AZƏrbaycan XX əSRĠN ƏVVƏLLƏRĠNDƏ


§ 1. AZƏRBAYCAN ZAQAFQAZĠYA SEYMĠNĠN TƏRKĠBĠNDƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/13
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10116
1   ...   5   6   7   8   9   10   11   12   13
§ 1. AZƏRBAYCAN ZAQAFQAZĠYA SEYMĠNĠN TƏRKĠBĠNDƏ. 
 BAKI QUBERNĠYASINDA SOVET HAKĠMĠYYƏTĠ  
QURULMASI 
 
Zaqafqaziya  seyminin  yaradılması:  1918-ci  il  yanvarın  6-da 
Ümumrusiya  Müəssislər  məclisi  Sovet  hökuməti  tərəfindən  qovuldu.  Bununla,  
milli  azlıqların  Rusiya  daxilində  özlərinin  muxtar  qurumlarını  yaratmaq  yolunda 
son ümidləri puça çıxdı. 
Müəssislər məclisinə Zaqafqaziyadan seçilmiş nümayəndələr fevralın 23-
də  Tiflisdə  toplaşaraq  özlərinin  qanunverici  orqanını—Zaqafqaziya  seymini 
(parlamentini)  yaratdılar.  Seymdə  üç  fraksiya  —  gürcü,  Azərbaycan  və  erməni 
fraksiyaları  vardı.  M.  Ə.  Rəsulzadənin  başçılıq  etdiyi  Azərbaycan  fraksiyası  44 
nümayəndədən  ibarət  idi.  Burada  «Müsavat»  və  «İttihad»  partiyaları,  bitərəf 
demokratlar  və  «Hümmət»  qrupları,  eserlərə  yaxın  olan  «Müsəlman  sosialist  
bloku»  təmsil  edilmişdi. 
Seymin  gürcü,  Azərbaycan  və  erməni  millətinin  hərəsindən  bir 
nümayəndə  olmaqla,  üç  nəfərdən  ibarət  rəhbərliyi  yaradıldı.  Seymin  sədri  gürcü 
menşeviki N. Çxeidze  idi. 
Seymin bütün fəaliyyəti fraksiyaların mübarizəsi şəraitində keçmişdir. Bu 
mübarizənin əsasını fraksiyaların bir-birinə ərazi iddiaları təşkil edirdi. 
Ermənilərin  azərbaycanlılara  ərazi  iddiaları  tamamilə  əsassız  olub, 
olduqca faciəvi şəkil almışdı. 
Sovet  Rusiyasının  köməyinə  arxalanan  Bakı  Sovetinin  mövqeləri    
getdikcə möhkəmlənirdi. Sovetdə S. Şaumyanın rəhbərlik etdiyi bolşeviklər başlıca 
qüvvə  idilər.  Bundan  başqa  burada  daşnaklar,  eserlər,  menşeviklər  də  təmsil 
edilmişdilər.  
Lakin  Bakıda  real  hakimiyyət  olmaq  üçün,  hər  şeydən  əvvəl, 
azərbaycanlıların  nüfuzu  altında  fəaliyyət  göstərən  şəhər  dumasını,  Müsəlman 
Milli  Şurasını  qovmaq,  milli  qoşun  hissələrini  tərk-silah  etmək  lazım  idi.  Şəhər 
duması  hələ  də  maliyyə  işlərinə  rəhbərlik  edir,  pul  buraxır,  şəhər  nəqliyyatına   
nəzarət  edirdi. 
Bolşeviklər  «Müsavat»a  özlərinin  ən  təhlükəli  və  güclü  rəqibi  kimi 
baxırdılar.  Bu  partiyanın  müsəlman  əhalisi  içərisində  böyük  nüfuzu  vardı. 
«Müsavat» Azərbaycana muxtariyyət verilməsini təkidlə tələb edirdi 
Bakı  bolşevikləri  Azərbaycan  milli  qüvvələrini  darmadağın  etmək  üçün 
ciddi hazırlaşırdılar. Qızıl ordunun yeni hissələri təşkil edildi.  Moskvadan Bakıya 
döyüşçülər dəstəsi, iki təyyarə, iki zirehli maşın və 5 min tüfəng göndərildi. 

112 
 
Bolşevik  Bakı  Soveti  Azərbaycan  xalqına  qarşı  mübarizədə  daşnak 
partiyası və Erməni Milli Şurası ilə asanlıqla dil tapa bildi. 
1918-ci  il  martın  29-da  bolşeviklər  silahlı  qüvvə  ilə  Azərbaycan  hərbi 
hissələrini  Lənkərana  aparmağa  hazırlaşan  «Evolina»  gəmisinə  gəlib,  onları  tərk-
silah etdilər. 
Azərbaycan  hərbi  hissələrinin  bolşeviklər  tərəfindən  tərk-silah  edilməsi 
şəhərin  müsəlman  əhalisi  içərisində  böyük  həyəcana  səbəb  oldu.  «Müsavat» 
partiyası  əhalini təmkinli  olmağa,  fitnəkarlıqlara  uymamağa  çağırırdı.  Ayın  30-da 
səhər şəhərin müxtəlif yerlərində azərbaycanlıların müsadirə edilmiş silahların geri 
qaytarılmasını tələb edən özbaşına mitinqləri başlandı. 
Bakı  Soveti  nəinki  müsadirə  edilmiş  silahları  qaytarmadı,  hələ  üstəlik, 
Qızıl ordu hissələrinin hücuma keçmələri üçün bəhanələr axtardı. Bu zaman Qızıl 
ordunun süvari dəstəsinə fitnəkarcasına atəş açılması hərbi əməliyyatlara başlamaq 
üçün bəhanə oldu. Bu müharibədən Bakıdakı erməni liderləri yerli azərbaycanlılara 
divan tutmaq üçün istifadə  etdilər. 
Martın 30-da şəhərin müsəlmanlar yaşayan məhəllələri toplardan və Xəzər 
sahilində  dayanmış  hərbi  gəmilərdən  atəşə  tutuldu,  havadan  bombardman  edildi. 
Müsəlmanları  ucdantutma  qırmağa  başladılar.  İki  gün  ərzində  on  mindən  artıq  
azərbaycanlı, başlıca olaraq qoca, qadın və uşaq qətlə yetirildi. 
Martın  30-da  S.  Şaumyan  başda  olmaqla,  Bakı  və  ətraf  rayonların  
İnqilabi  Müdafiə  Komitəsi  yaradıldı.  İnqilabi  Müdafiə  Komitəsi  müsəlmanlara 
ultimatum  verərək,  Bakı  Sovetini  danışıqsız  tanımağı  və  silahlı  müqavimətin 
dayandırılmasını  tələb  etdi.  Müsəlmanlar  ultimatum  şərtlərini  qəbul  etmələrinə 
baxmayaraq, ermənilər heç nəyə məhəl qoymadan qırğın və talanları daha iki gün 
davam etdirdilər. 
Martın  axırlarında  Bakıda  yerli  müsəlman  əhalisinə  qarşı  ―vətəndaş 
müharibəsi‖,  ―sinfi  mübarizə‖  adı  ilə  aparılan  hərbi  əməliyyatlar  sinfi 
mənafelərdən tamamilə uzaq, əsl millət qırğını idi.  
Mart hadisələrindən sonra S. Şaumyanın ermənipərəst siyasətinin nəticəsi 
olaraq, Bakı şəhəri müsəlman əhalisindən təmizləndi. 
Azərbaycanlıların  bütün  ümidləri  Zaqafqaziya  seyminə  qalmışdı.  Qanlı 
mart hadisələri haqqında Tiflisə xəbər çatan kimi Zaqafqaziya seyminin müsəlman 
fraksiyasının üzvləri Bakıda erməni-bolşevik cinayətkarlarına hərbi müdaxilə yolu 
ilə  cavab  verilməsini  tələb  etdilər.  Seymin  üzvü  olan  daşnak  liderləri  ilə  S. 
Şaumyanın başçılıq etdiyi Bakı Soveti arasında sıx əlaqə vardı.  
Bu  zaman  Azərbaycanda,  xüsusən  Yelizavetpol  quberniyasında  Bakı 
qırğınını  törədənlərə  qarşı  geniş hərəkat  başlamışdı.  Bakı müsəlmanlarına kömək 
üçün  silahlı  dəstələr  düzəldilir,  hətta  osmanlı  türklərini  köməyə  çağırış  sədaları 
eşidilirdi. 
Aprelin  17-də  Zaqafqaziya  hökümətinin  xüsusi  iclasında  Yelizavetpol 
quberniyasına səfərdən qayıtmış F. Xoyski bildirdi ki, hökümət  Bakı hadisələrinə 

113 
 
biganə  qalmaqla,  regionun  müsəlman  əhalisini  ayağa  qaldıra  bilər.  İclasda 
müsəlman  fraksiyasının  təkidi  ilə  hökümət  400  nəfərlik  hərbi  dəstənin  Bakıya 
göndərilməsi  haqqında  qərar  qəbul  etdi.  (Lakin  bu  qərar  kağız  üzərində  qaldı). 
Zaqafqaziya  seymi  adından  S.  Şaumyanla  danışıqlar  aparmaq  üçün  biri  erməni, 
digəri azərbaycanlı olmaqla iki nümayəndə Bakıya göndərildi. 
Mart  qırğınından  sonra  Azərbaycan  milli  qüvvələri  müsəlman  siyasi 
partiyaları ətrafında daha sıx birləşdilər. 
1918-ci  il  aprelin  22-də  Zaqafqaziya  seymi  müstəqil  Zaqafqaziya 
Demokratik  Federativ  Respublikasının  yaradıldığını  elan  etdi.  Gürcüstan, 
Azərbaycan  və  Ermənistan    müstəqil  respublikalar  elan  edilərək,  bu  federasiyada 
birləşdilər. 
Aprelin 26-da A. Çxenkelinin başçılığı ilə federativ hökümət təşkil edildi. 
Azərbaycandan  beş  nümayəndə,  o  cümlədən  F.  Xoyski  daxili  işlər  naziri,  N. 
Yusifbəyli maarif naziri sifətilə bu hökümətə daxil oldular. 
Lakin  yeni  hökümətin  ömrü  az  oldu.  Gürcüstan,  Azərbaycan  və 
Ermənistan  respublikaları  arasında  iqtisadi  bağlılığın  olmaması  onların  bir-birinə 
yaxınlaşmasına imkan vermədi. 
Seymin  daxilində  milli  zəmində  ixtilaflar  Zaqafqaziya  Federativ 
Respublikasının  son  dərəcə  zəiflətdi.  Mayın  26-da  Gürcüstan  Respublikasının 
Federasiyasının tərkibindən çıxması ilə Zaqafqaziya seymi dağıldı. 
Mart 
hadisələrindən 
sonra 
Bakıda 
bolşeviklərin 
hakimiyyəti 
möhkəmləndi.  Aprelin  20-də  müsəlman  müxalifətinin  başlıca  dayağı  olan  şəhər 
duması  Bakı  Soveti  tərəfindən  buraxıldı.  Bütün  inzibati  aparat  yenidən  quruldu. 
Yeni fəhlə-kəndli milisi yaradıldı. 
Sovet  Rusiyası  ərzaq,  pul,  silah,  döyüş  sursatı,  həmçinin  döyüşçülər 
göndərməklə  Bakı  Sovetinə  yardım  göstərirdi.  S.  Şaumyanın  rəhbərlik  etdiyi 
bolşevik Bakı Soveti açıq ermənipərəst siyasət yeridirdi. 
Aprel  ayında  bolşeviklər  Sovet  hakimiyyətini  bütün  Bakı  quberniyasına 
yaymaq  üçün  hərbi  əməmliyyatlara  başladılar.  Lənkəran,  Şamaxı,  Salyan, 
Kürdəmir və Qubada Sovet hakimiyyəti quruldu. 
Mart  hadisələrindən  sonra  bolşeviklər  müsəlman  əhalisi  içərisində  öz 
nüfuzlarını  tamamilə  itirmişdilər.  Odur  ki,  Bakı  quberniyasının  qəzalarında 
azərbaycanlılar  sovet  qoşunlarını  düşməncəsinə  qarşıladılar,  onlara  müqavimət 
göstərdilər. 
1918-ci  il  aprelin  25-də  Bakı  quberniya  Xalq  Komissarları  Soveti 
yaradıldı.  Bu  hökümət  tarixə  ―Bakı  kommunası‖  adı  ilə  daxil  olmuşdur.  Xalq 
Komissarları  Sovetinin  sədrliyində  S.  Şaumyan  seçildi.  Hökumətdə  iki  nəfər 
azərbaycanlı  komissar  –  şəhər  təsərrüfatı  komissarı  bolşevik  N.  Nərimanov  və 
torpaq komissarı sol eser M. Vəzirov vardı. Səkkiz millətin nümayəndəsinin təmsil 
olunduğu  Xalq  Komissarları  Sovetində  komissarların  yarıya  qədəri,  həm  də 
əhəmiyyətliləri ermənilərdən ibarət idi. 

114 
 
1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Sovetinin bəyannaməsi elan 
edildi.  Bəyannamədə  bildirilirdi  ki,  Xalq  Komissarları  Soveti  Ümumrusiya 
Mərkəzi  höküməti  ilə  ən  sıx  əlaqə  saxlayacaqdır  və  onun  bütün  dekret  və 
qərarlarını özü üçün vacib bilir. Bakı Xalq Komissarları Soveti ―Bakı fəhlələrini və 
Bakı  quberniyasının  kəndlilərini  bütün  Rusiyanın  fəhlə  və  kəndliləri  ilə  sıx 
birləşdirməyi‖ özünün başlıca vəzifələrindən biri hesab edir. 
Mayın  27-də  Tiflisdə  keçmiş  seymin  müsəlman  üzvlərinin  fövqəladə 
yığıncağı  toplandı.  Yığıncaqda  müsəlman  fraksiyası  özünü  Azərbaycan  Milli 
Şurası  elan  etdi.  M.  Ə.  Rəsulzadə  Milli  Şuranın  sədri  seçildi.  Yığıncaqda  qəbul 
edilmiş  qərarda  göstərilirdi  ki,  müəssisələr  məclisi  çağırılana  qədər  Azərbaycanı 
Milli Şura və müvəqqəti hökümət idarə edəcəkdir. 
1918-ci  il  mayın  28-də  axşam  Milli  Şura  Azərbaycan  Demokratik 
Respublikasının yaradıldığını elan etdi. 
Həmin gün Ermənistan da öz müstəqilliyini elan etmişdir. 
Müstəqil Azərbaycan Demokratik Respublikasının yaranması ilə əlaqədar 
olaraq İstiqlal bəyannaməsi qəbul edildi. Bəyannamədə deyilirdi ki, rus qoşunları 
çıxıb  getdikdən  və  Zaqafqaziya  Federativ  Respublikası  parçalandıqdan  sonra 
yaranmış  vəziyyət  Azərbaycandan  xalqı  ağır  daxili  vəziyyətindən  çıxarmaq  üçün 
öz  dövlət  orqanını  yaratmağı  tələb  edir.  Azərbaycan  demokratik  respublika 
formasında  suveren  müstəqil  dövlətdir.  Azərbaycan  Demokratik  Respublikası 
milliyyətindən, dini etiqadından, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq, 
bütün vətəndaşların hüquq bərabərliyinə təminat  verir. (Sənədə  bax). 
Fətəli  xan  Xoyski  (1875-1920-ci  illər)  başda  olmaqla  Azərbaycan 
Demokratik Respublikasının  ilk hökuməti  təşkil  edildi. 
Mayın  30-da  Azərbaycanın  müstəqilliyinin  elan  edilməsi  haqqında 
dünyanın bir sıra dövlətlərinə radio ilə xəbər verildi. 
İlk  Azərbaycan  hökuməti  son  dərəcə  ağır  bir  şəraitdə  fəaliyyətə  başladı. 
Ölkədə  hərc-mərclik  baş  alıb  gedirdi.  Bakı  bolşevikləri  və  erməni-daşnak 
ekstremistləri  tərəfindən  hər  an  hücum  təhlükəsi  gözlənilirdi.  Əhalinin  içərisində 
ilhaqçılıq  (Türkiyə  ilə  birləşmək)  meylləri  artırdı.  Belə  vəziyyətdə  Azərbaycan 
hökuməti kömək üçün Türkiyəyə müraciət etməyə  məcbur oldu. 
1918-ci  il  iyunun  4-də  Batumda  Türkiyə  ilə  Azərbaycan  Demokratik 
Respublikası arasında sülh və dostluq haqqında müqavilə bağlandı. Bu müqaviləyə 
əsasən, Türkiyə hökuməti «qayda-qanunu və ölkənin təhlükəsizliyini təmin etmək 
üçün  ehtiyac  olduğu  təqdirdə  Azərbaycan  Respublikası  hökumətinə  silahlı 
qüvvələrlə yardım etməyi» öz öhdəsinə götürdü. 
1918-ci  il  iyunun  16-da  Azərbaycan  Milli  Şurası  və  hökumət  Tiflisdən 
Gəncəyə  köçdü.  Gəncə  Azərbaycan  Demokratik  Respublikasının  müvəqqəti 
paytaxtı  elan  edildi.  Bu  zaman  şəhərdə  Nuru  paşanın  başçılığı  ilə  300 nəfər  türk 
hərbi təlimatçısı vardı. Onları Azərbaycan  hökuməti dəvət  etmişdi. 

115 
 
Azərbaycan hökumətinin Gəncəyə gəlişi ilə eyni vaxtda  milli  qüvvələrin  
arasında ciddi  ixtilafların  olduğu aşkara  çıxdı. Milli Şurada, həmçinin hökumətin 
tərkibində  təmsil  olunmayan  bəzi  qüvvələr  və  ilhaqçılar,  o  cümlədən  ittihadçılar 
Milli Şuranı hakimiyyətdən uzaqlaşdırmağa çalışırdılar. Onlar öz  ümidlərini  türk 
generalı  Nuru  paşaya  bağlamışdılar.  Azərbaycan  dövləti  faktik  olaraq  onun 
hakimiyyəti  altında  idi.  Milli  Şuranın  və  ona  tabe  olan  hökumətin  demokratik 
əhval-ruhiyyəli,  sol  meyilli  tərkibi  Türkiyə  hökumətinin  ürəyincə  deyildi.  Milli 
Şura üzvlərinin böyük əksəriyyətinin fikrini ifadə edən M. Ə. Rəsulzadə bildirdi ki, 
Milli  Şura  Azərbaycanın  suverenliyini  saxlamaq  şərtilə  güzəştə  getməyə  hazırdır. 
Bu  zaman  Nuru  paşanın  yanında  siyasi  işlər  üzrə  müşavir  işləyən  Əhməd  bəy 
Ağaoğlunun   (Ağayevin)   vasitəçiliyi  ilə belə bir  razılıq əldə edildi ki, Milli Şura 
buraxılır,  bütün  ali  qanunverici  və  icraedici  hakimiyyət  bitərəf  Fətəli  xan 
Xoyskinin  yenidən  təşkil  edəcəyi  müvəqqəti  hökumətinin  əlində  cəmləşir.   
Beləliklə,  milli  demokratik  qüvvələr  Azərbaycan  Respublikasının  (suverenliyinə 
qoruyub saxlamağa müvəffəq olurlar. 
İyunun  17-də  Milli  Şuranın  iclasında  iki  qətnamə  qəbul  edildi.  Birinci 
qətnamə  yeni  yaradılacaq  müvəqqəti  hökumətin  hüququ  və  vəzifələrinə  aid  idi. 
Qətnamədə  göstərilirdi  ki,  Müvəqqəti  hökumət  dövlətin  müstəqilliyinə,  mövcud 
siyasi  azadlıqlara  xələl  gətirən  dəyişikliklər  istisna  edilməklə,  bütün  məsələlərin 
həllində  tam  hüquqa  malikdir.  O,  altı  aydan  gec  olmayaraq  Müəssislər  məclisini 
çağırmalıdır 
Həmin  gün  F.  Xoyskinin  başçılığı  ilə  ikinci  Müvəqqəti  hökumət  təşkil 
edildi. Hökumətin tərkibində on iki nazir vardı. Nazirlərin yeddi nəfəri bitərəf, beş 
nəfəri isə «Müsavat» partiyasından idi. 
1918-ci il iyunun əvvəlində Azərbaycanda siyasi vəziyyət olduqca gərgin 
idi.  Ölkədə,  əslində  bir-birilə  düşmənçilik  edən  iki  hakimiyyət  vardı.  Bakı 
quberniyası  Bakı  Sovetinin,  Gəncə  quberniyası  və  Zaqatala  dairəsi  Azərbaycan 
Demokratik Respublikasının hakimiyyəti altında idi. 
F.  Xoyski  hökumətinin  xahişi  ilə,  həmçinin  4  iyun  tarixli  Türkiyə-
Azərbaycan  müqaviləsinə  uyğun  olaraq,  Azərbaycana  təcili  surətdə  bir  türk 
diviziyası  göndərildi.  General  Əliağa  Şıxlinskinin  rəhbərlik  etdiyi  əlahiddə 
Azərbaycan korpusu ilə həmin türk diviziyasının birləşməsi əsasında Qafqaz İslam 
ordusu  yaradıldı. 
İyunun  23-də  bütün  Azərbaycan  ərazisində  hərbi  vəziyyət  elan  edildi. 
Qafqaz İslam ordusu Nuru paşanın ümumi komandası altında Bakıya doğru hərəkət 
etdi. 
Azərbaycan  Demokratik  Respublikasının  Gəncə  dövründə  vəziyyəti  son 
dərəcə mürəkkəb  olmasına  baxmayaraq, hökumət  bir  sıra tədbirlər həyata keçirdi. 
İlk növbədə, daxili asayiş bərpa edildi. Yerli idarə orqanlarının işi sahmana salındı. 
Dağıdılmış dəmir yollar bərpa edildi, poçt və teleqrafın işi qaydaya düşdü 

116 
 
Milli  hökumətin  Azərbaycan  xalqına  1918-ci  il  17  iyun  tarixli 
müraciətnaməsində  bütün  dövlət  idarələrinin,  məhkəmə  və  məktəblərin 
milliləşdirilməsi elan edildi. 
Qaryagin  qəzası  yenidən  Cəbrayıl  adlandırıldı.  Ağdaşa  şəhər  statusu 
verildi. 
Milli  hökümətin  Azərbaycan  xalqına  1918-ci  il  17  iyun  tarixli 
müraciətnaməsində  bütün  dövlət  idarələrinin,  məhkəmə  və  məktəblərin 
milliləşdirilməsi elan edildi. 
İyunun 24-də Azərbaycan Dövlət bayrağı qəbul edildi. İlk bayraq qırmızı 
rəngdə  olub,  üzərində  ağ  fonda  aypara  və  səkkizguşə  ulduz  rəsmi  təsvir 
olunmuşdu.  Sonralar,  1918-ci  il  noyabrın  9-da  Azərbaycan  Demokratik 
Respublikasının  hazırkı  Dövlət  bayrağı  qəbul  edildi.  Yeni  bayrağın  üzərində 
aypara  və  səkkizguşəli  ulduz  rəsmi  yenə  saxlanmaqla,  o,  mavi,  qırmızı  və  yaşıl 
rəngdə verildi. M. Ə. Rəsulzadə göstərirdi ki, Azərbaycan Respublikasının üçrəngli 
bayrağı  «türk  milli  mədəniyyətinin,  müasir  Avropa  demokratiyasının  və  İslam 
sivilizasiyasının simvoludur». 
İyunun  26-da  Azərbaycan  və  Gürcüstan  respublikaları  arasında  Zaqatala 
dairəsi  üzrə  ərazi  mübahisələri  sülh  yolu  ilə  həll  edildi.  Zaqatala  dairəsi  Milli 
Şurasının  yekdil  qərarı  ilə  Zaqatala  həmişəlik  Azərbaycan  Respublikasına 
qovuşdu. 
İyunun  27-də  Azərbaycan  dili  dövlət  dili  elan  edildi.  Avqustun  11-də 
ümumi hərbi səfərbərlik elan edildi. 
Sentyabrın  1-də  hərbi  nazirlik  yaradıldı.  Baş  nazir  F.  Xoyski  eyni 
zamanda  hərbi  nazir  oldu.  General  Səməd  ağa  Mehmandarov  isə  nazir  müavini 
təyin edildi. 1918-ci ilin yayında Bakıda ərzaq vəziyyəti olduqca pisləşdi. 
Bakı  Sovetinin  qoşunları  içərisində  xəyanətkarlıq  baş  alıb gedirdi.  Sovet 
Rusiyasından Bakı bolşeviklərinə müntəzəm olaraq hərbi yardım göndərilirdi. 
Lakin  türk-Azərbaycan  qoşunları  irəlilədikcə,  Bakı  Soveti  rəhbərlərinin 
özlərinə  «müttəfiq»  saydıqları  daşnaklar  və  biçeraxovçular  daha  böyük 
xəyanətkarlıq edirdilər. Onların Bakının girəcəyində cəbhəni qoyub qaçmaları Bakı 
Sovetini çıxılmaz vəziyyətə saldı. 
Bundan istifadə edən eserlər, menşeviklər və daşnaklar iyulun 25-də Bakı 
Sovetinin  fövqəladə  geniş  iclasında  ingilisləri  köməyə  çağırmaq  haqqında  qərarı 
səs  çoxluğu  ilə  qəbul  etdirdilər.  İyulun  31-də  S.  Şaumyan  başda  olmaqla,  Bakı 
Xalq  Komissarları  Soveti  istefa  verdi.  Hakimiyyət  «Sentrokaspi  diktaturası» 
deyilən eser-daşnak-menşevik «hökumətinin» əlinə keçdi. 
«Sentrokaspi  diktaturası»nın  əhali  içərisində  dayağı  yox  idi.  O,  hərbi 
cəhətdən  zəif  olduğu  üçün  İrandakı  ingilis  qoşunlarına  bel  bağlayırdı.  İngilisləri 
Bakıya dəvət etmək üçün dərhal Ənzəliyə nümayəndələr göndərildi. Avqustun 4-də 
ingilislərin ilk dəstəsi Bakıya daxil oldu. Avqustun 17-də general Denstervil başda 

117 
 
olmaqla,  ingilis  qoşunları  öz  qərargahları  ilə  birlikdə  Ənzəlidən  Bakıya  gəldilər. 
İngilis qoşunlarının sayı çox az - cəmi 1500 nəfər idi. 
Sentyabrın  15-də,  ağır  döyüşlərdən  sonra,  Azərbaycan  hərbi  hissələri 
Bakıya daxil oldular. Üç gün sonra türk qoşunları gəldilər. 
Azərbaycan  qoşunlarının  Bakıya  girmələrinin  əvvəli  günü  ingilislər 
gəmilərə  minib  Ənzəliyə  qaçdılar.  Onların  ardınca  «Sentrokaspi  diktaturası»nın 
üzvləri, həmçinin keçmiş Bakı Sovetinin komissarları şəhəri tərk etdilər. 
Bakı  komissarlarını  Həştərxana  aparan  paroxod  Sentrokaspinin  hərb 
gəmiləri  tərəfindən  tutulub  Krasnovodska  qaytarıldı. 
Sentyabrın  20-də 
Krasnovodsk  ilə  Aşqabad  arasındakı  Ağcaqum  çölündə  26  Bakı  komissarı  ingilis 
və sentrokaspiçilər tərəfindən vəhşicəsinə güllələndilər. 
Sentyabrın  17-də  Azərbaycan  Demokratik  Respublikası  hökuməti 
Gəncədən Bakıya köçdü. Ölkənin siyasi, iqtisadi, mədəni və mənəvi mərkəzi olan 
Bakı  suveren  Azərbaycan  dövlətinin  paytaxtına  çevrildi.  Beləliklə,  bütün  Şimali 
Azərbaycan ərazisi Azərbaycan Respublikasının hakimiyyəti altına keçdi. 
Bakıya  yeni  köçmüş  Azərbaycan  hökuməti  ciddi  iqtisadi  çətinliklərlə 
qarşılaşdı.  Vətəndaş  müharibəsi,  daşnak  talanları  nəticəsində  dağılmış  təsərrüfatı 
bərpa etmək üçün külli miqdarda vəsait lazım idi. 
Birinci  dünya  müharibəsində  Türkiyənin  məğlub  olması  nəticəsində 
Zaqafqaziyada  siyasi  vəziyyət  tamam  dəyişdi.  1918-ci  il  oktyabrın 30-da  Antanta 
ilə  bağlanmış  Mudros  sülhünün  şərtlərinə  görə  Türkiyə  öz  qoşunlarını 
Zaqafqaziyadan  çıxarmağa  başladı.  Zaqafqaziyanı,  o  cümlədən  Azərbaycanı 
Antanta dövlətləri adından Böyük Britaniya işğal  etməli idi. 
General  Tomsonun  komandanlığı  altında  Ənzəlidə  olan  ingilis  qoşunları 
Bakı üzərinə səfərə hazırlaşırdılar. Bu zaman Ənzəli Azərbaycanın istiqlaliyyətinə 
düşmən  qüvvələrin  –  sentrokaspiçilərin,  biçeraxovçuların, rus  ağqvardiyaçılarının 
və digər pozucu tör-töküntülərin yuvasına çevrilmişdi. İngilislərə yaltaqlıq edən bu 
qara qüvvələr general Tomsonun Azərbaycan barədə daha sərt mövqe tutması üçün 
əllərindən gələni edirdilər. 
Milli  qüvvələr  özündən  qat-qat  güclü  düşmən  qarşısında  Azərbaycanın 
istiqlaliyyətini qoruyub saxlamaq üçün ingilislərlə mütləq dil tapmalı idi. 
Ə.  Ağayev,  N.  Yusifbəyli  və  Musa  bəy  Rəfiyevdən  ibarət  xüsusi 
nümayəndə heyəti  Azərbaycanı tanımaq  barədə  ingilislərlə danışıq  aparmaq  üçün 
Ənzəliyə gəldi. General Tomson Azərbaycan nümayəndəliyi ilə görüşündə Bakıya 
gəlişi  qarşısında  bəyanat  verdi.  Bəyanata  əsasən,  Azərbaycan  qoşunları  dərhal 
Bakıdan  çıxarılır,  Tomson  Bakının  general-qubernatoru  elan  edilir,  şəhər  polisi 
ingilislərin  tabeçiliyinə  keçir,  şəhər  Dumasına  azad  fəaliyyət  göstərmək  imkanı 
verilir.  Bəyanatda həmçinin  göstərilirdi  ki, İngiltərə,  Fransa  və  ABŞ  Azərbaycanı 
rəsmən  tanımasalar  da,  onunla  faktik  surətdə  (de-fakto)  əlaqələr  saxlayacaqlar  və 
Azərbaycan beynəlxalq Paris sülh konfransında millətlərin öz müqəddəratını təyin 
etmək prinsipinə dair diskussiyalarda iştirak edəcəkdir. 

118 
 
Noyabrın  17-də  ingilis  qoşunları  Bakıya  daxil  oldular.  General  Tomson 
gəmidən  sahilə  qədəm  basarkən  yaxınlıqda  asılmış  Azərbaycan  bayrağının 
çıxarılmasını  əmr  etdi.  İngilislərin  gəlişi  erməni  və  rus  milli  şuraları  tərəfindən 
sevinclə qarşılandı. 
İngilislər hərb gəmilərinin bir hissəsini öz əllərinə keçirərək, Britaniyanın 
Xəzər  hərbi  donanmasını  yaratdılar.  Azərbaycanın  neft  sənayesinə  nəzarət  etmək 
üçün  Britaniya  Neft  Müdiriyyəti  və  Xəzər  dənizində  ticarət  gəmilərinə  nəzarət 
etmək üçün Britaniya Dəniz Nəqliyyatı İdarəsi təsis etsilər. 
Gəncə, Şuşa və Naxçıvanda ingilis qoşun hissələri yerləşdirildi. 
General  Tomsonun  əmrinə  əsasən,  on  nəfərdən  artıq  adamın  iştirakı  ilə 
hər  cür  yığıncaq  keçirmək  və  tətillər  qadağan  olundu.  İngilis  hərbi  tribunalı 
yaradıldı, ölüm cəzası tətbiq edildi. 
İngilislərin  Bakıya  gəlişindən  bir  gün  əvvəl,  noyabrın  16-da,  milli 
demokratiyanın  nümayəndələri  iclasa  toplaşaraq,  beş  aylıq  fasilədən  sonra, 
Azərbaycan  Milli  Şurasını  yenidən  bərpa  etdilər.  İclasda  dünyanın  demokratik 
dövlətləri  ilə  əlaqələr  yaratmaq  üçün  parlament  üsul-idarəsinin  zəruriliyi  qeyd 
edildi. 
Noyabrın  19-da  Milli  Şura  ―Azərbaycan  parlamentinin  yaradılması 
haqqında  Qanun‖  qəbul  etdi.  Ölkədə  vəziyyət  son  dərəcə  mürəkkəb  olduğundan, 
çağırılması nəzərdə tutulmuş Müəssislər məclisinə ümumi seçkilər keçirmək daha 
mümkün  deyildi.  Ona  görə  də  Milli  Şuranın  tərkibini  yeni  seçiləcək  üzvlər 
hesabına  genişləndirməklə,  onu  Azərbaycanın  müvəqqəti  parlamentinə  çevirmək 
qərara alındı. Həmin gün seçki qanunu qəbul edildi. 
Bu  qanuna  görə,  Azərbaycan  parlamenti 120 deputatdan ibarət  olacaqdı. 
Əhalinin ümumi sayına uyğun olaraq azərbaycanlılar parlamentdə 80 yer alırdılar. 
Beləliklə,  Milli  Şura  üzvlərinin  sayı  (44  nəfər)  inzibati-ərazi  bölgüsü  üzrə  əlavə 
olaraq  seçilib  göndəriləcək  36  nümayəndənin  hesabına  artırılırdı.  Ermənilər  21, 
ruslar  10  deputat  yeri  aldılar.  Azlıqda  qalan  yəhudi,  gürcü,  alman  və  polyak 
millətlərinin  hərəsinə  kooptasiya
*
  qaydasında  bir  yer  verildi.  Bakı  həmkarlar 
təşkilatına  3  və  sənaye-ticarət ittifaqlarına  2  yer ayrıldı.  Lakin  ―Rus  Milli  Şurası‖ 
―vahid  və  bölünməz  Rusiya‖  mövqeyindən  çıxış  edərək,  öz  nümayəndələrini 
parlamentə göndərməkdən imtina etdi. Bununla belə, ―Rus Milli Şurası‖ üzvlərinin 
bir hissəsi ayrılaraq, ―Slavyan-Rus Cəmiyyəti‖ adlı təşkilat yaratdı. 
1918-ci  il  dekabrın  7-də  H.  Z.  Tağıyevin  qız  məktəbinin  binasında  (indi 
Azərbaycan  EA  M.  Füzuli  adına  Əlyazmalar  İnstitutunun  binası)  Azərbaycan 
parlamenti təntənəli sürətdə açıldı. 
Parlamentin açılışı münasibətilə  M.Ə.  Rəsulzadə  təbrik nitqi  söyləyərək, 
partiya,  fraksiya  və  qrup  münasibətindən  asılı  olmayaraq,  bütün  parlamentin 
üzvlərini vətən qeyrətini hər şeydən uca tutmağa çağırdı. 
                                                             
*
 Kooptasiya – hər hansı seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi. 

119 
 
Ə. M. Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə sədrin birinci 
müavini seçildilər. 
Parlamentin  təsis  iclasında  F.  Xoyski  ötən  altı  ay  ərzində  başçılıq  etdiyi 
Müvəqqəti hökümətin fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etdi. Sonra öz 
hökümətinin  istefasını  və  hakimiyyəti  parlamentə  təhvil  verdiyini  bildirdi. 
Parlament istefanı qəbul etdi və hökümət təşkilini yenidən X. Xoyskiyə tapşırdı. 
İngilis  komandanlığı  bildirdi  ki,  yalnız  rus  və  erməni  nümayəndələrinin 
daxil olduğu koalisyon hökümətini tanıyacaqdır. 
İlk  Azərbaycan  parlamenti  öz  dövrünün  demokratik  əsaslarda  təşkil 
edilmiş ali qanunvericilik orqanı idi.  Azərbaycanda yaşayan  bütün millət və milli 
qruplar bu parlamentdə təmsil edilmişdir. 
Parlamentin  ilk  iclasında  96  deputat  iştirak  edirdi.  Parlament  təkpalatalı 
idi. 11 komissiya, o cümlədən büdcə, təsərrüfat, fəhlə, aqrar, hərbi məsələlər üzrə 
komissiyalar təşkil edilmişdi. 
Parlamentin  geniş  səlahiyyətləri  vardı.  O,  qanunvericilik  və  mərkəzi 
dövlət  orqanlarını  yaradır,  onların  fəaliyyəti  üzərində ali  dövlət nəzarətini həyata 
keçirirdi. 
Parlamentdə  11  partiya,  fraksiya  və  qrup  təmsil  edilmişdi. ―Müsavat‖  və 
bitərəflər fraksiyasının parlamentdə 38, ―İttihad‖ın 13, ―Əhrar‖ın 6, ―Hümmət‖ və 
―Müsəlman sosialist bloku‖ndan ibarət sosialistlər fraksiyasının 13, ―Slavyan-Rus 
Cəmiyyəti‖nin  3,  ―Daşnaksütyun‖un  6,  erməni  icmaları  fraksiyasının  5,  milli 
azlıqların  4,  ―partiyadan  kənar  olanlar‖ın  4,  ―bitərəflər‖in  3  üzvü  vardı.  Bundan 
əlavə, 1 yer də sol bitərəfə məxsus idi. 
Deputatlar partiya mənsubiyyətindən asılı olaraq, mərkəzçilərə, sağlara və 
sollara ayrılırdılar.  ―Müsavat‖ mərkəz  partiyası,  ―İttihad‖  sağ  partiya,  ―Hümmət‖ 
və ―Müsəlman sosialist bloku‖ isə sol qruplar idi. 
―Müsavat‖  ən böyük parlament partiyası idi. Onun 23 deputat yeri vardı. 
Partiyanın lideri M. Ə. Rəsulzadə başda olmaqla demokratik ziyalılar geniş sosial 
islahatlar 
tərəfdarı 
idilər. 
Onlar 
Azərbaycanın 
istiqlaliyyətinin 
möhkəmləndirilməsini, qüvvətli ordu yaradlmasını, torpaqların kəndlilərin arasında 
pulsuz bölüşdürülməsini, 8 saatlıq iş günü, söz, mətbuat, ittifaq və başqa azadlıqlar 
irəli sürürdülər. 
Bitərəf  demokratlar  qrupu  öz  üzvlərinin  sayına  görə  parlamentdə  ikinci 
yeri  tuturdu.  Onun  15  üzvü  vardı.  Bitərəflərlə  ―Müsavat‖ın  mövqeləri  bir-birinə 
çox yaxın idi. 
―Müsavat‖la  bitərəflər  bir  fraksiyada  birləşərək,  parlamentdə  hakim 
mövqe tuturdu. Fraksiyanın sədri M. Ə. Rəsulzadə idi. 
Parlamentdə  sollar  ayrıca  fraksiya  təşkil  edirlər.  Bu  fraksiya  menşevik 
―Hümmət‖  qrupu  ilə  eserlərə  yaxın  olan  ―Müsəlman  sosialist  bloku‖nun  ittifaqı 
nəticəsində yaranmışdı. Fraksiyanın 13 nəfər üzvü olmasına baxmayaraq, fəhlə və 
kəndlilər  arasında  böyük  nüfuza malik  idi.  Həmkarlar  İttifaqı  Şurası kimi nüfuzlu 

120 
 
təşkilata,  əslində,  menşeviklər  rəhbərlik  edirdilər.  Sosialist  fraksiyasının  sədri 
Səməd ağa Ağamalı idi. 
Sosialistlər  Azərbaycanın  suverenliyinə  tərəfdar  olsalar  da,  onu 
bolşeviklərsiz,  demokratik  Rusiyanın  tərkibində  görmək  istəyirdilər.  Onlar 
parlamentdən öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə edirdilər. 
Sosialistlər söz, mətbuat, ittifaq və digər azadlıqlar, 8 saatlıq iş günü, uşaq 
və  qadın  əməyinin  mühafizəsini,  torpaqların  kəndlilər  arasında  bölüşdürülməsini, 
Müəssislər məclisinin tezliklə çağırılmasını və s. irəli sürürdülər. 
―İttihad‖  partiyasının  parlamentdə  13  deputat  yeri  vardı.  İttihadçı  sağlar 
parlamentdə  ayrıca  fraksiya  təşkil  edirdilər.  Onlar  mülkədar-klerikal  dairələrin 
mənafeyini  müdafiə  edirdilər.  İttihadçılar  ―İslam  sosializmi‖  prinsiplərinə  uyğun 
islahatlar  aparılmasına  tərəfdar  idilər.  ―İttihad‖  fraksiyasının  sədri  Qara  bəy 
Qarabəyli  idi.  Bu  fraksiya  hakim  ―Müsavat‖  və  bitərəflər  fraksiyasının  barışmaz 
rəqibi olmuşdur. 
Rus  partiyaları,  rus  və  erməni  milli  şuralar,  əslində,  Azərbaycan 
respublikasının suverenliyini tanımır, parlamenti baykot etmişdilər. Odur ki, rus və 
erməni millətləri  üçün  ayrılmış  31  deputat  yerinin  yarısı  boş  qalmışdı.  Parlamenti 
baykot  etmiş  bolşeviklərin  təsiri  altında  olan  Bakı  həmkarlar  təşkilatı  özünün  üç 
nümayəndəsini seçib göndərməmişdi. 
Deputatların parlament təcrübəsi çatışmırdı. Milli Şura üzvlərindən fərqli 
olaraq  seçilmiş  deputatların  çoxunun nə  siyasi hazırlığı, nə  də  aydın proqramları 
vardı.  Bu  hal  parlamentin  işini  çətinləşdirirdi.  Parlamentdə  qanun  və  qərar 
layihələri  səs  çoxluğu  ilə  qəbul  olunurdu.  Lakin  parlamentin  çoxmillətli  olması 
nəticəsində çox zaman yekdil fikrə gəlmək çətinləşirdi. Üç yüz qanun layihəsinin, 
demək olar ki, 1/3 hissəsi yenidən işlənilmək üçün komissiyalara geri qaytarılmış, 
ya da rədd edilmişdi. 
Parlamentdə  rəsmi  dil  Azərbaycan  türkcəsi  idi.  Qeyri-azərbaycanlı 
deputatlar rus dilində çıxış etmələrinə baxmayaraq, bu sənədlər Azərbaycan dilində 
tərtib edilirdi. 
Parlamentin 140-a yaxın iclası keçirilmişdi (sənədə bax). 
1918-ci  il  dekabrın  26-da  F.  Xoyski  yeni  koalisyon  hökümətin  tərkibini 
parlamentə  təqdim  etdi.  O,  hökümət  proqramı  ilə  çıxış  edərək  göstərdi  ki, 
hökümətin əsas vəzifəsi Azərbaycanın müstəqilliyini qorumaqdır. 
Hökümətin  tərkibində  14  nazir  vardı.  ―Slavyan-Rus  Cəmiyyəti‖ndən  üç 
nazir daxil idi. Ermənilər onlara təklif  olunan iki nazir vəzifəsindən imtina etdilər. 
Baş nazir F. Xoyski eyni zamanda xarici işlər naziri, N. Yusifbəyli maarif və dini 
etiqad naziri, general S. Mehmandarov hərbi nazir oldu. 
Dekabrın  28-də  general  Tomson  xüsusi  bəyənatla  elan  etdi  ki,  ingilis 
komandanlığı  ―bu  hökümətə  tamamilə  tərəfdar  olacaqdır‖.  Həmin  bəyənatdan 
sonra Azərbaycan istiqlalının düşmənləri daha da qızışdılar. 

121 
 
―Rus  Milli  Şurası‖  Azərbaycan  hökümətini  tanımaq  haqqında  general 
Tomsonun təklifini rədd etdi. 
1919-cu il yanvarın əvvəlində L. Biçexarov başda olmaqla ―Qafqaz-Xəzər 
höküməti‖  deyilən  bir  təşkilat  yaradıldı.  Bişeraxovun  məqsədi  Azərbaycanda 
hakimiyyəti  zorla  ələ  almaq  idi.  Erməni  silahlı  dəstələri  Biçeraxovun  dövlət 
çevrilişi  cəhdinin  zorla  üstü  açıldıqdan  sonra,  Azərbaycan hökümətinin  təkidi  ilə 
ingilislər  Biçeraxovun  qoşunlarını  24  saat  içərisində  şəhərdən  çıxartdılar,  erməni 
dəstələri isə tərk-silah edilib buraxıldı. 
İngilislər  bilavasitə  özlərinin  nəzarəti  altında  olan  bir  sıra  sahələri,  o 
cümlədən,  şəhər  polisini,  maliyyə  idarələrini,  mətbuatı,  Bakı  dəniz  portunu  milli 
hökümətin ixtiyarına verdilər. 
1919-cu  ilin  aprelində  Bakıda  ingilis  general-qubernatorluğu  ləğv  edildi. 
Həmin  ay  hərbi  nazirlik  və  milli  qoşun  hissələri  Gəncədən  Bakıya  qaytarıldı. 
Beləliklə,  dövlət  aparatı  demək  olar  ki,  özünün  bütün  funksiyaları  ilə  yenidən 
Respublika hökümətinin əlinə keçdi. 
İngilislərin davranışındakı dəyişiliklərlə əlaqədar olaraq, M. Ə. Rəsulzadə 
deyirdi  ki,  ―ingilislərin  bu  davranşı,  neftin  müstəqil  Azərbaycan  hökümətinin 
əlində  olması  və  ümumiyyətlə  Azərbaycanın  Rusiyadan  ayrılması  ingilislər  üçün 
sərfəli idi. 
Aprelin 14-də N. Yusifbəylinin başçılığı ilə yeni hökümət təşkil edildi. Bu 
hökümət əvvəlkindən daha radikal idi. N. Yusifbəyli bir il Nazirlər Şurasının sədri 
olmuşdur.  Yeni  baş  nazir  hökümət  proqramı  ilə  çıxış  edərək  bildirdi  ki, 
Azərbaycanın iri  dövlətlər tərəfindən  tanınmasına,  ölkənin bütövlüyünün  qorunub 
saxlanmasına,  qonşu  dövlətlərlə  mehriban  əlaqələrin  yaradılmasına  nail  olmaq 
onun xarici siyasət xəttinin əsasını təşkil edir. 
Mayın 28-də Azərbaycan müstəqilliyinin birinci ildönümü bayram edildi. 
Kəndlərdə  sosial-iqtisadi  problemlərin  həllinə  kömək  məqsədilə  kiçik 
kredit idarələri yaradıldı. 
İqtisadiyyatın  dirçəldilməsi  sahəsində  müəyyən  işlər  görüldü.  Neft 
sənayesi  dağıntılar  girdabından  çıxarıldı.  Bakı-Batum  neft  kəməri  yenidən  işə 
salındı.  Culfa  –  Ələt  dəmir  yolunun  tikintisinə  başlandı.  Kür  çayı  üzərində 
körpünün tikintisi başa çatmaq üzrə idi. 
1919-cu  ilin  iyulun  21-də  parlament  ―Azərbaycan  Müəssislər  məclisinə 
seçkilər haqqında  Əsasnamə‖  qəbul  etdi.  Əsasnaməyə  görə,  Müəssislər məclisinə 
seçkilərdə  cinsindən,  dilindən,  dinindən, milliyətindən asılı  olmayaraq, 20  yaşına 
çatmış bütün Respublika vətəndaşları iştirak edə bilərdilər. Seçkilər məclisinə 120 
üzv seçməli idilər. Seçkilər 1920-ci il aprelin 20-nə təyin edildi. 
Avqustun  11-də  ―Azərbaycan  vətəndaçlığı  haqqında  Qanun‖  qəbul 
olundu.  Bu  qanuna  əsasən  Azərbaycan  Respublikası  ərazisində  doğulmuş  keçmiş 
Rusiya  imperiyası  vətəndaşları  və  onların  valideynləri  milliyətindən  və  dinindən 
asılı olmayaraq, Azərbaycan vətəndaşı hesab edilirdi. 

122 
 
Azərbaycan Respublikasının pul və poçt markaları dövriyyəyə buraxıldı.  
1919-cu il 1 sentyabr tarixli qanunla Bakı Dövlət Universiteti təsis edildi. 
1919-cu  ilin  yazından  Azərbaycanda  ingilislərin  mövqeləri  zəifləməyə 
başladı. 
Xalqın  yadellilərə  qarşı  mübarizəzi  xeyli  gücləndi.  İngilis  əsgərləri  və 
matrosları  həmin  dövrdə  İran,  Türkiyə,  Hindistan,  Misir  və  Şərqin  digər 
müstəmləkə və asılı ölkələrində ingilislərə qarşı milli-azadlıq hərəkatı geniş vüsət 
aldı. Bu hərəkatı yatırtmaq üçün ingilislərə çoxlu hərbi qüvvə lazım idi. İngiltərə 
Zaqafqaziyanın öz qoşunlarını tədricən çıxarmağa məcbur oldu. 
1919-cu  ilin  ortalarına  doğru  ölkə  daxilində  mövqelərini  xeyli 
möhkəmləndirən  Azərbaycan  hökümətinin  beynəlxalq  əlaqələri  canlandı.  Paris 
sülh  konfransında  müvəffəqiyyətlə  danışıqlar  aparırdı.  İngilislər  mövcud 
reallıqlarla hesablaşmalı  oldular.  Onlar avqustun axırınadək  Azərbaycan  ərazisini 
bütünlüklə  tərk  etdilər.  Beləliklə,  Azərbaycan  Respublikası  yenidən  tam 
müstəqillik əldə etdi. 
Azərbaycan Respublikası xarici siyasətinin başlıca məqsədi respublikanın 
suverenliyinin digər dövlətlər tərəfindən tanınmasına nail olmaqdan ibarət idi.  Bu 
məsələ, əslində, Parisdə çağırılmış sülh konfransında həll edilirdi. 
Azərbaycan  parlamentinin  ilk  iclaslarının  birində  Paris  sülh  konfransına 
yollanacaq  nümayəndə  heyətinin  tərkibi  müəyyən  edildi.  Bir  sıra  partiya  və 
qrupların  daxil  olduğu  nümayəndə  heyəti  yaradıldı.  Parlamentin  sədri  Ə.  M. 
Topçubaşov nümayəndə heyətinin başçısı təyin edildi. 
1919-cu il  yanvarın 20-də  İstanbula  çatan  Azərbaycan nümayəndə heyəti 
Fransa hökümətindən Parisə getməyə icazə almaqdan ötrü üç aydan artıq gözləməli 
oldu. Nümayəndə heyəti yalnız mayın əvvəlində Parisə gəlib çatdı. 
Paris  sülh  konfransı  dünyanın  müharibədən  sonrakı  siyasi  vəziyyətini 
nizama  salmaq  məqsədilə  çağırılmışdı.  Konfransda  27  ölkə  iştirak  edirdi.  Bütün 
mühüm məsələlər İngiltərə, Fransa və ABŞ tərəfindən həll edilirdi.  
Konfrans keçmiş Rusiya dövlətinin bölünməzliyini təsdiq etdi. Antantanın 
bu qərarı Rusiyadan ayrılaraq öz müstəqilliyini elan etmiş Azərbaycan, Gürcüstan, 
Ukrayna və başqa respublikaların ciddi etirazına səbəb oldu. 
1920-ci  il  yanvarın  11-də  Paris  kofransının  ali  şurası  Azərbaycanın, 
Gürcüstanın, az sonra isə Ermənistanın suverenliyini de-fakto tanıdı. Azərbaycanın 
suverenliyinin  tanınması  xəbəri  martın  14-də  Bakıya  çatdı.  Bu  tarixi  hadisə 
münasibətilə ümumi amnistiya elan edildi, Bakıda hərbi parad keçirildi. 
Azərbaycan  Demokratik  Respublikası  ilə  Sovet  Rusiyası  arasında 
münasibətlərin normal inkişafı hər iki ölkə üçün sərfəli idi. Uzun illər bu ölkələri 
möhkəm iqtisadi əlaqələr bağlamışdı. 
1920-i  il  yanvarın  2-də,  Sovet  qoşunları  denikinçiləri  cənuba  doğru 
sıxışdıran  zaman,  G.  B.  Çiçerin  Azərbaycan  hökümətinə  nota  göndərdi.  O,  ―nə 

123 
 
qədər ki, gec deyil, Denikinə qarşı mübarizəyə başlamağı‖ məsləhət görür və hərbi 
ittifaq bağlamağı təklif edirdi.  
Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  F.  Xoyski  bu  notaya 
cavabında göstərdi ki, ―Azərbaycan xalqı başqa xalqların daxili işlərinə qarışmır‖. 
Yanvarın  23-də  və  fevralın  20-də,  Qızıl  Ordu  hissələri  artıq  Dağıstan 
sərhədlərinə  gəlib  çatan  zaman,  Sovet  hökümətinin  daha  iki  notası  alındı. 
Azərbaycan  höküməti  öz  növbəsində  bildirdi  ki,  ―Sovet  Rusiyası  ilə  Azərbaycan 
Respublikası arasında hər hansı məsələ üzrə hər cür danışıqlar yalnız Azərbaycan 
Respublikasının  müstəqilliyi  və  suverenliyinin  Sovet  hökuməti  tərəfindən  qeyd-
şərtsiz tanınması əsasında aparıla bilər‖. Sovet hökuməti F. Xoyskinin 1920-ci il 9 
mart tarixli axırıncı notasına heç cavab da vermədi. 
Sovet  Rusiyası  özünün  Zaqafqaziyadakı  planlarını həyata  keçirən  zaman 
buradakı  bolşevik  təşkilatlarına  arxalanırdı.  PK  (b)P  bolşeviklərin  milli  zəmində 
fəaliyyətini 
canlandırmaq  məqsədilə  ―müstəqil‖  Azərbaycan  kommunist 
partiyasının təşkilinə icazə verdi. 
1920-ci  il  fevralın  11-12-də  PK(b)P-nin  Bakı  komitəsi,  ―Hümmət‖  və 
iranlı  fəhlələrin  ―Ədalət‖  partiyası  birləşərək,  Azərbaycan  Kommunist 
(bolşeviklər) Partiyasını yaratdılar. Ak(b)P Mərkəzi Komitəsi Prezidiumunun sədri 
Mirzə  Davud  Hüseynov  təsdiq  olundu.  Lakin  partiyaya  faktik  olaraq,  A.  İ. 
Mikoyan  rəhbərlik  edirdi.  AK(b)P  Mərkəzi  Komitəsi  ―müstəqil  Azərbaycan‖ 
şüarına qarşı ―müstəqil Sovet Azərbaycanı‖ şüarını irəli sürdü. 
Rusiyanın  dövlət  xadimləri  arasında  bir  qismi,  hətta,  Azərbayanın 
suverenliyinin  tanınmasına  tərəfdar  idi.  RSFSR  Xalq  Xarici  İşlər  Komissarlığı 
sorğu  göndərərək,  bu  məsələyə  AK(B)P  Mərkəzi  Komitəsinin  münasibətini 
öyrənmək  istədi.  Mərkəzi  Komitə  Azərbaycan  Respublikasının  suverenliyi 
əleyhinə  olduğunu  bildirdi.  Rusiyada  yaşayan  Azərbaycan  bolşevikləri  də  eyni 
mövqedə  dayandılar.  Bundan  sonra,  Sovet  höküməti  Azərbaycan  Respublikasının 
suverenliyini tanımamaq haqqında qərar qəbul etdi. 
1920-ci  ilin  əvvəllərində  Azərbaycan  Respublikasının  beynəlxalq 
vəziyyəti  normal  hala  düşmüşdü.  O,  Gürcüstan,  Ermənistan,  İran  və  Türkiyə  ilə 
diplomatik  əlaqələr  saxlayırdı.  İranın  bir  sıra  şəhərlərində,  Batumda,  Kiyevdə, 
Aşqabadda,  Krımda  və  başqa  yerlərdə  Azərbaycanın  baş  konsulluqları  və  konsul 
agentlikləri  açılmışdı.  Azərbaycanda  iyirmiyə  yaxın  xarici  ölkənin,  o  cümlədən, 
Gürcüstan,  Ermənistan,  Fransa,  İngiltərə,  İtaliya,  ABŞ  və  Polşanın  müxtəlif 
səviyyəli  rəsmi  nümayəndəlikləri  fəaliyyət  göstərirdi.  Azərbaycan  Demokratik 
Respublikasının  suverenliyini,  Sovet  Rusiyası  və  Ermənistan  istisna  edilməklə, 
çoxlu  dövlət,  hətta  Denikin  də  tanımışdı.  Apreldən  başlayaraq,  Fransa,  İngiltərə, 
İtaliya, 
ABŞ 
və 
Polşanın 
paytaxtlarında 
Azərbaycanın 
diplomatik 
nümayəndəliklərinin yaradılması planlaşdırılmışdı. 
Biirnci dünya müharibəsi dövründə Azərbaycan iqtisadiyyatında başlanan 
tənəzzül  sonrakı  illərdə  daha  da  dərinləşdi.  Neft  sənayesi  böhran  içərisində  idi. 

124 
 
Neft  ixracatı  son  dərəcə  azalmışdı.  İqtisadi  sabitliyin  pozulması  əhalinin  sosial 
vəziyyətinə ağır təsir göstərdi. 
Müəssisələrin  bağlanması  və  istehsalın  ixtisar  edilməsi  nəticəsində  hər 
gün onlarla, yüzlərlə fəhlə işdən çıxarılırdı. 
1918-ci  ilin    sonlarından  Azərbaycanda  fəhlə  hərəkatı  canlandı.  Bir  sıra 
şəhərlərdə həmkarlar təşkilatları yenidən fəaliyyətə başladı. 
Dekabrın  15-də,  fabrik-zavod  komitələri  və  mədən-zavod  komitələri 
tərəfindən  seçilib  göndərilmiş    nümayəndələrin  konfransında  Bakı  Mərkəzi  Fəhlə 
konfransı  adlı  təşkilat  yaradıldı.  Bakı  Mərkəzi  Fəhlə  konfransı  fəhlələrin  daimi 
fəaliyyət göstərən ali orqanı idi. 
Dekabrın 24-də başlanan tətildə Bakının 28 müəssisəsinin 12 min fəhləsi 
iştirak  edirdi.  Dekabrın  27-də  tətil  fəhlələrin  qələbəsi  ilə  başa  çatdı.  Bakıda, 
Nuxada, Gədəbəydə tətillər oldu. 
Bakı  Sovetinin  süqutundan  sonra  bolşeviklər  gizli  iş  şəraitinə  keçməyə 
məcbur  olmuşdular.  Kəndlilərin  torpaq  uğrunda  mübarizəsi  Azərbaycan 
Demokratik Respublikası dövründə də öz kəskinliyini saxlayırdı. 
1919-cu  ilin  yazında  kəndli  hərəkatı  gücləndi.  Kəndlilər  başlıca  olaraq, 
milli hökümətin aqrar siyasətindən narazı idilər. Bundan sitifadə edən bolşeviklər 
kəndlilər  içərisində  inqilabi  təşviqatı  gücləndirərək,  onları  milli  hökümətə  qarşı 
silahlı mübarizəyə təhrik edirdilər. 
Gəncə  qəzasında  Qatır  Məmmədin  başçılığı  ilə  Goranboy  –  Əhmədli  və 
ətraf  kəndlərin  kəndlilərindən ibarət güclü  partizan  dəstəsi təşkil  edilmişdi.  Qatır 
Məmməd  bolşeviklərlə  əlaqə  saxlayırdı.  Partizan  dəstəsi  mülkədarların 
malikanələrinə  hücum  edir,  telefon  və  teleqraf  xətlərini  kəsir,  dəmir  yolunda 
qatarların hərəkətini pozur, hökümət və ingilis qoşunlarına qarşı vuruşurdu. 1919-
cu il sentyabrın 18-də Qatır Məmməd həlak oldu və onun dəstəsi dağıldı. 
1920-ci  ilin  əvvəllərində  Azərbaycan  Demokratik  Respublikasının  daxili 
və xarici vəziyyəti xeyli ağırlaşdı. İqtisadiyyatın tənəzzülü davam edirdi. 
Ermənistanın 
nümayəndələri 
Moskvaya 
gedərək 
Azərbaycan 
Respublikasını devirməkdə Sovet Rusiyasına kömək göstərməyə hazır olduqlarını 
bildirdilər. Onlar bunun müqabilində bir sıra Azərbaycan ərazilərinin Ermənistana 
verilməsini tələb etdilər. 
Aprelin  27-də  səhər  XI  Qızıl  Ordunun  72  min  nəfərdən  ibarət  hərbi 
hissələri,  müharibə  elan  etmədən,  Azərbaycan  Respublikasının  dövlət  sərhəddini 
keçdi və ciddi müqavimətə rast gəlməyərək, Bakı üzərinə irəliləməyə başladı. 
Aprelin  27-də,  axşam  saat  11-də,  Azərbaycan  parlamenti  altı  şərt  irəli 
sürərək, hakimiyyəti kommunistlərə təhvil verdi. 
Aprelin  28-də,  Azərbaycan  Sovet  Sosialist    Respublikası  elan  edildi. 
Ertəsi  gün  hərbi  yardım  göstərilməsi  barədə  Sovet  Rusiyasına  rəsmi  müraciət 
olundu.  Halbuki  bu  zaman rus  ordusu  artıq iki  gün idi ki, Azərbaycan  ərazisində 
idi. 

125 
 
IV FƏSĠL 
 
XX ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ AZƏRBAYCAN MƏDƏNĠYYƏTĠ 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin