Azərbaycan respublikasinin daxiLİ İŞLƏr naziRLİYİ QƏrar № Q2-001-12


Stasionar YPX postunda xidmətin aparılması



Yüklə 170,87 Kb.
səhifə13/32
tarix25.12.2016
ölçüsü170,87 Kb.
#3261
1   ...   9   10   11   12   13   14   15   16   ...   32
10. Stasionar YPX postunda xidmətin aparılması

 

10.1. Stasionar YPX postlarında xidmət aparan YPX inspektorlarının üzərinə aşağıdakı vəzifələr qoyulur:



1) yol hərəkətinə nəzarət, inzibati xətaların qarşısının alınması və önlənməsi, sərəncamverici-tənzimləyici fəaliyyətin həyata keçirilməsi;

2) şəxslər tərəfindən yol verilən qanunazidd hərəkətləri aşkar etmək məqsədilə nəqliyyat vasitələri, yüklər, qeydiyyat və sürücülük sənədləri, müşayiətedici nəqliyyat sənədlərinin yoxlanması;

3) təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, cəzasının çəkilməsindən yayınan şəxslərin axtarışı və saxlanması;

4) qeyri-qanuni silah, döyüş sursatı, partlayıcı maddələr, narkotiklər və narkotik tərkibli maddələri daşıyan, eləcə də digər cinayətlərin törədilməsində şübhəli bilinən şəxslərin aşkarlanması;

5) hərəkət iştirakçılarının yolların vəziyyəti, yol şəraiti, gecə vaxtı yolun hərəkət hissəsində saxlanmış nəqliyyat vasitələri ilə bağlı sorğu olunması;

6) vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan təbii fəlakətlər və hava şəraitinin pisləşməsi zamanı, habelə gecə vaxtı dayanmaq üçün nəqliyyat vasitələrinin sürücülərinə yardım göstərilməsi;

7) şəxslərin, nəqliyyat vasitələrinin, qeydiyyat və sürücülük sənədlərinin, o cümlədən qaçırılmış və oğurlanmış nəqliyyat, yol polisinin itirilmiş və oğurlanmış xüsusi məhsullarının (sürücülük vəsiqəsi blankları, nəqliyyat vasitələrinin qeydiyyat şahadətnamələri, dövlət qeydiyyat nişanları və tanınma nişanları), axtarılan şəxslər üzrə informasiya sisteminə əsasən yoxlanması, nəqliyyat vasitələrinə baxış keçirilməsi, əməliyyat-profilaktik tədbirlərin keçirilməsi zamanı daxili işlər orqanlarının əməkdaşlarına yardım göstərilməsi;

8) yolların vəziyyəti, buraxıcılıq qabiliyyəti, hava şəraiti, nəqliyyat vasitələrinin dayanması və saxlanmış nəqliyyat vasitələri haqqında zəruri informasiyanın toplanması və gündəlikolaraq onun növbətçi hissəyə ötürülməsi.

10.2. Stasionar postlarda xidmət aparan YPX inspektorları aşağıdakılara xüsusi diqqət yetirməlidirlər:

1) yol-nəqliyyat hadisəsində iştirakı olan nəqliyyat vasitələrinin axtarışı;

2) axtarışda olan nəqliyyat vasitələri və şəxslərin, eləcə də cinayət məqsədi ilə istifadə olunan nəqliyyat vasitələrinin aşkar olunması;

3) yol hərəkəti təhlükəsizliyinə təhlükə yaradan nasazlıqları olan avtomobillərin müəyyən olunması.

10.3. Nəqliyyat vasitələri və vətəndaşların axtarışda olmasının yoxlanması mərkəzi informasiya sisteminə qoşulmuş kompüterdən istifadə etməklə həyata keçirilir.

10.4. Xüsusi ilə günün qaranlıq vaxtı sərnişin daşımalarını həyata keçirən avtobus və digər nəqliyyat vasitələrinin sükan arxasında yorulmaq və yuxulamaq ehtimalı olan sürücülərinin qısa müddətə daimi postda dayanaraq nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olması üçün YPX inspektoru tərəfindən köməklik göstərilir.

10.5. Stasionar post və hər iki istiqamətdə avtomobil yolu müəyyən məsafədə işıqlandırılır və qorunan müvəqqəti duracaqla təmin edilir.

 


Yüklə 170,87 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin