Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


Xüsusi şəraitdə nizami polis hissələrinin və DYP bölümlərinin fəaliyyətinin təşkili



Yüklə 170,87 Kb.
səhifə17/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   13   14   15   16   17   18   19   20   ...   32
14. Xüsusi şəraitdə nizami polis hissələrinin və DYP bölümlərinin fəaliyyətinin təşkili

 

14.1. Kütləvi tədbirlərin keçirilməsi və fövqəladə vəziyyət rejiminin təmin edilməsi zamanı hərəkət təhlükəsizliyi və ictimai asayişin təmin edilməsi yol polisi tərəfindən polisin post-patrul xidmətinin nizamnaməsinə müvafiq olaraq və DİN-in, ərazi daxili işlər orqanlarının xüsusi planlarına əsasən həyata keçirilir. Planlaşdırılmış tədbirlərin həyata keçirilməsi zamanı DYP-nin qüvvə və vasitələrinin bölüşdürülməsi nizami hissələrin (ərazi polis orqanlarının) rəhbərliyi tərəfindən əməliyyat planlarına müvafiq olaraq həyata keçirilir.



14.2. Razılaşdırılmamış kütləvi tədbirlər keçirilərkən, o cümlədən avtomobil yolları və digər obyektlərin bağlanması ilə müşayiət olunan hərəkətlər, həmçinin kütləvi iğtişaşlar zamanı zəruri sayda yol polisi naryadlarının ayrılmasını daxili işlər orqanlarının rəisi (əməliyyat qərargahının rəhbəri) müəyyən edir.

14.3. Yaranan şəraiti nəzərə alaraq, patrul post və marşrutlarının dislokasiyasına fövqəladə vəziyyət rejiminin təmin edilməsinə görə cavabdehlik daşıyan rəhbərlə razılaşdırılmaqla dəyişikliklər edilə bilər.

14.4. Təbii fəlakətlər, epizotiyalar, iri istehsalat qəzaları, yanğın və digər fövqəladə hadisələr zamanı yol polisi əməkdaşları əməliyyat, qəza-xilasetmə xidmətləri avtomobillərinin maneəsiz keçməsinə yardım edir, ictimai asayişin bərpa olunması və qorunması, insanlar və əmlakın xilas edilməsi, xəsarət alanlara zəruri yardımın göstərilməsi, sahibsiz qalmış əmlakın mühafizəsi ilə bağlı tədbirlər həyata keçirir.

14.5. Təbii fəlakətlər nəticəsində yol hərəkətində yaranmış maneələr zamanı YPX inspektoru bu barədə növbətçi hissəyə məruzə edir, sürücülərin təhlükə haqqında xəbərdar olunması üçün tədbirlər görür. Zəruri olduqda müvəqqəti olaraq hərəkəti məhdudlaşdırır və ya qadağan edir, nəqliyyat vasitələrini təhlükəli sahənin yanından keçməklə istiqamətləndirilməsini, xəsarət alanlara yardım göstərilməsini təşkil edir.

14.6. Təhlükəli yük daşıyan nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş YNH yerində YPX inspektoru ilk növbədə hadisənin yeri və vaxtı, onun səbəbi və nəticələri (nəqliyyat vasitəsinin texniki nasazlığı, qablaşdırılmış yükün dağılması, təhlükəli yükün yerləşdirildiyi qabın zədələnməsi), zərərçəkənlərin sayı, onların aldığı xəsarətlərin xarakteri, təhlükəli yükün sinfi və miqdarı barədə növbətçi hissəyə məlumat verir və bundan sonra onun göstərişinə uyğun hərəkət edir və imkan daxilində bu barədə aidiyyəti dövlət qurumlarına məlumat verir.

14.7. Avtomobil yolunda və ya ona bitişik ərazidə yanğın baş verdikdə YPX inspektoru dərhal növbətçi hissəyə və imkan olduqda Fövqəladə Hallar Nazirliyinə məlumat verir, mümkün olduqda yanğının söndürülməsi üçün tədbirlər görür, nəqliyyat vasitələrinin yanğın baş verdiyi ərazidən kənarlaşdırılmasını və yanğınsöndürən avtomobillərin maneəsiz gəlişini təmin edir.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin