Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


Yol-nəqliyyat hadisələri zamanı yol polisi əməkdaşının hərəkətləri



Yüklə 170,87 Kb.
səhifə11/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
8. Yol-nəqliyyat hadisələri zamanı yol polisi əməkdaşının hərəkətləri

 

8.1. YPX inspektoru ona məlum olmuş, patrul postundan və ya marşrutundan kənarda baş verənlər də daxil olmaqla, YNH barədə nizami hissənin və ya daxili işlər orqanının növbətçi hissəsinə məlumat verməli və aldığı göstərişlərə müvafiq olaraq hərəkət etməlidir.



8.2. Hadisə barədə məlumatın bilavasitə hərəkət iştirakçısından aldığı zaman YPX inspektoru onu diqqətlə dinləməli və aşağıdakıları qeyd etməlidir:

1) hadisə haqqında məlumat vermiş şəxsin soyadı, adı, atasının adı, ünvanı və telefon nömrəsi, hadisənin şahidləri barədə məlumatları;

2) hadisənin yeri, vaxtı, növü və hallarını;

3) xəsarət alanlar haqqında məlumatları;

4) xəsarət alanlara tibbi yardımın göstərilməsi haqqında məlumatı;

5) xəsarət alanların hansı müalicə müəssisələrinə və kim tərəfindən göndərilməsini;

6) xəsarət alanların göndərildiyi nəqliyyat vasitələrinin tipi, markası, rəngi və dövlət qeydiyyat nişanı haqqında məlumatları;

7) hadisəyə aidiyyəti olan nəqliyyat vasitələri xəsarət almayan sürücülər, sərnişinlər, piyadalar və yol hərəkətinin digər iştirakçıları haqqında məlumatları.

8.3. İnsanların xəsarət alması və ya həlak olması ilə nəticələnən YNH yerinə çatdıqda YPX inspektoru əməliyyat-istintaq qrupu gələnədək:

1) xəsarət alanların sayını müəyyənləşdirir, onların vəziyyətinin ağırlıq dərəcəsini qiymətləndirir, təcili tibbi yardım çağırır, o gələnədək və ya çağırmaq imkanının olmadığı halda xəsarət alana şəxsən ilk tibbi yardım göstərir və zəruri olduqda onların tibb müəssisələrinə çatdırılmasını təşkil edir, xəsarət alanların soyadı, adı, atasının adı, yaşayış yeri (iş yeri) barədə məlumatları toplayır;

2) nəqliyyat vasitələri, hadisədə iştirak etmiş sürücüləri və hadisəyə aidiyyəti olan digər şəxsləri müəyyənləşdirir, müəyyən olunmuş qaydada hadisə iştirakçılarının sürücülük sənədlərini yoxlayır;

3) əməliyyat-istintaq qrupu gələnədək göstərilən şəxslərin hadisə yerində qalmasını təmin edir;

4) hadisənin şahidlərini müəyyən edir və onların hadisə barədə məlumatlarını qeyd edir;

5) hadisəyə aidiyyəti olan maddi sübutların, izlərin, əmlak və digər əşyaların tamlığı və qeydə alınması üçün tədbirlər görür;

6) hadisə yerinə gəlmiş əməliyyat-istintaq qrupunun rəhbərinə (prokurora, müstəntiqə, dindirməni həyata keçirən əməkdaşa) hadisəyə aidiyyəti olan şəxslər və şahidlər haqqında məlumatı məruzə edir, maddi sübutları ona təqdim edir və sonradan onun göstərişi ilə hərəkət edir;

7) //çıxarılıb// nəqliyyatın dolayı yolla hərəkətini təşkil edir, bunun mümkün olmadığı halda isə hadisə iştirakçıları və iki hal şahidinin iştirakı ilə nəqliyyat vasitələrinin yeri, hadisənin izlərini və aidiyyəti olan digər əşyaları qeydə alıb, bundan sonra hərəkətin bərpa olunması üçün tədbirlər görür;

8) yol nəqliyyat hadisələrinin iştirakçısı olan sürücü nəqliyyat vasitəsilə hadisə yerindən qaçmışsa, onun ehtimal olunan hərəkət istiqamətini, nəqliyyat vasitəsinin markası, tipi, dövlət qeydiyyat nişanı, rəngi, eləcə də nəqliyyat vasitəsi və sürücünün xüsusi əlamətləri barədə məlumatları toplayır. YPX inspektoru hadisə yerinə baxış və şahidlərin verdiyi məlumatlar, hadisə yerindən qaçmış sürücü və nəqliyyat vasitəsi haqqında toplanmış məlumatları dərhal nizami hissənin və ya daxili işlər orqanının növbətçisinə məruzə edir və bundan sonra onun göstərişlərinə müvafiq olaraq hərəkət edir;

9) içərisində diplomatik immunitetlər və imtiyazlardan yararlanan şəxslərin olduğu nəqliyyat vasitəsinin iştirak etdiyi YNH ilə bağlı materialların rəsmiləşdirilməsi zamanı (tibbi yardıma ehtiyacları olmadıqda) YPX inspektoru sürücüyə həmin hadisə ilə bağlı materialların tərtib olunmasında iştirak etməyi təklif edir. Diplomatik immunitetə malik şəxs materialların tərtib olunması zamanı iştirak etmək istəmədiyini bildirərsə, YPX inspektoru hadisə iştirakçıları haqqında zəruri məlumatları qeyd edir və onların getməsinə icazə verir. Belə hallarda hadisə yerinə baxış protokolunda sürücünün iştirak etməməsinin səbəbi haqqında qeyd aparılır və protokolu tərtib edən və iki hal şahidi tərəfindən imzalanır.

8.4. Ağır nəticəli YNH baş verdikdə və yaxud təxirəsalınmaz hallarda növbətçi hissəyə dərhal məlumat vermək imkanı olmadıqda, YPX inspektoru hadisə yerinə gedir, zərərçəkənlərə tibbi yardım göstərilməsi üçün yubanmadan tədbirlər görür, digər DYP əməkdaşından, yaxud şəxslərdən növbətçi hissəyə məlumat verilməsini xahiş edir.

8.5. Yol hərəkəti qaydalarının pozulması nəticəsində nəqliyyat vasitələri, yüklər, yollar, yol qurğuları və digər əmlakın zədələnməsinə səbəb olmuş və yalnız maddi ziyanla nəticələnən hallarda hadisənin rəsmiləşdirilməsi növbətçinin göstərişi ilə və ya YPX inspektoru tərəfindən müstəqil şəkildə daxili işlər orqanlarında müəyyən olunmuş inzibati xətalara dair işlər üzrə icraat qaydası və yol hərəkəti sahəsində qüvvədə olan digər normativ-hüquqi aktlara müvafiq olaraq həyata keçirilir.

8.6. YPX inspektoru ilk növbədə hadisə yerinə baxış keçirir və bundan sonra sürücülərdən məlumatlar toplayır. İzahatlar alınanda hadisə vaxtı nəqliyyat vasitəsinin yeri və vəziyyəti, hərəkət sürəti, görünüşü, hadisəni törədənlərin hadisəyə qədər və hadisə zamanı hərəkətləri və sair suallar dəqiqləşdirilir.

8.7. Hadisə yerinə baxış keçiriləndən və hadisəni törətmiş şəxslər, habelə şahidlər dinlənəndən sonra aşağıdakı sənədlər tərtib olunur:

1) inzibati xəta haqqında protokol;

2) YNH yerinin sxemi;

3) hadisə iştirakçılarının və şahidlərin izahatları;

4) yol-nəqliyyat hadisəsinin uçot qaydaları ilə müəyyən edilmiş qeydiyyat vərəqəsi;

5) hadisə yerindən sürücünün nəqliyyat vasitəsi ilə birgə yayındığı halda onun axtarışı üçün keçirilmiş ilkin tədbirlər barədə sənədlər və raport.

8.8. Sürücünün hadisə yerindən yayınmış nəqliyyat vasitəsi tapıldıqda DYP əməkdaşı ona baxış keçirir, nəqliyyat vasitəsinin texniki vəziyyəti yoxlanılmaqla nəticəsi ilə bağlı protokol tərtib edilir.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin