azərbaycan  ədəbiyyatı  inkişaf  dövrü   
keçirirdi.  Bu  cəhətdən  ədəbiyyatın  nəsr  və  dramaturgiya  janrları  xüsusilə 
fərqlənirdi. Nəsr əsərləri, əsasən, novellalar və kiçik hekayələrdən ibarət idi. 
Bu  dövrdə  satira  bədii  fikrin  başlıca  ifadə  tərzinə  çevrildi.  Əsrlər  boyu 
epik və lirik janrlarda qərar tutan Azərbaycan şeri üzünü satiraya tutdu. 
1906-cı  ildə  «Molla  Nəsrəddin»  jurnalının  nəşrindən  sonra,  bu  jurnalın 
ətrafında satirik qələm ustalarının böyük bir dəstəsi toplaşdı. Kiçik satirik hekayə, 
satirik şer, felyeton yazmaq dəbə düşdü. 
XX  əsrin  əvvəllərində  yaşayıb-yaratmış  C.  Məmmədquluzadə,  M.  Ə. 
Sabir, N. Vəzirov, Ə. Haqverdiyev, M. S. Ordubadi, H. Cavid, A. Səhhət, A. Şaiq, 
Əhməd  Cavad,  C.  Cabbarlı  və  digər  görkəmli  ədiblər  milli  bədii-ictimai  fikrin 
görkəmli nümayəndələri idilər. 
Bu  dövrdə  Azərbaycan  ədəbiyyatında  realist  sənətkarlardan  ibarət  güclü 
ədəbi cərəyan fəaliyyət göstərirdi. 
C.  Məmmədquluzadə  (1869-1932-ci  illər)  M.  F.  Axundovun  realist 
ənənələrinin  görkəmli  davametdiricisi  idi.  O,  Azərbaycan  ədəbiyyatında  realist 
hekayəçiliyin  əsasını  qoyanlardan  biridir.  Onun  «Danabaş  kəndinin  əhvalatları», 
«Poçt  qutusu»  hekayələrində  Azərbaycan  kəndlilərinin  acınacaqlı  həyatı  güzgü 
kimi  əks  etdirilmişdir.  Ədibin  şah  əsəri  olan  «Ölülər»  pyesində  avam  kütlələri 
aldadan  fırıldaqçı  mollalar  ifşa  edilirdi.  C.  Məmmədquluzadənin  yaradıcılığında 
milli  ayrı-seçkilik  siyasəti  yeridən,  xalqlar  arasında  milli  nifaq  toxumu  səpən, 
milli-azadlıq hərəkatlarını boğan çarizm ciddi tənqid atəşinə tutulurdu. 
«Molla 
Nəsrəddin» 
jurnalını 
təsis 
etdikdən 
sonra, 
C. 
Məmmədquluzadənin ədəbi fəaliyyətində publisistika üstün yer tutdu. 
Böyük 
vətənpərvər 
yazıçı 
müstəqil 
Azərbaycan 
Demokratik 
Respublikasının yaranmasını sevinclə qarşıladı. O, ölkədə müxtəlif siyasi qüvvələr 
arasında  birliyin  zəruriliyini  qeyd  edir  və  belə  bir  birliyin  olmamasının  acı 
nəticələrini əvvəlcədən görürdü. 1919-cu ildə yazdığı «Anamın kitabı» pyesində bu 
narahatçılığı obrazlı şəkildə ifadə etmişdir.  Əsərin əsas süjetini Peterburq, İstanbul 
və  Nəcəfdə  təhsil  almış  müxtəlif  məsləkli  üç  qardaşın  heç  cürə  ümumi  dil  tapa 
bilməmələri təşkil edir. Qardaşlar bacıları Gülbaharı hərə öz psixologiyasına uyğun 
adama  ərə  vermək  istədikdə,  müəllif  qızın  dili  ilə  onlardan  soruşur:  «Nə  səbəbə 
axır, hamı bir tərəfə getmir?». 
C. Məmmədquluzadə Azərbaycanın bütövlüyünün qızğın tərəfdarı idi. O, 
«Azərbaycan»  adlı  məqaləsində  açıq  yazırdı  ki,  «Bir  tərəfdən  Qafqaz 
Azərbaycanını,  digər tərəfdən İran Azərbaycanını... bir-birinə ilhaq edib, müstəqil 
Azərbaycan hökuməti əmələ gətirilməlidir». 
Azərbaycan  realist  ədəbiyyatının  inkişafında  Mirzə  Ələkbər  Sabir 
(Tahirzadə)  (1862-1911-ci  illər)  mühüm  rol  oynamışdır.  Sabirin  yaradıcılığında 

138 
 
Azərbaycan satirik şeri özünün yüksək zirvəsinə qalxmışdı. O, «Molla Nəsrəddin» 
jurnalının fəal əməkdaşlarından idi. 
Sabirin  poeziyası  kəskin  ictimai  xarakter  daşıyırdı.  Xalqı  qəflət 
yuxusundan  qalxmağa,  azadlığa  səsləyən  şair  öz  əsərlərində  çarizmin  qarşısında 
yaltaqlananlara istehza edir, cəmiyyəti bürümüş özbaşınalığı və rüşvətxorluğu ifşa 
edir, ədalətsizliyə qarşı çıxır, xalqlar dostluğunu mədh edirdi. 
Azadlıq  carçısı  olan  Sabirin  satirası  təkcə  Azərbaycanda  deyil,  Rusiya, 
İran,  Türkiyə  və  digər  şərq  ölkələrində  məzlum  kütlələrin  oyanmasına  təkan 
vermişdi.  A.  Səhhət  yazırdı  ki,  Sabirin  əsərləri  «beş  ilin  müddətində  İran 
məşrutəsinə bir ordudan ziyadə xidmət etmişdir». 
Sabirin  əsərləri  məcmuəsi  ilk  dəfə,  şairin  ölümündən  bir  il  sonra, 
«Hophopnamə» adı ilə nəşr edildi. 
Əbdürrəhim bəy Haqverdiyev (1870-1933-cü illər) özünün bir sıra povest 
və  hekayələrində,  həmçinin  «Dağılan  tifaq»,  «Bəxtsiz  cavan»  pyeslərində  o 
dövrdəki  Azərbaycan  məişətini  reallıqla  əks  etdirmişdir.  Cəhalətpərəstliyin, 
müftəxorluq  və rüşvətxorluğun tənqidi, millətlər  arasında  ədavət  salanların  ifşası, 
xalqlar  dostluğunun  təbliği  Haqverdiyev  nəsrinin  səciyyəvi  cəhətləri  idi.  «Molla 
Nəsrəddin»in fəal əməkdaşlarından olan Ə.  Haqverdiyev bu jurnalın səhifələrində 
«Marallarım»,  «Bomba» kimi bir sıra güclü satirik məqalələrlə çıxış etmişdir. 
Ədəbi fəaliyyətə publisist kimi başlayan Məmməd Səid Ordubadi (1872-
1950-ci illər) 1906-1907-ci illərdə özünün «Vətən və hürriyyət», «Qəflət» adlı ilk 
şer  məcmuələrini  və  «Bədbəxt  milyonçu»  romanını  nəşr  etdirdi.  «Bədbəxt 
milyonçu»  əsəri  Azərbaycanda  roman  janrı  sahəsində  atılan  ilk  addımlardan  biri 
idi.  Fəal  mollanəsrəddinçi  olan  Ordubadinin  sonrakı  yaradıcılığında  inqilab 
mövzusu üstün yer tutmuşdur. 
1903-cü  ildə  gənc  Məmməd  Əmin  Rəsulzadənin  (1884-1955-ci  illər) 
«Şərqi-Rus»  qəzetində  «Məxəmməs» adlı  ilk  şeri  dərc  olundu.  1908-ci ildə  onun 
«Qaranlıqda işıqlar» pyesi tamaşaya qoyuldu. Milli oyanışa və istiqlala çağıran bu 
pyes Azərbaycanda azadlıq hərəkatına həsr olunmuş ilk səhnə əsəri idi. Həmin il o, 
«Nagəhan  bəla»  pyesini  yazdı.  Sonrakı  illərdə  M.  Ə.  Rəsulzadə  əsasən  siyasi 
publisistika ilə məşğul olmuşdur. 
Nəriman  Nərimanov  (1870-1925-ci  illər)  inqilabi-bədii  ədəbiyyatın 
görkəmli nümayəndəsi idi.  O  bir  sıra əsərlərində,  o  cümlədən «Pir», «Bir  kəndin 
sərgüzəşti»  hekayələrində,  «Nadanlıq»,  «Şamdan  bəy»  pyeslərində  tamahkarlığı, 
vəhşi  eqoizmi,  müftəxorluğu,  geriliyi,  cəhaləti  ifşa  etmişdir.  Nərimanov  xalqlar 
dostluğunu  təbliğ  edir,  zəhmətkeşlərin  rus  inqilabının  dərslərindən  öyrənməyə 
çağırırdı.  N.  Nərimanov  başlıca  olaraq  inqilabi-siyasi  publisistika  sahəsində 
çalışmışdır. 
Azərbaycan Demokratik Respublikası zamanı gənc ədiblərdən ibarət yeni 
yaradıcı  qüvvələr  meydana  gəldi.  Buraya  Əhməd  Cavad,  Cəfər  Cabbarlı, 

139 
 
Balaqardaş  Mürşid,  Ümgülsüm,  Əbdürrəhman  Dai,  Mirzəbala  Məmmədzadə  və 
başqaları daxil idi. 
Əhməd  Cavad  (1891-1937-ci  illər)  və  şerlərində  humanizmi,  azadlığı, 
milli müstəqilliyi tərənnüm edirdi. 
Gənc Ə. Cavad birinci dünya müharibəsi illərində xeyriyyəçilik məqsədilə 
cəbhə  xəttinə  yaxın  əraziləri  qarış-qarış  gəzmişdi.  Şahidi  olduğu  hadisələri  və 
reallıqları  qələmə almışdı.  Şair üçün azad  vətən  sevgisi  bütün  ülvi  duyğuların ən 
müqəddəsi idi. 1916-cı ildə onun «Qoşma» adlı ilk şer məcmuəsi nəşr olundu. Üç 
il  sonra  «Dalğa»  adlı  daha  bir  şer  kitabı  çıxdı.  Azərbaycan  Dövlət  Himninin  və 
«Azərbaycan marşı»nın sözlərini Ə. Cavad yazmışdır. 
Görkəmli  dramaturq  Cəfər  Cabbarlı  (1899-1934-cü  illər)  ədəbi 
fəaliyyətə  çox  erkən  başlamışdır.  Hələ  16  yaşında  ikən,  o,  bir  sıra  satirik  şerlər, 
«Vəfalı  Səriyyə,  yaxud  göz  yaşları  içində  qəhqəhələr»  və  «Solğun  çiçəklər» 
pyeslərini yazmışdır. 
1917-1918-ci illərin coşğun ictimai-siyasi hadisələrinin təsiri altında gənc 
sənətkarın  yaradıcılığında  millilik,  türkçülük  və  milli  müstəqillik  ideyaları 
gücləndi.  Həmin  dövrdə  «Ədirnə  fəthi»,  «Trablis  müharibəsi  və  ya  Ulduz» 
pyeslərini  yazdı.  Bu  əsərlər  Osmanlı  imperiyasını  parçalamağa  çalışan  xarici 
imperialist  qüvvələrə  qarşı  türk  vətənpərvərlərinin  qəhrəman  mübarizəsinə  həsr 
olunmuşdur. 
1919-cu ildə C. Cabbarlı «Bakı müharibəsi» pyesini yazdı. Əsərdə 1918-
ci  ilin  mart  milli  qırğınından  bəhs  edilir.  Hadisələrin  bilavasitə  şahidi  olmuş 
müəllif gördüklərini real surətdə qələmə almışdır. 
«Ədirnə  fəthi»,  «Trablis  müharibəsi»  və  «Bakı  müharibəsi»  dramları 
həmin dövrdə dövlət teatrında tamaşaya qoyulmuşdur. 
C.  Cabbarlı  ölkənin  ictimai  həyatında  yaxından  iştirak  edirdi.  O, 
Respublika  Gənclər  hərəkatına  rəhbərlik  etmiş,  Azərbaycan  parlamentində 
stenoqraf işləmişdir. 
XX  əsrin  əvvəllərində  Azərbaycan  ədəbiyyatında  realizmlə  yanaşı, 
romantizm meydana gəlib inkişaf edirdi. Bu ədəbi cərəyanı H. Cavid, M. Hadi, A. 
Səhhət,  A. Şaiq və digər görkəmli sənətkarlar təmsil edirdi. 
Hüseyn  Cavid  (Rasizadə)  (1882-1941-ci  illər)  romantik  poeziyanın  ən 
görkəmli nümayəndəsi idi. Onun qələmindən 15-dən artıq səhnə əsəri və çoxlu lirik 
şer çıxmışdır. Öz  əsərlərində Azərbaycan mühitinin reallıqlarını - geri qalmış dəb 
adətləri, köhnəliklə yeniliyin mübarizəsini, çarizmin zülmünü, ədalətsizliyi və sairi 
romantik boyalarla əks etdirirdi. 
Türkiyədə  təhsil  alan  H.  Cavidin  ictimai-ədəbi  görüşlərinə  osmanizmin 
güclü təsiri olmuşdur. O, «Topal Teymur» pyesinin finalında türk xalqlarını birliyə 
çağırırdı. 
Azərbaycan 
Demokratik 
Respublikasının 
yaranmasını  alqışlayan 
vətənpərvər  şair  bu  gənc  dövlətin  varlığı  üçün  ciddi  təhlükəni  qabaqcadan  hiss 

140 
 
edirdi.  Həmin  dövrdə  yazdığı  «İblis»  və  «Afət»  pyeslərində  Respublikanı  təhdid 
edən qara qüvvələr İblis və Qaratayın obrazlarında verilmişdir. İblis və Qaratay hər 
cür çirkin əməllərə əl ataraq, özlərinin alçaq niyyətlərinə nail olurlar. 
Azərbaycan şerinin inkişafında Abbas Səhhət (Mehdizadə) (1874-1918-ci 
illər)  mühüm  rol  oynamışdır.  O,  əsərlərində  vətənə  məhəbbət  tərənnüm  etmiş, 
ictimai bərabərsizliyi qamçılamışdır. 
Əslən  romantik  şair  olan  A.  Səhhət  çoxlu  realist  səpkili  şer  yazmışdı. 
«Əhmədin  qeyrəti»  poeması,  «Cəhalət  səmərəsi»  pyesi,  «Yay  səhəri»  şeri  bu 
qəbildəndir. 
A. Səhhət uşaq ədəbiyyatının görkəmli nümayəndəsi idi. Onun kiçik yaşlı 
uşaqlar üçün yazdığı lirik şerlər, nəğmə, təmsil və alleqorik şerlər bu gün də sevilə-
sevilə  oxunur.  O,  gözəl  tərcüməçi  idi.  Şairin  sağlığında  onun  ikicildlik  bədii 
tərcümələr məcmuəsi və şerlər kitabı nəşr edilmişdir. 
XX  əsrin  əvvəllərində  şifahi  xalq  ədəbiyyatının  bir  sıra  uğurları  vardı. 
Aşıqlardan  tovuzlu  Xəyyam  Mirzə,  kəlbəcərli  Nəbi,  Göyçəli  Məmməd  «Nağı», 
«Dilsuz və Xəzəngül», «Gürcü qızı» dastanlarını yaratmışdılar. 
Bu  dövrdə  Azərbaycan  uşaq  ədəbiyyatı  inkişaf  edirdi.  M.  Ə.  Sabir,  C. 
Məmmədquluzadə,  A.  Səhhət,  A.  Şaiq,  S.  S.  Axundov  uşaqlar  üçün  bir  sıra  yeni 
əsərlər yazdılar. Bu əsərlər gənc nəsildə doğma vətənə, təbiətə və xalqa məhəbbət 
tərbiyə edirdi. 
Azərbaycanda  bədii  fikrin  inkişafında  «Yaşıl  qələm»  ədəbi  cəmiyyətinin 
böyük rolu olmuşdur. Bu cəmiyyət 1919-cu ilin avqustunda təsis edilmişdir. 
Cəmiyyətin  məqsədi  milli  tarixə  və  milli  ənənələrə  dair  əsərləri  toplayıb 
nəşr etdirməkdən, gənc yaradıcı qüvvələri yeni bədii üsullarla tanış etməkdən, itib-
batmış  türk  lüğətlərini  toplamaqdan,  əcnəbi dillərdə  yazılmış əsərləri  Azərbaycan 
dilinə çevirməkdən, elmi-nəzəri mövzularda məruzələr təşkil etməkdən və s. ibarət 
idi. 
Az  vaxt  içərisində  «Yaşıl  qələm»in  üzvlərinin  sayı  80  nəfərə  çatdı. 
Onların  sırasında  görkəmli  yazıçılar,  şair  və  publisistlərlə  yanaşı,  bəzi  dövlət 
xadimləri, o cümlədən parlament sədrinin müavini Həsən bəy Ağayev, parlamentin 
deputatı Əhməd bəy Pepinov və başqaları vardı. 
Teatr:  XX  əsrin  əvvəllərində  Azərbaycan  teatrı  böyük  çətinliklərə 
baxmayaraq,  inkişaf  edirdi.  Teatr  başlıca  olaraq,  həvəskar  artistlərin  qüvvəsinə 
arxalanırdı. 
XX  əsrin  ilk  illərində  Bakıda  «Müsəlman  artistləri  cəmiyyəti»  təşkil 
edildi.  Az  sonra  «Nicat»,  «Səfa»,  «Nəşr  maarif»  və  digər  mədəni-maarif 
cəmiyyətlərinin  nəzdində  teatr  truppaları  yaradıldı.  Bunların  içərisində  görkəmli 
teatr  xadimi  Cahangir  Zeynalovun  rəhbərlik  etdiyi  «Səfa»  cəmiyyəti  truppası 
xüsusilə fərqlənirdi. 

141 
 
Bakının  neft  rayonlarında  dram  dərnəkləri  yaradılırdı.  «Balaxanı 
müsəlman  dram  dərnəyi»nin  rəhbəri  məşhur  rejissor  və  artist  Hüseyn  Ərəblinski 
idi. Dərnək ilyarım ərzində 140 tamaşa vermişdi. 
Azərbaycan  milli  teatrının  inkişafında  Cahangir  Zeynalov  (1865-1918-ci 
illər),  H.  Ərəblinski  (1881-1919-cu  illər),  Mirzağa  Əliyev  (1883-1954-cü  illər), 
Hüseynqulu Sarabski (1879-1945-ci illər), Sidqi Ruhulla (1886-1959-cu illər), Mir 
Mahmud Kazımovski (1882-1940-cı illər) xüsusi rol oynamışlar. 
Hüseyn  Ərəblinski  «Bəxtsiz  cavan»  pyesində  Fərhad,  «Müsibəti 
Fəxrəddin»də  Fəxrəddin,  «Otello»-da  Otello,  «Qaçaqlar»da  Frans  və  digər  rolları 
məharətlə  ifa  etmişdir.  1916-cı  ildə  o,  C.  Məmmədquluzadənin  «Ölülər» 
komediyasını  tamaşaya  qoymuşdur.  Həmin  ildə  Ərəblinski  «Neft  və  milyonlar 
səltənəti» adlı ilk Azərbaycan filmində Lütfəli bəy rolunu oynadı. O, kinoda çıxış 
edən ilk azərbaycanlı artist idi. 
Teatrlarda,  əsasən,  Azərbaycan  dramaturqlarının  pyesləri  tamaşaya 
qoyulurdu. Rus və Qərbi Avropa klassiklərinin də əsərlərinə müraciət olunurdu. N. 
V.  Qoqolun  «Müfəttiş»  və  «Evlənmə»,  L.  Tolstoyun  «İlk  araqçəkən»,  İ.  S.   
Turgenevin «Pulsuzluq», V. Şekspirin «Otello», Şillerin «Qaçaqlar», H. Heynenin 
«Almanzor»,  həmçinin  türk  dramaturqlarından  Namiq  Kamalın  «Qara  bəla», 
Şəmsəddin Sami bəyin «Gaveyi-ahəng» və başqaları tamaşaya qoyulmuşdu. 
Azərbaycanın bəzi qəza şəhərlərində yerli teatr həvəskarlarının qüvvəsi ilə 
tamaşalar göstərilirdi. 
Yelizavetpol «Müsəlman xeyriyyə cəmiyyəti» və «Müsəlmanlar içərisində 
maarifi  yayan  cəmiyyət»in  nəzdindəki  teatr  truppaları  tərəfindən  bir  sıra  pyeslər 
tamaşaya  qoyulmuşdu.  Nuxada  yerli  gənclərin  qüvvəsi  ilə  teatr  tamaşaları 
göstərildi. Bakıdan dəvət olunmuş artistlərin iştirakı ilə Lənkəranda bir neçə pyes 
tamaşaya qoyuldu. 
1917-ci  ildə  Naxçıvanda  «El  güzgüsü»  adlı  teatr  cəmiyyəti  yaradıldı. 
Naxçıvanda  teatr  sənətinin  inkişafında  Rza  Təhmasib  və  Əliqulu  Qəmküsarın   
böyük zəhmətləri olmuşdur. 
Azərbaycan aktyorlarından  ibarət teatr  truppaları  Rusiyanın,  Zaqafqaziya 
və Orta Asiyanın bir sıra şəhərlərinə tez-tez qastrollara gedirdilər. 
Azərbaycan teatrı ciddi çətinliklərlə qarşılaşırdı. İlk növbədə, rəsmi dövlət 
teatrı  və  tamaşa  göstərmək  üçün  daimi  teatr  binası  yox  idi.  Cəmi iki  xüsusi teatr 
binası  vardı  ki,  onlardan  biri  H.  Z.  Tağıyevə,  digəri  isə  Mayilov  qardaşlarına 
məxsus  idi.  Tamaşa  üçün  bina  tapmaq,  həmçinin  bu  tamaşanın  göstərilməsinə 
polisdən  icazə  almaq  asan  iş  deyildi.  O  zaman  Azərbaycan  qadınlarının  səhnəyə 
çıxmasına  icazə  verilmədiyinə  görə,  qadın  rollarını  kişi  artistləri  oynayırdılar. 
1912-ci  ildə  ilk  Azərbaycanlı  qadın  artistlərindən  biri  olan  Şövkət  Məmmədova 
belə bir işə risk etdikdə, cəhalətpərəstlərin ciddi müqaviməti ilə rastlaşdı. 
Azərbaycan  Demokratik  Respublikası  yarandıqdan  sonra  Mayılov 
qardaşlarının teatrı Maarif nazirliyinin tabeliyinə verildi. 

142 
 
Musiqi: XX    əsrin    əvvəllərində  Azərbaycan  əhalisinin  musiqiyə  marağı 
durmadan  artırdı. 
Bu  dövrdə  milli  musiqi  nümunələrinin  –  nəğmə  və  muğamların 
toplanması  və  təbliği  sahəsində  bir  sıra  addımlar  atıldı.  1901-ci  ildə  Həsən  bəy 
Zərdabinin  «Türk  (Azərbaycan  -  T.  Ə.)  nəğmələri  məcmuəsi»,  1910-cu  ildə 
müəllim C. Bünyadzadənin «Kəşkül» adlı nəğmələr  məcmuəsi, 1912-ci ildə milli 
musiqinin mükəmməl bilicisi  M. M. Nəvvabın  muğamlara  həsr etdiyi «Vizuhül-
ərqam» kitabı nəşr olundu. 
Bakıda,  Şuşada  və  Azərbaycanın  digər  şəhərlərində  xalq  musiqisindən 
ibarət  tez-tez  konsertlər  təşkil  edilirdi.  Belə  konsertlərin  təşkilində  yazıçı  Ə. 
Haqverdiyevin  böyük  xidmətləri  olmuşdur.  1901  -  1902-ci  illərdə  Şuşada  və 
Bakıda onun təşəbbüsü və rəhbərliyi ilə bir sıra konsertlər verilmişdi. Bu konsertlər 
zamanı Ə. Haqverdiyev, müxtəlif musiqi nömrələri ilə yanaşı, «kostyumlu duet»in 
ifasında Füzulinin «Leyli və Məcnun» poemasından parçalar da səsləndirmişdir. 
Şuşa  şəhəri  Azərbaycan  musiqi  mədəniyyətinin  başlıca  mərkəzlərindən 
idi. Qafqaz xalqlarının musiqisinə yaxından bələd olan V. D. Korqanov yayırdı ki, 
«Zaqafqaziya üçün çalğıçı və xanəndələri gözəl şer, musiqi və mahnılar vətəni olan 
Şuşa  şəhəri  verirdi;  bütün  Zaqafqaziya  üçün  bir  konservatoriya  rolunu  oynamış 
olan  bu  şəhərdən hər  mövsümdə  və hətta hər  ay  Zaqafqaziyaya  yeni  mahnılar  və 
təzə motivlər gəlirdi». 
XX  əsrin  əvvəllərində  Şuşada  Hacı  Hüsü,  Cabbar  Qaryağdı,  İslam 
Abdullayev,  Əbdulbağı  Zülalov,  Məmməd  Fərzəliyev,  Məcid  Behbudov,  Keçəçi 
Məmməd  kimi  görkəmli  xadimlərin  böyük  bir  dəstəsi  fəaliyyət  göstərirdi.  Bakı 
xanəndələrindən  Əla  Palaz  oğlu,  Ağa  Vəli  oğlu,  Kərim  Hacı  Zeynal  oğlu,  Seyid 
Mirzə  Babayev  və  başqaları,  həmçinin  şamaxılı  Mahmud  Ağa,  nuxalı  Ələsgər 
Abdullayev, Salyanlı Şirin Axundov məşhur idilər. 
Bu  dövrdə rus  və  Avropa  opera  sənəti  xadimləri tez-tez  Bakıya  qastrola 
gəlirdilər. Onların konsertləri və göstərdiyi tamaşalar Azərbaycanda dünya musiqi 
mədəniyyətinın yayılmasına güclü təsir göstərirdi. 
Azərbaycan  musiqisinin  inkişafında  və  təbliğində  Üzeyir  Hacıbəyov 
(1885-1948-ci  illər),  Müslüm  Maqomayev  (1885-1937-ci  illər),  Zülfüqar 
Hacıbəyov (1884-1950-ci illər), Hüseynqulu Sarabski (1879-1945-ci illər), Qurban 
Pirimov (1880-1965-ci illər) görkəmli rol oynamışlar. 
1908-ci  ildə  Ü.  Hacıbəyov  «Leyli  və  Məcnun»  operası  ilə  milli  opera 
sənətinin əsasını qoydu. Həmin il yanvarın 12-də, H. Z. Tağıyevin teatrında «Leyli 
və  Məcnun»  operasının  ilk  tamaşası  göstərildi.  Operanın  rejissoru  H.  Ərəblinski, 
şərq  çalğı  alətləri  orkestrinin  rəhbəri  Q.  Pirimov,  Məcnun  rolunun  ifaçısı  H. 
Sarabski,  Leyli  rolunun  ifaçısı  Ə.  Fərəcov  idi.  Az  vaxt  içərisində  «Leyli  və 
Məcnun»  o  qədər  populyarlaşdı  ki,  hətta  adamlar  öz  aralarında  operadan  «söylə 
görək» və başqa parçaları sevə-sevə oxuyurdular. 

143 
 
Sonrakı illərdə Ü. Hacıbəyov  bir-birinin ardınca «Şeyx Sənan», «Rüstəm 
və Zöhrab», «Əsli və Kərəm», «Şah Abbas və Xurşud Banu», «Harun və Leyla» və 
başqa operalar yaratdı. 
1909-cu  ildə  onun  «Ər  və arvad»  operettası  tamaşaya  qoyuldu.  Bununla, 
Azərbaycanda musiqili komediya sahəsində ilk addım atıldı. Həmin il «O olmasın, 
bu  olsun»  yaxud  «Məşədi  İbad»,  1913-cü  ildə  isə  məşhur  «Arşın  mal  alan» 
musiqili komediyasını bəstələdi. 
Müstəqil  Azərbaycan  Respublikası  himninın  və  «Azərbaycan  marşı»nın 
musiqisini Ü. Hacıbəyov yazmışdır. 
Ü.  Hacıbəyovun  çoxşaxəli  yaradıçılığı  Azərbaycan  peşəkar  musiqi 
sənətinin inkişafına, bəstəkarların və ifaçıların bütöv bir nəslinin yetişməsinə təkan 
verdi. 
Zülfüqar  Hacıbəyov  «Evlikən  subay»,  «Əlli  yaşında  cavan»,  «Varlı» 
musiqili komediyalarını yaratdı. 1916-cı ildə onun «Aşıq Qərib» operası tamaşaya 
qoyuldu. 
1916-cı ildə Müslüm Maqomayev məşhur «Şah İsmayıl» operasını yazdı. 
Təsviri  incəsənət:  Mətbuatın  və  teatr  sənətinin  inkişafı  təsviri    
incəsənətin  yüksəlməsinə şərait yaratdı. 
XX  əsrin  əvvəllərində  Bakıda,  Şuşada  və  başqa  şəhərlərdə  ara-sıra 
rəssamlıq  sərgiləri  təşkil  olunurdu.  Bu  sərgilərdə  rus  və  Qərbi  Avropa 
klassiklərinin rəsm əsərləri nümayiş etdirilirdi. 
Azərbaycan  təsviri  incəsənətinin  ən  çox  satirik  qrafika  sahəsi  inkişaf 
edirdi. Bu janrın  görkəmli nümayəndəsi Əzim Əzimzadə (1880-1943-cü illər) idi. 
O, özünün satirik rəsmləri və siyasi karikaturaları ilə düz 20 il «Molla Nəsrəddin» 
jurnalının 
səhifələrini 
bəzəmişdi. 
Realist 
rəssamın 
əsərlərində 
rus 
müstəmləkəçiləri,  onların  yerlərdəki  əlaltıları,  müftəxorlar,  rüşvətxorlar  mürtəce  
ruhanilər ifşa edilirdi. 1914-cü ildə M. Ə. Sabirin «Hophopnamə» kitabına çəkdiyi 
illüstrasiyalar onun yaradıcılığında mühüm yer tutur. 
Bəhruz  Kəngərli  (1898-1922-ci  illər)  xüsusi  rəssamlıq  təhsili  almış  ilk 
azərbaycanlı rəssam idi. O, Tiflis rəssamlıq məktəbini bitirmişdi. Realist rəssamın 
fırçasından  üç  yüzdən  artıq  şəkil  və  karikatura  çıxmışdı.  Naxçıvanda  qoyulmuş 
bütün teatr tamaşalarının tərtibatını B. Kəngərli vermişdi. 
1913-cü  ildə  Bakı  rəssamlıq  cəmiyyəti  tərəfindən  təşkil  edilmiş  şəkil 
sərgisində Qafqaz rəssamlarının yüzdən artıq əsəri nümayiş etdirildi. 
Bu  sərginin  Azərbaycan  təsviri  incəsənətinin  inkişafı  üçün  böyük 
əhəmiyyəti oldu. 
O  zaman  Azərbaycanda  çoxlu  rus  rəssamı,  memarı,  heykəltəraşı  və  b. 
işləyirdi.  Onların  bir  qismi  artıq  daimi  olaraq  Bakıda  yaşayırdı.  Rus  rəssamları 
Bakıda rəssamlıq məktəbi açdılar. 
Memarlıq:  XX əsrin əvvəllərində Azərbaycanda memarlıq sənəti inkişaf  
edirdi. Bu, ölkənin şəhər həyatındakı ümumi yüksəlişlə əlaqədar idi. 

144 
 
Bakıda  şəhərin  mərkəzi  hissəsində  sənaye-ticarət  şirkətləri  üçün  bir  sıra 
yaraşıqlı  binalar  tikilirdi.  Milyonçular  özlərinə  gözəl  saraylar  ucaldırdılar.  Bu 
dövrdə  inşa  edilən  möhtəşəm  ictimai  tikililərin  arasında  Xeyriyyə  cəmiyyətinin 
yerləşdiyi  İsmailiyyənin  (1908-1913-cü  illərdə  tikilib,  indi  Azərbaycan  Elmlər 
Akademiyasının  binası),  Mayılov  qardaşları  teatrının  (1910-1911-ci  illərdə tikilib, 
indi Q. Qarayev adına Dövlət Akademik Opera və Balet Teatrı) binaları, Təzə pir 
məscidi (1905-1908-ci illərdə tikilib) və başqaları vardı. 
Binalar yerli və Rusiyadan gəlmiş memarlar tərəfindən tikilirdi. Tikintidə 
əsasən modern üslubundan istifadə olunurdu. Bununla belə, mavritan, qotik, Roma 
və  başqa  üslubları  təqlid  edən  binalara  da  tez-tez  təsadüf  edilirdi.  Bakıda 
dövlətlilərin binaları gözəl naxışlar, barelyeflər və bağdatılarla bəzədilirdi. 
Yelizavetpol, Nuxa, Quba, Şamaxı və digər qəza şəhərlərində yeni binalar 
tikilirdi. Bunlar, əsasən, inzibati-idarə və tək-tək tikilən məktəb binalarından ibarət 
olub,  sayca  çox  deyildi.  Yeni  tikililər  şəhərlərin  memarlıq  görkəmini  xeyli 
dəyişdirirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

145 
 
XRONOLOGĠYA 
 
1823-1924  Hacı Zeynalabdin Tağıyev. 
1841-1913  Şəmsi Əsədullayev. 
1842 – 1919 Musa Nağıyev. 
1855-1920 Murtuza Muxtarov. 
1856-1931 Səmədbəy Mehmandarov. 
1862-1911  Mirzə Ələkbər Sabir (Tahirzadə). 
1862-1934 Əlimərdan bəy Topçubaşov. 
1863-1919 Hüseyn xan Naxçıvanski. 
1863-1920 Firudin bəy Köçərli. 
1863-194 2 Rəşid bəy Əfəndiyev. 
1863-194 3 Əliağa Şıxlinski. 
1864-1940 Əli bəy Hüseynzadə. 
1865-1918 Cahangir Zeynalov. 
1867-1920 İsmayıl xan Ziyadxanov. 
1869-1932 Cəlil Məmmədquluzadə. 
1869-1949 Əhməd bəy Ağayev (Ağaoğlu). 
1870-1925 Nəriman Nərimanov. 
1870-1933 Əbdürrəhim bəy Haqverdiyev. 
1870-1955 Adil xan Ziyadxanov. 
1872-1950 Məmməd Səid Ordubadi. 
1874-1918 Abbas Səhhət (Mehdizadə). 
1874-1953 Qara bəy Qarabəyov. 
1875-1920 Fətəli xan Xoyski. 
1875-1931 Məmmədhəsən Hacınski. 
1875-1947 Xəlil bəy Xasməmmədov. 
1876-1918 Məşədi Əzizbəyov. 
1878-1920 Xudadat bəy Rəfibəyov. 
1879-1941 Xosrov bəy Sultanov. 
1880-1943 Əzim Əzimzadə. 
1881-1919  Hüseyn Ərəblinski (Xələfov). 
1881-1920  Nəsib bəy Yusifbəyli. 
1881- 1959 Abdulla Şaiq (Talıbzadə). 
1882-1941 Hüseyn Cavid (Rasizadə). 
1884-1955  Məmməd Əmin Rəsulzadə. 
1885-1937 Müslüm Maqomayev. 
1885-1938 Məmməd Yusif Cəfərov. 
1885-194 8 Üzeyir Hacıbəyov. 
1887-1919 Qatır Məmməd. 
 

146 
 
1891-1937 Əhməd Cavad. 
1897-1901 Bakıda H. Z. Tağıyevin toxuculuq fabrikinin tikilməsi. 
1897-1907 Bakı-Batum neft kəmərinin çəkilməsi. 
1898-1922 Bəhruz Kəngərli. 
1899-1934 Cəfər Cabbarlı. 
1900-1903 Rusiyada sənaye böhranı. 
1901, yaz RSDFP Bakı komitəsinin yaradılması. 
1901, sentyabr Bakıda gizli «Nina» mətbəəsinin təşkili. 
1901 Kür  çayı  üzərində  ilk suvuran stansiyanın qurulması. 
1902 Gəncədə  Azərbaycan ipəkçilərinin  qurultayı. 
1902 Ləkidə ilk çiyid yağı zavodunun işə düşməsi. 
1903, 2 mart Bakıda siyasi tətil. 
1903,  mart RSDFP Qafqaz İttifaq komitəsinin yaradılması. 
1903,  1-22 iyul Bakı fəhlələrinin ilk ümumi tətili. 
1903 Yelizavetpol qəzasının Qarabulaq kəndində burcalıların çıxışı. 
1903-1904 «Müsəlman artistləri cəmiyyəti»nin yaradılması. 
1903-1905 Tiflisdə Azərbaycan dilində «Şərqi-Rus» qəzetinin nəşri. 
1904,  13-31  dekabr  Bakı  fəhlələrinin  ümumi  tətili.  İlk  müştərək  müqavilə 
bağlanması. 
1904 Ağdaşda pambıqçıların I qurultayı. 
1904,  axırları  Sosial-demokrat «Hümmət» qrupunun yaradılması. 
1904-1905   Rus-yapon müharibəsi. 
1905, 9 yanvar «Qanlı bazar».  Birinci rus inqilabının başlanması. 
1806,  6-9 fevral  Bakıda erməni-müsəlman qırğını. 
1905, 15 fevral  Bakının 
müvəqqəti  general-qubernatoru  vəzifəsinin  təsis 
edilməsi. 
1905, 26 fevral Qafqaz canişinliyinin bərpa edilməsi. 
1905,  1-12 aprel Zaqafqaziya dəmiryolçularının ümumi siyasi tətili. 
1905,  may Naxçıvanda erməni-müsəlman qırğını. 
1905, 10-19 may Bakı fəhlələrinin ümumi siyasi tətili. 
1905, iyun Azərbaycanda  ana  dilində ilk qəzet olan «Həyat»ın nəşri. 
1905, yay «Qeyrət» partiyasının təşkili. 
190 5,  15 avqust Nijni-Novqorodda  I  Ümumrusiya  müsəlman  qurultayı.  «İttifaqi-
müslimin» təşkilatının yaradılması. 
1905, 16 avqust  Bakı fəhlələrinin ümumi tətili. 
1905, 16-21 avqust Şuşada erməni-müsəlman qırğını. 
1905, 20-26 avqust Bakıda ikinci erməni-müsəlman qırğını. 
1905, 15-29 oktyabr Zaqafqaziya dəmiryolçularının tətili. 
1905, 17 oktyabr Dövlət  dumasının  çağırılması  və  «konstitusiya  azadlıqları» 
haqqında çar manifesti. 
1905, 18-24 noyabr Gəncədə erməni-müsəlman qırğını. 

147 
 
1905, 20-29 noyabr Tiflisdə erməni-müsəlman qırğını. 
1905, 25 noyabr  Bakı şəhəri fəhlə deputatları Sovetinin yaradılması. 
1905, 26-29 noyabr Naxçıvanda ikinci erməni-müsəlman qırğını. 
1905, 29 noyabr-1906, əvvəlləri Qazaxda erməni-müsəlman qırğını. 
1905, 10-26 dekabr Zaqafqaziya Dəmiryolçularının ümumi siyasi tətili. 
1905, axırları «Difahi» partiyasının təşkili. 
1905, axırları «Müdafiə» partiyasının təşkili. 
1905, dekabr Kadetlər partiyasının Bakı şöbəsinin yaradılması. 
1905-1917 «Cəmiyyəti xeyriyyə». 
1906, 13-23 yanvar Ümumrusiya Müsəlmanlar İttifaqının Peterburqda keçirilən II 
qurultayı. 
1906, 12 fevral Bakı texniki məktəbi tələbələrinin tətili. 
1906, 23 fevral Bakı fəhlə deputatları Sovetinin qovulması. 
1906, fevralın axırları Erməni-müsəlman münaqişəsi ilə əlaqədar olaraq Tiflis sülh 
məclisi. 
1906, 7 aprel-fasilələrlə - 1917, dekabr «Molla Nəsrəddin» ədəbi-satirik və ictimai-
siyasi jurnalının nəşri. 
1906, 27 aprel-9 iyul I Dövlət duması. 
1906, 12-18 iyun Şuşada ikinci erməni-müsəlman qırğını. 
1906, avqust Azərbaycan müəllimlərinin I qurultayı. 
1906, 24 sentyabr «Neft sənaye fəhlələri İttifaqı»nın yaradılması. 
1906, 28 sentyabr Bakı qradonaçalnikliyinin təsis edilməsi. 
1906  «Qafqaz yağ zavodu» səhmdar  cəmiyyətinin təsis edilməsi. 
1906 Bakının Keşlə kəndi yaxınlığında Zaqafqaziyada ilk sement zavodunun   işə 
düşməsi. 
1906-1907  «Füyuzat» jurnalının nəşri. 
1906-1917 «Nicat» cəmiyyəti.  
1906-1917 «Nəşr maarif» cəmiyyəti. 
1907, 20 fevral- 3 iyun II Dövlət duması. 
1907, 10 mart- 25 aprel Xəzər ticarət donanması dənizçilərinin ümumi tətili. 
1907, avqust Azərbaycan müəllimlərinin II qurultayı. 
1907, sentyabr-oktyabr Bakı və Yelizavetpol quberniyalarında III Dövlət dumasına 
seçkilər. 
1907,  sentyabr  -  1908,  may  Fəhlələrin  neft  sahibkarları  ilə  müşavirəsi  ətrafında 
kampaniya. 
1907 Bakıda ictimai avtomobil nəqliyyatının işə düşməsi. 
1907 Gədəbəy mis  zavodunun da daxil olduğu Rus «Mis» sindikatının təşkili. 
1907 «Mədrəseyi-səadət»  adlı yeni tipli məktəbin açılması. 
1907, 1 noyabr III Dövlət dumasının açılışı. 
1907-1911  Muğan  və  Mil  düzlərində  500  km  uzunluğunda  magistral  və  qol 
kanallarının çəkilməsi. 

148 
 
1908, 2 yanvar Uluxanlı ilə Culfa  arasında dəmir yol xətti çəkilməsinə başlanması. 
1908, 12 yanvar  Bakıda Ü. Hacıbəyovun «Leyli və Məcnun» operasının tamaşaya 
qoyulması. Azərbaycan opera sənətinin meydana gəlməsi. 
1909  Ü.  Hacıbəyovun    «Ər    və    arvad»    adlı  ilk  Azərbaycan    operettasının 
tamaşaya qoyulması. 
1909-1911 Bakıda dənizkənarı parkın (bulvar) salınması. 
1910 Quba qəzasında telefon xətti çəkilməsi. 
1910-1917 «Səfa» maarif cəmiyyəti. 
1911, 11 oktyabr «Müsəlman  demokrat «Müsavat» partiyası»nın yaradılması. 
1911-1916 Şollar-Bakı su kəmərinin çəkilişi. 
1912 Bakıda ilk radiostansiyanın işə düşməsi. 
1912, aprel Şollar-Bakı su kəməri inşaatçılarının tətili. 
1912, 17 iyun «Xəzinəyə məxsus neftli torpaqların müqavilə üzrə icarəyə verilməsi 
haqqında qaydalar»ın qəbul edilməsi. 
1912, 11 sentyabr Nuxa ipəkçilərinin ümumi tətili. 
1912 Ali  ibtidai məktəblərin təşkilinə başlanması. 
1912 «Qafqaz pambığı» səhmdar cəmiyyətinin təsis edilməsi. 
1912 «Rusiya baş neft korporasiyası»nın («Oyl») yaradılması. 
1912 Bakı-Gəncə-Tiflis şəhərlərarası telefon rabitəsinin yaradılması. 
1912 Ağstafa və Cəfərxan təcrübə stansiyalarının təşkili. 
1912  Lənkəran,  Qazax,  Nuxa,  Yelizavetpol,  Şamaxı,  Cavanşir,  Bakı  qəzalarında 
kəndlilərin çıxışları. 
1912, 20 dekabr  Tiflis,  Kutais,  Erivan,  Yelizavetpol  və  Bakı  quberniyalarında 
hökumətin köməyi ilə torpaqların alınıb mülkiyyətə keçirilməsi yolu ilə kəndlilərin 
mülkədarlara  və  torpaq  sahibkarlarına  olan  müvəqqəti-icbari  və  asılı 
münasibətlərinin ləğv edilməsi haqqında qanun». 
1913 «Rıbak» balıq sənayesi və ticarəti cəmiyyəti»nin təsis edilməsi. 
1913,  7  iyul  «Dağıstan  vilayəti  və  Zaqatala  mahalı  kəndlilərinin  bəylərə,  torpaq 
sahibkarlarına  olan  asılı  münasibətlərinin  ləğv  edilməsi  və  həmin  yerlərdə  kəndli 
işlərinə dair qaydalar qoyulması haqqında qanun». 
1913, 27 iyul-17 sentyabr  Bakı fəhlələrinin ümumi tətili. 
1913, 25 oktyabr Ü. Hacıbəyovun «Arşın mal alan» operettasının ilk tamaşası. 
1914, yanvar «H. Z. Tağıyevin birləşmiş fabriklərinin kontoru»nun təsis edilməsi. 
1914, aprel H. Z. Tağıyev və M. Nağıyev tərəfindən ilk milli bank yaradılması. 
1914, 28 may-iyun Bakı fəhlələrinin ümumi tətili. 
1914 Tovuzda sement zavodunun işə düşməsi. 
1914 Yelizavetpolda müəllimlər seminariyası açılması. 
1914-1918 Birinci dünya müharibəsi. 
1915, 8-20 aprel  Nuxada ipəksarıma fabrikləri fəhlələrinin tətili. 
1915, aprel Qarsda erməni-türk qırğını. 

149 
 
1915,  iyun  Mərkəzi  hərbi—sənaye  Komitəsinin  Bakı  hərbi-sənaye  komitəsi   
(BHSK) yaradılması. 
1915, avqust «Yanacaq üzrə xüsusi Müşavirə»nin  (Osotop) yaradılması. 
1915, 2 oktyabr  «Açıq söz» qəzetinin nəşrinə başlanması. 
1916, 14-16 fevral Bakının zəhmətkeş əhalisinın ərzaq qıtlığı və bahalıqla əlaqədar 
olaraq kortəbii çıxışları. 
1916 Zülfüqar Hacıbəyovun  «Aşıq Qərib» operasının tamaşaya qoyulması. 
1916 M. Maqomayevin «Şah İsmayıl»  operasının tamaşaya qoyulması. 
1916 «Neft və milyonlar səltənətində» adlı ilk Azərbaycan filminin yaradılması. 
1916 Neftin proliz üsulu ilə emalına başlanması. 
1916 «Kaspi-Tağıyev  balıq sənayesi  cəmiyyəti»nin təsis edilməsi. 
1917, yanvar Bakı fəhlələrinin siyasi tətili. 
1917,  27  fevral  Fevral  burjua-demokratik  inqilabının  qələbəsi.  Mütləqiyyətin 
devrilməsi. 
1917, 6 mart Bakı fəhlə deputatları Sovetinin təşkili. 
1917, 9 mart Xüsusi Zaqafqaziya Komitəsinin yaradılması. 
1917, 29 mart «Müsəlman Milli Şurası»nın yaradılması. 
1917, 15-20 aprel Bakıda Qafqaz müsəlmanlarının qurultayı. 
1917, 1-11 may Moskvada Ümumrusiya müsəlmanlarının qurultayı. 
1917,  iyun  Müsəlman  demokratik  «Müxavat»  partiyası»  ilə  «Türk  ədəmi-
mərkəziyyət  partiyası»nın  «Türk  ədəmi-mərkəziyyət  partiyası  «Müsavat»  adı  
altında  birləşməsi. 
1917, sentyabr «İttihad» («Rusiyada müsəlmanlıq») partiyasının yaradılması. 
1917, 27 sentyabr-2 oktyabr Bakıda ümumi tətil. 
1917, 26-31 oktyabr Bakıda «Müsavat» partiyasının I qurultayı. 
1917, 2 noyabr  Bakı  Soveti  İcraiyyə  Komitəsinin  Bakı  şəhəri  və  Bakı rayonunda 
ali hakimiyyət orqanı elan edilməsi. 
1917, 9-12 noyabr Bakıda Zaqafqaziya müsəlmanlarının konfransı. 
1917, 15 noyabr Zaqafqaziya komissarlığının elan edilməsi. 
1917 Naxçıvanda «El güzgüsü» teatr cəmiyyəti yaradılması. 
1917,  16  dekabr  Zaqafqaziya  komissarlığı  tərəfindən  «Dövlət,  keçmiş  xanədan, 
kilsə,  monastır,  hüquqi  şəxslər  və  xüsusi  sahibkarlar  torpaqlarının  torpaq 
komitələrinə verilməsi haqqında» qanun qəbul edilməsi. 
1917,  16  dekabr  Sovet  Rusiyası  tərəfindən  S.  Şaumyanın  Qafqaz  işləri  üzrə 
müvəqqəti fövqəlada komissar təyin edilməsi. 
1918, 23 fevral Zaqafqaziya seyminin yaradılması. 
1918, 30 mart-1 aprel Bakıda erməni-müsəlman qırğını. 
1918, 17-18 aprel Şamaxıda müsəlman əhalisinə qarşı bolşevik-erməni terroru. 
1918, 22 aprel Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradılması. 
1918, 23 aprel Qubada müsəlman əhalisinə qarşı bolşevik-erməni terroru. 
1918, 25 aprel Bakı quberniya Xalq Komissarları  Sovetinin təşkili. 

150 
 
1918, 28 may Azərbaycan Demokratik  Respublikasının yaradılması. 
1918,  4  iyun  Batumda  Türkiyə  ilə  Azərbaycan  Demokratik  Respublikası arasında 
sülh və dostluq haqqında müqavilə bağlanması. 
1918,  16  iyun  Azərbaycan  Demokratik  Respublikası  hökümətinın  Tiflisdən 
Gəncəyə köçürülməsi. 
1918, 27 iyun Azərbaycan türkcəsinin dövlət dili elan edilməsi. 
1918, iyunun axırı Zaqatala quberniyasının təşkili. 
1918, 31 iyul Bakıda Sovet hakimiyyətinin süqutu. 
 1918, yay «Azərbaycan» qəzetinin nəşri 
1920,  aprel,  1918,  avqust  Xalq  maarifinin  milliləşdirilməsi haqqında  qanun  qəbul 
edilməsi. 
1918, 15 sentyabr Bakının  ingilislərdən və sentrokaspiçilərdən azad edilməsi. 
1918,  17  sentyabr  Azərbaycan  Demokratik  Respublikası  hökumətinin  Gəncədən 
Bakıya köçürülməsi.  
1918, 30 oktyabr Mudros sülhü. Türk qoşunlarının Zaqafqaziyanı tərk etməsi. 
1918,  noyabr  Qori  müəllimlər  seminariyası  Azərbaycan  şöbəsinin  Qazağa 
köçürülüb,   müstəqil seminariya kimi fəaliyyətə başlaması. 
1918, noyabr-1919, aprel Araz respublikası (dekabrdan sonra Cənubi-Qərbi Qafqaz 
Demokratik Respublikasının tərkibində). 
1918, axırları «Əhrar» partiyasının yaradılması. 
1918, 7 dekabr İlk Azərbaycan parlamentinin açılışı. 
1918, 15 dekabr Bakı  Mərkəzi Fəhlə konfransının yaradılması. 
1918, 26 dekabr F. Xoyskinin başçılığı ilə hökumət kabinetinin təşkili 
1919, yanvar Qarabağ  general-qubernatorluğunun təşkil edilməsi. 
1919, yanvar-1920, yanvar Beynəlxalq Paris sülh konfransı. 
1919, əvvəli-1920, aprel «İstiqlal» qəzetinin nəşri. 
1919,  mart  Ərəb  əlifbasından  latın  əlifbasına  keçmək  üçün  parlament 
komissiyasının yaradılması. 
1919, 14 aprel-1920,1 aprel N. Yusifbəylinin başçılığı ilə hökumət kabineti. 
1919,  27  iyun  Azərbaycan  və  Gürcüctan  Respublikaları  arasında  hərbi  müdafiə 
paktı imzalanması. 
1919, avqust «Yaşıl qələm» ədəbi cəmiyyətinin təsis edilməsi.  
1919, 11 avqust  «Azərbaycan  vətəndaşlığı haqqında Qanun»un qəbul edilməsi. 
1919, 1 sentyabr  Bakı Dövlət Universitetinin təsis edilməsi. 
1919, 25 sentyabr Qazaxda I kəndli qurultayı. 
1919, 1 oktyabr  Dağlıq  Qarabağın  erməni  məktəbləri  üzrə  xüsusi  müfəttişlik 
yaradılması. 
1919, oktyabr Naxçıvan general-qubernatorluğunun yaradılması. 
1919, 2-11 dekabr Bakıda «Müsavat» partiyasının  II qurultayı. 
1919, dekabr Bakıda «Müsəlman Şərqini öyrənən cəmiyyət» təsis edilməsi. 
1920, əvvəlləri Maarif nazirliyi nəzdində arxeologiya şöbəsi təşkil edilməsi. 

151 
 
1920, 11 yanvar  Azərbaycan 
Demokratik 
Respublikası 
müstəqilliyinin  iri 
dövlətlər tərəfindən de-fakto tanınması. 
1920,  2  və  23  yanvar,  20  fevral  Sovet  Rusiyasının  Azərbaycan  Respublikası 
hökumətinə notaları. 
1920,11-12 fevral Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının yaradılması. 
1920, 20 mart-26 aprel Qarabağda  erməni-daşnak qüvvələri ilə müharibə. 
1920, 1-22 aprel  M. H. Hacınskinin başçılığı ilə  yeni hökumət təşkilinə cəhdlər. 
1920,  11 aprel Azərbaycan Demokratik Respublikasının süqutu. 
1920, 28 aprel Azərbaycan Sovet Sosialist Respublikasının elan edilməsi. 
 
 
ĠSTĠFADƏ OLUNMUġ ƏDƏBĠYYAT 
 
Azərbaycan  tarixi.  Üç  cilddə.  2-ci  və  3-cü  cildlər.  Bakı.  ―Elm‖  nəşriyyatı,  1964, 
1973. 
Məmməd  Əmin  Rəsulzadə.  ―Əsrimizin  Səyavuşu‖,  ―Çağdaş  Azərbaycan 
ədəbiyyatı‖, ―Çağdaş Azərbaycan tarixi‖. Bakı, Gənclik, 1991. 
М.  А.  ИСМАИЛОВ.  Капитализм  в  сельском  хозяйстве  Азербайджана  на 
исходе XIX и начале XX вв. Баку, изд. АН Азерб. ССР, 1964. 
М.  А.  ИСМАИЛОВ.  Промышленность  Баку  в  начале  XX  века.  Баку,  изд.   
«Елм», 1976. 
МАХМУД 
ИСМАИЛОВ. 
Социально-экономическая 
структура-
Азербайджана в эпоху империализма. Баку, изд. «Елм», 1982. 
А.  С.  СУМБАТЗАДЕ.  Социально-экономические  предпосылки  победы 
Советской власти в Азербайджане. Москва, изд. «Наука», 1972. 
С.  С.  АЛИЯРОВ.  Нефтяные  монополии  в  Азербайджане  в  период  первой 
мировой войны. Баку, изд.  АГУ,   1974. 
Ə. Şıxlinski. Xatirələrim. Bakı. Azərnəşr. 1984. 
М. Дж. ИБРАГИМОВ. Нефтяная промышленность Азербайджана в   период 
империализма.     Баку, изд.   «Елм»,   1984. 
М.  Дж.  ИБРАГИМОВ.  Предпринимательская  деятельность  Г.  3.  Тагиева. 
Баку, Азернешр, 1990. 
Д.  Б.  СЕИДЗАДЕ.  Из  истории  Азербайджанской  буржуазии  в  начале  XX 
века. Баку, изд. «Елм», 1978. 
Д.  Б.  СЕИДЗАДЕ.  Азербайджанские  депутаты  в  Государственной  Думе 
России. Баку, Азерб. гос. изд.,   1991. 
T.  T.  Vəliyev.  İmperializm  dövründə  Azərbaycan  sənayesi  və  proletariatı.  Bakı, 
―Elm‖. 1987. 
УМАЕВ  АЛИ-ОВСАД  АБУЗАР  ОГЛЫ.  Процессы  капиталистического 
развития  в  сельском  хозяйстве  Азербайджана  в  конце  XIX  -  начале  XX  в. 
(1879—1914 гг.). Баку, 1987. (Автореферат док. ист. наук). 

152 
 
Bakı  Dövlət  Darülfünunun  təsisi.  Uçrejdenie  Bakinskoqo  Qosudarstvennoqo 
Universiteta. Bakı, Azərb. Univer. Nəşriyyatı, 1989. 
Didərginlər. Bakı, Gənclik, 1990. 
Azərbaycan  Demokratik  Respublikası.  Azərbaycan  höküməti  1918-1920.  Bakı, 
Gənclik, 1990. 
NƏSİB NƏSİBZADƏ. Azərbaycan Demokratik Respublikası. Bakı, Elm, 1990. 
AYDIN  BALAEV.  Azerbaidjanskoe  naçionalıno-demokratiçeskoe  dvijenie  1917-
1920 qq. Baku, izd. «Elm», 1990. 
M. S. ORDUBADİ. Qanlı illər. Bakı, Qarabağa Xalq Yardımı Komitəsi, 1991. 
NƏSİMAN YAQUBLU. Məmməd Əmin Rəsulzadə. Bakı, Gənclik, 1991. 
Azərbaycan  Demokratik  Respublikası.  Bakı,  Azərb.  Dövlət  Nəşriyyat-Poliqrafiya 
birliyi, 1992. 
BƏXTİYAR NƏCƏFOV. Azərbaycan  Demokratik Respublikası. Bakı, «Birlik», 
1992. 
 
MİR  MÖHSÜN  NƏVVAB.  1905-1906-cı  illərdə  erməni müsəlman  davası.  Bakı, 
«Azərbaycan» nəşriyyatı, 1993, 
CƏMİL HƏSƏNOV. Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1918-1920-
ci illər. Bakı, Azərb. Döv. Nəşr.,1993. 
ŞƏMİSTAN NƏZİRLİ. Cümhuriyyət generalları. Bakı, Hərbi nəşriyyat, 1995. 
Ayrı-ayrı jurnal və qəzet məqalələri.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

153 
 
MÜNDƏRĠCAT 
 
Ön söz 
I  fəsil.  XX  ƏSRİN    ƏVVƏLLƏRİNDƏ  AZƏRBAYCANIN  İQTİSADİYYATI 
VƏ SOSİAL HƏYATI 
§ 1. Sənaye 
§ 2. Kənd təsərrüfatı 
§ 3. Şəhərlər. Ticarət. Nəqliyyat. Rabitə 
§ 4. Azərbaycan zəhmətkeşlərinin  vəziyyəti 
 
II  fəsil.  XX  ƏSRİN   ƏVVƏLLƏRİNDƏ  AZƏRBAYCANDA  İCTİMAİ-SİYASİ 
VƏZİYYƏT 
§  1.  Azərbaycan  xalqının  milli  oyanışı.  Zəhmətkeşlərin  kütləvi  inqilabi 
mübarizəsinin başlanması. Azərbaycanlıların rus-yapon müharibəsində iştirakı. 
§ 2. Milli-demokratik hərəkatın və inqilabi mübarizənin yüksəlməsi. Millətlərarası 
münaqişələr 
§  3.  Milli  hərəkatın  və  inqilabi  mübarizənin  zəifləməsi  və  yenidən  yüksəlməyə 
başlaması. Azərbaycanlıların birinci dünya  müharibəsində  iştirakı 
    
§  4.  Milli  istiqlal  hərəkatının  başlanması  və  inkişafı.  İnqilabi  böhranın 
dərinləşməsi. 
 
III fəsil. AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASI 
§  1.  Azərbaycan  Zaqafqaziya  seyminin  tərkibində.  Bakı  quberniyasında  Sovet 
hakimiyyəti qurulması 
§  2.  Azərbaycan  Demokratik  Respublikasının  yaranması.  Bakıda  Sovet 
hakimiyyətinin süqutu 
§ 3. Dövlət quruculuğu 
§ 4. Azərbaycan Demokratik Respublikasının xarici siyasəti 
§ 5. İqtisadi-sosial vəziyyət. Azərbaycan Demokratik Respublikasının süqutu   
 
IV fəsil. XX ƏSRİN  ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ 
§ 1. Maarif. Səhiyyə 
§ 2. Elm. Mətbuat 
§ 3. Ədəbiyyat. İncəsənət   
 
Xronologiya 
İstifadə  olunmuş  ədəbiyyat 
Mündəricat 
 
 
 
 
 

154 
 
 
 

155 
 
 

156 
 
 

157 
 
 
 

158 
 
 
 

159 
 
 
 

160 
 
 
 

161 
 
 
 

162 
 
 
 

163 
 
 
 

164 
 
 
 

165 
 
 
 
Əzizov Türyan Əziz oğlu. 
Azərbaycan XX əsrin əvvəllərində. (Azərbaycan dilində) 
BAKI. «ZAMAN». 1997 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmiş 02.05.97. Çapa imzalanmış  17.06.97.  
Kağız formatı 84×108
1
/
32
. Ədəbi qarnitur.  
Yüksək çap üsulu. Mətbəə kağızı № 1. 
 Fiziki ç. v. 16,00. Şərti ç. v. 13,44.  
Yapışma şəkil 0,25 ç. v. Tirajı 500.  
 Sifariş 185.   
 
 
 
 
 
 
 
 
 
 
 
Zaman nəşriyyatı. 370005, Bakı, Tolstoy küş., 175. 
 
Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin «Qızıl Şərq» icarə 
mətbəəsi. 370000, Bakı,  Həzi Aslanov küç., 80. 
 
  
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin