Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


Şəxsi təhlükəsizliyin təmin olunması tədbirləri



Yüklə 170,87 Kb.
səhifə16/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
13. Şəxsi təhlükəsizliyin təmin olunması tədbirləri

 

13.1. Yol hərəkətinə nəzarət edərkən YPX inspektoru aşağıdakı əsas şəxsi təhlükəsizlik tədbirlərinə riayət etməlidir:



1) xidmət aparılması yerini elə seçmək lazımdır ki, yol hərəkəti iştirakçıları üçün aydın görünən olsun və qanun pozuntularının qarşısını vaxtında almaq imkanına malik olsun;

2) sutkanın qaranlıq vaxtında və ya məhdudiyyətli görünmə şəraitində xidməti yolun işıqlandırılmış sahələrində aparmaq, işıq verən jezl və işığı əks etdirən ləvazimata malik olmaq;

3) yol örtüyünün sürüşkən sahələrində dayanmaqdan çəkinmək;

4) sutkanın qaranlıq vaxtında nəqliyyat vasitəsinin dayandırılması məqsədilə yolun işıqlı sahəsini seçmək, bunun mümkün olmadığı halda patrul nəqliyyatının xarici işıq siqnallarından istifadə etməklə yanaşı qırmızı və ya göy sayrışan işıq siqnalını işlək vəziyyətdə saxlamalı;

5) dayandırılmış nəqliyyat vasitəsinin yanında elə dayanmaq lazımdır ki, sürücünün sərt şəkildə qapını açmaqla və ya gözlənilmədən hərəkətə başlamaqla YPX inspektoruna zərbə vurmasının mümkünlüyü istisna olunsun;

6) nəqliyyatın hərəkəti üçün maneə və ya şəxsi təhlükəsizlik üçün təhlükə yaratdığı hallarda yolun hərəkət hissəsində qanun pozuntusunun araşdırılmasına və ya sənədləşdirilməsinə yol verməmək;

7) nəqliyyat vasitələrinin saxlandığı halda hərəkət edən patrul nəqliyyatında xüsusi səs və işıq siqnallarından istifadə etmək.

13.2. Patrul nəqliyyatını saxlanılan nəqliyyat vasitəsinin arxasında saxlamalı, saxlanılmış nəqliyyat vasitəsinin önündə və ya arxasında durmaq tövsiyə olunmur. 

13.3. Sənədlərin yoxlanması prosesində YPX inspektoru özü və sürücü arasında təhlükəsiz məsafə seçməli, arxasını ona çevirməməli, nəqliyyat vasitəsində və onun yanında olan şəxslərə nəzarət etməlidir. Naryadda olan digər YPX inspektoru onlara nəzarəti təmin etməyə imkan verən mövqe tutmalıdır.

13.4. Axtarışda olan nəqliyyat vasitəsinin, cinayət törədilməsində şübhəli bilinən şəxslərin aşkarlandığı halda naryadda olan əməkdaşlar konkret vəziyyətdən asılı olaraq, silahın və ya digər əşyaların aşkar olunması məqsədilə nəqliyyat vasitəsinə baxış və ya saxlanılanlara şəxsi baxış keçirilməsi zamanı zəruri ehtiyat tədbirləri görməlidirlər.

13.5. Nəqliyyat vasitəsinə baxışı sürücü və sərnişinlərin avtomobilin salonunu tərk etməsindən və onların davranışına yol-patrul xidməti inspektorlarından biri tərəfindən nəzarətin edilməsindən sonra həyata keçirmək lazımdır.

13.6. Hadisə yerinə baxış keçirilən zaman yol hərəkəti qaydalarında nəzərdə tutulmuş qəza siqnal vasitələrinin qoyulmasını təmin etmək, zəruri olduqda əlavələrini qoymaq, eləcə də xüsusi işıq siqnallarını yandırmaq, naryadın tərkibində olan əməkdaşlar bir-birinin qarşılıqlı təhlükəsizliyini təmin etməlidirlər.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin