Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


Yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibət



Yüklə 170,87 Kb.
səhifə14/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   10   11   12   13   14   15   16   17   ...   32
11. Yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibət

 

11.1. YPX inspektorunun yol hərəkəti iştirakçıları ilə qarşılıqlı münasibəti qanunçuluğa ciddi riayət olunması, öz vəzifələrinin dəqiq icra olunması, qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasında möhkəmlik, qətiyyət və prinsipiallığın vətəndaşlara qarşı diqqətli, hörmətli və xeyirxah münasibətlə uyğunlaşmasına əsaslanmalıdır.



11.2. Yol hərəkəti iştirakçılarına müraciət edərkən YPX inspektoru sağ əlini baş geyiminə yaxınlaşdıraraq, hərbi təzim qaydasında salam verib öz vəzifəsini, xüsusi rütbəsi və soyadını deməklə, özünü təqdim etməli, nəqliyyat vasitəsinin saxlanması səbəbini bildirməlidir. Vətəndaşların müraciət etdiyi halda, əməkdaş eyni tələbləri yerinə yetirərək //çıxarılıb// yardım göstərməli, //çıxarılıb// qoyulmuş məsələnin həlli üçün hara müraciət etməyin lazım gəldiyini izah etməlidir.

11.3. Vətəndaşlarla söhbət zamanı yol polisi əməkdaşları sakitlik və təmkin nümayiş etdirməli, mübahisələrə girməməli, soyuqqanlılığını itirməməli, kobudluğa kobudluqla cavab verməməlidir.

11.4. YPX inspektorunun hərəkətləri yol hərəkəti iştirakçılarına aydın olmalı, sürücülərə siqnallar isə onların məcburən digər nəqliyyat vasitələrinin hərəkətinə maneələr yaratmasına yol verməmək üçün (qəflətən əyləcin basılması, manevr etmək zərurəti) vaxtında verilməlidir.

11.5. YPX inspektoru nəqliyyat vasitəsini saxladıqda yubanmadan sürücüyə yaxınlaşmalı və saxlama səbəbini izah etməli və bundan sonra saxlama səbəblərindən, yol hərəkəti iştirakçılarının vəziyyəti və davranışından asılı olaraq hərəkət etməlidir.

11.6. YPX inspektoru aşağıdakı hallarda sürücüyə nəqliyyat vasitəsinin kabinəsindən (salonundan) çıxmağı təklif edə bilər:

1) nəqliyyat vasitəsinin texniki nasazlığının və ya yükün daşınması qaydalarının pozulması hallarının aradan qaldırılması üçün;

2) sürücünün sərxoş vəziyyətdə olduğunu ehtimal etmək üçün kifayət qədər əsasın olduğu halda;

3) nəqliyyat vasitəsinin aqreqat və detallarının nömrələrinin qeydiyyat sənədlərindəki qeydlərlə sürücünün iştirakı ilə tutuşdurulması üçün;

4) nəqliyyat vasitəsi və yükə baxış keçirilməsi üçün;

5) sürücü və ya sərnişinlərin cinayət törətməsində şübhəli bilindiyi halda;

6) sürücülərin zəruri sənədlərin rəsmiləşdirilməsi və ya digər yol hərəkəti iştirakçılarına yardım göstərilməsində köməyinin tələb edildiyi digər hallarda.

11.7. Nəqliyyat vasitəsinin sürücüsü onu qaçırmaqda və ya YNH törətməkdə, habelə sərxoş vəziyyətdə olduqda və ya sürücü və sərnişinlərin cinayət törədilməsində şübhəli bilindiyi digər hallarda nəqliyyat vasitəsinin saxlanmasının əsl səbəbini bildirməməlidir. Bu zaman YPX inspektoru öz niyyətinin həqiqi xarakterini büruzə vermədən sürücü ilə danışmaq üçün bəhanə tapmalıdır.

11.8. Sərəncamlar qısa və aydın verilməli, onların ünvanlandığı vətəndaşlar tərəfindən yanlış və ya ikimənalı başa düşülməsinin mümkünlüyü istisna olmalıdır.

11.9. Yol hərəkəti qaydalarını pozan şəxsə onun hərəkətlərinin qeyri-qanuni olmasını öyüd-nəsihətsiz, xeyirxahlıqla, inandırıcı şəkildə və aydın, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun müvafiq tələblərinə və yol hərəkəti sahəsində qüvvədə olan digər normativ-hüquqi aktlara istinad etməklə izah edilməlidir.

11.10. Yanında uşaqlar olan şəxslərə iradları elə bildirmək lazımdır ki, uşaqlar bunu eşitməsin. DYP əməkdaşı yeniyetmələrlə də böyüklərlə olduğu kimi nəzakətlə davranmalıdır. Uşaqlara iradlar onların yaşı və inkişaf səviyyəsini nəzərə almaqla tutulmalıdır.

11.11. Yoxlama zamanı sənədlərlə səliqəli davranmaq, onlarda hər hansı bir qeydlər etmək qadağandır. Sənədlərin arasına pul və qiymətli kağızlar qoyulubsa, sənəd sahibinə onları özünün götürməsini təklif etmək lazımdır. Tərtib olunmuş materiallara əlavə olunan sənədlər cildsiz qəbul edilir.

11.12. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun tələblərinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edərkən YPX inspektoru qaydanı pozan şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 371-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqlarını izah etməlidirlər:

1) işin materialları ilə tanış olmaq, izahatlar vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək;

2) işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək;

3) inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək;

4) ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə tərcüməçinin xidmətlərindən istifadə etmək;

11.13. Münaqişəli vəziyyətlər, iddiaların yarandığı halda və ya yol hərəkəti iştirakçılarının tələbi ilə əməkdaş döş nişanının nömrəsini bildirir və əlindən verməmək şərti ilə xidməti vəsiqəsini təqdim edir, hüquqlarını və hərəkətlərindən şikayət edilməsi qaydasını izah edir, vətəndaşa yazılı formada öz narazılığını bildirməyi təklif edir. Bütün bunlar barədə inzibati hüquq pozuntuları haqqında protokolda qeyd aparılır və əlavə tərtib edilmiş materiallar əsas materiala (protokola) əlavə olunur.

11.14. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.

11.15. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə zərər çəkmiş şəxsin:

1). inzibati xəta haqqında protokolun surətini;

2). inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini;

3) YHQ əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüququ vardır.

11.16. İnzibati xəta haqqında protokol tərtib olunarkən inzibati materialın baxılması yeri haqqında qaydanı pozan şəxsin vəsatəti nəzərə alınmaqla protokolda və müvəqqəti icazə vərəqində onun baxılma yeri göstərilməlidir. Belə materiallar qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılması üçün protokolda qeyd olunan ərazi polis orqanlarına göndərilməlidir.

11.17. Qanun pozuntusunun sənədləşdirilməsi zamanı hərəkət iştirakçısı YPX inspektorunun qanuni tələbini icra etməkdən imtina etdikdə, habelə əsassız iddialar və tələblər irəli sürməklə konfliktli vəziyyət yaratdıqda rəhbər vəzifəli əməkdaşın hadisə yerinə dəvət olunması məqsədi ilə YPX inspektoru növbətçi hissəyə məlumat verir.

11.18. Tərtib edilmiş protokola əlavə olunmuş sürücülük vəsiqəsinin əvəzinə sürücüyə bir ay müddətinə müvəqqəti icazə vərəqi verilir. Sürücü müvəqqəti icazə vərəqini götürməkdən və protokol ilə tanış olmaqdan imtina etdikdə iki hal şahidinin iştirakı ilə protokolda müvafiq qeydlər edilməlidir. Bu halda YPX inspektoru sürücünün avtomobili idarə edərək getməsinə icazə verməməli, sürücülük vəsiqəsi əvəzinə müvəqqəti icazə vərəqini mütləq qaydada götürülməsinin vacibliyini izah etməli, əks halda nəqliyyat vasitəsinin yol hərəkətindən kənarlaşdırılması barədə sürücüyə məlumat verməlidir.

Qeyd: sürücülük vəsiqəsinin, o cümlədən təqdim olunan müvəqqəti icazə vərəqinin etibarlılıq müddəti 1 aydan tez bitdiyi halda müvəqqəti icazə vərəqi həmin müddətə verilir.

11.19. Yol hərəkəti qaydalarının pozuntularının qarşısının alınması zamanı YPX inspektorları vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, onların qanuni hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı üzərinə qoyulmuş vəzifələrdən, yol verilmiş qanun pozuntusunun ciddiliyi və mümkün nəticələrindən çıxış etməlidirlər.

11.20. Zəruri olduğu hallarda YPX inspektoru vətəndaşlara aşağıdakılarla bağlı yardım göstərməlidir:

1) yol-nəqliyyat hadisəsində xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi və ya onların müalicə müəssisələrinə çatdırılması;

2) şəxslərin həyat və sağlamlığına təhlükə yaradan qəsdlərdən müdafiə, eləcə də onların mülkiyyətinin mühafizəsi;

3) xidmət aparılan ərazidə davranış və avtomobillə hərəkət xüsusiyyətlərinin izah olunması;

4) nəqliyyat vasitələrinin texniki nasazlıqlarının mümkün qədər aradan qaldırılması və zədələnmiş nəqliyyat vasitələrinin daşınması.

11.21. YPX inspektorlarının hərəkət iştirakçılarından hər hansı bir qiymətli əşya və ya hədiyyə qəbul etməsi qadağandır.

11.22. YPX inspektoru yolda məcburi dayanmış hərəkətə maneə yaradan nəqliyyat vasitəsi sürücülərinə dayanmanın səbəblərinin aradan qaldırılmasında kömək etməli, lazım gəldikdə digər hərəkət iştirakçılarını da yardım göstərilməsinə cəlb edə bilər. Ümumi istifadədə olan nəqliyyat vasitəsi texniki nasazlıq səbəbindən dayandıqda onun sərnişinlərini eyni istiqamətdə gedən nəqliyyat vasitələri ilə yola salmalıdır.

11.23. YPX inspektoru yolu keçmək istəyən qocalara, əlillərə və uşaqlara köməklik göstərməlidir. Uşaqların tədris müəssisələrinə və geriyə hərəkəti zamanı yolun qəza təhlükəli sahələrində olmalı, onların təhlükəsizliyini təmin etməlidir.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin