Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


Nizami polis hissələrinin və DYP bölümlərinin xidməti fəaliyyətinə nəzarətin təşkili və həyata keçirilməsi



Yüklə 170,87 Kb.
səhifə19/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
16. Nizami polis hissələrinin və DYP bölümlərinin xidməti fəaliyyətinə nəzarətin təşkili və həyata keçirilməsi

 

16.1. YPX-nin aparılmasına nizami polis hissələrinin komandirləri, onun müavinləri, DYP bölümlərinin rəisləri, DİN BDYPİ-nin, Bakı şəhər BPİ DYP İdarəsinin funksional vəzifələrində nəzərdə tutulmuş əməkdaşları və DİN rəhbərliyinin tapşırığı ilə digər xidmətlərin əməkdaşları tərəfindən açıq və gizli yoxlamaların keçirilməsi yolu ilə nəzarət edilir.



16.2. Yoxlama keçirən şəxs əməkdaşların qarşısında duran vəzifələri, xidmətin təşkili və aparılması qaydasını, eləcə də yoxlanmalı olan patrul postu və ya marşrutunun ərazisindəki əməliyyat vəziyyətini bilməlidir.

16.3. Açıq yoxlamalar zamanı yoxlama keçirən özünü təqdim etməli, xidməti vəsiqəsini göstərməlidir. Yoxlanılan əməkdaşlar yoxlama keçirənin gəlməsi haqqında dərhal növbətçi hissəyə məruzə edir.

16.4. YPX inspektorlarının xidməti fəaliyyətini yoxlayan əməkdaşlar aşağıdakılara xüsusi diqqət yetirməlidirlər:

1) əməkdaşın xarici görünüşü, təchizat (xidməti vəsiqənin, silahın, əməliyyat-texniki və xüsusi vasitələrin, jezlin, fitin, xidməti sənədlərin, ekipirovkasının tamlığının və s. olması);

2) xidməti vəzifələri, təlimatlandırma zamanı və xidmət aparılması prosesində alınmış göstərişlər ilə bağlı bilgilər və onların yerinə yetirilməsinin vəziyyəti;

3) xidmət aparılan patrul postu, marşrutunda əməliyyat şəraitini, qəzalılıq vəziyyətini və həmin sahədə xidmət aparılmasının xüsusiyyətləri ilə bağlı məlumatlara malik olması;

4) YPX inspektorlarının fəaliyyətini nizamlayan hüquqi aktlarla bağlı bilgilər, onların müddəalarını rəhbər tutmaq bacarığı;

5) təhkim edilmiş patrul nəqliyyatının mövcudluğu, saz vəziyyətdə olması və xarici görünüşü;

6) xüsusi texniki vasitələrdən istifadə etmək bacarığı;

7) patrul postu və marşrutunda əməkdaşın işinin təşkili və effektivliyi;

8) hərəkətə nəzarətin forma və metodlarının optimal seçimi, yol hərəkəti iştirakçıları tərəfindən törədilmiş qanun pozuntularının aşkarlanması və qarşısının alınması ilə bağlı taktiki üsulların tətbiqi;

9) texniki vasitələrin köməyi ilə yol hərəkətinin tənzimlənməsini təmin etmək bacarığı;

10) mürəkkəb yol və əməliyyat şəraitində hərəkət etmək bacarığı;

11) inzibati hüquq pozuntuları haqqında tərtib olunmuş inzibati materialların tamlığı və qanunauyğunluğu;

12) hərəkət iştirakçıları ilə qarşılıqlı münasibəti;

13) hərəkəti əl ilə nizamlamaq bacarığı.

16.5. Aşkar yoxlama zamanı xidmətin aparılmasında çatışmazlıqların aşkarlandığı halda yoxlayan şəxs yerində onların aradan qaldırılması üçün tədbirlər görməli və əməkdaşa (naryada) əməli köməklik göstərməlidir. Yoxlamanın nəticələri ilə bağlı müəyyən olunmuş qaydada arayış və ya raport tərtib edilir.

16.6. Aşkar yoxlama aşağıdakı müddətlərdə aparılır:

1) alay və bölük komandirləri, onların xidmət üzrə müavinləri tərəfindən rübdə bir dəfədən az olmayaraq;

2) taqım komandirləri, DYP bölümlərinin rəisləri tərəfindən gündəlik;

3) DİN BDYPİ rəhbərliyi tərəfindən tələbata uyğun olaraq məhdudiyyət qoyulmur.

16.7. Gizli yoxlama zamanı yoxlayıcı inspektorların hərəkətinə gizli nəzarət edir. Bu zaman yoxlamanın müddəti kifayət qədər uzun olmalıdır ki, YPX inspektorunun yol hərəkətinə nəzarət, xidmətin qanunauyğun aparılması müəyyənləşdirilə bilsin. //çıxarılıb//

16.8. Gizli yoxlamalar DİN-in və BDYPİ-nin rəhbərliyinin göstərişinə müvafiq olaraq həyata keçirilir.

16.9. Yoxlamaların nəticələri //çıxarılıb// təlimatların keçirilməsi zamanı əməkdaşların diqqətinə çatdırılır, eləcə də ayda bir dəfədən az olmayaraq xidməti müşavirələrdə müzakirə olunur.

16.10. YPX-nin aparılmasının yoxlamaları//çıxarılıb// planlı qaydada və yuxarı vəzifəli şəxs tərəfindən təsdiq olunmuş xidməti tapşırığa müvafiq olaraq həyata keçirilir. Yoxlamanın nəticəsi barədə arayış tərtib olunaraq xidməti tapşırığı təsdiq edən yuxarı vəzifəli şəxsə məruzə olunur.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin